E. M. MƏMMƏdov


ELEKTRİK TƏCHİZATI SXEMLƏRİ VƏ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#42765
1   ...   16   17   18   19   20   21   22   23   ...   33
44 Eltechizat

3.ELEKTRİK TƏCHİZATI SXEMLƏRİ VƏ 

YARIMSTANSİYALAR 


~ 28 ~ 

 

3.1.Elektrik təchizatı sxemləri və onların tərtibi 



 

1.Əsas tələblər. Müəssisənin elektrik təchizatı sistemi qidalandırıcı, paylayıcı, 

transformator  və  çevirici  yarımstansiyalarından,  onları  əlaqələndirən  kabel  və  hava 

şəbəkələrindən,  gərginliyi  1kV-dan  çox  və  1kV-dan  aşağı  olan  şinnaqilərdən 

ibarətdir. Müəssisənin elektrik təchizatına qoyulan təlabat müəssisənin istehlak etdiyi 

gücdən  onun  növündən  (kiçik,  orta  və  ya  iri)  asılıdır.  İri  müəssisələrin 

işlədicilərininqoyuluş  gücü  75 100MVt  (qara  və  əlvan  metalurgiya,  kimya,  ağır 

maşınqayırma  zavodları)  təşkil  edir.  Orta    güclü  müəssisələrin  işlədicilərinin  gücü 

75 100MVt-a  qədərdir  (maşınqayırma  zavodları,  ağac  emelı  kombinatları,  tekstil 

fabrikləri). Kiçik güclü müəssisələsrin işlədicilərinin qoyuluş gücü 5MVt-a qədərdir 

(yüngül qida sənaye müəssisələri). 

 

Elektrik  təchiztzı  sxemləri  elə  tərtib  edilir  ki,  elektrik  təchizatı  sisteminin 



bütövlükdə  etibarlığı,  iqtisadiliyi,  xidməti  təhlükəsizliyi  və  istənilən  rejimdə  tələb 

olunan enerji keyfiyyəti təmin edilsin. 

 

Elektrik təchizatı sistemi onun sxemi ilə xarakterizə olunur. Elektrik təchizatı 



sxeminin  etibarlığı  elektrik  enerjisi  qəbuledicilərinin  kateqoriyalarından  asılı  olaraq 

təyin  edilir.  Elektrik  təchizatı  sxeminin  formalaşdırılması  üçün  sex 

transformatorlarının sayı və gücü seçilməlidir. 

 

Dərin girişlərin tətbiq olunduğu ən etibarlı və iqtisadi elektrik təchizatı sistemi, 



yüksək gərginlikli (35 110kV) mənbələrin elektrik enerjisi işlədicilərinə maksimum 

yaxın olduği sistemdir. 

 

Elektrik təchizatı sisteminin bütün elementləri daimi yük altında olmalıdır. Bu 



iş rejimində elektrik enerjisi itkiləri azalır və etibarlıq artır. 

 

Elektrik  təchizatı  sisteminin  qurulması  zamanı  xətlərin  və  transformatorların 



ayrılıqda  işi  nəzərdə  tutulur  ki,  bu  da  qısaqapanma  cərəyanlarını  azaldır,  birinci 

kommutasiya  sxemini  və  girişlərdə  rele  mühafizəsini  sadələşdirir.  İstehlakçıların 

qidalanmasını bərpa etmək üçün sadə Avtomatik Təkrar Qoşulma (ATQ) və Ehtiyatın 

Avtomatik  Qoşulması  (EAQ)  sxemləri  tətbiq  edilir.  Girişlərin  və  ya  alçaldıcı 

transformatorların paralel işi seksiya (bölmə) açarının tətbiqi nəticəsində təmin edilir. 

Hər hansı bir dövrənin normal iş rejiminin pozulması zamanı, dövrə avtomatik açılır. 

 

Sənaye  müəssisəsinin  elektrik  təchizatı  sxemi  qida  mənbəyi  ilə  içlədicilər 



arasındakı  əlaqəni  göstərir.  Sxem  bu  xüsusiyyətlərə  malik  olmalıdır:  Etibarlıq, 


~ 29 ~ 

 

iqtisadilik,  müəssisə  üzrə  yüklərin  yerləşmə  xarakteri,  tələb  olunan  gücün  miqdarı, 



məxsusi mənbəyin olması və.s. 

 

Sənaye  müəssisəsinin elektrik təchizatı sxemləri iki hissədən ibarətdir:  Xarici 



elektrik təchizatı sxemləri, daxili elektrik təchizatı sxemləri. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin