gərginliyində elektrik veriliş xətləri (EVX) vasitəsilə işlədicilərə ötürülür. Əgər
elektrik enerjisi işlədiciləri uzaq məsafələrdə yerləşirsə, istehsal olunan elektrik
enerjisi elektrik stansiyanın yaxınlığında quraşdırılan yüksəldici transformator
yarımstansiyasında standart nominal gərginliklərə qədər yüksəldilərək EVX-ri
vasitəsilə tələb olunan məsafələrə ötürülür. Adətən gərginliyi 1kV olan enerjisini 1km
məsafəyə ötürmək daha səmərilidir. Bu enerji itkilərinin azaldılması məqsədi ilə
~ 27 ~
380/220V gərginlikli 3-fazalı şəbəkələr adətən işıqlandırma və kiçik güclü elektrik
mühəriklərinin qidalanması üçün istifadə olunur. Və 4-naqilli (3-faza, 1-sıfır)
torpaqlanmış neytrallı hazırlanır ki, bu da torpağa qapanma zamanı zədələnmiş
fazanın avtomatik açılmasını və eləcədə şəbəkənin təhlükəsiz xidmətini təmin edir.
Elektrik qurğularının nominal parametrləri aşağıdakılardır:
1) Nominal güc.
2) Nominal cərəyan.
3) Nominal gərginlik.
Bu parametrlər xüsusi kataloqlarda, sorğu kitablarında və avadnlıqların üzərində
qeyd olunur. Elektrik qurğularının izolyasiyasının səviyyəsini təyin edən əsas
parametrlərdən biri nominal gərginlikdir.
Standart nominal gərginliklər (kV-la). 0.22 kV; 0.38 kV; 0.66 kV; 3 kV; 6 kV;
10 kV; 20 kV; 35 kV; 110 kV; 220 kV; 330 kV; 500 kV; 750 kV; 1150kV.
Metropolitendə 825V sabit və 27.5kV dəyişən cərəyan sistemi istifadə olunur.
Elektrik sistemlərində nominal cərəyanlar. 1A; 1.6A; 2.5A; 4A; 6.3A və
onların 10 dəfələrlə misli qədər qəbul edilmişdir.
Elektrik sitemlərində 2-cərəyan sistemi qəbul edilmişdir.
1) Sabit cərəyan
2) Dəyişən cərəyan
Sabit cərəyanda nominal güc belə hesablanır.
(kVt)
Dəyişən cərəyanda bir fazalı nominal güc belə hesablanır.
(kVA)
Üç fazalı nominal güc belə hesablanır.
(kVA)
Dostları ilə paylaş: