Yağlı məhsullarla qidalanmada yaranan patologiyalar.
Qida ilə daxil olan üçatsilqliserolların təxminən 40%-i nazik
bağırsaqlarda hidroliz olunaraq qliserinə və yağ turşularına
çevrilirlər, onların 3-10%-i parçalanmayaraq sorulurlar,
qalanları isə monoatsil qliserollar şəklində qana keçirlər.
Mədəaltı
vəzin
ifraz
etdiyi
lipaza
fermentinin
çatışmamazlığı patologiyaların yaranmasına səbəb olur.
Həmçinin bu səbəblərə qaraciyərin, ödün və öd yollarının
funksiyalarının aşağı düşməsini aid etmək olar.
Hidrofob
birləşmələr
kimi
yağlar
molekullarüstü
komplekslər–lipoproteinlər
şəklində
qanla
orqanlara
çatdırılırlar. Lipoproteinlərin tərkibinə təkcə üçatsilqliserollar
yox, həm də xolesterol və fosfolipidlər də daxildirlər. Qan
plazmasında yağların normal miqdarı 500-1500 mq/l. Qidada
yağlı məhsulların həddən artıq çox istifadə olunması nevrotik
sindrom, hipoterioz, sümüklərin qırılması, alkoqolizm kimi
429
xəstəliklərdə onların konsentrasiyasının artması daha çox
müşahidə olunur. Bunlar ən geniş yayılmış ateroskleroz
xəstəliyinin əsas səbəbləridir.
Qan damarlarının divarlarında baş verən dəyişikliklər
onun xarakterik cəhəti sayılır. Damarların divarlarında
sıyığabənzər yağlı yığıntılar formalaşır və sonradan onların
bərkiməsi prosesi baş verir. Bu yığıntıların əsas komponenti
xolesteroldur və ya xolesterindir. Aterosklerozun xarakterik
cəhətlərinə ürəyin işemik xəstəliyini, miokarda infarktını,
insultu, qan təzyiqi və trombozları aid etmək olar.
Đşemik sindrom həm də qan hüceyrələrinin zədələnməsi
zamanı yaranır. Eritrosit membranlarında xolesterolun artması,
membranla bağlı fermentlərin funksiyalarının pozulmasına
gətirib çıxarır. Bu zaman eritrositlərin aqreqasiya sürəti və
ölçüləri böyüyür: hüceyrələrin deformasiya olunması aşağı
düşür, onların reoloji xüsusiyyətləri pisləşir.
Ancaq
xolesterol
insan
orqanizminin
maddələr
mübadiləsində böyük rol oynayır. O, hüceyrə membranlarının
mühüm komponenti, D vitamininin, hormonların, öd turşuları-
nın mənbəyi sayılır. Buna görə də orqanizmin normal həyat
fəaliyyəti üçün xolesterolun müəyyən miqdarda olması
zəruridir. Yalnız onun çoxluğu aterosklerozun inkişafına səbəb
olur.
Qida məhsullarında heyvani yağların həddindən artıq
istifadə olunması qanda xolesterinin, o cümlədən, doymuş yağ
turşularının miqdarca artmasına şərait yarasır. Təyin olunmuş
normadan artıq xolesterinlə zəngin qida məhsulları insan
orqanizmində xoşagəlməyən fəsadların əmələ gəlməsinə səbəb
olur. Bu barədə “Xolesterinin qidalanmada əhəmiyyəti”
bölməsində geniş məlumat verilmişdir.
Aterosklerozun müalicəsində və profilaktikasında düzgün
tərtib olunmuş və fərdi seçilmiş pəhriz xörəkləri xüsusi
əhəmiyyət kəsb edir.
430
Bəzi insanlarda orqanizm üçün qidalanma zamanı zərərli
vərdişlər yaranmışdır–həddən artıq çox qida qəbulu, həddən
artıq heyvani yağların istifadə edilməsi və s. Həddindən artıq
qidalanma yağların hüceyrələrdə həddindən artıq yığılmasına
səbəb olur. Bu da orqanizmdə müxtəlif xoşagəlməyən
fəsadların əmələ gəlməsinə şərait yaradır. Qidalanmada
heyvani yağla yanaşı mütləq bitki yağlarının istifadə edilməsi
olduqca vacibdir. Gün ərzində orqanizmə doymamış yağ
turşuları və ya bitki yağları qəbul edilməlidir.
Qidada doymuş yağ turşularının doymamış yağ
turşularına olan nisbəti 94-ə bərabər olanda, xolesterolun
miqdarı gün ərzində 300-400 mq arasında tərəddüd edir. Bu da
insanların sağlamlığına müsbət təsir göstərir. Doymamış yağ
turşuları nazik bağırsaqlarda qida xolesterolunun sorulmasını
məhdudlaşdırır,
qaraciyərdə
öd
turşularının
sintezini
tənzimləyir. Qidada sellülozanın, hemisellülozanın, pektin
maddələrinin olması onların xolesterolla kompleks birləşmə
yaratmasına və orqanizmdən xaric olunmasına şərait yaradır.
Yağ mübadiləsinin pozulması ilə bağlı patoloji hallar ən
yüksək əlilliyə səbəb olur. Hal-hazırda ateroskleroz problemi
tibbi yox, sosial problemə çevrilmişdir. Bu xəstəlik kortəbii
sürətdə qida maddələri ilə həddindən artıq uzun müddət
qidalandıqda baş verir.
Belə xəstəliyin qarşısını almaq üçün insanlar heyvan
mənşəli məhsullara nisbətən bitki mənşəli məhsullarla daha
çox qidalanmalıdırlar. Yuxarıda qeyd olunduğu kimi bəzi bitki
mənşəli məhsullar xolesterinlə kompleks birləşmə əmələ
gətirərək, onun xaric olunmasına şərait yaradır. Bu da qanda
xolesterinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.
Alkoqolizm. Alkoqolizm–alkoqolun və ya spirtli içkilərin
uzun müddət və mütəmadi istifadə edilməsi nəticəsində
orqanizmdə yaranan patoloji dəyişiklikdir. Bu da insanlarda
mənəviyyatın, şəxsiyyətlərarası münasibətlərin, sosial və
iqtisadi durumun pozulmasına şərait yaradır.
431
Tədqiqatçıların məlumatlarına görə dünyada alkoqolu
istifadə edən insanlar əhalinin təxminən 70-80%-ni təşkil edir.
Buna baxmayaraq kişilərin yalnız 5-7%-i, qadınların isə 0,5%-i
alkoqolizm xəstəliyinə düçar olmuşdur. Göründüyü kimi bu
rəqəm kifayət qədər böyükdür. Ona görə də dünyada
alkoqolizm ən geniş yayılmış xəstəliklərdən biri sayılır.
Alkoqolizm xəstəliyi insanlarda əsasən uzun müddət
spirtli içkilərin qəbul olunması nəticəsində əmələ gəlir. Bu
zaman qanda etil spirtinin miqdarı artır. Bu proses uzun
müddət davam etdikdə orqanizmdə spirtə qarşı ummunitet
yaranır.
Belə ki, qanda spirtin miqdarca aşağı düşməsi insan
orqanizminin narahatlığına səbəb olur. Belə xəstələr alkoqolu
qəbul etmədikdə onlarda güclü əzələ ağrıları, qıcolmalar və
qarabasmalar
(hallüsinasiyalar)
yaranır.
Bu
xəstəliyin
sağalması üçün uzun müddətli müalicə və insanlarda özünə
qarşı yüksək iradə olmalıdır. Alkoqolizm xəstəliyi insan
orqaniminin daxili orqanlarının fəaliyyətlərinə tədricən pis təsir
göstərir.
Orqanizmdə
maddələr
mübadiləsi
prosesinin
tənzimlənməsinə mane olur. Orqanizmdə fermentlərin,
zülalların, hormonların və qeyrilərin normal sintezi pozulur.
Ən nəhayət, insan orqanizmində xoşagəlməyən xəstəliklərin
əmələ gəlməsinə şərait yaranır.
Hal-hazırda alkoqolun insan orqanizminin müxtəlif
orqanlarına təsiri metabolizmi yaxşı öyrənilmişdir. Lakin
fizioloji
funksiyaların
hansı
dəyişikliklərinin
alkoqola
alışmasına və ondan fiziki asılılığın formalaşmasına səbəb
olduğu tam müəyyən edilməmişdir.
