Ə.Ə. NƏBİyev, E. N. Dostiyari xurma meyvəSİNDƏn müXTƏLİF ÇEŞİDDƏ Qİda məhsullari istehsali texnologiyasinin təDQİQİ baki “elm” 2010 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti


Xurma meyvəsini əvvəlcədən isti üsulla emal etməklə



Yüklə 1,3 Mb.
səhifə8/11
tarix07.03.2017
ölçüsü1,3 Mb.
#10499
1   2   3   4   5   6   7   8   9   10   11

4.2. Xurma meyvəsini əvvəlcədən isti üsulla emal etməklə

şirə və bəhməz istehsalı texnologiyasının tədqiqi
Respublikamızın əksər rayonlarında geniş yayılmış eko­­loji cəhətdən təmiz olan xur­ma meyvəsi yüksək qidalılıq də­yə­rinə malikdir. Onun tərkibi tez mənimsənilən sa­də şəkərlərlə, monomer, oliqomer və polimer fenol maddələri ilə, makro-mikro­ele­ment­lərlə daha zəngindir. Buna baxmayaraq, bu qiymətli qida məhsulundan bütün il ər­zində demək olar ki, səmərəli istifadə olunmur.

Bu məqsədlə biz xurma mey­və­sin­dən yarımistehsal şəraitində ilk əvvəl təbii şirə, ondan da bəhməz (qatılaşdırılmış şi­rə) istehsal etməyi qarşımıza məqsəd qoymuşuq. İstehsal zamanı ölkəmizin regi­on­la­rın­da geniş yayılmış Xaçia və Xiakume xurma sortlarının meyvələrindən istifadə edil­mişdir. Emal prosesində hər iki sortun tam yetişmiş, yetişməmiş və yetişmə müd­də­ti ötmüş xurma meyvələrindən istifadə edərək şirə hazırlanmışdır. Bu məqsədlə xur­ma meyvələri ilk əvvəl təmiz soyuq suda yuyulur, çeşidlənir və kənar qatı­şıq­lar­dan təmizlənir. Sonra meyvə saplaq hissədən ayrılır, əzilir və 8-10 dəq. 80-900C tem­pe­ratura qədər qızdırılır.

Emal prosesində əzintidə olan qida maddələrinin şirəyə yax­şı keçməsi məqsədi ilə qızdırmaqla olan kütləyə 8-15% hesabında təmiz, içməli su əla­və olunur. Burada əsas məqsəd əzintini yaxşı ekstraksiya etmək, meyvənin qabıq və lətli hissəsində olan üzvi və qeyri-üzvi maddələrin şirəyə keçməsinə nail olmaqdır [173]. Bundan başqa əzinti qızdırılan qabın dibinin yanmaması üçün suyun əlavə olunması məsləhət görülür. Əks halda istinin təsirindən əzinti olan qabın dibinin yan­ma­sı hazırlanacaq məhsulun keyfiyyətinin aşağı olmasına səbəb ola bilər.

Əzilmiş xurma meyvələrinin əvvəlcədən isti üsulla emal edilməsi şirənin əzintidən çox asan­lıq­la ayrılmasına səbəb olmuşdur. Kontrol (ilkin) variantda isə şirənin əzintidən ayrıl­ma­sı çox çətin başa gəlmişdir. Əzintinin isti üsulla emalı zamanı şirənin şəffaflaşması da daha intensiv getmişdir. Belə ki, isti üsulla işləmə zamanı kolloid hissəciklər (zü­lal­­lar, pektin mad­dələri və s.) öz təbii quruluşlarını dəyişərək, birinci vari­ant­dan fərqli ola­raq yapışqanlıq əmələ gətirməmişlər. Bundan baş­qa istinin təsirindən əzinti yum­şal­mış, qabıq lətli hissə ilə yax­şı ekstraksiya olunmuş və əzintinin hüceyrə quru­lu­şu­nun pozul­ması nəticəsində şirə çıxımı xeyli artmışdır.

Tempe­ra­tu­run təsirindən kol­lo­id hissəciklərin əvvəl­cə­dən koaqulyasiya olun­ması şirənin gələcəkdə daha şəffaf ol­ma­sı­na da şərait yarat­mışdır. İstinin təsirindən xeyli fermentin in­ak­tivləşməsi şi­rə­nin qidalılıq dəyərinin artmasına, onun rən­gi­nin də­yiş­mə­mə­si­nə, sortun özünəməxsus ətrinin, dadının şirədə sax­lanmasına şə­rait yaratmış olur [48, 68, 162].

