Ə.Ə. NƏBİyev, E. N. Dostiyari xurma meyvəSİNDƏn müXTƏLİF ÇEŞİDDƏ Qİda məhsullari istehsali texnologiyasinin təDQİQİ baki “elm” 2010 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti



Yüklə 1,3 Mb.
səhifə9/11
tarix07.03.2017
ölçüsü1,3 Mb.
#10499
1   2   3   4   5   6   7   8   9   10   11

A- Xaçia

B- Xiakume

Tədqiqat zamanı məlum olmuşdur ki, tam yetişməmiş xur­ma meyvəsi pektin maddələri ilə daha zəngin olduğuna görə on­dan yüksək keyfiyyətli şirə hazırlamaq mümkün olmamışdır. O da məlumdur ki, pektin maddələri xurma meyvəsinin ən çox qa­bıq və lətli hissəsində olur. Pektin maddələri fiziki xassəsinə gö­rə istinin təsirindən koaqulyasiyaya məruz qalaraq, təbii qu­ru­luşlarını dəyişirlər. Bundan başqa pektin maddələri tem­pe­ra­tu­run təsirindən hidroliz olunaraq sadə şəkərlərə (qalaktoza, man­noza, pentozalar və s.) parçalanırlar. Bu da şirənin qidalılıq dəyə­rinin artmasına şərait yaradır.

Beləliklə, məlum olmuşdur ki, xurma meyvələrini əv­vəl­­cədən isti üsulla emal etdikdə pektin maddələrinin koa­qu­l­­yasiyası və hidrolizi nəticəsində istehsal olunmuş şirələrin yax­şı şəffaflaşması ilə həm də şirənin tərkibini təşkil edən qida mad­dələrinin zənginləşməsinə şərait yaranır.

Aparılmış analizin nəticəsindəm məlum olmuşdur ki, əzilmiş xurma meyvə­lə­ri­nin əvvəlcədən isti üsulla ekstraksiya olunmağına baxmayaraq, onlardan hazırlanmış şirələrdə pektin maddələri kontrol variantla müqayisədə xeyli az miqdarda olmuşdur. Əgər isti üsulla emal olunmuş meyvələrdən hazırlanmış şirələrdə pektin maddələri 0,44÷0,47 q/100 sm3 arasında olmuşdursa, isti üsulla emal olunmamış meyvələrdən hazırlanmış şirələrdə isə bu göstərici 0,60÷0,64 q/100 sm3 olmuşdur. Hazırlanmış şirələrdə titrləşən və ya ümumi turşuluq da eyni olmamışdır. Titrləşən turşuluq meyvələri əvvəlcədən isti üsulla emal etməklə hazırlanmış şirənin tərkibində daha çox olması qeydə alınmışdır.

Qida məhsullarında, o cümlədən şirələrin keyfiyyəti xeyli dərəcədə C vita­mi­nin­dən də asılıdır. Cədvəl 5.2-dən göründüyü kimi C vitamini kontrol variantla müqa­yi­sədə (isti üsulla emal olmadıqda) meyvələri əvvəlcədən temperaturun təsirindən yax­şı ekstraksiya etməklə hazırlanmış şirələrdə daha çox olmuşdur. Belə ki, mey­və­lə­ri əvvəlcədən isti üsulla emal etməklə hazırlanmış şirələrdə, kontrol variantla müqa­yi­sə­də C vitamini miqdarca 32,1÷32,5% artıq olmuşdur. Bu da əsas onunla izah olunur ki, C vitamini xurma meyvəsinin şirəsinə nisbətən qabığında və lətli hissəsində daha çox olur. Əzintinin şirə ilə yaxşı ekstraksiya olunması nəticəsində C vitamini suda yaxşı həll olduğuna görə çox asanlıqla şirəyə keçir. Ona görə də bu üsulla hazırlan­mış şirələrdə C vitamini kontrol variantla müqayisədə daha çox miqdarda olur.

Ha­zır­lan­mış şirələrin keyfiyyət göstəricisinə təsir edən əsas amillərdən biri fenol maddələrdir. Məlumdur ki, xurma meyvəsinin tərkibi şəkərlərdən sonra fenol maddələri ilə zəngindir. Xurmada olan büzüşdürücülük xüsusiyyəti fenol maddələri ilə əlaqədardır. Tədqiqat nəticəsində məlum ol­muş­dur ki, xurma meyvəsini ­əvvəl­cədən isti üsulla emal edərək hazır­lanmış şirələrdə fenol maddələri kontrol variantla müqa­yi­sə­də daha çox miqdarda olur. Əgər isti üsulla hazırlanmış mey­və­lərdən hazır­lan­mış şirələrdə fenol maddələri 0,72÷0,74 q/100 sm3 olmuşdursa, əvvəlcədən isti üsulla emal olunmamış adi üsul­la əzilmiş və şirəsi ayrılmış meyvələrdən hazırlanmış məh­su­lun tərkibində isə 0,51÷0,56 q/100 sm3 arasında olmuşdur. Onu da qeyd etmək lazımdır ki, büzüşdürücülük xassəsi isti üsul­la emal olunmamış meyvələrdən hazır­lan­mış şirələrdə nümu­nə variantı ilə müqayisədə daha çox hiss edilmişdir. Şirə­də bü­züş­­dürücülük xüsusiyyətinin çox olması onun keyfiy­yə­ti­nə təsir göstərir. Hazırlanmış nü­munə şirələrində büzüş­dü­rü­cü­lük xüsusiyyətinin az olması (kontrol variantla mü­qa­yisədə) tem­peraturun təsirindən polimer fenol maddələrinin nüma­yən­də­si olan, əsasən də taninlərin hidroliz olunaraq sadə fenollara (mo­nomer) ayrılması ilə əlaqə­dar­dır. Ona görə də bu üsulla hazır­lanmış şirələr ətirli maddələrlə daha zəngin olurlar.

Aparılmış analizin nəticəsindən məlum olmuşdur ki, sel­lüloza əvvəlcədən isti üsulla emal olunmamış meyvələrdən hazır­lanmış şirələrin tərkibində daha çox olur. Əgər isti üsulla emal olunmuş meyvələrdən hazırlanmış şirələrin tərkibində 0,62÷0,71 q/100 sm3 sellüloza olarsa, isti üsulla emal olun­ma­mış meyvələrdən hazırlanmış şirələrdə isə bu göstərici 0,80÷0,84 q/100 sm3 arasında olmuşdur. Nümunə şirəsi ilə mü­qa­yisədə kontrol variant üzrə hazırlanmış şirələrin tərkibində 18,3÷29,2% sellüloza artıq olmuşdur. Sellüloza da pektin mad­də­si kimi kolloid xassəyə malikdir. Qida məhsullarının, o cüm­lə­dən şirələrin tərkibində həddindən artıq sellülozanın olması arzu­olunmazdır. Sellüloza həm insan orqanizmi tərəfindən mə­nim­­sənilmir, həm də şirənin şəffaflaşmasına mane olur. Odur ki, istehsal olunan məhsullarda, o cümlədən şirələrdə sellü­lo­za­nın miqdarı daim tənzimlənməlidir [168]. Dequstasiya zamanı mə­lum olmuşdur ki, tam yetişmiş Xaçia və Xiakume sortlarının mey­vələrini əvvəlcədən isti üsulla emal etməklə hazırlanmış şirə­lər qidalılıq dəyərinə görə isti üsulla emal olunmamuş mey­və­lərdən hazırlanmış şirələrdən daha keyfiyyətli olmuşdur. Əv­vəl­cədən isti üsulla emal olunmuş meyvələrdən hazırlanmış şi­rə­­lər 8,4÷8,6 balla, isti üsulla emal olunmamış meyvələrdən ha­zır­lanmış şirələr isə 8,0÷8,1 balla qiymətləndirilmişdir.

Beləliklə, bəhməz istehsalında əvvəlcədən isti üsulla emal edilmiş, tam yetiş­miş Xaçia və Xiakume sortlarının mey­və­lərindən istifadə etməklə şirə istehsalı məq­sə­dəuyğun hesab olu­nur.


5.1.1. Şirə istehsalında fenol maddələrinin tədqiqi
Müxtəlif texnoloji proseslərin köməyi ilə hazırlanmış şirə­lərin keyfiyyəti xeyli də­rəcədə fenol maddələrindən də ası­lı­dır. Tərkibində fenol maddələri çox olan şirələr eks­­trak­tiv mad­dələrlə zəngin olmaqla daha ətirli və dadlı olurlar. Fenol mad­dələri insan­lar­da yorğunluğun aradan götürülməsində, ürək-qan-damar sisteminin fəaliy­yə­tinin tən­zim­lənməsində mü­hüm əhəmiyyət kəsb edirlər. Fenol maddələri ilə zəngin olan şi­rə­lər­də mikrobioloji xəstəliklər də demək olar ki, olmurlar. On­ların təsiri ilə ok­sid­ləşmə pro­sesi də çox ləng gedir [172, 174]. Fenol maddələrinin təsirindən oksid­ləş­mə-reduksiya pro­ses­lərini kataliz edən oksidoreduktaz fermentləri fəalsızlaşırlar. Fer­­men­tin fəalsızlaşması şirədəki qida maddələrinin oksid­ləş­mə yolu ilə parçalanması prosesini ləngidir. Fenol maddələri ilə zəngin olan şirələrdə uzun müddət rəngin dəyişməməsinə, sor­ta məxsus təbii ətrin və dadın saxlanmasına nail olunur. Bu məq­sədlə biz xurma meyvələrində ayrı-ayrı fenol maddələrini təd­qiq etməklə yanaşı həm də müxtəlif variantlar üzrə hazır­lanmış şirələrdə onların miqdarca dəyişməsini və çevrilməsini də öyrənmişik. Müxtəlif variantlar üzrə Xaçia və Xiakume sort­larının tam yetişmiş xurma meyvələrindən istifadə etməklə hazır­lanmış şirələrdə fenol maddələrinin miqdarca dəyişməsi cədvəl 5.3-də göstərilmişdir.

Cədvəl 5.3



Müxtəlif variantlar üzrə yetişmiş xurma meyvəsindən hazırlanmış şirələrdə fenol maddələrinin tədqiqi (mq/100 sm3)


Göstəricilər

Variantlar

Meyvələri əvvəlcədən isti üsulla emal etdikdə

Meyvələri əvvəlcədən isti üsulla emal etmədikdə

Fərq

%-lə

Xaçia sortu

Proantosianidinlər

265,2

285,4

-20,2

7,6

Leykoantosianlar

250,5

166,5

+84,0

33,5

Katexinlər

18,2

24,6

-6,4

26,0

Flavonollar

6,4

5,6

+0,8

12,5

p-kumar turşusu

1,6

1,2

+0,4

25,0

Kofein turşusu

1,2

0,8

+0,4

33,3

Xiakume sortu

Proantosianidinlər

248,4

280,1

-31,7

12,8

Leykoantosianlar

265,2

201,4

+63,8

24,1

Katexinlər

17,1

18,4

-1,3

7,1

Flavonollar

7,6

6,2

+1,4

18,4

p-kumar turşusu

1,8

1,4

+0,4

22,2

Kofein turşusu

1,4

1,0

+0,4

28,6

Aparılmış analiz nəticəsində məlum olmuşdur ki, xur­ma meyvələrini əv­vəl­cə­dən isti üsulla emal edərək hazırlanmış şirə­lərdə proantosianidinlər miqdarca az 248,4÷265,2 mq/100 sm3, isti üsulla emal edilməmiş meyvələrdən hazırlanmış şirə­lər­­də isə çox olmuşdur – 280,1÷285,4 mq/100 sm3. Məlumdur ki, proanto­sianidinlər di­merlər olmaqla leykoantosianlarla kate­xin­lərin birləşməsindən əmələ gəlir. Proan­to­sianidinlərə oli­qo­mer fenol maddələrinin biflavanoidləri (C6–C3–C6)2 də deyilir. On­­lar müəyyən dərəcədə büzüşdürücülük xassəsinə də malik­dir­lər. Meyvələri əvvəl­cə­­dən isti üsulla emal edərək hazır­lan­mış şirələrdə kontrol variantla müqayisədə bü­züş­dürücülük xü­su­siyyətinin az olması proantosianidinlərin temperaturun tə­si­rin­­dən hid­rolizi ilə də əlaqədardır.

Tədqiqat zamanı məlum olmuşdur ki, kontrol varianta nis­­­bətən nümunə üzrə hazırlanmış şirələrdə flavonoidlərin nü­ma­yəndəsi olan leyko­an­­to­sianlar, flavonollar miqdarca daha çox olmuşlar (cədvəl 5.3). Hazırlanmış şirə­lər­də katexinlərin ana­lizindən məlum olmuşdur ki, xurma meyvələrini əvvəl­cə­dən isti üsul­la emal etməməklə hazırlanmış şirələrdə katexinlər çox (18,4÷24,6 mq/100 sm3), meyvələri əvvəlcədən isti üsulla emal etməklə hazırlanmış şirələrdə isə az olmuşdur – 17,1÷18,2 mq/100 sm3. Katexinlər də proantosianidinlər kimi bü­züşdürücülük xassə­si­nə malikdir. Kontrol variantla mü­qa­yi­sə­də hazırlanmış nümunədə büzüşdürücülük xassəsinin nis­bə­tən azalması temperaturun təsirindən katexinlərin hidrolizi ilə də əlaqədardır [168, 175]. Müxtəlif variantlar üzrə hazırlanmış şi­rələrdə p-kumar və kofein turşuları da tədqiq edilmişdir.

Xurma meyvəsindən istehsal olunan qida məhsullarının (şi­rə, püre, bəhməz) keyfiyyəti xeyli dərəcədə p-kumar və ko­fe­in turşularından da ibarətdir. Bu turşular xurma meyvəsindən is­teh­sal olunan məhsulların tərkibində əsasən birləşmiş şəkildə oli­qomer və polimer fenol maddələrinin tərkibində olurlar. Müx­təlif texnoloji proseslər nəticəsində oliqomer və polimer fe­nol maddələrinin hidrolizindən istehsal olunan məhsullarda qeyd olunan turşular sərbəst halda olurlar.

Bu turşular monomer fenol maddələrinin nümayəndəsi ol­maqla (C6–C3-sıra) xoş ətirli, spesifik dada malikdirlər. Onlar şi­rənin dadına, ətrinə müsbət təsir göstə­rir­lər. Kofein və p-ku­mar turşuları kontrol variantla müqayisədə təklif etdiyimiz üsul­la hazırlanmış şirələrdə daha çox olur.

Apardığımız tədqiqat işində müxtəlif variantlar üzrə ha­zır­lanmış şirələrdə monomer və polimer fenol maddələri də təd­qiq edilmişdir. Tədqiqat zamanı məlum olmuşdur ki, hər iki sor­tun meyvələrini əvvəlcədən isti üsulla emal etməklə hazır­lan­mış şirələrdə monomer fenol maddələri kontrol variantla müqayisədə daha çox olmuşdur (cədvəl 5.4).

Cədvəl 5.4

Müxtəlif variantlar üzrə yetişmiş xurma meyvəsindən hazırlanmış şirələrdə monomer və polimer fenol maddələrinin tədqiqi (mq/100 sm3)




Göstəricilər

Variantlar

Meyvələri əvvəlcədən isti üsulla emal etdikdə

Meyvələri əvvəlcədən isti üsulla emal etmədikdə

Fərq

%-lə

Xaçia sortu

Monomer

345,2

270,4

+74,8

21,7

Polimer

316,4

413,5

-97,1

-30,7

Xiakume sortu

Monomer

334,5

266,1

+68,4

20,4

Polimer

310,4

-385,4

-75,0

-24,2

Bu əsas onunla izah olunur ki, isti üsulun təsirindən xurma meyvəsinin qabığında və lətli hissədə olan monomer fenol maddələri şirəyə daha çox keçir. Digər tərəfdən isə temperaturun təsirindən polimer fenol maddələrinin müəyyən hissəsinin hidroliz olunaraq monomer formaya keçməsi ilə əlaqədardır. Elə ona görə də polimer fenol maddələri miqdarca meyvələri əvvəlcədən isti üsulla emal etmədən hazırlanmış şirələrdə çox, tövsiyyə olunmuş üsulla hazırlanmış şirələrdə isə az miqdarda olmuşdur. Belə ki, Xaçia sortunun əvvəlcədən isti üsulla emal olunmamış meyvə­lə­rin­dən hazırlanmış şirədə polimer fenol maddələri 413,5 mq/100 sm3 olmuşdursa, bu göstərici əvvəlcədən isti üsulla emal edilmiş xurma meyvələrindən hazırlanmış şirədə isə nisbətən az – 316,4 mq/100 sm3 olmuşdur.

Xaçia sortunun bu göstəricisi Xiakume sortu ilə eynilik təşkil etmişdir. Tədqiqat nəticəsində məlum olmuşdur ki, istehsal olun­muş şirələrdə büzüşdürücülük xassəsinin olması əsasən polimer fenol maddə­lə­ri­nin nümayəndəsi olan taninlərlə əlaqədardır. Taninlərə başqa cür aşı maddələri də deyilir (bu barədə monoqrafiya işinin ədəbiyyat xülasəsində geniş məlumat veril­miş­dir).

Meyvələrin əvvəlcədən isti üsulla emal olunaraq hazırlanmış şirələrdə büzüşdürücülük xassəsi az, isti üsulla emal olunmamış şirələrdə isə bu xassənin çox olması müəyyən edilmişdir. Hazırlanmış nümunədə büzüşdürücülük xassəsinin azalması, şirənin ətirli və dadlı olması istinin təsirindən taninlərin xeyli hissəsinin hid­roliz olunması ilə izah olunur. Taninlərin hidrolizindən çoxlu sayda monomer fe­nol maddələri əmələ gəlir ki, onlar da şirənin dadına, ətrinə və ekstraktivliyinə yaxşı tə­sir gösətrirlər. Şirədə taninlərin çox olması isə məhsulun keyfiyyətinə pis təsir göstərməklə ya­naşı həm də zəif acılıq tamı verir.

Beləliklə, tədqiqat nəticəsində məlum olmuşdur ki, xurma meyvəsindən müx­tə­lif texnoloji üsulların köməyi ilə keyfiyyətli şirə istehsalı prosesində fenol maddə­lə­ri­nin rolu böyükdür.
5.1.2. Şirə istehsalında aminturşuların tədqiqi
Şirə istehsalı zamanı aminturşular onun keyfiyyətinə, dadına, rənginə, ətrinə və stabilliyinə təsir göstərirlər. Müxtəlif variantlarla hazırlanmış xurma şirələri amin­tur­şularla da zəngindir. Aminturşular şirədə həm sərbəst, həm də birləşmiş şəkildə zülalların tərkibində olurlar.

Cədvəl 5.5 və 5.6-nın rəqəmlərindən göründüyü kimi şirənin tərkibi alifatik, aromatik, oksi və kükürdlü aminturşularla zəngindir. Bu turşuların şirədə çox olması istehsal zamanı tətbiq olunmuş texnoloji proseslərdən, torpaq-iqlim şəraitindən, sortun xüsusiyyətindən və sair faktorlardan asılıdır.


Cədvəl 5.5

Müxtəlif variantlar üzrə Xaçia sortunun yetişmiş meyvələrindən hazırlanmış şirələrdə aminturşuların miqdarca dəyişməsi (mq/dm3)




Aminturşular

Variantlar

Meyvələri əvvəlcədən isti üsulla emal etdikdə

Meyvələri əvvəlcədən isti üsulla emal etmədikdə

Fərq

%-lə

Əvəzolunmayan aminturşular

Valin

40,6

30,5

10,1

24,9

Leysin

25,4

19,6

5,8

22,8

İzoleysin

20,2

16,1

4,1

20,3

Treonin

19,4

15,4

4,0

20,6

Lizin

36,3

30,2

6,1

16,8

Metionin

8,7

6,1

2,6

29,9

Fenilalanin

27,2

20,3

6,9

25,4

Triptofan

14,5

9,4

5,1

35,2

Cəmi

192,3

147,6

44,7

23,2

Yarıməvəzolunan aminturşular

Arginin

50,2

41,4

8,8

17,5

Tirozin

36,5

28,5

8,0

21,9

Histidin

20,4

19,2

1,2

5,8

Cəmi

107,1

89,1

18,0

16,8

Əvəzolunan aminturşular

Asparagin

22,4

19,4

3,0

13,4

Qlütamin

28,5

23,1

5,4

18,9

Serin

24,2

20,2

4,0

16,5

Qlisin

24,5

19,5

5,0

20,4

Alanin

38,2

32,4

5,8

15,2

Prolin

40,1

31,6

8,5

21,2

Cəmi

177,9

146,2

31,7

17,8

Yekun cəmi

477,3

382,9

94,4

19,8

Xurma meyvəsini azotlu maddələrin nümayəndəsi olan zülallarla və onun tərkibini təşkil edən aminturşularla zəngin olması istehsal olunan şirənin keyfiyyətinə müsbət təsir gös­tə­rir. Şirədə olan zülalların tərkibini təşkil edən bütün amin­tur­şu­la­rının (əsasən də əvəzolunmayan aminturşular) olması olduq­ca vacibdir.

Cədvəl 5.6

Müxtəlif variantlar üzrə Xiakume sortunun yetişmiş meyvələrindən hazırlanmış şirələrdə aminturşuların miqdarca dəyişməsi (mq/dm3)




Aminturşular

Variantlar

Meyvələri əvvəlcədən isti üsulla emal etdikdə

Meyvələri əvvəlcədən isti üsulla emal etmədikdə

Fərq

%-lə

Əvəzolunmayan aminturşular

Valin

41,2

30,8

10,4

25,2

Leysin

24,1

20,2

3,9

16,2

İzoleysin

18,9

14,5

4,4

23,3

Treonin

14,2

11,2

3,0

21,1

Lizin

32,1

26,3

5,8

18,1

Metionin

8,4

5,8

2,6

30,9

Fenilalanin

25,1

20,6

4,5

17,9

Triptofan

14,2

9,4

4,8

33,8

Cəmi

178,2

138,8

39,4

22,1

Yarıməvəzolunan aminturşular

Arginin

51,1

40,3

10,8

21,1

Tirozin

34,5

27,5

7,0

20,3

Histidin

21,2

16,4

4,8

22,6

Cəmi

106,8

84,2

22,6

21,2

Əvəzolunan aminturşular

Asparagin

20,1

16,3

3,8

18,9

Qlütamin

22,4

17,6

4,8

21,4

Serin

23,2

16,4

6,8

29,3

Qlisin

22,4

17,5

4,9

21,9

Alanin

31,6

26,8

4,8

15,2

Prolin

37,5

32,1

5,4

14,4

Cəmi

157,2

126,7

30,5

19,4

Yekun cəmi

442,2

349,7

92,5

20,9

Belə ki, aminturşular orqanizmdə baş verən metabolizm pro­sesinin tənzimlənməsində, spesifik zülalların sintezində, baş­qa üzvi maddələrin əmələ gəlməsində iştirak edirlər. Onlar orqa­nizmdə çox mühüm bioloji və texnoloji prosesləri yerinə yeti­rirlər. Ona görə də insanların gündəlik qida rasionlarında amin­turşuların olması olduqca vacib şərtlərdən biridir. Bu məq­səd­lə biz müxtəlif texnologiya əsasında Xaçia və Xiakume xur­ma sortlarının yetişmiş meyvə­lə­rin­dən istifadə etməklə hazır­lan­mış şirələrdə aminturşuların miqdarca dəyişməsini təd­qiq etmi­şik. Bu zaman istehsal olunmuş ayrı-ayrı şirələrdə əvəz­olun­mayan, yarım­əvəz­olunan və əvəzolunan aminturşuların miq­darca dəyişməsini də nəzərə almışıq. Tədqiqat nəticəsində mə­lum olmuşdur ki, istehsal olunmuş şirələrin tərkibində 17 amin­turşusunun varlığı aşkar edilmişdir (cədvəl 5.5 və 5.6).

Şirələrin tərkibində təyin olunmuş aminturşular miq­dar­ca eyni olmamışlar. Hər iki sortun meyvələrini əvvəlcədən isti üsul­la emal edərək hazırlanmış şirələrdə aminturşular başqa vari­antla müqayisədə daha çox olmuşlar. Cədvəl 5.5-in və 5.6-nın rəqəmlərindən görünür ki, hazırlanmış şirə nümunələrində bü­tün əvəzolunmayan aminturşuları vardır. Ancaq meyvələri əv­vəlcədən isti üsulla emal etməklə hazır­lan­mış şirələrdə əvəz­olun­mayan aminturşular çox (178,2÷192,3 mq/100 sm3), isti üsulla emal olunmamış meyvələrdən hazırlanmış şirələrdə isə bu göstərici az miqdarda olmuşdur – 138,8÷147,6 mq/100 sm3. Ən az əvəzolunmayan amin­turşuları Xiakume sor­tunun isti üsul­la emal olunmamış meyvələrindən hazırlanmış şirədə qey­də alın­mış­dır – 138,8 mq/100 sm3.

Variantlar üzrə ayrı-ayrı aminturşuların müqayisəsindən mə­lum olmuşdur ki, valin, lizin, fenilalanin, arginin, tirozin, ala­nin, qlütamin və prolin miqdarca isti üsulla emal edilmiş mey­vələrdən hazırlanmış şirələrdə daha çox, isti üsulla emal edil­məmiş meyvələrdən hazırlanmış şirələrdə isə az miqdarda ol­muşdur. Tədqiqat zamanı məlum olmuşdur ki, əvəz­olun­ma­yan aminturşuları Xaçia sortu­nun isti üsulla emal olunmuş mey­vələrindən hazırlanmış şirəsində daha çox (192,3 mq/100 sm3) olmuşdur. Xurma meyvələrini əvvəlcədən isti üsulla emal et­mək­lə hazırlanmış şirələrdə əvəzolunmayan aminturşular kon­trol variantla müqa­yi­sə­də 22,1÷23,2% daha çox olmuşdur. Bu göstərici ayrı-ayrı əvəzolunmayan amin­tur­şu­larla eynilik təş­kil etmişdir. Əgər I variant üzrə hazırlanmış şirələrdə valin miq­darca 40,6÷41,2 mq/100 sm3 olmuşdursa, II variant (kontrol) üzrə hazırlanmış şi­rə­lərdə isə 30,5÷30,8 mq/100 sm3 ara­sında olmuşdur. Bu variantların araş­dı­rıl­ma­sın­dan məlum olmuş­dur ki, valin kontrol variantla müqayisədə nümunə varian­tında 24,9÷25,2% artıqdır. Bu da bir daha xurma meyvələrini əvvəlcədən isti üsulla emal etməklə hazırlanmış şirələrinin qidalılıq dəyərinin daha yüksək olmasını göstərir. Aromatik aminturşularının nümayəndəsi olan triptofan kontrol variantla müqayisədə təklif etdiyimiz üsulla hazırlanmış şirələrdə 33,8÷35,2% çoxdur. Ona görə də hazır­lan­mış nümunə şirələri kontrol variantla müqayisədə daha ətirli və dadlıdırlar. Yuxarı­da qeyd olunan göstəricilər yarıməvəzolunan və əvəzolunan aminturşularla eynilik təş­kil etmişdir. Cədvəl 5.5-dən aydın olur ki, Xaçia sortunun meyvələrini əvvəlcədən isti üsulla emal etməklə hazırlanmış şirədə yarıməvəzolunan aminturşuları 107,1 mq/100 sm3 olmuşdursa, bu göstərici kontrol variant üzrə hazırlanmış şirədə isə 89,1 mq/100 sm3 və ya 16,8% çox olmuşdur.

Xaçia və Xaikume sortlarının yetişmiş meyvələrini əv­vəl­cədən isti üsulla emal etməklə hazırlanmış şirələrdə amin­tur­şuların ümumi miqdarı 442,2÷477,3 mq/100sm3 olmuşdursa, bu göstərici kontrol variant üzrə hazırlanmış şirələrdə isə 349÷382,9 mq/100 sm3 arasında qeydə alınmışdır. Təklif etdi­yi­miz variant üzrə hazırlanmış şirələrdə aminturşuların ümumi miq­darı kontrol variantla müqayisədə 19,8÷20,9% artıqdır.

Beləliklə, məlum olmuşdur ki, isti üsulla emal olunmuş xur­ma meyvələrindən hazır­lanmış şirələrdə aminturşular miq­dar­ca isti üsulla emal olunmamış xurma meyvələrindən hazırlanmış şirələrdən daha keyfiyyətlidir. Ona görə də xurma mey­vəsindən təklif etdiyimiz texnologiya əsasında şirə və on­dan da bəhməz istehsal etmək daha məqsədəuyğun hesab olu­nur. Təklif etdiyimiz üsulla hazırlanmış şirələrin keyfiyyət gös­tə­riciləri, qidalılıq dəyəri, dadı, tamı, rəngi və başqa or­qa­no-leptik göstəriciləri kontrol variantla müqayisədə daha yük­sək­dir.


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin