Su-spirt qarışığının hazırlanma üsulları. Su-spirt qarışıqları
fasiləli və fasiləsiz üsullarla hazırlanır.
Fasiləli üsul. Spirt və suyu xüsusi çəndə qarışdırırlar.
Kupaj hazırlamaq üçün çən-qarışdırıcıya əvvəlcə hesablanmış
miqdarda spirt, sonra yumşaldılmış su əlavə olunur. Möhkəm
qarışdırıldıqdan sonra tündlüyünü təyin etmək məqsədi ilə ondan
nümunə götürülür. Əgər kupajın tündlüyü lazım olan səviyyədə
olmazsa, onu tənzimləyir və ikinci dəfə möhkəm qarışdırırlar.
Çən-qarışdırıcıya əvvəlcə spirt, sonra suyun ardıcıllıqla
vurulması qarışma prosesini sürətləndirir. Belə ki, spirtin sıxlığı
suyun sıxlığından az olduğundan yuxarıya qalxır və daha yaxşı
qarışmanı təmin edir.
Spirt və suyu çənə eyni vaxtda da vurmaq olar. Bu halda spirt
çən tam dolduqda su ilə qarışmış olur. Spirtin daha əvvəl vurul-
ması məqsədəuyğundur. Bu üsulla kupajın hazırlanması 1,5 saat
davam edir.
Fasiləsiz üsul. Bir sıra zavodlarda su-spirt qarışığını hazır-
lamaq üçün fasiləsiz işləyən qarışdırıcıdan istifadə olunur. Spirt və
yumşaldılmış su rezervuardan təzyiq bakına vurulur. Bakda səv-
viyə nizamlayıcı qoyulmuşdur. Spirt və suyun sərfi rotametrlə
nizamlanır. Spirt və su 1:(1,38-1,44) nisbətində təzyiq nizamlayıcı
382
və paylayıcıdan keçərək axım tipli iki mərhələli həlqəvi qarış-
dırıcıya daxil olur. Axımların belə nisbəti kupajın tündlüyünün
0,5-1,5 h.% yüksək alınmasını təmin edir. Kupaj qarışdırıcıdan
çıxışda əlavə olaraq nasosla qarışdırılır.
Tündlüyün nominaldan yüksəkliyi sonrakı mərhələdə avtomat
cihazlarla nəzarət olunmaqla vurulan su ilə tənzimlənir.
Köməkçi xammal məhlullarının vurulması xüsusi merniklər
vasitəsilə dozalaşdırılır. Hazırlanan kupajı qabaqcadan süzülmək
və fəal kömürlə təmizləmək üçün yönəldirlər.
Su-spirt qarışığının injeksiya üsulu ilə axında hazırlan-
ması. Poltava likor-araq zovodunun təcrübəsi əsasında araq hazır-
lanma üsuludur. Texniki həll və xidməti baxımından daha sadədir.
Kupaj hazırlanmasını intensivləşdirmək məqsədilə injektor
adlanan cihazdan istifadə olunur.
Qurğunun işinin əsasında injeksiya prinsipi durur.
Su spirt qarışığının və arağın süzülməsi. Su-spirt məhlulun-
da həmişə az miqdarda zərif dispres asılqan hissəcikləri olur. Bu
asılqanlar suyun spirt ilə qarışdırılması zamanı əmələ gələn qalıq
codluqda mineral duzlardır. Qarışığın fəal kömürlə işlənməsi
zamanı kömür tədricən parçalanır, kolloid ölçülərdə əmələ gələn
xırda hissəciklər məhlula keçir. Başlanğıc kupajda olan asılqan
hissəciklər kömürün məsamələrini tutur və onun fəallığını azaldır.
Bu yolla işlənən su-spirt qarışığı (araq) isə tamamilə şəffaf
olmalıdır. Süzülmə iki dəfə-kömürlə işlənmədən əvvəl və sonra
aparılır.
Süzgəcdən keçirmə - mayenin məsaməli təbəqədən keçiri-
lərək, bərk hissəciklərin onun üzərində saxlanılması və süzün-
tünün keçirilməsidir.
Kupajın və arağın süzülməsi fasiləli və fasiləsiz işləyən qumlu
süzgəclərdə aparılır. Süzücü material kimi müxtəlif səviyyələrdə
dənəvərləşdirilmiş kvars qumundan, təsadüfi hallarda isə (arağın
süzülməsində) yüksək məsaməli keramik təbəqələrdən istifadə
olunur.
383
Zavoda daxil olan kvars qumu dənələrinin iriliyinə görə sort-
laşdırılır, su ilə yuyulur və 2-3%-li xlorid turşusu məhlulu ilə
işlənir.
Qumun dənələrinin yaratdığı süzücü kanalların ölçüləri asıl-
qan hissəciklərin əsas kütləsinin ölçülərindən kiçikdir. Odur ki,
sonuncu qum təbəqəsinin səthində toplanaraq, çöküntünün zərif
məsaməli təbəqəsini yaratmış olur. Süzülmənin başlanğıcında hə-
min təbəqə yaranmadığından süzgəcdən xırda çöküntü hissəcikləri
də keçir və ilk süzüntü bulanıq alınır. Sonra süzücü materialda
asılqan hissəciklərin təbəqəsi formalaşır və ondan süzülən su-spirt
məhlulu tam şəffaflığa qədər durulur.
Süzcəgdən qumu su-spirt məhlulunun və arağın əks axımını
yaratmaqla təmizləmək mümkündür.
Bəzi zavodlarda süzgəcdən keçirmək üçün əsasında məsaməli
keramik təbəqələr olan, diametri 175 mm və qalınlığı 20 mm
təbəqələrdən istifadə olunur. Təbəqələr şamot (75%) və bentonit
(25%) qarışığının 1300
0
C temperaturda yandırılmasından (bişiril-
məsindən) alınır. Məsamələrin diametri 40 mm-dir.
Süzgəcin məhsuldarlığı saatda 30 dal-a yaxındır.
Süzgəcləri tez-tez (ən azı həftədə 1 dəfə) təmizləmək üçün
dayandırırlar. Ona görə də onları paralel yerləşdirirlər. Təbəqələri
15-20 dəqiqə müddətində su ilə yumaqla bərpa edirlər. Sonra axar
suda korpusu yuyurlar. Bu halda suyun təzyiqi 0,1 Mpa-dan az
olmamalıdır. 20 dəqiqədən sonra təbəqələr 5%-li xlorid turşusunda
10-15 dəqiqə saxlanır. Sonra təbəqələr yenidən yerinə yerləşdirilir,
10 dəqiqə axar suda yuyulur, quruducu şkafda 105-110
0
C tempe-
aturda 2 saat qurudulur və mufel peçində 500-600
0
C temperaturda
30 dəqiqə saxlanır. Təbəqələr peçlə birgə soyudulur (otaq tempe-
raturuna qədər). Hər təbəqə 10-15 dəfə bərpa oluna bilər. Sonra
onlarda çatlar əmələ gəlir və onlar istifadəyə yararsız olurlar.
Keramik süzgəclər arağı, qum süzgəclərinə nisbətən pis
duruldur. Belə ki, təbəqələrin məsamələri qeyri-bərabər ölçülərdə
olduğundan, zərif dispres asılqan hissəciklərin ondan keçməsi
mümkün olur.
384
Süzülmüş araq hazır məhsul çəninə keçirilir. Burada onu
qarışdırır və tündlüyünü yoxlayırlar. Əgər tündlük standarta uyğun
gəlməzsə onu nizamlayır və çəni yenidən qarışdırırlar. Arağı bu
çəndən dolurmaya göndərirlər.
Su-spirt qarışığının işlənməsi. Su-spirt qarışığı adından
məlum olduğu kimi su ilə spirtin qarışdırılmasından alınır və
istehsalın aralıq məhsuludur. Yalnız fəal kömürlə işləndikdən
sonra, o, araq üçün səciyyəvi olan dad və ətir qazanmış olur.
Sortlaşmanın fəal kömürlə işlənmə üsulları. Likor-araq
zavodlarında uzun müddət müxtəlif sadələşdirilmiş fasiləli
işlənmə üsullarından istifadə edilirdi ki, bu halda kömür su-spirt
qarışığı ilə qarışdırılırdı. Proses ya təzyiq çənində qarışdırılmaqla
və ya təzyiq çəninə qoyulmuş fəal kömürlü patrondan (şamdan)
məhlulu keçirməklə aparılırdı. Bu metodların əsas çatışmazlığı
prosesin fasiləliyi, aşağı məhsuldarlığı, kömürdən istifadənin cüzi
səmərəliliyi, kömürün ayrılması və bərpası ilə bağlı əməliyyatın
ağır zəhmətli olmasıdır.
Hazırda sortlaşmanın kömürlə işlənməsi fasiləsiz iki üsulla
həyata keçirilir: dinamik və kömürün asılqan təbəqəsində.
Dinamik üsulda qarışıq ardıcıl birləşdirilmiş bir, iki yaxud üç
kömür kolonkasından buraxılır.
Müxtəlif xırdalanma dərəcəli fəal kömür yüksəkliyi 4,2 m və
diametri 0,7 m olan kalonkanın daxilinə doldurulur və ondan
keçməklə aşağıdan yuxarıya su-spirt məhlulu buraxılır.
Sortlaşmanın fəal kömürlə işlənməsi üçün qurğu iki qum-
forfiltrdən, bir-biri ilə ardıcıllıqla birləşmiş bir, iki, yaxud üç
kömür kolonkasından və bundan sonra arağı sonuncu dəfə süzən
iki keramik süzgəcdən ibarətdir.
Su-spirt qarışığının təmizlənməsi aşağıdakı qaydada gedir.
Qarışıq təzyiq çənindən özbaşına axımla ilkin süzülməyə (qum-
forfiltr) daxil olur. Bu işdə məqsəd su ilə və təzyiq bakından
mexaniki şəkidə su-spirt qarışığına düşən kənar qarışıqlarla
kömürün çirklənməsinin qarışısını almaqdır. For süzgəci keçən
qarışıq kömür kolonkasına qalxır. Sonra isə sonuncu süzülmə üçün
385
keramik yaxud qum süzgəcinə daxil olur. Sonuncu süzülmə
(kömürlə təmizlənmədən sonra) kömürün xırda dispers hissəciklə-
rini tutub saxlamağa xidmət edir.
Su-spirt qarışığının süzülmə qurğusuna verilmə sürəti arağın
növündən və kömürün keyfiyyətindən asılıdır. Sortlaşmanın təzə
kömürlü bir kömür kolonkasına vurulma sürəti yüksək keyfiyyətli
araqlar üçün saatda 30 dal, ordinar araqlar üçün isə 60 dal-dır.
Süzülmə prosesində kömürün fəallığı aşağı düşdüyündən,
süzülmənin sürəti də azaldılmalıdır. Yüksək keyfiyyətlilər üçün bu
azalma minimum 5 dal/saat, ordinarlar üçün-10 dal/saatdır.
Su-spirt məhlulunun işlənmə prosesində fəal kömür tədricən
özünün təmizləyici xüsusiyyətlərini itirir. Kömürün fəallıq
xüsusiyyətinin qaytarılması bərpaetmə adlanır.
Bərpa olunmadan kömür kolonkasında işin davametmə
müddəti geniş intervalda yəni 15-100 min dal arasında dəyişir.
Adətən bərpa olunma ildə 3-4 dəfə aparılır. 1000 dal sortlaşmaya
kömür sərfi 1,6 kq-dır.
Bərpa etmə birbaşa kolonkada aparılmaqla, kömürə 110-
115
0
C temperaturu olan doymuş su buxarları ilə 0,07 MPa
təzyiqdə təsir göstərilir. Kömürün buxarla bərpa edilməsi onun
fəallığını az artırır. Ona görə də belə kömürdən maksimum
süzülmə sürəti yüksək keyfiyyətli araqlar üçün 20 dal/saat,
ordinarlar üçün - 40 dal/saat təşkil edir.
Sortlaşmanın şəkli dəyişdirilmiş (modifikasiya olunmuş)
nişasta ilə işlənməsi. Şəkli dəyişdirilmiş nişasta zavodda birbaşa
sortlaşdırıcı çənə vurulmazdan əvvəl hazırlanır. Sortlaşmanın bu
işlənmə metodu az məhsuldar müəssisələrdə tətbiq olunur.
Modifikasiya olunmuş nişasta hazırlamaq üçün modifikatora
3 kq quru nişasta tökülür və 2-2,5%-li məhlul almaq üçün su ilə
qarışdırılır və 320 sm
3
buzlu sirkə turşusu (nişasta və turşunun
miqdarı 1000/dal sortlaşmaya görə hesablanır) əlavə olunur. Su,
nişasta və sirkə turşusunun qarışığı daimi qarışdırılmaqla 68-70
0
C
temperaturda 1 saat termostatda saxlanır. Sonra nişasta kütləsi
386
20
0
C-yə qədər soyudulur və sortlaşma çəninə keçirilir. Modifika-
siya olunmuş nişasta aşağıdakı tələblərə cavab verməlidir: qatılığı
2,5-5,0%; pH 6,5-6,7. Xarici görünüşcə kütlə eynicinsli quruluşlu
yapışqanvaridir.
Sortlaşma çəninə lazım olan miqdarda spirt yumşaldılmış su
vurulduqdan sonra qarışdırılmaqla 60-120 dm
3
hesabı ilə modifi-
kasiya olunmuş nişasta əlavə olunur. Bu isə 1000 dal sortlaşmaya
2,5-5%, yaxud quru nişastaya çevirməklə 0,03% modifikasiya
olunmuş nişastaya uyğundur.
Su, spirt və modifikasiya olunmuş nişasta qarışığı 30 dəqiqə
qarışdırılır və sonra təzyiq çəninə vurulur. Təzyiq çənində sortlaş-
ma 2 saat yetişdirilir. Sonra süzülməyə göndərilir. Əvvəlcə kobud
qarışıqları ayıran süzgəcə, sonra zərif süzgəcə verilməklə süzülmə
aparıla bilər.
İşlənmiş nişasta süzgəcdən suyun əks axımı ilə yuyulur, qabda
toplanır və etiket yapışdırmaq üçün lazım olan yapışqan hazırlan-
masında istifadə edilir.
Araq süzülmədən sonra tamamlama çəninə vurulur və üzərinə
reseptə uyğun bütün lazım olan inqredientlər əlavə olunmaqla araq
tündlüyünə çatdırılır. Tamamlama çənindən araq doldurulmaya
verilir.
4.2.2. Eynil
əşdirmə
v
ə
ekspertiza
4.2.2.1. M
ə
hsulun q
əbulu, nümunənin götürülmə
si
v
ə
sına
q met
odları
Məhsullar orqanoleptik qiymətləndirmə, fiziki-kimyəvi təhlil,
keyfiyyət və təhlükəsizliyin gigiyenik göstəriciləri, həmçinin mü-
şayətedici sənədlərin, qablama və markalanmanın eyniləşdirilməsi
və ekspertizası da daxil olmaqla bütün yoxlamaları keçməlidir.
Qəbul, nümunə götürülməsi və məhsulun sınağı 5363-93 saylı
QOST-a uyğun həyata keçirilir.
Araq partiyalarla qəbul edilir. Partiya adı altında eyni ada və
387
doldurulma tarixinə malik keyfiyyətinə dair vahid sənədlə rəsmi-
ləşdirilən məhsul başa düşülür. Keyfiyyətə aid sənəd kimi keyfiy-
yətə dair vəsiqə, yaxud lazimi informasiyalarla təmin olunmuş
məhsulun sertifikatı əks olunmuş müşayiətedici sənəd ola bilər.
Məhsul qəbul olunarkən etiketin əyriləri, qırış və deforma-
siyalar, asılqan hissəciklər, bağlanmaya və s. diqqət yetirilir.
Nümunə üçün məhsul hissəciklərinin götürülməsi normativ
sənədlərin tələblərinə uyğun qaydada təsadüfi götürülmə metodu
ilə aparılır (cədvəl 4.11).
Cədvəl 4.11
Nümunə hissəciklərinin və əsas nümunənin təşkili
Araq partiyasının
miqdarı. butulka
Nümunənin
miqdarı, butulka
Qəbul edilən ədəd,
butulka
501-1200
20
2
1201-10.000
32
3
10001-35000
50
5
35001-500000
80
7
500000-dən çox
125
10
Əgər qüsurlar göstərilməklə nümunədə butulkaların sayı
qəbul edilən ədəddən az yaxud ona bərabərdirsə partiya qəbul
edilir, başqa cür olduqda çıxdaş edilir.
Fiziki-kimyəvi və orqanoleptik sınaq aparmaq üçün təsadüfi
seçmələr əsasında araq partiyasından dörd butulka miqdarında
nümunə götürülür.
Nümunə götürülməsinə dair müəyyən olunmuş formada akt
tərtib edilir və nümunə ilə birlikdə sınaq laboratoriyasına verirlər.
İki butulka fiziki-kimyəvi və orqanoleptik göstəricilərin uy-
ğunluğuna görə sınaqdan keçirilir, başqa ikisi isə ay müddətində
təsadüfi fikir müxtəlifliyi ehtimalına görə saxlanır.
Sınaq üçün götürülmüş butulkaların boğazını parça qırığı,
yaxud kağızla sarıyaraq iplə dolayır və ipin ucları plomblanır və
ya surquç möhürlə möhürlənir. Şnurlanmış etiketlə kardon yaxud
ağac birka bərkidilərək üzərində aşağıdakı məlumatlar əks
etdirilir.
388
Arağın adı;
Hazırlayıcı-müəssisənin və tabe olduğu təşkilatın (şirkətin)
adı;
Doldurulma tarixi;
Nümunə götürülən araq partiyasında olan arağın sayı;
Partiyanın keyfiyyətinə dair sənədin nömrəsi (sayı);
Götürülmə tarixi;
Nümunə götürən şəxsin soyadı və imzası.
Heç olmasa bir göstəricisinə görə qeyri-kafi nəticə alınan araq
partiyası çıxdaş edilir.
Məhsulun sınağı aşağıdakı təhlillərin aparılmasını nəzərdə
tutur.
Doldurulma tamlığı – ölçülü laborator qablarından istifadə
edilməklə arağın butulkadakı həcmi müəyyən olunur.
Orqanoleptik göstəricilər (rəng, şəffaflıq, iy və dad) – rəng və
şəffaflıq işıq qarşısında tədqiq olunan maye ilə destillə edilmiş
suyun baxaraq gözlə müqayisə edilməsi ilə, dad və iy isə
orqanoleptik yolla müəyyən olunur.
Tündlük – arağın əvvəlcədən destillə edilməsi ilə alınan su-
spirt məhlulunda etil spirtinin qatılığının areomertlə ölçülməsi ilə
təyin edilir.
Qələvilik – (0,1 mol/dm
3
qatılıqda xlorid turşusunun 100 sm
3
arağın titrlənməsinə sərf olunan miqdarı) – kimyəvi metodla
müəyyən olunur. Yəni 0,1 mol/dm
3
qatılıqda xlorid turşusunun
100 sm
3
arağın titrlənməsinə sərf olunan miqdarı ilə təyin edilir.
Eyni zamanda patensiometrik üsul da tətbiq oluna bilər. Bu halda
zəif xlorid turşusu məhlulundan istifadə olunmaqla təhlil olunan
arağın neytrallaşma nöqtəsi müəyyən olunur.
Aldehidlərin kütlə qatılığı – fuksinsulfit reaktivi reaksiyası ilə
təyin olunur.
Sivuş yağlarının kütlə qatılığı sulfat turşulu şəraitdə ali spirt-
lərin salisil aldehidi iştirakı ilə reaksiyasında müəyyən olunur.
Mürəkkəb efirlərin kütlə qatılığı. Mürəkkəb efirlər araqda olan
389
turşuların əvvəlcədən neytrallaşdırılması sonra qələvi ilə yuyul-
ması ilə titrometrik yolla müəyyən edilir.
Metil spirtinin həcmdə payı. Analiz metil spirtinin kalium
permanqanat və sulfat turşusu ilə formaldehid əmələ gəlməsinə
səbəb olan oksidləşmə reaksiyasına və fuksinsulfit II reaktivi ilə
qarşılıqlı təsirindən rənglənməsinə əsaslanır.
Hazırda toksiki mikroqarışıqların - aldehidlər, sivuş yağları,
mürəkkəb efirlər və metil spirtinin təyinində qazoxromatoqrafiya
metodundan istifadə olunur (QOST 30536-97).
Turşuların kütlə qatılığı limon turşusuna çevrilməklə Dövlət
Standartına görə təyin olunur.
4.2.2.2. Orqanoleptik t
ə
hlil
Orqanoleptik qiymətləndirmə 10 bal sistemində həyata keçi-
rilir. Arağın ümumi qiymətləndirmə sistemi cədvəl 4.12-də verilir.
Dequstasiyanın əvvəlində içkilər otaq temperaturu şəraitinə
gətirilməlidir. “Ekstra” tipli araqlar (“Ekstra spirtindən”) soyudul-
muş şəkildə dequstasiya ounmurlar.
İçkilər dequstasiya qədəhinə onun həcminin təqribən 1/3-i
(40-50 sm
3
) qədər tökülür. Qədəh ayağından tutularaq qaldırılır,
çalxalanır və işıqda baxılmaqla şəffaflıq və rəngi təyin edilir.
Rəngdən və şəffaflıqdan müxtəlif kənara çıxmaları arağın
destillə edilmiş su ilə müqayisəsi ilə təyin edirlər. Bu məqsədlə
onlardan eyni sınaq şüşələrinə 10 sm
3
miqdarında tökərək işıqda
baxırlar.
Sonra iy və ətir qiymətləndirilir. Bunun üçün qədəhin altı
ovucun içində saxlanaraq, qədəh üfüqi müstəvi üzrə fırladılır ki,
ətirli maddələrin buxarlanması daha yaxşı getsin.
Ətirdən sonra dad təyin edilir. Ağıza bir qədər içki alınaraq
ağızın ön hissəsində saxlanır. Sonra başı yüngülcə arxaya qaldırır,
dilin bütün üstü yaxalanır, daddakı kənara çıxmalar aşkar edilir.
390
Cədvəl 4.12
Arağın balla qiymətləndirilməsi
Göstərici
Orqanoleptiki səciyyə
Qiymət, balla
Şəffaflıq və
rəng
Rəngsiz, şəffaf parlaqlıqla kənar
qarışıqsız və çöküntüsüz maye
2,0 («əla»,
«yaxşı»)
Rəngsiz, şəffaf, yalnız parlaq
olmayan maye
1,5 («kafi»)
Bulanlıq yaxud rənglənmiş maye
1,5-dən az («qeyri-
kafi»)
Ətir
Parlaq tərənnüm olunmuş kənar
ətirsiz, həmin növ üçün səviyyəvi
3,6-4,0 («əla»)
Həmin növ üçün səviyyəvi, yaxşı
3,0-3,5 («yaxşı»)
Həmin növ üçün səviyyəvi, zəif
ifadə olunmuş
2,5-2,9 («kafi»)
Həmin növ üçün səviyyəvi olmayan,
kənar kobud ətirli
2,5-dən az («qeyri-
kafi»)
Dad
Həmin növ üçün səviyyəvi, təmiz,
yumşaq, kənar tamsız
3,6-4,0 («əla»)
Həmin növ üçün səviyyəvi, yalnız
bir qədər kəskin təhər
3,0-3,5 («yaxşı»)
Növə xas səciyyəvi, yalnız kəskin,
yandırıcı
2,5-2,9 («kafi»)
Növə xas olmayan, kobud kənar
tamlarla
2,5-dən az («qeyri-
kafi»)
Dad və ətir harmonik, xoşagələn spirtin, yandırıcı dad və iy
olmadan, kənar tam və rezin, kerosin iyi, metal tamı, arağın pis
emal olunan avadanlıqlarda istehsalı nəticəsində yaranan kənar
dad və iysiz olmalıdır.
Arağın ümümi qiymətləndirmə balları cədvəldə verilir (cədvəl
4.13).
Arağın eyni vaxtda beşdən çox olmamaqla nümunəsini
dequstasiya etməyə icazə verilir. Bu halda əvvəlcə daha yaxşı
keyfiyyətli hesab olunan nümunələr təhlil olunur. Hər nümunənin
qiymətləndirilməsindən sonra fasilə edilir.
391
Cədvəl 4.13
Arağın keyfiyyətinin ümumi qiymətləndirmə balları
Qiymət
Ümumi bal
Məmulatın bu qiymətialmasını
təmin edən şərtlər
«əla»
9,2-10,0 (ixrac
olunanaraq üçün
ən azı 9,5)
Bütün göstəricilərinə görə «əla»
qiymətə malikdir
«yaxşı»
8,0-9,1
«yaxşı» və «əla»
göstəricilərəmalikolur
«kafi»
6,5-7,9
«kafi», «yaxşı» və «əla»
göstəricilərə malik olur
«qeyri-
kafi»
6,5-dən az
Heç olmasa bir göstəricisinə görə
«qeyri-kafi» qiymət almış olur
Etalonlar olarsa araqların müqayisəli dequstasiyası məsləhət
görülür. Dequstasiya vərəqinin forması aşağıda verilir (şəkil 4.5).
392
4.2.2.3. Fiziki-kimy
ə
vi keyfiyy
ət göstə
ricil
ə
ri
Fiziki-kimyəvi göstəriciləra aşağıdakı cədvəl 4.14-də verilən
tələblərə uyğun olmalıdır.
Cədvəl 4.14
Arağın fiziki-kimyəvi göstəriciləri
Göstərici
Spirtdən araq üçün
norma
Xüsusi araq üçün spirt
norması
Əla tə-
miz-
likdə
«Eks-
tra»
«Lüks»
Əla tə-
miz-
likdə
«Eks-
tra»
«Lüks»
Tündlüyü, %
40,0-45,0; 50,0; 56,0; 40,0-45,0
Qələvilik - 0,1 mol/dm
3
qa-
tılıqda xlorid turşusunun
100 sm
3
arağın titrlənməsinə
sərf olunan həcmi, sm
3
3,0
2,5
2,0
3,0
2,5
2,0
1 dm
3
susuz spirtdə alde-
hidlərin kütlə payı, mq
8,0
4,0
3,0
8,0
5,0
4,0
1 dm
3
susuz spirtdə sivuş
yağlarının kütlədə qatılığı,
mq
8,0
6,0
6,0
8,0
6,0
6,0
1 dm
3
spirtsiz mürəkkəb
efirlərin kütlə payı, mq
15,0
10,0
5,0
20,0
15,0
10,0
Susuz spirtə çevirməklə
metil spirtinin həcmdə payı,
%
0,03
0,2
0,02
0,03
0,02
0,02
İstehsalçı müəssisədə yoxlama apararkən araq və xüsusi
araqda müəyyən olunmuş tündlükdən ±0,2%, bəzi butulkalarda isə
±0,1% (20 butulka üzrə) kənara çıxmalara yol verilir. Qeyd olunan
göstəricilərdən başqa araq və xüsusi araqda limon turşusuna
çevrməklə 400mq/100dm
3
miqdarında turşuların olmasına yol
verilir.
İxrac üçün araqların fiziki-kimyəvi tərkib göstəricilərinə
müəyyən tələblər verilir (cədvəl 4.15). Dövlət Standartında başqa
393
orqanoleptik və fiziki-kimyəvi göstəricilərə malik araqlar hazır-
lanmasına da yol verilir. Xüsusilə də sifarişçi və xarici-iqtisadi
təşkilatların tələbləri bu işdə əsas rol oynayır.
Cədvəl 4.15
İxrac olunan araqlara tələblər
Göstəricilər
Spirtdən alınan araq üçün
norma
“Ekstra”
“Lüks”
Tündlük, %
38-56
40
Qələvilik-100sm
3
arağın titrləşdirilməsinə
sərf olunan 0,1mol/dm
3
qatılıqda xlorid
turşusunun həcmi, sm
3
1,5
1,5
1dm
3
susuz spirtdə izamil və izobutil spirti
qarşığına (3:1) çevrilməklə aldehidlərin
kütlə qatılığı, mq
3,0
3,0
1dm
3
susuz spirtdə izoamil və izobutil spirti
qarşığına çevirməklə sivuş yağlarının kütlə
qatılığı, mq
3,0
3,0
1dm
3
susuz spirtdə sirkə etil efirinə
çevrilməklə efirlərin kütlə qatılığı, mq
25
18
Susuz spirtə çevriməklə metil spirtinin
həcmdə payı, %
0,03
0.03
Arağın standart nümunələrinin attestasiya tərkibi və ondan yol
verilən kənara çıxmalar (bəzi araq nümunələrinin timsalında)
cədvəldə verilir (cədvəl 4.16).
Göründüyü kimi, arağın keyfiyyətini onun tərkibində olan
mikroqarışıqlar müəyyən edir. Bunlar – asetaldehid, mürəkkəb
efirlər (metilasetat, etilasetat), sivuş yağları (propil, izopropil,
butil, izobutil, izoamil) və metil spirtidir. Əgər mikroqarışıqlar
(QOST P 51355-99) standarta uyğun miqdardadırsa, yəni «Lüks»
spirtindən hazırlanan araq üçün mikroqarışıqlar: asetaldehid – 3
mq/l; mürəkkəb efirlər – 5 mq/l; sivuş yağları – 6 mq/l; metil spirti
– 0,02 h.% olarsa, arağın ətri və dadı səciyyəvi və xoşagələn olub,
yandırıcı olmur.
394
Cədvəl 4.16
Standart nümunələrində (SN) araq tərkibinin attestasiya nəticələri
s/s
Attestasiya səciyyəsi
Ölçmə
vahidi
Arağın SN-nin attestasiya
qiyməti
SN attestasiya qiy-
mətindən mütləq
yanlışlıq 0,95 etibarlılıq
ehtimalında
“Sibir
paytaxtı”
“Yubiley”
“Sibir
paytaxtı”
“Yubiley”
1. Etil spirtinin həcmdə payı
(tübdlüyü
%
39,9
40,0
0,1
0,1
2. Qələvilik – 0,1 dm
3
arağın
titrlənməsinə sərf olunan
xlorid turşusunun miqdarı
Sm
3
0,39
0,37
0,02
0,02
3. Şəkərin kütlə payı
mq/dm
3
1580
1020
75
64
4. SS-də sirkə aldehidinə
çevrilməklə aldehidlərin
kütlə payı
mq/dm
3
1,52
1,28
0,09
0,07
5. SS-də izoamil və izobutil
spirtləri qarışığında (3:1)
çevrilməklə sivuş
yağlarının kütlə payı
mq/dm
3
0,84
0,73
0,07
0,06
6. SS-də sirkə turşusunun etil
efirinə çevirməklə efirlərin
kütlə payı
mq/dm
3
2,85
2.72
0,16
0,15
7. SS-də çevrilməklə metil
spirtinin həcmdə payı
%
0,0209
0,0176
0,0012
0,0010
8. SS-ə çevrilməklə
asetaldehidin KP
mq/dm
3
1,49
1,25
0,31
0.23
9. SS-ə çevrilməklə
etilasetatin KP
mq/dm
3
2,25
2,43
0.45
0.45
10. SS-ə çevrilməklə
metilasetatın KP
mq/dm
3
0,35
0,30
0,08
0,08
11. SS-ə çevrilməklə
etilformiatın KP
mq/dm
3
1,47
1.28
0,28
0,27
12. SS-ə çevrilməklə
metilformiatın KP
mq/dm
3
0,16
0,12
0,05
0,03
13. SS-ə çevrilməklə
izoamilolun KP
mq/dm
3
0,17
0,14
0,04
0.03
14. SS-ə çevrilməklə H-
butanolun kütlə payı
mq/dm
3
0,20
0,17
0,06
0,04
15. SS-ə çevrilməklə
izobutanolun KP
mq/dm
3
0,31
0,30
0,09
0,08
16. SS-ə çevrilməklə H-
propanolun KP
mq/dm
3
0,14
0,13
0,04
0,03
17. SS-ə çevrilməklə
izopropanolun KP
mq/dm
3
0,21
0,18
0,07
0,05
395
Mikroqarışıqlar standartda yol verilən miqdardan yüksək
olarsa, arağın dad və keyfiyyəti pisləşir. Məsələn, asetaldehidin
miqdarı çox olduqda araq kəskin tama və acılığa malik olur;
mürəkkəb efirlərin çox olmayan miqdarında arağın dad və ətri
yaxşılaşır, lakin onun miqdarının yüksəlməsi ilə araq spesifik –
əsasən dadın çox hissəsində xoşagəlməyən çalarlar meydana çıxır;
sivuş yağlarının miqdarının artıqlığı isə kəskin iy və yandırıcı dad
əmələ gətirir. Belə ki, propil spirtinin 4 mq/l-dən artıqlığı arağın
qeyri yeyinti xammalından alındığını göstərir; metil spirtinin az
miqdarında (yəni, 0,02 h.%) arağın ətir və dadı dəyişmir, onun
miqdarı artdıqda isə metil spirtinin yüksək toksikliyinə görə
təhlükəli olur.
Arağın keyfiyyəti yalnız mikroqarışıqların miqdarından deyil,
həm də tərkibindən asılıdır. Araq o vaxt təhlükəli olur ki, ya
hazırlanmasında texnologiya pozulur, ya da keyfiyyəti olmayan
xammaldan (spirt, su) hazırlanmış olur. Su düzgün hazırlanma-
dıqda onun tərkibində toksik qarışıqlar (ağır metalların duzları)
arağa da keçir.
Suda ionların qatılığının artması ilə tam yaxud iy əmələ gəlir.
İy eyni zamanda suyun temperaturunun dəyişməsinin nəticəsi
olaraq da əmələ gəlir. Kimyəvi təmiz su – destillə edilmiş su olub,
dad və iyə malik olmur. Suda tam və iy o borulardan hərəkət
edəndə su hazırlayıcılarda, yaxud təbii suda ilk mənbədən yaran-
mış olur. Mütəxəssislər onlarla tipdə iylər fərqləndirirlər. Onlar-
dan: çürüntülü (bataqlıq, balıq) iyi və tamı - yosunlar və s. Çürü-
dükdə və s.; duzlu yaxud duzluvari tamı suda həll olan xörək duzu
yaradır; metalın kəskin tamı manqan, dəmir, mis, sinkin korro-
ziyası nəticəsində; xlor iyi artıq xlorlaşdırmada meydana gəlir.
Su hardasa qaldıqda yaxud qızdırıldıqda mikroorqanizmlərin
(kiflər, göbələklər) çoxalması baş verir və bu halda çürümüş
torpaq tamı və iyi əmələ gəlir. Aptek iyi (dərman, kimyəvi) axıntı
sularda təsadüf olunur. Turş dad mineral sular; acı dad maqnezium
sulfat; qələvi – potaş, soda, qələvi ilə əlaqədardır. Adətən xoşa-
gəlməz iylərin kənar olunmasına onları əmələ gətirən birləşmələri
396
filtrləmə ilə, suya fəal kömür əlavə olunmaqla və alınan birləşmə-
lərin çökdürülməsi ilə nail olunur. Suyun tamının dəyişmə səbəbi-
ni bilmək üçün suda olan qarışıqlar laboratoriyada təhlil
olunmalıdır.
Sulfatlar yaxud suyun balanslaşmamış duz tərkibi suya güclü
acılıq verə bilir.
Suda dəmirin yüksək miqdarı ona büzüşdürücü dad verir.
Texniki məqsədli su istifadə üçün az yararlı olur. Dəmirin yüksək
miqdarı həmçinin borunun daxili səthində dəmir bakteriyalarının
inkişafı nəticəsində olur və bu da korroziya proseslərini
sürətləndirmiş olur. Su rəng alır və bulanlıq olur.
Filtrlər dəmirin miqdarından asılı olaraq konkret suya görə
seçilir.
4.2.2.4.
Qablaşdırma və
markalanma
Dostları ilə paylaş: |