3.2.2. Xurma meyvəsində fenol maddələrinin tədqiqi
Fenol maddələri bitkilərdə, o cümlədən xurma meyvəsində müxtəlif bioloji və texnoloji xüsusiyyətləri yerinə yetirir. Bitkilərdə gedən tənəffüs, fotosintez prosesləri bilavasitə fenol maddələrinin iştirakı ilə gedir. Bitkilərdə və xurmada fenol maddələri əsasən fotosintez prosesi zamanı sintez olunur. Onlar bitkinin böyüməsinə və hərtərəfli inkişafına təsir göstərirlər. Fenol maddələri canlı orqanizmdə baş verən mübadilə prosesinin tənzimlənməsində iştirak edirlər. Aromatik aminturşuların, bəzi vitaminlərin, alkaloidlərin, terpenli birləşmələrin və qeyrilərinin sintezi bilavasitə fenol maddələri ilə əlaqədardır.
Fenol maddələrinin antioksidant və antimikrob xassəsi də məlumdur [148, 149]. Qida məhsullarının uzun müddət saxlanmasında fenol maddələrindən və onun bəzi birləşmələrindən istifadə olunur [45, 106, 107]. Hal-hazırda bitkilərdən alınmış fenol maddələrinin köməyi ilə yağları uzun müddət təbii olaraq keyfiyyətli saxlamaq mümkündür [39, 40, 151].
Fenol maddələri yüksək səviyyədə meyvə-tərəvəzlərin, o cümlədən xurmanın keyfiyyətinə təsir göstərir [42, 150, 153]. Onların ətirli, dadlı olması xeyli dərəcədə fenol maddələrindən asılıdır. Tam yetişmiş xurma meyvəsində heç bir mikrobioloji xəstəliyin olmaması da onun tərkibinin fenol maddələri ilə zəngin olması ilə əlaqədardır. Xurma meyvəsinin ətirli, dadlı, ekstraktiv maddələrlə zəngin olması fenollu birləşmələrlə sıx əlaqədardır. Bu baxımdan da biz ilk əvvəl xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq hər iki sortda fenol maddələrinin rolunu tədqiq etmişik. Fenol maddələri haqqında aparılmış tədqiqat işləri 3.12÷3.15 cədvəllərində göstərilmişdir.
Aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, fenol maddələrinin ümumi miqdarı tam yetişməmiş xurma meyvələrində çox, yetişmiş və yetişmə müddəti ötmüş meyvələrdə isə az miqdarda olmuşdur. Əgər Xaçia sortunun yetişməmiş meyvələrində fenol maddələrinin ümumi miqdarı 1065 mq/ 100 sm3 olmuşdursa, yetişmişdə 950 mq/100 sm3, yetişmə müddəti ötmüş meyvələrdə isə 620 mq/100 sm3 qeydə alınmışdır. Bu göstərici Xiakume sortu ilə eynilik təşkil etmişdir (cədvəl 3.11).
Tədqiqat zamanı müəyyən olunmuşdur ki, yetişməmiş meyvələrdə büzüşdürücülük xüsusiyyəti daha yüksəkdir. Onun qidalılıq dəyəri aşağı olmaqla həm də şirə çıxımı da azdır. Meyvə yetişdikcə büzüşdürücülük xüsusiyyəti azalır, şirə çıxımı isə yüksəlir. Bundan başqa biz hər iki sortda xurma meyvələrinin yetişmə dərəcəsindən asılı olaraq proantosianidinlərin miqdarca dəyişməsini də öyrənmişik. Proantosianidinlər flavanoidlərin dimerləri olub (C6–C3–C6)2 leykoantosianlarla katexinlərin birləşməsindən əmələ gəlmişlər. Başqa sözlə onlara biflavanoidlər də deyilir.
Cədvəl 3.11
Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq
fenol maddələrinin miqdarca dəyişməsi (mq/100 sm3)
Hal-hazırda xurma meyvəsində biflavanoidlərin 60-a yaxın nümayəndələri aşkar edilmişdir [42, 53, 63]. Xurma meyvələrində büzüşdürücülük xüsusiyyətinin olması xeyli dərəcədə proantosianidinlərlə də əlaqədardır.
Analiz zamanı məlum olmuşdur ki, xurma meyvəsi yetişdikcə proantosianidinlər miqdarca azalmağa başlayır. Hər iki sortda ən az proantosianidinlər yetişmə müddəti ötmüş xurma meyvələrində olmuşdur – 301,1÷305,2 mq/100 sm3. Xurma meyvəsi leykoantosianlarla da zəngindir (cədvəl 3.11). Onlar xurma meyvəsində həm sərbəst, həm də birləşmiş şəkildə oliqomer və polimer fenol maddələrinin tərkibində olurlar [131]. Leykoantosianlar ən çox aşı maddələrinin tərkibində olurlar.
Ədəbiyyat xülasəsindən məlum olmuşdur ki, leykoantosianların xeyli sayda aqlikonları (leykopelarquanidin, leyko-delfinidin, leykosianidin və s.) olmağına baxmayaraq, onların xurma meyvəsində qlikozidlərinə təsadüf olunmur [7, 42]. Onlar suda yaxşı həll olmaqla tez oksidləşirlər. Elə ona görə də leykoantosianlar yetişmə müddəti ötmüş xurma meyvələrində daha az miqdarda olurlar (cədvəl 3.11).
Aparılmış analiz zamanı məlum olmuşdur ki, xurma meyvəsi katexinlərlə də zəngindir. Tam yetişməmiş xurma meyvəsi yetişmiş və yetişmə müddəti ötmüş meyvələrə nisbətən katexinlərlə daha zəngindir. Əgər tam yetişməmiş xurma meyvələrində katexinlər 24,2÷32,4 mq/100 sm3, yetişmişdə 20,2÷28,4 mq/100 sm3 olarsa, yetişmə müddəti ötmüşdə isə 14,3÷17,0 mq/100 sm3 arasında olmuşdur. Cədvəl 3.11-in rəqəmlərindən aydın olur ki, xurma meyvəsi yetişdikcə katexinlər miqdarca azalmağa başlayırlar. Katexinlərin xurmada miqdarca azalması onların başqa maddələrə çevrilməsi ilə əlaqədar deyildir.
Onların azalması oksidləşdirici fermentlərin nümayəndələri olan o-difenoloksidaza və peroksidaza fermentlərinin aktivliyinin artması ilə və nəticədə katexinlərin tənəffüs prosesinə sərf olunması ilə əlaqədardır. Qeyd olunan fermentlərin aktivliyinin artması yetişmə müddəti ötmüş xurma meyvələrində daha çox olmuşdur. Elə ona görə də yetişmə müddəti ötmüş xurma meyvələrinin qidalılıq dəyəri tam yetişmiş xurma meyvələrinə nisbətən çox aşağıdır.
Katexinlər bakterisid xassəyə də malikdirlər. Katexinlərlə zəngin olan xurma meyvələri daha keyfiyyətli olmaqla yanaşı həm də oksidləşdirici fermentlərin və mikroorqanizmlərin fəaliyyətini də ingibitorlaşdırırlar [9, 63]. Katexinlər də leykoantosianlar kimi xurma meyvəsində həm sərbəst, həm də birləşmiş şəkildə di, trimerlərin və polimer fenol maddələrinin tərkibində birləşmiş şəkildə olurlar.
Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq flavonollar da miqdarca təyin edilmişdir. Aparılmış analiz nəticəsində məlum olmuşdur ki, xurma meyvəsi yetişdikcə flavonollar miqdarca azalmağa başlayır. Xaçia sortunun yetişməmiş xurma meyvəsində flavonollar 8,7 mq/100 sm3 olmuşdursa, bu göstərici yetişmiş meyvələrdə 7,1 mq/100 sm3, yetişmə müddəti ötmüş meyvələrdə isə 4,5 mq/100 sm3 olmuşdur. Leykoanto-sianlardan və katexinlərdən fərqli olaraq flavonollar qlikozidlər əmələ gətirmək qabiliyyətinə malikdirlər. Onlar ən çox sadə şəkərlərdən qlükoza və ramnoza ilə birləşərək qlikozid əmələ gətirirlər. Flavonollar xurma meyvəsində əsasən qlikozidlər formasında olurlar. Onların xurma meyvəsində xeyli sayda qlikozidlərinə rast gəlinir. Tədqiqat zamanı məlum olmuşdur ki, hər iki sortun xurma meyvələrində flavonolların aqlikonlarından kemferolun, kversetinin, mirisetinin mono və diqlikozidləri aşkar edilmişdir (cədvəl 3.12).
Cədvəl 3.12
Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq
flavonolların miqdarca dəyişməsi (mq/dm3)
Göstəricilər
|
Yetişməmiş
|
Yetişmiş
|
Yetişmə müddəti ötmüş
|
Xaçia sortu
|
Kemferol-monoqlikozid
|
0,9
|
2,8
|
1,4
|
Kemferol-diqlikozid
|
1,2
|
2,4
|
1,1
|
Kversetin-monoqlikozid
|
6,4
|
10,2
|
4,3
|
Kversetin-diqlikozid
|
6,8
|
9,8
|
3,7
|
Mirisetin-monoqlikozid
|
0,6
|
1,2
|
0,8
|
Mirisetin-diqlikozid
|
0,4
|
0,8
|
0,5
|
Xiakume sortu
|
Kemferol-monoqlikozid
|
1,2
|
3,1
|
1,6
|
Kemferol-diqlikozid
|
0,9
|
2,6
|
1,3
|
Kversetin-monoqlikozid
|
5,6
|
8,9
|
4,2
|
Kversetin-diqlikozid
|
5,8
|
8,7
|
3,8
|
Mirisetin-monoqlikozid
|
0,7
|
1,4
|
0,7
|
Mirisetin-diqlikozid
|
0,5
|
0,9
|
0,4
|
Aparılmış analiz nəticəsində müəyyən edilmişdir ki, qlikozidlər əsasən tam yetişmiş və yetişmə müddəti ötmüş xurma meyvələrində çox, yetişməmiş meyvələrdə isə az miqdarda əmələ gəlirlər.
Bu da əsas onunla izah olunur ki, yetişməmiş xurma meyvələrində başqa variantlara nisbətən sadə şəkərlər olduqca az miqdarda olurlar [9, 77]. Yuxarıda qeyd olunan fenol maddələrindən başqa tədqiq olunan hər iki sortun xurma meyvələrində fenol karbon turşularından p-kumar və kofein turşularının da bioloji və texnoloji xüsusiyyətləri öyrənilmişdir.
Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq p-kumar və kofein turşuları get-gedə azalmağa başlayırlar. Bu azalma ən çox yetişmə müddəti ötmüş xurma meyvələrində qeydə alınmışdır – 0,32÷0,8 mq/100 sm3. Tədqiq olunan p-kumar və kofein turşuları C6–C3-sıra fenol birləşmələrinə aid olub, kimyəvi formulları aşağıdakı kimidir.
Bu turşular xurma meyvəsində həm sərbəst, həm də birləşmiş şəkildə əsasən liqnanların və liqninin tərkibində daha çox olurlar [7]. Kofein və p-kumar turşuları ilə zəngin olan xurma meyvəsindən hazırlanmış qida məhsullarının qidalılıq dəyəri daim yüksək olur.
Fenolkarbon turşuları hazır məhsulun daha dadlı, ətirli olmasına şərait yaradırlar. Ona görə də xurma meyvəsindən istifadə etməklə müxtəlif çeşiddə qida məhsulu istehsalı zamanı fenolkarbon turşularının xammalda lazımi miqdarda olmasına xüsusi olaraq fikir verilməlidir.
Tədqiqat işimizdə xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq fenol maddələrinin miqdarca dəyişməsi də öyrənilmişdir. Bu göstəricilər cədvəl 3.13-də qeyd edilmişdir.
Cədvəl 3.13
Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq
fenol maddələrinin miqdarca dəyişməsi (%-lə)
Fenol maddələri
|
Yetişmiş
|
Yetişmə müddəti ötmüş
|
Fərq
|
%-lə
|
Xaçia sortu
|
Proantosianidinlər
|
410,2
|
305,2
|
105,0
|
25,6
|
Leykoantosianlar
|
285,0
|
230,0
|
11,0
|
19,3
|
Katexinlər
|
28,4
|
17,0
|
11,4
|
40,1
|
Flavanollar
|
7,1
|
4,5
|
2,6
|
36,6
|
p-kumar turşusu
|
1,34
|
0,88
|
0,46
|
34,3
|
Kofein turşusu
|
0,65
|
0,34
|
0,31
|
47,47
|
Ümumi miqdarı
|
950
|
620
|
330
|
34,7
|
Xiakume sortu
|
Proantosianidinlər
|
361,6
|
301,1
|
60,5
|
16,7
|
Leykoantosianlar
|
265,0
|
215,0
|
50,0
|
18,9
|
Katexinlər
|
20,2
|
14,3
|
5,9
|
29,2
|
Flavanollar
|
8,4
|
5,1
|
3,3
|
39,3
|
p-kumar turşusu
|
1,18
|
0,8
|
0,38
|
32,2
|
Kofein turşusu
|
0,55
|
0,32
|
0,23
|
41,8
|
Ümumi miqdarı
|
860
|
580
|
280
|
32,5
|
Bu cədvəlin rəqəmlərindən məlum olur ki, yetişmiş xurma meyvələrinə nisbətən (Xaçia sortunda) yetişmə müddəti ötmüş meyvələrdə proantosianidinlər 25,6%, leykoantosianlar 19,3%, katexinlər 40,1%, flavonollar 36,6%, p-kumar turşusu 34,3%, kofein turşusu 47,7%, fenol maddələrinin ümumi miqdarı isə 34,7% azalmışdır. Cədvəl 3.13-dən məlum olur ki, bu azalma katexinlərdə və kofein turşusunda daha çox olmuşdur – 40,1 və 47,7%.
Ona görə də yetişmə müddəti ötmüş xurma meyvələrindən hazırlanmış qida məhsullarının keyfiyyət göstəriciləri aşağı olmuşdur. Xaçia sortunun bu göstəriciləri Xiakume sortu ilə demək olar ki, eynilik təşkil etmişdir. Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq monomer və polimer fenol maddələrinin miqdarı da tədqiq olunmuşdur (cədvəl 3.14).
Cədvəl 3.14
Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq monomer və polimer fenol maddələrinin miqdarca dəyişməsi
(mq/100 sm3)
Xurma sortları
|
Fenol maddələri
|
Monomer
|
Polimer
|
Yetişməmiş xurma meyvəsi
|
Xaçia
|
432
|
586
|
Xiakume
|
394
|
565
|
Yetişmiş xurma meyvəsi
|
Xaçia
|
312
|
458
|
Xiakume
|
284
|
401
|
Yetişmə müddəti ötmüş xurma meyvəsi
|
Xaçia
|
231
|
164
|
Xiakume
|
214
|
152
|
Xurma meyvəsinin tərkibində şəkərlərdən sonra fenol maddələri miqdarca daha çox olur. Məlumdur ki, monomer fenol maddələri sadə fenol birləşmələrindən (C6–C1, C6–C3; C6–C3–C6 və s.) təşkil olunmuşdur. Onlar xurma meyvəsində həm sərbəst, həm də birləşmiş şəkildə polimer fenol maddələrinin tərkibində olurlar. Xurma meyvəsinin tərkibində monomer fenol maddələrinin bəzi qlikozidlərinə də təsadüf olunur. Polimer fenol maddələri isə çoxlu sayda monomer fenol maddələrinin (C6C1)n; (C6–C3)n; (C6–C3–C6)n bir biri ilə birləşməsindən əmələ gəlir. Xurma meyvəsindən istifadə etməklə yüksək keyfiyyətli qida məhsulları istehsalında monomer və polimer fenol maddələrinin mühüm bioloji və texnoloji əhəmiyyəti vardır. Bu məqsədlə biz ilk əvvəl xammalda, yəni xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq Xaçia və Xiakume sortlarında qeyd olunan göstəricilərin dəyişməsini öyrənmişik.
Cədvəl 3.14-in rəqəmlərindən aydın olur ki, xurma meyvələrinin yetişmə dərəcələsindən asılı olaraq monomer və polimer fenol maddələri daim azalmağa meyl göstərirlər. Məsələn, Xaçia sortunun yetişməmiş meyvələrində monomer fenol maddələri miqdarca 432,0 mq/100 sm3 olmuşdursa, yetişmiş meyvələrdə bu göstərici 312,0 mq/100 sm3, yetişmə müddəti ötmüş xurma meyvələrində isə 231 mq/100 sm3 olmuşdur. Bu göstərici polimer fenol maddələri ilə eynilik təşkil etmişdir. Belə ki, Xiakume sortunun yetişməmiş meyvələrində polimer fenol maddələrinin ümumi miqdarı 565 mq/100 sm3 olmuşdursa, yetişmişdə - 400 mq/100 sm3, yetişmə müddəti ötmüşdə isə bu göstərici 152 mq/100 sm3 olmuşdur.
Ədəbiyyat materiallarından və apardığımız tədqiqat işlərindən məlum olmuşdur ki, xurma meyvəsi yetişdikcə onda olan büzüşdürücülük xüsusiyyətləri get-gedə azalmağa başlayır [7, 39, 139]. Tədqiqat zamanı məlum olmuşdur ki, xurma meyvəsində büzüşdürücülük xüsusiyyətinin olması polimer fenol maddələrinin nümayəndəsi olan taninlərlə ya aşı maddələri ilə (C6–C1)n əlaqədardır. Xurma meyvəsində hidroliz olunmayan aşı maddələri və ya taninlər çox olduqda onlar daha yüksək büzüşdürücülük xüsusiyyətinə malik olurlar. Bundan başqa bi-tri flavanoidlərdə də (C6–C1)2 və ya (C6–C1)3 büzüşdürücülük xassəsinin olması aşkar edilmişdir.
Xurma meyvəsində daim monomer və polimer fenol maddələrinin metabolizmi baş verir. Bu zaman monomer və polimer fenol maddələrinin hidrolizindən aromatik sadə fenol maddələri əmələ gəlir ki, bunlar da həm xurma meyvəsinin, həm də ondan istehsal olunan qida məhsullarının dadına və ətrinə yaxşı təsir göstərirlər. Metabolizm zamanı xurma meyvəsində monomer və polimer fenol maddələrinin çevrilməsi prosesi də baş verir. Bu zaman xurma meyvəsində aromatik aminturşular, aromatik aldehidlər, ketonlar, spirtlər və başqa maddələr əmələ gəlir. Əmələ gəlmiş bu maddələr də xurma meyvəsinin keyfiyyətinə, onun qidalılıq dəyərinə və ekstraktiv maddələrlə daha da zəngin olmasına köməklik göstərirlər. Metabolizm prosesi ən çox yetişmiş xurma meyvələrində daha intensiv gedir.
Beləliklə, tədqiqat işindən məlum olmuşdur ki, xurma meyvəsindən yüksək keyfiyyətli qida məhsulları istehsal etmək üçün xurma meyvəsinin yetişmə dərəcəsinə xüsusi olaraq fikir vermək lazımdır.
Yetişməmiş xurma meyvəsində fenol maddələrinin miqdarı həddindən artıq olduqda, belə meyvələrdə büzüşdürücülük xüsusiyyəti daha yüksək olur. Belə xurma meyvələrinin şirə çıxımı, qidalılıq dəyəri az olduğuna görə ondan yüksək keyfiyyətli məhsul istehsal etmək mümkün deyildir. Yetişmə müddəti ötmüş xurma meyvələrində şirə çıxımı, fenol maddələri və başqa qida komponentləri az olduğuna görə ondan da müxtəlif çeşiddə qida məhsullarının istehsal olunması məqsədəuyğun hesab edilmir. Yetişmə müddəti ötmüş xurma meyvələrində fenol maddələrinin miqdarca çox azalması, büzüşdürücülük xassəsinin itməsi mikrobioloji xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Ancaq tam yetişmiş xurma meyvələrində başqa variantlara nisbətən şirə çıxımı qida komponentləri yüksək olduğuna görə ondan keyfiyyətli qida məhsulları istehsal etmək daha səmərəlidir.
3.2.3. Xurma meyvəsində aminturşuların tədqiqi
Xurma meyvəsindən istifadə etməklə müxtəlif çeşiddə hazırlanmış qida məhsullarının keyfiyyəti xeyli dərəcədə zülalların tərkibini təşkil edən aminturşularından da asılıdır. Xurma meyvəsinin tərkibi aminturşularla da zəngindir. Xurma meyvəsinin tərkibində olan aminturşuları ümumi azotlu maddələrin təxminən 50%-ni təşkil edir. Aminturşuların xurmada az və ya çox olması torpaq-iqlim şəraitindən, aqrotexnikadan, ağacın yaşından, sortun spesifik xüsusiyyətindən və başqa faktorlardan asılıdır [9, 15]. Zülallar bütün canlı orqanizmlərin əsasını təşkil edən üzvi birləşmələrdir. Bütün canlılarda, hətta bitki aləmində, meyvə-tərəvəzlərdə, o cümlədən xurmada istənilən qədər zülal sintez olunmadıqda müxtəlif cür fəsadların, xəstəliklərin əmələ gəlməsinə şərait yaranır [23, 59, 160].
Cədvəl 3.15
Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq
aminturşuların miqdarca dəyişməsi (mq/dm3)
Aminturşular
|
Xaçia sortu
|
Yetişmə dərəcəsi
|
Yetişməmiş
|
Yetişmiş
|
Yetişmə müddəti ötmüş
|
Əvəzolunmayan aminturşular
|
Valin
|
38,2
|
46,4
|
34,1
|
Leysin
|
26,8
|
29,6
|
24,2
|
İzoleysin
|
18,4
|
22,6
|
14,5
|
Treonin
|
14,7
|
18,4
|
12,2
|
Lizin
|
35,2
|
38,3
|
30,4
|
Metionin
|
9,1
|
11,4
|
6,7
|
Fenilalanin
|
22,4
|
24,2
|
15,4
|
Triptofan
|
10,2
|
12,2
|
8,1
|
Cəmi
|
175,0
|
203,1
|
145,6
|
Yarıməvəzolunan aminturşular
|
Arginin
|
54,2
|
60,1
|
36,2
|
Tirozin
|
31,2
|
34,5
|
26,1
|
Histidin
|
23,6
|
26,7
|
17,8
|
Cəmi
|
109,0
|
121,3
|
80,1
|
Əvəzolunan aminturşular
|
Prolin
|
42,6
|
45,8
|
38,4
|
Asparagin
|
24,2
|
28,7
|
22,3
|
Qlütamin
|
29,4
|
31,2
|
25,6
|
Serin
|
28,1
|
30,6
|
23,2
|
Qlisin
|
25,5
|
28,7
|
20,5
|
Alanin
|
41,1
|
44,2
|
37,2
|
Cəmi
|
190,9
|
209,2
|
167,2
|
Yekun cəmi:
|
474,9
|
533,6
|
392,9
|
Meyvə-tərəvəzlərdə və xurmada zülali maddələr az miqdarda olduqda onların qidalılıq dəyəri aşağı düşür. Ona görə də insanlar daim zülalla zəngin qida məhsulları ilə qidalanmalıdırlar [17]. İnsanların sağlam, uzunömürlü olması xeyli dərəcədə zülallardan asılıdır.
İnsanlar daim çox zülal yox, keyfiyyətli zülal tərkibli qidalarla, o cümlədən bitki tərkibli zülallarla qidalanmalıdırlar. Zülalın keyfiyyəti onun tərkibindəki aminturşuların kəmiyyətindən və keyfiyyətindən asılıdır. Keyfiyyətli zülalın tərkibində bütün əvəzolunmayan və yarıməvəzolunabilən aminturşular istənilən miqdarda olurlar. Bu baxımdan tədqiqat zamanı məlum olmuşdur ki, yetişmə dərəcəsindən asılı olaraq xurma meyvəsi zülali maddələrlə də zəngindir. Bu məqsədlə biz apardığımız tədqiqat işində xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq aminturşuların bioloji və texnoloji xüsusiyyətlərini tədqiq etmişik (cədvəl 3.15; 3.16 və şəkil 3.6).
Cədvəl 3.15-dən aydın olur ki, xurma meyvəsinin zülallarının tərkibində 17 aminturşu aşkar edilmişdir. Xurma meyvəsinin tərkibində alifatik, aromatik, oksi və kükürdlü aminturşulara təsadüf olunur. Bu da xurma meyvəsinin bir daha yüksək qidalılıq dəyərinə malik olmasını göstərir. Xurma meyvəsinin tərkibində bioloji və fizioloji xüsusiyyətlərə malik əvəzolunmayan, yarıməvəzolunabilən, əvəzolunan aminturşularına rast gəlinir. Əvəzolunmayan aminturşular insan orqanizmi tərəfindən sintez olunmurlar. Onlara olan tələbat yalnız qida məhsulları hesabına ödənilir. Yarıməvəzolunabilən aminturşular orqanizmdə qismən əvəz olunurlar.
Əvəzolunan aminturşular isə insan orqanizmi tərəfindən sintez olunur. Adından məlum olduğu kimi əvəzolunmayan və yarıməvəzolunan aminturşuları gündəlik qida rasionunda olması vacib şərtdir. Əks halda insanlarda müxtəlif xoşagəlməyən fəsadların əmələ gəlməsinə şərait yaranır.
Aparılan işin nəticəsindən məlum olmuşdur ki, xurma meyvəsi də aminturşularla zəngindir. Onun tərkibində bütün əvəzolunmayan və əvəzolunan aminturşular vardır (cədvəl 3.15).
Cədvəl 3.16
Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq
aminturşuların miqdarca dəyişməsi (mq/dm3)
Aminturşular
|
Xiakume sortu
|
Yetişmə dərəcəsi
|
Yetişməmiş
|
Yetişmiş
|
Yetişmə müddəti ötmüş
|
Əvəzolunmayan aminturşular
|
Valin
|
37,4
|
45,6
|
33,6
|
Leysin
|
26,2
|
31,2
|
25,1
|
İzoleysin
|
18,6
|
21,4
|
12,6
|
Treonin
|
15,1
|
18,2
|
10,4
|
Lizin
|
32,3
|
36,4
|
28,5
|
Metionin
|
9,2
|
10,6
|
7,6
|
Fenilalanin
|
20,5
|
23,6
|
14,2
|
Triptofan
|
11,2
|
10,8
|
8,3
|
Cəmi
|
170,5
|
197,8
|
140,3
|
Yarıməvəzolunan aminturşular
|
Arginin
|
52,2
|
58,4
|
35,4
|
Tirozin
|
30,5
|
32,6
|
27,2
|
Histidin
|
24,1
|
27,1
|
16,4
|
Cəmi
|
106,8
|
118,1
|
79,0
|
Əvəzolunan aminturşular
|
Prolin
|
40,9
|
44,5
|
37,4
|
Asparagin
|
22,4
|
26,7
|
20,5
|
Qlütamin
|
28,5
|
30,8
|
23,2
|
Serin
|
28,4
|
28,9
|
22,6
|
Qlisin
|
26,2
|
28,6
|
18,9
|
Alanin
|
38,4
|
42,4
|
36,4
|
Cəmi
|
184,8
|
201,9
|
159,0
|
Yekun cəmi:
|
462,1
|
517,8
|
378,3
|
Aminturşular tam yetişmiş xurma meyvələrində daha çox olurlar. Əgər yetişməmiş Xaçia sortunun xurma meyvələrində əvəzolunmayan aminturşuların miqdarı 175 mq/dm3 olmuşdursa, yetişmişdə 203,1 mq/dm3, yetişmə müddəti ötmüş xurma meyvələrində isə bu rəqəm nisbətən az, 145,6 mq/dm3 olmuşdur. Bu göstərici Xiakume sortu ilə eynilik təşkil etmişdir (cədvəl 3.16).
Tədqiqat zamanı məlum olmuşdur ki, hər iki sortda aminturşuların ümumi miqdarı tam yetişmiş xurma meyvələrində daha çox olmuşdur. Məsələn, Xaçia sortunun yetişmiş meyvələrində aminturşuların ümumi miqdarı 533,6 mq/dm3 olmuşdursa, tam yetişməmiş xurma meyvələrində bu göstərici 474,9 mq/dm3, yetişmə müddəti ötmüş meyvələrdə isə 392,9 mq/dm3 olmuşdur. Bundan başqa o da məlum olmuşdur ki, hər iki sortda əvəzolunmayan aminturşulardan valin, lizin, leysin, fenilalanin yetişmiş xurma meyvələrində başqa variantlara nisbətən daha çoxdur. Əgər valin tam yetişmiş xurma meyvələrində 45,6÷46,4 mq/dm3 olmuşdursa, bu göstərici yetişməmişdə 37,4÷38,2 mq/dm3, yetişmə müddəti ötmüş meyvələrdə isə 33,6÷34,1 mq/dm3 arasında olmuşdur.
Cədvəllərin araşdırılmasından məlum olmuşdur ki, xurma meyvəsi yarıməvəzolunan aminturşularla (arginin, tirozin və histidin) da zəngindir. Əgər yetişməmiş xurma meyvəsində 52,2÷54,2 mq/dm3 arginin olarsa, yetişmişdə 58,4÷60,1 mq/dm3, yetişmə müddəti ötmüş xurma meyvələrində isə 35,2÷36,2 mq/dm3 qeydə alınmışdır.
Məlum olmuşdur ki, yetişmiş xurma meyvələri yetişməmiş və yetişmə müddəti ötmüş meyvələrə nisbətən aminturşularla daha zəngindir. Əvəzolunmayan və yarıməvəzolunan aminturşuları tam yetişmiş xurma meyvələrində başqa variantlarla müqayisədə daha çoxdur. Tədqiqat zamanı məlum olmuşdur ki, xurma meyvəsində bütün əvəzolunmayan aminturşuları vardır. Bu da bir daha onu göstərir ki, xurma meyvəsi yüksək qidalılıq dəyərinə malikdir.
Apardığımız tədqiqat işindən məlum olmuşdur ki, zülallar və onların tərkibini təşkil edən aminturşular xurma meyvəsinin şirəsinə nisbətən qabıq və lətli hissəsində daha çoxluq təşkil edirlər.
Ona görə də xurma meyvəsindən müxtəlif çeşiddə qida məhsulları istehsal etmək üçün qabıq və lətli hissəni şirə ilə ekstraksiya (qarışdırmaq) etmək daha səmərəli üsuldur.
B B
A A
C C
Şəkil 3.6. Xurma meyvəsinin yetişmə dərəcəsindən
asılı olaraq aminturşuların miqdarca dəyişməsi
1- Xaçia; 2- Xiakume
A - yetişməmiş xurma meyvəsi;
B - yetişmiş xurma meyvəsi;
C - yetişmə müddəti ötmüş xurma meyvəsi
Apardığımız tədqiqat işinin nəticəsindən məlum olmuşdur ki, tam yetişmiş xurma meyvəsindən istifadə etməklə yüksək keyfiyyətli şirə, püre, bəhməz və s. məhsullar istehsal etmək mümkündür.
Dostları ilə paylaş: |