Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix21.03.2017
ölçüsü3,91 Mb.
#12068
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

1.11. Hormonlar 

 

Hormon  sözü  1902-ci  ildə  ingilis  fizioloqları  M.Beyliss 



və  E.Starling  tərəfindən  elmə  daxil  edilmiş  və  yunanca 

“oyadıram” deməkdir. Hormonlar orqanizmdə daxili sekresiya 

vəzilərində  (qalxanvari,  mədəaltı,  böyrəküstü  və  s.)  sintez 

olunur.  Daxili  sekresiya  vəzilərində  sintez  olunan  hormonlar 

haqqındakı  elm  endokrinologiya  adlanır.  Hal-hazırda  dünya 

alimləri  tərəfindən  bu  elmin  inkişafına  xüsusi  olaraq  fikir 

verilir. 

Çünki 


insan 

orqanizminin 

normal 

fəaliyyəti 



hormonların bioloji və fizioloji xüsusiyyətlərindən çox asılıdır. 

Orqanizmin xüsusi üzv və toxumalarında sintez olunan qana və 

ya  limfaya  ifraz  edilən  müxtəlif  orqanlara  təsir  göstərən, 

spesifik fizioloji aktiv maddələrə hormonlar deyilir. Hormonlar 



 

180 


 

 

qan  və  ya  digər  toxuma  mayeləri  vasitəsilə  orqanizmin  hər 



tərəfinə  yayılaraq  özlərinə  məxsus  üzv  və  toxumaların 

funksiyalarını tənzimləyirlər. Orqanizmin müxtəlif hüceyrələri-

nin  həyat-fəaliyyəti  zamanı  əmələ  gələn  və  müəyyən  fizioloji 

aktivliyə  malik  olan  mübadilə  məhsullarına  (metabolizm) 

parahormonlar deyilir. Karbonat turşusu, sidik cövhəri, karbon 

qazı və s. maddələr parahormonlara aiddir. Orqanizmdə sintez 

olunan,  fizioloji  təsirə  malik,  lakin  hormon  haqqında  deyilən 

tərifə  uyğun  gəlməyən  bir  qrup  maddələr  də  vardır  ki,  onlara 

hormonoidlər 

deyilir. 

Hormonoidlər 

qrupuna 


hüceyrə 

hormonları,  toxuma  hormonları,  bitki  hormonları  və  bir  sıra 

digər  maddələr  aiddir.  Hüceyrə  hormonları  yalnız  əmələ 

gəldikləri  hüceyrələrin  daxilində  təsir  göstərir,  toxuma 

hormonları  isə  sintez  olunduqları  yerin  yaxınlığındakı 

üzvlərinə  təsir  göstərən  fizioloji  aktiv  maddələrdir.  Bitki 

hormonları ən çox bitki orqanoidlərində və qida məhsullarında 

geniş yayılmışdır.  

Hormonlar  spesifikliyə  malik,  xüsusi  vəzilərdə  istehsal 

olunan  qana  ifraz  edilən  yüksək  bioloji  aktivliyə  malik  üzvi 

maddələrdir.  Bu  xassəyə  uyğun  olan  hormonlar  orqanizmin 

həqiqi  hormonları  hesab  olunur. 

Hormonlar  kimyəvi 

quruluşundan  asılı  olaraq  müəyyən  bir  bioloji  təsir 

mexanizminə malikdirlər.  

Hormonların 

təsnifatı. 

Hal-hazırda 

100-dən 

artıq 


hormonların 

varlığı 


aşkar 

edilmişdir. 

Onlar 

kimyəvi 


quruluşlarına  görə  bir-birilərindən  kəskin  surətdə  fərlənirlər. 

Hormonlar  kimyəvi  quruluşuna  görə  yox,  sintez  olunduqları 

vəzilərin adına uyğun olaraq adlandırılırlar. Məsələn, mədəaltı 

vəzinin  Langerhans  adacıqlarında  sintez  olunan  hormonlardan 

biri  insulin  adlanır  (latınca  insulin–“adacıq”  deməkdir). 

