Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix21.03.2017
ölçüsü3,91 Mb.
#12068
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

1.4.3.Antivitaminlər  

 

Kimyəvi  tərkiblərinə  görə  vitaminlərə  yaxın  olan,  lakin 

əksinə  təsir  göstərən  bir  qrup  maddələr  vardır  ki,  onlara 

antivitaminlər deyilir. Antivitaminlər kimyəvi quruluşuna görə 

vitaminlərə  oxşayır,  ancaq  vitamin  deyildir.  Belə  maddələr 

vitaminlərin bioloji roluna pis təsir göstərir. Məlumdur ki, bəzi 

vitaminlər fermentlərin prostetik (aktiv) qrupları hesab olunur.  

Vitaminin  bioloji  rolunun  pozulması,  bəzi  fermentlərin 

fəaliyyətinin  ləngiməsinə  səbəb  olur.  Bu  da  maddələr 

mübadiləsinin pozulması ilə nəticələnir. Belə ki, antivitaminlər 

kimyəvi  quruluşuna  görə  özlərinə  yaxın  olan  vitaminləri 

fermentlərin  tərkibindən  sıxışdırıb  çıxarırlar.  Sonra  müvafiq 

fermentlərin  zülali  hissələri  ilə  birləşirlər.  nəticədə  fermentin 

təsir mexanizmi pozulur. Beləliklə, antivitaminlər süni surətdə 

avitaminoz yaradırlar.  

Qeyd  etmək  lazımdır  ki,  bəzi  antivitaminlər  isə  təbiətdə 

mühüm əhəmiyyət kəsb  edirlər. Para-aminobenzoy  turşusunun 

antivitamini  sulfanilamid  preparatlarıdır.  Belə  ki,  qida 

məhsullarında  para-aminobenzoy  turşusu  çox  olduqda  bəzi 

infeksion xəstəliklərin törədicisi olan mikroorqanizmlər sürətlə 

inkişaf edirlər.  

Sulfanilamid preparatları da para-aminobenzoy turşusunu 

əvəz  edərək,  maddələr  mübadiləsini  ləngidir.  Daha  doğrusu, 

mikroorqanizmlərin həyat fəaliyyətini sulfanilamid preparatları 

dayandırır. 

Para-aminobenzoy 

turşusunun 

antivitamini 

streptosiddir.  

              COOH                                SO

2

NH



 

 

 



 

             NH

2                                

                 NH

p-aminobenzoy turşusu  



    streptosid   

 

96 


 

 

Bundan  başqa,  bəzi  vitaminlərin  də  antivitaminləri  aşkar 



olunmuşdur. 

Nikotin 


turşusunun 

antivitamini 

piridin-3 

sulfoturşu, piridoksininki isə etilpiridoksindir.  

 

  COOH                     SO



2

H                       CH

2

OH 


 

                                                            HO       CH

2

OH 


                                                                   

                                                           H

3



         N                              N                              N 



nikotin turşusu      piridin-3 sulfoturşu          piridoksin 

 

                               CH



2

OH 


 

                       HO         CH

2

OH 


                     H

5

C



                                

                                N 

                        etilpiridoksin 

 

Tiaminin, 



pantoten 

turşusunun, 

C-vitamininin 

də 


antivitaminləri  aşkar  olunmuşdur.  Qida  sənayesinin  bir  çox 

sahələrində  də  antivitamin  preparatlarından  xəstəliktörədici 

mikrobların  inkişafını  dayandırmaq  məqsədi  üçün  geniş 

istifadə olunur. Qeyd etmək lazımdır ki, insanların vitaminlərə 

olan  tələbatı  dərman  preparatları  ilə  yox,  qida  məhsulları 

hesabına  ödənilməsi  olduqca  vacibdir.  Yuxarıdan  göründüyü 

kimi  antivitaminlər  bəzi  vitaminlərin  fəaliyyətinə  mənfi  təsir 

göstərirlər.  Bu  da  orqanizmdə  müxtəlif  cür  fəsadların  və  ya 

xəstəliklərin  əmələ  gəlməsinə  səbəb  olur.  Ona  görə  də 

insanların  vitaminlərə  olan  ehtiyacı  əsasən  bitki  mənşəli  qida 

məhsulları  hesabına  ödənilməlidir.  Đnsanların  gündəlik  qida 

rasionunda  bitki  mənşəli  məhsulların,  o  cümlədən  meyvə-

tərəvəzlərin olması olduqca vacibdir. 


 

97 


 

 

1.5.Karbohidratların  kimyası 



 

Karbohidratlar  bitkilərin  tərkibində  geniş  yayılmış  üzvi 

birləşmələrdir.  Bitkilərin  quru  çəkisinin  təxminən  80-90%-ni 

karbohidratlar  təşkil  edir.  Karbohidratlar  bitki  plastidlərində, 

işığın təsirilə qeyri-üzvi maddələrdən sintez olunur. Bütün can-

lı orqanizmlər üçün karbohidratlar çoxlu enerji vermək qabiliy-

yətinə malikdir. Karbohidratlar üç elementdən C, H, O-dən təş-

kil  olunmuşdur.  Bəzi  karbohidratların,  məsələn,  qlükozaminin 

tərkibində azot da olur. Karbohidratlara sulukarbonlar da deyi-

lir. Müəyyən olunmuşdur ki, əksər sulukarbonlarda hər karbon 

atomuna  bir  su  molekulu  uyğun  gəlir.  Məs:  C

6

H



12

O

6



  və  ya 

C

6



(H

2

O)



6

-heksoza, C

5

H

10



O

5

 və ya C



5

(H

2



O)

5

-pentoza. Lakin elə 



sulukarbonlar da məlumdur ki, onlar bu qaydaya uyğun gəlmir, 

məs.,  ramnoza-C

6

H

12



O

5

,  dezoksiriboza-C



5

H

10



O

4

  və  s.  Bundan 



başqa,  elə  üzvi  maddələr  vardır  ki,  yuxarıdakı  qaydaya  uyğun 

gəlir,  ancaq  sulukarbon  deyildir.  Belələrinə  misal  olaraq  sirkə 

turşusunu                                 O 

                     –CH

3

–C                                          



                                       OH       

                

süd turşusunu –CH

3

–CHOH–COOH göstərmək olar. 



Karbohidratlar üç qrupa bölünür: 

1.  Monosaxaridlərvə ya monozalar. 

2.  Oliqosaxaridlər və ya 1-sıra polisaxaridlər. 

3.  Polisaxaridlər və ya poliozalar. 

Monosaxaridlər  tərkibində  3-dən  10-dək  karbon  atomu 

olan sadə şəkərlərə monosaxaridlər deyilir. Karbon atomlarının 

sayından  asılı  olaraq  monosaxaridlər  triozalara,  tetrozalara, 

pentozalara, heksozalara, heptozalara, oktozalara və nunozalara 

bölünürlər.  Bitkilərdə  o  cümlədən  meyvə-tərəvəzlərdə  və 

üzümdə  monosaxardilərin  aldo  və  keto  formalarına  geniş  rast 

gəlinir.  Monosaxaridlərin  aldo–formalarına  aldolozalar  keto–

formalarına  isə  ketozalar  deyilir.  Monosaxaridlərin  və  digər 



 

98 


 

 

karbohidratların bəzilərinin axırına oza şəkilçisi əlavə olunması 



qəbul  olunmuşdur.  Ancaq  bəzi  ketozalarda  vardır  ki,  onların 

axırına isə “uloza” şəkilçisi əlavə olunur.  

Oliqosaxaridlər-monosaxaridlərin 

oliqomeri 

hesab 

olunur. Tərkibində 2-dən 10-a qədər monosaxarid qalıqları olan 



birləşmələrdən  təşkil  olunmuşdur.  Əgər  iki  monosaxarid  bir-

biri  ilə  birləşərsə-disaxarid,  üç  monosaxarid  bir-biri  ilə 

birləşərsə trisaxarid, dörd monosaxarid birləşdikdə-tetrasaxarid 

və  s.  əmələ  gəlir.  Polisaxaridlər  isə  çoxlu  sayda  monosaxarid 

qalıqlarından təşkil olunmuşdur. Polisaxaridlər bütün canlılarda 

olduğuna görə onlara biopolimerlər də deyilir.  

 

1.5.1.Monosaxaridlər  

 

Monosaxaridlərə  və  ya  sadə  şəkərlərə  çoxatomlu 

spirtlərin  törəmələri  kimi  baxmaq  olar.  Ona  görə  ki,  onların 

tərkibində hidroksil qrupu - OH olur. 

Bundan başqa monosaxaridlərin tərkibində aldehid       

                O 

       –C     

               H 

və 

keton 


>C=O 

qrupları 

da 

vardır. 


Monosaxaridlərin  tərkibində  aldehid  qrupu  olduqda  aldozalar, 

keton  qrupu  olduqda  isə  ketozalar  adlandırılır.  Triozalar 

(C

3

H



6

O

3



monosaxaridlərin 

ən 

sadə 


nümayəndəsidir. 

Triozaların nümayəndəsinə misal olaraq, qliserin aldehidini və 

dioksiasetonu 

göstərmək 

olar. 

Qliserinin 



oksidləşməsi 

nəticəsində qliserin aldehidi və dioksiaseton əmələ gəlir: 

         O 

  C                              CH

2

OH                 CH



2

OH 


        H            -2H

                     -2H 



  CHOH                      CHOH                  C = O 

 

  CH



2

OH                     CH

2

OH                 CH



2

OH 


qliserin aldehidi (aldoza),    qliserin          dioksiaseton (ketoza) 

 

99 


 

 

Qliserin  molekulunda  I-spirt  qrupunun  oksidləşməsindən 



qliserin  aldehidi,  II-spirt  qrupunun  oksidləşməsindən  isə 

dioksiaseton əmələ gəlir.  

Qliserin aldehidinin quruluşuna fikir verdikdə aydın olur 

ki,  onun  tərkibində  bir  asimmetrik  karbon  atomu  vardır. 

Valentliklərinin hər biri müxtəlif atom və ya funksional qrupla 

birləşən karbon atomları asimmetrik hesab olunur.  

             O                                    O 

     C                                    C 

             H                                    H 

H–C–OH                     HO–C–H  

 

     CH


2

OH                           CH

2

OH                    



D (+) qliserin aldehidi L (-) qliserin aldehidi. 

 

Karbohidratların  optik  izomerləri  N=2n  düsturu  ilə  təyin 



olunur. 

Burada: n-molekulda olan asimmetrik karbon atomlarının 

sayını  göstərir.  Bu  düstura  əsasən  triozaların  2,  tetrozaların  4, 

pentozaların 8, heksozaların isə 16 optik izomeri vardır. 

Monosaxaridlərin  optik  izomerləri  d  və  h  hərfləri  ilə  və 

ya  (+),  (-)  işarəsi  ilə  göstərilir,  bunlar  müvafiq  olaraq 

dekstrozalar  və  levulozalar  adlanır.  Bitkilərdə  triozalar 

heksozaların  bioloji  parçalanması  nəticəsində  əmələ  gələn 

aralıq mübadilə məhsullarıdır.  

Triozalar  bitki  və  heyvan  orqanizmlərində  maddələr 

mübadiləsi proseslərində iştirak edirlər. Onlar ən çox qıcqırma 

prosesində aralıq məhsul kimi sintez olunurlar.  

Triozalar  qida  məhsullarının    keyfiyyətinə  yaxşı  təsir 

göstərirlər.  Onlar  əsasən  qida  məhsullarında  qıcqırma  prosesi 

zamanı əmələ gəlirlər.  

Triozalar  qida  məhsullarının  dadının  spesifikliyinin 

yaranmasında  iştirak  edirlər.  Bitkilərdə  triozalara  yalnız  fosfat 

efirləri  şəklində  təsadüf  olunur.  Triozalar  fruktoza  1,6  difosfat 



 

100 


 

 

efirinin  aldolaza  fermentinin  təsiri  nəticəsində  parçalanma-



sından əmələ gəlir. 

 

  CH



2

OP                                       CH

2

OP 


 

  C=O                                           CHOH 

                                                            O 

   HO–C–H                                            C 

                     

Aldolaza 

                           H 

      H–C–OH                                 3 fosfoqliserin aldehidi 

                                                     CH

2

OP 



      H–C–OH                                         

                                                              C = O 

           CH

2

OP 



                                                             CH

2

OH 



fruktoza-1-6-difosfat 

        3-fosfodioksiaseton 

   

Tetrozalar  C



4

H

8



O

4

  tərkibində  4  karbon  atomu  saxlayan 



monosaxaridlərdir. 

Bunlar 


bitkilərin 

tərkibində 

başqa 

monosaxaridlərə  nisbətən  az  yayılmışdır.  Tetrozalara  d-



eritrozanı  və  onun  fosforlu  birləşməsi  olan  d-eritrozafosfatı 

göstərmək olar: 

               O                                             O 

        C                                             C 

               H                                             H 

           H –C –OH                               H –C –OH  

 

  H –C –OH                               H –C –OH  



 

        CH

2

OH                                    CH



2

OPO


3

H



      d-eritroza                                   d-eritrozafosfat 

 

          Bunlara əsasən bitkilərdə  birləşmiş  şəkildə  təsadüf 



olunur.  Bu  birləşmələr  bitkilərdə  geniş  yayılmış    heteropoli-

 

101 


 

 

saxaridlərin  nümayəndəsi  olan  pektin  maddələrinin  hemisellü-



lozanın və qeyrilərinin tərkibində birləşmiş şəkildə olur.   

Eritrozafosfata  bitkilərdə  fotosintez  prosesi  zamanı  və 

sulukarbonların 

pentoza 


tsikli 

üzrə 


parçalanmasında 

mübadilənin aralıq məhsulu kimi təsadüf olunur.  



Pentozalar-C

5

H

10

O

5

.  Pentozalar  bitkilərdə  çox  təsadüf 

olunan  monosaxaridlərdir.  Bunlar  tərkibində  5  karbon  atomu 

saxlamaqla  aldehid  və  keton  formada  olurlar.  Ona  görə  də 

onlara  aldopentozalar  və  ketopentozalar  da  deyilir.  Bitkilərdə 

ən geniş yayılmış aldopentozalara aşağıdakıları göstərmək olar. 

         O                           O                         O 

  C                           C                         C 

         H                           H                        H 

      H–C–OH              H –C –OH          H –C –H  

 

  HO –C –H                H –C –OH          H –C –OH  



 

  HO –C –OH             H –C –OH          H –C –OH  

 

  CH


2

OH                 CH

2

OH               CH



2

OH 


  

     α-arabinoza               D-riboza 

    D-dezoksiriboza 

 

                                       O 



                                 C 

                                        H 

                            H–C–OH  

 

                         HO–C–H  



 

                            H–C–OH  

 

                                 CH



2

OH 


                               D-ksiloza 

 

102 


 

 

α-arabinoza.  Başqa  monosaxaridlərdən  fərqli  olaraq, 

arabinoza  bitkilərdə  α-formada  təsadüf  olunur.  α-arabinoza 

bitkilərdə  geniş  yayılmaqla  sərbəst  halda  çox  az  olur.  Ən  çox 

bitkilərdə  birləşmiş  halda  polisaxaridlərdən:  pentozaların, 

hemisellülozanın, 

pektin 

maddələrinin 



tərkibində 

olur. 


Mayaların təsirindən qıcqırmır.  

D-ksiloza. Bitkilərdə geniş yayılmışdır. Ən çox birləşmiş 

halda  ksilanların  tərkibində  olur.  Sərbəst  halda  bitkilərin 

tərkibində  çox  nadir  halda  təsadüf  olunur.  Ona  günəbaxan 

toxumunun  qabıq  hissəsində,  üzüm  giləsinin  qabığında  rast 

gəlinir.  

D-riboza.  Canlı  orqanizmlərdə  vacib  bioloji  funksiya 

daşıyan  maddələrin  tərkibində  olur.  Riboza,  ribonuklein 

turşusunun,  bəzi  fermentlərin  tərkibinə  daxildir.  Bitkilərdə  və 

bütün  canlılarda  maddələr  mübadiləsi  prosesində  iştirak  edir. 

Sərbəst halda bitkilərdə çox az olur.  

D-dezoksiriboza. Bitkilərin ən çox toxum hissəsində olur. 

D-dezoksiriboza, 

dezoksiribonuklein 

turşusunun 

əmələ 

gəlməsində iştirak edir.  



Pentozalar  həm  atsiklik  və  tsiklik  formada  olur. 

Pentozaların  aldehid  qrupu  reduksiyaya  uğradıqda  müvafiq 

spirtlər əmələ gəlir.  

 

  CH



2

OH                    CH

2

OH                 CH



2

OH 


 

   HO–C–H                  HO–C–H              HO–C–H  

 

      H–C–OH                  H–C–OH              H–C–OH  



 

      H–C–OH                  H–C–OH              H–C–OH 

 

  CH


2

OH                    CH

3

OH                  CH



2

OH 


Arabit                       Ksilit 

               Ribit  

 

 

 



 

103 


 

 

Arabit-arabinozanın,  ksilit-ksilozanın,  ribit  isə  ribozanın 

reduksiyası zamanı əmələ gəlir.  

Pentozalar  oksidləşdikdə  müvafiq  turşular  əmələ  gəlir. 

Ribozanı oksidləşdirdikdə ribon turşusu əmələ gəlir.  

                   O 

           C     H                                  COOH 

 

      H–C–OH                              H–C–OH  



                                  

+ H


2

O



      H–C–OH                             H –C –OH  

 

      H–C–OH                             H –C –OH  



 

           CH

2

OH                                 CH



2

OH 


           riboza                   

ribon turşusu   

 

   


 

 

 



 

 

 



Bitkilərdə  pentozaların  keto  formasına  da  rast  gəlinir. 

Ketopentozalara  misal  olaraq  D-ribulozanı  və  α-ksilulozanı 

göstərmək olar.  

 

  CH



2

OH                                         CH

2

OH                  



 

           C = O                                            C = O               

 

      H–C–OH                                       H–C–OH                



 

      H–C–OH                                    HO–C–H               

 

  CH


2

OH                                          CH

2

OH    


                

D-ribuloza                                   L-ksiluloza 

 

 

Ketopentozalara  bitkilərin  yaşıl  hissələrində  rast  gəlinir. 



Ribuloza  difosfat  efiri  şəklində  fotosintez  prosesində  karbon 

 

104 


 

 

qazının  və  suyun  iştirakı  ilə  3-fosfoqliserin  turşusunun  əmələ 



gəlməsində iştirak edir.  

           CH

2

OP 


 

           C = O

                                    ribulozadifosfat-

 

                                                



karboksilaza 

     H –C –OH  +CO

2

+H

2



 

     H –C –OH  



 

           CH

2

OP 


   Ribulozadifosfat  

 

                 CH



2

OH                 COOH 

 

                 CHOH         +       CHOH 



 

                 COOP                   CH

2

OP   


 

 

 



     3-fosfoqliserin turşusu 

Heksozalar-C

6

H

12

O

6

  

Bu qrupun ən çox  yayılmış nümayəndələri d-qlükoza, d-

qalaktoza, d-mannozadır.  

         O                           O                         O 

  C                           C                         C 

         H                           H                        H 

      H–C–OH              H–C–OH       HO–C–H  

 

   HO–C –H             HO–C–H            HO–C–H  



 

     H–C–OH            HO–C–H               H–C–OH  

 

      H–C–OH               H–C–OH           H–C–OH  



 

  CH


2

OH                 CH

2

OH               CH



2

OH 


  D (+)-qlükoza      D (+)-qalaktoza    D (+)-mannoza 

 

105 


 

 

Təbiətdə  pentozalardan  fərqli  olaraq,  heksozalara 



bitkilərdə  sərbəst  halda  daha  çox  rast  gəlinir.  Heksozalar 

tərkibində  altı  karbon  atomu  saxlayan  monosaxaridlərdir. 

Heksozalar  tərkibində  olan  funksional  qruplara  görə  iki  yerə 

ayrılır:  

1.  Aldoheksozalar. 

2.  Ketoheksozalar. 

Aldoheksozalar  tərkibində  aldehid  qrupu  saxlayan 

heksozalardır.  

Ketoheksozaların 

bitkilərdə 

ən 

geniş 


yayılmış 

nümayəndəsi D-fruktozadır.  

 

                                CH



2

OH                                                           

 

                                         C = O                                                        



 

                                 HO–C–H                                                      

 

                                    H–C–OH                                                   



 

                           H–C–OH  

 

                                CH



2

OH                                                          

                           D (2)-fruktoza 

 

Heksozalar  bitkilərdə  həm  açıq  zəncirli,  həm  də  qapalı 



zəncirli  birləşmələr  şəklində  olur.  Əgər  qapalı  formada  birinci 

karbonun  yanında-OH  qrupu  sağda,  H-solda  olarsa,  α-forma 

alınır.  Əgər  OH  qrupu  solda,  H  isə  sağda  olduqda,  β-forma 

adlanır. Bunu sxematik olaraq aşağıdakı kimi göstərmək olar: 

 

   H–C–OH                              HO–C–H  



 

  α-forma                           

β-forma 


 

106 


 

 

   



 

 

  



Heksozalarda  D  və  α-formaları  da  mövcuddur.  Qapalı 

formada axırdan ikinci karbon atomunun yanında-OH sağda, H 

isə solda olarsa, D-forma, əksinə olduqda isə L-forma adlanır. 

Bundan 


başqa 

heksozalar 

piranoz 

və 


furanoz 

formalarında da olur. Əgər oksigen körpüsü beş karbon atomu 

arasında olarsa, onda piran forma adlanır: 

 

 



  CH 

                                                                CH 

  CH                                                    

                                                         HC       CH 

  CH

2

     O                    və ya 



                                                         HC      CH 

  CH                                                         O 

   

 

 



 

 

      



  CH 

 

 



Bundan  başqa  oksigen  körpüsü  4  karbon  atomu  arasında 

olduqda furan forma adlanır. 

 

 

  CH 



                                                            HC      CH 

  CH                                                    

              O                                           HC       CH 

  CH                         və ya                             

                                                                    O 

  CH                                                          

                                           Furan 

 


 

107 


 

 

Beləliklə,  piran  və  furan  formaları  qlükoza  və  fruktoza 



timsalında aşağıdakı kimi olur: 

 

                                               CH



2

OH 


                OH                                     

 H–C                               HO–C  

 

         H–C–OH                        HO–C–H  



                 O                                       O 

H–C–H                          HO–C–OH      

                                

 

H–C–OH                           H–C  



 

         H–C                                       CH

2

OH 


 

     CH


2

OH                              β-D-fruktofuranoza 

α-D-qlükopiranoza             

 

 



 

 

 



 

 

D-qlükoza:  

 

         O                                                     



  C                           COOH                      COOH 

         H                                                    

      H–C–OH              H–C–OH                   H–C–OH  

 

   HO–C –H             HO–C–H                   HO–C–H  



              

oksid                                  oksid 

     H–C–OH                H–C–OH                  H–C–OH  

 

      H–C–OH               H–C–OH                  H–C–OH  



 

  CH


2

OH                 CH

2

OH                     COOH 



 

D-qlükoza       qlükon turşusu        şəkər (qlükaron)                      

                                                               turşusu 


 

108 


 

 

Bitkilərin  tərkibində  qlükozaya  həm  sərbəst,  həm  də 



birləşmiş  halda  təsadüf  olunur.  Sərbəst  halda  ən  çox  üzüm 

şirəsinin  tərkibində  olur.  Ona  görə  də  qlükozaya  üzüm  şəkəri 

də  deyilir.  Birləşmiş  halda  qlükoza,  saxarozanın,  maltozanın, 

nişastanın  və  s.  birləşmələrin  tərkibində  olur.  Qlükoza 

bitkilərdə əsasən α-qlükopiranoza formasında olur. Qlükozanın 

oksidləşməsi  zamanı  qlükon  turşusu  əmələ  gəlir.  Bu  qrup 

turşular  aldon  turşuları  adlanır.  Oksidləşmə  daha  sürətlə 

getdikdə aldaron turşuları əmələ gəlir. 

 

 

Bundan  başqa  heksozalarda  6-cı  karbonun  CH



2

OH 


qrupunun,  karboksil  qrupuna  çevrilməsindən  uron  turşuları 

əmələ gəlir.  

 

         O                                                             O 



  C                                                            C 

         H                                                             H 

      H–C–OH                                                H–C–OH  

 

   HO–C –H                                               HO–C–H  



         

                               oksid 

     H–C–OH                                                 H–C–OH  

 

      H–C–OH                                                H–C–OH  



 

  CH


2

OH                                                  COOH 

D-qlükoza 

                              Qlükuron turşusu 

 

 

 



 

 

 



Əgər, 

qalaktoza 

oksidləşərsə 

qalakturon 

turşusu, 

mannozadan  mannouron  turşusu  əmələ  gəlir.  Uron  turşuları 

bitkilərdə 

asan 


əmələ 

gəlməklə 

böyük 

əhəmiyyətli 



birləşmələrdir.  Belə  ki,  onlar  bir  çox  polisaxaridlərin,  o 

cümlədən,  pektin  maddələrinin  əmələ  gəlməsində  iştirak  edir. 

Uron  turşuları  aralıq  məhsul  kimi  bitkilərdə  pentozaların  və 

heksozaların əmələ gəlməsində mühüm rol oynayır. 



 

109 


 

 

Bu  zaman  qlükozanın  oksidləşməsindən  qlükuron 



turşusu,  əmələ  gəlmiş  maddənin  karboksilsizləşməsindən  isə 

pentozaların nümayəndəsi olan ksiloza alınır.  

Bitkilərdə 

aldoheksozaların 

nümayəndəsi 

olan 


qalaktozaya 

çox 


təsadüf 

olunur. 


Qalaktoza 

ən 


çox 

polisaxaridlərin  nümayəndəsi  olan  qalaktanların  tərkibində 

olur.  

Bitkilərdə  qalaktanlar  geniş  yayılmışdır.  Onlar  hidroliz 



olunduqda  qalaktoza  alınır.  Bundan  başqa  qalaktoza  disaxarid 

olan laktozanın, trisaxarid-rafinozanın tərkibində olur.  

Qalaktozadan  əmələ  gəlmiş  qalakturon  turşuları  pektin 

maddələrinin  əmələ  gəlməsində  iştirak  edir.  Qalaktoza 

oksidləşdikdə əvvəlcə qalakton turşusu, sonra isə selik turşusu 

əmələ gəlir. 

 

         O                            O                         



  C                           C                              COOH 

         H                            H                        

      H–C–OH               H–C–OH                  H–C–OH  

 

   HO–C –H              HO–C–H                  HO–C–H  



              

oksid                                  oksid 

   HO–C–H                  H–C–OH               HO–C–H  

 

      H–C–OH               H–C–OH                  H–C–OH  



 

  CH


2

OH                 CH

2

OH                     COOH 



 

D-qalaktoza 

qalakton turşusu      selik turşusu 

 

 



D-mannoza 

da 


aldoheksozaların 

nümayəndəsidir. 

Mannoza 

bitkilərdə 

geniş 

yayılmış 



polisaxarid 

olan 


mannanların  tərkibində  olur.  Sərbəst  halda  mannoza  bitkilərin 

tərkibində çox az miqdarda olur.  



 

110 


 

 

Mannoza  zəif  oksidləşdikdə  mannon  turşusu,  sürətlə 



oksidləşdikdə isə mannoşəkər turşusuna çevrilir.  

         O                                                     

  C                           COOH                      COOH 

         H                                                    

   HO–C–H               HO–C–H                 HO–C–H  

 

   HO–C –H              HO–C–H                 HO–C–H  



              

oksid                                  oksid 

      H–C–OH               H–C–OH                 H–C–OH  

 

      H–C–OH               H–C–OH                  H–C–OH  



 

  CH


2

OH                 CH

2

OH                     COOH 



D-mannoza 

D-mannon 

D-mannoşəkər   

                             turşusu               turşusu                                      

Monosaxaridlər  reduksiya  olunduqda  müvafiq  spirtlər 

əmələ  gəlir.  Tetrozalar  reduksiya  olunduqda  tetritlər, 

pentozalar  pentitlər,  heksozalar  isə  heksidlər  əmələ  gətirir. 

Bitkilərdən  ən  çox  aşağıdakı  spirtlərə  rast  gəlinir.  Qlükozanın 

və  fruktozanın  reduksiyası  zamanı  sorbit  spirit  əmələ  gəlir. 

Əgər mannoza reduksiya olunursa-mannit, riboza-ribit, ksiloza-

ksilit spirtləri əmələ gətirir.                                       

  CH


2

OH              CH

2

OH            CH



2

OH        CH

2

OH          



                                                             

      H–C–OH         HO–C–H           H–C–OH      H–C–OH 

 

   HO–C –H           HO–C–H           H–C–OH   HO–C–H  



 

     H–C–OH             H–C–OH        H–C–OH      H–C–OH  

 

      H–C–OH            H–C–OH             CH



2

OH         CH

2

OH 


 

  CH


2

OH              CH

2

OH              ribit 



ksilit 

  sorbit                  mannit 

 

 


 

111 


 

 

Monosaxaridlər  bitkilərdə  ən  çox  fosfat  efiri  şəklində 



olur.  Onlar  maddələr  mübadiləsində,  fotosintez,  tənəffüs, 

qıcqırma  proseslərində  saxarozanın,  nişastanın  və  sair 

maddələrin  sintezində  fosfat  efiri  şəklində  iştirak  edir. 

Bitkilərdə 

gedən 

maddələr 



mübadiləsi 

prosesində 

monosaxaridlərin  aşağıdakı  fosfat  efirli  birləşmələri  iştirak 

edir. 


         O                      O                          

  C                     C                  CH

2

OH        CH



2

OH 


         H                     H                         

      H–C–OH         H–C–OH          C=O             C=O 

 

      H–C –OH        H–C–OH     H–C–OH   HO–C–OH  



 

           CH

2

OP       H–C–OH      H–C–OH     H–C–OH  



 

                                   CH

2

OP         CH



2

OP         CH

2

OP                                   



   eritroza 

riboza          ribuloza       ksiluloza         

   4-fosfat 

5-fosfat        5-fosfat        5-fosfat 

 

 

 



 

                                             O                          

  CH

2

OP                         C                          CH



2

OP         

                                             H                         

           C=O                       H–C–OH                    C=O              

 

      H–C –OH                 HO–C–H              HO–C–H     



 

      H–C–OH                     H–C–OH              H–C–OH      

 

          CH



2

OP                         CH

2

OP             H–C–OH                                    



 

                                                                    CH

2

OP   


ribuloza-1-5   

qlükoza-6- 

         fruktoza-1-6 

fosfat                

 

fosfat                       fosfat 



 

112 


 

 

 



 

 

 



 

 

 



 

(P)-fosfat turşusunun qalığıdır (H

2

PO

3



). 

Bitkilərdə  monosaxaridlərdən  müvafiq  qlükozidlər  də 

əmələ  gəlir.  Qlükozidlər  1-karbonun-OH-hidroksil  qrupu 

hesabına əmələ gəlir.   

                                                   H       O–C

2

H



                                                

                OH                                  C   

H–C                                 

                                                   H–C–OH  

         H–C–OH                         

                 O   +HOC

2

H



5

         HO–C–H          +H

2



      HO–C–H                                                        O 



                                                   H–C–OH 

 

H–C–OH                          



                                                   H–C  

         H–C                                        

                                                        CH

2

OH 



     CH

2

OH                  



α-D-qlükoza                           α-etil qlükozid 

 

 



 

 

 



 

 

 



Əgər β-qlükozid etil spirti ilə birləşərsə, onda β-qlükozid 

əmələ  gəlir.  Bundan  başqa  qlükozanın  əvəzinə  qalaktoza 

olarsa, 

qalaktozid 

əmələ 

gəlir. 


Bitkilərin 

toxumunda 

qlükozidlər  daha  çox  olur.  Qlükozidlərin  əksəriyyəti  acı  dadlı 

və  spesifik  iyli  maddələrdir.  Bəzi  ədviyyat  növlərinin 

xarakterik  iyi  və  dadı  onların  tərkibində  olan  qlükozidlərdən 

asılıdır.  

Ramnoza  və  fruktoza  ən  çox  pektin  maddələrinin 

tərkibində  olur.  D-fruktoza  ketoheksozaların  nümayəndəsi 

olub,  bitkilərdə  geniş  yayılmışdır.  Fruktoza  ən  çox  meyvə-

tərəvəzlərin,  o  cümlədən  üzümün  tərkibində  qlükoza  ilə 

birlikdə  olur.  Saxarozanın,  polifruktozidlərin,  tərkibində  β-D-

fruktofuranoza formasında olur. 



 

113 


 

 

Bitkilərdə aldoheksozaların dezoksiformalarına da   



 

         O                            O                         

  C                           C                               

         H                            H                        

      H–C–OH               H–C–OH                    

 

      H–C –OH           HO–C–H                   



              

                                   

   HO–C–H               HO–C–H                

 

   HO–C–H                  H–C–OH                   



 

  CH


3

                       CH

3

                     



L-ramnoza          D-fruktoza 

 

 



 

 

 



 

 

Üzümdə  və  balda  fruktoza  ilə  qlükoza  təqribən  eyni 



miqdarda olur. Fruktoza, qlükoza və saxarozadan fərqli olaraq 

daha çox şirin dada malikdir. Fruktoza oksidləşdikdə eritrin və 

qlikol  turşularına,  reduksiya  olunduqda  isə  sorbit  və  mannit 

turşusuna çevrilir.  

 

        CH



2

OH 


 

HO–C                                     COOH             

 

HO–C–H 


               oksid          

H–C–OH               

                    O     

+O

2



                                             

+  CH


2

OH 


   H–C–OH                        H–C–OH  

                                                                       COOH 

   H–C                                     CH

2

OH       



                                                                 qlikol turşusu 

        CH

2

OH                    eritrin turşusu 



  β-D-fruktoza   

 

 



 

 


 

114 


 

 

Bundan  başqa  bitkilərdə  ketoheksozalardan  L-sorbozaya 



da rast  gəlinir. Sorboza  bitkilərdə sorbit spirtinin oksidləşməsi 

nəticəsində  əmələ  gəlir.  Bitkilərdə  L-sorboza  C  vitamininin 

sintezində  istifadə  olunur.  Sorbozanın  quruluşu  aşağıdakı 

kimidir: 

                                      CH

2

OH 



 

                                      C=O 

 

                                       HO–C–H  



 

                                 H–C–OH  

 

                              HO–C–H  



 

                                      CH

2

OH       L-sorboza 



 

Heptozalar (C

7

H

14

O

7

). Bunlara təbiətdə D-seduheptuloza 

və mannoheptuloza  formalarında təsadüf olunur. Bitkilərdə hər 

iki şəkər ketoformada olur.  

  CH


2

OH                                      CH

2

OH                     



                                                             

           C=O                                           C=O            

 

   HO–C –H                                   HO–C–H            



 

     H–C–OH                                     H–C–OH         

 

      H–C–OH                                    H–C–OH              



 

      H–C–OH                                   H –C –OH  

 

  CH


2

OH                                      CH

2

OH               



D-seduheptuloza               D-mannoheptuloza 

 

115 


 

 

D-seduheptuloza bitkilərdə sərbəst halda çox az miqdarda 



olur.  Ona  ən  çox  fosfat  efiri  şəklində  rast  gəlinir.  Reduksiya 

olunduqda  volemit  spirtinə  çevrilir.  D-seduheptuloza  fosfat 

efiri  şəklində  sulukarbonların  mübadiləsində,  fotosintez 

prosesində  iştirak  edir.  Bitkilərdə  D-mannoheptulozaya  az 

miqdarda  təsadüf  olunur.  Mayaların  təsirindən  qıcqırmır. 

Maraqlıdır  ki,  insan  orqanizmi  tərəfindən  mənimsənilir.  D-

mannoheptuloza reduksiya olunduqda perseit spirtinə çevrilir. 

Aminşəkərlər.  Belə  şəkərlərin  tərkibində  hidroksil 

qrupunun  əvəzinə  amin  qrupu  vardır.  Aminşəkərlər  bir  çox 

polisaxaridlərin  və  qlükoproteidlərin  tərkibində  olur.  Onların 

nümayəndələrindən 

d-qlükozaminə 

və 


d-qalaktozaminə 

bitkilərdə daha çox rast gəlinir.  

 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin