7.2.2.Ürəyin işemik xəstəliyinin
bəzi patoloji biokimyası
Normal
şəraitlərdə
ürək
üçün
aerob
mübadilə
xarakterikdir. Tac damar qanları oksigenin mənbəyi sayılırlar.
Oksigen ürəkdən keçəndə 70%-dək mənimsənilir. Oksigen
mənimsənilməsinin yüksək dərəcəsi oksidləşdirici proseslərin
yüksək intensivliyi ilə ilk növbədə üçkarbonlu turşular tsiklinin
və yağ turşularının β-oksidləşməsi ilə bağlıdır. Ürək bütün
enerjini oksidləşdirici fosforlaşmaya görə alır. ATF ürəyin
döyünməsinin enerji mənbəyidir. Ürək əzələsinin hər hansı bir
sahəsində oksigen çatışmamazlığı işemiyaya səbəb olur. Qan
təchizatı sona çatanda isə miokard infarktı kimi məlum olan
proses inkişaf edir.
Đşemik miokardın metabolizmi üçün oksidləşdirici
fosforlaşmanın intensivliyinin və karbohidratların anaerob
parçalanmasının stimullaşmasının azalması xarakterikdir.
Anaerob qlikolizin aktivləşməsi işemiya şəraitlərində əlavə
enerji tələbatlarının ödənməsinə imkan verir.
Đşemik xəstəliyin ilkin mərhələlərində ürəkdə olan
qlikogen və sürətlə mənimsənilən qlükoza hesabına qlikolizin
və qlikogenolizin intensivləşməsi, AMF və katexolaminlərin
hüceyrədaxili
konsentrasiyasının
yüksəlməsi
nəticəsində
induksiya olunur. AMF səviyyəsinin artması adenilatsiklazanın
aktivləşməsi ilə təmin edilir.
Bu da öz növbəsində qlikogenfosforilazanın aktiv
formasının əmələ gəlməsinə gətirib çıxarır, laktatın toplanması
ilə
bağlı
hüceyrədaxili
asidoz,
fosfofruktokinazanın
ingibitorlaşması nəticəsində qlikolizin zəifləməsinə gətirib
çıxarır. ATF səviyyəsinin azalması onun parçalanma
məhsullarının
toplanması
ilə
müşahidə
olunur.
ATF
səviyyəsinin 80%-dən aşağı enməsi kardiomiositlərin hüceyrə
membranlarının destruksiyasına səbəb olur, ATF daşınma
sistemi pozulur, ATF sitoplazmadan sürətlə çıxması müşahidə
419
edilir.
Kardiomisetlərdə
ATF
konsentrasiyasının
kritik
səviyyəyə çatması tac damarının daralması və ya kirsləşməsi
40-60 dəqiqə sonra baş verir.
Uzun müddətli işemiya zamanı adenozinin parçalanması
intensivləşir və nəticədə hipoksantin və ksantin əmələ gəlir.
Qanda bu birləşmələrin aşkar olunması ürək əzələsinin kəskin
işemiyasının göstəricisi sayıla bilər.
Ürəkdə
həmçinin
yağların
peroksid
oksidləşməsi
prosesləri (YPO) hüceyrə membranlarının yağ tərkibinin
tənzimlənməsini təmin edir. Prooksidant və antioksidant
maddələrinin köməyi ilə bu proseslər uyğun olaraq
stimullaşdırılır və ləğv edilir.
Đşemik miokard xəstəliyində yağ peroksid oksidləşməsi
prosesinin həddindən artıq aktivləşməsi patoloji dəyişikliklərin
əsasını təşkil edir. Prooksidant və antioksidant sistemlərinin
pozulması
tərəfindən
törədilən
YPO-nun
aktivləşməsi
işemiyanın ilkin mərhələsi hesab olunur. Sonradan yağ
peroksid oksidləşməsi işemiyanın periferik zonalarına yayılır.
Bu da hüceyrə membranlarının quruluşunu və funksiyalarını
əhəmiyyətli dərəcədə modifikasiya (dəyişməsi) olunması ilə
nəticələnir.
Bu zaman membran keçiriciliyinin artması nəticəsində
hüceyrələrdən K
+
ionlarının azalmasına, Ca
+2
və Na
+
ionlarının
isə çoxalmasına səbəb olur. Đon balanslarının pozulması əsasən
aritmiyanın inkişafına səbəb olur, həm də ürək əzələlərinin
böyümə funksiyasının depressiyasına gətirib çıxarır. Bu
xəstəlik zamanı oksigen çatışmamazlığı kardiomiositlərin və
hüceyrə orqanoidlərinin, o cümlədən mitoxondriyaların
böyüməsinə səbəb olur, nəticədə mitoxondriya membranının
parçalanması və genişlənməsi prosesi baş verir. Miokard
işemiyasının sonrakı mərhələlərində (infartktdan 2-3 gün
keçdikdən sonra) nuklein turşularının və zülalların sintezinin
intensivliyi aşağı düşür. Sonra isə DNT və zülalların miqdarı
420
get-gedə artmağa başlayır. Bu zaman pentozafosfat yolu ilə
oksidləşmənin intensivliyi və NADF·H aktivliyi yüksəlir.
Bu da öz növbəsində yağların sintezinin sürətlənməsinə
səbəb olur.
Qeyd etmək lazımdır ki, hətta xəstəlikdən 10 gün sonra
(infarktdan) ATF-in və kreatinfosfatın miqdarı aşağı səviyyədə
olur ki, bu da miokardın funksional vəziyyətinin normal
səviyyədə olmadığını göstərir.
7.2.3. Onkoloji xəstəliklərin bəzi patoloji biokimyası
Şiş hüceyrələrinin xarakterik xüsusiyyətlərinə, hüceyrə-
lərin intensiv bölünməsi və böyüməsi aid edilir. Bu hüceyrə
makromolekullarının sürətli sintezi ilə bağlıdır.
Şiş hüceyrələrində zülalların əmələ gəlməsi intensivləşir,
bu da zülal sintezi üçün lazım olan substratların hüceyrə
membranlarının keçiriciliyinin artması ilə bağlıdır. Đntensiv
böyüyən yeni əmələgələnlər qandan lazımi aminturşuları
götürərək sağlam hüceyrələri həyati mühüm substratlardan
məhrum edirlər.
Azot metabolizminin pozulması göründüyü kimi xərçəng
xəstəliyinin inkişafının əsas səbəbi sayılır, hansı ki, orqanizmin
ümumi şəkildə haldan düşməsi ilə, bədən çəkisinin azalması ilə
və əzələ zəifliyi ilə xarakterizə olunur. Qanın zülal spektrindəki
dəyişikliklərlə birlikdə yeni əmələgələnlərin inkişafı anomal
zülalların (α-, β-, γ-fetoprotein) yaranması ilə müşahidə olunur,
onların sintezi ontogenez prosesində ləğv edilir. Məsələn, β-
fetoprotein böyük sağlam insanlarda müşahidə olunmur, ancaq
ağciyər xərçəngində biruzə verir; α-fetoprotein qaraciyər
xəstəliyində qeydə alınır; γ-fetoprotein xüsusi bir şiş növünə
aid edilmir.
Bədxassəli şişlərin inkişafında nuklein turşularının
toplanması bir sıra fermentlərin aktivləşməsi ilə baş verir, o
cümlədən purin və pirimidin əsaslarının sintezində iştirak edən
421
fermentlərin: DNT-polimeraza, adenilsuksinatsintetaza, adenil-
suksinaza, dihidroortaza, uridinkinaza və b.
Şiş hüceyrələrinin bir çoxu üçün anaerob qlikoliz
xarakterikdir. Həmçinin pentozofosfat yolu ilə qlükozanın
xaric edilməsi intensivləşir və ribozo-5-fosfatın sintezi sürət-
lənir, ribozo-5-fosfat nukleotidlərin və nuklein turşularının
sintezində əsas vasitə sayılır.
Karbohidrat mübadiləsinin qeyd olunan xüsusiyyətləri
energetik mübadilənin bir sıra mühüm fermentlərinin
izoferment sisteminin dəyişməsi ilə bağlıdır: laktatdehidro-
genaza, heksokinaza, piruvatkinaza və s. göstərmək olar.
Şişin inkişaf prosesində və ya konserogenez adlanan
prosesdə iki faza mövcuddur
1) hüceyrələrin transformasiyası;
2) şişin mütərəqqi böyüməsi.
Hüceyrələrin bədxassəli böyümələri virusların, kimyəvi
və fiziki konserogenlərin təsiri ilə baş verir. DNT zədələnməsi
hüceyrənin transformasiyasının əsasını təşkil edir.
Kimyəvi konserogenez ətraf mühitdə olan müxtəlif
konserogenlərin təsiri ilə baş verə bilər. Konserogenlərə aiddir:
DNT əsaslarının arasına daxil olmaq qabiliyyətinə malik
politsiklik karbohidratlar, pirimidin və purin əsasları ilə
kovalent rabitə əmələ gətirən aromatik arilaminlər və
arilamidlər, alkil birləşmələri, “Kanserogen–DNT” komplek-
sinin əmələ gəlməsi hüceyrənin funksiyasına mənfi təsir
göstərir.
Bu nöqsan aradan qaldırılmasa, hüceyrə məhv ola bilər və
ya modifikasiya olunmuş genlə şiş hüceyrəsinə transformasiya
oluna bilər. Belə hüceyrənin bölünməsi mutasiyanın sonrakı
generasiyalara ötürülməsinə səbəb olur. Məhz bu bədxassəli
şişin yaranmasının əsas məqamına çevrilə bilər. Lakin
transformasiya
DNT
strukturuna
bir
dəfəli
təsiretmə
nəticəsində yarana bilməz. Transformasiya prosesi kifayət
qədər uzun zaman ərzində davam edir. Latent dövr, yəni
422
transformasiyanın başlanğıcından şişin inkişafının ilk klinik
əlamətlərinin aşkar edilməsinə qədər dövr 10÷50 gün təşkil edə
bilər.
Fiziki
konserogenez
ultrabənövşəyi
və
radiasiya
şüalanması ilə şərtləndirilə bilər. Đsbat edilmişdir ki, şişlər
bilavasitə şüalanmaya məruz qalmış toxumalarda yaranır.
Toxumanın şişə transformasiyası şüanın növündən və
miqdarından asılıdır.
Virus konserogenezi. Virus saxlayan onkogen–RNT-ları
hüceyrələrin şiş transformasiyasına səbəb ola bilərlər, bu da
onların genində olan onkogenlərin mövcudluğu ilə müəyyən
edilir. Bu onkogenlər viruslara aid deyillər.
Viruslar onları mövcud olduqları hüceyrənin genindən
alırlar.
Onkogenlər
çoxsaylı
mutasiyalar
nəticəsində
əhəmiyyətli dərəcədə modifikasiya olunub, yenidən heyvan
toxumalarına düşə bilərlər.
Eukariot orqanizmlərin genində onkogenlərin sələfləri
sayılan protoonkogenlər mövcuddurlar. Məhz bu genlər
viruslar tərəfindən əldə edilir və mutasiyalara məruz qalır.
Ancaq protoonkogenlər hüceyrələrin şiş transformasiyasına
səbəb olmurlar.
Đsbat olunmuşdur ki, bircə əsasın dəyişməsi kifayətdir ki,
protoonkogen onkogenə çevrilsin və şiş əmələ gətirmək
qabiliyyətinə malik olsun. Bədxassəli yeni əmələgələnlərin
inkişafına protoonkogenin bir xromosomdan başqasına
keçməsi səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, protoonkogenlərin normal
funksiyası–hüceyrə bölünməsinin tənzimlənməsində iştirak
etməsidir, bu da əlbəttə ki, çoxhüceyrəli orqanizm üçün böyük
əhəmiyyət kəsb edir. Normaya uyğun olaraq onlar öz
funksiyalarını zamana və məkana adekvat icra edirlər. Lakin
hər hansı bir əlverişsiz təsirə məruz qaldıqda protoonkogenlər
nəzarətdən çıxıb, tənzimlənməyən hüceyrə bölümünə səbəb
olurlar.
423
7.2.4. Bəzi psixoloji-əsəb xəstəliklərinin
biokimyəvi aspektləri
Narkomaniya.
Yunan
sözüdür,
“narke”–keyləşmə,
“mania”–ağılsızlıq, dəlilik deməkdir. Narkomaniyalar narkotik
vasitələrin sui istifadəsi nəticəsində yaranan toksikomaniyalar
qrupuna aiddir.
Narkotik maddənin qəbulu zamanı əhval-ruhiyyənin,
sevinc hissinin yüksəlməsindən başqa, müxtəlif xoşagəlməyən
hisslər də yaranır. Aktiv diqqət pozulur. Təfəkkür qeyri-ardıcıl,
ifadəli olur. Narkotikin qəbul edilməsi zamanı iki faza mövcud
olur:
1) şəxsi kəskin psixiki və fiziki çılğınlıq, ehtiras hissləri
fazası (1-5 dəqiqə);
2) mürgüləmə və yuxu ilə sona çatan, sakitləşmə və
zəifləmə fazası (1-3 saat).
Bir qayda olaraq, narkotiklərə meyllənmə gənc yaşlarında
başlayır. Narkotiklərə əsasən mənən qeyri-sabit, psixoloji
cəhətdən tam inkişaf etməmiş, iradəsiz şəxslər qurşanır.
Ekzogen kimyəvi agentin təsiri ilə təbii daxili biokimyəvi
siqnalın dəyişməsi narkotikin təsirinin əsasını təşkil edir.
Biokimyəvi nöqteyi-nəzərdən narkotiklərin orqanizmə təsiri
çoxşaxəlidir.
Hesab edilir ki, narkotik asılılığının formalaşmasında
qaraciyərin toksiki təsirini ləğv edən fermentlərin aktivləşməsi
xüsusi rol oynayır.
Narkotiklər
neyropeptidlərin
(endorfin,
enkefalin)
mübadiləsinə, eləcə də tsiklik nukleotidlərin miqdarına güclü
təsir göstərir.
Belə ki, tiryək xaşxaşından alınan morfin beyin
hüceyrələrinə toksiki təsir göstərir. Ancaq narkotikin təsiri
endogen analoqlarla müqayisədə daha çox və uzunmüddətlidir.
Bununla bağlı olaraq morfin klinik təcrübədə ağrıkəsici vasitə
kimi istifadə olunur.
424
CH
3
N
HO O OH
Morfin
Marixuananın psixomimetik aktiv komponentlərindən
ibarət kannabioidlər AMF yaranmasının qarşısını alırlar.
Bundan başqa bu birləşmələr hüceyrə membranlarının
keçiriciliyini əhəmiyyətli dərəcədə dəyişirlər. Eksperimentlərlə
isbat edilmişdir ki, kannabioidlər (tetrahidrokannabinol,
kannabinol və kannabidiol) heyvanlarda xromosom pozulmala-
rının tezliyini əhəmiyyətli dərəcədə artırırlar. Bu yalnız
heyvanların özləri üçün yox, həm də onların övladları üçün də
xarakterikdir.
Narkomaniya hər hansı bir vahid sistemin yaxud orqanın
lokal zədələnməsi ilə müşahidə olunmur. Orqanizmdə elə bir
sistem yoxdur ki, onlara təsir etməsinlər. Narkotiklərin
neyromediator mübadiləyə qarışması mərkəzi və periferik sinir
sisteminin funksional dəyişməsinə gətirib çıxarır. Fiziki
yorğunluq, fizioloji sistemlərin hamısının aşağı funksional
aktivliyi–narkomaniyanın bütün formalarının ümumi xarakterik
əlamətləridir. Orqanizmin müxtəlif sistemlərinin zədələnməsi,
həmçinin toxumalarda oksidləşdirici proseslərin tormozlanması
ilə şərtləndirilir.
Epilepsiya. Yunan sözüdür, “epilepsiya” tutma deməkdir.
Epilepsiya qıcolma və psixopatoloji tutmalarla xarakterizə
olunan xroniki xəstəlikdir, bəzən şəxsiyyətin dəyişməsi ilə
müşahidə olunur. Rentgenoqrafik, tomoqrafik və klinik-
elektrofizioloji tədqiqatların nəticələri göstərir ki, epilepsiyanın
inkişafı, kəllə beyninin üzvü zədələnmələri ilə şərtləndirilən,
epileptik aktivliyin stabil mənbəyinin mövcudluğu ilə bağlıdır.
425
Qıcolma və psixopatoloji halların səbəbinə həm də beynin ayrı-
ayrı sahələrində baş verən energetik pozulmalar aid edilir.
Epilepsiya zamanı mərkəzi sinir sisteminin tormoz
strukturlarının fəaliyyəti pozulur. Epilepsiya mənbəyində
tormoz və ehtiras mediatorları arasında disbalans mövcud olur.
Qlütamatergik sistemdə baş verən dəyişikliklər epilepsiya
tutmalarının patogenezində xüsusi rol oynayır. Beynin
müəyyən şöbələrinə daxil edilən qlütamat qıcolma tutmalarına
təkan verir. Məlumdur ki, antiqıcolma aktivliyinə malik
barbituratların təsiri qlütamat reseptorları ilə əlaqəyə girmək
qabiliyyətinə əsaslanır və onların fəaliyyətini dayandırır.
Qıcolma hallarının yaranma səbəbinə həmçinin γ-amino-
butiratergik sistemdə baş verən dəyişikliklər aid ola bilər.
γ-aminobutirat qlütamatla müqayisədə əks neyrofizioloji təsirə
malikdir. γ-aminobutiratın beynə daxil edilməsi epilepsiya
tutmalarının qarşısını alır.
Ayrı-ayrı faktlar göstərir ki, psixopatoloji tutmaların
genezində, genetik amil müəyyən əhəmiyyət kəsb edir.
Şizofreniya (yunan sözü olub, “schizo”–bölmək,
“phren”–ağıl deməkdir)–tutmalarla yaxud fasiləli axınla baş
verən psixiki xəstəlikdir, hansı ki, şəxsiyyətin dəyişməsi–
təfəkkürün pozulması, psixiki aktivliyin aşağı düşməsi ilə
biruzə verir, qarabasmalar, sayıqlamalar yarana bilər. Lakin
intellektin rəsmi qabiliyyətləri saxlanılır: biliklərin, yaddaşın
qazanılması və s.
Orqanizmdə baş verən bir sıra biokimyəvi proseslərin
dəyişməsi bu xəstəlik üçün xarakterik sayılır. Şizofreniyanın
patogenezində metabolizm yenidənqurmaları əhəmiyyətli rol
oynayır. O cümlədən, şizofreniya zamanı biogen aminlərin
mübadiləsində iştirak edən ferment sistemlərinin dəyişməsi baş
verir.
Metabolik pozulmalar amin mübadiləsi nəticəsində əmələ
gələn metilləşmiş məhsulların toplanmasına gətirib çıxarır.
Bundan başqa kəllə beynində çoxlu miqdarda dofamin əmələ
426
gəlir, bu da onun parçalanma mexanizminin pozulması və
sintezinin sürətlənməsi nəticəsində baş verir. Maraqlıdır ki,
antipsixotik vasitə kimi tətbiq edilən qaloperidol dofamin
reseptorlarının spesifik ingibitoru sayılır. Ancaq bu hipotez
tamamilə isbat olunmamışdır, belə ki, kəllə beynində dofamin
mübadiləsinin əsas məhsulu sayılan homovanil turşusunun
miqdarca dəyişməsi və dofamin-β-hidroksilazanın aktivliyi
müşahidə olunmamışdır.
Ümumilikdə, belə bir nəticəyə gəlmək olar ki, şizofreniya
patogenezinin mexanizmlərini qiymətləndirməyə imkan verən
məlumatların kifayət qədər olmamasına baxmayaraq bu
xəstəlik neyrokimyəvi proseslərin pozulmaları ilə bağlıdır. Bu
pozulmaların əsasını həm genetik səbəblər, həm də hər hansı
bir xarici amillərin təsiretmə nəticələri təşkil edə bilər.
7.2.5.Qidalanma patologiyasının bəzi aspektləri
Zülali qidalanmanın patologiyası. Normal qidalanma
rejiminin qiymətləndirilməsində orqanizmə daxil olan və xaric
olunan azotun nisbətinin müəyyən edilməsi mühüm meyar
kimi qəbul olunur. Onlar arasındakı bərabərlik qida zülallarının
normal rejimdə istifadə olunması haqda təsəvvür yaradır.
Orqanizmdən xaric olunan zülalın üstünlük təşkil etməsi,
qidada zülalların çatışmamazlığını və keyfiyyətsiz olmasını
göstərir. Bu da onunla izah olunur ki, orqanizmin aminturşuları
zülal sintezi üçün yox, əsasən enerji mənbəyi kimi istifadə
olunur. Normal zülal balansı uşaq orqanizminin inkişafında və
xəstə insanın sağalması dövründə müşahidə olunur.
Natamam zülali qidalanma şəraitlərində yaranan patoloji
proseslər uşaqlarda daha da ağır olur. Ana südü ilə
qidalandırma dayandırıldıqdan və bitki mənşəli qidalanmaya
keçdikdən sonra uşaq orqanizmində boy artımının, fiziki və
əqli inkişafın ləngiməsi, hipodinamiya, qan azlığı, qaraciyərin
və böyrəklərin funksiyalarının pozulması, şişmə halları
427
müşahidə olunur. Həzm fermentlərinin əmələ gəlməsinin
qarşısının alınması zülal çatışmamazlığını daha da artırır.
Böyüklərdə zülal çatışmamazlığı fiziki və mənəvi
aktivliyin aşağı düşməsi ilə, orqanizmdə zülal səviyyəsinin
azalması ilə, xüsusilə də qan plazması albuminlərinin; ondan
əlavə şişlərə, əzələ toxumalarının iflicinə, ürəyin fəaliyyətinin
zəifləməsinə, immun sisteminin aktivliyinin azalmasına, qan
azlığının yaranmasına gətirib çıxarır.
Qida zülallarının mənimsənilməsinin patologiyaları
həzmedici fermentlərin həddindən artıq təsir mexanizminin
artmasına səbəb olue. Onlar mədə-bağırsağın selikli örtüyünə
zərərverici təsir göstərirlər. Bura həmçinin mədə şirəsində
yaranan (xlorid turşusu hesabına pH 1,5-2,5) yüksək hidrogen
ionlarını da əlavə etmək lazımdır.
Mədənin və onikibarmaq bağırsağın selikli örtüyünün,
pepsinin və xlorid turşusunun aktiv təsirinə davamlılığı bir sıra
mühafizəedici amillərlə təmin edilir: seliyin adekvat istehsal
olunması, mədəaltı vəzinin və onikibarmaq bağırsağın selikli
örtüyünün bikarbonat ifrazının aktivləşməsi, selikli örtükdə
spesifik hüceyrələrin yenidən bərpa olunması. Đltihab prosesləri
mədənin və nazik bağırsağın əsas patoloji formaları sayılırlar.
Karbohidratlı qidalanmanın patologiyası. Şəkər diabeti
xəstəliyi karbohidratlı qidalanmanın geniş yayılmış patologiya
formasıdır. Onun yaranma səbəbləri müxtəlifdir: məsələn,
mədəaltı vəzində əlavə destruktiv proseslərə səbəb olan viruslu
infeksiyaların inkişafı, anticisimlərin β-hüceyrələrə təsir etməsi
və qeyrilərini göstərmək olar.
Şəkərli
diabetin
bu
formasının
əsas
göstəricisi
qlükoziyadır. O, qida ilə qəbul edilən şəkərlərin həddən artıq
çox miqdarda olması ilə əlaqədardır (məsələn, saxarozanın),
hansı ki, qanda şəkərin artmasına gətirib çıxarır. Sağlam
insanlarda qlükozimiya qida qəbulundan 2-4 saat sonra
müşahidə olunmağa başlayır. O, böyrəklərdə qlükozanın
sorulmasını şərtləndirən metabolizm proseslərinin pozulması
428
ilə əlaqədar olaraq hətta qlükozanın qanda normal konsentra-
siyası zamanı yarana bilər.
Yaranan şəkərli diabetin ən əlverişli müalicə formasına,
qidalanmada şəkərlərin tənzimlənməsi və məhdudlaşdırılması
aid edilir. Şəkərlərin həddən artıq istifadə olunması, bir qayda
olaraq, onların şirin maddələr kimi dad keyfiyyəti ilə bağlıdır.
Hal-hazırda qida sənayesində şəkərlərin miqdarını azaltmaq
məqsədilə yüksək şirinliyə malik şəkər əvəzediciləri istifadə
olunur. Onlara aiddir: saxarin, aspartam və qeyriləri.
Saxarin saxarozadan 400 dəfə şirindir. Qidada saxarinin
istifadəsi ilə bağlı insan üçün zərərli fəsadlar aşkar
olunmamışdır.
Saxarin
pəhriz
alkoqolsuz
içkilərin
hazırlanmasında istifadə olunur. Aspartamın toksikliyi yaxşı
tədqiq edilmişdir. Aspartam asparagilfenilalanin dipeptidinin
metil efiridir. Onun tərkibində zülallı aminturşu qalıqlarının
olması, həmin maddənin toksiki xüsusiyyətə malik olmadığını
göstərir. Aspartam 180 dəfə saxarozadan şirindir, buna görə də,
o pəhriz qida məhsullarının hazırlanmasında istifadə olunur.
Dostları ilə paylaş: |