Birincisi budur: Əxlaqi alçaqlıqların yeganə qaynağı, bir tərəfdə maddi faydalanmadakı israf və həddindən artıqlıq ilə o biri yanda görülən məhrumiyyətdir. Qanunlar bu sahədə insanları tamamilə sərbəst buraxırlar. Bəzilərinə hər şey verilərkən digərləri məhrum buraxılırlar. Bu vəziyyətdə insanları əxlaqi ərdəmlərə çağırmaq və bunu təşviq etmək iki zidd qütbə yönəldilmiş bir çağırış və ya iki zidd qütbü bir araya gətirməyi istəmək deyil də nədir?
Üstəlik o ölkələrin insanları daha əvvəl ifadə etdiyimiz kimi ictimai tərzdə düşünürlər. Onların cəmiyyətləri davamlı şəkildə və get-gedə artan şiddətlə zəif cəmiyyətlər üzərində nəşr/təzyiq qurub onların haqqlarını tapdalayırlar, onların əllərindəki qaynaqları öz mənfəətlərinə qatırlar, onların özlərini kölələşdirirlər, üzərlərindəki tahakkümün diametrini əllərindən gəldiyincə genişlədirlər. Bu pozuqluğa baxmayaraq yaxşılığa və təqvaya istiqamətli çağırış ziddiyyətli bir çağırışdır və hər vaxt nəticəsiz qal-maya məhkumdur.