Steroidlər. Bunlar da yağabənzər maddələr olub,
sterinlərə və steridlərə ayrılır. Sterinlər kimyəvi quruluşuna
görə tsiklopentanperhidrofenantrenin törəmələridir.
Tərkibində OH qrupu olduğuna görə sterinlərə sterollar
da deyilir. Bitkilərdə ən geniş yayılmış sterinlərə misal olaraq
sitosterolu C
29
H
49
OH, erqosterolu C
28
H
43
OH göstərmək olar.
Bioloji cəhətdən sterinlərin ən əhəmiyyətlisi xolesterindir.
Xolesterin insan orqanizmində mühüm bioloji funksiya daşıyır.
Đnsan orqanizmində baş verən maddələr mübadiləsində
xolesterinin əhəmiyyəti böyükdür. Belə ki, o hətta D vitamini-
nin biosintezində iştirak edir.
Xolesterinə
bütün
hüceyrələrdə
təsadüf
olunur.
Ümumiyyətlə, sterinlər bitki mənşəli qida məhsullarında
paxlalı bitkilərdə daha geniş yayılmışdır.
Zeytun və soya yağında sterinlər daha çox olur. Steridlər
sterinlərin yüksək molekullu yağ turşuları ilə birləşməsində
əmələ
gələn
mürəkkəb
efirlərdir.
Steridlərdən
qida
məhsullarında ən çox təsadüf olunanı xolesteriddir. Bunlar
xolesterinin yüksəkmolekullu yağ turşuları ilə efir tipli rabitə
formasında birləşməsindən əmələ gəlir.
Steridlər, əsasən qida maddələrində sterinlərlə birlikdə
olur. Heyvan və bitki yağlarının tərkibində nisbətən çox olur.
140
1.6.3.Xolesterinin qidalanmada əhəmiyyəti
Xolesterin insan orqanizmində baş verən maddələr
mübadiləsi prosesində mühüm rol oynayır.
Xolesterinin (xolesterol) kimyəvi formulu aşağıdakı
kimidir:
H
3
C CH
2
CH
2
CH
3
CH CH
2
CH
2
H
3
C
CH
3
H
3
C
HO
Xolesterin hüceyrə membranının əsas tərkib hissəsi
olmaqla, həm də D vitamininin mənbəyidir. Elə ona görə də
insan orqanizminin normal həyat fəaliyyəti üçün müəyyən
miqdarda
xolesterinin
olması
vacibdir.
Xolesterinin
orqanizmdə normadan artıq olması insanlarda müxtəlif
xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Belə ki, orqanizmdə
xolesterin və ya xolesterol normadan çox olduqda ürək və
beyin damarlarının kirsləşməsi, damarlardan qanın axmasının
çətinləşməsi, qan təzyiqinin olması, öddə daşın əmələ gəlməsi,
beyin damarlarının daralması nəticəsində müxtəlif formalı baş
ağrıları, yaddaşın pozulması (ateroskleroz) və s. xəstəliklərin
əmələ gəlməsinə səbəb olur.
Xolesterin ən çox heyvan mənşəli məhsulların tərkibində
olur. Heyvani yağla zəngin olan qida qəbul olunduqda, qanda
xolesterinin və yağ turşularının miqdarı çoxalır. Heyvan
mənşəli məhsullardan böyrək, qaraciyər, beyin, yumurta, balıq
ikrası xolesterinlə daha zəngindir. Belə ki, 100 qram böyrəyin
141
tərkibində 1120 mq, balığın qaraciyərində 740 mq, mal
ciyərində 440 mq, balıq ikrasında 300 mq, yumurtanın
sarısında 200 mq xolesterin olur. Normaya əsasən hər bir insan
gün ərzində 300 mq xolesterin qəbul etməlidir. Đki ədəd
yumurta ilə qidalanmaq, orqanizmin gün ərzində xolesterinə
olan ehtiyacını tamamilə ödəyir. Müəyyən olunmuşdur ki,
insanlar gün ərzində normadan bir neçə dəfə artıq qida
məhsulları ilə birlikdə 500-1000 mq və bəzən daha çox
xolesterin qəbul edirlər. Bu da insanlarda müxtəlif xəstəliklərin
əmələ gəlməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, əsasən
orta və yaşlı nəsil heyvani yağla hazırlanmış yüksək kaloriliyə
(enerjiyə)
malik
qida
məhsulları
ilə
az
miqdarda
qidalanmalıdırlar. Qanda xolesterinin miqdarının az olması
üçün qidada bitki mənşəli yağlardan istifadə olunması məsləhət
görülür. Bu əsas onunla əlaqədardır ki, bitki yağlarının
tərkibində
olan
doymamış
yağ
turşuları
xolesterinə
çevrilmirlər, əksinə onun artıq hissəsinin orqanizmdən xaric
olunmasına şərait yaradırlar.
Bundan başqa meyvə-tərəvəzlərin və qara çörəyin
tərkibində olan sellüloza, hemisellüloza, pektin maddələri
xolesterinlə
kompleks
birləşmə
əmələ
gətirərək
onu
orqanizmdən xaric edirlər. Elə ona görə də yaş dövründən asılı
olmayaraq bütün insanların (əsasən orta və yaşlı nəsil) gündəlik
qida rasionunda bitki mənşəli məhsullar, o cümlədən meyvə-
tərəvəzlər mütləq olmalıdır.
1.7.Üzvi turşular
Bitkilərdə və bitki mənşəli qida maddələrinin tərkibində
üzvi turşular geniş yayılmışdır. Onlar bitkilərdə gedən
maddələr mübadiləsi prosesində mühüm rol oynayır. Bundan
başqa qida məhsullarının dad keyfiyyəti üzvi turşularla çox
əlaqədardır. Bitkilərdə təsadüf olunan üzvi turşulara həm
sərbəst, həm də birləşmiş şəkildə rast gəlinir. Üzvi turşular qida
142
məhsullarının tərkibində həm uçucu olmayan, həm də
temperaturun təsiri ilə uçuculuq xüsusiyyətinə malikdirlər.
Qida məhsullarının tərkibində uçucu olmayan turşular əsasən
təbii turşular adlandırılır. Uçuculuq xüsusiyyətinə malik olan
turşular isə əsasən qıcqırma prosesi nəticəsində ikinci dərəcəli
məhsul kimi əmələ gəlirlər. Onların miqdarı təbii üzvi turşulara
nisbətən bitkilərdə olduqca azdır.
Bitkilərin və qida məhsullarının tərkibində aşağıda
göstərilən alifatik qrup turşular müəyyən edilmişdir:
1. Alifatik birəsaslı turşular.
2. Alifatik çoxəsaslı turşular.
3. Alifatik birəsaslı oksiturşular.
4. Alifatik çoxəsaslı oksiturşular.
5. Alifatik aldehid turşular.
6. Alifatik ketoturşular.
Bitkilərdə təsadüf olunan alifatik turşular uçucu və uçucu
olmayan turşulara ayrılır.
1. Alifatik birəsaslı turşular. Bu turşular özləri də doymuş
və doymamış olur. Doymuş alifatik turşulara yağ sıra turşuları
və ya uçucu turşular da deyilir. Uçucu turşular temperaturun
təsirindən tez uçur. Bu üsulla da onların miqdarı qida
məhsullarında müəyyən edilir. Uçucu turşuların bitkilərdə və
bitki mənşəli məhsullarda ən geniş yayılmış nümayəndəsi
qarışqa, sirkə və yağ turşularıdır.
Qarışqa turşusu HCOOH. Bu turşu xoşagəlməyən iyə
malik olmaqla ən çox qırmızı moruqda, almada olur. Meyvə və
üzüm şirəsinin qıcqırması zamanı miqdarca artır.
Sirkə turşusu-CH
3
COOH. Bu turşu meyvə-tərəvəzlərdə,
üzümdə geniş yayılmışdır. Ən çox meyvə və üzüm şirəsinin
qıcqırması zamanı əmələ gəlmiş etil spirtinin oksidləşməsi
nəticəsində miqdarca çoxalır.
CH
3
CH
2
OH→CH
3
COOH+H
2
O
143
Sirkə turşusu müxtəlif növ şərabların tərkibində daha çox
olur. Şərabda olan uçucu turşuların 90%-ni sirkə turşusu təşkil
edir. Ona görə də şərabda uçucu turşuların miqdarca təyini
sirkə turşusuna görə müəyyən edilir. Sirkə turşusu zəif spirtliyə
malik olan şərabların (süfrə şərabları) tərkibində daha çox olur.
Bu turşu konserv sənayesində müxtəlif növ meyvələrdən
hazırlanmış marinadların istehsalında geniş istifadə olunur.
Yağ
turşusu
–
CH
3
–CH
2
–CH
2
–COOH.
Bitkilərin
tərkibində həm sərbəst, həm də birləşmiş şəkildə təsadüf
olunur. Yağ turşusu xoşagəlməyən kəskin iyə malikdir. Yağ
turşusu əsasən müxtəlif yağların qıcqırması zamanı əmələ gəlir.
Yağ turşusu mürəkkəb efirlər formasında qənnadı sənayesində
geniş istifadə olunur. Məsələn, yağ turşusunun metil efiri alma,
etil efiri isə ananas ətirlərinə malikdir. Bitkilərdə olein, linol və
linolen kimi doymamış birəsaslı alifatik turşulara da rast
gəlinir. Bu turşular ən çox bitki yağlarının tərkibində olur. Bu
turşular subtropik meyvələrin (zeytun, feyxoa və s.) tərkibində
daha çox olur. Bu turşulardan əmələ gələn bitki yağları insan
orqanizmi üçün əvəzolunmayan qida maddələri adlanır. Ona
görə ki, insan orqanizmi belə yağları sintez etmək qabiliyyətinə
malik deyildir. Bu yağlar təbabətdə dərman maddəsi kimi də
istifadə olunur (bu barədə lipidlər bəhsində geniş yazılmışdır).
2. Alifatik çoxəsaslı turşular. Bu turşuların tərkibində iki
və daha çox karboksil qrupları olur. Bitkilərdə alifatik
çoxəsaslı turşulardan quzuqulaq, kəhrəba, fumar turşuları daha
geniş yayılmışdır.
Quzuqulağı
turşusu
(COOH–COOH).
Quzuqulağı
turşusuna bitkilərin tərkibində həm sərbəst, həm də duzlarla
birləşmiş şəkildə təsadüf olunur. Bitkilərdə ən çox quzuqulağı
turşusu kalsium duzları şəklində olur. Meyvələrdə və üzümdə
az miqdarda (0,005-0,06%) olur. Üzüm şirəsinin qıcqırması
zamanı şərab turşusunun oksidləşməsindən də əmələ gəlir. Ona
görə də quzuqulaq turşusu üzümdə az, şərabda isə nisbətən çox
olur.
144
Kəhrəba turşusu (HOOC–CH
2
–CH
2
–COOH). Bitkilərin,
o cümlədən qırmızı moruğun, gilasın, almanın, üzümün
tərkibində rast gəlinir. Spirt qıcqırması zamanı miqdarca
çoxalır.
Temperaturun təsirindən bir molekul su itirərək qapalı
kəhrəba anhidridinə çevrilir.
O
H
2
C–C
O
H
2
C–C
O
Kəhrəba turşusu suda, spirtdə və efirdə yaxşı həll olur.
Ancaq benzində, benzolda və xloroformda isə həll olmur.
Bitkilərdə krebs tsikli üzrə tənəffüs prosesi zamanı əmələ gəlir.
Bundan başqa amin turşularının əmələ gəlməsində və
sintezində iştirak edir.
Fumar turşusu (HOOC–CH=CH–COOH). Bu turşu ən
çox yetişməmiş üzümün və meyvələrin tərkibində olur.
Bitkilərdə təsadüf olunan fumarathidrataza fermentinin təsiri
ilə alma turşusuna çevrilir. Meyvələrdə və üzümdə olan alma
turşusunun müəyyən qismi fumar turşusunun fermentativ
çevrilməsi zamanı əmələ gəlir.
3. Alifatik birəsaslı turşular. Belə turşuların tərkibində bir
karboksil qrupu bir və ya bir neçə hidroksil qrupları olur.
Bitkilərdə ən çox təsadüf olunan birəsaslı oksiturşulara misal
olaraq aşağıdakıları göstərmək olar:
Qlikol turşusu – CH
2
OH–COOH
Süd turşusu – CH
3
–CHOH–COOH
Qliserin turşusu – CH
2
–OH–CHOH–COOH
Qlukon turşusu – CH
2
OH(CHOH)
4
–COOH
Qlikol turşusu suda, spirtdə və efirdə yaxşı həll olur.
Yabanı bitkilərin tərkibində daha çox rast gəlinir. Meyvələrin
və üzümün tərkibində isə miqdarca az olur. Qlikol turşusunun
145
oksidləşməsindən qlioksil quzuqulaq və qarışqa turşuları əmələ
gəlir.
Süd turşusu bitkilərin tərkibində geniş yayılmışdır. Bu
turşu suda, spirtdə, efirdə və qliserində yaxşı həll olur, amma
benzində və xloroformda isə həll olur, amma benzində və
xloroformda isə həll olmur. Tərkibində bir asimmetrik karbon
atomu olduğuna görə bitkilərdə D və H formalarda təsadüf
olunur. Süd turşusu bitkilərdə anaerob tənəffüs prosesi zamanı
əmələ gəlir. Bu turşu ən çox süd turşusu qıcqırmasında, süd
turşusu bakteriyalarının təsiri ilə əmələ gəlir. Ona görə də
üzümün tərkibində 50 mq/dm
3
olursa, şərabda isə 0,5 mq/dm
3
miqdarında olur. Süd turşusundan yeyinti sənayesində geniş
istifadə olunur. Belə ki, ondan konfet istehsalında alkoqolsuz
içkilərin istehsalında istifadə olunur.
Qliserin turşusu. Başqa turşulara nisbətən bitkilərin
tərkibində az miqdarda olur. Əsasən spirt qıcqırması zamanı
aralıq məhsul kimi əmələ gəlir. Üzümdə və ondan alınan
məhsullarda az miqdarda rast gəlinir.
Qlükon turşusu. Bitkilərin tərkibində D-qlükol turşusuna
rast gəlinir. Qlükon turşusu bitkilərdə qlükozanın fermentativ
oksidləşməsi zamanı əmələ gəlir. Qlükon turşusu kif göbələyi
xəstəliyinə tutulmuş bitki mənşəli məhsullarda daha çox olur.
Üzümdə 120 mq/dm
3
miqdarında olur. Şərabda isə nisbətən
çox olur. Bu onunla izah olunur ki, üzüm şirəsinin qıcqırması
zamanı əsasən mikroorqanizmlər tərəfindən sintez olunur.
4. Alifatik çoxəsaslı oksiturşular. Bitkilərdə və bitki
mənşəli məhsullarda ən çox alma, şərab, limon dioksifumar və
şəkər turşularına rast gəlinir.
Alma
turşusu
(HCOH-CH
2
-CH
2
OH-COOH).
Alma
turşusunun tərkibində asimmetrik karbon atomu olduğuna görə
onun L və D izomer formaları mövcuddur. Bitkilərdə ən çox L-
alma turşusuna təsadüf olunur. Almanın tərkibində daha çox
olur (3-7 q/kq). Bundan başqa yetişməmiş üzümdə və onun
yarpağında da çox olur. Üzüm yetişdikcə alma turşusunun
146
miqdarı azalır. Alma turşusu xoş ətirə malik olmaqla, insan
orqanizmi üçün ziyansızdır. Alma turşusundan meyvə şirələri
istehsalında, qənnadı məmulatları istehsalatında geniş istifadə
olunur.
Şərab turşusu (HOOC–CHOH–CHOH–COOH). Bu turşu
bitkilərdə ən çox D-formada təsadüf olunur. Şərab turşusu ən
çox yetişmiş üzümün tərkibində L-alma turşusu ilə birlikdə
olur. Başqa meyvələrin tərkibində şərab turşusuna az təsadüf
olunur. Şərabın hazırlanmasında və saxlanmasında çoxlu
miqdarda şərab turşusunun kalium duzu (HOOC–CHOH–
CHOH–COOK) ayrılır. Şərab turşusu və şərab daşı toxuculuq
sənayesində boya maddəsi kimi, meyvə şirələri istehsalında və
tibbdə geniş istifadə olunur. Bundan başqa tərkibində ümumi
turşuluğu az olan şərablara da şərab turşusu əlavə olunur. Şərab
turşusunun K və Na duzundan (və ya seqnet duzundan)
radiotexnika sənayesində, yeyinti məhsullarını və ya bitkilərin
tərkibində şəkərin miqdarca təyin olunmasında istifadə olunur.
Limon turşusu (HOOC–CH
2
–COH–CH
2
–COOH).
COOH
Bu turşu bitkilərdə geniş yayılmışdır. Limon turşusu
subtropik bitkilərin tərkibində daha çox olur. Limonda quru
maddənin 9%-ə qədərini limon turşusu təşkil edir. Qarağatda,
moruqda və çiyələkdə alma turşusuna nisbətən limon turşusu
daha çox olur. Limon turşusu üzümə nisbətən şərabda daha çox
olur. Üzümdə 0,2-0,5 q/kq limon turşusu olarsa, şərabda isə 0,8
q/l miqdarında olur. Bu onunla izah olunur ki, limon turşusu
spirt qıcqırması prosesində ikinci dərəcəli məhsul kimi əmələ
gəlir.
Limon turşusu mikrobioloji üsulla şəkər məhlulunda
inkişaf etdirilmiş Aspergillus və penicillium göbələklərindən
sintez olunur. S.P.Kostıçev və B.S.Butkeviç limon turşusunu
biokimyəvi yolla zavod üsulu ilə Aspergillus göbələyindən
147
almışlar. Bu turşu yeyinti sənayesinin bir çox sahələrində
(qənnadı, şərabçılıq, konserv, spirtsiz içkilər istehsalında və s.)
geniş istifadə olunur.
Dioksifumer turşusu (HOOC–COH=COH–COOH). Bu
turşu kristallik formada olub, soyuq suda pis həll olur, ancaq
etil və metil spirtlərində yaxşı həll olur. Bitkilərdə bu turşuya
az miqdarda rast gəlinir. Üzümdə bu turşunun varlığını ilk dəfə
A.K.Rodopulo öyrənmişdir. Şərabda dioksifumer turşusu şərab
turşusunun oksidləşməsi nəticəsində əmələ gəlir.
Şəkər turşusu (HOOC–(CHOH)
4
COOH). Bu turşu
kristallik formada olub, suda yaxşı həll olur. Qlükon
turşusunun oksidləşməsi zamanı bitkilərdə və yeyinti
məhsullarında şəkər turşusu əmələ gəlir. Meyvə-tərəvəzlərdə
və üzümdə şəkər turşusu az miqdarda olur.
5. Alifatik aldehid turşular. Bitkilərdə təsadüf olunan
alifatik aldehid turşulara misal olaraq qlioksil, qlükouron və
qalaktouron turşularını göstərmək olar.
Qlioksil turşusu-COH-COOH. Bu turşuya dənli bitkilərin,
kartofun tərkibində daha çox rast gəlinir. Qlioksil turşusu
yetişməmiş meyvələrin və üzümün tərkibində nisbətən çox
olur. A.K.Rodopilo aydınlaşdırmışdır ki, qlioksil turşusu
bitkilərdə
əsasən
dioksifumar
turşusunun
oksidləşməsi
nəticəsində əmələ gəlir.
Qlükouron turşusu-COH-(CHOH)
4
-COOH. Bu turşu
bitkilərin tərkibində az miqdarda təsadüf olunur. Müxtəlif növ
meyvələrdə və üzümdə nisbətən çox olur. Belə ki, bu turşu
qlükozanın oksidləşməsi nəticəsində əmələ gəlir. Üzümdə və
şərabda 10 mq/l-ə qədər qlükouron turşusuna təsadüf olunur.
Qalakturon turşusu-COH-(CHOH)
4
-COOH. Bu turşu
kristallik formada olub, pektin maddələri ilə zəngin olan bitki
mənşəli məhsulların tərkibində çox olur. Pektin maddələrinin
hidrolizi zamanı qalakturan turşusu əmələ gəlir.
148
6. Alifatik ketoturşular. Bitkilərdə ən çox piroüzüm,
quzuqulaqsirkə, alfaketoqlütar alifatik ketoturşularına rast
gəlinir.
Piroüzüm turşusu-CH
3
-CO-COOH. Bu turşu bitkilərdə
baş verən sulukarbonların dissimilyasiyası, spirt və süd turşusu
qıcqırması proseslərində aralıq məhsul kimi əmələ gəlir.
Bitkilərdə gedən maddələr mübadiləsində iştirak edir.
Piroüzüm turşusu yağ turşularının, amin turşularının əmələ
gəlməsində istifadə olunur. Üzümə nisbətən (40 mq/l) şərabın
tərkibində (70 mq/l) çox olur.
Quzuqulağı sirkə turşusu-HOOC-CO-CH
2
-COOH. Bu
turşu geniş yayılaraq Krebs tsikli üzrə parçalanmada iştirak
edir. Sulukarbonların və aminturşularının mübadiləsində və
çevrilməsində mühüm rol oynayır. Alonin və asparagin
aminturşularının biosintezi quzuqulaqsirkə turşusunun təsiri ilə
gedir.
Alfaketoqlütar turşusu-HOOC-CO-CH
2
-CH
2
-COOH.
Bu turşu bitkilərdə geniş yayılaraq quzuqulaqsirkə
turşusu kimi Krebs tsikli üzrə mübadilədə keçid təşkil edir.
Qlütamin turşusunun biosintezində iştirak edir.
Üzvi turşular, bitki mənşəli yeyinti məhsullarının
tərkibini təşkil edən əsas qida maddələridir.
Üzvi turşular canlı orqanizmdə gedən maddələr
mübadiləsində, xüsusilə aralıq mübadilədə böyük rol
oynayırlar. Onlar aminturşularının və başqa maddələrin
sintezində istifadə olunur, qida məhsullarının emalı və
saxlanması prosesində üzvi turşular miqdarca dəyişir. Spirt
qıcqırması zamanı üzvi turşuların tərkibi və miqdarca
dəyişməsi baş verir. Bu zaman bəzi üzvi turşular (sirkə, süd,
limon, kəhrəba, qalakturon turşuları) miqdarca çoxalır, bəziləri
isə, əksinə (şərab, alma, quzuqulaq turşuları) azalır. Bitki
mənşəli məhsulların emalı və saxlanması zamanı üzvi
turşuların miqdarca az dəyişməsi vacibdir.
149
1.8.Fenol maddələri
Fenol maddələri canlı orqanizmlərdə baş verən maddələr
mübadiləsi prosesinin tənzimlənməsində iştirak edir. Onlar
aromatik aminturşularının (tirozin, fenilalanin, triptofan,
histidin) sintezində istifadə olunur. Fenol maddələrinin əsas
bioloji əhəmiyyəti ondan ibarətdir ki, onlar insanlarda qan
dövranı prosesinin tənzimlənməsində, yorğunluğun aradan
götürülməsində mühüm əhəmiyyət kəsb edir. Fenol maddələri
bioloji aktiv maddələr olub, müxtəlif formalı baş ağrılarının
aradan qaldırılmasında, beyin damarlarının fəaliyyətinin
yaxşılaşmasında mühüm rol oynayır. Bundan başqa qida
məhsullarının (şərabların; konservlərin və qeyrilərinin) dad
keyfiyyəti fenol maddələrindən və onların çevrilmələri zamanı
alınan məhsullardan çox asılıdır. Fenol maddələrinə ən çox
çayın tərkibində rast gəlinir. Hal-hazırda bitkilərin tərkibində 2
mindən artıq fenol maddələrinin varlığı müəyyən edilmişdir.
Fenol maddələri bitkilərin tərkibində monomer-oliqomer
və polimer formalarda təsadüf olunur.
Dostları ilə paylaş: |