Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova


Şəkil 139. Tüpürcəyin reflektoru olaraq ifrazının sxemi



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə15/17
tarix21.01.2017
ölçüsü6,46 Mb.
#6068
1   ...   9   10   11   12   13   14   15   16   17

 
Şəkil 139. Tüpürcəyin reflektoru olaraq ifrazının sxemi. 
1.Dilin reseptorları; 2. Dilin reseptorlarından oyanmanı aparan affer-
ent neyron; 3. Uzunsov beyində tüpürcək ifrazını tənzim edən 
mərkəz.4. Tüpürcək vəzisinə oyanmanı nəql edən effektor-sekretor 
sinir; 5. Tüpürcək vəzi və onun axarı. 

 
245
 
İkinci sınaq şüşəsinə əlavə edilmiş nişasta məhlulu 
su ilə qarışır və nişasta parçalana bilmədiyindən cüzi 
miqdar bulanıq maye kütləsi şüşənin dibinə toplanır.  
 
 
68 saylı iş. V.A.Basov üsulu ilə itlərdə mədə fistulasının 
qoyulması 
 
 Onikibarmaq 
bağırsağın genişlənməsindən  əmələ 
gələn mədə boşluğu, həzm traktının ən geniş şöbələrindən 
biridir. Mədə  şirəsinin ifrazı üç fazada (beyin, mədə, 
bağırsaq) sinir-humoral yolla həyata keçirilir. Qida 
mədəyə daxil olduqdan 5 – 7 dəqiqə başlayan mədə şirəsi 
ifrazı qida, horra halına düşüb bağırsağa keçənə qədər da-
vam edir. Mədə şirəsini almaq üçün ilk dəfə rus alimi Ba-
sov (1842), fransız alimi Blandula (1843) bir-birindən 
xəbərsiz fistula qoymaq üsulunu kəşf etmişlər. 
Lazım olan material və avadanlıqlar:  cərrahi 
alətlər; 2 – 3 ədəd lanset, anatomik və cərrahi pinsetlər, bir 
neçə Peano sıxıcısı, kiçik və böyük qayçılar, iynətutan, 
ötürücü iynə, fistula borusu, maska, narkoz, sterilizasiya 
edilmiş  cərrahi materiallar, dezenfeksiyaedici məhlullar; 
yod, spirt, pensilin və s. 
İşin gedişi: 
Cərrahi  əməliyyat itlər üzərində aseptika, antisep-
tika şəraitində aparılır. 
Cərrahi  əməliyyatdan  əvvəl bildiyimiz qayda üzrə 
məlum dozada itin əzələsinə morfi vurmaq lazımdır. 
Təxminən yarım saat sonra iti arxası üstə stola bağlayırlar 
və ona efir-xloroform narkozu verirlər. Heyvanın qarın 
nahiyəsinin tükləri qırxılır, yuyulur, spirt və yod ilə 
 
246
təmizlənir. Xəncərəbənzər çıxıntıdan başlayaraq, orta xətt 
üzrə heyvanın dərisi 6 – 8 sm uzunluğunda çanağa doğru 
kəsilir. Sonra dərialtı toxuma və aponevrozu kəsmək 
lazımdır. Qarın boşluğunu açdıqdan sonra, böyük piyliyi 
bir qədər geri çəkib, mədəni tapırlar. Mədəni xaricə çıxarıb 
isti fizioloji məhlulu ilə isladılmış  tənzifə bürüyürlər. 
Mədənin böyük əyriliyindən təxminən 3 – 4 sm aralı onun 
girəcəyinə yaxın nahiyədə fistulanın qoyulması üçün qan 
damarları  və sinirləri çox az olan yer müəyyənləşdirilir. 
Sonra orta dərəcəli cərrahi iynə vasitəsilə seroz qişada fis-
tula müvafiq oval şəkilli büzmə fasiləsiz tikiş aparılır. Bu 
tikiş əzələ qişasını da əhatə etməlidir. Sonra cərrahi tikişi 
sıxmaqla orta xətt üzrə seroz və əzələ qişasını kəsirlər. Bu 
zaman Peano sıxıcısı vasitəsilə selikli qişanı yuxarı 
qaldırmaq, selikaltı  və  həm də selikli qişaları  kəsmək 
lazımdır. Cərrah o biri əli ilə fistulanı  mədəyə daxil edir. 
Fistuldan kənarda artıq qalan selikli qişa kəsilib atılır. 
Sonra cərrah büzməli tikişin sərbəst qalan saplarını darta-
raq fistulanı möhkəm mədənin divarlarına bərkidir. 
Yara tez sağalsın deyə, tənziflə sarıyırlar. Fistulanın 
digər ucunu, qarın boşluğundan kənara çıxarıb, qarnın 
dərisinə tikirlər. Dərini tikməzdən  əvvəl, peritonu, sonra 
əzələ qişasını tikmək lazımdır. Dərini tikəndən sonra, 
yaranı yod ilə təmizləyirlər. Təxminən 5 – 6 gündən sonra 
yaranın tikişləri sökülür. 10 – 12 gündən sonra belə hey-
vanlar üzərində təcrübə aparmaq olar (şəkil 140). Mədəyə 
fistula qoymaq operasiyasına qastrotomiya deyilir.  
 

 
247
 
 
Şəkil 140. Basov üsulu ilə xroniki mədə fistulası operasiyasının 
sxemi: a-mədənin üzərinin açılması; b-dairəvi tikişin qoyulması; v-
deşiyin açılması; q-fistula borusunun qoyulması. 
 
69 saylı iş. Qastrotomiya edilmiş it üzərində Pavlovun 
ikinci əməliyyatı 
 
İşin gedişi: 
 
Cərrahi  əməliyyat yuxarıda deyilən qayda üzrə 
aseptika və antiseptika şəraitində ümumi narkoz altında 
aparılır. Bu əməliyyatdan sonra heyvanın boyun nahiyəsini 
təmizləyirlər. 
 Orta 
xətt üzrə 6 – 10 sm uzunluğunda dərini 
kəsirlər. Dərialtı toxumalardan sonra, boyunun döş dilaltı 
əzələləri görünür. Küt alətlə bu əzələləri ayırıb nəfəs 
borusunu tapırlar. Onun arxasında isə yemək borusu aydın 
 
248
görünür. Yemək borusunu bir qədər yuxarı qaldırır və 
təxminən 4 – 5 sm uzunluğunda yemək borusunu ətraf 
toxumalardan ayırırlar. Həmin hissəni arxa tərəfdən döş-
dilaltı  əzələlərinə tikib bərkidirlər.  Əzələ  səthinə 
çıxardılmış yemək borusunu orta hissədən üfüqi vəziy-
yətdə kəsirlər. Kəsilmiş yemək borusunun hər iki kənarını 
xaricə çıxarıb boyunun dərisinə fasiləsiz tikiş ilə tikirlər.  
 
Şəkil 141.  
 
 Qeyd 
etmək lazımdır ki, xaricə  çıxarılmış yemək 
borusunun ucları bir-birinə birləşməsin deyə, birini 
digərindən bir qədər aralı  vəziyyəitdə tikmək lazımdır. 
Yemək borusunun hər iki ucunu dəriyə tikdikdən sonra, 
boyunun yarasını tikirlər. Yaraya yod, vazelin sürtürlər. 
Heyvanın yarasının tez sağalması üçün, mümkün olan 
bütün imkanlardan istifadə etmək lazımdır. Cərrahi 
əməliyyatdan sonra heyvana qulluq edilməsi, eləcə  də 
heyvanın tüpürcək və selik ifraz edən vəzilərinin 

 
249
fəaliyyətini müvəqqəti gizlətmək üçün, 16 – 18 kq 
ağırlığında olan itin bədəninə 5 – 6 mq atropin vurmaq 
lazımdır. Heyvanın yarası təxminən 10 – 12 gündən sonra 
sağalır. Belə heyvan üzərində  təcrübə aparmaq olar. 
Yemək borusu üzərində aparılan  əməliyyata ezofaqoto-
miya, hər iki əməliyyat birlikdə qastrofaqotomiya deyilir. 
 
Şəkil 142. Qastroezofaqotomiya olunmuş it. 
 
 
Təcrübə qida qəbulundan 20 – 24 saat sonra 
aparılır.  Əsas təcrübəyə başlamazdan  əvvəl heyvanın 
mədəsi bir neçə  dəfə  şüşə  qıf və  qıfa birləmiş rezin boru 
vasitəsilə 25 – 30 dərəcə qızdırılmış su ilə yuyulur. Mədə 
şirəsi toplamaq üçün mədə fistulasına kiçik şüşə  qıf, onu 
da su olan şüşə boruya bağlayırlar.  Şüşə  qıfı heyvanın 
belindən asılmış rezin boru ilə bağlanmış bölgü olan şüşə 
boruya birləşdirirlər. Heyvanı 20 – 30 dəqiqə sakit 
buraxdıqdan sonra, bir neçə  dəqiqə müddətində  şirə 
ifrazını yoxlayırlar. Bu zaman çox cüzi halda selik ifraz 
olunmağa başlayır, bu şirəni lakmus kağızı ilə yoxlayırlar. 
 
250
Sonra heyvana 10 dəqiqə müddətində döyülmüş  və ya 
doğranmış  ət yedizdirirlər. Yeyilən  ət kəsilmiş yemək 
borusundan xüsusi qaba tökülür. Saniyəölçən vasitəsilə 
mədə vəzilərinin şirə ifrazının latent dövrünü təyin edirlər. 
Latent dövrü qidanın ağıza qoyulması ilə ilk mədə  şirəsi 
damlasının əmələ gəlməsi arasında keçən vaxta deyilir. 
 
Şəkil 143. İ.P.Pavlov üsulu ilə təcrid edilmiş kiçik mədəciyin 
sxemi: Selikli qişa; 2. Əzələ qişa; 3. Serroz qişa; 4-5-6. Fistula 
borusu;  
7. Qarın divarının dərisi. Kiçik mədəciyin boşluğunu (a), böyük 
mədəcik boşluğundan (A) ayıran ikiqat selikli qişa.  
B- mədəyə giriş; C-Mədənin piloris şöbəsi. 
 
 
Bir saat, saat yarım müddətində hər 5 dəqiqədən bir 
mədə şirəsini toplayırlar və miqdarını təyin edirlər. 
 
Mədə 
vəzilərinin 
şirə ifrazının reflektor 
mexanizmini aydınlaşdırmaq məqsədilə qastroezofa – 
qotemiya olunmuş itin boyun nahiyəsini orta xətt üzrə 

 
251
kəsirlər, yemək borusunun hər iki tərəfi ilə gedən azan 
sinirləri tapıb, birini kəsir, digərinin altından liqatura 
keçirirlər. Sonra heyvanı yuxarıda göstərdiyimiz qayda ilə 
yedizdirirlər. Bu zaman fistuladan mədə şirəsi ifraz olunur. 
Mədə  vəziləri  şirə ifraz etdiyi şəraitdə liqaturaya alınmış 
azan siniri kəsirlər. Bu zaman heyvanın qidalanmasına 
baxmayaraq  şirə ifrazı dayanır. Kəsilmiş azan sinirinin 
periferik nahiyəsini zəif elektirik cərəyanı ilə 
qıcıqlandırdıqda, yenidən şirə ifraz olunmağa başlayır. 
 
Şəkil 144. P.Haydenhayn və İ.P.Pavlov üsulları ilə  
kiçik mədəcikdən şirə alınması. 
 
 
70 saylı iş. Mədə-bagırsaq sisteminin motor funksiyası 
 
 Lazım olan material və avadanlıqlar:  Qurbağa, 
pişik, elektrostimulyator, cərrahi alətlər, duz kristalları, 
NaCl fizioloji məhlulu, kanyula, 1,10
8
 asetilxolin, 1,10
9
 
ezerin, 1,10
8
 adrenalin, Ringer–Lokk məhlulu, şüşə qablar, 
kimoqraf, ştativ, şüşə çubuqlar və s. 
 
İşin qısa məzmunu: Həzm kanalının motor vəzifəsi, 
həzm üzvləri divarlarında yerləşən  əzələlərin yığılması 
 
252
sayəsində icra olunur. 
 Bu 
fəaliyyət zamanı  həzm üzvlərinə düşən qida 
bağırsaq boyu hərəkət edir və qarışır. Digər tərəfdən 
qidalar həzm üzvlərinin müəyyən nahiyələrində müvəqqəti 
saxlanılır. Bu vəzifə  həzm üzvlər sisteminin müəyyən 
nahiyələrində yerləşən, büzücü əzələlərin, yəni 
sifnktorların fəaliyyəti ilə  əlaqədardır. Həzm üzvlərinin 
motor funksiyası perstaltik və  rəqqasi hərəkətlər  şəklində 
özünü göstərir. 
Peristaltik hərəkətlər həzm üzvlərinin divarlarında 
yerləşən həlqəvi  əzələlərin yığılması ilə başlayır. Bu 
hərəkətlər kiçik dalğalı olub, təxminən 15 – 20 saniyəyə 
qədər davam edir. Bu hərəkətlər sayəsində qidalar 
mədənin girəcəyindən çıxacağına doğru hərəkət edir. 
Boylama əzələlərin yığılması rəqsi hərəkətlərə səbəb olur. 
Bu zaman qida mədənin divarlarına yaxınlaşır və ondan 
uzaqlaşır. 
 
Mədənin hərəkəti zamanı, onun çıxacağından 
dibinə nisbətən yüksək təzyiq yaranır. Bu təzyiq mədənin 
dibində 35 – 50, çıxacağında isə 100 – 120 mm civə 
sütunu hündürlüyünə bərabər olur.  
 Belə yüksək təzyiqin təsiri altında qida mədədən 
nazik bağırsağa keçir və bununla da bağırsaqlar hərəkət 
etməyə başlayır. Mədədə olduğu kimi, bağırsaqların 
hərəkəti də peristaltik və  rəqqasi  şəkildə meydana çıxır. 
Bu hərəkətlər sayəsində qida bağırsaqlarda qarışır. Eləcə 
də qidalar bağırsaqların oral hissəsindən ianal hissəsinə 
doğru hərəkət etməyə başlayır. 
 
Həzm üzvlərinin motor vəzifəsi neyrohumoral yol 
ilə nizama salınır. Aparılan tədqiqatlar göstərir ki, azan 
sinir həzm üzvlərinin hərəkətlərini sürətləndirir, simpatik 
sinirlər isə  əksinə bu hərəkətləri ləngidir. Bu sinirlərin 

 
253
həzm üzvlərinin motor vəzifəsinə göstərdiyi təsir, 
heyvanın halından, həzm üzvlərinin tonusundan, eləcə  də 
mərkəzi sinir qıcıqlandırılması hərəkətlərin sürətlənməsinə 
deyil, əksinə ləngiməsinə səbəb olur. 
 
Sinir sistemi ilə yanaşı  həzm üzvlərinin motor 
vəzifəsi humoral yol ilə  də nizama salınır. Həzm zamanı 
əmələ gələn bir sıra bioloji fəal maddələr, müxtəlif duzlar 
həzm üzvlərinin hərəkətlərinə  təsir göstərir. Məs: 
asetilxolin, histamin, ekstraktiv maddələr, CO
2
, kalium 
duzları hərəkətləri sürətləndirir. 
 
Adrenalin, noradrenalin, kalsium duzları  və s. 
maddələr isə hərəkətləri ləngidirlər.  
 
Mədə-bağırsaq sisteminin motor vəzifəsini kəskin 
və xroniki təcrübələr ilə öyrənmək mümkündür. 
İşin gedişi: 
 a) 
Kəskin təcrübə  şəraitində qurbağanın həzm 
üzvlərinin motor vəzifəsinin müşahidəsi. 
 
Mərkəzi sinir sistemi pozulmuş qurbağanı arxası 
üstə mantar lövhəyə  bərkidib, qarın boşluğunu bir qədər 
geniş açırlar. Bu zaman mədə  və bağırsaqlar aydın 
görünür. 
 Bu 
əməliyyatdan bir neçə  dəqiqə sonra 
bağırsaqların hərəkəti görünür. Nazik bağırsağı pinset ilə 
sıxdıqda və ya duz kristalları ilə  qıcıqlandırdıqda 
hərəkətlər sürətlənir. 
 
b) Qurbağada azan sinir mərkəzinin 
qıcıqlandırılmasının mədə-bağırsaq hərəkətlərinə 
təsiri. 
 Qurbağanın kəllə sümüklərini kəsib beyini açırlar. 
Uzunsov beyini zədələmək  şərti ilə onun mərkəzi sinir 
sisteminin yuxarı şöbələrindən ayırırlar. 
 Bulbar 
qurbağanın azan sinir mərkəzini tapırlar. Bu 
 
254
əməliyyatdan sonra yuxarıda qeyd etdiyimiz kimi 
qurbağanın qarın boşluğunu açırlar. Azan sinir mərkəzini 
zəif cərəyan vasitəsilə  qıcıqlandırdıqda, həzm üzvlərində 
hərəkətlərin sürətləndiyi aydın görünür. 
 
c)  İstaqanlı heyvanlarda həzm üzvlərinin motor 
vəzifəsinin tədqiqi. 
 
Təcrübə üçün pişik və ya küçüklərdən istifadə 
edilir. 
 Heyvanı yedirtdikdən 1,5 – 2 saat sonra ona efir-
xloroform narkozu verib, cərrahi  əməliyyata başlayırlar. 
Qeyd etmək lazımdır ki, həzm üzvləri boş olduqda, 
hərəkətlər müşahidə edilmir. 
 Heyvanın qarın nahiyəsini orta xətt üzrə kəsib qarın 
boşluğuna açırlar. Sonra onu qurşağa qədər içərisi 30
0
 
qızdırılmış Ringer-Lokk məhlulu ilə dolu vannaya salırlar. 
Bu zaman bağırsaqlar Ringer-Lokk məhlulunda sərbəst 
üzür. Adi göz ilə bağırsaqların hərəktlərini müşahidə 
etmək olur. 
 
ç) 
İstiqanlı heyvanlarda azan sinirinin 
qıcıqlandırılmasının həzm üzvlərinin motor 
funksiyasına təsiri. 
 
Təcrübə yuxarıdakı qayda ilə pişik və küçüklər 
üzərində aparılır. Heyvanın boyun nahiyəsində  dərini 
kəsib azan siniri tapır və onu liqaturaya alırlar. Eyni 
zamanda vidaci venaya kanyula qoyurlar. Heyvanı 
içərisinə Ringer-Lokk məhlulu tökülmüş vannaya salırlar. 
Təxminən 15 – 20 dəqiqə keçdikdən sonra həzm 
üzvlərinin hərəkətlərini müşahidə edirlər və  zəif elektrik 
cərəyanı vasitəsilə azan siniri qıcıqlandırırlar. Bu vaxt 
hərəkətlər surətlənir. 
 Asetilxolinin 
həzm üzvlərinin motor funksiyasının 
təsirini öyrənmək istədikdə, vidaci venaya qoyulmuş 

 
255
kanyula vasitəsilə 2 – 3 ml 1.10
8
 dozada asetilxolin və 
1.10
9
 dozada ezorin qarışığı vururlar. Qeyd etmək lazımdır 
ki, ezorin xolinstereza fermentini parçaladığı üçün 
asetilxolinin təsir müddətini artırır. 
 
Asetilxolin – ezorin qarışığını qana vurduqda həzm 
üzvlərinin hərəkətləri nəzərə çapracaq dərəcədə 
qüvvətlənir, bir qədər keçdikdən sonra əvvəlki vəziyyətinə 
qayıdır. 
 Adrenalinin 
həzm üzvlərinin motor vəzifəsinə 
təsirini öyrənmək istədikdə kanyula vasitəsilə heyvanın 
qanına 1.10
8
 dozada adrenalin məhlulu yeridilir. 
 Adrenalinin 
təsiri ilə  həzm üzvlərinin hərəkətləri 
ləngiyir. 
 
d)  İstiqandı heyvanlarda nazik bağırsaq ilgəyi 
hərəktlərinin müşahidəsi və qeydi. 
 Bu 
təcrübəni dovşanın, pişiyin və ya itin nazik 
bağırsağı üzərində müşahidə etmək olar. Heyvanın qarın 
boşluğunu açıb nazik bağırsaqdan təxminən 5 – 6 sm 
kəsirlər. Kəsilmiş bağırsaq parçasını təmizləmək üçün bir 
neçə  dəfə Ringer-Lokk məhlulu ilə yuyurlar. Bağırsaq 
parçasınıa dayanacağa bərkidilmiş şüşə qarmaq keçirirlər. 
Sonra onun aşağı hissəsini liqatura vasitəsilə yazıçıya 
bərkidirlər. Yuxarı hissəsini liqatura vasiləsitə yazıçıya 
birləşdirirlər. Şüşə qarmaq ilə bağırsaq parçasını bir yerdə 
Ringer-Lokk məhlulu ilə doldurulmuş  şüşə qaba salırlar. 
Məhlulun temperaturunu sabit saxlamaq üçün şüşə qabı su 
hamamına salırlar.  Əvvəlcə bağırsaq parçasının nomal 
hərəkətlərini kimoqrafda yazırlar. Sonra Ringer-Lokk 
məhluluna (1:10000) 2 – 3 damla asetilxolin əlavə edirlər 
və yazırlar. Sonra bağırsaq parçasını Ringer-Lokk 
məhlulunda yuyurlar. Ringer-Lokk məhluluna 3 – 4 damla 
1:10000 adrenalin məhlulu  əlavə edərək bağırsaq 
 
256
hərəkətlərini yazırlar. 
 
Şəkil 145. İzolə olunmuş bağırsaq hissəsinin hərəki fəaliyyətini 
müşahidə etmək üçün düzəldilmiş sistem: 
 1-ucu əyilmiş şüşə boru; 2-bağırsaq hissəsi; 3-ternometr;  
4-rezin balon; 5-Engelman lingi; 6-kimoqraf. 
 
e) Boş mədə hərəktlərinin müşahidəsi. 
 Bu 
təcrübə Basov üsulu ilə mədə fistulası olan itlər 
üzərində aparılır. Bu üsul vasitəsilə həzm üzvlərinin motor 
fəaliyyətini öyrənmək olar. 
 
Məlum olduğu kimi, heyvanın qidalanmasından 
asılı olmayaraq boş mədədə, təxminən hər 1,5 saatdan bir 
periodik hərəkətlər ilə yanaşı  mədə  vəziləri də  şirə ifraz 
etməyə başlayır. Boş mədənin hərəkətləri 15 – 20 dəqiqə 
davam etdikdən sonra, sakitlik dövrü ilə  əvəz olunur. Bu 
hərəkətləri müşahidə etmək istədikdə heyvanın mədəsinə 
rezin balon keçirirlər. Bu balonu rezin boru vasitəsilə 
Mareyin kapsuluna birləşdirirlər. Sonra kapsulanın 
yazıcısını çox yavaş  hərlənən kimoqrafa söykəyirlər. Boş 
mədənin periodik hərəkətləri kimoqraf üzərində yazılır. 
 
Təcrübələr 15 – 20 dəqiqədən bir 15 – 20 saat 
müddətində aparılır. 
 
ə) Kiprikli epitelin səyirmə  hərəkətinin 

 
257
müşahidəsi: Bunu müşahidə etmək üçün onurğa beyni 
pozulmuş qurbağanı arxası üstə mantar lövhəyə  bərkidib, 
qayçının iti ucunu ağız boşluğundan qida borusuna salıb, 
mədəyə  qədər boylama istiqamətində  kəsib və onun 
kənarlarını dartaraq mantar lövhəyə  bərkidirlər. Ağız 
tərəfdən qida borusunun başlanğıcına bir parça qan laxtası, 
mantar lövhə hissəciyi qoyub, onun mədəyə doğru 
hərəkətini izləyirik. Bundan sonra qida borusunun selikli 
qişasının üzərinə 1 – 2 damla adrenalin (1:100000), 
asetilxoldin (1:100000), fizioloji məhlul (0,6 %-li) əlavə 
edib, mantar lövhənin hissəcəyinin hərəkətinə necə  təsir 
etdiyini müşahidə edirik. Adrenalinin təsirindən mantar 
lövhəsinin hissəciyinin hərəkətinin ləngidiyini, 
asetilxolinin isə  həmin hərəkəti qüvvətləndirdiyini 
müşahidə edirik. 
 
 
71 saylı iş. Bağırsaq selikli qişasından maddələrin qana 
və limfaya sorulmasının müşahidəsi 
 
Öyrənilmişdir ki, sorulmanın icrasında süzülmə, 
diffuziya və osmos prosesləri iştirak edir. Süzülmə prosesi 
bağırsaqların saya əzələlərinin təqəllüsü nəticəsində bağır-
saq boşluğunda yaranan hidravlik təzyiqlə təmin edilir. Bu 
təzyiq 8 – 10 mm civə sütununa qədər artdıqda sorulma 
xeyli sürətlənir. Lakin həmin təzyiq 80 – 100 mm civə 
sütununa çatarsa, bağırsağın selikli qişasındakı xovlar və 
kapilyarlar sıxıldığından sorulma yavaşıyır və dayana 
bilər. Suyun və hipotonik məhlulların bağırsaqdan sorul-
ması osmos qanununa tabe olur. Bağırsaq boşluğuna hipo-
tonik məhlul doldurduqda əvvəl su, sonra mineral 
maddələr sorulduğu halda, hipertonik məhlul doldurduqda 
 
258
isə  əvvəlcə mineral maddələr, sonra su sorulduğu aşkar 
edilmişdir. 
Bağırsağın selikli qişası xovları da yığılıb-boşal-
maqla sorulma prosesində iştirak edir. 
Bağırsağın selikli qişasını natrium-flüoridlə 
zəhərlədikdə sorulma prosesi bütövlüklə osmos-diffuziya 
qanununa tabe olur. Bu zaman bağırsaq boşluğuna 
yeridilmiş NaCl konsentrasiyası osmos-diffuziya 
qanununa  əsasən qanın konsentrasiyası ilə  bərabərləşir. 
Məhz buna görə bağırsaq epitelinə yalnız yarımkeçirici 
membrana kimi deyil, müəyyən fizioloji funksiyanı  fəal 
yerinə yetirən üzv kimi baxmaq lazımdır. 
Lazım olan material və avadanlıqlar:  cərrahi 
alətlər, saniyəölçən,  ştativ, sap, tənzif, konyula, bölgülü 
şüşə boru, rezin boru, sıxıcılar, üçyollu şüşə boru, xörək 
duzunun 0,9% - 1,5% - 5%-li məhlulları, natrium-flüoridin 
0,00%-li məhlulu, eksperiment üçün heyvan (dovşan, 
pişik, siçan). 
İşin gedişi: 
Narkoz altında yatmış heyvanı arxası üstə  cərrahi 
masaya bağlayıb,  şəkildə göründüyü kimi, qarın boşluğu 
açılır, 10 – 15 sm uzunluğunda nazik bağırsaq ilgəyi kəsik 
səthinə qaldırılır və hər iki tərəfdən elastiki sıxaclar aras-
ında bağırsağı köndələn kəsiklə  kəsib ayırırlar.  İzolə 
edilmiş ilgəyin damar və sinir əlaqələri salamat saxlanılır. 
Sonra kəsilmiş bağırsaq ilgəyi boşluğuna hər iki tərəfdən 
bölgülü  şüşə boruların ucu daxil edilir. Boruların sərbəst 
ucları ştativə bərkidilir.  

 
259
 
Şəkil 146. 1-heyvanın təcrübə masasına bağlanması və qarın 
boşluğunun açılması; 2-nazik bağırsaqdan izolə edilmiş hissə; 3-
bağırsaq preparatına qoyulmuş kanyula. 
 
260
 
 
Təcrübə üçün ayrılmış bağırsaq hissəsinin içi yu-
yulur və borulardan həmin bağırsaq hissəsinə izotonik 
NaCl məhlulu doldurulur. 5 dəqiqədən sonra bağırsaqdan 
sorulmuş olan maddənin miqdarı müəyyən edilir. 
Sorulmanın göstəricisi bölgülü büretkada məhlulun 
səviyyəsinin aşağı düşməsi olacaqdır. Təcrübəni hipo- və 
hipetonik məhlullardan istifadə etməklə  də  təkrarlayırlar. 
Bu məhlullara natrium-flüorid məhlulu  əlavə edildikdə 
sorulmanın ləngidiyi nəzərə çarpacaqdır. Təcrübənin 
nəticələri cədvələ köçürülür. 
 
Cədvəl 12  
Bağırsaqdan müxtəlif məhlulların sorulması 
№ 
Məhlulun  
konsentrasiyası 
Sorulmuş məhlulun  
miqdarı 
Vaxt  



4 
0,9 %-li NaCl 
0,5 %-li NaCl 
5%-li NaCl 
0,005 %-li NaCl 
 
 
 
 
 
Maddələr və enerji mübadiləsi. Qidalanma 
 
 
Orqanizm daima enerji sərf edir. Orqanizmə enerji 
qida ilə daxil olur. Mübadilədə  iştirak edən  əsas qida 
maddələri zülallar, yağlar və karbohidratlardır. Bunlardan 
başqa vitaminlər, su və mineral duzlar orqanizm üçün 
əhəmiyyətlidirlər. Qida maddələri tikinti materialı olmaqla 
yanaşı, enerji mənbəyi kimi də mühüm rol oynayır. Onlar 
bir sıra mürəkkəb çevrilmələrdən daha sadə maddələrə 
(suya, CO
2
-na) parçalanır və orqanizmdən xaric olunur. 

 
261
 Maddələr mübadiləsi 2 prosesdən ibarətdir: assim-
ilyasiya və dissimilyasiya. Dissimilyasiya zamanı ayrılan 
enerji orqanizmin bütün proseslərini təmin edir. 
 Orqanizmdən xaric olan enerjinin miqdarını vasitəli 
və vasitəsiz kalorimetriya üsulu ilə  təyin edirlər. Geniş 
yayılmış üsul vasitəsiz kalorimetriyadır ki, burada istiliyin 
miqdarca göstəricisi sərf olunan atmosfer oksigeninin 
miqdarı ilə müəyyən edilir. 
 
 
 
 72 saylı iş. Cədvəl üzrə əsas mübadilənin təyini 
 
 Yaşlılarda və  uşaqlarda  əsas mübadiləni təyin 
etmək üçün Benedikt cədvəllərindən istifadə olunur. 
Bunun üçün kişilərin və qadınları ayrılıqda boyunu, yaşını 
və  bədən çəkisini bilmək lazımdır.  İki rəqəmi tapıb (1-ci 
boy və yaşa görə, 2-ci çəkiyə görə) toplayırlar. Tələbə 
üçün sutka ərzində əsas mübadiləni tapıb, bir kq çəkiyə bir 
saat ərzində toplayırlar. 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin