Ə.Ə.NƏBĐYEV, E.Ə.MOSLEMZADEH
QĐDA MƏHSULLARININ
BĐOKĐMYASI
BAKI “ELM”–2008
2
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
təsdiq edilmişdir.
Rəy verənlər:
Kənd təsərrüfat elmləri doktoru, professor
Nazim Məhəmməd oğlu Yusifov
Texnika elmləri namizədi, dosent
Faiq Yunis oğlu Məmmədov
Əhəd Əli oğlu Nəbiyev, Esmaeil Əsgər oğlu Moslemzadeh
Qida məhsullarının biokimyası.Dərslik, Bakı“Elm”,2008-444s.
Dərslikdə qida sənayesinin müxtəlif sahələrində yüksək
ixtisaslı kadrların hazırlanmasında biokimya elminin rolu öz əksini
tapmışdır. Kitabda bitki və heyvan mənşəli qida məhsullarının
keyfiyyətini yaxşılaşdırmaq, onların tərkibini təşkil edən maddələrin
kimyəvi təbiəti, xassələri və çevrilmələri barədə məlumat
verilmişdir. Đnsanların uzunömürlü və sağlam yaşamaları üçün
düzgün qidalanmanın mahiyyəti də qeyd edilmişdir. Bu məqsədlə
həzm prosesində karbohidratların (şəkərlərin), yağların (xolesterinin)
və qeyrilərinin insan orqanizminə təsiri bu kitabda geniş şərh
edilmişdir. Oxuculara təqdim edilən bu dərslik “Qida məhsullarının
texnologiyası” istiqaməti üzrə ali məktəb proqramına uyğun olaraq
tərtib olunmuşdur. Kitabdan uyğun ali məktəblərin bakalavr və
magistr tələbələri, həmçinin aspirantları, elmi işçiləri və digər oxucu
kütləsi də istifadə edə bilər.
“Elm” nəşriyyatı, 2008
3
ÖN SÖZ
Bu kitab ilk dəfə 1996-cı ildə Azərbaycan Respublikası-
nın Təhsil Nazirliyinin verdiyi qrifə (H-001244206996) əsasən
dərc olunmuşdur. Kitabın ikinci nəşrində qida sənayesinin mü-
asir problemlərinə və insan orqanizminə təsiri barədə müəyyən
əlavələr olunmuşdur. Bu nəşrdə bitki və heyvan mənşəli qida
məhsullarının haqqında məlumat və onların insan orqanizminə
təsiri, qidalanmada əhəmiyyəti şərh edilmişdir. Kitabda “Qida
məhsullarının texnologiyası” istiqaməti üzrə yüksək ixtisaslı,
nəzəri və praktik biliyə malik kadrların hazırlanması üçün bio-
kimya elminin rolu qeyd olunmuşdur. Kitabın giriş hissəsində
biokimya elmi barədə məlumat və onun qida sənayesi ilə əlaqə-
si, bu sahədə çalışan görkəmli alimlərin elmi-tədqiqat işlərin-
dən qısa məlumatlar verilmişdir. Qida sənayesində istehsal olu-
nan məhsulların biokimyəvi əsaslarını dərk etmədən yüksək
keyfiyyətli məhsul hazırlamağın mümkün olmadığı kitabda
qeyd olunmuşdur. Kitab altı fəsildən ibarətdir.
Birinci fəsildə statik biokimya haqqında və onun qida sə-
nayesi ilə əlaqəsi qeyd göstərilmişdir. Bu fəsildə qida məhsul-
larının tərkibini təşkil edən zülallar, nuklein turşuları, ferment-
lər, karbohidratlar, yağlar, üzvi turşular, fenol maddələri haq-
qında hərtərəfli məlumat verilmişdir. Bundan başqa onların qi-
dalanmada əhəmiyyəti də kitabda öz əksini tapmışdır. Kitabda
xolesterinin qidalanmada rolu, insan orqanizminə təsiri də ge-
niş şərh edilmişdir.
Đkinci fəsildə maddələr mübadiləsi haqqında məlumat ve-
rilmiş, fotosintez, qıcqırma poseslərinin biokimyası, zülalların,
yağların, karbohidratların və qeyrilərinin mübadilədə rolu və
biosintezi də qeyd olunmuşdur. Bu fəsildə mineral maddələrin
və suyun qidalanmada əhəmiyyəti də göstərilmişdir.
Üçüncü fəsildə qida məhsullarının əsas tərkib hissələri,
onların insan orqanizminə təsiri, həzmin biokimyası haqqında
məlumat verilmişdir.
4
Dördüncü fəsildə bitki mənşəli qida məhsulları haqqında
ümumi məlumat və onların qidalanmada əhəmiyyəti öz əksini
tapmışdır.
Beşinci fəsildə ayrı-ayrı bitki mənşəli qida məhsullarının
(üzüm, meyvə-tərəvəz məhsulları, dənli və subtropik bitkilər)
biokimyası haqqında qısa məlumatlar öz əksini tapmışdır.
Altıncı fəsildə isə heyvan mənşəli qida məhsulları və
onların insan orqanizminə təsiri şərh edilmişdir.
Yeddinci fəsildə ekoloji və patoloji biokimyanın insan
orqanizminə təsiri haqqında məlumat verilir.
Kitabda bitki və heyvan mənşəli qida məhsullarının emalı
və saxlanması zamanı baş verən biokimyəvi proseslərin mahiy-
yəti də təsvir olunmuşdur. Đnsanların uzunömürlü və sağlam
yaşaması üçün düzgün və rasional qidalanmanın elmi əsasları
kitabda öz əksini tapmışdır. Məlumdur ki, insanlarda əsasən üç
formada: mikrobioloji, normadan az və ya çox qidalandıqda
müxtəlif xəstəliklər əmələ gəlir. Bu xəstəliklərin qarşısının
alınmasında kitabçada düzgün qidalanmanın mahiyyəti qeyd
olunmuşdur. Daha sonra qeyd olunmuşdur ki, insanlar gün
ərzində
mütləq
bitki
mənşəli
qida
məhsulları
ilə
qidalanmalıdırlar. Bu əsas onunla əlaqədardır ki, insan
orqanizminə lazım olan üzvi və qeyri-üzvi maddələr və başqa
komponentlər yalnız bitkilərin tərkibində geniş yayılmışdır. Bu
barədə də kitabda müəyyən məlumatlar verilmişdir.
Kitabın tərtibatında bizə texniki cəhətdən köməklik gös-
tərən Əhmədova Mətanət Đsrail qızına öz minnətdarlığımızı
bildiririk.
Bu kitab qida məhsullarının biokimyasına aid Azərbay-
can dilində ilk kitab olduğuna görə sözsüz ki, bəzi nöqsanlar
olacaqdır. Bu nöqsanların gələcəkdə aradan qaldırılmasında
bizə kömək edən oxuculara əvvəlcədən səmimi təşəkkürümü
bildirirəm.
Müəlliflər
5
GĐRĐŞ
Biokimya və ya bioloji kimya bütün canlı orqanizmlərin
(bitki, insan, heyvan və mikroorqanizmlər) tərkibini təşkil edən
maddələrin, kimyəvi təbiətini, xassələrini və çevrilmələrini
öyrənən elmdir.
Canlı orqanizmlərin tərkibini təşkil edən maddələri,
kimyəvi təbiətini və xassələrini öyrənən hissəsinə statik
biokimya deyilir. Canlı orqanizmlərin tərkibini təşkil edən
maddələrin çevrilmələrini və ya maddələr mübadiləsini
öyrənən hissəsinə isə dinamik biokimya deyilir.
Statik və dinamik biokimya bir-biri ilə sıx qırılmaz
sürətdə əlaqədardır.
Çox qədim zamanlarda insanlara bəzi biokimyəvi
proseslər (çörəyin bişirilməsi, şərabın hazırlanması və s.)
məlum olmuşdur. Buna baxmayaraq, biokimyanın əsas inkişafı
XIX əsrin əvvəllərinə təsadüf olunur. 1814-cü ildə rus alimi
K.S.Kirxhoff buğda dənində nişastanı maltozaya qədər
parçalayan maddənin varlığını müəyyən etmiş və ona diastaza
(amilaza) adı vermişdir.
1866-cı ildə Lui Paster tərəfindən qıcqırma prosesinin el-
mi əsasları öyrənilmişdir. Bu prosesin mikroorqanizmlərin kö-
məyi ilə yox, onların əmələ gətirdiyi fermentlər tərəfindən apa-
rıldığı müəyyən olunmuşdur. 1888-ci ildə A.Y.Danilevski
zülalların əmələ gəlməsində peptid tipli rabitənin varlığını
sübut etmişdir. 1902-ci ildə E.Fişer zülal molekulunda
aminturşuların bir-biri ilə peptid tipli rabitə formasında
birləşməsini bir daha müəyyən etdi. Hətta E.Fişer və onun
əməkdaşları bir neçə peptid sintez etdilər. 1880-ci ildə
N.Đ.Lunin qida məhsullarının tərkibində zülallardan, yağlardan,
karbohidratlardan, mineral duzlardan və sudan başqa, həyat
üçün daha zəruri olan maddənin varlığını söyləmişdir. Bu
naməlum maddə sonralar vitamin adlandırılmışdır.
6
1911-ci ildə K.Funk düyü kəpəyindən müalicəvi təsirə
malik bir maddə aldı. Kimyəvi analiz sayəsində müəyyən
olunmuşdur ki, alınmış maddənin tərkibində amin qrupu
(-NH
2
) vardır. 1912-ci ildə K.Funk alınmış maddəyə vitamin
adı verməyi təklif etmişdir. 1903-cü ildə Neyberq ilk dəfə
“Biokimya” sözünü işlətmişdir. 1926-cı ildə Samner ilk dəfə
təmiz halda ureaza fermentini kristallik formada almış və
fermentlərin həqiqətən zülal təbiətli olduğunu bir daha sübut
etmişdir.
Biokimyanın inkişafında bir sıra alimlərin görkəmli
xidmətləri olmuşdur. Fotosintez prosesinin, xlorifilin fiziki və
kimyəvi
xassələrinin
öyrənilməsində
K.A.Timiryazevin
xidmətləri çox olmuşdur. T.Sossyur, J.Bussenqo və J.Libix
bitkilərin qidalanmasının biokimyəvi əsasları kimi maraqlı
elmi-tədqiqat işləri aparmışlar. M.S.Svet xromotoqrafiya
üsulunu işləyib hazırlamış, bitki karotinoidlərini və xlorofili
öyrənmişdir. A.N.Bax, V.Đ.Palladin, S.N.Kostıçev, L.A.Đvanov,
A.N.Lebedev tərəfindən tənəffüs və qıcqırma proseslərinin
kimyasının öyrənilməsi biokimya elminin inkişafında mühüm
rol oynamışdır. 1943-cü ildə F.Lipman yağların sintezində
koferment-A-nın rolunu, 1949-cu ildə A.Lenindcer oksidləş-
məklə-fosforlaşma prosesinin və canlı orqanizm üçün lazım
olan enerjinin mitoxondriyalarda sintez olunmasını öyrənmiş-
dir. 1953-cü ildə D.Uotson və F.Krik DNT-nin quruluşunu,
1963-cü ildə K.Nirenberq tərəfindən DNT-nin genetik kodu
müəyyənləşdirilmişdir. 1967-1987-ci illərdə biokimyaçı alim-
lər tərəfindən zülalların quruluşunun və onların təsir mexaniz-
minin müəyyən edilməsi biokimya elminin əsas nailiyyətlərin-
dən biri hesab olunur.
Akademik A.Đ.Oparinin dünyanın əmələ gəlməsinin
biokimyəvi əsaslarının öyrənilməsi bu elmin inkişafına təkan
vermişdir. Yuxarıda göstərilən alimlərin elmi-tədqiqat işləri
biokimyanın sürətlə inkişafında böyük əhəmiyyət kəsb
etmişdir.
7
Bioloji kimyanın inkişafı bir sıra elmlərlə də əlaqədar-
dır. Bu elmlərdən biri üzvi kimyadır. Biokimyanın bir hissəsi
olan statik biokimya canlıların üzvi kimyasıdır. Bütün canlıla-
rın əsasını üzvi birləşmələr təşkil edir. Üzvi kimya canlı orqa-
nizmlərdə olan üzvi maddələri də öyrənir.
Bundan başqa fiziologiya elmi də biokimya ilə əlaqəsi
olan elmlərdəndir. Fiziologiya canlı orqanizmlərdə törənən
həyati proseslərin qanunlarını, onların əsasında əmələ gələn
dəyişiklikləri öyrənir. Biokimya isə fizioloji proseslərin
kimyəvi əsaslarını da öyrənir.
Biokimyanın inkişafında fiziki və kolloid kimyanın da
böyük rolu vardır. Fiziki kimya kimyəvi proseslərin fiziki
qanunauyğunluqlarını öyrənir. Bitki və heyvan mənşəli qida
məhsullarında həmişə biokimyəvi proseslər baş verdiyi üçün
onların mahiyyətinin daha dərindən öyrənilməsində fiziki
kimyanın qanunlarından istifadə olunur. Kolloid kimya isə
kolloidlərin fiziki kimyası deməkdir. Kolloidlərdən zülallar,
fermentlər və sairləri bitkilərdə çox təsadüf olunur. Bitkilərdə
gedən metabolizm (maddələr mübadiləsi) prosesini dərindən
dərk etmək üçün kolloid kimyanı bilmək lazımdır. Bundan
başqa müasir cihazların köməyi ilə biokimyəvi analiz üsulları
fiziki və kolloid kimyanın qanunları əsasında düzəldilmişdir.
Biokimya elminin bitkiçilikdə və qida sənayesində böyük
praktiki əhəmiyyəti vardır. Bitki mənşəli məhsulların (taxıl,
çay, üzüm, meyvə-tərəvəz və s.) saxlanılması və emalı zamanı
mürəkkəb biokimyəvi proseslər törənir. Bu zaman qida
məhsulunun tərkibini təşkil edən zülalların, karbohidratların,
yağların, vitaminlərin və sair maddələrinin miqdarca dəyişməsi
və çevrilməsi prosesi gedir. Bu proseslərin müsbət həlli üçün
biokimya elminin böyük əhəmiyyəti vardır.
DNT-nin quruluşunun kəşf edilməsi mühəndis biokim-
yasının və ya XX əsrin 70-ci illərindən “Biotexnologiya” adı
ilə geniş səslənən elmin inkişafında mühüm rol oynamışdır.
Hal-hazırda biotexnologiya elmi əsasında maya hüceyrə-
8
lərindən, bakteriyalardan, heyvanlardan və bitkilərdən qida
sənayesində sənaye üsulu ilə geniş istifadə edilən göbələklər,
fermentlər, vitaminlər, antibiotiklər, hormon preparatları və
başqa maddələr sintez olunur. Bu preparatlar insanlarda baş
verən müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur.
“Biotexnologiya” termini son illər işlənməyinə baxmayaraq
biotexnoloji üsulların köməyi ilə insanlar çox qədim zaman-
larda qida məhsulları əldə edirdilər. Mikroorqanizmlərin sintez
etdikləri fermentlərin təsiri ilə gedən qıcqırma, biotexnoloji
prosesdir. Şərab, pivə, çörək, konserv və digər ərzaq məhsulları
biotexnoloji üsulların köməyi ilə istehsal olunur.
Son zamanlar biokimyanın sürətlə inkişafı yeni elm
sahələrinin – molekulyar biologiyanın, bioloji üzvi və bioloji
qeyri-üzvi kimyanın, fiziki biokimyanın, mühəndis və kimyəvi
enzimologiyanın
(fermentologiyanın),
biokibernetikanın,
molekulyar genetikanın, bioloji riyaziyyatın, bioenergetikanın
və başqa elmlərin yaranmasına səbəb olmuşdur.
Biokimya sahəsində XX əsrin ortalarından sonra olan
kəşflər bioloji informasiyaların həddindən çox inkişafına səbəb
olmuşdur. Bu baxımdan nuklein turşuları, zülallar, o cümlədən
insulinin kəşfi və başqa biopolimerlərin molekulyar səviyyədə
dəqiq öyrənilməsi, irsi əlamətlərin nəsildən nəsilə ötürülməsi
və kod probleminin həlli fermentlərin təsir mexanizminin daha
dərindən öyrənilməsi və s. kəşflər bütövlükdə biologiyanın, o
cümlədən
biokimyanın
sürətli
inkişafına
böyük
təsir
göstərmişdir. Bu kəşflər həm biokimya, həm də fəlsəfə üçün
çox mühümdür. Belə ki, zaman və məkan daxilində xüsusi
çəkisi olan insan özünü və onu əhatə edən canlı təbiəti daha
yaxından dərk etməyə başlayır. Bu baxımdan qidalanma
zamanı qidanın insan orqanizminə molekulyar səviyyədə
təsirini aydınlaşdırmaq mümkün olur.
Hal-hazırda həyati proseslərin nizamlı sistem kimi
öyrənilməsi müasir biokimyanın mühüm vəzifələrindən biridir.
9
Biokimyanın mühüm sahələrindən birisi də bitki
biokimyasıdır. Bitkilərin biokimyası başqa canlıların biokimya-
sından fərqlənir. Belə ki, bitkilər-bəsit maddələrdən, sudan və
karbon qazından istifadə etməklə mürəkkəb maddələr sintez
edirlər. Đnsan və heyvan orqanizmində isə mürəkkəb
maddələrdən sadə maddələr sintez edilir.
Đnsanların həyatı üçün vacib olan maddələr mübadiləsinin
dərindən öyrənilməsi onların daha uzunömürlü, sağlam
yaşaması üçün əsas şərtdir. Maddələr mübadiləsi prosesinin
mahiyyətinin daha yaxşı dərk edilməsində biokimya elminin
rolu böyükdür.
Hal-hazırda ölkəmizdə və dünyada qida məhsullarının
biokimyasının hərtərəfli öyrənilməsində bir çox Đnstitutlar və
Universitetlər fəaliyyət göstərir. Məsələn, Moskvada Elmlər
Akademiyasının
A.N.Bax
adına
Biokimya
Đnstitutu,
K.A.Timiryazev adına Bitki Fiziologiyası Đnstitutu, Zülallar
Đnstitutu, Tbilisidə Biokimya və Biotexnologiya Đnstitutu,
Bakıda AME Botanika və Fiziologiya Đnstitutları, Azərbaycan
Tibb Universiteti, Bakı Dövlət Universiteti, Gəncədə Azər-
baycan
Kənd
Təsərrüfatı
Akademiyası,
Azərbaycan
Texnologiya Universitetini və qeyrilərini göstərmək olar. Bu
Đnstitutlarda və qeyrilərində görkəmli alimlərdən A.N.Bax,
A.Đ.Oparin, V.L.Kretoviç, V.L.Metlitski, S.V.Durmişidze,
N.N.Nusubidze, O.Q.Xaçidze, Q.N.Pruidze, Q.B.Xəlilov,
N.M.Yusifov, R.Ə.Həsənov, A.Ə.Quliyev, H.K.Fətəliyev,
F.Y.Məmmədov, T.H.Həsənov və başqaları qida məhsullarının
biokimyasına dair bir sıra samballı elmi-tədqiqat işləri
aparmışlar. Biokimya elminin inkişafında elmi cəmiyyətlərin,
qurultayların, konfransların, dərc olunan monoqrafiyaların,
jurnalların və s. böyük əhəmiyyəti vardır.
Hazırda biokimya elminin sürətlə inkişafı tibb, kənd
təsərrüfatı, qida sənayesi və başqa elm sahələrinin inkişafında
mühüm rol oynayır.
10
BĐRĐNCĐ FƏSĐL – STATĐK BĐOKĐMYA
1. ZÜLALĐ MADDƏLƏRĐN KĐMYASI
1.1. Zülallar haqqında ümumi məlumat
Zülallar bütün canlı orqanizmlərin əsasını təşkil edən ən
mühüm üzvi birləşmələrdir. Onlar hüceyrə quruluşunun əsasını
təşkil etməklə yanaşı, həm də toxumalarda parçalanaraq
orqanizmin həyat fəaliyyəti üçün enerji vermək qabiliyyətinə
malikdirlər. Zülallar irsiyyətin keçməsində də mühüm rol
oynayırlar.
Zülallar insan orqanizmində mühüm funksiyaları yerinə
yetirir. Onların bəzi funksiyaları, bioloji dəyəri və təsir
mexanizmi barədə məlumatlar dərsliyin zülal və ferment
fəsillərində ayrı-ayrılıqda verilmişdir. Qeyd etmək lazımdır ki,
zülallar hüceyrələrin əsasını təşkil edir. O da məlumdur ki,
bütün canlılar hüceyrələrdən təşkil edilmişdir. Hüceyrə
məvhumunu ilk dəfə Robert Huk (1665) işlətmişdir.
Hüceyrənin quruluşu bir sıra mikroskopik cuhazların köməyi
ilə öyrənilir. Mikroskopik obyektlərin uzunluğu qəbul olunan
ölçü vahidləri ilə müəyyən edilir.
1 millimetr (mm)=1000 mikron (mk) və ya 1 mikrometr
(mkm)=1000 nanometr (nm);
1 nanometr (nm)=10 anqstrem (Å)
1 Å
1
1
1
10
10.000
10.000.000
nm
mk
mm
=
=
=
Bütün canlı orqanizmdə baş verən biokimyəvi proseslər
bioloji katalizatorlar olan fermentlərin iştirakı ilə gedir. Hal
hazıra qədər məlum olan fermentlərin zülal təbiətli olması tam
müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır ki, bəzi zülallar
hüceyrələrdə ehtiyat qida maddəsi kimi saxlanılır və lazım
11
gəldikdə qida maddəsi kimi orqanizmin həyat fəaliyyəti üçün
sərf olunur.
Qanın tənəffüs funksiyası, yəni oksigenin toxumalara
daşınması zülali maddə olan hemoqlobinin iştirakı ilə həyata
keçirilir. Orqanizm üçün vacib olan bioloji aktiv maddələrin
sintezi də zülallarla sıx əlaqədardır.
Zülalların biosintezi zamanı ayrılmış bəzi aromatik və
alifatik aminturşularından orqanizm vacib olan maddələr sintez
olunur. Đnsan orqanizmini xəstəlik törədici amillərdən
(bakteriyalardan, toksinlərdən, viruslardan və s.) mühafizə
olunmasında bəzi zülali maddələr iştirak edir. Hətta qanın
laxtalanma qabiliyyəti də zülali maddələrlə sıx əlaqədardır.
Zülali maddələrin nümayəndəsi olan fibrinogenin fibrinə
çevrilməsi zədələnmələr zamanı orqanizmi qan itirmədən
qoruyur.
Đnsan
orqanizmində
baş
verən
maddələr
mübadiləsinin
tənzimlənməsində
hormonların
da
rolu
böyükdür. Hormonların bəziləri zülal və peptid təbiətli
maddələrdir.
Qida məhsullarında dəyərli zülalların olması olduqca
vacibdir. Əks halda insanlarda müxtəlif formalı xəstəliklərin
əmələ gəlməsinə şərait yaranmış olur. Ona görə də insanlar gün
ərzində ekoloji cəhətdən təmiz, zülalla zəngin olan qida
məhsulları ilə qidalanmalıdırlar.
Qeyd olunduğu kimi, canlı orqanizmlərdə gedən
maddələr mübadiləsi prosesinin tənzimlənməsi zülallarla sıx
əlaqədardır. Orqanizmdə gedən bütün kimyəvi proseslərin
gedişində iştirak edən fermentlər zülali maddələrdir. Yuxarıda
qeyd olunanlardan məlum olur ki, qida məhsullarında zülalların
öyrənilməsinin böyük əhəmiyyəti vardır.
Bitki mənşəli qida məhsullarında zülallar karbohidratlara
nisbətən azlıq təşkil edirlər. Ancaq yağlı və paxlalı bitkilərin
toxumlarında zülallar çox olur. Məsələn: noxud və soyanın
toxumunda 15-40% zülali maddələr olur. Zülallar meyvə-
tərəvəzdə və üzümdə nisbətən az olur.
12
Zülallar haqqında ilk elmi məlumat Hollandiya alimi
Q.Mudler tərəfindən 1838-ci ildə verilmişdir. Bu alim
zülalların mühüm həyati əhəmiyyətə malik azotlu birləşmələr
olduğunu
müəyyən
etmişdir.
Zülallar
haqqında
elmi
dünyagörüşün çox məhdud olduğu bir vaxtda, F.Engels qeyd
etmişdir ki, “həyat, zülali maddələrin mövcud formasıdır”.
Harada zülal var, orada həyat var, harada zülal yoxdur, orada
həyat da yoxdur.
1888-ci ildə A.Y.Danilevski zülalların tərkibində
(-NH–CO-) peptid tipli rabitənin varlığını müəyyən etmişdir.
1902-ci ildə E.Fişer və onun əməkdaşları laboratoriyada ilk
peptid sintez etdilər. 1925-1930-cu illərdə Svedenberq
ultrasentrafuq üsulu ilə zülalların molekul çəkisini təyin
etmişdir.
1951-ci ildə Polinq və Kori zülalların ikinci quruluşunu
müəyyənləşdirib, α-spiral adlandırdılar. 1953-cü ildə Senger ilk
dəfə olaraq insulin zülalında aminturşuların hansı ardıcıllıqda
düzüldüyünü müəyyən etmişdir. 1956-cı ildə Mur və Steyn ilk
dəfə avtomatik aminturşu analizatoru yaratdılar.
Yuxarıda göstərilən alimlərin kəşfi zülallar haqqında
elmin inkişafına böyük təkan vermişdir. Zülallar əsasən beş
elementdən-karbon, hidrogen, oksigen, azot və kükürddən
təşkil olunur. Bəzi zülallarda az miqdarda fosfor da olur.
Zülalların tərkibində göstərilən elementlər aşağıdakı miqdarda
olur, faizlə:
Karbon 50-55
Hidrogen 6,5-7,5
Oksigen 21-23
Azot 16-18
Kükürd 0,2-2,5
Bu elementlər zülal molekullarını əmələ gətirən
aminturşuların tərkibində olur.
Dostları ilə paylaş: |