Bundan  başqa  tireotropin,  prolaktin,  vazopress  hormonlarının 

adları onların orqanizmdə daşıdıqları funksiyaları özlərində əks 

etdirir.  Hormonlar  kimyəvi  təbiətinə  görə  üç  böyük  qrupa 

bölünürlər.  


 

181 


 

 

1.  Polipeptid və zülal təbiətli hormonlar.  



2.  Aromatik aminturşularının törəmələri olan hormonlar. 

3.  Steroid hormonları. 

Birinci  qrupa–sadə  (prolaktin,  insulin  və  s.),  mürəkkəb 

zülal  (tireotropin,  lipotrieopin  və  s.)  və  polipeptid  (qlükaqon, 

kortikotropin,  kalsitonin,  vazopressin,  oksitosin  və  s.) 

hormonları  aiddir.  Aromatik  aminturşularının  törəmələri  olan 

qrupa isə əsasən böyrəküstü, qalxanabənzər və s. hormonlar aid 

edilir. Steroid hormonları sterenlərdən sintez olunurlar. Bunlara 

böyrəküstü 

vəzinin 


qabıq 

maddəsinin 

hormonları 

(kortikosteroidlər)  və  cinsiyyət  hormonları  (androgenlər  və 

estrogenlər)  aiddir.  Bəzi  hormonların  fizioloji  və  bioloji 

xüsusiyyətləri haqqında məlumatla tanış olaq.  



Qalxanabənzər  vəzi  hormonları.  Onun  çəkisi  normal 

halda  insan  orqanizmində  25-30  qram  olmaqla,  qanla  yaxşı 

təchiz  olunmuş  orqandır.  Qalxanabənzər  vəzinin  əsas 

hormonlarına  tərkibində  yod  olan  tiroksin  və  triyodtiroksin 

aiddir.  Bu  hormonlar  orqanizmdə  sintez  olunan  tireoqlobulin 

zülalının  tərkibində  olan  tirozin  qalıqlarına  yod  atomlarının 

birləşməsi nəticəsində əmələ gəlir. Bu prosesi sxematik olaraq 

aşağıdakı kimi göstərmək olar: 

  1)        OH                     OH 

 

                                   



                     + J

2

 →  J            J 



 

 

                



              CH

2

                    CH



                 

              CHNH

2

              CHNH



 

              COOH                COOH  



              Tirozin               Diyodtriozin 

 

182 


 

 

2)        OH                                       CH



2

–CH–COOH  

 

    J             J                                              NH



                                    +           J             J              → 

                                                   

 

           CH



2

–CHNH


2

–COOH          OH 

 

                                   OH            CH



2

–CH–COOH 

        CH

                             J           J                   NH



2

 

 →   CHNH



2

    +                         

                                              J            J 

        COOH                        O 

      Alanin                       Tiroksin 

 

Orqanizmdə qanın tərkibində üçyodtironinin də varlığı da 



müəyyən  edilmişdir.  Bu  maddə  tərkibcə  tiroksinə  oxşayır, 

ancaq fəallığı ondan 10-15 dəfə artıqdır.  

 

                          OH           CH



2

–CHNH


2

–COOH 


 

                    J           J                    

 

                                      J            J 



                                  O 

                          Üçyodtrionin  

 

Qalxanabənzər  vəzində  monoyodtirozinə  də  rast  gəlinir. 



Bunların 

əsas 


nümayəndəsi 

olan 


tiroksinin 

maddələr 

mübadiləsində  rolu  böyükdür.  Đnsan  orqanizmində  yod 

çatışmadıqda 

qeyd 

olunan 


qalxanabənzər 

vəzinin 


hormonlarının  sintezi  pozulur.  Yod  isə  orqanizmə  yalnız  qida 

maddələri  vasitəsilə  daxil  olur.  Qida  vasitəsilə  qəbul  olunmuş 



 

183 


 

 

yod həzm sistemindən qana sovrulur. Sağlam şəxslərin qanında 



10-15  mq%    yod  olmalıdır.  Orqanizmdə  yod  birləşmələri 

əsasən üç formada olur.  

1.  Zülallarla birləşmiş şəkildə (tireoqlobulinin tərkibində). 

2.  Tiroksin və mono-di və üçyodtironinin tərkibində. 

3.  Qeyri-üzvi yod birləşmələri şəklində. 

Üzvi  və  qeyri-üzvi  yod  birləşmələrinin  bir-birinə  nisbəti 

yod  əmsalı  adlanır.  Bu  əmsal  adətən  0,2÷0,5-ə  bərabər  olur. 

Qalxanabənzər  vəzi  qanın  tərkibində  olan  yodu  özündə 

toplayır. Üzvi və qeyri-üzvi yod birləşmələri fermentlərin təsiri 

ilə (sitoxromoksidaza, peroksidaza və s.) parçalanaraq, sərbəst 

yoda  çevrilirlər.  Sonra  isə  qeyd  olunan  hormonlar  sintez 

olunur. Əgər qida vasitəsilə yod az və  ya heç daxil olmadıqda 

qalxanabənzər  vəzi  hormonlarının  sintezi  pozulur.  Bu  da 

orqanizmin  zəifləməsinə,  arıqlamasına,  çəpgözlük  əlamətinin 

baş  verməsinə,  ürək  döyüntünün  artmasına,  əllərin  titrəməsinə 

və s. əlamətlərin meydana çıxmasına səbəb olur. Daha doğrusu, 

bu  hallar,  hal-hazırda  əhali  arasında  geniş  yayılmış  “zob” 

deyilən  xəstəliyin  əmələ  gəlməsinə  səbəb  olur.  Qalxanabənzər 

vəzi  hormonlarının  insan  orqanizmi  üçün  əhəmiyyəti 

böyükdür.  Bu  vəzin  hormonları  insanlarda  boy  artımına, 

ümumi  inkişafa,  zülal,  karbohidrat,  yağ,  su  və  duz 

mübadiləsinin 

tənzimlənməsinə, 

sinir 


sisteminə, 

ürək 


xəstəliklərinə  və  cinsiyyət  orqanlarına  da  təsir  göstərir.  Bu 

hormonların  çatışmaması  nəticəsində  orqanizmin  zülallara  və 

yağlara  olan  tələbatı  kəskin  surətdə  artır.  Đnsanların  çox  qida 

qəbul etməsinə baxmayaraq yenə də arıqlama halları müşahidə 

olunur.  Belə  ki,  nəticədə  sidiklə  ifraz  olunan  azotun,  sidik 

cövhərinin miqdarca daha çox artmasına şərait yaranır. Yüksək 

dozalarda  dərman  preparatları,  o  cümlədən  tiroksin  qəbul 

etdikdə,  orqanizmin  yağ  ehtiyatı  azalır,  karbohidratların 

(polisaxaridlərin) 

parçalanması 

sürətlənir. 

Bu 


zaman 

monosaxaridlərin  (qlükozanın)  qanda  miqdarı  bir  qədər 

yüksəlir, qaraciyəin qlikogen ehtiyatı azalır.  


 

184 


 

 

Böyrəküstü  vəzi  hormonları.  Böyrəküstü  vəzilərin  həm 

qabıq, həm də beyin hissəsində çoxlu hormonlar sintez olunur. 

Bu  vəzilərin  çəkisi  insanlarda  10-12  qramdır.  Bunların 

çəkisinin  10%  beyin  qatından,  90%  isə  qabıq  qatından 

ibarətdir.  Böyrəküstü  vəzinin  beyin  maddəsinin  hormonları 

katexolaminlər adlanır. Bu hormonlara–adrenalin, noradrenalin 

və  izopropiladrenalin  aiddir.  Bu  hormonlar  orqanizmdə 

tirozindən və fenilalanindən sintez olunur.  

 

         HO                                                   HO             CHOH         



                                                           

 

         HO                                                   HO              CH



2

              

                                                   

 

           CH–CH



2

–NH–CH


3

                                   NH

2

                     



 

           OH                  

       Adrenalin                                      Noradrenalin 

 

                                 HO 



                                 

                                 HO 



 

H–C–OH 



 

                   H

2

C–NH–CH(CH



3

)

2



     

      Đzopropiladrenalin 

 

Hormonal  aktivliyə  malik  olan  maddələr  arasında 



kimyəvi  quruluşu  ilk  dəfə  öyrənilən–adrenalindir.  Bu  maddə 

ilk  dəfə  1901-ci  ildə  Takamine  tərəfindən,  böyrəküstü  vəzin 

beyin  maddəsindən  alınmış  və  1902-ci  ildə  isə  sintetik  yolla 

əldə  edilmişdir.  Kimyəvi  quruluşuna  görə  adrenalini  α-

metilaminetanolpirokatexin  də  adlandırmaq  olar.  Adrenalinin 

biosintezinin ilk mərhələsi, tirozinin, tirozinaza (fenolaza və ya 



 

185 


 

 

fenoloksidaza) fermentinin iştirakı ilə oksidləşərək, dihidroksi-



fenilalaninə  (DOFA) çevrilməsindən ibarətdir. Alınmış maddə, 

dekarboksilaza  fermentinin  təsiri  ilə  karboksilsizləşərək, 

dofaminə  (hidroksitiramin)  çevrilir.  Dofamin  böyrəküstü 

vəzilərdə  yığılıb  qalmır,  onun  yan  zənciri  dərhal  β-hidroksil-

ləşmə  prosesinə  məruz  qalır  və  nəticədə  noradrenalin  sintez 

olunur.  Sonra  noradrenalin  də  adrenalinə  çevrilir.  Bu  proses 

sxematik olaraq aşağıdakı kimi gedir.  

 

               CH



2

–CH–COOH   

Ferment

                       



                                             ––––→    

      HO                      NH

2

                                



                     

   Tirozin 



 

                                 



 

 

Ferment



        HO            CH

2

–CH–COOH    



––––→                                                          →   

         HO                      NH

2

 

               (DOFA) 

 

 

    HO            CH



2

–CH


2

–NH


2

        HO             CH–CH

2

–NH


→                                            →                                             → 

    HO                                             HO              OH                                     

     


Dofamin                                    Noradrenalin 

  

 



            HO              CH–CH

2

–NH–CH



   ↔ 


            HO              OH 

 

                    Adrenalin 



 

186 


 

 

Adrenalin  noradrenalinin  törəməsidir,  onun  metilləşmə-



sindən əmələ gəlir. Onu orqanizmə çox kiçik dozalarda (bədən 

çəkisinin  hər  1  kq-na  0,0001÷0,00001  mq)  fizioloji  təsir 

göstərir.  Adrenalinin  optimal  dozası  ürəyin  yığılmasını 

sürətləndirir,  qan  damarlarını  daraldaraq,  arterial  təzyiqi 

yüksəldir.  O  əzələ  fəaliyyətini  tənzimləyir,  onun  tonusunu, 

işləmə qabiliyyətini artırır.  

Adrenalin  qaraciyərdə  və  əzələlərdə  olan  qlikogenin 

parçalanmasını 

sürətləndirməklə 

yanaşı, 


həm 

də 


karbohidratların  mübadiləsində  tənzimləyici  funksiyasını 

yerinə yetirir. O, qlikogenin parçalanmasının ilk mərhələsi olan 

fosforoliz  prosesini  artırmaqla,  onun  qlükozaya  qədər 

parçalanmasını  sürətləndirir.  Adrenalin  qanda  qlükozanın 

çoxalmasına şərait yaradır.  

Noradrenalin  əsasən  damarların  divarlarında  olan  əzələ 

liflərinə təsir edərək, onları daraldır və qan təzyiqini artırır. O, 

karbohidrat  mübadiləsinə  və  toxumalarda  gedən  oksidləşmə 

prosesinə adrenalinə nisbətən 5-8 dəfə zəif təsir göstərir.  

Đzopropiladrenalin  insanların  böyrəküstü  vəzilərində  çox 

az  miqdarda  təsadüf  edilir.  Onun  yüksək  dozaları  güclü 

damargenəldici  təsir  göstərir,  orta  dozaları  isə  ürək 

yığılmasının ritmini surətlə artırır.  

Böyrəküstü  vəzilərin  qabıq  maddəsində  sintez  olunan 

hormonlar  kimyəvi  quruluşuna  görə  steroidlər  qrupuna 

aiddirlər. Hal-hazırda bu vəzinin qabıq hissəsinin ekstraktından 

50-dən  çox  steroid  təbiətli  birləşmələr  alınmışdır.  Lakin  bu 

birləşmələrin yalnız səkkizi bioloji aktivliyə malikdir, digərləri 

isə  hormonların  biosintezi  zamanı  aralıq  məhsul  kimi  əmələ 

gələn  maddələrdir.  Bu  hormonların  quruluşunun  əsası 

tsiklopentanperhidrofenantrenin  törəmələridir.  Bu  qrup  hor-

monları çox vaxt kartikosteroidlər və ya kortikoidlər adlandırır-

lar.  

Bunlara  misal  olaraq  kartikostereni,  kortizonu,  kortizolu, 



aldosteronu və qeyrilərini göstərmək olar. 

 

187 


 

 

                                                              CH



2

OH 


                              

                                                              C=O 

                                                        CH

3

   



           

                                    HO 

                                      CH

 



 

                              O = 

 

                                     Kortikosteron 



 

                                                              CH

2

OH 


                              

                                                              C=O 

                                                        CH

3

   



                                                                  OH 

                                       O 

                                      CH

 



 

                              O = 

 

                                     Kortizon 



 

 

 



 

 

 



 

 

 



 

188 


 

 

                                                           CH



2

OH 


 

                                                           C=O 

                                                    CH

3

              



                                                                OH 

                                  HO 

                                  CH

 



 

                   O= 

 

                              Kortizol  



 

                                                              CH

2

OH 


 

                                                              C=O 

                                                   HOCH 

 

                                     HO    



                                      CH

 



 

                      O= 

 

                                Aldosterol 



 

Bu  hormonlar  zülalların,  karbohidratların,  yağların  və 

mineral  maddələrin  mübadiləsində  iştirak  edirlər.  Orqanizmə 

göstərdikləri əsas fizioloji təsirə görə kortikosteroidlər 2 qrupa 

bölünürlər:  

1.  Karbohidrat  və  zülal  mübadiləsinə  təsir  göstərən 

kortikosteroidlər – qlükokortikoidlər. 

2.  Mineral  maddələr  və  su  mübadiləsini  tənzimləyən 

kortikosteroidlər – mineralokortikoidlər. 


 

189 


 

 

Mədəaltı  vəzi  hormonları.  Bu  vəzin  insan  orqanizmində 

çəkisi  80-90  qramdır.  Mədəaltı  vəzinin  əsas  hormonu 

insulindir.  Bu  hormon  Langerhans  adacıqlarında  beta-

hüceyrələrində  sintez  olunur.  Hal-hazırda  məlum  olmuşdur  ki, 

o  sadə  zülaldır.  Đnsulinin  nəinki  kimyəvi  tərkibi,  hətta,  onun 

quruluşu  da  müəyyən  edilmişdir.  Đnsulin  ilk  dəfə  1963-cü  ildə 

Sengerin  laboratoriyasında  sintez  edilmişdir.  Ona  görə  də 

Senger  Nobel  mükafatı  laureatıdır.  Đnsulinin  tərkibində  51 

aminturşusunun  qalığı  vardır.  Onun  molekulu  iki  disulfid 

rabitəsi  ilə  birləşmiş  iki  polipeptid  zəncirindən  ibarətdir.  Bu 

zəncirlərdən  birinin  (A-polipeptidin)  tərkibində  21,  digərində 

isə  (B-polipeptid)  31  aminturşusunun  qalığı  vardır.  Đnsulin 

mədəaltı  vəzində  qeyri-aktiv  şəkildə  ifraz  olunur.  Onun  qeyri-

aktiv  forması  proinsulin  adlanır.  Proinsulinin  molekulunda  84 

aminturşusunun qalığı vardır. Onun tərkibindən 33 aminturşusu 

qalığından  ibarət  polipeptid  ayrılır  və  fəallaşmış  formada 

insulin  əmələ  gəlir.  Đnsulin  mədəaltı  vəzində  fasiləsiz  olaraq 

sintez olunur.  

Đnsulin 


molekullarında 

əmələ 


gəlmiş 

kompleks 

birləşmələrin tərkibində sink atomlarına (0,3%) da rast gəlinir. 

O  qlükozanın  qandan  toxumalara  keçməsini,  onun  toxumalar 

tərəfindən  energetik  material  kimi  istifadə  olunmasını  və 

qlikogenin  sintezini  sürətləndirir.  Đnsulin  karbohidratların 

mübadiləsinin  tənzimlənməsində  iştirak  edir.  O,  adrenalinin 

əksinə  təsir  göstərərək,  qanda  qlükozanın  miqdarını  azaldır  və 

onun  qlikogenə  çevrilməsini  təmin  edir.  Orqanizmdə  istənilən 

qədər  insulin  olmadıqda,  qanda  qlükozanın  miqdarı  çoxalır, 

nəticədə şəkərli diabet deyilən xəstəlik əmələ gəlir. Đnsanlar bu 

xəstəliyə qarşı mübarizə aparmaq üçün gündəlik qida rasionla-

rına  düzgün  əməl  etməlidirlər.  Belə  ki,  əsasən  orta  və  yaşlı 

hətta  sağlam  insanlar  da  gün  ərzində  şəkərli  məhsullardan,  o 

cümlədən  tərkibində  nişasta  olan  qidalardan–çörəkdən,  kartof-

dan,  makaron  məmulatlarından  və  qeyrilərindən  az  istifadə 

etməlidirlər.  Đnsanlar  düzgün  qidalanmaqla  qanda  olan  qlüko-


 

190 


 

 

zanın  miqdarını  nizamlaya  bilərlər.  Belə  olan  halda  insanların 



şəkər  xəstəliyinə  tutulmasının  qarşısı  xeyli  azalmış  olar. 

Burada  dahi  Nizami  Gəncəvinin  bir  misrasını  qeyd  etmək 

istəyirəm:  “Bir  incə  saflığı  olsa  da  suda,  artıq  içiləndə  dərd 

verir o da”.

 

 

Qlükaqon. Bu hormon mədəaltı vəzinin alfa hüceyrələrin-



də  əmələ  gəlir.  Onun  tərkibində  29  aminturşusunun  qalığı 

vardır.  Son  zamanlar  məlum  olmuşdur  ki,  tam  təmizlənməmiş 

kristallik formada olan insulinin tərkibində başqa bir hormon– 

qlükaqon  da  olur.  O  əvvəlcə  insulinin  əksinə  təsir  göstərərək, 

qanda  qlükozanın  miqdarını  yüksəldir,  sonra  isə  onu  uzun 

müddət aşağı səviyyədə saxlayır.  

Qlükaqon qlikogenolitik təsirinə görə adrenalinə oxşayır. 

Lakin  adrenalindən  fərqli  olaraq  qlükaqon  arterial  təzyiqi 

yüksəltmir. O, piy toxuması hüceyrələrinə təsir göstərir.  

Qlükaqon  piy  toxumalarından  qliserinin  və  yağ 

turşularının  ayrılmasını  tezləşdirir,  onların  qana  keçməsini 

sürətləndirir.  O,  lipaza  qrup  fermentlərinin  fəallığının 

artmasına  təsir  göstərir.  Toxumalarda  mövcud  qlükozanın, 

fruktozanın  və  başqa  şəkərlərin  yağ  turşularına  və  xolesterinə 

çevrilməsinə mane olur.  

Bundan  başqa,  insan  orqanizmində  mövcud  cinsiyyət, 

hipofiz  və  başqa  hormonların  da  rolu  böyükdür.  Onlar 

orqanizmdə  baş  verən  fizioloji  və  biokimyəvi  proseslərin 

gedişində 

iştirak 


edirlər, 

maddələr 

mübadiləsinin 

tənzimlənməsində  mühüm  əhəmiyyət  kəsb  edirlər.  Düzgün 

qidalanmaqla  qeyd  olunan  hormonların  fəaliyyətini  artırmaqla 

yanaşı onların bioloji rolunu tənzimləmək mümkündür.  



Hormonoidlər.  Đnsan  orqanizmində  hormonlar  kimi 

fizioloji  təsirə  malik,  lakin  daxili  sekresiya  vəzilərində  sintez 

olunmayan  bir  qrup  üzvi  birləşmələr  də  vardır  ki,  onlara 

hormonoidlər  deyilir.  Qida  məhsullarında  hormonoidlərdən 

oksitriptofanamin  (serotan),  histamin  geniş  yayılmışlar.  Onlar 

bitki  və  heyvan  mənşəli  məhsulların  emalı  zamanı  aromatik 



 

191 


 

 

aminturşularının  dekarboksilsizləşməsindən  əmələ  gəlirlər.  Bu 



hormonoidlər insan orqanizmində maddələr mübadiləsi zamanı 

da əmələ gəlir. Bunlara olan ehtiyac qida vasitəsilə də ödənilir. 

Oksitriptofanaminin  quruluş  düsturu  və  sintezi  aşağıdakı 

kimidir: 

 

   HO                    CH



2

–CH–COOH  

                                                    

                             NH

Oksitriptofan  



 

          HO                  CH

2

–CH


2

–NH


2  

                                                                      + CO

 

          Oksitriptofanamin  



 

Histamin  hormonoidi  isə  histidin  adlanan  aminturşunun 

dekarboksilsizləşməsi zamanı əmələ gəlir.  

        


N            CH

2

–CH–COOH        N            CH



2

–CH


2

–NH


2

   


                                                 

             NH

2                       

                                           +CO

 

      NH                                             NH 



   Histidin                                    Histamin  

 

Histamin  və  oksitriptofanamin  hormonoidləri  əsasən 



alkoqollu  və  alkoqolsuz  içkilərin  istehsalı  zamanı  əmələ 

gəlirlər. Onlar qida məhsullarının (pivə, şərab, konyak, şampan 

və  s.)  dadına,  ətrinə  müsbət  təsir  göstərirlər.  Qida  

məhsullarının  spesifik  xüsusiyyətlərinin  əmələ  gəlməsində 

iştirak  edirlər.  Bu  hormonoidlər  kaqor,  madera,  desert  tipli 

şərabların  dadının,  ətrinin  əmələ  gəlməsində  mühüm  rol 

oynayırlar.  Onlar  ət  və  ət  məhsullarının,  süd  və  süd 


 

192 


 

 

məhsullarının  da  tərkibində  geniş  yayılmışlar.  Qeyd  olunan 



hormonoidlər ət və süd məhsullarının (kolbasa, sosiska, pendir, 

kefir  və  s.)  tərkibində  daha  geniş  yayılmışdır.  Son  zamanlar 

müəyyən olunmuşdur ki, hormonoidlər ən çox qıcqırma prosesi 

zamanı  aromatik  aminturşuların  çevrilmələrindən  və  xüsusi 

mayalar tərəfindən sintez olunurlar.  

Yuxarıda  qeyd  olunanlardan  aydın  olur  ki,  hormonların 

insan  orqanizmində  çox  böyük  əhəmiyyəti  vardır.  Onlardan 

müxtəlif  xəstəliklərin  müalicəsində  geniş  istifadə  olunur. 

Hormonlar insan orqanizmində baş verən maddələr mübadiləsi 

prosesinin tənzimlənməsində mühüm rol oynayırlar.  

 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin