18
İnsanın təsərrüfat fəaliyyəti (antropogen təsir) biosferin tərkibində öz təsiri
və nəticələrinə görə yalnız geoloji proseslə müqayisə edilə bilər.
Antropogen təsir
atmosferin, hidrosferin və litosferin kimyəvi xassələrini və fiziki parametrlərini
dəyişdirir, insan canlı orqanizmlərin növ tərkibinə müdaxilə edir. Maddələrin
bəşəriyyət tərəfindən hərəkətə gətirilən kütləsi yalnız onların təbii axınları ilə
müqayisə edilə bilər.
Biosferdə cəmiyyətin fəaliyyətinin geoloji mahiyyət kəsb etməsi ideyası
V.İ.Vernadskiyə məxsusdur. Bu fikir onun tərəfindən 1920-ci ildə elmi dairələrə
təqdim olunmuşdur. Həmin dövrdə artıq insanın
və təbiətin vəhdəti, cəmiyyət və
təbiətin qarşılıqlı əlaqələri və təsiri barədə müəyyən elmi fikir formalaşmışdı.
Lakin bir tərəfdən canlı və cansız aləmi, digər tərəfdən isə insan cəmiyyətini əhatə
edən, əlaqələndirən elmi nəzəriyyə hələ yox idi.
V.İ.Vernadskinin noosfer haqqında təlimi Kainatın vahid bütöv təsvirini
vermək üçün əlaqələndirici bənd oldu. Həyatı kosmik
hadisə kimi qəbul edən
V.İ.Vernadski özünün «Biokimya» adlı əsərində biosferin yarandığı gündən
təkamülünü təsvir etmişdir.
Kosmik cisim olan Yerin görkəmi (təbii landşaftlar, dəniz suyunun tərkibi,
atmosferin strukturu) canlı həyatın inkişafının nəticəsidir.
V.İ.Vernadski canlı varlığın biosferin inkişafında rolunu sistemli tədqiq
edərək canlı aləmi kosmos və Yer kürəsi arasında bufer adlandırmışdır.
Həmin
bufer kosmik enerjini planetar maddəyə çevirməyə qadirdir. Beləliklə,
V.İ.Vernadskiyə görə «canlı maddə» planetar inkişafın katalizatorudur.
Yer kürəsi kosmosda bir sistem təşkil edir. Canlı aləm Yerdə baş verən
prosesləri kosmik mənşəli proseslərlə əlaqələndirərək vahid prosesə çevirir.
Günəş enerjisi hesabına geokimyəvi tsikllər və ya təbiətdə maddələr dövranı
yaranmışdır. Həmin maddələr çöküntü təbəqələri əmələ gətirərək geoloji və
geokimyəvi proseslər nəticəsində çevrilmələrə məruz qalır.
Antropogen dövrü insanın sürətli təkamül inkişafı - antropogenezlə səciy-
yələnir. Antropogenezə təkan verən başlıca qüvvə qədim (ibtidai) insanların
ictimai əmək fəaliyyətinə başlaması idi. İctimai istehsal formalarının peyda olması
şüur və nitqin inkişafına və əlin işçi orqana çevrilməsinə səbəb olmuşdur. Qeyd
olunan
faktlar onu göstərir ki, insan cəmiyyəti ona xas olan bütün xüsusiyyətləri
ilə birgə Yer kürəsində həyatın ardıcıl inkişaf mərhələlərindən biri olmaqla
biogenezin tərkib hissəsidir.
İnsan cəmiyyəti inkişaf edərək şüurlu,
məqsədyönlü, qanunauyğun və dön-
məz şəkildə ətraf mühiti dəyişdirən güclü bir təbii qüvvəyə çevrilmişdir.
Təbii olaraq bu gün aktuallıq kəsb edən bir sual ortaya çıxır:
• cəmiyyətin və biosferin inkişafı, bütövlüklə, bundan sonra hansı yolla
gedəcək?
• antropogen təsirin dönməz nəticələrindən hansı vasitələrlə yaxa qurtarmaq
mümkündür?
• biosferin deqradasiyaya uğramasının qarşısını necə almaq olar?
Ətraf mühitə antropogen təsirin qarşısının tam alınması cəmiyyətdə sosial və
elmi texniki tərəqqinin qarşısının alınması deməkdir. Noosfer haqqında
təlimin
əsasını bəşəriyyətin Yerdəki proseslərdə qıcıqlandırıcı (katalizator) kimi əvəzsiz
19
rolu, Yerin fəal təbəqəsinin - biosferin inkişafında geoloji yaradıcı amil kimi çıxış
etməsi və nəhayət, planeti kökündən dəyişdirməyə qadir olan qüvvəyə çevrilməsi
təşkil edir.
Noosfer biosferin ən yüksək inkişaf mərhələsi - dərrakə (ağıl) sferasıdır, Yer
kürəsində dərrakəli insanın (Homo sapiens) güclü təsiri
nəticəsində biosferin
keçid formasıdır.
Noosfer təliminin məntiqi nəticəsi olaraq V.İ.Vernadski müasir zamanda
qarşılaşdığımız qlobal ekoloji problemlərin həlli yollarını göstərmişdir:
• birgə yaşayış;
• birgə fəaliyyət;
• birgə təkamül.
Noosfer dövründə biosferin və insan cəmiyyətinin birgə təkamülü bəşəriy-
yətin təsərrüfat fəaliyyətinin reqlamentləşdirilməsini (məhdudlaşdırılmasını) tələb
edir. Biosferin insan dərrakəsi hökmran olan noosfer inkişaf mərhələsi insanın da
təbiətin ayrılmaz tərkib hissəsi olduğunu tam dərk edərək təbiətin qanunlarına
tabe olmağa, onlara əks çıxmamağa əsaslanmalıdır.
Təbiəti qoruyub saxlamadan
insan nəsli davam edə bilməz.
Dostları ilə paylaş: