3.2.4. Xurma meyvəsində mineral maddələrin tədqiqi
Xurma meyvəsi üzvi maddələrlə yanaşı həm də mineral maddələrlə də zəngindir. Xurma meyvəsində olan mineral maddələrin miqdarı sortun xüsusiyyətindən, torpaq-iqlim şəraitindən, onun emal texnologiyasından çox asılıdır. Ədəbiyyat materiallarının araşdırılmasından məlum olmuşdur ki, xurma meyvəsi mineral maddələrlə, makro və mikroelementlərlə zəngindir [22, 60, 70, 138]. Xurma meyvəsinin şirəsinə nisbətən onun qabıq və lətli hissəsi makro və mikroelementlərlə daha zəngindir. Xurma meyvəsi makroelementlərdən K, Ca, Mg, Fe və başqaları, mikroelementlərdən Br, B, J, Co, Mn və sairləri ilə də zəngindir [17, 115]. Xurma meyvəsinin mühüm bioloji xüsusiyyətlərindən ən əsası ondan ibarətdir ki, onun tərkibində yod (J) daha çox olur.
Ədəbiyyat materiallarından məlum olmuşdur ki, dəniz kənarlarında yetişdirilmiş xurma ağaclarının meyvələrində başqa regionlarla müqayisədə yod çoxluq təşkil edir [20, 31, 40]. Məlumdur ki, insan orqanizmində yod çatışmadıqda zob xəstəliyi əmələ gəlir. Hal-hazırda zob xəstəliyindən əziyyət çəkən insanlar xurmadan və onun emalından hazırlanmış məhsullardan bütün il ərzində istifadə etməlidirlər. Hətta bəzi qabaqcıl Avropa ölkələrində zob xəstəliyinin müalicəsi üçün apteklərdə xurma və ya onun istehsalından hazırlanmış qida məhsulları dərman preparatı kimi satılır [55, 60].
Baxmayaraq ki, ölkəmizin bir çox regionlarında son zamanlar zob xəstəliyi geniş yayılmış, ancaq bol ehtiyatı olan xurma meyvəsindən və ondan istehsal olunmuş qida məhsullarından əhalimiz səmərəli istifadə etmir. Bu baxımdan apardığı-mız elmi-tədqiqat işi aktual bir problemin həllinə həsr olunmuşdur. Bu məqsədlə biz xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq mineral maddələrin miqdarca dəyişməsini tədqiq etmişik. Yetişmə dərəcəsindən asılı olaraq xurma mey-vələrində mineral maddələr variantlar üzrə iki dəfə analiz edilmişdir. Alınmış nəticələr cədvəl 3.17-də göstərilmişdir.
Cədvəl 3.17
Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq
mineral maddələrin tədqiqi (mkq/100 q)
Göstəricilər
|
Meyvənin yetişmə dərəcəsi
|
Yetişməmiş
|
Yetişmiş
|
Yetişmə müddəti ötmüş
|
Xaçia sortu
|
K
|
420÷430
|
630÷650
|
510÷530
|
Na
|
20÷30
|
45÷60
|
30÷35
|
Ca
|
80÷85
|
126÷135
|
80÷90
|
Mg
|
40÷45
|
74÷85
|
50÷55
|
Fe
|
10÷20
|
26÷30
|
25÷35
|
P
|
150÷200
|
310÷340
|
250÷280
|
Cu
|
3÷4
|
8÷10
|
4÷5
|
Br
|
2÷3
|
3÷5
|
2÷4
|
J
|
0,8÷1,2
|
2÷3
|
0,8÷1,4
|
Mn
|
3÷5
|
7,0÷8,5
|
3÷6
|
Cəmi:
|
728÷823,2
|
1230÷1326,5
|
954,8÷1041,4
|
Xiakume sortu
|
K
|
380÷400
|
610÷630
|
420÷450
|
Na
|
25÷35
|
40÷50
|
30÷35
|
Ca
|
70÷80
|
110÷120
|
85÷95
|
Mg
|
35÷45
|
60÷80
|
40÷50
|
Fe
|
15÷25
|
25÷30
|
15÷20
|
P
|
120÷150
|
280÷300
|
160÷180
|
Cu
|
3÷4
|
8÷12
|
5÷6
|
Br
|
2÷3
|
3÷6
|
3÷4
|
J
|
0,5÷0,8
|
2,5÷3,5
|
0,8÷1,4
|
Mn
|
2,5÷3,5
|
6÷8
|
2,8÷3,6
|
Cəmi:
|
653÷746,3
|
1144,5÷1239,5
|
761,0÷845,0
|
Cədvəl 3.17-in rəqəmlərindən aydın olur ki, hər iki sortun yetişmiş meyvələri mineral maddələrlə daha zəngindir. Əgər Xaçia sortunun yetişmiş meyvələrində mineral maddələr 1230÷1326,5 mkq/100 q olmuşdursa, yetişməmişdə 728÷823,2 mkq/100 q, yetişmə müddəti ötmüş meyvələrdə isə bu göstərici 954,8÷1041,4 mkq/100 q olmuşdur. Xaçia sortunun bu göstəriciləri Xiakume sortu ilə eynilik təşkil etmişdir. Hər iki sort K, Ca, P elementləri ilə daha zəngindir. Cədvəldən göründüyü kimi xurma meyvələri mikroelementlərin nümayəndəsi olan Br, J və Mn-la da zəngindir. Orqanizmdə yod çatışmadıqda qalxanabənzər vəzin əsas hormonları olan tiroksinin, di, triyodtrioninin sintezi pozulur. Bu zaman orqanizmdə aromatik aminturşu törəməli qeyd olunan hormonların sintez olunmaması nəticəsində müxtəlif xəstəliklər (zob və s.) əmələ gəlir. İnsan orqanizminə qəbul olunan qidanın tərkibində yod az və ya heç olmadıqda qalxanabənzər hormonların (tiroksinin və s.) funksiyası pozulur. Ona görə də insanlar daim rasional qidalanmaya, tərkibində yodla zəngin olan qida məhsullarına üstünlük verməlidirlər. Bu baxımdan insanlar bütün il ərzində tərkibində yodla, bromla zəngin olan qida məhsulları ilə qidalanmalıdır-lar. Yuxarıda qeyd olunduğu kimi əhalimizin bütün il ərzində xurma meyvəsi və ya ondan istehsal olunan məhsullarla qidalanmaları orqanizmdə gedən mübadilə prosesinin tənzimlənməsinə şərait yaratmış olar. Tədqiqat zamanı məlum olmuşdur ki, tam yetişmiş xurma meyvəsi başqa variantlarla müqayisədə yodla daha zəngindir. Əgər yetişmiş xurma meyvəsində (Xaçia sortunda) 7,0÷8,5 mkq/100 q yod olmuşdursa, yetişməmişdə 3,0÷5,0 mkq/100 q, yetişmə müddəti ötmüş meyvələrdə isə 3,0÷6,0 mkq/100 q olmuşdur.
Cədvəl 3.17-in rəqəmlərindən məlum olmuşdur ki, hər iki sortun tam yetişmiş meyvələri yodla və başqa makro-mikroelementlərlə zəngindir. Cədvəldən aydın olur ki, Xaçia sortunda Xiakume sortu ilə müqayisədə mineral maddələr miqdarca daha çox olmuşdur. Belə ki, Xaçia sortunun yetişmiş meyvələrində mineral maddələrin ümumi miqdarı 1230÷1326,5 mkq/100 q olmuşdursa, bu göstərici Xiakume sortu ilə müqayisədə 1144,5÷1239,5 mkq/100 q qeydə alınmışdır. Bu göstərici yetişməmiş və yetişmə müddəti ötmüş xurma meyvələri ilə eynilik təşkil etmişdir. Ona görə də xurma meyvəsində müxtəlif çeşiddə qida məhsulları istehsal etmək üçün tam yetişmiş xurma meyvələrindən istifadə olunması tövsiyyə olunur.
FƏSİL 4. XURMA MEYVƏSİNDƏN MÜXTƏLİF ŞİRƏ VƏ BƏHMƏZ İSTEHSALI TEXNOLOGİYASININ TƏDQİQİ
-
4.1. Xurma meyvəsini əvvəlcədən isti üsulla emal etmədən şirə və bəhməz istehsalı texnologiyasının tədqiqi
-
Əhalinin düzgün və ya rasional qidalanmasının təşkil edilməsi bu sahədə çalışan alimləri, aparıcı mütəxəssisləri düşündürən ən vacib məsələlərdəndir. Əgər insanlar gün ərzində düzgün, ekoloji cəhətdən təmiz qida məhsulları ilə qidalanarsa, onda onların daha sağlam və uzunömürlü olmalarına şərait yaranar [116, 125]. Bu baxımdan respublikamızın əksər rayonlarında geniş yayılmış xurma meyvəsi (Diospyros kaki L.) nəzər diqqəti daha çox cəlb edir. Qeyd olunduğu kimi, xurma ağacının becərilməsində, onun meyvələrinin əmələ gəlməsindən tam yetişməsinə qədər olan dövrdə heç bir kimyəvi dərman preparatından istifadə olunmur. Ölkəmizdə ərzaq təhlükəsizliyi problemini həll etmək üçün xurma meyvəsindən müxtəlif çeşiddə (şirə, püre, bəhməz və s.) qida məhsulları istehsal etmək olduqca vacibdir. Əhalimizin bütün il ərzində bitki mənşəli məhsullarla təmin olunması məsələsində də xurma meyvəsinin və onun emalından alınmış məhsulların əhəmiyyəti böyükdür. Belə ki, xurma meyvəsi sadə şəkərlərlə (qlükoza və fruktoza), fenol birləşmələri ilə, mineral maddələrlə, o cümlədən yodla, bromla daha zəngindir. Əhalidə bol ehtiyatı olan xurma meyvəsinin ərzaq müstəqilliyimizin təmin olunması baxımından da əhəmiyyəti böyükdür [8]. Xurma meyvəsinin yüksək qidalılıq dəyərinə malik olmasını, xeyli dərəcədə şəkər toplama qabiliyyətini (17-25%) nəzərə alaraq, yarımistehsal şəraitində əvvəlcə təbii şirə, ondan da bəhməz (qatılaşdırılmış şirə) istehsal etməyi qarşımıza məqsəd qoymuşuq. Bu məqsədlə əhalimizin həyatyanı sahələrində geniş yayılmış və məhsuldarlığı yüksək olan Xaçia və Xiakume sortlarının meyvələrindən istifadə olunmuşdur. Şirə istehsalı zamanı hər iki xurma sortunun ayrı-ayrılıqda yetişmiş, tam yetişməmiş və yetişmə müddəti ötmüş meyvələrindən istifadə etməklə ilk əvvəl şirə istehsal edilmişdir. Qeyd olunan variantlar üzrə emal prosesinə daxil olmuş xurma meyvələri əvvəlcə soyuq suda yaxşı yuyulur, çeşidlənir və kənar qatışıqlardan təmizlənir. İstifadə olunan su təmiz və saf olmaqla içməli suyun tələblərinə uyğun olmalıdır. Yuyulmuş xurma meyvələri əzici-doğrayıcı maşına verilir. Əzilmiş kütlə qatı halda olduğuna görə ona həcminin 10-15%-i qədər içməli su əlavə olunur. Burada əsas məqsədimiz əzintinin tərkibində olan şəkər itkisinin qarşısını almaqdan ibarətdir. Sonra əzinti hissədən şirə almaq üçün ümumi kütlə sıxıcıya ötürülür. Bu zaman alınmış qeyri-şəffaf şirə dincə qoyulur. Şirə istehsalı zamanı məlum olmuşdur ki, alınmış şirədə kolloid hissəciklər pektin maddələri və qeyriləri həlməşiklik əmələ gətirdiyinə görə əzintinin sıxılması, əzintinin şirə hissədən ayrılması prosesi işin gedişini xeyli çətinləşdirmişdir. Bu üsulla istehsal olunan şirədə şirə çıxımı da xeyli az miqdarda olmuşdur. Sıxıcıdan ayrılmış cecə hissə başqa tutumlara yığılmış və quruducu kamerada qurudulmuşdur. Sonra qurudulmuş cecədən toxum hissə ayrılmış, lətli hissə isə laboratoriya şəraitində üyüdülmüşdür. Üyüdülmüş lətli hissə üzvi və qeyri-üzvi maddələrlə zəngin olduğuna görə onun qida sənayesinin müxtəlif sahələrində istifadə olunması tövsiyyə olunmuşdur. Bundan başqa üyüdülmüş lətli hissədən heyvandarlıqda yem kimi istifadə olunması da məsləhət görülür. Ədəbiyyat materiallarından məlumdur ki, xurma meyvəsinin toxumunda 13-15% yağ olur. Xurma meyvəsinin toxumundan yağ alınması, onun istehsal prosesində ayrılmış cecəsindən isə heyvandarlıqda yem kimi istifadə olunması da tövsiyyə olunmuşdur. Bu da ölkəmizdə ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, yeni iş yerlərinin açılmasına şərait yaratmış olar.
Dincə qoyulmuş qeyri-şəffaf şirəni durultmaq məqsədi ilə ona 1-2% hesabı ilə bentanit suspenziyası əlavə olunur. Bu zaman qeyri-şəffaf şirə bentanit suspenziyası ilə yaxşı qarışdırılır. Bentanitin təsirindən kolloid hissəciklər və başqa qatışıqlar qabın dibinə çökür və şirə xeyli dərəcədə şəffaflaşır. Sonra şəffaf şirə çöküntüdən ayrılaraq başqa təmiz yuyulmuş, dezinfeksiya olunmuş qaba (tutuma) köçürülür.
Qeyd etmək lazımdır ki, qeyri-şəffaf şirəni şəffaflaşdırmaq üçün az miqdarda (80-120 mq/dm3) SO2-dən də istifadə olunması məsləhət görülür. Hal-hazırda dünyanın ən qabaqcıl ölkələrində müxtəlif meyvələrdən şirə istehsal edən zaman SO2-dən istifadə olunması məqsəduyğun hesab edilir. Belə ki, SO2-nin təsirindən şirənin oksidləşməsinin, rənginin dəyiş-məsinin qarşısı alınır. SO2-nin təsirindən oksidləşdirici və digər fermentlərin fəaliyyəti ingibitorlaşır və şirənin qidalılıq dəyəri daha da artmış olur. Bu zaman şirə öz təbiiliyini, təravətini daha çox saxlayır. Şirənin tərkibində olan qida maddələrinin SO2-nin təsirindən qabın dibinə çökməsi də xeyli azalır. Ancaq biz hazırlanmış şirədən tez bir müddətdə bəhməz istehsalında istifadə etdiyimizə görə qeyri-şəffaf şirənin şəffaflaşması üçün yalnız bentanit suspenziyasından istifadə etmişik. Məlumdur ki, tərkibində SO2 (kükürd anhidridi) olan şirələri isti üsulla emal etdikdə, onlarda SO2-nin təsirindən merkaptanlar, tioefirlər və başqa xoşagəlməyən kükürd tərkibli kompleks birləşmələr əmələ gəlir. Hətta şirənin tərkibində olan etil, metil qruplarının hesabına istinin təsirindən şirədə tiospirtlər və ya merkaptanlar da sintez olunur.
Onlar da şirədən alınmış bəhməzin tərkibinə keçir. Bu da bəhməzdə xoşagəlməyən kəskin ətrin, dadın və iyin əmələ gəlməsinə şərait yaradır. Son zamanlar məlum olmuşdur ki, SO2 əlavə edilmiş şirələri isti üsulla emal etdikdə onların tərkibində kəskin xoşagəlməyən tioefirlər (R–S–R') əmələ gəlir. Bundan başqa SO2-nin şirədə bəzi mineral maddələrlə birləşməsindən merkaptanidlər də əmələ gəlir [4, 42, 102]. SO2 əlavə olunmuş şirələri isti üsulla işlədikdə onlarda natrium merkaptanid (R–S–Na), kalium merkaptanid (R–S–K) və qeyriləri də sintez olunur. Bu da istehsal olunmuş məhsulun keyfiyyətinə mənfi təsir göstərir.
Elə ona görə də biz xurma meyvəsindən şirə və ondan da bəhməz istehsalında istifadə olunan şirənin şəffaflaşdırılmasında 1-2%-li bentanit suspenziyasından istifadə etmişik. Bentanit ekoloji cəhətdən təmiz təbii antiseptik maddə olub, təbiətdə gil formasında geniş yayılmışdır [5]. O şirədə heç bir fəsad əmələ gətirmir. Yalnız kolloid hissəcikləri təbii yolla koaqulyasiya edərək qabın dibinə çökməsinə şərait yaradır. Bentanit və şəffaflaşdırılmış şirə çöküntüdən ayrılır, süzgəcdən keçirilir və 0-10C temperaturda emal olunana qədər saxlanılır. Şəffaflaşdırılmış şirə variantlar üzrə ayrı-ayrı tutumlarda yerləşdirilir. Sonra ayrı-ayrı variantlar üzrə hazırlanmış şirələrdə kimyəvi-orqanoleptik göstəricilər müəyyən edilmişdir. Təyin edilmiş kimyəvi-orqanoleptik göstəricilər cədvəl 4.1-də öz əksini tapmışdır. Cədvəlin araşdırmasından məlum olur ki, yetişmiş xurma meyvəsindən hazırlanmış şəffaf şirədə quru maddənin miqdarı, yetişməmiş və yetişmə müddəti ötmüş meyvələrdən hazırlanmış şirələrə nisbətən daha çoxdur (şəkil 4.1). Əgər hər iki sortda tam yetişmiş xurma meyvəsindən alınmış şirədə quru maddənin miqdarı 19,7÷20,1 q/100 sm3 olmuşdursa, bu göstərici yetişməmiş xurma meyvələrindən hazırlanmış şirələrdə 17,2÷17,6 q/100 sm3, yetişmə müddəti ötmüş meyvələrdən hazırlanmış şirələrdə isə 17,8÷18,4 q/100 sm3 olmuşdur. Tədqiqat nəticəsində məlum olmuşdur ki, ümumi şəkərin miqdarı tam yetişmiş Xaçia və Xiakume sortlarının meyvələrindən hazırlanmış şirələrdə başqa variantlarla müqayisədə daha çox qeydə alınmışdır.
Belə ki, tam yetişmiş xurma meyvələrindən hazırlanmış şirələrdə ümumi şəkər 16,2÷16,4 q/100 sm3 olmuşdursa, yetişməmiş xurma meyvələrindən hazırlanmış şirələrdə ümumi şəkər 13,8÷14,1 q/100 sm3, yetişmə müddəti ötmüş xurma meyvələrindən hazırlanmış şirələrdə isə 15,1÷15,6 q/100 sm3 arasında olmuşdur.
Cədvəl 4.1
Xurma meyvəsindən alınmış şirələrin
kimyəvi-orqanoleptik göstəriciləri (q/100 sm3)
Göstəricilər
|
Yetişmə dərəcəsi
|
Yetişmiş
|
Yetişməmiş
|
Yetişmə müddəti ötmüş
|
Xaçia sortu
|
Quru maddə
|
20,1
|
17,6
|
18,4
|
Ümumi şəkər
|
16,4
|
14,1
|
15,6
|
Qlükoza
|
7,3
|
6,1
|
7,0
|
Fruktoza
|
8,5
|
7,2
|
7,9
|
Ümumi turşuluq (alma turşusuna görə)
|
0,09
|
0,13
|
0,08
|
Pektin maddələri
|
0,44
|
1,14
|
0,64
|
Pektin
|
0,24
|
0,31
|
0,38
|
Protopektin
|
0,20
|
0,83
|
0,26
|
Fenol maddələri
|
0,58
|
0,85
|
0,46
|
C vitamini
|
0,081
|
0,058
|
0,032
|
Sellüloza
|
0,8
|
1,26
|
0,68
|
Dequstasiya qiyməti, balla
|
8,1
|
7,2
|
7,6
|
Xiakume sortu
|
Quru maddə
|
19,7
|
17,2
|
17,8
|
Ümumi şəkər
|
16,2
|
13,8
|
15,1
|
Qlükoza
|
7,2
|
6,0
|
6,7
|
Fruktoza
|
8,3
|
7,1
|
7,8
|
Ümumi turşuluq (alma turşusuna görə)
|
0,08
|
0,12
|
0,08
|
Pektin maddələri
|
0,47
|
1,20
|
0,68
|
Pektin
|
0,23
|
0,34
|
0,40
|
Protopektin
|
0,24
|
0,86
|
0,28
|
Fenol maddələri
|
0,56
|
0,88
|
0,51
|
C vitamini
|
0,076
|
0,052
|
0,028
|
Sellüloza
|
0,84
|
1,30
|
0,72
|
Dequstasiya qiyməti, balla
|
8,0
|
7,0
|
7,4
|
Cədvəl 4.1-in rəqəmlərindən aydın olur ki, hər iki sortun yetişməmiş xurma meyvələrindən hazırlanmış şirələrdə sadə şəkərlər (qlükoza və fruktoza) miqdarca az, yetişmiş və yetişmə müddəti ötmüş meyvələrdən hazırlanmış şirələrdə isə nisbətən çox miqdarda olmuşdur. Əgər Xaçia sortunun yetişmiş meyvələrindən hazırlanmış şirədə qlükoza və fruktoza 7,3÷8,5 q/100 sm3 arasında olmuşdursa, bu göstərici yetişməmiş meyvələrdən hazırlanmış şirədə 6,1÷7,2 q/100 sm3, yetişmə müddəti ötmüş şirədə isə 7,0÷7,8 q/100 sm3 olmuşdur.
A
A
C
C
B B
Şəkil 4.1. Xurma meyvələrinin yetişmə dərəcəsindən
asılı olaraq hazırlanmış şirələrdə quru maddənin miqdarı
1-Xaçia, 2-Xiakume
A- yetişmiş, B- yetişməmiş, C- yetişmə müddəti ötmüş
Alınmış bu göstəricilər Xiakume sortunun meyvələrindən hazırlanmış şirələrlə eynilik təşkil etmişdir. Aparılmış dequstasiya zamanı məlum olmuşdur ki, yetişmiş meyvələrdən hazırlanmış şirələr başqa variantlarla müqayisədə daha çox şirin dada malikdir. Bu da əsas onunla izah olunur ki, hər iki sortun yetişmiş meyvələrindən hazırlanmış şirələrdə fruktozanın qlükozaya olan nisbəti vahiddən çoxdur (F/Q=1,16 və ya 8,5:7,3=1,16). Ədəbiyyat materiallarından məlumdur ki, fruktoza qlükozadan 1,7 dəfədən artıq şirin dada malikdir. Əgər qlükozanın şirinliyi 100-sə, fruktozanınkı isə 174-ə bərabərdir [17, 145]. Ona görə də şirədə qlükozaya nisbətən fruktozanın çox olması daha yaxşı hal hesab olunur.
Cədvəldən göründüyü kimi yetişmə müddəti ötmüş xurma meyvələrindən hazırlanmış şirələrdə fruktozanın miqdarı (7,8÷7,9 q/100 sm3), tam yetişmiş xurma meyvələrindən hazırlanmış şirəyə nisbətən (8,3÷8,5 q/100 sm3) azlıq təşkil edir. Bu da əsas onunla əlaqədardır ki, meyvələrin, o cümlədən xurmanın yetişmə dərəcəsi ötdükdə onun tərkibindəki qida maddələri, əsasən də şəkərlər parçalanaraq tənəffüs prosesinə sərf olunurlar [62, 73, 89]. Bu səbəbdən tam yetişmiş xurma meyvə-lərindən hazırlanmış şirələrin qidalılıq dəyəri başqa variantlarla müqayisədə daha yüksək olmuşdur.
Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq ayrı-ayrı variantlar üzrə hazırlanmış şirələrdə pektin maddələrinin miqdarı da tədqiq edilmişdir. Tədqiqat zamanı məlum olmuşdur ki, yetişməmiş xurma meyvələrindən hazırlanmış şirələrdə başqa variantlarla müqayisədə pektin maddələri daha çox olur. Əgər yetişməmiş xurma meyvələrindən hazırlanmış şirələrdə pektin maddələri 1,14÷1,20 q/100 sm3 olmuşdursa, yetişmiş meyvələrdən hazırlanmış şirələrdə 0,44÷0,47 q/100 sm3, yetişmə müddəti ötmüş meyvələrdən hazırlanmış şirələrdə isə 0,64÷0,68 q/100 sm3 arasında ol-muşdur (cədvəl 4.1).
Elə ona görə də tərkibində pektin maddələri ilə zəngin olan yetişməmiş xurma meyvələrindən hazırlanmış şirə başqa variantlarla müqayisədə daha qeyri-şəffafdır. Belə şirələrin tərkibi kolloid hissəciklərlə daha zəngindir.
Məlumdur ki, pektin maddələri kolloid xassəli üzvi biopolimerdir. Müxtəlif növ şirələrin, bəhməzin, pürenin və başqalarının istehsalında pektin maddələrinin normadan çox olması məqsədəuyğun sayılmır. Onlar kolloid hissəciklərə malik olduğuna görə şirələrin, şərabların və sairlərin şəffaflaşması çətinləşir. Bu da məhsulun keyfiyyətinə, onun əmtəə görünüşünə pis təsir göstərir. Ona görə də tərkibi pektin maddələri ilə zəngin olan yetişməmiş xurma meyvələrindən keyfiyyətli şirə, pü-re, bəhməz və s. məhsullar hazırlamaq çox çətindir.
Xurma meyvəsi fenol maddələri ilə də zəngindir. Meyvədə olan büzüşdürücülük xassəsi bilavasitə fenol maddələri ilə əlaqədardır. Ən çox büzüşdürücülük xassəsi də yetişməmiş meyvələrdən hazırlanmış şirələrdə qeydə alınmışdır. Yetişməmiş xurma meyvələrindən hazırlanmış şirələr fenol maddələri ilə daha zəngin olmuşdur.
Əgər yetişməmiş xurma meyvələrindən hazırlanmış şirələrdə fenol maddələri 0,85÷0,88 q/100 sm3 olmuşdursa, yetişmiş meyvələrdən hazırlanmış şirələrdə 0,56÷0,58 q/100 sm3, yetişmə müddəti ötmüş meyvələrdən hazırlanmış şirələrdə isə bu göstərici daha az – 0,46÷0,51 q/100 sm3 olmuşdur.
Yetişmiş və yetişmə müddəti ötmüş xurma meyvələrindən hazırlanmış şirələrdə büzüşdürücülük xassəsi az, yetişməmiş meyvələrdən hazırlanmış şirələrdə isə daha çox olmuşdur. Bu əsas onunla əlaqədardır ki, yetişməmiş xurma meyvələri fenol maddələri ilə daha zəngindir.
Belə meyvələrdən hazırlanmış şirələrin orqanoleptik göstəriciləri xeyli aşağı olmuşdur. Aparılmış analizin nəticəsindən məlum olmuşdur ki, tam yetişmiş xurma meyvələrindən hazırlanmış şirələr başqa variantlarla müqayisədə C vitamini ilə daha zəngindir.
Belə ki, tam yetişmiş xurma meyvələrindən hazırlanmış şirələrdə C vitamini miqdarca 0,076÷0,081 q/100 sm3 olmuşdursa, başqa variantlara nisbətən bu göstərici müvafiq olaraq 0,052÷0,058 və 0,028÷0,032 q/100 sm3 arasında olmuşdur. Cədvəlin rəqəmlərindən aydın olur ki, C vitamini başqa variantlarla müqayisədə tam yetişmiş xurmadan hazırlanmış şirələrdə daha çoxdur.
Tədqiqat işimizdə hər iki sortun yetişmə dərəcəsindən asılı olaraq hazırlanmış şirələrdə sellüloza da miqdarca təyin edilmişdir. Analiz zamanı məlum olmuşdur ki, sellüloza ən çox tam yetişməmiş meyvələrdən hazırlanmış şirələrdə başqa variantlarla müqayisədə daha çoxdur. Emal prosesində xurma meyvəsində sellülozanın çox olması yaxşı hal deyildir. Belə ki, sellüloza da pektin maddələri kimi şirənin şəffaflaşmasına, onun yaxşı süzülməsinə mane olur. O da pektin maddələri kimi biopolimer üzvi maddə olub, kolloid xassəlidir. Sellüloza ilə zəngin olan meyvələrdə, o cümlədən xurmada şirə çıxımı az olur. Bu da iqtisadi cəhətdən səmərəli hesab edilmir.
Aparılmış dequstasiyadan məlum olmuşdur ki, orqanoleptik göstəricilərinə görə tam yetişmiş xurma meyvələrindən hazırlanmış şirələr 8,0÷8,1 balla, yetişmə müddəti ötmüş meyvələrdən hazırlanmış şirələr 7,4÷7,6 balla, yetişməmiş meyvələrdən hazırlanmış şirələr isə 7,0÷7,2 balla qiymətləndirilmişdir. Beləliklə, məlum olmuşdur ki, tədqiq olunan hər iki xurma sortunun tam yetişmiş meyvələrindən keyfiyyətli şirə və ondan da bəhməz istehsal etmək mümkündür. Sonrakı mərhələdə variantlar üzrə hazırlanmış şirələrdən ayrı-ayrılıqda vakuum aparatı vasitəsilə bəhməz (qatılaşdırılmış şirə) istehsal olunmuşdur. Xaçia və Xiakume sortunun xurma meyvələrinin yetişmə dərəcəsindən asılı olaraq aşağıdakı texnoloji sxem üzrə şirə və bəhməz istehsal edilmişdir.
İstehsal olunmuş bəhməzin tərkibi sadə şəkərlərlə (qlükoza, fruktoza və s.) fenol maddələri ilə (monomer və polimer), mineral maddələrlə (yod, brom və s.) və qeyriləri ilə zəngin olduğuna görə insan orqanizmi üçün qiymətli qida məhsuludur. İstehsal olunmuş bəhməz ekoloji cəhətdən təmiz qida məhsulu olmaqla ondan yarımfabrikat kimi qənnadı sənayesində və digər sahələrdə geniş istifadə olunması olduqca vacibdir. İnsanların bütün il ərzində bu qiymətli qida məhsulu ilə qidalanması tövsiyyə olunur.
Şirə və bəhməz istehsalı üçün tərtib edilmiş texnoloji sxem aşağıdakı kimidir:
Xurma meyvəsinin qəbulu
Meyvələrin təmiz su ilə yuyulması
Meyvələrin kənar qatışıqlardan təmizlənməsi (inspeksiya)
Meyvələrin əzici aparata verilməsi
(10-15% təmiz su əlavə etmək)
Əzintinin sıxılması (preslənməsi)
Qeyri-şəffaf şirənin dincə qoyulması
Şirənin yapışqan maddəsi ilə işlənməsi – 1-2%-li bentanitlə
Şəffaf şirənin süzgəcdən süzülməsi
Şirənin soyuqda saxlanması (0-10C)
Şirənin hissə-hissə vakuum aparatına verilməsi
Bəhməzin (qatılaşdırılmış şirə) alınması
Bəhməzin qablaşdırılması
Şəkil 4.2. Xurma meyvəsindən hazırlanmış
şirənin texnoloji sxemi
Dostları ilə paylaş: |