Đnsan orqanizmində daima etil spirti əmələ gəlir.
Orqanizmdə qida maddələrinin parçalanması zamanı əlavə
məhsul kimi etil spirti sintez olunur. Bu zaman insan qanında
endogen etanolun (etil spirtinin) normaya görə miqdarı
0,001÷0,01q/l həddlərində tərəddüd edir.
432
Az miqdarda etanol (gün ərzində 4-5 q) bəzi qida
məhsulları ilə orqanizmə daxil olur. Bu konsentrasiyanın 10-
100 dəfə artması insanlarda sərxoşluğa səbəb olur. Qanda
etanolun miqdarı 0,4-0,7% çatanda komatoz vəziyyət yaranır
və tənəffüs prosesinin fəaliyyətini çətinləşdirir. Həddindən
artıq etil spirtinin qəbulu (1-2 litr araq) insanların çox zaman
ölümünə səbəb olur.
Orqanizmə daxil olan etanol mədə-bağırsaq sistemindən
keçərək qana sorulur. O, az miqdarda böyrəklərdə və ağ
ciyərdə toplanır, əsas hissəsi isə (99%) qaraciyərdə
oksidləşməyə məruz qalaraq, qana sovrulur. Buna görə də,
aydınca təsəvvür etmək olar ki, qaraciyər etanolun və onun
metabolitlərinin toksiki təsirinə daha çox məruz qalır. Ona görə
də uzun müddət alkoqollu içki qəbul edən insanlarda
qaraciyərin patologiyası prosesi baş verir.
Alkoqoldehidrogenaza fermentinin təsiri ilə etanol
qaraciyərdə daha yüksək toksiki təsirə malik asetaldehidə və ya
sirkə aldehidinə çevrilir.
Bu proses sxematik olaraq aşağıdakı kimi gedir:
CH
3
–CH
2
–OH + NAD → CH
3
–COH + NAD·H
2
Đkinci oksidləşmə isə spesifik oksigenaza fermenti ilə
həyata keçirilir:
O
CH
3
–CH
2
–OH+NADP·H
2
→ CH
3
–C + 2H
2
+NADP
H
Bundan başqa qaraciyərdə etanolun parçalanması
hidrogen peroksidin iştirakı ilə də baş verir.
O
CH
3
–CH
2
–OH + H
2
O
2
→ CH
3
–C + 2H
2
O
H
Sonra
əmələ
gəlmiş
asetaldehid
qaraciyər
mitoxondriyalarında NAD-tərkibli alkoqoldehidrogenazanın
təsiri ilə sirkə turşusuna çevrilir:
CH
3
–COH + H
2
O + NAD → CH
3
–COOH+ NAD·H
2
433
Asetat turşusunun müəyyən hissəsi qana keçir və
toxumalarda CO
2
və H
2
O qədər parçalanır, qalan hissəsi isə
ATF-in iştirakı ilə asetil-KoA sintezində iştirak edir. Bu da
məlumdur ki, Krebs tsikli üzrə və yağ turşularının oksidləşməsi
prosesində iştirak edərək, üçatsilqliserolların və başqa yağların,
həmçinin xolesterinin sintezində istifadə olunur.
Uzun müddət fasiləsiz spirtli içkilərlə (araq, konyak və s.)
qidalanmada istifadə olunduqda qaraciyərin yağla örtülməsi də
müşahidə olunur, bu da qaraciyərin fəaliyyətinin pisləşməsinə
səbəb olur. Bu onunla izah olunur ki, metabolizm prosesində
asetil-KoA orqanizmdə normadan çox əmələ gəlir, onun
müəyyən hissəsi Krebs tsiklində iştirak edir, qalan hissəsi isə
əlavə yağların, xolesterinin, lipoproteidlərin və qeyri-yağ
birləşmələrinin normadan artıq olmasına səbəb olur.
Xroniki alkoqolizmdə qaraciyərin serrozu yaranır. Bu
xəstəliyin müalicəsinin əsas əlaməti kimi insanlar spirtli
içkiləri qəbul etməməlidirlər. Xəstəliyin müalicəsində spirtli
içkilərin başqa preparatlarla birgə (apomorfin və emitin) qəbul
olunması nəticəsində nail olmaq mümkündür. Bu preparatlar
ürəkbulanması verir. Bunlardan başqa teturamanın implanta-
siya olunmuş dərman formasında (esperal) istifadə olunması
psixoloji effekt verir, çünki onun qanda miqdarı çox cüzi
olduğundan alkoldehidrogenazanın aktivliyini aşağı sala bilmir.
Teturamanın dozasını artırmaq məsləhət görülmür, belə ki, o
orqanizmə toksiki təsir göstərir. Daima qəbul edilməni və
nəzarəti tələb etməyən dərman vasitələrinin alınması
perspektivli məsələ sayılır.
Hal-hazırda respublikamızda ərzaq təhlükəsizliyi və ərzaq
müstəqilliyi şəraitinin təmin olunması məsələlərinə xüsusi olaraq
fikir verilir. Bu məqsədlə ölkəmizdə son zamanlar müasir texno-
logiya əsasında qida məhsulları istiqaməti üzrə müəssisələr tikilib,
istifadəyə verilmişdir. Belə müəssisələrə misal olaraq tullantısız
texnologiya əsasında işləyən Đmişli şəkər zavodunu və onun
434
nəzdində fəaliyyət göstərən bitki mənşəli yağ emalı zavodunu,
qarışıq quru yem zavodunu, melas emalı zavodunu göstərmək
olar. Melas emalı zavodu tibb sənayesinin və digər sahələrin
tələbatını ödəmək üçün 96%-li etil spirti istehsal edir. Đmişli şəkər
zavodu nəinki əhalimizin şəkərə olan tələbatının ödənilməsində,
hətta bir çox qida sənayesinin (konserv, qənnadı və s.) fəaliyyət
göstərməsinə də köməklik göstərir. Bundan başqa ölkəmizdə
müasir tələblərə cavab verən Qəbələ, Xaçmaz konserv zavodları,
Bakı şəhərində yağ və qida sənayesi zavodu, çay fabrikası,
qənnadı fabriki və qeyriləri fəaliyyət göstərirlər. Bundan başqa
ölkəmizin digər rayonlarında da qida sənayesinin müxtəlif
sahələri üzrə müasir tələblərə cavab verən müəssisələr tikilib
istifadəyə verilmişdir. Yuxarıda qeyd olunan müəssisələrin və
qeyrilərinin fəaliyyəti nəticəsində iqtisadiyyatımızın daha da
inkişaf etdirilməsinə və on minlərlə yeni iş yerlərinin yaranmasına
nail olunmuşdur. Bu müəssisələrdə insanların sağlamlığı
baxımından müxtəlif çeşiddə yüksək keyfiyyətli qida məhsulları
istehsal olunur. Məlumdur ki, insanların düzgün qidalanmaması
nəticəsində onlarda müxtəlif formalı xəstəliklərin əmələ
gəlməsinə şərait yaranır. Bu baxımdan insanlar keyfiyyətsiz, eko-
loji cəhətdən qeyri-təmiz qida məhsulları ilə uzun müddət
qidalandıqda, bu onlarda müxtəlif xəstəliklərin əmələ gəlməsinə
səbəb olur. Bu xəstəliklərin qarşısının alınması üçün ekoloji
cəhətdən təmiz qida məhsulları ilə qidalanmaq daim ön plana
çəkilməlidir. Qeyd etmək lazımdır ki, ölkəmizə bəzi xarici
dövlətlərdən ekoloji cəhətdən qeyri-təmiz, mutasiya olunmuş,
yəni geni dəyişdirilmiş bitki və heyvan mənşəli qida məhsulları
idxal olunur. Bu məhsulların xarici görünüşünün yaxşı olmasına,
qablaşdırılmasına gözəl tərtibatın verilməsinə baxmayaraq,
onların qidalılıq dəyəri olduqca keyfiyyətsiz olmaqla yanaşı, həm
də insan orqanizmi üçün təhlükə mənbəyidir. Ona görə də
ölkəmizdə ərzaq təhlükəsizliyini və ərzaq müstəqilliyini təmin
etmək üçün əhalimizi yerli şəraitdə becərilmiş bitki və heyvan
mənşəli xammalla və ondan istehsal olunan qida məhsulları ilə
təmin etmək vacib şərtdir.
435
ƏDƏBĐYYAT SĐYAHISI
1. Анисимов А.А. и другие. Основы биохимии–М:
Высшая школа, 1986–551 стр.
2. Арасимович В.В., Балтага С.В., Панамарёва Н.П.
Биохимия винограда в онтогенезе. Кишинёв,
Штинца, 1975–152 стр.
3. Баранов В.С. и др. Технология производства
продукции
общественного
питания.
Москва,
Экономика-1986.
4. Бекер М.Е. и др. Биотехнология–М: Агропромиздат,
1990–334 стр.
5. Берёзов Т.Т., Коровкин Б.Ф. Биологическая химия.
Учебник. М., Медицина, 2007, 704 стр.
6. Бокучава
М.А.
Биохимия
чая
и
чайного
производства. М: Изд–во АН СССР, 1958–587 стр.
7. Браунштейн А.Е. На стыке химии и биологии. М:
Наука, 1987, 239 стр.
8. Брухман Э.Э. Прикладная биохимия–М: Лёгкая и
пищевая промышленность, 1981–294 стр.
9. Валуйко Г.Г. Биохимия и технология красных вин.
М: Пищевая промышленность, 1973–295 стр.
10. Гогия В.Т. Биохимия субтропических растений. М:
Колос, 1984–288 стр.
11. Датунашвили Е.Н. Ферментные препараты в
пищевой
промышленности.
М:
Пищевая
промышленность, 1975–307 стр.
12. Дженеев С.Ю. Иванченко В.И. Сокращение потерь
винограда при хранении и транспортировке.
Садоводство и виноградарство, М: 1991, № 7, стр.
15–19.
13. Дженеев С.Ю. Хранение столового винограда в
хозяйствах. Москва, Колос, 1978, 128 стр.
436
14. Донченко Л.В., Надыкта В.Д. Безопасность
пищевой продукции. Москва, ПП, 2001, 528 стр.
15. Дурмишидзе С.В. Дубильные вещества и антоциа-
ны виноградной лозы и вина. М: Изд–во АН СССР,
1955–324 стр.
16. Дурмишидзе С.В., Шалашвили А.Г. Превращение
(+) катехина в ягодах винограда. Сообщения АН
Груз. ССР, 1978, том 91, № 2, стр. 449–451.
17. Елизарова Л.П. Экспертиза чая. М., 1999-39 стр.
18. Жеребцов Н.А. и др. Биохимия. М., 2002-696 стр.
19. Запрометов
М.И.
Метаболизм
фенольных
соединений в растениях. Ж. «Биохимия», Москва,
1977, т. 42, вып. 1, стр. 3-20.
20. Карашарлы А.С. Гранат и его использование. Баку,
Изд–во АГУ, 1979.
21. Кишковский З.Н. Технология вина. М., 1984 – 504
стр.
22. Кишковский З.Н., Скурихин И.М. Химия вина–М:
Агропромиздат, 1988–254 стр.
23. Коробкина З.В., Страхова С.А. Товароведение и
экспертиза вкусовых товаров. М., 2003-352 стр.
24. Кретович В.Л. Биохимия растений–М.: Высшая
школа, 1986–503 стр.
25. Кретович В.Л. Техническая биохимия.–М: Высшая
школа, 1973–456 стр.
26. Кругляков Г.Н., Круглякова Г.В. Товароведение
продольственных
продуктов.
Учебник-Ростов,
2000-448 стр.
27. Кучеренко Н.Е. и др. Биохимия–Киев: Высшая
школа, 1988–432 стр.
28. Ленинджер А. Биохимия–М: Мир, 1974–957 стр.
29. Марх А.Т. Биохимия консервирования плодов и
овощей–М: Пищевая пром-сть, 1973–326 стр.
437
30. Матюхина З.П., Королькова Э.П. Товароведение
пищевых товаров. М., 2003-272 стр.
31. Метлицкий Л.В. Основы биохимии плодов и
овощей. М: Экономика, 1976–348 стр.
32. Набиев А.А. Биохимические основы хранения
винограда. Дисс. доктора биол. Наук, Тбилиси,
1993–280 стр.
33. Набиев А.А. Различные технологии получения вин
из хурмы. Ж. «Аграрная наука» №3, Москва, 1998,
19-20 стр.
34. Набиев А.А., Касумов Д.П. Пути повышения
хранения винограда. Тезисы докладов. Кишинёв,
1978, часть II, стр. 131–132.
35. Назаров Н.И. и др. Общая технология пищевых
производств. М., 1981-280 стр.
36. Нусубидзе Н.Н., Гулбани Д.И. Флавонолы в
виноградной лозе. Сообщения АН ГССР, 1964, том
36, № 2, стр. 345.
37. Плешков Б.П. Биохимия сельскохозяйственных
растений–М: Колос, 1980–496 стр.
38. Пруидзе Г.Н. Окислительно–восстановительные
ферменты чайного растения и их роль в биотехно-
логии. Мецниереба, Тбилиси, 1987–186 стр.
39. Пруидзе Н.Г. Биотехнология производства раство-
римого чая и сырого листа. Авт. канд. биол. наук,
Тбилиси, 2003-25 стр.
40. Рабинович А.М. Лекарственные растения. М., 1998-
330 стр.
41. Риберо–Гайон П., Пейно Е. Руководство по
виноделию–М: Пищевая промышленность, 1971–
416 стр.
42. Родопуло А.К. Основы биохимии виноделия–М:
Лёгкая и пищевая промышленность, 1983–240 стр.
438
43. Скорикова С.Ю. Хранение овощей и плодов до
переработки. Москва, 1982-196 стр.
44. Скурихин И.М. и др. Химический состав пищевых
продуктов. Москва, 1987–318 стр.
45. Сопромадзе А.Н. Фенольные соединения некоторых
культурных и дикорастущих растений Грузии.
Тезисы докладов, Тбилиси, 1985, стр. 59–61.
46. Страйер Л. Биохимия– Пер. с англ. языка М: Мир,
1984, том I–227 стр.
47. Страйер Л. Биохимия– Пер. с англ. языка М: Мир,
1985, том 2–307 стр.
48. Строев Э.А. Биологическая химия–М: Высшая
школа, 1986–479 стр.
49. Технология пищевых производств (под ред.
Л.П.Ковальская и др.), М., 1997, 752 стр.
50. Филиппович Ю.Б. Основы биохимии. Москва: 1999,
512 стр.
51. Хачидзе О.Т. Азотистые вещества виноградной
лозы. Тбилиси, Мецниереба. 1976–195 стр.
52. Химический состав пищевых продуктов (под
редакцией проф. И.М.Скурихина). Москва, 1984-
328 стр.
53. Хитрон Я.Н., Люблинская Н.А. Повышение
эффективности хранения столового винограда.
Кишинев:
Садоводство
и
виноградарство
Молдавии. 1991, №7, стр. 19-21.
54. Щербаков В.Г. Биохимия пищевых продуктов. М.,
2003-456 стр.
55. Яровенко В.Л. и др. Технология спирта. М., 1999-
464 стр.
56. Əhməd-Cabir Đ.Ə. Ərzaq mallarının əmtəəşünaslığı.
Bakı, 1996-324 səh.
57. Əhməd-Cabir Đ.Ə. Tamlı məhsulların əmtəəşünaslığı.
Bakı, 1993-300 səh.
439
58. Fətəliyev H.K. Şərabçılıq. I və II hissə. Gəncə-1996,
240 səh.
59. Fətəliyev H.K. Alkoqollu içkilərin texnologiyası. Bakı,
2007, 516 səh.
60. Həsənov Ə.S. və başqaları. Bioloji kimya. Bakı, Maarif,
1989–564 səh.
61. Xəlilov Q.B. Heyvan biokimyasının əsasları. Bakı,
Maarif, 1987–285 səh.
62. Đbrahimov N.A. Azərbaycan şərablarının texnologiyası.
Bakı, 1998-320 səh.
63. Nəbiyev Ə.Ə. Yeyinti məhsullarının biokimyası.
Gəncə, 1996-180 səh.
64. Şərifov F.H. Azərbaycan üzümü. Bakı, 2005-224 səh.
Dostları ilə paylaş: |