Likor-araq məmulatları qrupunun çeşidləri cədvəldə göstəri-
lən normalara uyğun olmalıdır (cəvdəl 4.4).
Cədvəl 4.4
Likor-araq məmulatlarının fiziki-kimyəvi tərkib
göstəriciləri
Məmulat
qrupları
Tündlüyü,
%
Kütlə qatılığı. q/sm
3
Ümumi
ekstrakt
Şəkər
Limon turşusuna
çevrilməklə turşular
1
2
3
4
5
Likorlar:
Emusiyalı
18-25
15-45
15-35
0-0,2
Tünd
35-45
25-50
25-50
0-0.5
Desert
25-30
30-50
30-50
0,07
Kremlər
20-23
50-60
49-60
0-,075
359
Cədvəl 4.4-ün davamı
1
2
3
4
5
Nalivkalar
18-20
26-47
25-40
0,2-1,0
Punşlar
15-20
30-43
30-40
0-1,3
Çövhərlər:
Şirin
16-25
9-32
8-30
0-0,9
Kəmşirin
30-40
10-12
9-10
0-0,8
Kəmşirin zəif
alkoqollu
20-28
5-12
4-10
0-0,8
Acı
30-60
0-8
0-7
0-0,5
Acı zəif alkoqollu
25-28
-
-
-
Desert içkilər
12-16
15-32
14-30
0.2-1,0
Aperitivlər
15-35
5-20
4-18
0,2-,07
Balzamlar
40-45
7-30
-
-
Kokteyllər
20-40
0-25
0-24
0-0,5
Bununla yanaşı hər adda məmulat üçün bu göstəricilər
resepturaya uyğun olmalıdır. Lakin kənara çıxmalara da yol verilir
ki, bu halda o, aşağıdakı cədvəldə göstərilən normalara uyğun
gəlməlidir (cədvəl 4.5).
Cədvəl 4.5
Likor-araq məmulatları üçün yol verilən kənara çıxmalar
Məmulat qrupları
Tündlük,
%
Kütlə qatılığı, q/100sm
3
Ümumi
ekstrakt və
şəkər
Limon turşusuna
çevrilməklə
turşular
Ümumi ekstarkt və
şəkərin miqdarına malik
məmulatlar, q/100sm
3
32-dən çox
±0,5
±0,8
±0,03
16-32
±0,5
±0,6
±0,03
16-ya qədər
±0,5
±0,3
±0,03
Acı likor-nalivka
məmulatlar
±0,2
±0,3
-
Balzamlar
±0,2
±0,5
-
Kokteyllər
±0,5
±0,5
±0,02
Emusiyyalı likorlar
±0,5
±1,0
±0,03
360
İxrac üçün nəzərdə tutulan likor-araq məmulatları aşağıdakı
cədvəldə əksini tapan normalara cavab verməlidir (cədvəl 4.6).
Cədvəl 4.6
İxrac üçün nəzərdə tutulan likor-araq məmulatlarının
tərkib göstəriciləri
Məmulat
qrupları
Tündlük, %
Kütlə qatılığı, q/dm
3
Ümumi
ekstrakt
Şəkər
Limon turşu-
suna çevril-
məklə turşular
Likorlar
15-25
250-500
250-500
0-7,0
Kremlər
20-23
500-600
490-600
0-7,5
Nalivkalar
16-20
260-470
20-400
2-10,0
Punşlar
15-20
300-430
300-400
0-1,3
Şirin cövhərlər
16-25
90-320
80-300
0-9,0
Acı çövhərlər
30-60
0-80
0-70
0-5,0
Balzamlar
40-45
70-300
-
-
Müəyyən olunmuş fiziki-kimyəvi göstəricilərdən kənara
çıxmalara da yol verilir (cədvəl 4.7).
Cədvəl 4.7
Müəyyən olunmuş normalardan yol verilən kənara çıxmalar
Göstərici
Fərqli ümumi ekstrakt və şəkərin miqdarına malik olan
likor-araq məmulatlarında yol verilən kənara çıxmalar,
q/dm
2
320-dən yuxarı
160-320
160-a qədər
Tündlük, %
±0,2
±0,2
±0,2
Ekstarkt və
şəkərin kütlə
qatılığı,
q/dm
3
±6,0
±3,0
±8,0
4.1.3.4. Doldurma,
qablaşdırma və
markalanma
Doldurma, qablama və markalanma 4827 saylı QOST-a
uyğun aparılır. İxrac olunacaq məhsul üçün isə 27906-887 saylı
QOST şamil edilir.
361
Doldurma normativ-texniki sənədlərə uyğun olaraq rəngsiz,
yarımağ yaxud yaşıl şüşədən hazırlanan və tutumu 0,75; 0,50;
0,25; 0,10; 0,05 dm
3
olan butulkalara (QOST 10117-91) tutumu
0,05-1,0 dm
3
olan vintli yivli butlkalara (QOST 26585-85)
həmçinin fiqurlu butulkalara, şüşə, billur, farfor və keramik
qrafinlərə aparılır.
Nominal doldurma həcmindən kənara çıxmalar cədvəl 4.8-də
əks olunmuşdur.
Cədvəl 4.8
Doldurmada nominal həcmdən yol verilən kənara çıxmalar
Butulkanın tutumu,
dm
3
Nominal həcmdən kənara çıxmalar, tökülmə
doluluğu, sm
3
Şirin məmulatlar, balzam
və kokteyllər üçün
Acı məmulatlar üçün
0,75
±6,0/ ±3,0
±5,0/ ±3,0
0,50
±5,0/ ±3,0
4±,0/± 2,0
0,38
±4,0/-
±3,0/ -
0,30; 0,25
±3,0/ ±2,0
±2,5/ ±1,0
0,10
±2,0/ -
±1,5/ -
0,05
±1,5/ -
±1,0/-
Dolma səviyyəsini müəyyən etmək üçün partiyadan 25
butulka götürülür, orta kənara çıxmalar 20
0
C-də cədvəldə (cədvəl
9) göstərilənlərdən çox olmamalıdır.
Əgər doldurulma dolğunluğu “səviyyəyə görə” yoxlanırsa o
zaman 25 butulka üçün orta kənara çıxmalar artıq olmamlıdır:
±6,0 tutumu 1,00 dm
3
olan butulkalar üçün;
±5,0 tutumu 0,75-0,70dm
3
olan butulkalar üçün;
±4,0 tutumu 0,50-0,20dm
3
olan butulkalar üçün;
±1,5 tutumu 0,10 dm
3
olan butulkalar üçün;
±1,0 tutumu 0,05dm
3
olan butulkalar üçün.
İxrac olunan likor-araq məmulatları tutumu 0,5-1,75 dm
3
olan
təzə butulkalara doldurulur.
«Səviyyəyə görə» - «B
1
» və «B» yaxud V və VIII tipli həlqəli
butulkalar üçün butulkanın boğazının hündürlüyü həlqənin yuxarı
362
sərhəddindən hesablanmaqla boğazın yarısından 2/3 hissəsinə
qədər doldurulmalıdır. Bu halda məhsulun həcmindən yol verilən
kənara çıxmalar daxili bazar üçün istehsal olunan məmulatlarda
olduğu kimidir.
«Həcmə görə» - doldurma mövcud normativə - texniki
sənədləşmələrə uyğun olaraq VIII tipli butulkaya (QOST 25585-
85), fiqurlu butulkaya və keramik qrafinlərə aparılır. Məhsulun
həcmindən yol verilən kənara çıxmalar aşağıdakılardan çox
olmamalıdır:
±8,0 sm
3
nominal tutumu 1,75 dm
3
olan butulkalar üçün;
±4,0sm
3
nominal tutumu 0,50 dm
3
olan butulkalar üçün;
±2,5 sm
3
nominal tutumu 0,30 və 0,25 dm
3
olan butulkalar
üçün;
±1,5 sm
3
nominal tutumu 0,125 və 0,10 dm
3
olan butulkalar
üçün.
İxrac üçün digər tip və tutuma malik butulkalar, çəlləklər,
avtosisternlər, (QOST 9218-86) həmçinin xarici iqtisadi təşki-
latların tələblərinə uyğun alıcı-şirkətin konteynerləri, çəlləkləri,
avtosisternləri istifadə oluna bilər.
Butulka yaxud qrafinlər likor-araq məmulatları doldurulduq-
dan sonra hermetik bağlanmalı və çevrildikdə axıtmamalıdır.
Butulkalar aliminium lentli altlığı olan qalpaqla bağlan-
malıdır. Qalpağın daxili hissəsində üzərinə sellofan çəkilmiş
kardon (prokladka) yaxud plasmass arakəsməyə malik olur.
Butulkanın polietilen tıxacla, sonradan alüminium yaxud
viskoz qalpaqla bağlanmasına da icazə verilir.
Kombinə edilmiş polietilen tıxaclardan istifadədə yol
veriləndir.
Qrafinlərin mantar tıxacla perqamentdən olan lentdən ibarət
altlıqla bağlanması aparılır. Bununla belə, polietilen tıxac yaxud
uzadılmış alüminium qalpaqlada bağlana bilir. Tıxac hazırlayan
müəssisənin adı olan firma yapışdırıcı (nakleyka) ilə əksini tapır.
Şüşə, billur, farfor və keramik tıxaclar istifadə olunduqda
onlar ipək lentlə qrafinə bağlanır.
363
İxrac üçün olan butulkalar alüminium qalpaqla ağ kardondan
arakəsmə ilə bağlana bilər.
Digər növ qapaqlardan da istifadə oluna bilər ki, bu da
sifarişçinin və xarici iqtisadi təşkilatın tələblərindən asılı olaraq
müəyyənləşdirilir.
Bağlamaq üçün istifadə olunan bütün materiallar texniki
sənədləşdirmənin tələblərinə cavab verməli və Səhiyyə
Nazirliyinin icazəsini almalıdır.
Butulkalar müxtəlif növ qutulara qablanır: texniki
sənədləşməyə uyğun çox qat istifadə olunan ağac; polimer,
büzməli kardon; çox qat istifadə olunan metal.
Fiqurlu butulkalar və qrafinlər ağac qutulara arakəsməsiz
yığılsa da metal yaxud büzməli kardon arakəsməli qutulara
qabların qırılmaması üçün əvvəlcədən zərif kağızla bükülməklə
qablanır. Keramik qrafinlər istisna təşkil edib, büzməli kardon
qutulara kağıza bükülmədən qablanır.
Fərdi qablamada (butulka, qrafin) etiket, əks etiket və
boyunbağı yapışqanlanır və orada standarta uyğun qaydada
istehlakçı haqqında məlumat əksini tapır. Həmin yazının şüşə
üzərinə oda davamlı, yuyulmayan rənglə yazılmasına da icazə
verilir. Qrafinə etiketi boğaz hissəyə rəngli şnur yaxud lentlə
bağlamaq da olar.
Etiketdə aşağıdakı məlumatlar göstərilməlidir:
Məhsulun adı;
Ticarət markası;
Hazırlayanın adı, yerləşmə yeri (ünvanı) (qablayan,
ixracatçı, idxalçı), ölkənin adı və yerləşdiyi yer. Hazırlayıcı
ımüəssisənin adı əlavə olaraq alüminium qalpaq üzərində hərflərlə
göstərilir;
Hazırlayıcının əmtəə nişanı (əgər beləsi varsa);
Tündlüyü (etil spirtinin həcmdə payı), %;
Həcmi, dm
3
;
Məhsulun tərkibi;
Ətirləşdiricilərin, rəngləyicilərin (onlar tətbiq olunduqda)
364
olması;
Şəkərin kütlə qatılığı (əgər şəkər resepturada nəzərdə
tutulmuşsa), q/100sm
3
;
Doldurulma tarixi. Etiketin üz yaxud arxa tərəfində
göstərilir. Qalpaq, əks etiket yaxud birbaşa istehlakçı qablarında
oxumaq üçün əlverişli olan yerdə yazılmasına da icazə verilir.
Doldurma tarixi və briqadanın nömrəsi etiketin əks tərəfinə
ştampla yaxud kompesterlə vurula bilər.
Yetişdirilən likorlar üçün «Yetişdirilmişdir» sözü
butulkanın çiynində əlavə etiket kimi yerləşdirilən boyunbağıda
əks etdilirilir.
Məhsulun hazırlandığı və ola bilər ki, eyniləşdirildiyi
normativ yaxud texniki sənədin adı;
Sertifikatlaşdırmaya dair məlumat.
Əlavə olaraq– resepturanı işləyib hazırlayan təşkilatın adı,
digər reklam və informasiya səciyyəli yazılar verilə bilər.
İxrac olunan məhsulların markalanması ana dilində, yaxud
xarici dillərdə aparıla bilər.
Xarici iqtisadi təşkilatların tələblərinə əsasən yazılar etiket,
əks etiket, boyun bağıda da əks oluna bilər. Etiketin əks tərəfində
xüsusi rənglə 7 rəqəmli şifr yazılır: birinci iki şifr – zavodun
indeksi, üçüncü – xarici iqtisadi təşkilatın indeksi; son iki –
doldurulduğu ay; sonuncu iki rəqəm isə likor-araq məmulatlarının
hazırlanmai lidir.
Nəql etdirmə markalanması 14192-96 saylı QOST-a uyğun
həyata keçirilir. Suvenir və hədiyyə məmulatları yığılmış qutuların
birtərəfinə aşağıdakılar əks olunmuş etiket yapışdırılır:
Məmulatın adı;
Butulkaların sayı və tutumu.
Hər bir qutunun daxilinə büzməli kardondan aşağıdakılar əks
olunmuş bükücü vərəq yerləşdirilir:
Məmulatın adı;
Butulkaların, qrafinlərin sayı və onların tutumu.
Qablama tarixi, qablayanın soyadı yaxud nömrəsi.
365
Büzməli kardondan olan qutulara «Ehtiyatlı olun - qırılandır»
xəbardar edici ifadəsi yazılır.
14-192-77 saylı QOST-a və xarici iqtisadi təşkilatların
tələblərinə uyğun olaraq qutu, çəllək, avtosistern, konteynerlərə
ixrac olunan məhsulun nəqliyyat markalanması vurulur. Bundan
başqa, hər qutuya likor-araq məmulatlarının fərdi qablanması
etiketi vurulur.
4.1.4. N
ə
ql etm
ə
v
ə
saxlanma
Likor-araq məmulatları bütün nəqliyyat növləri ilə 23285-78
saylı QOST-un tələbləri çərçivəsində nəql etdirilir. Bütün
nəqliyyat əməliyyatları yerinə yetirildikdə məhsul atmosfer
çöküntülərindən və çirklənmələrdən qorunmalıdır.
Məhsul müəssisələrdə, ticarət köşklərində anbar binalarında
10-20
0
C temperaturda, 85%-ə yaxın nisbi rütubətdə saxlanır.
Rəngli likor-araq məmulatları saxlandıqda birbaşa düşən günəş
şüalarından qorunmalıdır. Məmulatın təminatlı saxlanma müddəti
onun bu və ya digər qrupa aid edilməsindən asılıdır (cədvəl 4.9).
Istehsalçı məmulatın göstərilən müddətdə nəql olunma və
saxlanma qaydalarına əməl edilməklə saxlanmasına təminat verir.
Butulkada ixrac olunan məhsullar üçün doldurmadan sonra
aşağıdakı təminat müddəti müəyyən olunur:
Ətirli spirtlərin tətbiqi ilə
acı cövhərlər - ən azı 5 il;
balzamlar- ən azı 1 il;
Şirə, çövhərlər əlavə etməklə hazırlanan likorlar, kremlər, acı
cövhərlər - ən azı 12 ay;
Cövhərlər – 12 ay;
Nalivkalar, punşlar – 6 ay;
Şirin cövhrlər - ən azı 4 ay.
366
Cədvəl 4.9
Məmulatın təminatlı saxlanma müddəti
Məmulatın növləri
Doldurulma
günündən saxlanma
müddəti, ay
Tünd likorlar, kremlər
8
Desert likorlar, nalivkalar, punşlar, acı cövhərlər,
acı zəif alkoqollular, balzamlar
6
Konyak və portveyn istifadəsi ilə acı cövhərlər
4
Şirin cövhərlər, kəmşirin zəif alkoqollular,
aperitivlər, emulsiyalı likorlar, kokteyllər,
spirtləşdirilmiş şirədə nalivkalar, yüksək miqdarda
aşı və rəng maddələrinə malik inqredientlər
əsasında acı cövhərlər (qara, qırmızı bibər və b. ilə
çörək suxarlisinin spirtdə cövhəri)
3
Desert içkilər
2
4.1.5
. Saxtalaşdırma
Likor-araq məmulatlarının saxtalaşdırılmasının ümumi vasitə
və üsulları araq və konyaklar üçün də səciyyəvidir. Qida spirtinin
bir qədər yaxud tamamilə texniki spirtlə əvəz olunması, spirtin su
ilə duruldulması sintetik rəngləyicilərin, ətirləşdiricilərin tətbiqi,
resepturada olan natural komponentlərin surroqatlar və likor-
nalivka məmulatlarının orqanoleptik xüsusiyyətləri və qida
dəyərini imitasiya edən digər əvəzedicilərlə dəyişdirilməsi,
saxtalaşdırmanın fərdi vasitə və üsullarına aiddir.
Istehlakçıları sağlamlıq və həyatı üçün təhlükəli olan
saxtalaşdırılmış məhsullardan qorumaq məqsədilə ilk növbədə
qəti dövlət qərarları qəbul olunmalı, nəzarət ciddiləşdirilməlidir.
Məmulatın keyfiyyətsizliyinin müəyyən olunması ilə bağlı
məlumatlar hər bir istehlakçı üçün əlçatan olmalıdır.
Saxtalaşdırma əlamətlərini oqranoleptik, fiziki yaxud fiziki-
kimyəvi analiz metodları ilə aşkar etmək olar.
Sadə və əlçatan orqaoleptik metod xüsusilə də az miqdarda
367
toksiki maddəlr olduqda yüksək dəqiqliyi ilə fərqlənmir.
İstehlakçı içki aldıqda belə qiymət vermək iqtidarında olmur,
çünki metodun özü yüksək peşəkarlıq tələb edir.
Saxtalaşdırmanın yüksək dəqiqliklə təyin edilməsi və zərərli
qarışıqların aşkar edilməsi müasir analiz metodlarından istifadə
edilməklə mümkün olur. Bunlara maye xromatoqrafiya, xromato-
kütlə-spektrometriya, kompyuter sistemi ilə məlumat bankı ilə
təchiz olunmaqla və s. aiddir.
Lakin bu metodların real istifadəsi yalnız ixtisasdırılmış
laboratoriyalarda uyğun avadanlıqlar və yüksək ixtisaslı heyətin
mövcudluğu ilə mümkündür.
İstehlakçılara məhsulun xarici görünüşünə görə keyfiyyətinin
təyin olunması ilə bağlı bəzi tövsiyələr vermək olar. Alkoqollu
içkini satın almazdan əvvəl onun həqiqiliyinə əmin olmaq məq-
sədilə satıcıdan uyğunluq sertifikatı yaxud onun surəti tələb edilə
bilər. Sertifikat uyğun idarə tərəfindən təsdiq olunmalıdır.
Sənəddə içki haqqında verilən məlumatla (adı, hazırlayan zavod,
partiyanın buraxılma tarixi və s.) etiket, əks etiket və butulkanın
tıxacındakı markalanma tam uyğun olmalıdır. Bundan başqa
qalpaq və etiketə diqqət yetirmək lazımdır. Bunlara dair məlumat-
lar tamamilə uyğun gəlməlidir. Qalpaq özü “vint altında”
fırlanmamalı, hətta belə olduğu halda belə butulkadakı məhsulda
axma olmamalıdır. Əgər axıdarsa belə məhsul hazırlayıcı-zavodda
çıxdaş hesab edilir.
Etiketə daxili hissədən baxıldıqda bir neçə bərabər yapışqan
zolağı, yaxud başdan-başa nazik səliqəli qat nəzərə çarpır ki, bu da
istehsalat şəraitində maşınla yapışqanlanmanı göstərir. Əgər əllə
yapışdırılarsa, yayma bərabər səviyyədə olmur, axıntılı olur. Bu
isə primitiv hazırlanma üçün səciyyəvidir.
Bundan başqa etiket, əks etiket və boyunbağı əyri yapışdırıl-
mamalı təmiz olmalı, onlarda olan məlumatlar normativ sənədlərin
tələblərinə uyğun olmalıdır.
Likor-araq məmulatlarının saxtalaşdırılmasının aşkar edil-
368
məsinin bir sıra sadə kimyəvi metodları vardır. Çox vaxt cövhər-
lərdə natural xammalı (meyvələr, giləmeyvələr, köklər, otlar)
sintetik rəngləyicilər, qliserin və sair ilə dəyişməklə saxtalaşdı-
rırlar. Sintetik rəngləyicilər məhsula istənilən qələvi məhlulu əlavə
edilməklə müəyyən olunur (ammonyak, soda içkinin həcmini
artıran miqdarda). Mühitin pH-nın kəskin dəyişməsi təbii rəngləyi-
cilərin rənginin dəyişməsinə səbəb olur: qırmızılar-çirkli-göy,
bənövşəyilər-qırmızı və qonur rəng alır.
Əgər likor-araq məmulatları sarı, narıncı yaxud yaşıl rəngə
malik olarsa, o halda qələvi əlavə edildikdən sonra onları qız-
dırmaq lazım gəlir. Nəticədə təbii rəngləyici maddələr – karotin,
karatinoidlər və xlorofil parçalanır, içkinin sarı və narıncı rəngi
itərək yaşıl-qonur yaxud tünd-yaşıl rəngə çevrilir. Sintetik rənglə-
yicilərin rəngi isə bu şəraitdə dəyişmir.
4.1.6
. Müxtəlif ölkə
l
ə
rd
ə
buraxılan l
ikor-araq
m
əmulatları
Likor və kremlər. Likorların vətəni Fransadır. Dünyanın
daha məşhur likorları “Benedektin” və “Şartrez”-dir. Onlardan
birincisi Le-Mausa sahillərində - Fekame şəhərində yerləşən
müqəddəs Benedikt monastırının adı ilə bağlıdır. Likor ilk dəfə
burada monarx Dom Bernarda Vintsellinin resepti əsasında
hazırlanmış və hələ XVI əsrdə “Benedikt eliksir”i
adlandırılmışdır. Macarıstanda “Brendikt”ə oxşar “xubertus”
likoru istehsal olunmuşdur. “Şartrez” likoru isə 1605-ci ildə Şartre
monastırında hazırlanmış və onun resepti ciddi şəkildə gizli
saxlanılmışdır. Buna oxşar likor Ruminiyada “Bonitak” adı ilə
buraxılır.
“Kyursko” likoru da çox məşhurdur. Öz adını məlum adanın
adından götürmüşdür. Digər ölkələrdə “Kyuraso” likoru az şəkər
və spirtlikdə buraxılır. Polşada giləmeyvə likoru “Rotafiya” məş-
hur olub, qaragilə, böyürtkən, moruq, albalı, itburnu şirələrindən
369
hazırlanır. Tündlüyü 35%, şəkərin miqdarı 33q∕100sm
3
olur.
Bolqar likorları “Mastika ekstra” və “Mastika zaarskaya” məlum-
dur. Birincinin tündlüyü 47%, ikinci 55%, ümumi şəkərin miqdarı
uyğun olaraq 40 və 60 q∕100sm
3
olur. İstifadədən əvvəl onları su
ilə duruldur və bundan sonra onlar süd forması alır. Müxtəlif
ölkələrdə müxtəlif adlar altında və fərqli tərkibdə albalı şirəsi
əsasında likör istehsal olunur. Macarıstanda “Çerri-brendi” adı ilə
30% tündlükdə, 32 q∕100sm
3
şəkərlikdə; Çexiyada 20 və 36%
tündlükdə və uyğun olaraq 17 və 24 q∕100 sm
3
şəkərlikdə; Fran-
sada uyğun olaraq 32% və 21q∕sm
3
; ABŞ-da oxşar likor “Krasnaya
losad” adı ilə 35,7% spirtlikdə və 14,7q∕100sm
3
şəkərlikdə istehsal
olunur. Kremlərdən daha məşhurları fransız qara qarağat “Kasi”,
macar “Şokaladmy flip”, “Qərbi Avropa ölkələrində emulsiyalı
kremlər və likor “Yaiçniy” geniş yayılmaqla yumurta sarısında
vanillə ətirləşdirilməklə hazırlanır.
“İDV” şirkəti Dublindəki (İrlandiya) zavodunda 1974-cü il-
dən “Baileys” adlı gavalı likoru buraxır. Onun əsasında ən yaxşı
İrland viskisi, spirt slivkası durur. Onun tündlüyü 17 h%-dir.
Ölkəmizdə son illər xeyli likor çeşidləri istehsal olunmaqdadır
(şəkil 4.2).
Dostları ilə paylaş: |