ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
#13987
1   2   3   4   5   6   7   8   9   ...   20

Budaq BUDAQOV, 
akademik 
  
HAQQA SIĞINMIŞ ŞAİRİN HAQQ SÖZÜ 
(ixtisarla) 
Mən Sərraf Şiruyənin “Mən haqqa sığınmışam” adlı ki-
tabında olan şeirlərini oxudum. Adi bir kənd həyatı yaşayan 
şairin  poemaları,  qoşmaları,  təcnisləri,  qarşımda  gözəl  bir 
mənzərəni xatırlatdı. Min illik xalq  yaradıcılığından bəhrə-
lənən Sərraf Şiruyə öz şeirləri ilə daima poeziya vurğunları 
ilə  təmasda  olur.  Onun  şeirlərində  poetik  vurğular,  bədii 
siqlət,  incə  lirizm  çox  güclü  və  düşündürücüdür.  Məncə 
onun  yazdığı şeirlərdə  olan orijinal fikirlərdən də oxucular 
mənəvi zövq alacaqlar. 
Ona  görə  də  mən  bu  kitabın  içindəki  dəyərli  fikirlər, 
poetik vurğular haqqında söhbət açmayacağam. Bu kitabda 
olan orijinal fikirləri araşdırmanı oxucuların ixtiyarına ver-
məyi  məsləhət  bildim.  Ancaq  mən  bu  şeirlər  kitabının  çap 
edilməsini  məsləhət  görürəm.  Bu  kitab  vasitəsi  ilə  Sərraf 
Şiruyə oxucular arasında daha geniş miqyasda tanınacaq və 
təbliğ olunacaqdır.  
Sərraf Şiruyə düşünən və daima  yaradıcılıq axtarışında 
olan  qabiliyyətli  şairdir.  Şiruyənin  poeziyasında  haqqa, 
ədalətə qayıdış haqqında olan şeirlər insanları haqqı-nahaq-
dan seçməyə çağırır. 
Mən  şair  Sərraf  Şiruyəyə  poeziyada  yeni  yaradıcılıq 
uğurları arzulayıram. 
“Mən haqqa sığınmışam”, 
Bakı, “Nurlan”, 2007-ci il 
 

 
70 
Almaz ÜLVİ, 
Filologiya elmləri doktoru 
 
GÖYÇƏ DƏRDLİ ŞİRUYƏNİN  
GÖYÇƏ NƏĞMƏLƏRİ 
 
Göyçədə  məşhur  el  şairi  kimi  tanınan  Həsən  Xəyallı 
ocağının  tanınmış  simalarından  biri  də  şair  Sərraf  Şiruyə-
dir.  Onun  həyatda  ən  böyük  vəzifəsi  müəllimlik  olub,  orta 
məktəbdə  yüzlərlə  gəncə  riyaziyyat  dərsi  verib.  Yəqin  ki, 
indi dünyanın bir çox ölkələrində elmin qapısını açan elm-
sənət adamları, hörmətli-nüfuzlu şəxslər orta məktəb müəl-
limlərini,  o  sıradan  Şiruyə  Həsən  oğlu  Hacıyevi  hörmətlə 
anır, xatırlayırlar. Bir həqiqəti hamımız bilirik ki, dünyanın 
harasında  olursansa  ol,  bir  Vətən,  bir  də  sənə  dərs  verən 
müəllimlərini  unuda  bilmirsən,  daim  xoş  niyyətlə  anırsan. 
Allah-təala Şiruyə müəllimə belə bir qismət nəsib etmişdi.  
Şiruyə müəllimi böyük sevgi ilə xatırlayan ikinci qism 
insanlar  şeirə,  poeziyaya  dəyər  verən,  ona  könül  bağlayan 
söz  sərraflarıdır.  Həsən  Xəyallı  kimi  bir  şairin  –  el  sənət-
karının  ailəsində  doğulub-böyüməsi,  təlim-tərbiyə  alması, 
evlərinin  həmişə  sazlı-sözlı,  qonaq-qaralı  olması  onun  da 
təbini  söz  dünyasına  bənd  edib.  Beləcə,  şeirə,  sözə  riyazi 
biçimdə,  dəqiq  ifadə  və  konkret  mətləblərlə  yanaşıb.  Al-
lahın lütfünə sığınaraq insanlığı – ali insani duyğuları uca-
da  tutub.  Dünyanın  gəlimli-gedimli  sorağını,  həyatın  keş-
məkeşli dolanbaclarını, Vətənə – torpağa sevgisini, el ağrı-
sını – yükünü, bir sözlə, həyat dərkini – bildiyi, şahidi oldu-
ğu real gerçəklikləri poetik duyğularla nəzmə çəkib. Müx-
təlif  illərdə  qələmə  aldığı  şeirlərini  Sərraf,  Tifil  və 
Həsənoğlu təxəllüsləri ilə yazıb.  

 
71 
Sərraf  Şiruyə  el  soraqlı  sənətkar  kimi  ad-san  çıxarıb. 
Şeirləri  aşıqların  sazında,  xanəndələrin  tar-qavalında  dil-
lənib.  Elə  bu  soraqla  bir  kitabını  əlimə  götürmək  istədim. 
Kitab  rəfində  sıralanmış  kitablarını  bir-bir  nəzərdən  keçir-
dim:  “Ağlama,  bülbül,  ağlama”  (1994,  372  s.),  “Ölümdən 
sonrakı  ömür”  (1997,  172  s.),  “Bu  ocağın  odu  sönməz” 
(1998,  76  s.),  “Cəsurlar”  (2000,  100  s.),  “İgid  ölər,  adı 
qalar”  (2002,  304  s.),  “Ayrılığın  sonu  varmış”  (2006,  192 
s.), “Könlüm Göyçəni istər” (2006, 192 s.), “Tərtərin yaralı 
cəngavərləri”  (2006,  288  s.),  “Mən  haqqa  sığınmışam” 
(2007,  200  s.),  “Hər  görüş  bir  xatirədir”  (2007,  248  s.), 
“Göyçədən gələn səslər” (2008, 184 s.), “Seçilmiş əsərləri”, 
I  cild  (Təcnislər,  2008,  180  s.),  “Seçilmiş  əsərləri”,  II  cild 
(Poemalar,  2008,  384  s.),  “Seçilmiş  əsərləri”,  III  cild 
(Poemalar,  2008,  320  s.),  “Seçilmiş  əsərləri”,  IV  cild 
(Qoşmalar,  2009,  304  s.),  “Seçilmiş  əsərləri”,  V  cild 
(Qoşmalar,  2010,  272  s.),  “Seçilmiş  əsərləri”,  VI  cild 
(Gəraylılar, 2010, 200 s.), “Ayrılıq belə düşdü” (2014, 272 
s.), “Susma, ürək…” (2015, 272 s. ). Bunlar Sərraf Şiruyə 
imzalı  müasir  poeziya  tariximizdə  öz  yerini  ala  biləcək, 
özünə yer tuta biləcək söz inciləri xəzinəsi. 
Təbii ki, bu qədər kitabların vərəqlənməsi, incələnməsi 
neçə-neçə  tədqiqatçının,  araşdırmaçıların  işi  –  vəzifəsidir. 
Bu  kitabların  içindən  seçdiyim  “Susma  ürək”dəki  poetik 
dünyaya  –  lirik  duyğulara,  dərd-qəm  dolu  hisslərə  qonaq 
oldum.  Ruhumu  tərpədən  sətirlərə  nəzər  salaraq  Sərraf 
Şiruyənin də könlünü daha çox dilləndirən duyğuları çözə-
ləmək fikrində oldum. Dünyaya, ilahi hikmətlərə, təcnislərə 
köklədiyi aşiqanə şeirləri ilə “dərdləşmək” istəsəm də Göy-
çə  harayı,  Göyçə  nəğmələri  məni  tutub  özündə  saxladı  ki, 
“Dərdin  yükü  məndədir  bölüşməyə,  bölməyə  dərddaş  ara-
yıram” – dedi. 

 
72 
Sərraf  Şiruyənin  “Susma  ürək...”  adlı  272  səhifəlik  bu 
kitabında “Göyçə” kəlməsi nə az, nə çox, düz 88 dəfə nəğ-
mələrinə, ağılarına – poetik misralarına həkk edilib. 
Müəllifin  müxtəlif  illərdə  yazdığı  və  “söz  süfrə”si 
başına  topladığı  sətirlər  işığında  Göyçənin  tarixinə  də 
güzgü tutmaq olur. 1953-cü ildə Stalin əmri ilə Ermənistan 
deyə qurama torpaqlardan əhalisinin çox hissəsini azərbay-
canlılar təşkil edən ərazilərin, o sıradan da Göyçə əhalisinin 
Azərbaycana  köçürülmə  siyasəti  ilə  yurd-yuvalar  dağıl-
mışdı.  Sərraf  Şiruyənin  də  ailəsi  həmin  siyasətin  bəlasına 
uğrayaraq  Bərdəyə  daşınmışdı.  Lakin  Stalinin  ölümündən 
sonra bu siyasət öz qüvvəsini itirmiş oldu. Belə olduqda bir 
çoxları  yenidən  öz  dədə-baba  yurduna  qayıtdı.  Bəzi  ailə-
lərin isə bir hissəsi  yeni  yurdda qaldı, bir hissəsi də qədim 
yurda – Göyçəyə qayıtdı. Yəni, əslində bir ailənin bir ayağı 
yeni  yurdda,  bir  ayağı  Göyçədə  oldu.  Belə  ailələr  hər  iki 
Vətəni “Vətən” deyə bağırlarına basdılar. 
Həsən  Xəyallının  da  ailəsi  zamanında  belə  bir  imta-
hanla üz-üzə qalmışdı. Odur ki, belə bir izlə Sərraf Şiruyə-
nin şeirlərinin sonunda yazılmış tarixlərə – ay, gün, il, mə-
kan  yerləri  kimi  qeyd-notlara  nəzər  yetirdim:  “15  iyul 
1976-cı  il,  Göyçə,  Daşkənd  kəndi  (səh.37)”,  “1976-cı  il, 
Göyçə-İstisu-Kəlbəcər  (səh.194),  “1976-cı  il,  Göyçə,  Daş-
kənd  kəndi”  (səh.149).  “25  iyun  1978-ci  il.  Göyçə,  Daş-
kənd  kəndi  (səh.141)”,  “1979-cu  il,  Gədəbəy-Göyçə  yolu 
(səh.146)”,  “1980-ci  il,  Göyçə,  Daşkənd  kəndi  (səh.40)”, 
“1982-ci  il.  Göyçə,  Qızılvəng  kəndi  (səh.241)”,  “1984-cü 
il,  “Göyçə,  Daşkənd  kəndi  (səh.170)”,  “1990-cı  il,  Bərdə 
(səh.125)”, “1995-ci il, Bərdə (səh.152)” və s. bu misalları 
çox  uzatmaq  mümkündür.  Bir  çox  şeirlərin  sonunda  belə 
tarixlərlə notlanmış qeydlərin çox-çox dərin anlamları insa-

 
73 
nı düşünməyə, tarixin yaşanmış dərdlərini vərəqləməyə va-
dar edir. 
Göyçə mahalı, Göyçə adı el sənətkarı, gözəl şair Sərraf 
Şiruyənin  poeziyasında  sevgi  badəsidir,  həsrət  duyğuları-
dır:  
 
Doğulduğum Göyçə – o el, o oba,  
Könlümə doğmadı özümdən mənim.  
Qarabağı doğma ana bilirəm,  
Göyçə inciməsin sözümdən mənim.  
 
Bu  şeirin  yazıldığı  tarix  1968-ci  ildir.  Şairin  Göyçəyə 
müraciətində bir arxayınlıq hiss olunur. O zaman Göyçədə 
siyasi  vəziyyət  sabit  idi,  sanki  Göyçə  əbədiyyən  öz  sahi-
binin  –  öz  sakinlərinin  ixtiyarında  qalacaqdır.  İnsanlar 
düşmənlərin  pusquda  dayanmış  xəyanətini  unutmuşdular 
(unutmayaq ki, biz unutqan millətik).  
1988-ci il tarixi hadisələri baş verəndə – Göyçə işğal və 
talan  olanda  şair  Sərraf Şiruyə  sanki dünyaya  üsyan elədi, 
ATƏT-ə,  BMT-yə,  NATO-ya,  nə  bilim,  daha  haralara, 
haralara ünü yetəcək qədər haray çəkdi: 
 
Göyçə kimi vətən, Həsəntək ata,  
Mahal itirmişəm, el itirmişəm. 
 
Qarabağda  –  Bərdədə  illərdir  yurd-binə  salan,  amma 
Göyçə  adlı  Vətənlərinin  qoyub  getdikləri  yerində  sağ-sa-
lamat  qalması,  doğma  Daşkənddəki  qohum-qonşuları  tez-
tez baş çəkməklə əslində onlar Göyçədən ayrılmamışdılar.  
 
Çağırın görüşə dostu, qohumu,  
Göyçə torpağında qonağam bu gün. 
Minmək istəyirəm qarğı atıma,  
Еlə bil bir körpə uşağam bu gün.  

 
74 
 
Lakin 1988-ci il hadisələri “lirik mən”i cavabı düyünlü 
sual qarşısında aciz qoyur: 
 
Bu köç qayıdarmı görən geriyə,  
Gərdişin elə bir zamanı varmı?  
Öz eliylə sevinməyə, gülməyə,  
Göyçənin görəsən gümanı varmı?  
 
Hər kəsin – Göyçəli olan-olmayan, qəlbində yurd göy-
nəmi  olan  insanların  cavabını  həsrətlə  gözlədiyi  bu  sual 
ürəklərin çırpıntısıdır, qalanmamış od-ocağının kor tüstüsü-
dür.  
 
Ulu Göyçə, ulu Vətən, ulu yer,  
Var-dövlətlə, naz-nemətlə dolu yer!  
Ustadların ay beşiyi, yolu yer:  
Qurban olum torpağına, daşına,  
Bu nə qaldı, gəldi yenə başına? 
 
“Biri Qarabağdı, biri də Göyçə” şeirinə nəzər salaq: bir 
zamanlar  “Göyçə  inciməsin”  deyə  arın-arxayın  yazırdısa, 
bu həyəcan, bu qəlb ağrısı nə?! Birini aran yolu, birini dağ 
yolu  bildiyi  Qarabağ  –  Göyçə  yurdlarının  Ələsgər  misallı 
sazına,  Üzeyir  ünvanlı  tar-kaman  göynəminə  şair  qəlbi 
coşdu, ağımı düzdü, nəğməmi yazdı, muğam üstə sızladımı, 
yoxsa “Urfanı” üstə göynədimi: 
 
Qoşalaşıb həsrətimin düyünü,  
Biri Qarabağdı, biri də Göyçə.  
İki nisgili var qəmli könlümün:  
Biri Qarabağdı, biri də Göyçə.  
 

 
75 
Göyçə nəfəs verib, Qarabağ həyat,  
Göyçə həvəs verib, Qarabağ büsat.  
Qan sızan yaralı cüt qoşa qanad,  
Biri Qarabağdı, biri də Göyçə.  
 
Gözəl, göyçək, çiçək, ulu, ağsaqqal, ağbirçək və s. – deyə 
sığalladığı  Göyçəsinin  adı  gələndə  bütün  varlığı  ərşə-gürşə 
çəkilir, dərdinə ad verməyə söz qarşısında aciz qalır: 
 
Dilim “Göyçə” deyəndə, yaralarım qan verir,  
Həsrətindən ürəyim pətək-pətəkdi, Göyçə.  
 
Sənin həsrətin ilə dəliyəm, divanəyəm,  
Sən yanar bir şamsansa, mən sənə pərvanəyəm. 
 
Sərraf Şiruyə haqqında olan tədqiqatlardan öyrənirik ki, 
o,  ağır  xəstəlik  nəticəsində  bu  dünyayla  vidalaşıb  sonsuz 
göylərə  üz  tutub.  Şair  son  nəfəsində  doğulduğu  yurddan  – 
havasından-suyundan-torpağından yoğrulub yarandığı Göy-
çədən halallıq istəyir.  
 
Halallıq ver vidalaşaq,  
Gözəl Göyçə, göyçək Göyçə.  
Ay könlümün ilk sevgisi,  
İlk dərdiyim çiçək Göyçə.  
 
Cismani  həyatını  Göyçədə,  Qarabağda  yaşamaqdan 
doymayan şairin ilahidən bircə arzusu var: 
 
Kəbə, qiblə, Həcc, ziyarət,  
Könlümə təb verən qüdrət.  
Qismət olsa son axirət  
Köynəyimdi Göyçə mənim

 
76 
 
Çox  ağır  bir  yükdür.  Darda  qalan  Vətənə  ünvanlanan 
belə müraciətlər çoxdur, yazıq Vətən, yazıq Göyçə. Öz ha-
lınamı yansın, yoxsa onun qədim əhalisinin dərdinəmi acı-
sın?  
 
Bir üzüm Kəlbəcər, bir üzüm Göyçə,  
Onlar bir ananın döşüdü məncə.  
 
Göyçəyə  xitabən  deyilən  duyğulara,  Göyçəni  ovsunla-
yan oxşamalara, Göyçəni bəzəyib-düzəyən misralara, Göy-
çəyə  üz  tutub  oxunan  nəğmələrə,  Göyçəyə  sığal  çırpın-
tılarına, Göyçəyə göz dağı ləpirlərə-izlərə, Göyçənin çəmə-
ninə,  dağına,  düzünə,  al  çiçəklərinə,  solmaz  güllərinə,  göz 
nuru Göyçənin odu-ocağına, külünə-közünə düzülən Sərraf 
Şiruyə  bağrından  qopan  sətirlərə,  poetik  ifadələrə,  duyğu-
düşüncələrə  diqqət  edək:  “Bir  yanı  Qarabağ,  bir  yanı 
Göyçə,  Ömürə  ziyadı,  nurdu  Kəlbəcər”,  “Ulu  Göyçə”, 
“Anam, a Kəlbəcər, anam, a Göyçə”, “Bilirəm ki, yanında 
dilim  gödəkdi,  Göyçə”.  “Səndə  yadigar  qalıb  öycüklərim, 
daşlarım, Çəmənində, düzündə güllü al qumaşlarım”. “İnan 
bir  bu  sözümə  –  sən  üçün  göz  yaşlarım,  Göllənsə  ləpələri 
ətək-ətəkdi,  Göyçə”,  “Ürəyimdə  surətin  solmaz  çiçəkdi, 
Göyçə”, “Yanağım yanağına söykənəcəkdi, Göyçə”, “Soru-
şursan – deyim, eşit – Gör nəyimdi Göyçə mənim”, “Əgər 
gözüm  nurdan  düşsə,  Eynəyimdi  Göyçə  mənim”,  “Göyçə 
mənim nurlu günüm, Göyçə qibləm, Göyçə yönüm. Şiruyə-
yəm,  ahım,  ünüm,  Göynəyimdi  Göyçə  mənim”,  “Göyçədə 
çatdığım  ocağın  görən,  Közü  sönübsə  də,  külü  qalıbmı?” 
“Bülbülün  naləsi,  güllərin  nazı.  Sınıb  Ələsgərin,  Alının 
sazı, Barı təzənəsi, tеli qalıbmı?”, “Şiruyəyəm, Göyçə dеyə, 
yurd dеyə, Qəlbim şan-şan oldu, döndü pətəyə”, “Ərgünəş-

 
77 
dən  bir  Göyçəyə  baxaydım”,  “Kəlbəcər  alınmaz  qalaydı, 
Allah!  Kimlər  satqın  oldu,  kimlər  kərəmsiz?  Göyçə 
Kəlbəcəri  еtdi  hünərsiz”,  “Qarabağ  nisgili,  Göyçə  eşqiylə, 
ürəyi  qəmlərdə  çağlayan  şair”,  “Göyçə  deyin  mənim  ilə, 
dəmadəm  çağlayan  gərək”,  “İstəyirsən  yaralarım  sağala, 
Gеt,  Göyçədən  bircə  dəstə  gül  gətir!”,  “Göyçə  dеyin  uşaq 
kimi  kövrəlib,  Ağlamağa  könlüm  səni  istəyir”,  “Söz  açıb 
Göyçənin ərənlərindən, Sağlamağa könlüm səni istəyir”. 
Bunlar  Sərraf  Şiruyənin  yaşantılarıdır,  ömür  salnamə-
sinin  yaşıl  yarpaqları,  yanmış  vərəqləridir.  Sərraf  Şiruyə 
yaradıcılığında belə sətirlər, misralar yerlə göy qədərdir.  
Bir  sözlə,  Sərraf  Şiruyənin  Göyçə  ünvanlı  misraların-
dan,  sətirlərindən  bir  dünya  dolusu  ötən  poetik  ovqatından 
yazmaqla – saymaqla bitən deyil, çözməklə qurtaran deyil. 
Nə  də  hələki  ruhunu  tərpədə  biləcək  söz  –  söz  məlhəmi 
tapa bilmərik, onun ruhu kimi biz də acizik. 
Sərraf  Şiruyənin  şeir  dünyasındakı  başqa  mövzular  bir 
ayrı yazımızın mövzusu olsun!  
Allah  bizlərə  kömək  olsun  sənin  qərib  ruhunu  sevin-
dərək, şair! Yurdumuzu, Göyçəmizi sevindirək.  
 
“Vətən səsi” qəzeti, №41-42, 
21 oktyabr 2016-cı il 

 
78 
Mərziyyə SƏLAHƏDDİN, 
Filologiya üzrə fəlsəfə doktoru 
 
BİR ELİN HARAYI 
 
Həmişə vətənpərvərlik əsərlərini həyəcanla oxuduğum, 
aşıqların, xanəndələrin ifasında el şənliklərində təcnislərini, 
qoşmalarını eşitdiyim, üzünü telekanallarda gördüyüm gör-
kəmli  şairimiz  Sərraf  Şiruyənin  kitabına  nə  vaxtsa  ön  söz 
yazacağım  heç  ağlıma  gəlməzdi.  Çünki  Sərraf  Şiruyə  elin 
yaddaşında, xalqın gözündə elə möhtəşəm dağdır ki, o zir-
vəyə boylanmaq, baxmaq çox böyük məsuliyyət tələb edir. 
Sərraf  Şiruyə  yaradıcılığı  haqqında  söz  demək  üçün  ən 
azından  gərək  onun  səviyyəsində  olasan.  Həmişə  poeziya 
vurğunlarının  Şiruyə  haqqında  çox  böyük  heyranlıqla  da-
nışdıqlarını,  bir  nəfəsə  dağ  çayı  kimi  çağlar,  büllur  mis-
ralardan  hörülən  şeirlərini  saatlarla  deyənləri  görmüşəm. 
Ona  görə  də  Şiruyəsevərlərin  məhəbbətini,  etimadını  doğ-
rultmaq  üçün  yazacağım  hər  bir  sözə  məsuliyyət  və  ehti-
yatla yanaşıram. 
Zaman-zaman  yadelli  işğalçılar  tərəfindən  başımıza 
gətirilən  faciələr  doğru-dürüst  yazılmadığından  tarixi  keç-
mişimiz  müəyyən  məhrumiyyətlərə  məruz  qalmışdı.  70  il 
əsarətində  yaşadığımız  Sovet  İttifaqı  el  üçün  canından, 
qanından  keçən  oğullarımızı  xalqa  düşmən  kimi  tanıtdır-
mağa  çalışmışdır.  “Kulak”,  “qolçomaq”  adıyla  var-döv-
lətlərini  müsadirə  eləmiş,  özləri  isə  zindanlara  salınmışdır. 
Başımıza gətirilən faciələrin sayı yox, hesabı yox... 
Vətənpərvər  şairimiz  Sərraf  Şiruyənin  son  günlərdə 
yazdığı  iki  hissəli  poemadan  ibarət  olan  “Göyçədən  gələn 
səslər”  adlı  kitabını  çox  böyük  sevgi  ilə  oxuyuram.  Əsər 
boyu  qədim  Azərbaycan  ellərini  səyahət  edib,  itirilən  tor-

 
79 
paqlarımızı göz önümə gətirirəm. Şah İsmayıl Xətainin ha-
kimiyyəti  dövründəki  Azərbaycanın  parçalanmamış  indi 
nəyi qalıb ki?!... 
Əsərdə  ilkin  başlanğıc  Qazax  mahalının  Daş  Salahlı 
kəndindən  Göyçə  mahalının  Daşkənd  kəndinə  gəlib  binə 
qurub,  özünə  yurd  salan,  –  Daşkəndin  ilk  sakinlərindən 
olan Hacı Hüseyndən başlayır. Hacı Hüseynin övladı Kər-
bəlayı Bədəlin həyat yolunu şair aldığı məlumatlar əsasında 
real  bədii  lövhələrlə  canlandırır.  Demək  olar  ki,  şair  əsər 
boyu ən xırda detaldan belə yan ötməmişdir. 
1905-1918-ci illərdə Göyçədə gedən döyüşlər, Daşkənd 
kəndinin mərd, mübariz oğullarının apardığı döyüşlər oxu-
cuları işıqlı bir yola aparır. 1918-ci ildə Selikov soyadlı er-
məni generalı Göyçə  mahalının əhalisinə  divan tutur. Daş-
kəndli Hacı Rəhimin erməni generalının başını kəsməsi bir 
kəndin yox, bütün mahalın sevincinə səbəb olur. Belə olay-
lar əsərin əsas məziyyətini təşkil edir. Daşkəndin o zamankı 
silahlı  erməni  qüvvələrindən  qorunmasında  Məşədi  Qası-
mın, Qara İdrisin, Ziyadın adını şair çox böyük fərəh hissi 
ilə  çəkir.  Ümumiyyətlə  bu  əsərdə  şair,  gücü  çatan  imkan-
lardan  yetərincə  istifadə  etmişdir.  Böyük  saz-söz  ustadı 
Aşıq  Ələsgərin  sevimli  şəyirdi  Aşıq  Nəcəfin  başına  gəti-
rilən faciələr əsəri oxuduqca adamı dəhşət bürüyür... Kürə-
yinə  odlu  samovar  bağlanıb  yandırılan,  beş  oğlu  gözünün 
qabağında  diri-diri  torpağa  basdırılan  Aşıq  Nəcəf  obrazını 
şair analoqu olmayan bir faciə kimi ortaya qoyur. İki il qaç-
qınlıq  həyatı  yaşayan  Ocaqverdinin  və  övladlarının  var-
dövlətinin  talan  olması,  mənfur  qonşularımız  ermənilərin 
məkirli niyyətlərinin bariz nümunəsi kimi ön plana çəkilir. 
Bütün yüzilliklər boyu başı qovğalar çəkmiş xalqın ən ağır 
anlarından biri də Böyük Vətən müharibəsinin törətdiyi fə-
sadlar  olmuşdur.  Böyük  Vətən  müharibəsinin  başlaması 

 
80 
Əsəd  kişinin  oğlu  Sayadın  müharibəyə  gedib-gəlməməsi, 
həyat yoldaşı Sənəmin ərsiz, dörd yaşlı oğlu Frunzenin ye-
tim qalması ilə nəticələnmişdi. “Dumanlı”lar nəslində neçə 
belə  başsız  ailələrə  öz  yardım  əlini  uzadan  Məhərrəm  kişi 
neçə-neçə  insanların  pənah  yeri  olmuşdur.  Məhərrəm  kişi-
nin dosta, qardaşa, elə-ulusa olan sevgisi, məhəbbəti bu gün 
əsərdə oxucuların gözündə əsl kişilik etalonunu xatırladır. 
“Yurd  yeri” başlıqlı birinci hissədə kədərli notlar çox-
luq  təşkil  etsə  də,  şair  poemanın  ikinci  hissəsi  “Səxa  sahi-
bi”  bölməsində  bədbinliyə  qapılmır.  Daşkənd  camaatının 
xoş  güzaran  içində  yaşadığını,  Ocaqverdi  kişinin  nəvə-nə-
ticələrinin  arxasızlara,  köməksizlərə  arxa  durduğunu,  fira-
van həyat şəraitində  yaşadığını vurğulayır. Səxa sahibi Lə-
tif Əsədovun gördüyü xeyirxah işləri, intellektual səviyyə-
si,  sənət  adamlarına,  kasıb  insanlara  göstərdiyi  mərhəməti 
və nəvazişi bəzi-bəzi “Hacıqara”lara örnək  surət kimi gös-
tərilir. 
Bu əsəri oxuyub qurtardıqdan sonra bu qənaətə gəldim 
ki,  Sərraf  Şiruyə  doğrudan  da  ilahi  bir  təbə  malik  şairdi. 
Hər  şeydən  öncə  o,  üzərinə  düşən  vətəndaşlıq  missiyasını 
çox  layiqincə  yerinə  yetirir.  Ümidvaram  ki,  qaranlıq  mə-
qamları  özündə  əks  etdirən  bu  əsər  bir  çoxlarına  dərs  ola-
caqdır. 
“Göyçədən gələn səslər”,  
Bakı, “Nurlan”, 2008-ci il

 
81 
Tərlan GÖYÇƏLİ, 
Şairə 
 
ŞAİR ŞİRUYƏ 
  
Şair Sərraf Şiruyə (Şiruyə Həsən oğlu Hacıyev) 1942-ci 
ildə  Göyçə  mahalının  Daşkənd  obasında  el  şairi  Həsən 
Xəyallının  ailəsində  dünyaya  göz  açmışdır.  İlkin  yaşla-
rından dərin dini təhsil alan, atası Həsəndən ərəb-fars dillə-
rində  yazıb-oxumağı  öyrənən  Şiruyə  şeirə,  sənətə  böyük 
maraq göstərmişdir. Sazlı-sözlü Göyçə mühitində boy atan, 
folklor qaynaqlarından lazımınca  bəhrələnən  Şiruyə  el  kö-
kündə, dünya kökünə köklənib, get-gedə öz mənəvi aləmi-
nin formalaşmasına çalışmışdır.  1953-cü ildə  ailəsi ilə  kö-
çüb  Bərdə  torpağında  məskunlaşan  Şiruyə  hazırda  Yeni 
Daşkənd  kəndində  riyaziyyat  müəllimi  işləyir.  Altı  övlad 
atasıdır.  Qızı  Zülfiyyə  və  oğlu  Aqşin  şeir  dünyasında  qə-
ləmlərini  uğurla  sınamaqla  ocağın  sənət  ənənələrini  la-
yiqincə davam etdirməyə çalışırlar. 
Bu günlərdə igidlərin qəhrəmanlığından, torpaq, Vətən, 
yurd  anlamından,  insan  sevgisindən  bəhs  edən  “Ağlama, 
bülbül,  ağlama”  böyük  həcmli  (25  ç.v)  kitabı  böyük  sayla 
(10 min ədəd) çapdan çıxıb. “Ölümdən sonrakı ömür” adlı 
növbəti  kitabı  çapa  hazırlanır.  Şeir  aləmində  bənzərsiz  ya-
radıcılığı olan Sərraf Şiruyə ayrıca tədqiqata ehtiyac duyu-
lan sənətkardır. 
  
Mən haqq dedim, zaman sevdi nahaqı, 
Bu həyatla sevdalaşa bilmədim. 
Dövran məni yüz oyuna apardı, 
Rişələnib gövdələşə bilmədim. 
 

 
82 
 
Tikan oldu ürəyimə hər bəd iş, 
Oxşamadı könlü, qəlbi yad vərdiş. 
Qiyafəmi hey dəyişdi bu gərdiş, 
Qandan, candan özgələşə bilmədim. 
 
Həyat yolum hekayətdi, hekayət, 
Şiruyəyəm, qoy söyləyim nəhayət. 
Əl eylədi altun, sərvət, şan-şöhrət, 
Yaltaq olub saxtalaşa bilmədim. 
 
Böyük bir ustalıqla  yaratdığı qoşma, gəraylı, təcnisləri 
(cığalı,  dodaqdəyməz),  gəraylı,  bayatıları  (cığalı,  qoşayar-
paq),  divani  müxəmməsləri  aşıq  poeziyamızın  qiymətli  sə-
nət incilərindən sayılır. 
 
Təmiz vicdan, geniş ürək, qorxu bilməz, hədə bilməz, 
Xain, xəbis, ikiüzlü uzaq mənzil gedə bilməz, 
Nə vəzifə, nə xəzinə səni xoşbəxt edə bilməz, 
Ötgün bəxtin, xoş iqbalın, vəfalı yarın olmasa. 
 
Və yaxud: 
 
Xəlvəti fitnədən, böhtandan qorun, 
Aşkara deyilən hədədən qorxma. 
İnsan cilidində şeytandan qorun, 
Şeytan törətdiyi zədədən qorxma. 
 
Nakəsin, yaltağın alqışından qorx, 
Elin töhmətindən, qarğışından qorx, 
Qeyrətli kəslərin baxışından qorx, 
Qeyrət tanımayan gədədən qorxma. 

 
83 
 
Şiruyənin  yaradıcılığı  öz  orijinallığı, bədiiliyi, sadəliyi 
və kəsərliliyi ilə diqqəti çəkir. 
 
Qarğa yüz qıy vursun, yüz qırıldasın, 
Tərlanın balası, tərlandı yenə. 
Qocalan pələngə tülkü gülməsin, 
Yerisə meydana aslandı yenə. 
 
İstər mövzu, istərsə də janr rəngarəngliyi ilə  fərqlənən 
bu  poeziya  çoxşaxəli  olduğu  qədər  al-əlvan,  yüksək  bədii 
təfəkkürlə  yaradılan,  öyrənilməyi  vacib  olan  sənət  örnə-
yidir. 
Sadə deyim tərzi, bədii çalar, yüksək sənətkarlıq, güclü 
məntiq Şiruyə şeirinin başlıca meyarına çevrilib. 
 
Yaylığa, papağa niyə and içək? 
Bizim ki başımız papaq görməyib. 
Axı yapalağa niyə quş deyək? 
Onun ki ayağı budaq görməyib. 
 
Yaxşı ki bazarda satılmır qeyrət, 
Alıb, yox edərdi biqeyrət əlbət. 
Xəsisdə axtarma səxa, səxavət, 
Əzəldən süfrəsi qonaq görməyib. 
 
Folklor  qaynaqlarından  lazımınca  bəhrələnən,  klassik 
aşıq  poeziyasına  dərindən  bələd  olan  Sərraf  Şiruyə  Göyçə 
aşıq  qolunun  inkişafında  Zodlu  Abdulladan  sonra  təcnis 
ustası kimi ad-san qazanıb. 
 
 

 
84 
 
Bir mələk, mənzərə açdım qəlbimi, 
Məni qoca sandı, atasan – dedi. 
Ötüb cavanlığın, dəyməz hədəfə, 
Yüz dəfə oxunu atasan – dedi. 
 
Söz yaddaşımıza cəsarətlə, yüksək sənətkarlıqla söykə-
nən,  cinas  qafiyələrdə  böyük  hikmət  dünyası  yaradan  Şi-
ruyə sözdən ləl çəkir. 
 
Viranə şəhərdə bayquş, yarasa, 
Sahibsiz torpaqda a yağı gəzər. 
Sərraf, a yağı gəzər, 
Nəhrə a yağı gəzər. 
Mərdlər xanimanında, 
Comərd ayağı gəzər. 
Canından bezikən kimsənə yazıq, 
Axtarar içməyə ay ağı gəzər. 
 
Şiruyə istər gəraylı, istər bayatı, istər təcnis növündə ci-
nas qafiyələrin dililə dərin məna, aydın fikir aşılayır. 
 
Comərdlərin başı uca, 
Eldə üzü ağ olubdu. 
Zəhmət çəkib, tər tökənin, 
Ömrü-günü ağ olubdu. 
 
Cinas bayatı: 
 
Sərrafam, sinə bağı, 
Gəzmişəm sinə bağı. 
Əlimlə açılaydı, 
Sinənin sinə bağı. 

 
85 
 
Qafiyəli bayatı: 
 
Bu dağ görüş yeridi, 
Bu bağ görüş yeridi. 
Dərd əkib, dərd biçmişəm, 
Sinəm örüş yeridi. 
 
Şiruyə zaman şairidi. Böyük bir ustalıqla dünya kökünə 
köklənən  misraları  insanları  ağıla,  məntiqə,  dözümə  səs-
ləyir. 
Şiruyə yaradıcılığı şifahi xalq ədəbiyyatı ilə yazılı ədə-
biyyat arasında bir keçid rolunu oynayır. 
Şiruyə yaradıcılığında qəzəl növü də başlıca yer tutur: 
 
Soldurub yanaqları, ay üzlü canan, ağlama, 
Yoxdur bir özgə tutarım, mən sənə qurban, ağlama. 
 
Bəsdir axır bir bu qədər ah-nalə eylədiyin, 
Mən ki səndən də betərəm, halı-pərişan, ağlama. 
 
Neçə ildir ki, Tərtər bölgəsində hərbi jurnalist kimi fəa-
liyyət  göstərən  şair  Şiruyə  Vətən  igidlərinin  şücaətindən, 
döyüşçülərin  qəhrəmanlığından  bəhs  edən  iri  həcmli  poe-
malar, mübariz, döyüşkən şeirlər üzərində işləyir. 
 
“Göyçə aşıq məktəbi”,  
“Göytürk” nəşriyyatı, 1998-ci il 
 
 
Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin