Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova


Lazım olan material və avadanlıqlar



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix21.01.2017
ölçüsü6,46 Mb.
#6068
1   2   3   4   5   6   7   8   9   ...   17

Lazım olan material və avadanlıqlar: mioqraf, 
stimulyator, qayçı, pinset, skalpel, liqatura, ştativ, pambıq, 
fizioloji məhlul, qurbağa. 
 
İşin gedişi: Qurbağanı üzü aşağı vəziyyətdə mantar 

 
95 
lövhəyə  bərkidirlər. Bud nahiyəsinin dərisini kəsirlər və 
budda yerləşən antaqonist əzələlərindən birinin üçbaşlı və 
yarımvətərli  əzələlərini tapırlar. Bu əzələlərin aşağı 
nahiyəsində  vətərləri  ətraf toxumalardan təmizləyirlər. 
Ayrı-ayrılıqda vətərlərin altından liqatura keçirib bağ-
layırlar, kəsib sümükdən ayırırlar. Sonra heyvanın baldır 
nahiyəsinin dərisini kəsirlər. Qamış sinirini tapıb onu 
liqaturaya salırlar. Sonra üçbaşlı  əzələnin təqəllüsünə 
səbəb olan dəri sinirini bud nahiyəsində tapıb liqaturaya 
alırlar. 
 
Şəkil 74. Antaqonist əzələlərin mioqrafa birləşməsi. 
 
96
 
Şəkil 75. Resiprok sinirlənməni öyrənmək üçün qurbağanın sinir 
və əzələlərinin yerləşməsi: 1-üçbaşlı əzələ; 2-yarımvətərli əzələ;  
3-dəri siniri; 4-kiçik baldır siniri. 
 
Qurumasın deyə sinirləri və əzələləri fizioloji məh-
lul ilə isladırlar. Sinirləri qıcıqlandırmaq üçün elektrik 
dövrə düzəldirlər.  Ştativə  bərkidilmiş qurbağanın üçbaşlı 
və yarımvətərli  əzələlərinin ayrı-ayrılıqda hərəkətlərini 
yazmaq üçün lingə birləşdirirlər.  Əsas təcrübəyə 
keçməzdən  əvvəl oyanma əmələ  gətirə bilən cərəyan 
qüvvəsini müəyyənləşdirirlər. Çox qüvvəli olmayan belə 
bir cərəyan tapırlar ki, qamış  və  dəri bud sinirini 
qıcıqlandırdıqda hər 2 əzələnin təqəllüs etməsi aydın 
görünsün. Sonra cərəyanın qüvvəsini bir qədər artırırlar. 
Ayrı-ayrılıqda  əzələlərin təqəllüsünə  səbəb olan sinirləri 
qıcıqlandırırlar. Bükücü refleks verən qamış sinirini 
qıcıqlandırdıqda, dizi bükən yarımvətərli əzələnin təqəllüs 
etdiyini, diziaçan budun üçbaşlı  əzələsinin təqəllüs 
etmədiyini görəcəyik. 
 Dizin 
açılmasına, yəni üçbaşlı əzələnin təqəllüsünə 
səbəb olan sinirini qıcıqlandırdıqda, üçbaşlı  əzələnin 

 
97 
yığılması bu zaman yarımvətərli  əzələnin boşalmasına 
səbəb olacaq. 
 
 
24 saylı  iş. Deserebrasiya qıcığı, boyun və labirint 
refleksləri 
 
 
Orqanizmin normal vəziyyətinin mühafizə olun-
ması mürəkkəb reflektoru yolla nizama salınır. Bu 
prosesdə tonik reflekslər iştirak edir. Tonik reflekslərin 
afferent hissəsi labirintlərdən, boyunun proprioreseptor-
larından keçir. Bu reflekslərin refleks qövsü uzunsov 
beyindən keçir; efferent hissəsi uzunsov beyindən impul-
sları əzələlərə nəql etdirməklə müxtəlif əzələ qrupları aras-
ında tonusu bölüşdürür, beləliklə,  əzələlərin koordinasi-
yasını nizama salır. Uzunsov beynin əzələ tonusu üçün 
əhəmiyyətini deserebrasiya edilmiş heyvanlar üzərində 
öyrənirlər. 
 Deserebrasiya 
qıcığı reflektoru yolla əmələ  gəlir. 
Bu reflekslər daxili qulağın dəhliz cihazı reseptorlarının, 
eləcə də boyun və digər proprioreseptorların qıcıqlandırıl-
ması ilə başlayır.  İmpulslar uzunsov beynin mərkəzləri 
vasitəsi ilə  əzələlərə verilir. Aşağı  ətraflardan birini 
sinirləndirən arxa kökləri kəsdikdə, həmin ətrafda desere-
brasiya qıcığı müşahidə edilməyəcək. 
 
Lazım olan material və avadanlıqlar: cərrahi 
masa, cərrahi alətlər, tperan şipsi, peano, müxtəlif ölçüdə 
qayçılar, anatomik və  cərrahi pinset, skalpel, iynə, iynə 
tutan, qrelka, efir, maska, mum, fizioloji məhlul, pambıq, 
pişik, tampon. 
 
İşin gedişi: Deserebrasiya əməliyyatı narkoz altında 
aparılır. Heyvanı arxası üstə  cərrahi masaya bağlayırlar. 
 
98
Boyun nahiyəsinin tüklərini qırxırlar. Boylama 
istiqamətdə orta xətt üzrə  dərini, sonra əzələləri kəsirlər. 
Nəfəs borusunun hər 2 tərəfində yerləşən yuxu arteriya-
larını tapırlar və bağlayırlar. Bundan sonra heyvanı arxası 
üstə çevirirlər, başını və boynunun tüklərini qırxırlar. Qaş 
qövsləri arası ilə orta xətt üzrə  ənsə nahiyəsinə  qədər 
dərini kəsirlər və  hər 2 tərəfdən dərini ayırırlar, dərialtı 
əzələləri kəsirlər. Axan qanı tampon ilə saxlayırlar. Trepan 
vasitəsilə hər 2 tərəfdən təpə sümüklərini deşirlər. Qanax-
manı  ərimiş mum ilə saxlayırlar.  Şipsi ilə deşilmiş 
nahiyədən kəllə sümüklərini kəsib götürürlər və küt alət ilə 
beynin sərt qişasını kəllə sümükdən yavaş-yavaş ayırırlar. 
Sonra kəllə sümüklərinin qalan hissəsini də  kəsib atırlar. 
Bundan sonra qanaxmanın qarşısını almaq üçün saqital 
sinusun ön və arxa tərəflərindən liqatura keçirib bağlayır-
lar. Küt aləti beyincik ilə yarımkürələr arasından keçirib 
eninə kəsirlər. Bu zaman kəsik uzunsov beyni beynin yux-
arı  şöbələrindən ayırır. Kəsilmiş beynin yuxarı  şöbələrini 
çıxardırlar və boşluğu tampon ilə doldururlar. Əməliyyat 
düzgün aparılıbsa, heyvanın başını geri çevirdikdə onun 
ətrafı açılmayacaqdır. 
 
Bildiyimiz kimi, diserebrasiya qıclığı reflektor tə-
biətli olub daxili qulağın dəhliz sinirlərinin və boynun 
proprioreseptorlarının qıcıqlandırılması ilə başlayır. Ona 
görə də belə heyvanın xüsusi ağırlığına qarşı duran və bu 
ağırlığa müqavimət göstərən bütün əzələləri (açıcı 
əzələlərin) tonusu artır. Bulbar heyvanın başını arxa tərəfə 
çəkdikdə ön ətraf  əzələlərin tonusu artır, arxa ətraf 
əzələlərin tonusu isə azalır.  Əksinə, heyvanın başını ön 
tərəfə əydikdə ön ətraf əzələlərin tonusu azalır, arxa ətraf 
əzələlərin tonusu artır. Heyvanın başını sağ tərəfə əydikdə, 
həmin tərəfin müvafiq ətraflarının əzələlərinin tonusu artır, 

 
99 
əks tərəfin ətraflarının əzələ tonusu azalır. Başı sol tərəfə 
əydikdə, əks nəticələr əldə edilir.  
 
 
25 saylı iş. Heyvanlarda beyinciyin çıxarılmasının nəticələri 
 
 Beyinciyin 
vəzifəsini öyrənmək üçün onu bütöv və 
ya ayrı-ayrı hissələrinin kəsib çıxarılmasıdır. Beyinciyi 
çıxarılmış heyvanın  əzələləri arasında tonusun bö-
lüşdürülməsi pozulur, nəticədə  hərəkətlərin çevikliyi itir. 
Hərəkətlər yöndəmsiz, biçimsiz olur, ətrafların və başın 
əsməsi müşahidə olunur; belə heyvan tez yorulur, əzələ 
qüvvədən düşür. Beyincik çıxarılandan sonra bir neçə 
həftə  və ya bir neçə aydan sonra itmiş  vəzifələr yavaş-
yavaş bərpa olur. 
 
Lazım olan material və avadanlıqlar: cərrahi 
alətlər, efir, narkoz üçün kolpak, cərrahi masa, mantar 
lövhə, mum, fizioloji məhlul, pambıq, tampon, qurbağa, 
göyərçin. 
 
 
İşin gedişi:  
 1-ci 
təcrübə. Qurbağanın beyinciyi zəif zolaq 
şəklində olub, uzunsov beynin ön kənarında yerləşir. Qur-
bağanın kəllə sümklərini kəsirlər (keçən təcrübədəki kimi), 
qanaxmanı dayandırırlar və beyinciyin yerini müəyyən 
edirlər.  İti nazik skalpel ilə beyinciyin yarısını  kəsib atır-
lar. 5 – 10 dəqiqədən sonra qurbağanın hərəkətlərində 
əmələ gələn dəyişikliyi müşahidə edirlər. Heyvanın başı və 
bədəni beyincik zədələnmiş  tərəfə  əyilir, hərəkətlər düz 
olmur. Belə heyvan atlandığı zaman fəzada 180
0
 çevrilir, 
arxası üstə yerə düşür.  
 
 
100
 
Şəkil 76. Beyincikdə dəri-əzələ hissiyyatının nümayəndəliyi. 
 
 
2-ci təcrübə.  Göyərçini xüsusi cərrahi masaya 
bərkidirlər, yuxarı boyun və  ənsə nahiyəsini tüklərdən 
təmizləyirlər. Quşun başını ön tərəfə əyirlər, orta xətt üzrə 
başın dərisini kəsirlər. Trepan vasitəsi ilə kəllə sümüyünü 
deşirlər və sümükləri yavaş-yavaş  kəsib götürürlər. Axan 
qanı mum ilə saxlayırlar. Beyinciyin boz maddəsini xususi 
kəsici alət ilə  kəsib ağ maddədən ayırırlar. Beyinciyi 
çıxartdıqdan bir neçə saat sonra, qurbağada olduğu kimi, 
beyinciyin zədələnmiş  tərəfə müvafiq quşun qanadı  və 
aşağı  ətrafı dartılır, başı  aşağı  və yana sallanır, beynini 
zədələnmiş  tərəfə çevirir və öz oxu ətrafında hərlənməyə 
başlayır. 
 
26 saylı  iş. Qurbağanın beyin yarımkürələrinin 
çıxarılması 
 
 
İnkişaf prosesinə beyin sütunu üzərində yeni 
şöbələr əmələ gəlmişdir ki, bu şöbələrin ən alisi inkişafın 
ən yuxarı pilləsini işğal edən böyük yarımkürələrin 
qabığıdır. Orqanizmin daxili və xarici qarşılıqlı  əlaqə 
münasibətlərini təmin etməkdə beyin yarımkürələrinin 

 
101
qabığı həlledici rol oynayır. Mərkəzi sinir sisteminin bu ali 
şöbəsi bədəndə baş verən bütün hadisələri öz təsiri altında 
saxlayır. Beyin yarımkürələrinin vəzifələrini öyrənmək 
üçün bir sıra üsullar var, onlardan da biri ekstripasiya 
üsuludur. 
 
Lazım olan material və avadanlıqlar: cərrahi 
alətlər, ərinmiş mum, şüşə qıf, sancaqlar, filtr kağızı, yod, 
salfet, pambıq, qurbağa. 
 
İşin gedişi: Keçən təcrübədə olduğu kimi, 
qurbağanın kəllə sümüyünün dərisni T-şəkildə  kəsilir və 
dəri yana qatlanır. Sonra heyvanın kəllə sümüyünü elə 
kəsirlər ki, beyin zədələnməsin. Görmə qabarlarının ön 
tərəfindən köndələn istiqamətdə beyin yarımkürələrini 
kəsib çıxarırlar. Kəsilib saxlanmış başın dərisi ilə yaranın 
üzərini örtürlər. Belə qurbağanı  şüşə banka altına 
keçirirlər. Belə heyvan uzun müddət başı qaldırılmış, ön 
ətrafları dartılmış  vəziyyətdə qalır. Belə qurbağanı arxası 
üstə çevirdikdə o, hərlənərək  əvvəlki vəziyyətini alır və 
yaxud  ətrafını  çəkir, yana əydikdə  əli buraxan kimi ətraf 
öz  əvvəlki vəziyyətinə qayıdır. Qüvvəli qıcıq ilə belə 
qurbağaya təsir etdikdə, qurbağa koordinə edilmiş 
sıçrayışlarla cavab verəcək. 
 
Yoxlama üçün suallar 
 
1.
 
Mərkəzi sinir sistemində ləngimə prosesləri. 
2.
 
Reflektor fəaliyyətin koordinasiyasında ləngimənin 
əhəmiyyəti. Strixininin təsiri. 
3.
 
Mərkəzi sinir sistemində  ləngimə.  İ.M.Seçenovun 
təcrübəsi. 
4.
 
Postsinaptik ləngimə. Ləngidici neyronlar və sinapslar.  
5.
 
Presinaptik ləngimə. Onun mexanizmi və əhəmiyyəti. 
 
102
6.
 
Pessimal ləngimə. 
7.
 
Resiprok ləngimə və antaqonist əzələlərin innervasiyası. 
8.
 
İlk ontogenezdə ləngimənin xüsusiyyətləri. 
 
27 saylı iş. Elektroensefaloqrafiya 
 
 Sinir 
toxumasında əmələ gələn biocərəyanı əvvəlcə 
xüsusi cihazla gücləndirib, sonra gücləndirilmiş po-
tensialları yazmaqdan ötrü müxtəlif markalı katod 
ossiloqraflar və elektroensefaloqraflarla yazmaq lazımdır. 
Beyin potensiallarının yazılmasına elektro-ense-
faloqrafiya, alınan yazıya elektroensefaloqram (EEQ) deyilir. 
Elektroensefaloqrafiya insanda və eksperimentdə oyaq vaxtı, 
fizioloji və ya narkoz yuxusu zamanı aparılır. 
 Lazım olan material və avadanlıqlar: elektron-se-
faloqraf, stimulyator, fonofotostimulyator, iynə, 
elektrodlar, mikroelektrodlar, stereotaksis cihazı, dovşan, 
efir və ya xloroform, 2,5%-li aminazin məhlulu, 0,9%-li 
fizioloji məhlul, insan üçün elektrodlu şlem, elektrod 
pastası, tənzif, qayçı, pinset, skalpel, şpris, novakain 0,5%-
li, fosfat-sement, norakril. 
 
İşin gedişi: Heyvanın başı nisbi sərbəst vəziyyətdə 
saxlanılır. Kəllə qapağı dərisi altında bir neçə millilitr no-
vakain yeridib keyləşdirilir, dərisi kəsilib atılır, sümüklərin 
üzəri skalpel ilə qaşınıb yumşaq toxumalardan təmizlənir 
və qanaxma dayandırılır.  İynə elektrodların iti ucu kəllə 
qapağının sümüklərinə  mıx kimi vurulur, küt uclarına 
lehimlənmiş naqillər gücləndirici cihazın kanallarına, 
cihaz isə naqillər vasitəsilə elektroensefaloqrafa 
birləşdirilir. Kəllə qapağına vurulmuş elektrodlarda 
yazılan biocərəyan  əsasən baş beyin yarımkürələri 
qabığının yekun potensiallar olduğundan yazılan EEQ-yə 

 
103
elektrokor-tikoqram deyilir. Yekun potensialda 4 növ 
dalğa ayırd edilir (

,
,
,
T
β
α
). 
 
Şəkil 77. Elektroensefaloqrafiya.  
A-müxtəlif fizioloji vəziyyətdə insanda elektroensefaloqram  
sxemi; I-oyaqlıq və səsə qarşı fəallıq reaksiyasının inkişafı;  
II-iyəbənzər dalğalar – oyaqlıqdan yuxu mərhələsinə keçid;  
III-dərin yuxu (

-dalğalar); B-sakit vəziyyətdə insanın EEQ-si. 
Afferent sistemə verilən qıcıq və  bədənə yeridilən 
farmakoloji maddələrin təsiri ilə EEQ-də baş verən 
müxtəlif dəyişiklikləri müşahidə etmək üçün başlanğıc 
EEQ-ni yazıb, sonra müvafiq qıcıq verilir.  
 Heyvanda 
narkoz 
verilənə qədər və narkoz yuxusu 
zamanı yazılmış EEQ-nin müqayisəsi göstərir ki, narkoz 
yuxusunda heyvana ağrı  qıcığı verdikdə EEQ-da fəallıq 
reaksiyası baş verir, yəni yüksək amplitudlu seyrək 
dalğalar yox olur, onların  əvəzində kiçik amplitudlu sıx 
dalğalar qeyd edilir. Lakin heyvanın bədəninə 1ml 
aminazin yeritdikdə 5 – 6 dəqiqə sonra həmin qıcığı 
 
104
verdikdə EEQ-da fəallıq reaksiyası olmayacaqdır. 
 2. 
Tələbə xüsusi stulda oturur. Elektrodlara 
birləşmiş  şlem başa qoyulur və elektrodlar başın dərisinə 
kip bağlanır. 
Müqaviməti azaltmaq üçün başın dərisinin 
elektrodlar qoyulacaq sahələri əvvəlcə efirlə silinir, həmin 
sahələrə pasta sürtülür və ya duz məhlulunda isladılmış 
tənzif parça qoyulur. Əvvəl elektrodların müqaviməti 
ölçülür (10 – 15 omdan artıq olmamalıdır) və  sərbəst 
ucları gücləndirici cihazın müvafiq kanallarına 
birləşdirilir. Elektrodların düzülüş sxemi müxtəlif ola 
bilər. 
 
İnsanda EEQ yazılarkən, adətən EEQ-də kağızı 
hərəkətə gətirən mexanizmin dəstəyi 1,5 sm/san göstəricisi 
üzərində saxlanılır. Müqayisə olunan şəxsin başlancığ 
(fon) EEQ-nı yazır və ona gözlərini 1 – 2 dəqiqə 
müddətində yummaq, sonra isə açmaq təklif edilir. Gözlər 
yumulduqda EEQ-də 
α
-dalğalar, açdıqda isə 
β
-dalğalar 
qeyd edilir. 
 
 
 

 
105
 
 
 
 
                                 
 
 
Şəkil 78. Elektroensefaloqrafiya: A-4 kanallı elektroensefaloqraf-
EEQ-4; 1-elektronşüalı borucuqlar ekranı; 2-aparma kommutatorları; 
3-elektrodarası müqaviməti təyin etmək üçün indikator;  
4-5-qüvvətləndirici kalibrator; 6-qüvvətləndiricinin tənzimi;  
7-filtrlər; 8-filtrlərın açma tumbleri; 9-halvanometri dağlama 
tumbleri; 10-lentşəkilli mexanizmi sürətinin dəyişdərici açarı;  
B-şlem; C-elektrodları qoyulması və insanda ensefaloqram  
aparmaları; SQ və LQ–sağ və sol qulaq;  
E
1
-different, E
2
-indifferent elektrod. 
 
 
 
 
 
106
 
 
 
Şəkil 79. Elektroensofoloqramanın əsas dalğaları.  
β
-beta dalğalar;
α
-alfa-dalğalar; T-teta dalğalar;  

-delta dalğalar; D-qıclıq (epileptik) dalğalar. 
 
 
79-cu şəkildən göründüyü kimi ən sıx dalğalar beta 
dalğaları və ya ritmi, ən seyrək dalğalar isə delta-dalğaları 
və ya ritmidir.  
 
α
-dalğalar yazılan zaman qəflətən 150 – 200 hers 
tezliyində səs qıcığı verdikdə, bu dalğalar itəcək, əvəzində 
fəallıq reaksiyası qeyd olunacaq. 
 

 
107
 
28 saylı  iş. Xroniki eksperimentdə heyvanın öz-özünü 
qıcıqlandırma prosesi (c. Olds təcrübəsi) 
 
 
C.Olds üsulunda (1965) heyvan beyninə daxil edil-
miş elektrodla öz-özünə qıcıq göndərmək imkanına malik 
olur. Emosiyaların formalaşması hissiyatın  əmələ  gəlmə 
mexanizmi «xoşa gələn», neytral və «xoşa gəlməyən» 
kateqoriyalı  təsirləri fərqləndirmək imkanı yaradır. 
C.Oldsun üsulu öz-özünü qıcıqlandırma, davranış reaksi-
yalarına təsir tədqiqatlar üçün tətbiq edilir və bir sıra far-
makoloji maddələrə qarşı emosiyaların baş verməsi araş-
dırılır. 
 
  
Şəkil 80. Orta xətt üzrə siçovul beyninin kəsiyinin sxemi (I və II). 
 
Lazım olan material və avadanlıqlar: xüsusi qur-
ğu, siçovul. 
 
İşin gedişi: C.Oldsın göstərdiyinə görə 60%-ə 
qədər bütün elektrodların qıcıqlandırılması zamanı emosi-
yalar neytral olur, 5% elektrodlar mənfi emosiyalar, 35%-i 
isə müsbət emosiyalar törədir. Elektrod müvafiq fəal 
nöqtədə olduqda heyvan ləzzətlə öz-özünü qıcıqlandırır. 
Öz-özünü qıcıqlandırma dövründə heyvanın pozası xarak-
terikdir. 
Cizgilənmiş nahiyələrin qıcıqlanması müsbət effektlərin 
 
108
alınmasına, nöqtələrlə göstərilən  şöbələrin qıcıqlandırılması 
uzaqlaşma effektinin əmələ gəlməsinə səbəb olur. 
Fəal nöqtədə olduqda heyvan ləzzətlə öz-özünü 
qıcıqlandırır. Öz-özünü qıcıqlandırma dövründə heyvanın 
pozası xarakterikdir. 
 
Şəkil 81. Öz-özünə qıcıqlandırma təcrübəsi: 1,2-fiksə edilmiş 
elektrod vasitəsilə öz-özünü qıcıqlandırma sxemi; 3-siçovulun ətrafı 
dövrənin linginin üzərində. 
 
Yoxlama üçün suallar 
 
1.
 
Elektroensefaloqrafın mənşəyi. 
2.
 
EEQ-də  əsas dalğalar növü (ritmi). Onların baş 
beynin funksional vəziyyəti ilə əlaqəsi. 
3.
 
Elektroensefaloqrafiyanın üsulu. 
4.
 
İlk uşaq yaşlarında EEQ-nın xüsusiyyətləri. 

 
109
II FƏSİL 
 
DAXİLİ SEKRESİYA VƏZLƏRİ 
 
Axarları olmayan, əmələ  gətirdiyi fizioloji fəal 
maddələri bilavasitə qana və limfaya verən vəzilərə daxili 
sekresiya və ya endokrin vəzilər, onlarda hazırlanan 
fizioloji maddələrə isə hormon deyilir. Hormon yunanca 
hormaye sözündən götürülüb, mənası oyadıram deməkdir. 
Hormonların çox kiçik miqdarı belə orqanizmdə  həyati 
hadisələri dəyişdirməyə qabildir. Məsələn, bir qram 
adrenalin 10 min qurbağanın ürəyinin fəaliyyətinin 
artmasına, bir qram insulin isə 125 min ada dovşanının 
qanında şəkərin miqdarının azalmasına səbəb olur. 
 
 
Şəkil 82. Endokrin funksiyaların tənziminin ümumi sxemi.  
Setaqolan, Flerko, Meş və Xalasa görə (1965): 
 1-xarici yoxlama (işıq); 2-hipotalamus; 3-hipofiz;  4-daxili əks 
əlaqə; 5-trop hormonlar; 6-xarici əks əlaqə; 7-mişen-nəbzlər;  
8-«yük»;  9-hormonlar; 10-periferik orqanlar və toxumalar. 
 
 
110
Hormonların təsiri qısa müddətli olmaqla, orqaniz-
min bütün toxuma və hüceyrələrinə  təsir göstərə bilirlər. 
Hormonların sintezi və qana və limfaya daxil olması baş 
beyinin  şöbələrinin, xüsusi ilə hipotalamo-hipofizar-
böyrəküstü vəzi sistemi vasitəsilə dönən  əlaqə prinsipi 
əsasında yerinə yetirilir.  
 
Hormonlar sinir sistemi ilə qarşılıqlı  əlaqədə ora-
nizmin  əsas tənzimedici vasitələrindən biridir. Normal 
halda endokrin vəziləri maddələr və enerji mübadiləsinə, 
orqanizmin böyüməsinə, inkişafına, ürək-damar, tənəffüs, 
həzm, ifrazat, cinsiyyət sistemlərinin fəaliyyətinə  və s. 
həyati hadisələrə  fəallaşdırıcı  və  ləngidici təsir göstərə 
bilirlər. Bu vəzlərin hiper- (hormon ifrazının artması) və 
hipo- (vəzin hormon ifrazının azalması) nəticəsində qorx-
ulu endokrin xəstəliklərin  əmələ  gəlməsinə  səbəb olur. 
Eendokrin vəzilərdə hormonların hazırlanması qana və 
limfaya daxil olması maddələr mübadiləsinin 
vəziyyətindən asılı olur. Belə ki, əgər qida qəbulundan 
sonra qanda şəkərin miqdarı artarsa mədəaltı  vəzinin də 
Lanngerhans adacıqlarında insulin sintezini ləngidir, 
amma  əksinə böyrəküstü vəzinin beyin maddəsindən 
adrenalinin qana ifrazını sürətləndirir. Qalxanabənzər 
vəzinin qana ifraz etdiyi trioksin hormonu hüceyrədəki 
mitoxondirilərə  təsir edərək, oksidləşmə prosesini 
sürətləndirdiyi halda, insulin hormonu qlükozanın ar-
tığının hüceyrələrə keçiriciliyini artırmaqla qanda şəkərin 
miqdarını normallaşdırır. 
 Endokrin 
vəzlər bədənin müxtəlif yerlərində 
yerləşiblər (qarın, döş boşluqlarında, kəllə qutusunda). En-
dokrin vəzlərə hipofiz, epifiz, qalxanabənzər, 
qalxanabənzər  ətraf, çəngələbənzər, mədəaltı, böyrəküstü, 
cinsi vəzləri və cift aid edilir. 

 
111
 
29 saylı iş. Qurbağanın göz bəbəyinə adrenalin və 
asetilxolinin təsiri 
 
 
Gözün qüzehli qişasındakı  əzələlər bioloji fəal mad-
dələrə qarşı həssasdırlar. Qüzehli qişanın ortasındakı bəbəyin 
dairəvi  əzələ lifləri yığıldıqda bəbək daralır, radial əzələ 
lifləri yığıldıqda isə genəlir. Vegetativ sinir sisteminin 
parasimpatik sinir şaxəsinin təsirindən bəbəyin dairəvi 
əzələ liflərinin yığılması, bəbəyin daralmasına simpaktik 
şöbənin təsirindən qüzehli qişanın radial əzələlərinin 
yığılması isə onun genəlməsinə səbəb olur. İşıqda dairəvi 
əzələlər yığıldığı üçün bəbək daralır, qaranlıqda isə radial 
əzələ lifləri yığıldığı üçün bəbək genəlir.  
 Lazım olan material və avadanlıqlar: saat şüşəsi, 
göz pipeti, mantar lövhə, göz qayçısı, sancaqlar, pinset, 
adrenalin (1:20000), asetilxolin (1:100000), fizioloji 
məhlul (0,65%), pambıq, qurbağa. 
 
İşin gedişi: Qurbağanın üst çənəsi kəsilir, gözləri 
yuxarı olmaq şərtilə sancaqlarla mantar lövhəyə  bərkidilir. 
Sonra 2 gözü də  kəsilib saat şüşələri üzərindəki fizioloji 
məhlula (2 – 3 damcı) qoyulur. Gözün birinə bir damcı 
adrenalin, digərinə bir damcı asetilxolin töküb, bəbəklərin 
diametrinin dəyişdiyini müşahidə edirik. Təcrübədən  əvvəl 
və sonra bəbəklərin diametri xətkeş ilə ölçülür və müqayisə 
edilir. Təcrübə  nəticəsində  məlum olur ki, adrenalin göz 
bəbəyini genəldir, asetilxolin isə daraldır. 
 
 
30 saylı iş. Dəri piqmentinə hipofiz və böyrəküstü vəzin 
hormonlarının təsiri 
 
 
Xarici mühitin təsirinə qarşı soyuqqanlı heyvanın 
 
112
dərisinin rəngi dəyişir. Bunun səbəbi ondan ibarətdir ki, 
melanofor və ya melanosit piqment hüceyrələrində mela-
nin piqmentinin qeyri-bərabər yerləşməsidir.  İnsanda 
melanin piqmenti dərinin, tükün, gözün rəngini təmin edir. 
Melanin ifraz edən melanofor hüceyrələr dərinin derma və 
epidermis təbəqələrinin arasında yerləşir. 
 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin