1.3.7.Fermentlərin qida sənayesində tətbiqi
Hal-hazırda sənaye üsulu ilə alınan ferment preparat-
larından qida sənayesinin bir çox sahələrində geniş tətbiq
olunur. Məsələn, şərabçılıqda, çörəkbişirmədə, şirniyyat, spirt,
pivə, müxtəlif növ şirələrin istehsalında, tütün və çay emalında,
ət-süd, konserv sənayesində və başqa sahələrdə ferment
preparatlarından geniş istifadə olunur. Fermentlər qida
məhsulunun yetişməsini tezləşdirir, məhsulun keyfiyyətli
olmasına müsbət təsir göstərir, onların qidalılıq dəyərini artırır.
Şərabçılıq sənayesində pektolitik, sitolitik və protolitik ferment
preparatlarından geniş istifadə olunur. Bu preparatlar müvafiq
olaraq pektin maddələrini, sellülozanı, zülalları hidroliz edir.
Nəticədə şərabın tərkibində ekstraktiv maddələrin miqdarı artır,
şərab materiallarının, müxtəlif şirələrin şəffaflaşması və onların
70
sabitliyi uzun müddət davam edir. Çay istehsalında
fermentlərdən geniş istifadə olunur. Çayın fermentasiyası
zamanı onun qidallıq dəyəri artır. Belə ki, çay ətirli maddələrlə,
əsasən də monomer fenol maddələri ilə daha zənginləşir. Çayın
tərkibində qidalılıq dəyərini (keyfiyyətinin yaxşılaşmasında)
artmasında
polifenoloksidaza,
peroksidaza,
katalaza
fermentlərinin
mühüm
rolu
vardır.
Pivə
istehsalında
fermentlərin mühüm əhəmiyyəti vardır. Belə ki, pivə
istehsalının əsası fermentativ prosesdir. Bu zaman nişastanın
hidrolizi, səməni şəkərinin əmələ gəlməsi müvafiq olaraq
amilaza və maltaza fermentlərinin təsiri ilə baş verir. Hətta pivə
istehsalında qıcqırma prosesi də fermentlərin iştirakı ilə gedir.
Fermentlərin çörəkbişirmə və qənnadı sənayesində də mühüm
əhəmiyyəti vardır. Məlumdur ki, çörəyin keyfiyyəti onun
qıcqırma
prosesindən
çox
asılıdır.
Qıcqırma
prosesi
fermentlərin iştirakı ilə gedir. Çörəkbişirmədə qıcqırma
prosesinə düzgün nəzarət edildikdə fermentlərin aktivləşməsinə
nail olunur ki, bu da çörəyin qida maddələri ilə zənginləş-
məsinə səbəb olur. Belə ki, xəmirin tərkibində mövcud
fermentlər üçün yaradılmış optimal temperatur nəticəsində
çörəyin tərkibi xoşagələn ətirli maddələrlə daha da zənginləşir.
Süd sənayesində süd məhsullarının əmələ gəlməsi də
fermentlərin iştirakı ilə gedir.
Onu da qeyd etmək lazımdır ki, orqanizmə qəbul olunan
qidanın mənimsənilməsi və həzm prosesi fermentlərin iştirakı
ilə gedir. Đnsanlarda mövcud fermentlərin fəallığının azalması
həzm prosesinin pozulmasına səbəb olur.
Fermentlərin nəinki qida sənayesində, tibb, heyvandarlıq
və kənd təsərrüfatının müxtəlif sahələrində çox böyük rolu
vardır. Belə ki, son zamanlar insanlarda müxtəlif xəstəliklərin
müalicəsində ferment preparatlarından geniş istifadə olunur.
Ürək-qan-damar
sistemi
xəstəliklərinin
müalicəsində
kokarboksilaza, adenozintrifosfataza, streptodekaza və s.
ferment preparatlarından; şəkər xəstəliyinin müalicəsində isə
71
insulin və başqa ferment preparatlarından geniş istifadə olunur.
Heyvandarlıqda heyvanların həzm prosesinin tənzimlənmə-
sində, onların sağlam böyüməsində, kökəlməsində və başqa
məsələlərin həllində müxtəlif ferment preparatlarından geniş
istifadə olunur.
Hal-hazırda fermentlər haqqında elm daha geniş
miqyasda öyrənilir.
Onların xalq təsərrüfatında, o cümlədən qida sənayesində
istifadə edilməsinin böyük perspektivləri vardır.
1.4. Vitaminlər haqqında ümumi məlumat
Canlı orqanizmlərdə fermentlərlə, zülallarla, karbohidrat-
larla və s. ilə yanaşı elə üzvi maddələr də vardır ki, onlara
vitaminlər deyilir. Vitaminlər bioloji aktiv maddələr olub, ən
çox bitkilərin tərkibində olur. Onlar canlı orqanizmlərdə
çatışmadıqda maddələr mübadiləsi (metabolizm) pozulur.
Fermentlərə, zülallara nisbətən vitzminlər kiçikmolekullu üzvi
birləşmələrdir. Hal-hazırda 200-dən artıq fermentlərin aktiv
qrupları vitaminlərdən təşkil olunmuşdur. Orqanizmlərdə
vitaminlərin
çatışmazlığı
nəticəsində
bəzi
fermentlərin
sintezidə pozulur. Vitaminlərin öyrənilməsi 1880-ci ildə
N.Lunin tərəfindən aparılmışdır. O, belə nəticəyə gəlmişdir ki,
canlı orqanizmlərdə yuxarıda adları çəkilən maddələrdən
başqa, həyat üçün vacib olan naməlum maddələr vardır. Daha
sonra 1893-1897-ci illərdə Hollandiya həkimi Eykman Yava
adasında məhbuslar üzərində apardığı müşahidələrdən belə
nəticəyə gəldi ki, qabığı təmizlənmiş düyü ilə uzun müddət
qidalanan
insanlarda
beri-beri
xəstəliyi
inkişaf
edir,
təmizlənməmiş düyü ilə qidalanan şəxslərdə isə bu xəstəliyə
təsadüf edilmir. O, bu təcrübəni quşlar üzərində də apardıqdan
sonra, belə nəticəyə gəldi ki, onlar da yalnız təmizlənmiş düyü
ilə qidalandıqda beri-beri (polinevrit) xəstəlyi inkişaf edir.
1911-ci ildə polyak alimi K.Funk düyü kəpəyindən beri-beri
72
xəstəliyinə müalicəvi təsir göstərən bir maddə aldı. O, belə
nəticəyə gəldi ki, beri-beri xəstəliyi qidada bəzi maddələrin
çatışmamazlığı nəticəsində əmələ gəlir. Hələ qədimdən
insanlar arasında sinqa və ya skorbut, raxit, pellaqra, kimi
xəstəliklərin yoluxucu olması guman olunurdu. K.Funk belə
nəticəyə gəldi ki, yuxarıda göstərilən xəstəliklər də qidada
həyat üçün zəruri olan maddələrin çatışmaması üzündən əmələ
gəlir. O, daha sonra beri-beri xəstəliyinin müalicəsi üçün düyü
kəpəyindən aldığı kristallik maddənin tərkibində amin
qrupunun (NH
2
) varlığını kimyəvi analiz nəticəsində müəyyən
etmişdir. Bu maddəyə K.Funk 1912-ci ildə “vitamin” adı
verməyi təklif etmişdir. Vitamin latınca (vitamin)-həyat amini
deməkdir. Sonralar məlum oldu ki, qidada elə zəruri maddələr
də vardır ki, onların tərkibində amin qrupu yoxdur, amma
bioloji
aktivdirlər,
onlar
da
vitaminlər
adı
altında
birləşdirildilər. Hal-hazırda vitaminlərin çoxunda amin qrupu
yoxdur. Ancaq vitamin termini indiyə qədər geniş istifadə
edilir.
Müəyyən həyat şəraitindən asılı olaraq, insanların uzun
müddət eyninövlü qida maddələri qəbul etməsi nəticəsində
(xüsusən bitki mənşəli ərzaq məhsulları qəbul edilmədikdə)
əmələ gələn xəstəliklərin öyrənilməsi vitaminlər haqqında
elmin əsasını qoymuşdur. Vitaminlər haqqında bəhs edən elmə
vitaminologiya deyilir. Hal-hazırda 40-dan artıq vitamin
müəyyən olunmuşdur. Onların əksəriyyəti bitkilərdən sintez
olunur.
Bitkilərdə vitaminlər hüceyrədə mübadilə prosesində
əmələ gəlir. Onlar tənəffüs və fotosintez proseslərində iştirak
edir. Vitaminlər bitkilərin, insanların və heyvanların boy
artımında, ümumi inkişafında mühüm rol oynayır.
Qida maddələrinin tərkibində vitaminlərin tamamilə
olmaması nəticəsində əmələ gələn xəstəliklərə avitaminozlar
adlanır. Orqanizmdə bir neçə vitaminin olmamasından əmələ
73
gələn xəstəliklər insanlar arasında nisbətən geniş yayılmışdır,
belə xəstəliklərə hipovitaminozlar deyilir.
Oraqnizmdə vitaminlərin həddindən çox qəbul edilməsi
nəticəsində də maddələr mübadiləsi pozulur. Bu zaman əmələ
gələn xəstəliklərə hipervitaminozlar deyilir. Vitaminləri,
əvvəllər kimyəvi quruluşları müəyyən olunmadığına görə, latın
əlifbasının hərfləri ilə adlandırırdılar. Məsələn, A,D,C,E
vitaminləri və qeyriləri. Daha sonra vitaminlərin kimyəvi
quruluşu müəyyən olunduğuna baxmayaraq, indiyə qədər də
hərflərlə ifadə olunur. Vitaminləri həlledicilərə münasibətlərinə
görə iki qrupa bölürlər:
1. Yağda həll olan vitaminlər.
2. Suda həll olan vitaminlər.
Yağda həll olanlara; A,D,E,K vitaminləri aiddir. Suda
həll olan vitaminlərə isə B qrup vitaminləri, C, PP, fol turşusu
və s. vitaminlər aiddir. Bəzi vitaminlər bir neçə formada
olurlar. Onların müxtəli formada olmasına vitamerlik deyilir.
1.4.1.Yağda həll olan vitaminlər
A-vitamini. Bu vitaminə retinol da deyilir. Bu vitaminin
üç növü məlumdur: A-A
1
-retinol, A
2
isə dehidroretinol adlanır.
A
1
-vitamininin emprik formulu C
20
H
30
O, A
2
-vitamininin
formulu isə C
20
H
28
O-dir. A
2
-vitamininin bioloji aktivliyi A
1
-
vitaminindən iki dəfə azdır. A
1
-vitamininin quruluşu aşağıdakı
kimidir:
H
3
C CH
3
CH
3
CH
3
C
H
2
C C– CH=CH– C=CH–CH=CH–C=CH–CH
2
OH
H
2
C C–CH
3
(A
1
–vitamini)
CH
3
74
Orqanizmdə A vitamini çatışmadıqda gözün görmə
qabiliyyəti pozulur. Gözün torlu qişasında rodopsin deyilən
mürəkkəb zülal vardır. Rodopsinə görmə zülalı da deyilir.
Onun əmələ gəlməsində sadə zülal opsin və prostetik qrup kimi
A-vitamini iştirak edir. Đnsan orqanizmində A-vitamini sintez
olunmur. Ona olan tələbat yalnız qida məhsulları hesabına
ödənilir. Düzgün qidalanma prosesi pozulduqda, yəni orqanizm
lazımi qədər A-vitamini qəbul etmədikdə rodopsinin əmələ
gəlməsi və ya zalması baş verir. Bundan başqa, orqanizmdə A-
vitamini çatışmadıqda ilk əlamət kimi tez yorulma, arıqlama və
iştah pozğunluğu əmələ gəlir. Bundan başqa, A-vitamini
orqanizmə tələb olunan miqdarda az qəbul edildikdə toyuq
korluğu və ya gecə korluğu xəstəliyi əmələ gəlir. Bu xəstəliyə
tutulan şəxslərin gözünün qaranlığa qarşı uyğunlaşma
qabiliyyəti pozulur. Onlar işıqlı mühitdən qaranlıq mühitə
keçdikdə uzun müddət pis görürlər.
A-vitamini bitkilərin tərkibində olmur. O, ən çox heyvan
mənşəli ərzaq məhsullarından balıq və kərə yağlarında, qara
ciyərdə olur. A-vitamini bitkilərdə provitamin şəklində olur.
Onun provitamini karotinlərdir. Bu, o deməkdir ki, A-vitamini
insan orqanizmində karotinlərdən də əmələ gəlir. Bitkilərdə
karotinin α,β,γ-izomerləri mövcuddur. Onun emprik tərkibi
C
40
H
56
-dır. Karotinlər ən çox yerkökündə (markov), qabaqda
və qırmızı bibərdə olur. Bitkilərdə ən çox β-karotinə (85%)
təsadüf olunur. Ən çox bioloji fəallığa malik olan bir molekul
β-karotindən iki molekul A-vitamini əmələ gəlir. Bitkilərdə
karotinin izomerlərindən likopinə, ksantofilə, zeaksantinə daha
çox təsadüf olunur. Karotin və onun izomerlərinə karotinoidlər
deyilir.
Likopinin (C
40
H
56
) emprik tərkibi karotin kimidir. Ancaq
quruluş formuluna görə karotindən fərqlənir. Likopin narıncı-
qırmızı rəngli olub, ən çox pomidorda və itburnu meyvələrində
olur. Ksantofil (C
40
H
56
O
2
) karotinin oksigenli törəməsi olub, ən
çox bitkilərin yarpağındakı xloroplastlarda olur.
75
Zeaksantin də (C
40
H
56
O
2
) karotinin oksigenli törəməsidir.
Sarı rəngdə olur. Ən çox qarğıdalının və buğdanın dənində
olur.
Karotinoidlərə meyvələrin tərkibində də rast gəlinir.
Meyvələrin tam yetişməsi dövründə onların miqdarı çox olur.
Meyvələrin uzun müddət soyuducuda saxladıqda karotinoidlər
əsasən tənəffüs prosesinə sərf olunaraq tədricən miqdarca
azalır. Ancaq meyvələrin yetişmə dövrü ötdükdə isə
karotinoidlər miqdarca azalır. Đnsanın A-vitamininə gündəlik
tələbi 2 mq-dır. Gündəlik tələbatı ödəmək üçün bu qədər A-
vitaminini 3-4 karotinlə əvəz etmək olar.
D-vitamini. Bu vitaminə kalsiferol da deyilir. D-
vitamininə bir neçə formada (D
2
, D
3
, D
4
, D
5
, D
6
, D
7
) təsadüf
olunur. D
2
və D
3
vitaminləri daha çox bioloji aktivliyə
malikdirlər. D
2
-vitamininin quruluşu aşağıdakı kimidir.
3
D qrup vitaminlərinin tərkibində tsiklopentanperhidrofe-
nantren nüvəsi olur.
Orqanizmdə D-vitamini çatışmadıqda uşaqlarda raxit
xəstəliyi əmələ gəlir. Bu zaman orqanizmdə kalsium duzlarının
azalması nəticəsində sümüklər yumşalır və asanlıqla öz
quruluşunu dəyişir. Raxit xəstəliyi ən çox günəş işığı
düşməyən rütubətli mənzillərdə yaşayan uşaqlarda təsadüf
olunur. Đlk əlamət kimi iştah pozğunluğu, narahat yuxu
müşahidə olunur.
76
Raxit xəstəliyi zamanı həm də həddindən artıq tərləmə,
ətraf sümükləri və döş qəfəsi öz təbii quruluşunu dəyişməklə
deformasiyaya da məruz qalır. Bu da insanlarda qan dövranının
pozulmasına səbəb olur. Raxit xəstəliyində o da məlum
olmuşdur ki, insanlar tərəfindən qəbul olunan suyun çox hissəsi
toxumalarda ləngidiyinə görə damarlarda dövr edən qanın
miqdarı nisbətən azalır.
Yaşlı insanlarda isə D vitamini çatışmadıqda sümüklərin
yumşalması və kövrəlməsi müşahidə olunur. Belə insanlarda
belin və ayaqların əyilməsi prosesi baş verir.
Onu da qeyd etmək lazımdır ki, D vitamini həddindən
artıq istifadə olunduqda orqanizmdə kalsiumun miqdarca
artmasına şərait yaranır. Belə olan halda sümük toxumalarında
kalsium duzları normadan artıq toplanır. Bu da sümüklərin
elastikliyinin azalması ilə nəticələndiyinə görə yaşlı insanlarda
sümük sınıqlarına daha çox təsadüf olunur.
D vitamininin təsir mexanizmi hələlik dəqiq müəyyən
edilməmişdir. Ancaq bu vitaminin kalsium və fosfor
mübadiləsinə təsiri yaxşı öyrənilmişdir. Orqanizmdə D
vitamininin çatışmaması nəticəsində qanda kalsium və fosforun
miqdarı azalır. Bu zaman kalsium hidrofosfatın sümük
toxumalarında
toplanması
çətinləşir.
Nəticədə
insan
orqanizmində mineral maddələr azalır, sümüklər yumşalır və
asanlıqla əriyir. Mineral maddələrin insan orqanizmində
azalması yaxşı hal deyildir. Bu vitaminin insan orqanizmində
baş verən maddələr mübadiləsi prosesində də əhəmiyyəti
böyükdür.
D-vitamini bitkilərdə olmur. Ancaq bitkilərdə olan
sterinlər onun provitaminidir. Sterinlərin nümayəndəsi olan
eriqosterindən günəş işığında olan ultrabənövşəyi şüaların təsiri
ilə D-vitamini (eriqokalsiferol) əmələ gəlir.
D-vitamini qida məhsullarından ən çox balıq yağında,
süddə, yumurtanın sarısında olur. Yay fəslində südün və kərə
yağının tərkibində D-vitamininin miqdarı daha çox olur. Bu,
77
onunla izah olunur ki, yay aylarında heyvanların bədəninə
günəş işığında olan ultrabənövşəyi şüalar daha çox düşür.
Nəticədə heyvan orqanizmindəki sterinlərin D-vitamininə
çevrilməsi sürətlənir.
Uşaqların
D-vitamininə
gündəlik
tələbatı
13-25
mikroqrama bərabərdir.
E-vitamini. Buna başqa sözlə tokoferol və ya nəsiltörətmə
vitamini də deyilir. 7-forması (α,β,γ və sairələri) aşkar
olunmuşdur. Onların arasında ən çox bioloji fəallığa malik
olanı α-tokoferoldur. Onun emprik formulu C
29
H
50
O
2
-olub,
quruluşu isə aşağıdakı kimidir:
CH
3
O CH
3
CH
3
CH
3
CH
3
H
3
C C
(CH
2
)
3
–CH–(CH
2
)
3
–CH–(CH
2
)
3
–CH–CH
3
HO CH
2
CH
3
CH
2
α-tokoferol
E-vitaminini canlı orqanizmdə (insan və heyvan)
çatışmadıqda zülalların, yağların, karbohidratların mübadiləsi
pozulur. Bu vitamin çatışmadıqda orqanizmdə nəsiltörətmə
qabiliyyəti pozulur.
E-vitaminindən
sonsuzluğun
bəzi
formalarının
müalicəsində geniş istifadə olunur. E-vitamini həm bitki, həm
də heyvan mənşəli məhsulların tərkibində geniş yayılmışdır.
Bitkilərin yaşıl hissəəsində, meyvələrin toxumunda, dənli
bitkilərdən alınan yağlarda E-vitamini daha çox olur.
Heyvan mənşəli qida məhsullarından kərə yağında,
yumurtanın sarısında, qaraciyərdə, süddə E-vitamini miqdarca
daha çox olur.
78
Cədvəl 4
Bəzi qida məhsullarının tərkibində
E vitaminin miqdarı
Qida məhsullarının adı
mq %-lə
Pambıq yağı
Buğda dəni
Üzümün toxumu
Kərə yağı
Yumurta
Süd
120-250
6-8
10-20
10-50
3-5
2-4
E-vitamini antioksidant xüsusiyyətinə malikdir. E-vitami-
ninin qidada çox olması oksigen sərfinin azalmasına və ya
oksidləşmə prosesinin ləngiməsinə səbəb olur. Bu vitamin
alifatik yağ turşularının oksidləşməsini ləngidir.
E-vitamini yağlarda yağ turşusunun qıcqırmasının
qarşısını da alır. Ona görə də yağ istehsalında antioksidant kimi
E-vitaminini yağa qarışdırırlar. O yağın keyfiyyətinə müsbət
təsir göstərməklə yanaşı həm də yağı oksidləşmədən qoruyur.
Qida məhsullarının tərkibində E-vitamini çox olduğuna görə
onun avitaminozuna nadir hallarda rast gəlinir.
Qeyd etmək lazımdır ki, itburnu meyvəsindən alınmış
yağın tərkibində E-vitamini daha çox olur. Bu vitaminə olan
gündəlik tələbat 25-30 mq-dır.
K-vitamini. Bu vitaminə başqa sözlə antihemorragin və ya
filloxinon da deyilir. Hal-hazırda bu vitaminin K
1
, K
2
, K
3
, K
4
,
K
5
, K
6
formaları aşkar olunmuşdur.
Đnsanların
qidasında
K-vitamini
çatışmadıqda
avitaminozun əmələ gəlməsi müşahidə olunmur. Ona görə ki,
canlı orqanizm K-vitaminini sintez etmək qabiliyyətinə
malikdir. Ancaq həddindən artıq antibiotiklər və sulfanilamid
preparatları qəbul etdildikdə K-vitamininin sintezi pozulur.
79
K
1
-vitamini ən çox bioloji aktivliyə malik olub, quruluşu
aşağıdakı kimidir:
O
C–CH
3
CH
3
CH
3
–CH
2
–CH=C=(CH
2
)
3
–CH–(CH
2
)
3
–
O
K
1
-vitamini
CH
3
CH
3
– CH –(CH
2
)
3
–CH–CH
3
Bu vitamin çatışmadıqda qanın laxtalanma qabiliyyəti
pozulur. Bədənin müxtəlif yerlərində qan sızmalar müşahidə
olunur, hətta qanazlığı baş verir.
K-vitamini bitkilərin yaşıl hissələrində çox olur.
Bitkilərdə oksidləşmə-reduksiya prosesində və fotosintetik-
fosforlaşmada iştirak edir. Meyvələrdə və üzümdə az miqdarda
olur. Bitki hüceyrəsində ən çox xloroplastlarda olur. Bitki
mənşəli yağların tərkibində də K-vitamininə çox rast gəlinir.
Gündəlik tələbat 1-15 mq-dır.
Dostları ilə paylaş: |