5.2.Meyvə-tərəvəz məhsullarının biokimyası
Meyvə-tərəvəz insanların qidalanmasında mühüm rol
oynayır. Onların tərkibində insan orqanizmi üçün asan
mənimsənilən şəkərlər, üzvi turşular vitaminlər və başqa
maddələr vardır. Meyvə-tərəvəz bitkilərinin tərkibində elə qida
maddələri vardır ki, onlar heyvan mənşəli məhsulların
tərkibində olmur. Məsələn, bütün vitaminlər bitki mənşəli
məhsulların tərkibində kifayət qədər olur. Ancaq heyvan
mənşəli qida məhsullarında vitaminlərin hamısı lazımi
miqdarda olmur. Ona görə də insan orqanizmi gün ərzində bitki
mənşəli qida məhsulları ilə, o cümlədən meyvə-tərəvəzlə təmin
olunması olduqca vacibdir. Əks halda insan orqanizmində
maddələr
mübadiləsi,
yəni
zülalların,
karbohidratların,
vitaminlərin və qeyrilərinin əmələ gəlməsi və parçalanması
(assimilyasiyası və dissimilyasiyası) prosesləri pozulur. Bu da
insan orqanizmində müxtəlif xəstəliklərin əmələ gəlməsinə
səbəb olur. Meyvələrin tərkibində şəkərlər daha çox olur.
Toxumlu meyvələrdə (alma, armud, heyva və s.) fruktoza,
çərdəkli meyvələrdə (ərik, gavalı, albalı) isə qlükoza çox olur.
Giləmeyvələrin tərkibində saxaroza miqdarca az olur.
Yetişmiş meyvələrə nisbətən yetişməmişlərdə nişasta çox olur.
340
Sellüloza ən az üzümdə 0,2%, itburnu meyvəsində 23%-ə
qədər olur. Bəzi meyvələrin və giləmeyvələrin əsas şəkərləri
aşağıdakı cədvəldə göstərilmişdir:
Cədvəl 9
Qlükoza
Fruktoza
Saxaroza
Meyvələr və
giləmeyvələr
yaş
çəkiyə görə
%-lə
Alma
Armud
Heyva
Ərik
Şaftalı
Gavalı
Albalı
Qarağat
Moruq
Çiyələk
Üzüm
2,5-5,5
1,0-3,0
2,0-2,5
0,1-3,4
4,2-6,0
1,5-4,1
3,8-5,3
3,3-3,8
2,0-3,0
1,8-3,2
9,0-12,0
6,5-11,0
6,0-10,0
6,0-6,5
0,1-3,0
4,0-4,4
1,0-3,0
3,0-4,0
4,0-4,8
2,0-8,0
1,6-2,2
9,0-14,0
1,5-5,3
0,5-2,5
0,5-1,5
2,8-10,4
5,0-7,2
4,0-9,0
0,2-0,8
0,2-0,3
0-0,2
0,1-0,2
0,2-1,5
Meyvələrin tərkibində uçucu olmayan üzvi turşulardan
alma, şərab, limon turşuları çox miqdarda olur. Alma turşusu
ən çox almanın (6 q%-ə qədər) şərab turşusu üzümün (4-9 q%)
limon turşusu (6-8%) limonun tərkibində çox olur. Meyvələr
və giləmeyvələr vitaminlərlə ən çox C vitamini ilə zəngin olur.
C vitamini və ya askorbin turşusu ən çox qarağatda (400
mq%-ə qədər), itburnu meyvəsində 1,0-4,4% olur.
Đnsanların vitaminlərə olan tələbatının ödənilməsində
meyvə-tərəvəz bitkilərinin mühüm əhəmiyyəti vardır. Demək
olar ki, meyvə tərəvəzlərin tərkibində bütün vitaminlər və ya
onların provitaminləri olur.
Meyvələr makro-mikroelementlərlə də zəngindir. Onların
tərkibində kalium, fosfor, kükürd, kalsium, natrium, dəmir, yod
və başqalarına da rast gəlinir. Alma, üzüm, heyva dəmirlə daha
zəngindir. Yod ən çox almada, bananda xüsusilə feyxuada (1,4-
341
3,9 mq/kq) daha çox olur. Tərəvəz bitkilərinə kələm, badımcan,
bibər, xiyar, pomidor və s. aiddir. Tərəvəz bitkilərinin əsas
tərkib hissəsini (85-95%) su, qalan hissəsini (5-15%) isə quru
maddələr (şəkərlər, zülallar, yağlar, vitaminlər və s.) təşkil edir.
Tərəvəzlərdən
kələmin,
bibərin,
pomidorun
tərkibində
monosaxaridlər çoxluq təşkil edirlər. Tərəvəzlərin tərkibində
nişasta, sellüloza, hemisellüloza, pektin maddələri və başqaları
vardır. Tərəvəz bitkiləri azotlu maddələrlə də zəngindir.
Tərəvəzlərdə zülallara, sərbəst aminturşularına, peptidlərə və
qeyrilərinə rast gəlinir. Tərəvəz bitkilərində olan zülallar
əvəzolunmayan aminturşuları ilə zənginliyi ilə fərqlənir.
Bundan başqa əvəzolunmayan aminturşular (valin, leysin,
izoleysin və s.) tərəvəzlərin tərkibində sərbəst halda olur. Bu da
onların bioloji dəyərini artırır. Tərəvəzlər üzvi turşularla daha
zəngin olurlar. Pomidorda alma və limon turşusu, kələmdə
alma, kəhraba, xiyarda alma, quzuqulaq, kəhraba turşuları
vardır.
Mineral maddələrin miqdarı tərəvəzlərdə 0,4-0,8%
arasında olur. Tərəvəz bitkilərinin tərkibində kalium, kalsium,
fosfor nisbətən çox, dəmir, xlor, kükürd isə nisbətən az
miqdarda olur. Tərəvəz bitkilərində vitaminlər daha çox
miqdarda olur. Onların tərkibində C vitamini çoxluq təşkil edir.
Şirin bibərdə 100-400 mq%, şüyüddə 50-200 mq%, pomidorda
20-50 mq% C vitamini olur. Bundan başqa tərəvəz bitkiləri
karotinoidlərlə (karotin, ksantofil, zeaskantin) efir yağları,
fenol maddələri ilə də zəngin olur.
Yuxarıda göstərilənlərdən aydın olur ki, meyvə-tərəvəz
bitkiləri üzvi və qeyri-üzvi maddələrlə zəngindir. Ona görə də
əhalini il ərzində meyvə-tərəvəz məhsulları ilə təmin etmək
vacib məsələdir.
Meyvə-tərəvəz bitkilərini bütün il ərzində itkisiz
saxlamaq
üçün
quruma,
dondurma,
konservləşdirmə,
soyuducuda uzun müddət saxlama və başqa üsullardan geniş
istifadə olunur. Meyvə-tərəvəz məhsullarını uzun müddət
342
saxlamaq üçün ən əlverişli üsul konservləşdirmə üsuludur. Bu
üsulla məhsulun tərkibindəki qida maddələrinin oksidləşməsi
sterilizə olunmaqla tamamilə dayandırılır.
Bu zaman meyvə-tərəvəz məhsullarında maddələr
mübadiləsi qida maddələrinin parçalanması prosesləri baş
vermir. Bu da o deməkdir ki, meyvə-tərəvəz bitkilərinin
tərkibində bütün fermentlər fəaliyyətini dayandırır.
Qeyd etmək lazımdır ki, dondurma, qurutma və
soyuducuda uzun müddət saxlanma üsulları zamanı qida
maddələrinin itkisi olur. Hətta meyvə-tərəvəz məhsullarını
uzun müddət aşağı tempetraturda saxladıqda, bitkinin tərkibin-
də maddələr mübadiləsi prosesi dayanmır (metobolizm), ancaq
ləngiyir. Bu zaman fermentlərin fəaliyyəti azalır, ancaq
ingibitirləşmir. Bu da bitkinin tərkibindəki qida maddələrinin
müəyyən qisminin parçalanmasına, yəni tənəffüs prosesinə sərf
olunmasına səbəb olur.
5.3.Dənli bitkilərin biokimyası
Dənli bitkilər (buğda, arpa, qarğıdalı, düyü və s.) yeyinti
məhsulu olub insan qidasının əsasını təşkil edir. Dənli
bitkilərdən çörək-qənnadı piyvə, spirt və s. sahələrdə geniş
istifadə olunur. Hazır məhsulun da keyfiyyətli olması üçün
dənli bitkilərin tərkibini təşkil edən maddələri, onların emalı
zamanı baş verən dəyişiklikləri və çevrilmələri bilmək
lazımdır. Dənli bitkilərin dənində zülal və nişasta başqa
maddələrə nisbətən çoxluq təşkil edirlər. Onların tərkibində
qida maddələrinin çox və ya az olması torpaq-iqlim
şəraitindən, bitkinin növündən və s. çox asılıdır. Buğda
dənində düyüyə nisbətən (və qarğıdalıya) zülalın miqdarı çox
olur. Buğda dənində 16%, qarğıdalıda 10%, düyüdə isə 7%
olur. Dənli bitkilərin dənində ən çox sadə zülallar (albuminlər,
qlobulinlər, prolaminlər və qlütelinlər) olur. Buğda dənində
olan zülalın 4-7%-ni albumin zülallarının nümayəndəsi olan
343
leykozin təşkil edir. Buğdada qlobulinlər çoxluq (20%) təşkil
edir. Qarğıdalı dənindəki zülalların 23%-ni qlobulinlər təşkil
edir. Prolamin - qliadin zülalı buğdada olan ümumi zülalın
20-40%-ni təşkil edir. Dənli bitkilərdə qlütelinlər də çox olur.
Qlütelinlər buğda zülalının 27%-ni təşkil edir. Qarğıdalıda ən
çox prolaminlərdən zein zülalı olur. Qarğıdalıda olan zülalın
50%-ni zein təşkil edir.
Dənli bitkilərin zülallarında əvəzolunmayan aminturşuları
az miqdarda olur. Qarğıdalıda olan zein zülalının tərkibində
lizin olmur, triptofan isə az miqdarda 0,1% olur. Buğdada olan
əsas zülallardan biri də kleykovinadır. Onun tərkibində də
əvəzolunmayan aminturşularının hamısı lazımi miqdarda
olmur. Buğda dənində kleykovinanın miqdarı 16-52% olur.
Bunun ümumi miqdarının 88%-ni zülallar təşkil edir. Çörəyin
keyfiyyəti kleykovinanın keyfiyyətindən çox asılıdır. Onun
tərkibində zülaldan başqa 2,1% yağlar, 6,5% nişasta, 1,2%
monosaxaridlər, 0,9% mineral maddələr və s. vardır.
Dənli bitkilərdə zülallarla yanaşı, başqa azotlu maddələr
də olur. Bunlara misal olaraq sərbəst aminturşularını, onların
amidlərini göstərmək olar. Bundan başqa dənli bitkilərin
dənində nuklein turşuları, peptidlər və s. olur.
Dənli bitkilərin dənində karbohidratlar başqa üzvi
maddələrə nisbətən daha çox olur. Dənlərdə 80%-ə qədər
nişasta olur. Onların tərkibində başqa polisaxaridlərdən
sellüloza, hemisellüloza, pentozanlar, inulin, pektin maddələri,
sadə şəkərlərdən qlükoza, fruktoza, pentozalar və s. olur.
Dənli bitkilərin dənində nişasta sortdan, becərilmə
şəraitindən asılı olaraq dəyişir. Məsələn, buğdada 50-75%,
düyüdə 48-68%, arpada 45-70% nişasta olur. Nişastanın
keyfiyyəti onun tərkibindəki amiloza və amilopektinin
miqdarından, onların qurluşundan, xassələrindən asılıdır. Dənli
bitkilərin dənində doymamış yağ turşuları, doymuş yağ
turşularına nisbətən çox olur. Onların tərkibində linol və olein
turşuları çoxluq təşkil edir. Onların miqdarı ümumi yağ
344
turşularının 70-85%-ni təşkil edir. Dənli bitkilərdə yağa bənzər
maddələrdən fosfatidlər də olur. Dənli bitkilərin dənində
mineral maddələr də geniş yayılmışdır. Buğdada, qarğıdalıda,
arpada mineral maddələrin 70-80%-ni fosfor və kalium təşkil
edir. Onların tərkibində mikroelementlərdən manqana, misə,
sinkə, yoda, kobalta və s. rast gəlinir. Dənli bitkilər
vitaminlərlə də zəngin olur. Bunların dənində B qrup
vitaminləri, xüsusilə, B
1
və B
2
vitaminləri çox olur. Bundan
başqa dənin tərkibində piridoksin-0,5 mq%, nikotin turşusu
1,5-9,4 mq% və s. olur.
Yuxarıda göstərinlərdən aydın olur ki, dənli bitkilərin
dəni qida maddələri ilə zəngindir. Dənlərin (buğda, arpa, düyü,
qarğıdalı və s.) uzun müddət itkisiz saxlanmasında və emalında
baş verən dəyişiklikləri yaxşı dərk etmək üçün onların kimyəvi
tərkibini bilmək lazımdır.
5.4.Subtropik və tropik bitkilərin biokimyası
Subtropik bitkilər (çay, limon, mandarin, apelsin, əncir,
feyxoa, nar və s.) qiymətli qida məhsulları hesab olunur. Onlar
insan qidasının əsasını təşkil etməklə yanaşı, maddələr
mübadiləsi prosesində iştirak edirlər. Subtropik bitkilərin
nümayəndəsi olan çay bitkisi dünya xalqları arasında çox geniş
yayılmışdır. Çayın tərkibində 300-dən artıq müxtəlif üzvi və
qeyri-üzvi maddələr vardır. Qurudulmuş çayın tərkibində 3-7%
su, 93-97% quru maddə olur. Quru maddənin 31-46%-ni
ekstraktiv maddələr təşkil edir. Ekstraktiv maddələrin tərki-
bində fenol maddələri 12-20%, askorbin turşusu 0,2-0,3%, üzvi
turşular 0,8-1%, aminturşuları 2%, pektin maddələri 2-3%,
monosaxaridlər 3-5%, mineral maddələr 3-4%, başqa azotlu
maddələr 3-8% və qeyriləri olur. Çayın faydalı hissəsi onu
dəmlədikdə alınan ekstrakt sayılır. Dəmlənmiş çayda
ekstraktivli maddələrin çox olması onun keyfiyyətinə yaxşı
təsir göstərir. Demək olar ki, çayın keyfiyyəti onun
345
tərkibindəki fenol maddələrindən, onların çevrilməsi nəticə-
sində əmələ gələn yeni maddələrdən asılıdır. Çayın tərkibində
fenol maddələrinə nisbətən katexinlər daha çoxluq təşkil
edirlər.
A.L.Kursanov və M.N.Zaprometov müəyyən etmişlər ki,
quru çayın tərkibində katexinlərdən: (±) katexin-0,4%, (-)
epikatexin-1,3%, (±) hallokatexin-2,0%, (-) epihallokatexin-
12,0%, epikatexinhallat-13,1%, kversitrin-0,27% və qeyriləri
vardır.
Çayın
tərkibində
flavanoidlərdən,
antosianlar,
leykoantosianlar və s. də geniş yayılmışdır.
Çay
bitkisinin
biokimyasının
öyrənilməsində
Durmişidzenin, Bakuçavanın, Pruidzenin, Bağırovun və
başqalarının böyük xidmətləri olmuşdur. Çay yarpağının
tərkibində çoxlu sayda fermentlərin varlığı aşkar olunmuşdur.
Çayın tərkibində hidrolaza qrup fermentlərdən amilaza,
invertaza, α-qlükozidaza, proteazalar və s. vardır. Oksidoreduk-
tazalardan çayda peroksidaza, polifenoloksidaza, askorbatok-
sidaza, katalaza və s. vardır.
Fermentlər çay istehsalı zamanı onun dadının, ətrinin
əmələ gəlməsində iştirak edirlər. Çayın kimyəvi tərkibinin
zənginliyi onun fizioloji cəhətdən dəyərli olmasını göstərir.
Çayın tərkibində olan kofein insan orqanizminə yaxşı təsir
göstərir. Yaxşı dəmlənmiş keyfiyyətli çay orqanizmin bütün
fizioloji proseslərinə müsbət təsir göstərir. Çay nəinki
susuzluğun qarşısını alır, həm də orqanizmi gumrah saxlayır,
onun iş qabiliyyətini artırır. Çay insanın sinir sisteminə bərpa
edici təsir göstərir. Çay ürək-qan-damar, baş ağrılarının
dayanmasına, yorğunluğun aradan götürülməsinə, qidanın
həzminə, qan təzyiqinin normaya salınmasına və başqa
faktorlara müsbət təsir göstərir.
Limon. Limon bitkisinin meyvəsində turşuluq yüksək
(3,6-6,8%), şəkərlilik isə (0,8-3,05%) az miqdarda olur. Onun
tərkibində təxminən 1%-ə yaxın saxaroza olur. Monosaxarid-
lərdən limon meyvəsinin tərkibində qlükozaya və fruktozaya
346
rast gəlinir. Limonun tərkibində olan şəkərlər professor
L.V.Metlitski tərəfindən yaxşı öyrənilmişdir.
Cədvəl 10
Limon meyvəsində şəkərlərin miqdarca dəyişməsi
(yaş çəkiyə görə %-lə)
Lətində
Qabıqda
fruktoza
qlükoza
saxaroza
ümumi
şəkər
fruktoza
qlükoza
saxaroza
ümumi
şəkər
0,52
0,63
0,89
2,04
0,75
3,83
1,90
6,48
Cədvəldən göründüyü kimi, limonun qabığında lətli
hissəyə nisbətən 3 dəfə çox şəkərlər olur. Limonun tərkibində
polisaxaridlərdən sellüloza və hemisellülozaya rast gəlinir.
Limonun qabığında 4,4%, lətində isə 0,52% sellüloza olur.
Limonun meyvəsi yetişdikcə, onun tərkibində monosaxaridlər
demək olar ki, dəyişmir, turşuluq isə get-gedə azalır. Üzvi
turşulardan limonun tərkibində limon turşusu daha çox olur.
Limonun şirəsində 5,25-5,88%, qabığında isə 0,24-0,32%
limon turşusu olur. Limonun bitkisinin meyvəsi vitaminlərlə
daha zəngin olur. Hətta XVIII-əsrdə sinqa xəstəliyini müalicə
etmək üçün limon şirəsindən geniş istifadə olunmuşdur.
L.V.Metlitski müəyyən etmişdir ki, limonun şirəsində 55
mq%, qabığında isə 140 mq%-ə qədər C vitamini olur. Limon
meyvəsi yetişdikcə onun şirəsində və qabığında C vitamini
miqdarca azalır.
Limon meyvəsinin yetişmə müddəti ötdükdə onun
yumşalması müşahidə olunur. Yumşalmış limonun tərkibində
qida maddələrinin parçalanması və ya oksidləşməsi prosesi baş
verir. Bu hal limonun keyfiyyətinə mənfi təsir göstərir.
Ona görə də insanlara bir qida məhsulu kimi tam yetişmiş
limondan istifadə etmək tövsiyyə olunur. Tam yetişmiş
limonun qidalılıq dəyəri yüksək olur. Limon keyfiyyətli qida
məhsulu olmaqla insanların üzvi turşulara, C vitamininə və
347
başqa maddələrə olan ehtiyacını ödəməklə yanaşı, həm də
qanın şəffaflaşmasına və durulaşmasına şərait yaradır.
Cədvəl 11
Limonun yetişmə dərəcəsindən asılı olaraq C vitamininin
miqdarca dəyişməsi (mq%-lə)
Meyvəsi
Şirəsində
Qabığında
Yaşıl limon
Açıq-yaşıl limon
Yetişmiş limon
59
47
47
146
108
100
Qeyd etmək lazımdır ki, limonun tərkibində C
vitaminindən başqa B
1
, B
2
, PP, karotin, fol turşusu və başqa
vitaminlər də olur.
Cədvəl 12
Limon meyvəsinin tərkibində aşağıdakı vitaminlər
miqdarca göstərilmişdir (mq%-lə)
Vitaminlər
Limonun hissələri
karotin
B
1
B
2
PP
Qabıqda
Şirədə
Meyvədə
0,03
az miq-da
0,01
0,05
0,07
0,06
0,02
0,05
0,04
1,27
0,34
0,76
Tədqiqat nəticəsində aydın olmuşdur ki, limon meyvəsi
yetişdikcə karotinlər, B
1
vitamini miqdarca artır, fol turşusu isə
azalmağa başlayır.
Limon bitkisinin meyvəsi zülalların tərkibində olan
aminturşuları ilə də zəngindir. A.T.Marx müəyyən etmişdir ki,
limonun tərkibində əvəzolunmayan aminturşulardan lizin,
treonin, fenilalanin, valin və leysin də olur. Bu da onun bir
daha keyfiyyətli qida məhsulu olmasını göstərir.
348
Limon meyvəsi efir yağları ilə də zəngindir. Qaz-
xromotoqrafiya üsulunun köməyi ilə limonun tərkibində 60-
dan artıq efir yağı müəyyən olmuşdur. Limonun tərkibində efir
yağlarından α-pinenə, mirsenə, limonenə, heksanola, nonalola,
oktalasetata, dekanola, sitronellola və qeyrilərinə rast gəlinir.
Limondan alınmış efir yağlarından Fransada, Amerikada,
Đtaliyada, Đspaniyada və başqa ölkələrdə parfümeriya
sənayesində geniş istifadə olunur.
Müəyyən olunmuşdur ki, limon bitkisinin meyvəsini uzun
müddət soyuducuda saxladıqda, başqa meyvələrə nisbətən
(alma, armud, üzüm, gavalı və s.) onun tərkibində olan qida
maddələrinin (vitaminlərin, üzvi turşuların, şəkərlərin və s.)
parçalanması çox zəif gedir. Bu onunla izah olunur ki, üzvi
turşularla zəngin olan meyvələrdə, o cümlədən limonda
oksidləşdirici
və
başqa
fermentlər
(askorbatoksidaza,
peroksidaza, polifenoloksidaza və qeyriləri) aşağı temperaturda
(0+2
0
C) fəallığını bərpa edə bilmirlər, əksinə olaraq aktivliyini
azaldırlar.
Daha sonra müəyyən olmuşdur ki, limon turşusu bəzi
oksidoreduktaza fermentlərinin ingibitorudur. Yəni limon
turşusu çox olan meyvələrdə bəzi fermentlər fəaliyyətini
azaldır və ya tamamilə dayandırırlar. Bu da meyvələrin
tərkibində olan qida maddələrinin parçalanmasının qarşısını
alır. Belə meyvələri, o cümlədən limonu uzun müddət
saxladıqda öz ilkin keyfiyyətini, qidalılıq dəyərini itirmir
(Ə.Ə.Nəbiyev, 1993).
Beləliklə, aydın olur ki, limon bitkisinin meyvəsi
keyfiyyətli qida məhsuludur. Limondan limon turşusu
alınmasında, qida sənayesinin çox sahələrində (qənnadı,
konserv və s.) geniş istifadə olunur. Limon insan orqanizmində
baş
verən
maddələr
mübadiləsinin
tənzimlənməsində,
susuzluğun aradan götürülməsində, vitamin çatışmamazlığının
bərpasında, iştah əmələ gəlməsində mühüm rol oynayır.
349
Feyxoa. Feyxoa subtropik bitkilərə aid olub, qiymətli
qida məhsuludur. Feyxoa bitkisinin meyvəsində başqa
şəkərlərə nisbətən saxaroza çox olur. Bu meyvə alma və
armuda nisbətən C vitamini ilə daha zəngin (23-44 mq%) olur.
Yetişmiş feyxoa meyvəsinin tərkibində 1,24-3% pektin
maddələri, 6-8% sellüloza, 0,83% zülali maddələr olur.
A.Ə.Quliyev müəyyən etmişdir ki, feyxoa meyvəsinin
tərkibində aminturşularda asparagin, qlütamin, arginin, alanin,
tirozin çox miqdarda, başqaları isə nisbətən az olur. Feyxoanı
uzun müddət saxladıqda onun tərkibindəki aminturşuları
miqdarca çoxalırlar. Başqa meyvələrə nisbətən feyxoa yodla
daha zəngin olur. Feyxoa meyvəsində 28,6-40,6 mkq%,
heyvada 2,13-2,29 mkq%, almada 0,54-1,67 mkq% yod olur.
Bundan başqa feyxoa meyvəsində başqa makro və
mikroelementlər də vardır. Onun tərkibi yodla daha zəngindir.
Feyxoa meyvəsi insan orqanizmindən zəhərli və ziyanverici
maddələrin kənarlaşmasında mühüm rol oynayır. Hətta
orqanizmdə
bəzi
xəstəliktörədici
mikroorqanizmlərin
fəaliyyətini dayandırır. Ona görə də feyxoa insan orqanizmi
üçün keyfiyyətli qida məhsulu sayılır.
Feyxoa bitkisinin meyvəsi fenol maddələri, efir yağları və
s. maddələrlə daha zəngindir. Ona görə də feyxoa meyvəsi
qiymətli qida məhsulu sayılır. Feyxoa meyvəsinin qabığı qalın
olduğuna görə onu uzun müddət saxlamaq mümkündür. Ondan
mürəbbə, kompot, cem və s. məhsullar hazırlamaq olar. Feyxoa
meyvəsindən bütün il ərzində qida məhsulu kimi istifadə etmək
daha məqsədəuyğundur.
Xurma. Xurma meyvəsinin qidalılıq dəyəri əsasən onun
tərkibində olan şəkərlərlə xarakterizə olunur. Xurmanın
tərkibində 12-18%-ə qədər şəkər olur. Şəkərin çox olması
torpaq iqlim şəraitindən, onun yetişmə dərəcəsindən və başqa
faktorlardan asılıdır. Xurma yetişdikdə onun tərkibində
şəkərlərin miqdarı artır. Əvvəllər elə güman olunurdu ki,
xurmanın tərkibində şəkərlərdən yalnız qlükoza və fruktoza
350
olur. A.N.Nijaradze müəyyən etmişdir ki, xurmanın tərkibində
az miqdarda saxarozaya rast gəlinir.
Polisaxaridlərdən xurmanın tərkibində pektin maddələri
də olur. Pektin maddələrindən xurma meyvəsində 0,2-0,69%
pektin, 0,26-1,75% isə protopektin olur. Onun tərkibində 0,70-
1,2%-ə qədər sellülozaya da rast gəlinir.
Xurma meyvəsinin tərkibində başqa meyvələrə nisbətən
turşuluq az miqdarda (0,05-0,2%) olur. Xurmanın tərkibində
əsasən alma turşusu olur. Xurma meyvəsi vitaminlərlə daha
çox zəngindir. Onun tərkibində sortdan asılı olaraq 15-58 mq%
C vitamini olur. Xurma yetişdikcə onun tərkibində C vitamini
miqdarca çoxalır. Yetişmə müddəti ötmüş xurmada C vitamini-
nin miqdarca azalması müşahidə olunur.
T.A.Kezeli tərəfindən müəyyən olunmuşdur ki, xurma
meyvəsinin tərkibində C vitaminindən başqa, B
1
, B
2
və
karotinoidlərə də rast gəlinir. Bu da xurmanın keyfiyyətli qida
məhsulu olduğunu göstərir. Xurma fenol maddələri ilə, o
cümlədən aşı maddələrlə daha zəngin olur. Yetişməmiş
xurmanın tərkibində 25,5%-ə qədər aşı maddələri, yəni taninlər
olur. Meyvə yetişdikcə onun tərkibində olan aşı maddələri
miqdarca
azalmağa
başlayır.
Nəticədə
xurmada
olan
büzüşdürücülük
xüsusiyyəti
get-gedə
azalır.
Müəyyən
olunmuşdur ki, xurmanı müxtəlif texnoloji proseslərin köməyi
ilə qurutduqda onun tərkibində büzüşdürücülük tamı və
xüsusiyyəti olmur.
Qeyd etmək lazımdır ki, xurmanın tərkibində olan fenol
maddələri
yaxşı
öyrənilməmişdir.
Fenol
maddələrinin
nümayəndəsi
olan
flavanoidlərdən,
antosianlar
xurma
meyvəsində
nisbətən
yaxşı
öyrənilmişdir.
Müəyyən
olunmuşdur ki, xurmada antosianların nümayəndəsindən
delfinidinə və sianidinə də təsadüf olunur.
Azərbaycanda hər il 100-150 min tondan artıq xurma
meyvəsi istehsal olunur. Ancaq bu qədər məhsul əhali
tərəfindən yalnız təzə halda, mövsüm xarakterli istifadə
351
olunmur. Hal-hazırda respublikamızda xurma meyvəsindən
demək olar ki, sənaye üsulu ilə heç bir qida məhsulu istehsal
olunmur. Xurma meyvəsinin tərkibində yüksək şəkər olmasına
görə ondan müxtəlif çeşiddə (spirt, bəhməz, müxtəlif şirələr və
s.) qida məhsulları istehsal etmək mümkündür.
Bu onunla izah olunur ki, xurma tam yetişmədikdə
yüksək büzüşdürücülük qabiliyyətinə malik olduğuna görə
insanlar tərəfindən qida məhsulu kimi istifadə olunmur. Yalnız
xurma tam yetişdikdə qida məhsulu kimi geniş istifadə olunur.
Xurma meyvəsi tam yetişən kimi tez yumşalır, tez də xarab
olaraq, əmtəəlik dəyərini itirir. Xurma meyvəsinin zay
olmasının qarşısını almaq üçün tam yetişməmiş halda ondan
kompot, mürəbbə, cem, təzə halda qurutma və s. məhsullar
hazırlamaq mümkündür. Belə məhsullarda istinin təsirindən
büzüşdürücülük tamı itir.
Qeyd etmək lazımdır ki, xurma yetişdikdə onun
tərkibində şəkərlilik 20%-dən çox ola bilər. Onun bu
xüsusiyyətindən istifadə edib, şərab zavodlarında xurmadan
spirt istehsal etmək mümkündür. Bu da Respublikamızın
iqtisadiyyatına böyük kömək etməklə, həm də yeni iş yerlərinin
olmasına səbəb olar. Məlumdur ki, dekabr-yanvar aylarında
ilkin şərab zavodlarında işin ahəngi azalır. Respublikamızın
ilkin şərab zavodlarında xurmadan spirt çəkmək üçün hər cür
imkan və şərait vardır.
Əncir. Əncir meyvəsinin əsas tərkib hissəsini şəkərlər
təşkil edir. Onun tərkibində 13-20% şəkərlilik olur. Əncirin
tərkibindəki şəkər əsasən qlükoza və fruktozadan təşkil
olunmuşdur. Əncirin tərkibində 1,3% sellüloza, 0,83%
pentozanlar, 0,7-2,5% azotlu maddələr, 0,44-1,10% mineral
maddələr və qeyriləri olur. Əncirin tərkibində ümumi turşuluq
az miqdarda olur. Onun tərkibində əsasən limon və alma, az
miqdarda isə şərab, sirkə və qeyri turşular olur. Yetişmiş əncir
meyvəsinin tərkibində 0,32-1,33%-ə qədər etil spirti də olur.
Əncirin tərkibində vitaminlər çox olmur. Onun tərkibində 1,70-
352
2,80 mq% C vitamini olur. Bundan başqa əncirin tərkibində B
1
,
B
2
və başqa vitaminlərə də təsadüf olunur.
Əncir meyvəsinin tərkibində fermentlərə də təsadüf
olunur. Onun tərkibində proteolitik fermentlər (proteinaz) daha
çox olur. Məlumdur ki, proteolitik fermentlərdən ət və ət
məhsulları istehsalında geniş istifadə olunur. Bu məqsədlə
əncir şirəsindən fisin adlanan (fisin latınca əncir deməkdir)
ferment preparatı alınır ki, bu da ətin keyfiyyətinin
yaxşılaşmasında, ətin yumşalmasında geniş tətbiq olunur.
Əncir meyvəsi təzə halda əhali arasında geniş istifadə
olunur. Ənciri uzun müddət saxlamaq çox çətindir. Əncir
+2-2
0
C temperaturda 5-8 gündən artıq qaldıqda, onun
tərkibində kif göbələkləri və get-gedə çürümə müşahidə olunur.
Ənciri yalnız -23
0
C temperaturda 60 gün müddətində
keyfiyyətli saxlamaq mümkündür. Əncir meyvəsi ilə əhalini il
boyu təmin etmək üçün qurutma və konservləşdirmə ən
əlverişli üsullardır. Əncirdən mürəbbə, cem, püre və başqa
məhsullar istehsal olunur.
Nar. Narın meyvəsi üç hissədən: qabıqdan, toxumdan,
şirədən ibarətdir. Onun tərkibində 27,9-51,8% qabıq, 7,8-
22,1% toxum, 38,5-55,4% isə şirə çıxımı olur. Ümumiyyətcə,
nardan şirə çıxımı 36,6% hesab olunur. Nar meyvəsinin
kimyəvi tərkibi torpaq-iqlim şəraitindən, onun sortundan,
yetişmə dərəcəsindən çox asılıdır.
Nar şirəsinin 12-14%-ni quru maddə təşkil edir. Narın
quru maddəsinin tərkibində şəkərlər, üzvi turşular, fenol
maddələri, o cümlədən flavanoidlərin nümayənəsi olan
antosianlar çoxluq təşkil edir.
Nar şirəsinin əsas şəkərləri qlükoza və fruktozadan
ibarətdir. Nar şirəsində saxaroza az miqdarda (0,18-0,31%)
olur. Bəzi nar şirəsində isə saxaroza demək olar ki, heç olmur.
Nar şirəsinin keyfiyyəti ən çox onun turşuluğu ilə xarakterizə
olunur. Nar şirəsinin kimyəvi tərkibi professor A.S.Qaraşarlı
tərəfindən daha geniş öyrənilmişdir.
353
A.S.Qaraşarlının tədqiqatlarından müəyyən olunmuşdur
ki, Gülöyşə nar sortunun tərkibində 1,72-2,60% ümumi
turşuluq olur. Yabanı narın tərkibində isə 5-9% turşuluq olur.
Nar şirəsinin tərkibində ən çox uçucu olmayan alifatik limon
turşusuna rast gəlinir. Ona görə də yabanı nar şirəsindən limon
turşusu almaq mümkündür. Məlumdur ki, limon turşusundan
alkoqolsuz içkilərin istehsalında, qənnadı sənayesində və s.
qida məhsullarının hazırlanmasında geniş istifadə olunur.
Bundan başqa narın tərkibində quzuqulaq, kəhrəba, alma, şərab
turşusuna da rast gəlinir.
Nar şirəsi aşı və rəng maddələri ilə daha zəngin olur.
Azərbaycanda yetişən Gülöyşə sortundan alınmış şirənin
tərkibində 0,82-0,96% aşı və rəng maddələri olur. Qeyd etmək
lazımdır ki, aşı maddələri narın qabığında, rəng maddələri
(antosianlar) isə onun şirəsində çoxluq təşkil edirlər. Narın
qabığında 6,2-8,71%-ə qədər aşı maddələri olur. Yabanı narın
qabığında isə 35%-ə qədər aşı maddələri olur. Ona görə də
narın qabığından əla keyfiyyətli dəri aşılanmasında geniş
istifadə olunur. A.S.Qaraşarlının məlumatına görə nar şirəsində
50,2% antosianlar olur. Nar şirəsində antosianların miqdarı
torpaq-iqlim şəraitindən, onun sortundan və başqa faktorlardan
asılıdır.
Nar şirəsinin tərkibində antosianlardan başqa flavanoid-
lərdən-leykoantosianlara, katexinlərə də təsadüf olunur. Nar
şirəsi vitaminlərlə də zəngindir. Onun tərkibində 7,4-8,7mq%-ə
qədər C vitamini, 0,36 mq%-ə qədər B
1
və 0,27 mq%-ə qədər
B
2
vitaminləri də olur.
Pektin maddələri nar şirəsinin tərkibində çox az miqdarda
olur. Ancaq narın qabıq hissəsində pektin maddələri çox
miqdarda (4,0-5,0%-ə qədər) olur. Ona görə də narın
qabığından pektin istehsal etmək respublikamız üçün olduqca
vacibdir. Narın qabıq hissəsində pektin maddələri ilə yanaşı,
sellülozaya, hemisellülozaya, mineral maddələrə və qeyrilərinə
də rast gəlinir. Nar toxumunun quru maddəsinin 7,0%-ni
354
yağlar, 12,6%-ni nişasta, 22,4%-ni sellüloza, 3,4%-ni azotlu
maddələr, 1,5%-ni isə kül elementləri təşkil edir. A.S.Qaraşarlı
narın toxumunu dietil efirində ekstraksiya edərək, ondan yağ
almışdır. Sonra alınmış yağın tərkibini qaz-xromotoqrafiya-
sının köməyi ilə müəyyən etmişdir ki, onun tərkibi əsasən
doymamış yağ turşuları (olein, linol, linolen, palimetin) ilə
daha zəngindir.
Nar toxumundan alınmış yağın 67%-i doymamış yağ
turşularından ibarətdir. Doymamış yağ turşularının da 40%-ni
linolen turşusu təşkil edir. Bu turşu bioloji aktiv maddə olub,
insan orqanizmi tərəfindən sintez olunmur. Ona görə də bu
turşu əvəzolunmayan yağ turşusu adlanır. Đnsan orqanizmində
yağ mübadiləsinin tənzimlənməsi üçün linolen turşusu böyük
əhəmiyyət kəsb edir. Linolen turşusuna olan tələbat yalnız qida
məhsulları hesabına ödənilir. Ona görə də düzgün qidalanma
insanın ömrünü uzadır, iş fəaliyyətini artırır, onu həmişə
sağlam və gumrah saxlayır. Nar yağının tərkibi E vitamini ilə
də zəngindir. Onun tərkibində 272 mq%-ə qədər E vitamini və
ya tokoferol olur.
Beləliklə, aydın olur ki, nar toxumu da qiymətli qida
məhsuludur. Bu qiymətli qida məhsulu ilə əhalini bütün il
ərzində təmin etmək qida sənayesində çalışan mütəxəssislərin
əsas borcudur.
Nar meyvəsinin bir qismi əhali tərəfindən təzə halda
istifadə olunur. Narın meyvəsinin müəyyən hissəsi də emal
olunaraq, müxtəlif məhsullar üçün istehsal olunur. Nardan-nar
şirəsi, narşərab, nar dənələrindən kompot və s. istehsal olunur.
Bundan başqa nar şirəsini, alma şirəsi ilə kupaj edərək, yeni
alma-nar şirəsi alınır.
Yuxarıda göründüyü kimi, narın meyvəsi insan
orqanizminin normal inkişafı üçün çoxlu qida maddələri ilə
zəngindir. Ona görə də əhalini il ərzində nar və ondan alınan
məhsullarla təmin etmək vacib məsələlərdəndir.
|