Xurma meyvəsinin əsas orqanoleptik göstəricilərindən bi­ri də onun tərkibində bü­züş­dürü­cü­lük xüsusiyyətinin olma­sı­dır. Xurma meyvəsinin emalı zamanı büzüşdü­rü­­cü­lük xassə­si­nə malik olan maddələr şirəyə keçirlər. Onlar şirənin dadına, ət­rinə, bir sözlə keyfiyyətinə təsir göstərirlər. Xurmanın tərki­bin­dəki büzüşdürücü xassəyə ma­lik olan birləşmələr, əsasən po­li­mer fenol maddələrinin nümayəndəsi olan tanin­lər­lə və ya aşı maddələri ilə əlaqədardır.

Taninlər ən çox yetişməmiş xur­ma meyvə­lə­ri­nin tərkibində çoxluq təşkil edirlər. Meyvə yetiş­dik­cə taninlər miqdarca azalmağa baş­layır, nəticədə tam yetiş­miş xurma meyvələrində büzüşdürücülük xassəsi azalır. Mey­və­nin yetişmə müddəti ötdükdə isə, demək olar ki, onların tər­ki­bində taninlər olmur. Belə xurma meyvələrində büzüş­dü­rü­cü-lük tamı hiss olunmur.

Qeyd olunduğu kimi, fenol maddələri, əsa­sən də taninlər və ya aşı maddələri yüksək səviyyədə anti­ok­sidant və antimikrob xassəsinə malikdir. Ona görə də tam ye­tişməmiş və yetişmiş xurma meyvələrində və onlardan ha­zır­lanmış şirələrdə heç bir mikrobioloji xəstəliklərə rast gəlinmir. An­caq yetişmə müddəti ötmüş meyvələrdə və onlardan hazır­lan­mış şirələrdə müxtəlif xoşagəlməyən iyə, dada və mik­ro­bio­lo­ji xəstəliklərə rast gəlinir [47].

Ədəbiyyat materiallarından da məlum olmuşdur ki, şi­rə­ni, əzintini və ya şirəni əvvəlcədən isti üsulla emal etdikdə (80-900C) qida maddələrinin parçalanmasını və oksidləşməsini ka­taliz edən çoxlu sayda fermentlər, əsasən də ok­si­do­re­duk­ta­za­lar və hid­rolazalar inaktivləşir, onların katalitik xassələri po­zu­lur. Nəticədə istehsal olunan qi­da məhsulunun (şirə və s.) tər­ki­bini təşkil edən maddələrin oksidləşməsi və hidro­li­tik yol­la parçalanması prosesi zəifləyir. Bu da məhsulun qidalılıq də­yə­rinin artmasına sə­bəb olur [65, 71, 125, 163]. Apardığımız el­mi-tədqiqat işi qeyd olunan alimlərin fi­kir­ləri ilə eynilik təş­kil edir.

Bəzi tədqiqatçı alimlər V.L.Kretoviç [88], A.N.Samso­no­va və V.B.Uşeva [120], M.K.Abadov [21], M.Y.Həsənova [150], M.M.Tağıyev [127], E.N.Dostiyari, Ə.Ə.Nəbiyev [61] və başqaları meyvələrin, o cümlədən xurmanın yumşalmasını əsa­­sən onun tərkibindəki pektin maddələrinin hidrolizi zamanı əmə­lə gəlmiş metil spirti­nin təsirindən meyvənin hüceyrə quru­lu­şunun pozulması ilə baş verdiyini elmi cəhət­dən əsas­lan­dı­rır­lar. Bu proses optimal temperatur şəraitində pektolitik ferment­lə­rin, əsa­sən də pektinesteraza fermentinin təsiri ilə gedir. Yum­şalmış meyvələr, o cümlə­dən xurma xoşagəlməyən ətrə və da­da malik olur [106, 107, 171].

Tədqiqat işimizdə yetişmə müddəti ötmüş xurma mey­və­sini əvvəlcədən isti üsul­la emal etdikdə, onun tərkibində əmə­lə gəlmiş metil spirti, aldehidlər, efirlər və di­gər­ləri tem­pe­ra­turun təsirindən buxarlanır, nəticədə məhsulun keyfiyyəti xey­li dərə­cə­də yaxşılaşır.

Xurma meyvəsinin əvvəlcədən isti üsulla emal olun­ma­sı­nın ən əsas müsbət cəhət­lərindən biri də ondan ibarətdir ki, mey­vənin səthində və başqa yerlərində olan xəstəliktörədici mik­ro­orqanizmlərin fəaliyyəti də dayandırılır. Beləliklə, xurma mey­­və­sini əvvəlcədən isti üsulla emal etdikdə qabıq və lətli his­sə­nin ekstraksiyası sürət­lə­nir, şirə çıxımı çoxalır, şirənin əzin­tidən ayrılması asanlaşır, şirə daha tez şəffaflaşır, şirənin qida­lılıq dəyəri daha yüksək olur.

Sonra isti üsulla emal olunmuş əzinti dərhal sıxıcıya ötü­rülür. Ayrılmış qeyri-şəffaf şirə dincə qoyulur. Sıxıcıdan ay­rıl­mış cecə hissə isə ayrıca tutumlara yığılır, quruducu ka­me­ra­lar­da qurudulur və başqa sənaye sahələrində istifadə olunması töv­siyyə edilmişdir. Sonrakı mərhələdə qeyri-şəffaf şirə 1-2%-li bentanit suspenziya­sı­nın təsiri ilə şəffaflaşdırılır. Bentanitin eko­loji cəhətdən təmiz, təbii antiseptik mad­də olması barədə I vari­antda qeyd edilmişdir.

Bentanit şirədə heç bir mənfi fəsad əmə­lə gətirmir, an­caq kolloid hissəcikləri koaqulyasiya edərək qa­bın dibinə çök­dü­rür. Çö­küntüdən ayrılmış şəffaf şirə süz­gəc­dən keçirilir və 0-10C temperaturda emala qədər saxlanılır. Sonra ayrı-ayrı va­ri­ant­lar üzrə hazırlanmış şirələrdə kimyəvi-or­qa­no­lep­tik gös­tə­ri­ci­lər təyin edilmişdir.

Əhali arasında geniş yayılmış Xaçia və Xiakume xurma sort­larının yetişmə dərə­cə­sin­dən asılı olaraq onların mey­və­lə­rin­də quru mad­də, ­şəkər­lərdən qlükoza və fruktoza, pektin mad­dələri – pektin və proto­pek­tin, ümumi turşuluq, C vitamini, fe­nol maddələri, sellüloza təd­qiq edilmişdir. Bundan başqa hər bir variant üzrə açıq de­qus­tasiya keçirilmişdir. Təyin olunmuş kim­yəvi-orqanoleptik gös­tə­ricilər cədvəl 4.2-də öz əksini tap­mışdır.

Cədvəlin araşdırılmasından məlum olmuşdur ki, Xaçia sortunun tam yetişmiş xur­ma meyvələrindən hazırlanmış şirədə quru maddənin miqdarı 22,4 q/100 sm3 ol­muş­dursa, tam yetişməmiş xurma meyvələrindən hazırlanmış şirədə 18,6 q/100 sm3, yetişmə müddəti ötmüş meyvələrdən alınmış şirədə isə 20,5 q/100 sm3 olmuşdur.


Cədvəl 4.2

Əvvəlcədən isti üsulla emal olunmuş şirələrin

kimyəvi-orqanoleptik göstəriciləri (q/100 sm3)




Göstəricilər

Yetişmə dərəcəsi

Yetişmiş

Yetişməmiş

Yetişmə müddəti ötmüş

Xaçia sortu

Quru maddə

22,4

18,6

20,5

Ümumi şəkər

18,5

14,4

17,6

Qlükoza

7,7

6,0

7,2

Fruktoza

10,0

7,8

9,1

Pektin maddələri

0,6

1,16

0,46

Pektin

0,38

0,2

0,3

Protopektin

0,22

0,76

0,16

Ümumi turşuluq (alma turşusuna görə)

0,11

0,13

0,09

C vitamini

0,12

0,072

0,038

Fenol maddələri

0,72

0,95

0,48

Sellüloza

0,62

1,1

0,51

Dequstasiya qiyməti, balla

8,6

7,2

7,7

Xiakume sortu

Quru maddə

23,1

18,9

20,3

Ümumi şəkər

18,7

14,6

17,7

Qlükoza

8,1

6,1

7,2

Fruktoza

10,2

7,7

9,1

Pektin maddələri

0,64

1,02

0,52

Pektin

0,36

0,20

0,15

Protopektin

0,28

0,82

0,37

Ümumi turşuluq (alma turşusuna görə)

0,1

0,12

0,08

C vitamini

0,112

0,068

0,034

Fenol maddələri

0,74

0,98

0,52

Sellüloza

0,71

1,30

0,56

Dequstasiya qiyməti, balla

8,4

7,2

7,6

A A


B C B C

Şəkil 4.2. Əvvəlcədən isti üsulla emal edilmiş

şirələrdə quru maddənin miqdarı

1-Xaçia, 2-Xiakume

A- yetişmiş,

B- yetişməmiş,

C- yetişmə müddəti ötmüş

Cədvəl 4.2-dən və şəkil 4.2-dən aydın görünür ki, tam ye­tişmiş xurma meyvə­lə­rin­dən hazırlanmış şirələrdə quru mad­də başqa variantlarla müqayisədə daha çox olmuşdur. Cədvəl­dən göründüyü kimi quru maddənin əsasını şəkərlər təşkil edir. Bu da bir daha xurma meyvəsinin yüksək qidalılıq dəyərinə ma­lik olmasını göstərir. Ümumi şəkərin, o cümlədən qlükoza və fruktoza, yetişmiş xurma meyvələrindən ha­zır­lanmış şirə­lər­də çox, yetişməmiş və yetişmə müddəti ötmüş meyvələrdən ha­zır­lanmış şirələrdə isə az miqdarda olmuşdur. Belə ki, Xaçia sor­tu­nun yetişmiş mey­vələrindən hazırlanmış şirədə ümumi şə­kər 18,5 q/100 sm3 olmuşdursa, yetiş­mə­miş meyvələrdən hazır­lan­mışda 14,4 q/100 sm3, yetişmə müddəti ötmüş meyvələrdən ha­zır­­lanmış şirədə isə 17,6 q/100 sm3 olmuşdur. Bu göstərici Xia­kume sortundan alın­mış şirələrlə eynilik təşkil etmişdir.

Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq ha­zırlanmış şirələrdə pek­tin maddələrinin miqdarca dəyişməsi də öyrənilmişdir. Məlum olmuşdur ki, hər iki sor­tun tam yetiş­mə­miş meyvələrdən hazırlanmış şirələrdə pektin maddələri da­ha çox olur. Elə ona görə də yetişməmiş xurma meyvələrindən ha­zırlanmış şirələr çətinliklə şəffaflaşırlar. Xurma mey­və­lə­rin­dən hazırlanmış şirələrin keyfiyyəti xeyli dərəcədə fe­nol mad­də­lərindən də asılıdır. Onlar şirənin daha ətirli, dadlı olmasında iş­tirak edir­lər. Xurma şirəsinin özünəməxsus ətrinin, dadının, bü­züşdürücülük xüsusiyyətinin ya­ran­ması fenol maddələri ilə əlaqə­dardır. Fenol maddələrinin şirədə həddindən artıq olması məh­sulun keyfiyyətinə pis təsir göstərir. Bu hal tam yetiş­mə­miş xurma meyvələrindən hazırlanmış şirələrdə qeydə alın­mış­dır.

Tədqiqat nəticəsində məlum olmuşdur ki, digər va­ri­ant­la­ra nisbətən C vitamini tam yetişmiş xurma meyvələrindən ha­zır­lanmış şirələrdə daha çox miqdarda olur. Əgər tam yetişmiş xur­ma meyvə­lə­rin­dən hazırlanmış şirələrin tərkibində C vita­mi­ni 0,112÷0,120 q/100 sm3 olmuşdursa, tam yetişməmiş xur­ma meyvələrindən alınmış şirələrdə 0,068÷0,072 q/100 sm3, ye­­tiş­­mə müddəti ötmüş meyvələrdən hazırlanmış şirələrdə isə da­ha az olmuşdur 0,034÷0,038 q/100 sm3.

Ümumi turşuluqda yetişmə müddəti ötmüş xurma mey­və­lə­rin­dən hazırlanmış şirələrdə daha az miqdarda qeydə alın­mış­dır (cədvəl 4.2). Şirənin key­fiyyəti xeyli dərəcədə onun tər­ki­bindəki sellülozadan da asılıdır. Sellüloza başqa vari­antlarla mü­qayisədə tam yetişməmiş xurma meyvəsindən hazırlanmış şirə­lərdə da­ha çox olur. Əgər yetişməmiş xurma meyvələrindən hazır­lanmış şirələrdə 1,10÷1,30 q/100 sm3 sellüloza olarsa, yetiş­miş meyvələrdən hazırlanmış şirələrdə 0,62÷0,71 q/100 sm3, yetişmə müddəti ötmüş meyvələrdən hazırlanmış şirələrdə isə bu göstərici xeyli az 0,51÷0,56 q/100 sm3 arasında olmuş­dur. Sellülozanın şirədə çox olması onun şəffaflaşmasını çə­tin­ləşdirir. Ona görə də başqa variantlarla müqayisədə tam yetiş­məmiş meyvələrdən hazırlanmış şirələr daha yaxşı şəffaf­laş­ma­mış­lar.

Apa­rıl­mış dequstasiyanın nəticəsindən məlum olmuşdur ki, tam yetişmiş Xaçia və Xia­ku­me sortlarının meyvələrindən hazırlanmış şirələr açıq samanı rəngli olmaqla xoşa­gə­lən ətirə, dada və yüksək keyfiyyətə malikdirlər. Dequstasiya zamanı bu şirələr 8,4÷8,6 balla qiymətləndirilmişlər. Tam yetişməmiş və yetişmə müddəti ötmüş mey­və­lərdən hazırlanmış şirələr nisbətən tünd samanı rəngə malik olmaqla ətrinə, dadına və keyfiyyətinə görə ilkin variantdan fərqlənmişlər. Onlardan alınmış şirələr 7,2÷7,7 balla qiymətləndirilmişdir.

Beləliklə, məlum olmuşdur ki, yetişməmiş xurma meyvələrində şirə çıxımı, ekstraktiv və ətirli maddələrin miqdarı az olur. Belə meyvələrdə pektin maddələri və sellüloza çox olduğundan şirənin özlülüyü artır, onun şəffaflaşması çətinləşir. Yetişmə müddəti ötmüş meyvələrin tərkibində ekstraktivlik, aromatik və qida maddələri az miqdarda olur. Ancaq tam yetişmiş xurma meyvələri qida maddələri ilə daha zəngin olurlar. Ona görə də xurmadan şirə istehsal etmək üçün qeyd olunan texnologiya əsasında tam yetişmiş meyvələrdən istifadə etmək lazımdır. Sonra ayrı-ayrı variantlar üzrə şirələrdən bəhməz istehsal olunmuşdur.

Bəhməz istehsalı vakuum apa­ratında aparılmışdır. Şirədə 60-65% quru maddə qa­lana qədər buxarlanma əmə­liy­ya­tı aparılmışdır. Bəhməz hazırlanması zamanı vaku­um aparatından xurma mey­və­lə­ri­ni əvvəlcədən isti üsulla emal etməklə şirə və bəh­məz istehsalı üçün tərtib edilmiş tex­noloji sxemi şəkil 4.3-də göstərilmişdir. Vakuum-aparatından istifadə olunmasında əsas məqsəd şi­rənin oksidləş­mə­si­nin, istehsal olunmuş bəh­mə­zin (qatı­laş­dı­rıl­mış şirə) rənginin daha çox tünd­ləş­mə­si­nin qarşısını almaq, şi­rə­nin tər­ki­bini təşkil edən üzvi və qeyri maddələrin yaxşı sax­lan­­masına və enerji sərfinin azal­masına nail olmaqdan ibarətdir [71, 72].

Xurma meyvəsini əvvəlcədən isti üsulla emal etməklə şirə və bəhməz istehsalı üçün tərtib edilmiş texnoloji sxem aşağıdakı kimidir:

Meyvənin qəbulu


Meyvələrin təmiz içməli su ilə yuyulması
Meyvələrin kənar qatışıqlardan təmizlənməsi
Meyvələrin isti üsulla emal edilməsi
Əzintinin yaxşı qarışdırılması
Əzintidən şirənin ayrılması
Əzintinin sıxılması
Şirənin soyudulması
Qeyri-şəffaf şirənin şəffaflaşdırılması
Şəffaf şirənin süzgəcdən süzülməsi
Şirənin soyuqda saxlanması
Şirənin variantlar üzrə vakuum aparatına verilməsi
Bəhməzin hazırlanması
Bəhməzin qablaşdırılması
Şəkil 4.3. Xurma meyvəsindən hazırlanmış

şirənin texnoloji sxemi

Tədqiqat zamanı belə nəticəyə gəlinmişdir ki, tam ye­tiş­miş xurma mey­və­sin­dən istifadə etməklə yüksək keyfiyyətli şi­rə və ondan da bəhməz istehsal etmək müm­kündür. Bəhməzin tər­kibindəki quru maddə əsasən sadə şəkərlərin nümayəndəsi olan (monosaxarid heksozalar) sərbəst qlükoza və fruktozadan iba­rətdir. Xurma mey­və­­sindən hazırlanmış bəhməz yüksək də­rə­­cədə müalicəvi xüsusiyyətə malikdir. Onun tər­kibindəki sadə şə­kərlər beyin hüceyrələrinin daha yaxşı qidalanmasına və on­la­rın fəa­liyyətinə, yaddaşın bərpa olunmasına, mədə-bağırsaq sis­teminin tənzimlənməsinə, qa­ra­ciyərin, öd yollarının tə­miz­lən­məsinə yaxşı təsir göstərir.

Xurma bəhməzi yodla zən­gin oldu­ğuna görə əhali ara­sın­da geniş yayılmış zob xəstəliyinin əv­vəl­cədən qar­şı­sı­nı al­maq üçün də istifadə olunması olduqca va­cib­dir. Bundan başqa eko­loji cə­hət­dən təmiz olan bəhməz qənnadı sənayesində, o cüm­lədən karamel və çörək-bulka is­teh­salında və başqa qida səna­yesində istifadə olunması tövsiyyə olunur. Əvvəlcədən is­ti üsul­la emal edilmiş Xaçia və Xiakume sortunun meyvələrinin yetiş­mə dərə­cə­sin­dən asılı olaraq tərtib olunmuş texnoloji sxem üzrə şirə və ondan da bəhməz istehsal olun­mağı tövsiyyə olu­nur.

Bəhməz istehsalı zamanı mürəkkəb fiziki-kimyəvi, bio­kim­yəvi və texnoloji pro­seslər baş verir. Bəhməzin for­ma­laş­ma­sında temperaturun təsirindən yeni mad­də­lər əmələ gəlir. Bu za­man əmələ gəlmiş komponentlər bəhməzin özünəməxsus ət­ri­nin, dadının buketinin yaranmasında iştirak edirlər. Bəhməz istehsalında ilk əvvəl tem­peraturun təsirindən karbonilamin reaksiyası baş verir. Karbonilamin reaksiyasına mela­noidlər də deyilir. Bu reaksiya ilk dəfə Mayar tərəfindən kəşf olunduğuna görə ali­min şərəfinə olaraq “mayar” reaksiyası da adlanır [88]. Bu reaksiya nəticəsində ilk əvvəl şirə­də sadə şəkərlərlə (qlükoza, fruktoza və s.) aminturşular birləşərək müvafiq mela­no­idləri və ya şəkəramin reaksiyasını əmələ gətirirlər.

İstinin təsirindən bəhməzin tərkibində çoxlu sayda qlikozidlər əmələ gəlir. Şi­rə­nin tər­kibində olan etil və metil qruplarının hesabına bəhməz istehsalı zamanı qlü­ko­zadan etil və metil qlikozidlər, fruktozadan metil və etil fruktozidlər və s. sintez olu­nur. Ədəbiyyat materiallarından və apardığımız tədqiqat işindən məlum olmuşdur ki, bəhməzin (qatılaşdırılmış şirələrin) tərkibində bütün qlikozidlərə rast gəlinir. Əgər qli­kozidin əmələ gəlməsində aqlikonun tərkibindəki –OH qrupu iştirak edərsə, alın­mış qlikozid O-qlikozidlər, S iştirak etdikdə S-qlikozidlər, azot olduqda N-qli­ko­zid­lər, C iştirak etdikdə isə C-qlikozidlər adlanırlar [104, 121, 145].



Burada R- qlikozidin tərkibindəki şəkəri, A isə aqlikonu göstərir. Reaksiya zamanı şəkərin başqa maddə ilə birləşməsinə aqlikon deyilir [102].

Xurma şirəsi monomer fenol maddələri ilə (vanilin, siren, sinap, kofein və s.) zəngin olduğuna görə onlar da bəhməz istehsalı prosesində temperaturun təsirindən mürəkkəb fiziki-kimyəvi proseslərə məruz qalırlar. Fenol maddələrinin şəkərlərlə birləşməsində bəhməzin tərkibində çoxlu sayda qlikozidlər əmələ gəlir. Bu prosesi vanilin timsalında aşağıdakı kimi göstərmək olar:

Qlükovanilin göründüyü kimi o-qlikozidlər qrupuna aiddir. Bəhməzin tərki­-bin­­də əmələ gəlmiş ətirli maddələr əsasən şəkərlərin monomer fenol maddələri ilə bir­­ləş­­məsi ilə əlaqədardır.

Bundan başqa bəhməz istehsalı zamanı temperaturun təsi­rin­­dən digər sadə şəkərlər də mürəkkəb fiziki-kimyəvi və biokimyəvi reaksiyalara mə­ruz qalırlar. Belə ki, sadə şəkərlərin nümayəndəsi olan pentozalardan (C5H10O5) temperaturun təsirindən furfurol, heksozalardan (C6H12O6) isə metilfurfurol əmələ gəlir. Bu reaksiyalar aşağıdakı kimi gedir:

Reaksiyalardan göründüyü kimi xurma şirəsinin isti üsulla işlənməsi zamanı pen­tozalar və heksozalar 3 molekul su itirərək müvafiq olaraq furfurola və metil­fur­fu­ro­la çevrilirlər. Bəhməzin tərkibində yanmış çovdar çörəyinin ətrinin hiss olunması tem­peraturun təsirindən əmələ gəlmiş furfurolla və metilfurfurolla əlaqədardır [145].


Beləliklə, tədqiqat zamanı məlum olmuşdur ki, tam yetişmiş xurma meyvə­lə­rin­dən alınmış şirələrdən yüksək keyfiyyətli bəhməz istehsal etmək olduqca vacibdir. Şirə­dən fərqli olaraq bəhməz keyfiyyətli qida maddələri ilə daha zəngindir. Ona görə də insanların gündəlik qida rasionlarına xurma bəhməzinin də əlavə olunması olduq­ca vacibdir.




FƏSİL 5. TƏDQİQATIN TƏHLİLİ

    1. 5.1. Texnoloji proseslərin istehsal olunmuş şirələrin keyfiyyətinə təsiri



Apardığımız tədqiqat işinin nəticəsi kimi məlum olmuşdur ki, tam yetişmiş xur­ma meyvəsi keyfiyyət göstəricilərinə görə nisbətən yetişməmiş və yetişmə müd­də­ti ötmüş meyvələrdən daha üstün olmuşdur.

Daha sonra müəyyən edilmişdir ki, xur­ma meyvələrinin yetişmə dərəcəsindən asılı olaraq tam yetişmiş xurma meyvə­lə­rin­dən hazırlanmış şirələrin keyfiyyət göstəriciləri və qidalılıq dəyəri başqa variantlar üz­rə hazırlanmış şirələrdən daha yüksək olmuşdur.

Tədqiqat işimizdə müxtəlif texnoloji proseslərin xurma meyvəsinin yetişmə də­rə­­cəsindən asılı olaraq istehsal olunmuş şirələrin keyfiyyətinə təsiri öyrənil­mişdir. Bu məqsədlə Xaçia və Xiakume xurma sortlarının yetişməmiş, yetişmiş və yetişmə müddəti ötmüş meyvələrindən istifadə edərək iki variantda (xurma meyvələrinə əvvəlcədən isti üsulla təsir etməklə; xurma meyvələrini adi üsulla, isti ilə təsir etməməklə) şirə istehsal olunmuşdur.

Aparılmış dequstasiya zamanı müəyyən edilmişdir ki, tam yetişmiş xurma meyvələrini əvvəlcədən isti üsulla emal etməklə hazırlanmış şirələrin orqanoleptik göstəriciləri digər variantlarla müqayisədə daha yüksək olmuşdur (cədvəl 5.1).

Məlumdur ki, xurma meyvəsindən hazırlanmış şirələrin və ondan da istehsal olunmuş bəhməzin keyfiyyəti emal zamanı tətbiq edilmiş texnoloji proseslərdən çox asılıdır. İstehsal prosesində elə texnoloji üsullardan istifadə olunmalıdır ki, hazır­lan­mış şirələr ekstraktiv maddələrlə (şəkərlərlə, vitaminlərlə, aromatik maddələrlə və s.) daha zəngin olsun. Müxtəlif texnoloji proseslərin tam yetişmiş xurma meyvələrindən hazırlanmış şirələrin keyfiyyətinə təsiri cədvəl 5.2-də qeyd edilmişdir.

Cədvəl 5.1



Müxtəlif texnoloji proseslər zamanı tam yetişmiş xurma meyvələrindən hazırlanmış şirələrin keyfiyyət göstəricilərinin müqayisəsi (q/100 sm3)


Göstəricilər

Xaçia sortu

Xiakume sortu

Əvvəlcədən isti üsulla emal etdikdə

Əvvəlcədən isti üsulla emal etmədikdə

Əvvəlcədən isti üsulla emal etdikdə

Əvvəlcədən isti üsulla emal etmədikdə

Quru maddə

22,4

20,1

23,1

19,7

Ümumi şəkər

18,5

16,4

18,7

16,2

Qlükoza

7,7

7,3

8,1

7,2

Fruktoza

10,0

8,5

10,2

8,3

Pektin maddələri

0,44

0,60

0,47

0,64

Pektin

0,38

0,42

0,36

0,43

Protopektin

0,22

0,34

0,28

0,38

Ümumi turşuluq

0,11

0,09

0,10

0,08

C vitamini

0,12

0,081

0,112

0,076

Fenol maddələri

0,72

0,58

0,74

0,56

Sellüloza

0,62

0,8

0,71

0,84

Dequstasiya qiyməti, balla

8,6

8,1

8,4

8,0

Cədvəl 5.2-nin rəqəmlərindən aydın olur ki, əvvəlcədən isti üsulla emal edilmiş xurma meyvələrindən hazırlanmış şirələrdə quru maddə isti üsulla emal edilməmiş xurmalardan hazırlanmış şirələrə nisbətən daha çox olmuşdur. Əgər əvvəlcədən isti üsulla emal edilmiş xurma meyvələrindən hazırlanmış şirələrdə quru maddənin miqdarı 22,4÷23,1 q/100 sm3 olmuşdursa, isti üsulla emal edilməmiş meyvələrdən hazırlanmış şirələrdə isə bu göstərici 19,7÷20,1 q/100 sm3 arasında olmuşdur.

Cədvəl 5.2

Müxtəlif texnoloji proseslər zamanı tam yetişmiş xurma meyvəsindən hazırlanmış şirələrin kimyəvi-orqanoleptik göstəricilərinin faiz nisbəti ilə müqayisəsi (q/100 sm3)




Göstəricilər

Xaçia sortu

Xiakume sortu

Əvvəlcədən isti üsulla emal etdikdə

Əvvəlcədən isti üsulla emal etmədikdə

Fərq

%-lə

Əvvəlcədən isti üsulla emal etdikdə

Əvvəlcədən isti üsulla emal etmədikdə

Fərq

%-lə

Quru maddə

22,4

20,1

2,3

10,3

23,1

19,7

3,4

14,7

Ümumi şəkər

18,5

16,4

2,1

11,4

18,7

16,2

2,5

13,4

Qlükoza

7,7

7,3

0,4

5,2

8,1

7,2

0,9

11,1

Fruktoza

10,0

8,5

1,5

15,0

10,2

8,3

1,9

18,6

Pektin maddələri

0,44

0,60

0,16

26,6

0,47

0,64

1,7

26,6

Pektin

0,24

0,38

0,14

36,8

0,23

0,36

0,13

36,1

Protopektin

0,20

0,22

0,02

10,1

0,24

0,28

0,04

14,3

Ümumi turşuluq

0,11

0,09

0,02

18,2

0,10

0,08

0,02

20,0

C vitamini

0,12

0,081

0,039

32,5

0,112

0,076

0,036

32,1

Fenol maddələri

0,72

0,51

0,21

29,2

0,74

0,56

0,18

24,3

Sellüloza

0,62

0,80

-0,18

29,0

0,71

0,84

-0,13

18,3

Dequstasiya qiyməti, balla

8,6

8,1

0,5

5,8

8,4

8,0

0,4

4,8

Hər iki variantın müqayisəsindən məlum olmuşdur ki, əv­vəlcədən isti üsulla emal olunmuş meyvələrdən hazırlanmış şirə­lərdə quru maddə kontrol varianta nisbətən 10,3÷14,7% ar­tıq olmuşdur (cədvəl 5.2).

Analiz zamanı ümumi şəkərin miqdarı isti üsulla emal edil­miş meyvələrdən hazırlanmış şirələrdə daha çox olması müəy­yən edilmişdir. Əgər Xaçia sortunun meyvələrini isti üsul­la emal etməklə hazırlanmış şirələrdə ümumi şəkər 18,5% olmuş­dursa, eyni sortun meyvələrini əvvəlcədən isti üsulla emal etmədikdə istehsal olunmuş şirədə isə 16,4% şəkərlik olur.

Kontrol variantla müqayisədə hazırlanmış nümunədə şəkər­lik 11,4÷13,4% artıq olmuşdur. Bu da bir daha meyvələrin əvvəl­cədən isti üsulla emal edilərək şirə hazırlanmasının ən əsas müsbət cəhətlərindən biri hesab edilə bilər.

Xurma meyvəsinin ən əsas keyfiyyət gös­tə­ricilərindən bi­ri şəkərlərdir. Kontrol variantla müqayisədə hazırlanmış nü­mu­nələrdə qlükoza və fruktozanın miqdarı daha çox olmuşdur – 5,2÷18,6%. Əvvəlcədən isti üsulla emal olunmuş şirələr digər va­riantla müqayisədə daha şirin dada malikdir. Bu da isti üsulla emal olunaraq hazırlanmış şirənin tərkibində fruktozanın miq­darca daha çox olması ilə izah olunur (şəkil 5.1).

Analiz nəticəsində müəyyən olunmuşdur ki, tam ye­tiş­miş xurma meyvələrin­dən hazırlanmış şirələrdə fruktozanın miq­darı qlükozadan çoxdur. İstehsal olunmuş şirələrin key­fiy­yə­ti istifadə olunan xammalın tərkibindəki pektin mad­də­lə­rin­dən də asılıdır.

Pektin maddələri mürəkkəb şəkərlərin nü­ma­yən­dəsi olub, çoxlu sayda qalakturon turşularından və digər mo­nosaxarid qalıqlarından təşkil olunmuşdur. Pektin maddələri kim­yəvi xassəsinə görə kolloid hissəcik olub, şirənin şəffaf­laş­ma­­sı­na mane olur. Tərkibində pektin maddələri ilə zəngin olan mey­vələrdən, o cümlədən xurmadan yüksək keyfiyyətli şirə isteh­sal etmək çətindir [76, 99].



%

A B


Şəkil 5.1. Müxtəlif texnoloji proseslər zamanı istehsal olunmuş

şirələrdə qlükozanın və fruktozanın miqdarca dəyişməsi

- xurma meyvələrini əvvəlcədən isti üsulla emal etdikdə

- xurma meyvələrini əvvəlcədən isti üsulla emal etmədikdə

1-3 – Qlükoza

2-4 – Fruktoza



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin