Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova


Lazım olan material və avadanlıqlar



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə16/17
tarix21.01.2017
ölçüsü6,46 Mb.
#6068
1   ...   9   10   11   12   13   14   15   16   17

 Lazım olan material və avadanlıqlar: boy ölçən 
santimetr, tərəzi, əsas mübadiləni təyin etmək üçün cədvəl
tələbə. 
 
İşin gedişi:  
 
1. Boy ölçən və  tərəzi ilə  tələbənin boyunun 
uzunluğu və  çəkisi təyin edilir. Tələbənin boyu 160 sm, 
çəkisi 60 kq, yaşı 20-ə  bərabərdirsə, onda cədvəl çəkiyə 
görə kalori miqdarı 892; yaşı isə boyuna görə 693 kkal. 
Orta ölçü bərabərdir 892+693=1585 kkal olacaq. Deməli, 
20 yaşlı boyu 160 sm, çəkisi 60 kq olan tələbənin  əsas 
mübadiləsi 1585 kkal-dır.  
 
262
Cədvəl a 
Sutka ərzində kişilərin boyu və yaşına görə 
 əsas mübadilənin təyini (1-ci rəqəm) 
Yaş, illər 
Bo
y, sm 
 
17
 
19 
 
21 
 
23 
 
25 
 
27 
 
29 
 
33 
 
41 
 
51 
 
63 
144 
593 
568 
           
148 
633 
608 
           
152 673 648 619 605 592 578 565 538  484  416 335 
156 713 678 639 625 612 598 585 558  504  436 355 
160 743 708 659 645 632 618 605 578  524  456 375 
164 773 738 679 665 652 638 625 598  544  476 395 
168 803 768 699 685 672 658 645 618  564  496 415 
172 823 788 719 705 692 678 665 638  584  516 435 
176 843 808 739 725 712 698 685 658  604  536 455 
180 863 828 759 745 732 718 705 678  624  556 475 
184 883 848 779 865 752 738 725 698  644  576 495 
 
Cədvəl b 
Sutka ərzində qadınlarda boyu və yaşına görə  
əsas mübadilənin təyini (1-ci rəqəm) 
Yaş, illər 
Bo
y, sm 
 
17
 
19 
 
21 
 
23 
 
25 
 
27 
 
29 
 
33 
 
41 
 
51 
 
63 
144 171 162   
 
 
 
 
 
 
 
 
148 187 178   
 
 
 
 
 
 
 
 
152 201 192 183 174 164  155  146 127  89  43  -13 
156 215 206 190 181 172  162  153 134  97  50  -6 
160 229 220 198 188 179  170  160 142 104  57  1 
164 243 234 205 196 186  177  168 149 112  65  9 
168 255 246 213 203 194  184  175 156 119  72  17 
172 267 258 220 211 201  192  183 164 126  80  24 
176 279 270 227 218 209  199  190 171 134  87  31 
180 291 282 235 225 216  207  197 179 141  94  38 
 

 
263
Cədvəl c 
Əsas mübadilənin çəkiyə görə təyini (2-ci rəqəm) 
Qadınlar Kişilər  
Ç
əki, 
kq 
kkal 
Ç
əki, 
kq 
kkal 
Ç
əki, 
kq 
kkal 
Ç
əki, 
kq 
kkal 
45 1085 68 1305 46  699  72 1057 
46 1095 70 1325 48  727  74 1084 
47 1105 72 1344 50  754  76 1112 
48 1114 74 1363 52  782  78 1139 
50 1133 76 1382 54  809  80 1167 
52 1152 78 1401 56  837  82 1194 
54 1172 80 1420 58  864  84 1222 
56 1191 82 1439 60  892  86 1249 
58 1210 84 1458 62  919  88 1277 
60 1229 86 1478 64  947  90 1304 
62 
1248 
  66 
974 
  
64 1267   
  68 1002   
 
66 1286   
  70 1029   
 
 
Cədvəl ç 
Sutka ərzində çəkidən asılı olaraq  
uşaqlarda əsas mübadilənin miqdarı 
kkal kkal  kkal 
Ç
əki, kq 

la
n
 
q
ızlar 
Ç
əki, kq 

la
n
 
q
ızlar 
Ç
əki, kq 

la
n
 
q
ızlar 
3 150 136 14 700  687 30 1140 1063 
4 210 205 15 725  718 32 1190 1101 
5 270 274 16 750  747 34 1230 1137 
6 330 336 17 780  775 36 1270 1173 
7 390 395 18 810  802 38 1305 1207 
8 445 448 19 840  827 40 1340 1241 
9 495 496 20 870  852 42 1370 1274 
10 545 541 22 910  898 44 1400 1305 
11 590 582 24  980  942   
 
 
12 625 620 26 1070  984   
 
 
 
264
13 665 665 28 1100 1025   
 
 
 
2.  İnsan bədənində maddələr mübadiləsinin enerjisi 
istiliyə çevrilir və onu əhatə edən mühitə  dəri vasitəsilə 
verilir. Buna görə insan bədəninin 1m
2
  səthində  əsas 
mübadilənin  əhəmiyyəti böyük rol oynayır. Müxətlif 
insanlarda bu qərəm müxtəlifdir. 10 – 12 yaşlı məktəbli 1m
2
 
sahəsindən 1236 (oğlan) və 1200 (qız) kkal istilik sutka 
ərzində boşaldır; 18 – 20 yaş dövründə 984 – 912 kkal/m
2

20-40 yaş dövründə 948 – 888 kkal/m
2
 sutka ərzində.  
 
Tələbinin 1m
2
  səthində  əsas mübadiləni sutka ərzində 
təyin etmək üçün öncə alınan rəqəmləri istifadə edirik. 
 
Tələbənin ümumi səthini homoqram vasitəsilə 
tapırıq (şəkil 146a). Tələbənin boyu 160 sm, çəkisi 60 kq 
olarsa, onun bədən səthi 1,59 m
2
 olacaq. Tələbənin  əsas 
mübadiləsi=984kkalx1,59=1564,56kkal sutka ərzində 
normadır. 
 
Şəkil 146 a. Çəki və boyuna görə bədən səthinin  
təyini üçün homoqram. 

 
265
Cədvəl d 
Uşaqlarda bədən səthi və çəkisi 
Yaş, illər Çəki, kq 
Bədən səthi, m

1 10 
0,55 
5 17 
0,79 
8 24 
1,00 
11 31 
1,19 
14 40 
1,41 
 
 
Uşaqlarda 1m
2
  bədən səthində  əsas mübadilənin 
miqdarını tapıb yaşlıların 1m
2
  bədən səthindəki  əsas 
mübadilə ilə müqayisə edirlər. 
 
 
 
266
IX FƏSİL 
 
SENSOR SİSTEM 
 
 Bizi 
əhatə edən aləmin obyektiv varlığını  əks 
etdirən hiss orqanları (görmə, eşitmə, qoxu, dad, dəri) öz 
funksiyasını, ancaq beyin və xüsusən onun qabığı normal 
işlədikdə yerinə yetirə bilər. 
 Xarici 
aləmdəki  əşyalar və hadisələr haqqında 
beynə  məlumat gəlməsi üçün başlanğıc proses 
reseptorların   hissi sinir uclarının   oyanmasıdır. Hər 
hansı oyanma reseptordan beyin qabığına gəlib çatmaq 
üçün afferent yolları qət etməli, bu yolları təşkil edən sinir 
hüceyrələrinin birindən digərinə ötürülməlidir. Lakin 
afferent sistemin işi sinir impulsunu beyinə  gətirməklə 
məhdudlaşmır. Bu sistemin hər bir şöbəsi qəbul edilən 
impulsun analizində  iştirak edir. Sinir impulsu analizinin 
ən ali forması isə baş beyin yarımkürələri fəaliyyətinə aid 
fizioloji hadisədir. 
 
Qıcıqları  qəbul edən və oyanmaları keçirməkdə 
iştirak edən bütün neyronların məcmusunu, həmçinin baş-
beyin yarımkürələri qabığının duyğu hüceyrələrini 
İ.P.Pavlov bir sistemə daxil edərək analizator 
adlandırmışdır. Reseptorlar analizatorların mühiti hissələri 
hesab olunur. Afferent neyronlar və aparıcı yollar 
analizatorların ötrücü şöbələrini təşkil edir. Reseptorlardan 
oyanmanı  qəbul edən beyin yarımkürələri qabığı sahələri 
isə analizatorların mərkəzi şöbəsi hesab olunur. 
 
Orqanizmin daxili mühitinin və daxili üzvlərinin 
fəaliyyəti ilə  əlaqədar fəaliyyət göstərən reseptorlara 
interoreseptorlar,  əzələlərin və  vətərlərin funksional 
vəziyyətinin dəyişməsilə oyanan, habelə bədənin vəziyyəti 

 
267
(pozası) və  hərəkətilə  əlaqədar fəaliyyət göstərən 
reseptorlara proprioreseptorlar, xarici mühit amillərinin 
təsirilə oyanan reseptorlara isə eksteroreseptorlar deyilir. 
Görmə, qoxu, eşitmə reseptorları orqanizmdən uzaq mə-
safədə olan cisimlər təsirilə oyandığına görə distant 
reseptorlar, yaxın məsafədəki qıcıq amili təsirindən oyanan 
reseptorlar isə kontakt reseptorlar adlanırlar. 
 Filogenez 
və ontogenez prosesində reseptorların 
uyğunlaşdığı 
qıcıqlar adekvat və ya spesifik 
qıcıqlandırıcılar adlanır.  İnadekvat qıcıqlara reseptorlar 
uyğunlaşmır; onlar konkret analizatorların spesifik 
funksiyasını qiymətləndirmə kriteriyası kimi götürülə 
bilməz. 
 
 
73 saylı iş. Taktil hissiyyat 
 
 
Dəridə taktil və ya təmas, təzyiq, ağrı  və  hərarət 
hissiyyatını  qəbul edən reseptorlar yerləşir. Taktil 
reseptorlar bədəndə qeyri-bərabər səpələnərək,  ən çox 
barmaqların və dodaqların ucunda (Merkel diyircəyindən), 
ayaqaltında, dilin ucunda, az miqdarda isə  bədənin arxa 
səthində yerləşir. 
 Taktil 
reseptorları Meysner, təzyiq reseptorları isə 
Paççini, istilik reseptorları Puffini cisimciklərində olur. 
Krauze kolbacıqlarında soyuqluq reseptorları, təmas 
reseptorları rolunu isə qalın mielin lifləri oynayır. 
 Lazım olan material və avadanlıqlar: esteziometr 
(Veber sirkulu). 
 
İşin gedişi: Dəri hissiyyatı Frey esteziometri 
vasitəsilə  də ölçülür. Tələbə stulda oturur və gözünü 
yumur. Eksteriometrin iti ucu ilə  dərinin müxtəlif 
 
268
sahələrinə toxunulur. Esteriometrin ayaqcığını  tədricən 
hərəkət etdirərək hər dəfə 1 mm üzrə məsafədə əvvəlcədən 
nəzərdə tutulmuş dərinin müxtəlif sahələrinə toxundurulur. 
Tələbənin ilk dəfə  hər 2 ayaqcığını  dərinin hansı 
nahiyəsinə  və hansı  məsafədə, toxunduqdan sonra 
hissiyyatın baş verməsi anını qeyd edirlər. Alınan 
nəticələri cədvəldə əks edirlər. 
 
Şəkil. Esteriometr (Veber sirkulu). 
 
Cədvəl 13 
Dəri nahiyələri Məkan hissetmənin qapısı (esteriometrin 
ayaqcıqlarının arasındakı məsafə) 
Əl barmağı 
 
Ovcun içi 
 
Boyun  
Bel  
Burun  
 
Bəbək refleksinin müşahidəsi 
 
 
74 saylı iş. Adrenalin və atropinin bəbəyə təsiri 
 
 
Quzehli qişanın ortasında yerləşən məsaməyə 
(dəlik) bəbək deyilir. İşıq şüaları bu dəlikdən keçərək gö-

 
269
zün daxilinə düşür. Qüzehli qişada həlqəvi və radial 
(uzunsov) əzələlər yerləşir. Həlqəvi əzələlər parasimpatik, 
radial  əzələlər isə simpatik sinir lifləri ilə innervasiya 
olunur. 
 
Bəbəyin işığa qarşı reaksiyası.  Əgər gözün 
qarşısında qaranlıq mühit yaradıb, sonra işıq şüasının gözə 
düşməsinə  şərait yaratsaq, qaranlıq mühitdə genişlənmiş 
bəbəyin daralaraq əvvəlki normal vəziyyətinə qayıtdığını 
müşahidə etmək olar. 
 Adrenalin 
və atropin qüzehli qişanın saya əzələsinə 
təsir edir (adrenalin simpatik sinir sisteminin mediatoru 
kimi, atropinin isə xalinoreseptorları blokada edən amil 
kimi) və  bəbəyin genişlənməsinə  səbəb olur. Bu effekt 
həm tam orqanizmdə, həm də təcrid edilmiş göz almasında 
özünü göstərir.  
 Lazım olan material və avadanlıqlar: 2 qurbağa, 
iki dovşan, saat şüşəsi, göz pipetkası, fizioloji məhlul, 
adrenalin 1:1000, atropin 1:200. 
 
İşin gedişi: Qurbağanı  hərəkətsizləşdirib, hər iki 
göz almasını  çıxarıb, saat şüşəsi içərinə qoyub, fizioloji 
məhlul ilə yuyuruq. Bir neçə dəqiqədən sonra gündüz işı-
ğında bəbəyin dairəsini ölçürük, sonra bir gözə 2 damcı 
adrenalin məhlulu tökürük. Bu zaman bəbəyin kəskin 
böyüməsi müşahidə edilir. İkinci qurbağanı 
hərəkətsizləşdirib uyğun təcrübəni atropin vasitəsilə 
aparın. 
 2. 
Təcrübəni dovşanlar üzərində aparıb, sağ  və sol 
gözün bəbəyinin məsaməsinin ölçüsünün eyni olmasını 
qeyd edin. Dovşanlardan birinin sol gözünə pipetka 
vasitəsilə 1 – 2 damla adrenalin, digərinin gözünə isə bir o 
qədər atropin tökün. 10 – 15 dəqiqədən sonra hər iki gözün 
bəbəyinin eninin ölçüsünü yoxlayın. Hər iki dovşanın sol 
 
270
gözünün bəbəyinin böyüdüyünü müşahidə edəcəksiniz. 
 
 
 
75 saylı  iş. Qurbağanın yarımdairəvi kanallarının 
bədənin müvazinətinin ənzimində rolu 
 
 
 
Bədənin müvazinət analizatorunun reseptor şöbəsi 
daxili qulağın labirintinin dəhliz cihazında yerləşir. 
Axırıncıya iki torbacıq və üç yarımdairəvi kanallar aid 
edilir. Dəhliz cihazı göz, dəri və  əzələ analizatorları ilə 
birlikdə heyvanda və insanda başın və  bədənin fəzada və 
məkanda vəziyyətinin və hərəkətinin sürətini təmin edir. 
 
Lazım olan material və avadanlıqlar:  Qurbağa, 
şüşə banka, efir, qablar, tənzif, bint, pambıq tampon. 
 
İşin gedişi: Qurbağanı arxası üstə mantar lövhəyə 
bərkidirik. Salfetka vasitəsilə aşağı çənəsindən tutub aşağı 
dartıb, ağzını geniş açırıq. Ağız boşluğunun dibinin selikli 
qişasını lansetlə  kəsib, kənarlarını aralayırıq. Kəllə 
əsasında damar dəstəsinin yanında gicgah sümüyünün 
təpələri görünür. Bu təpələrdən birini alətlə deşib, əyilmiş 
ucu olan iynəni açılmış deşiyə daxil edib labirinti pozuruq. 
Qurbağanın başı  və  bədəni zədələnmiş  tərəfə  əyilir, suda 
həmin tərəfə dairəvi üzmə  hərəkət edir. İkinci labirinti 
pozduqdan sonra bədənin vəziyyəti düzəlsədə, suda üzən 
zaman hərəkətin tənzimində pozğunluqlar aydın müşahidə 
edilir.  
 
 
76 saylı  iş. Qıcığın qüvvəsi və hissiyyatın intensivliyi 
arasındakı asılılığın təyini (Veber-Fexner 
qanunu) 

 
271
 
 Reseptorların oyanması qüvvələr münasibəti 
qanununa tabedir. Belə ki, qıcığın qüvvəsi müəyyən həddə 
qədər artdıqca, reseptorun verdiyi cavab da o nisbətdə 
yüksəlir (Veber, 1934). Qıcığın qüvvəsi ilə hissiyyatın 
intensivliyi arasındakı nisbət aşağıdakı formulaya əsasən 
hesablanır: 
2
1
P
P
K

=
 
Burada 
1
P

-qıcığın artma qüvvəsi, 
2
P
-qıcığın ümumi 
qüvvəsi, K-hissiyyatın intensivliyini göstərir.  
 
Təcrübə ilə müəyyən edilmişdir ki, hər 100 q-a ən 
azı 3 q əlavə edilməlidir ki, dəriyə təsir edən yeni ağırlıq 
hiss edilsin. 
 Tutaq 
ki, 
dəridə olan baroreseptorlar 100 q qıcıq 
təzyiqindən oyanır.  Əgər həmin ağırlığa 2q-da əlavə 
olunarsa, bu əlavəyə qarşı baroreseptorların oyanması 
müşahidə edilmir. Lakin əlavə  ağırlıq 3 q, ya daha artıq 
olduqda qıcıq hiss ediləcəkdir.  Əvvəlcədən 200 q ağırlıq 
təsir etməkdədirsə, əlavə 6 q ağırlıq olmalıdır. Əvvəlcədən 
600 q ağırlıq təsir göstərməkdədirsə,  əlavə yük hər 100 
qrama 3 q olmaqla 18 q-dan az olmamalıdır. 
 Fexner 
bu 
hadisəni yoxlayarkən müəyyən etmişdir 
ki, qıcıq qüvvəsi və reseptorun oyanması arasındakı 
asılılıq nisbidir. Çünki reseptorların adaptasiyası (qıcığa 
«adət etmək») xüsusiyyəti də vardır. Qıcığın loqarifmik 
artımı ilə hissiyyatın intensivliyi arasındakı münasibət 
aşağıdakı formula ilə ifadə edilir: 
 
b
log
a
+
=
R
S
 
Burada S-hissiyyatın intensivliyi, R-qıcığın qüvvəsi, a və 
 
272
b-sabit kəmiyyətdir. 
 Lazım olan vəsait: əşya şüşəsi və müxtəlif ağırlıqlı 
çəki daşları. 
 
İşin gedişi: 
 
Müayinə edilən  şəxs  əyləşib gözlərini yumur və 
əlini masanın üzərinə barmaqları açılmız vəziyyətdə qo-
yur. Barmaqların ucuna əşya  şüşəsi,  şüşənin üstünə isə 
çəki daşları qoymaqla hansı  ağırlıq təzyiqinin hiss olun-
duğu qeydə alınır. Sonra tədricən yükü artırır və müayinə 
edilən adamdan təzyiqin artdığını hiss edib, etmədiyini 
soruşurlar. Təcrübəni müxtəlif yüklər qoymaqla bir neçə 
dəfə təkrarlayır, hissiyyatın qıcıq qapısını və intensivliyini 
(K) müəyyən edirlər. 
 
 
77 saylı iş. Dad hissiyyatının öyrənilməsi 
 
 Dad 
hissiyyatı dilin, qismən yumşaq damağın, 
udlağın arxa divarının və  qırtlaq qapağının reseptorlarına 
acı, şirin, turş və şor qidalar təsirilə baş verən hissiyyatdır. 
Dilin ucunda, kökündə  və  kənarlarında olan reseptorlar 
dadı 
fərqləndirməkdə, xüsusilə mühüm fizioloji 
əhəmiyyətə malikdir. 
 Qidanın və ümumiyyətlə, hər hansı maddənin 
dadının hiss olunması üçün o, mayedə həll olmalıdır. 
 Lazım olan vəsait:  göz pipetkası, stəkan, 0,5%-li 
xinin hidroxlorid məhlulu, 1%-li limon turşusu və ya 
tartarat turşusu məhlulu, qənd, innab yarpağı. 
 
İşin gedişi: 
 
Təcrübə iki tələbə üzərində aparılır.  Əvvəlcə dil 
səthinin müxtəlif sahələrinə pipetka vasitəsilə 
məhlullardan növbə ilə damızdırırlar. Hər maddənin 

 
273
təsirindən sonra ağız su ilə yaxalanmalıdır. Təcrübə 
göstərir ki, dilin ucu şirinliyə, kökü acılığa, kənarları isə 
şorluğa və turşuluğa daha həssasdır. Dil səthinin ortası isə, 
demək olar ki, dad hissiyyatında iştirak etmir.  
 
Tələbə innab yarpağını çeynədikdən 1 – 2 dəqiqə 
sonra ağzına qoyulan qəndin şirinliyini hiss etmir. 
78 saylı iş. Görmə itiliyinin təyini 
 
 Görmə itiliyi gözün bir-birinə yaxın yerləşmiş 2 
nöqtənin ayrı-ayrılıqda fərqləndirmə qabiliyyəti ilə 
müəyyən edilir. İnsanın görmə itiliyini təyin etmək üçün 
xüsusi cədvəldən istifadə edilir. 
 Görmə itiliyi 
D
V
α
=
 düsturu ilə hesablanır; 
V-görmə itiliyi; 
α
-tələbə ilə cədvəl arasındakı məsafə; D-
oxunan sətrin məsafəsi. 
 Lazım olan material və avadanlıqlar: Görmə 
itiliyini təyin etmək üçün cədvəl, çubuq və tələbə. 
 
İşin gedişi: Tələbə cədvəldən 5 m aralı oturur, hər 
bir gözü ilə ayrı-ayrı cədvəldə hərfləri oxuyur. Əgər tələbə 
5 m məsafədən 10-cu sətirdəki hərfləri ayırd edə bilirsə, 
onun görmə itiliyi 1-ə bərabərdir (norma). 5 m məsafədən 
1-ci sətrin hərflərini oxuyursa, deməli görmə itliyi 0,5-ə 
bərabərdir. 
 
 
79 saylı  iş. Gözün torluk qişasında kor ləkənin 
nümayişi 
 
 Lazım olan material və avadanlıqlar: xüsusi qara 
kart və tələbə. 
 
İşin gedişi: Tələbə sol əli ilə sol gözünü bağlayır, 
 
274
sağ  əli ilə uzaqdan kartı yavaş-yavaş sağ gözünə 
yaxınlaşdırır. Tələbə  nəzərini sol xəyali xəttə (+) fiksə 
etməlidir. 
 
Şəkil 147. Kor ləkəni nümayiş etdirmək üçün kart. 
 
 
Gözdən 20 – 25 sm məsafədə sağ təsvir (O) itir. Bu 
torlu qişada kor ləkənin, yəni görmə reseptorları olmayan 
sahənin olduğunu sübut edir. Kor ləkə göz almasından 
görmə sinirinin çıxdığı nahiyəyə deyilir. Sonra tələbə sağ 
gözünü bağlayır və sol gözü ilə kartda olan təsvirə baxır. 
İkinci təsvirin itdiyi zaman gözdən karta qədər olan 
məsafəni qeyd edirlər. 
 
 

 
275
X FƏSİL  
 
ALİ SİNİR FƏALİYYƏTİ (ASF) 
 
 
 
Ali sinir fəaliyyəti insanın və istiqanlı heyvanların 
davranışını, rəftarını, mühit şəraitinin daimi dəyişməkdə 
olan tələblərinə uyğunlaşma reaksiyalarını təmin edir. Ali 
sinir fəaliyyətinin  əsasını,  İ.P.Pavlovun kəşf etdiyi şərti 
reflekslər təşkil edir. Beyin qabığı  fəaliyyətinin  əsasında 
reflektor proseslər durur. Lakin beyin qabığının bu 
fəaliyyəti mərkəzi sinir sisteminin digər  şöbələrinin 
reflektor fəaliyyətindən bir sıra xüsusiyyətləri ilə fərqlənir. 
 
Daxili mühitin (qan, limfa) və daxili üzvlər (ürək, 
mədə, bağırsaq, qan damarları və s.) fəaliyyətinin tənzimi 
isə  şərtsiz reflekslərlə, yəni qabıqaltı nüvələrin, beyin 
sütununun, onurğa beyninin funksiyasından, ibtidai sinir 
fəaliyyəti sayəsində icra olunur. 
 Baş beyin yarımkürələri qabığı  mərkəzi sinir 
sisteminin  ən mütəşəkkil, incə quruluşlu və mürəkkəb 
vəzifəli  şöbəsi olmaqla beyinin bütün digər  şöbələrilə 
morfofunksional  əlaqədədir. Odur ki, ali sinir fəaliyyəti 
ibtidai sinir fəaliyyətindən ayrılıqda icra olunan fizioloji 
hadisə deyil, əksinə, bütün şərti reflekslərin  şərtsiz 
reflekslər üzərində qurulmasından ibarət 
qanunauyğunluqdur. Bununla belə  şərti və  şərtsiz 
reflekslər arasında bir sıra mühüm fərqlər də vardır. 
 
İ.P.Pavlov və əməkdaşlarının apardıqları tədqiqatlar 
göstərir ki, şərtsiz reflekslər anadangəlmə, növə  mənsub 
ömür boyu davam etdiyi halda, şərti reflekslər fərdi inkişaf 
dövründə «həyati təcrübə» nəticəsində qazanılan refleks 
reaksiyalarıdır.  
 
276
 
Şərti reflekslərin yaradılması üçün şərtsiz refleks 
reaksiyasına səbəb olan qıcığa hər hansı indifferent qıcığın 
qoşulmasıdır.  İndifferent qıcıq isə orqanizmin xarici, ya 
daxili mühitindəki hər hansı dəyişiklikdən ibarət ola bilər. 
 
İndefferent qıcıq şərtsiz qıcıqdan bir neçə saniyə (1 
– 5 saniyə) əvvəl təsirə başladıqda, sonra isə hər iki qıcıq 
bir neçə saniyə  ərzində eyni vaxtda təsir etdikdə  və bu 
hadisə  dəfələrlə  təkrarlandıqda  şərti refleks yaranır. 
Qıcıqların quraşdırılması qaydası pozulduqda isə, məsələn, 
şərti və  şərtsiz qıcıqlar eyni vaxtda verildikdə,  şərti qıcıq 
şərtsizdən sonra verildikdə  və digər hallarda şərti refleks 
yaranmır, ya çox zəif və tez sönən olur. Şərti refleksin 
yaranmış olduğu andan etibarən  əlavə  qıcığa daha 
indifferent qıcıq deyil, şərti qıcıq və ya şərti siqnal deyilir. 
 Bilavasitə şərtsiz refleksin üzərində yaradılmış şərti 
reflekslərə birinci dərəcəli  şərti reflekslər deyilir. Lakin 
hər hansı möhkəm  şərti refleks özü də yeni şərti refleks 
üçün  əsas ola bilir. Şərti refleks üzərində yaradılmış  şərti 
reflekslərə ali dərəcəli  şərti reflekslər deyilir. Belə  şərti 
reflekslərdən ikinci və üçüncü dərəcəlisini də yaratmaq 
mümkündür.  
 Bioloji 
mənalarına (vəzifələrinə) görə  şərtsiz və 
şərti refleksləri müəyyən qruplara bölür və hər qrupda bir 
sıra reflekslər fərqləndirirlər. Bunlardan ən  əsasları 
aşağıdakılardır: 
1.
 
Qida refleksləri; 
2.
 
Müdafiə refleksləri; 
3.
 
Tənasül refleksləri; 
4.
 
Stato-kinetik və lokomotor reflekslər; 
5.
 
Homeostaz, yəni orqanizmin daxili mühitinin 
nisbi sabitliyini təmin edən reflekslər; 
6.
 
Mühitdən baş  çıxarmaq və ya bələd olmaq 

 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin