ATA
Arzum budur yüz il yaşa,
Ad günün mübarək, ata!
Dəyməsin ayağın daşa,
Ad günün mübarək, ata!
Sadəlikdi sənin varın,
Sənət yolun, namus, arın,
Hər gələn il iftixarın,
Ad günün mübarək, ata!
Sənlə nəsil duyur qürur,
Şax dayanıb, vüqarlı dur!
Yaşa, yarat bir dünya qur,
Ad günün mübarək, ata!
377
AY ATA
Sifətdə, baxışda oxşadığımtək,
Yerişdə, duruşda oxşadığımtək,
Söhbətdə, gülüşdə oxşadığımtək,
Zəhmətin tərinə mən bata-bata,
Oxşamaq istərdim sənə, ay ata!
Sənin amalındı, amalım mənim,
Sənin kamalındı, kamalım mənim,
Sənin camalındı, camalım mənim,
Sənintək iz salıb bax bu həyata,
Oxşamaq istərdim sənə, ay ata.
Sənin sadəliyin yaraşığımdı,
Xeyirxah əməlin gur işığımdı.
Hər sözün başlanğıc danışığımdı,
Günləri mənalı mən ata-ata,
Oxşamaq istərdim sənə, ay ata.
Şöhrətim səninki, şanım səninki,
Damarda çağlayan qanım səninki,
Varlığım səninki, canım səninki,
Haqqın ətəyindən bərk tuta-tuta,
Oxşamaq istərdim sənə, ay ata.
Mənəm bir dərdi də bu həyatının,
Mənəm bir nişanı, əsil, zatının,
Sənintək sənətdə sürət atının,
Hər an yalmanına mən yata-yata,
Oxşamaq istərdim sənə, ay ata.
378
Sənindir vüqarım, əyilməzliyim,
Amalda, əməldə, sözdə düzlüyüm,
Könlümdə arzumu niyə gizliyim,
Arzuya, istəyə mən çata-çata,
Oxşamaq istərdim sənə, ay ata.
Bir damlayam, sənin kimi sel üçün,
Bir qırılmaz kəmərəm ki bel üçün,
Yaşayıb, yaradıb Vətən, el üçün,
Gecəni gündüzə mən qata-qata,
Oxşamaq istərdim sənə, ay ata.
Sənintək tutmuşam sənət yolunu,
Sənintək keçəydim həyat yolunu,
Zülfiyyə sənintək açıb qolunu,
Vətənin qoynunda boy ata-ata,
Oxşamaq istərdim sənə, ay ata.
379
XƏYAL OLUB
Sakitcə dayanıb, məzarın üstə,
Danışa bilmirəm, dilim lal olub.
Neyləyim, nə deyim bu soyuq büstə?
Gözlərim yaşarıb, gözlərim dolub,
Atalı günlərim, bir xəyal olub!
Gülüş dodağımda kölgələnibdi,
Sevinc yanağımda gilələnibdi.
Sənsizlik qəlbimi yaman dəlibdi,
Saçlarım ağarıb, bənizim solub,
Atalı günlərim bir xəyal olub!
Yaman kövrəlmişəm, yaman dolmuşam,
Sanıram qanadı qırılmış quşam.
Bilmirəm bu hala necə uyuşam,
Urəyim qırılıb, sınıb, oyulub,
Atalı günlərim bir xəyal olub!
Atalı günlərim bir xəyal olub!
2016-cı il
380
Əzizə AĞAHÜSEYNQIZI
TOXUDU
Sərraf Şiruyənin “Ağlama, bülbül, ağlama”
kitabını oxuyarkən
“Ağlama bülbül”ü oxudum, qardaş,
Hər sətirin müşki-ənbər qoxudu.
Könlüm sanki döndü tuti quşuna,
Hər kəlməni döndü-döndü oxudu.
Divanidə dizim yerdən tərpəndi,
Səsləmisən Bakı, Təbriz, Dərbəndi.
Təcnisinin hər cümləsi, hər bəndi,
Ürəklərə bir məlhəmdi, yaxıdı.
Bayatın sinəmə qoyubdu közlər,
Gəraylın Göyçəyə tikibdi gözlər,
Əzizəyəm, qəm-qüssəli o sözlər,
Boynuma həsrətdən çələng toxudu.
381
TOXUNSAM
Sərraf Şiruyənin “Toxunma” şeirinə nəzirə
Mürgüləyən duyğuların oyanar,
Ürəyinin tellərinə toxunsam.
Qanlı yaşı gül ətrinə boyanar,
Gözlərinin sellərinə toxunsam.
Neçə qəzəl yazar, neçə söz deyər,
Allanar, utanar bəzən üz deyər,
Ürəkdən keçəni gözün düz deyər,
Qələm tutan əllərinə toxunsam.
Çox ümid bağlama, atılan zərə,
Gərək qismətini haqq özü verə.
Qopub yarpaq-yarpaq tökülər yerə,
Ürəyinin güllərinə toxunsam.
Doqquz telli sazım kimi güllənər,
“Kərəmi” tək “Dilqəmi” tək dillənər.
“Qar-qar” kimi “Xaçın” kimi sellənər,
Ürəyinin sellərinə toxunsam.
Qane edər həm çox məni, az məni,
Ovudacaq tel-tel ötən saz məni,
Hey deyəcək: xatirətək yaz məni,
Ömrü-günün illərinə toxunsam.
Uzandıqca hey uzanar bu dünya,
Nə yorular, nə usanar bu dünya,
Nə itirər, nə qazanar bu dünya,
Daha nələr, nələrinə toxunsam.
382
Duyğuların baxışımdan açılar,
Ürəyinə günəş kimi saçılar.
Əzizəyəm, qaranlıqlar qaçılar,
Şiruyənin dillərinə toxunsam.
13 mart 2006-cı il
YARILAR
Sərraf Şiruyəyə
Ustad şair kimi soyu soylanar,
Qartal baxışıyla baxar, boylanar.
Döyüş günü igidlərlə taylanar,
Nərəsindən düşmən bağrı yarılar.
Nə deyərsə doğru deyər, haqq deyər,
Nəsimitək elə “Ənəlhəq” deyər.
Hər kim olsa sözü üzə şax deyər,
Həqiqəti dilə alıb bağırar.
Şiruyənin kitabını oxudum,
Hikmət aldım, müşki-ənbər qoxudum.
Ünvanına min alqışlar toxudum:
İlmələri şair budur – çağırar.
Əzizəyəm, a taleyi, bəxti kəm,
Ay dərd əhli, ömrü-günü, vaxtı kəm.
Sirdaşınam, dərdlərinə şərikəm,
Üzün gülsə, düşmən yanıb, yaxılar.
11 mart 2006-cı il
383
Həmən Cəmil ƏKBƏR
VAR OLSUN
Verilibdi sənə şeir butası,
Uzaq olsun səndən dünya xatası.
Qoy başına mən dolanım, qadası,
Qələm tutan barmaqların var olsun.
Ey islam carçısı, ey iman əhli,
Qurşasın belini Cənabi Əli!
Şeirdi könlünün sonu, əzəli,
Hikmət deyən dodaqların var olsun.
Sözün sərrafıtək səda salmısan,
Şeirdə, sənətdə zəfər çalmısan.
Göyçə məktəbindən sən dərs almısan,
Axar-baxar bulaqların var olsun.
Ömür gülşənini xəzan vurmasın,
Kirpiyində həsrət yaşı donmasın.
İlhamın susmasın, təbin sönməsin,
Şölələnən çıraqların var olsun.
Yetişsin dərmanın, qalü-bəladan,
Gəlsin xoş nəzərin ərşi-əladan.
İmdad istəyirəm hər gün Xudadan,
Kök üstündə budaqların var olsun.
Həmən alqış deyir, bu bəhsə-bəhsə,
Bu müqəddəs nitqə, müqəddəs səsə.
Qədir-qiymətini bilənlər kimsə,
Yaxınların, uzaqların var olsun.
384
BİLMƏZ
Kiçik görünsəm də bir ağır daşam,
Yetən əl atmasın, götürə bilməz.
Arxamca daş-kəsək atanlar çoxdu,
Məqsədi mənzilə yetirə bilməz.
Sərraf Şiruyə
Sənin kimliyini bilməyən kəslər,
Sənə əl atsa da, götürə bilməz.
Daş-kəsək atanın qolu quruyar,
Tanrı muradına yetirə bilməz.
Yalana, böhtana vermə amanı,
Sərrafsan, seçirsən yaxşı-yamanı.
Yaxşıca nişan et, tuşla kamanı,
Mahir ovçu ovun itirə bilməz.
Nəğməyə çevrildi söz pərdə-pərdə,
Bir eli tanıtdı adı hər yerdə.
Sənət meydanında, Həmənəm, bir də,
Zaman Şiruyəni yetirə bilməz.
385
ŞAİR QARDAŞ, YUBİLEYİN MÜBARƏK
Sərraf Şiruyənin 65 illik yubileyinə
Əl çatmaz zirvəsən sənətdə, sözdə,
Təbrikə, alqışa gəlmişik biz də.
Sevinc var, fərəh var indi hər üzdə,
Doldur qədəhləri, bir sağlıq deyək,
Şair qardaş, yubileyin mübarək.
Qoy ellər bağının barından yesin,
Bu coşqun təbinə alqışlar desin.
Uca kürsülərdən qoy gəlsin səsin,
Doldur qədəhləri, bir sağlıq deyək,
Şair qardaş, yubileyin mübarək.
Çələng hörüm hansı güldən qoxlasın,
Necə yazım, ürəyini oxşasın.
Tanrı özü pənahında saxlasın,
Doldur qədəhləri, bir sağlıq deyək,
Şair qardaş, yubileyin mübarək.
Götür-qoy etmişəm özüm-özümə,
Alqış deyim bu təpərə, dözümə.
Bir Allahım güc yetirsin sözümə,
Doldur qədəhləri, bir sağlıq deyək,
Şair qardaş, yubileyin mübarək.
Həmənəm, könlündə var arzu, dilək,
Aç söylə nə varsa, ay şair, bilək.
Səni yüz yaşında bax belə görək,
Doldur qədəhləri, bir sağlıq deyək,
Şair qardaş, yubileyin mübarək.
2007-ci il, Gəncə
386
DUR QADAN ALIM
Bəhanə eyləyib ağrı-acını,
Uzanma yataqda dur, qadan alım.
Yenicə açılır küskün ürəyim,
Saxlama soraqda dur, qadan alım.
Yaraşmır yatağa sənintək insan,
Ellər bəzəyisən, ay sənə qurban!
Uzaq etsin Tanrı azar-bezardan,
Dayanma uzaqda, dur qadan alım.
Çoxdu arzularım qəlbimdə mənim,
Axır yağış kimi yaşı didəmin.
Sözlərin alçağa, nadana qənim,
Gəzir dil-dodaqda dur, qadan alım.
Həmən bir ovçudu, sən də ki bərə,
Bağban olan gərək barını dərə.
Haqq üçün çəkdiyin zəhmətə görə,
Zamandı qınaqda, dur, qadan alım.
14 fevral 2008-ci il
387
GƏTİRMİŞƏM
Əhvalın sormağa, əziz qardaşım,
Dualar dilimdə an gətirmişəm.
Yaralı canına canım sadağa,
Qadanı almağa can gətirmişəm.
Bacılar qardaşa qurbandı, qardaş,
Əzəldən bu belə fərmandı, qardaş,
Əgər dərdlərinə dərmansa, qardaş,
Buyur – ürəyimdə qan gətirmişəm.
Vallah sözlərimdə yoxdur bir yalan,
Mənəm göz yaşıyla xəyala dalan.
Könlünü almağa gülə şeh salan,
Səhər gətirmişəm, dan gətirmişəm.
Həmənəm, duy mənim bu hallarımı,
Fil çəkməz qəmimi, məlallarımı.
Sən üçün Tanrıya dualarımı,
İnan, bir yox, beş yox, min gətirmişəm.
27 sentyabr 2009-cu il
388
Zakir KƏLBƏCƏRLİ
YANINDA
Dəlidağsız, Kəlbəcərsiz elin yox,
Şair qardaş, xəcalətəm yanında.
Təsəlliyə söz tapmıram, dilim yox,
Şair qardaş, xəcalətəm yanında.
Əlli ötüb, səksən çatıb, yüzə nə,
Yaş yerinə qan ələnib gözünə.
Şair demiş “bizdən ötdü, bizə nə”,
Şair qardaş, xəcalətəm yanında.
Dərbənd yurdun qarnağında qar qalıb,
Dədə Şəmşir tənhalığa, qərq olub.
Havalanıb Məcnun gəlib, yar qalıb,
Şair qardaş, xəcalətəm yanında.
Haray çəkdim, yaralandı harayım,
Çözələnib, toxunmadı darayım.
Mən saymadım, fələk saydı, nə sayım,
Şair qardaş, xəcalətəm yanında.
Mən Zakirəm, sevincim bu, qəmim bol,
Qıymalandıq, parçalandıq neçə yol.
Ay Şiruyə, bu dərdimə şərik ol,
Xəcalətəm, xəcalətəm yanında.
17 dekabr 1994-cü il,
Beyləqan rayonu Milabad qəsəbəsi (Daşburun)
389
Zodlu Maarif BƏXTİYAROV
ŞAİR, NƏDƏN QOCALIRSAN
Sərraf Şiruyəyə
Salam olsun şair sənə,
Təzə şeirlər yazdın yenə?
Yaradırsan gündən-günə,
Yavaş-yavaş ucalırsan,
Şair, nədən qocalırsan?
Şeir yazırsan əldə qələm,
Dünyan olur başqa aləm.
İstəyirəm mən də biləm,
Xəyallara çox dalırsan?
Şair, nədən qocalırsan?
Əriyən şəmdən yazırsan,
Kədərdən, qəmdən yazırsan,
Sevincdən, dəmdən yazırsan,
Kağıza qələm çalırsan,
Şair, nədən qocalırsan?
Sevinc tökürsən sifətdən,
Hər kəs dadsın bu nemətdən.
Dəm vurursan məhəbbətdən,
Gözəllərdən bac alırsan,
Şair, nədən qocalırsan?
Zodlu Maarif gülə-gülə,
Dəftər-qələm alır ələ.
Yazacağı çoxdur hələ,
Qara saça ağ salırsan,
Şair nədən qocalırsan?
390
FEYSBUK RƏYLƏRİ
Faiq İsmayılov: Peyğəmbər libasında bu dünyadan kö-
çənlər adi insanlar deyillər... Sən adi insan deyildin, qar-
daşım... Necə deyim Allah rəhmət eləsin... Axı sən həmişə
yaşayacaqsan, elimin sənətkar oğlu... Nur içində uyu...
Elman Alhəsənov: Allah rəhmət eləsin, qələmi ağlasa
da, sözləri daim yaşayacaq.
Seymur Küskün: Sərraf Şiruyənin şeirlərində keçmiş
və gələcək üçün çox mühüm fikirlər yer alır. Onun uzaq-
görənliyi ümmana günəş işığı düşən kimidir. Həqiqətən də,
Şiruyə müəllim eli, obanı çox sevən bir insan idi. O, eldən
getdi. Allah o dünyasını versin. Ruhu şad olsun. Şiruyə
müəllimlə söhbət edəndə onun elə gözəl baxışları var idi ki,
heç xəyalımdan çıxmır. Həqiqətən ustadın ölümü məni çox
sarsıtdı, gözlərimdə bu dünya sanki öz dəyərini bir az da
itirdi. Amma Sərraf Şiruyə kimi adamlar bu dünyaya, yaşa-
dığı elə-obaya, ölkəyə şərəf-şöhrət gətirən böyük söz sər-
kərdəsidi.
Pərvanə Məmmədli: Ələsgər ruhlu bir ustad idi o!
“Ömur yolu tükənibdi, Yad-yaxına deyin gəlsin!” – Kimlər
arzulamadı sizinlə görüşməyi, ustad?! Hər kəlməsindən
dürr tökülən şair! Allah rəhmət eləsin sizə!
Rəbbin Babayev: Ruhu şad olsun böyük şairimizin.
Məkanı cənnət olsun. Heyif şairləri bir-bir itiririk... Bəh-
mən Vətənoğlu, Sücaət, Sərraf Şiruyə…
Qəzənfər Hüseynov: Bizim üçün həm istedadlı bir şair
kimi, həm də Laçınsevər bir insan kimi olduqca əziz idi.
Allah rəhmət eləsin, son məkanı cənnət olsun!
391
Əlövsət Saldaş: Sərraf Şiruyə xalq ədəbiyyatımızın bö-
yük şairi idi. Sağlığında ikən şeirləri dillər əzbəri oldu, şair
və xanəndələrin, söz xiridarlarının ifasını bəzədi, nə qədər
ki, sözə qiymət verənlər var, yaşayacaq, inşallah!
Rəhmətliklə bircə dəfə Kəlbəcərdə, İstisuda görüşmü-
şəm. 1984-cü ildə. O da ötəri olub, hər ikimiz ağrıyırdıq.
Şeirlərini dildən-ağızdan eşidib sevmişəm. Ruhu şad olsun!
Taleh Əlioğlu: Şiruyə müəllim əsl şair idi. Bir çox
şairlərin bəsirət gözü açıq olur. Onlar çoxlarının duyma-
dığını duyur. Allah rəhmət eləsin!
Mehriban Namazova: Eh, fani dünya, vəfasız dünya.
Allah rəhmət eləsin!
Niftalı Göyçəli: Şairin ruhu bizim qəlbimizdə ustad
şeirlərilə yaşayır, misraları dillərdə, qəlblərdə əbədidir. Cis-
mani dünyasını dəyişməsi bioloji zərurətdir... Allah rəhmət
eləsin!
Fəzalət Abdurrəhmanov: Allah rəhmət eləsin, ruhu
şad olsun böyük şairimizin. Onun şeirlərini hər zaman
sevə-sevə el məclislərində oxumuşuq, həmişə də oxuya-
cayıq.
Mikayıl Səfərov: Göyçə məktəbi bir qızıl yarpağını da
tökdü. Yerin cənnət olsun, ustad!
Fəridə Qədimova: Mənə elə gəlir ki, elimin dahi şairi
qədərincə xalqının, elinin, obasının hörmətini qazanıb,
dəyərli olub. Bunu onun vida izdihamı da, virtual aləmdəki
üzüntülər də bəlli edir.
392
Arif Məmmədli: Sərraf Şiruyə uşaqlığımızın, gəncliyi-
mizin şairi idi. Özünü tanımamış şeirlərini tanımışıq. Sazın,
sözün vurğunuydu. İstedadlı şair kimi, hələ sovet dönə-
mində el məclislərinin əvəzsiz aparıcısı kimi yaddaşlarda
dərin izlər buraxıb. İstedadını böyük zəhməti ilə cilalayan
şair çoxlu kitablar, unudulmaz xatirələr qoyub getdi. Qu-
laqlarda səsi, dodaqlarda sözü, ürəklərdə isə məhəbbəti
qaldı. Sərraf Şiruyə həm də o şairlərdəndir ki, təkcə ədəbi
irsi deyil, həm də ədəbi varisləri yadigar qalıb. Aqşin Hacı-
zadə, Qılman İman, Araz Yaquboğlu və adlarını çəkmədi-
yim onlarla istedadlı yazarımız şairin yolunu ləyaqətlə da-
vam etdirirlər. Allah Şiruyə müəllimə rəhmət eləsin, yeri
behişt olsun! Doğmalarına, poeziyasının vurğunlarına, onu
sevənlərə başsağlığı verirəm! Ruhu şad olsun!
Niyazi Alıyev: Allah rəhmət eləsin. Belə insanlar nadir
olduqları üçün ölmürlər, əbədi yaşayırlar.
Əbülfəz Nazarov: Gözəl dost, dəyərli insan, böyük
şair-vətəndaş Sərraf Şiruyənin ölüm xəbərinə çox sarsıldım,
hədsiz kədərləndim və özümə yer tapa bilmədim. Ölüm! –
insan tək onun qarşısında çox acizdir. Elə insanlar var ki,
onlara ölüm yaraşmır. Elə insanlar öz yaxşılıqları ilə sağ
ikən ölməzlik və ürəklərdə yaşamaq haqqı qazanmış insan-
lardır. Dostum Sərraf Şiruyə də belə insanların sırasındadır.
Ölməzlik qazanan gözəl insan: – sənə Allahdan rəhmət
diləyirəm. Qəbri nurla dolsun, yeri cənnət olsun.
Murvət Yusifov: Allah rəhmət eləsin! Öz dəst-xəti
olan şair, vətən fədaisi idi.
Afət Allahverdiyeva: Allah rəhmət eləsin, ucsuz-
bucaqsız bağ qoydu getdi, ruhu şad olsun!
Müzəffər İsmayıl: Ustadlar ölmür, dünyasını dəyişir.
Yaddaşlara hopur, əbədi ölümsüzlük qazanır.
393
Namiq Zaman: Mən və yaşıdlarım vaxtilə Laçında hə-
lə məktəb yaşımız çatmamış, “Azərbaycan”, “Keçi”, “Xo-
ruz”... şeirləriylə, çoxlu tapmaca, yanıltmac, bağlama, ba-
yatı, ağı və s.-lə yanaşı, Bəhmənin, Sücaətin, H.Arifin, S.
Şiruyənin bəzi şeirlərini də əzbər bilirdik. Bax, budur şair-
lik – yazdıqlarının dildə-ağızda dolaşmağı. Elə bizi də şair
təbiətli, duyumlu, düşüncəli, bir sözlə, normal təfəkkürlü
edən belə şifahi və yazılı ədəbiyyat, xalq ədəbiyyatı nümu-
nələri idi. Sözsüz ki, bu işdə rəsmi və qeyri-rəsmi təbliğatın
da rolu böyük idi. Təhsilimizə vurulan ən böyük zərbə –
mənəviyyatca çox kasıb cəmiyyət yetişdirmək siyasətidir.
İndi xalqla yanaşı, həm də xalqın mənəviyyatı ölür – bax
bu əsl faciədir. Bədii ədəbiyyat təbliğ olunmur və oxun-
mur...
“Laçın yurdu” jurnalı,
№1(19), 2016-cı il
394
MÜNDƏRİCAT
Zəlimxan Yaqub ............................................................ 6
Qara Namazov ............................................................... 11
Hüseyn İsmayılov .......................................................... 17
Ziyəddin Məhərrəmov ................................................... 25
Maşallah Xudubəyli ...................................................... 32
Eldar İsmayıl ................................................................. 45
Ələddin Allahverdiyev .................................................. 51
Əzizə Cəfərzadə ............................................................ 61
Nağdəli Zamanov .......................................................... 62
Budaq Budaqov ............................................................. 69
Almaz Ülvi .................................................................... 70
Mərziyyə Səlahəddin ..................................................... 78
Tərlan Göyçəli ............................................................... 81
Tofiq Yusif .................................................................... 86
Arif Məmmədli .............................................................. 113
Mütəllim Həsənov ......................................................... 116
Gülnar Səma .................................................................. 126
Mövlud Mövlud ............................................................ 135
Nəcibə İlkin ................................................................... 138
Zakir Şəhriyaz ............................................................... 143
Niftalı Göyçəli ............................................................... 154
Aygün Əsgərova ............................................................ 163
Faiq Balabəyli ............................................................... 168
Əzizə Ağahüseynqızı .................................................... 170
Qılman İman .................................................................. 181
Hüseyn Bayramov ......................................................... 192
Tacir Səmimi ................................................................. 200
Gülbəniz Mirzəyeva ...................................................... 212
395
Ramiz Təmkin, Afət İslamqızı ...................................... 218
Nemət ............................................................................ 224
Şəfa Vəli ........................................................................ 229
Hacı Həsən Hüseynov ................................................... 233
Bəhlul Süleymanov ....................................................... 239
Əlişir Hacıyev ............................................................... 241
Həsən Xəyallı ................................................................ 243
Məzahir Daşqın ............................................................. 244
Səfər Boluslu ................................................................. 245
Aşıq Mikayıl Azaflı ....................................................... 246
Aşıq İmran Həsənov ...................................................... 248
Əli Qurban ..................................................................... 249
Cəlil Göyçəli ................................................................. 255
Bəhmən Vətənoğlu ........................................................ 256
Zəki İslam ...................................................................... 257
Əlqəmə Əmrahoğlu ....................................................... 260
Alqayıt Xəlilov .............................................................. 261
Eldar İsmayıl ................................................................. 265
Dəmir Gədəbəyli ........................................................... 266
Telman Hüseyn ............................................................. 267
Əli Vəkil ........................................................................ 269
Tofiq Yusif .................................................................... 276
Kərəm Kürqıraqlı .......................................................... 279
Molla Əmirxan .............................................................. 280
Qəmgin Fəzi .................................................................. 281
Nohəxan Qəşəm ............................................................ 282
Gülnigar Rəhimli ........................................................... 284
Pərvanə Məmmədli ....................................................... 285
Aqil İman....................................................................... 286
Zahid Məcid .................................................................. 288
396
Aşıq Hüseyn .................................................................. 291
Əli Mehdi ...................................................................... 292
Xəqani Ayxan ................................................................ 293
Bəhlul Şirinov ............................................................... 294
Zakir Şəhriyaz ............................................................... 295
İsmayıl Hüseynov .......................................................... 302
Bəsti Bərdəli .................................................................. 303
Xasay Hacıyev .............................................................. 304
Xasay Zeynalov ............................................................. 305
Arif Pənahoğlu .............................................................. 313
Qılman İman .................................................................. 315
Pənah Göyçə .................................................................. 320
Aşıq Şahsuvar ................................................................ 321
Qurban Yusifoğlu .......................................................... 322
Vaqif Gəncəli ................................................................ 323
Əvəz Salahlı .................................................................. 324
Zəhra Həsənli ................................................................ 325
Axund Hacı Namiq ....................................................... 326
Əmir Göyçəli ................................................................. 327
Mir Müşfiq .................................................................... 328
Etibar Sabit Tərtərli ....................................................... 329
Əmirxan Məcidoğlu ...................................................... 330
İsrail Şairov ................................................................... 331
Hacı Yaqub Qocamanov ............................................... 332
Hilal Bayramov ............................................................. 333
Hacı Loğman Babacan .................................................. 334
Firdovsi Xəlilov ............................................................ 338
Vaqif Bəyləroğlu ........................................................... 339
Elnur Baxış .................................................................... 340
Elnur İrəvanlı ................................................................ 341
397
Qaçay Tərtərli ................................................................ 342
Küskün Seyidməmməd ................................................. 343
İmran Zalov ................................................................... 345
Həsən Göyçəli ............................................................... 346
Əjdər Vəliyev ................................................................ 349
Rəhman Kəlbəcərli ........................................................ 351
Heşinli Məmməd ........................................................... 352
Mütəllim Həsənov ......................................................... 353
Oktay Qaxlı ................................................................... 355
Polad İmranoğlu ............................................................ 357
Sənan Cəlilli .................................................................. 358
Aqşin Hacızadə ............................................................. 359
Seymur Səyyah .............................................................. 370
Səfər Vergili .................................................................. 371
Araz Yaquboğlu ............................................................ 372
Zülfiyyə Şiruyəqızı ........................................................ 375
Əzizə Ağahüseynqızı .................................................... 380
Həmən Cəmil Əkbər ..................................................... 383
Zakir Kəlbəcərli ............................................................ 388
Zodlu Maarif Bəxtiyarov ............................................... 389
Feysbuk rəyləri .............................................................. 390
398
Elin Şiruyəsi, sözün sərrafı
Bakı, “SkyG”, 2016
399
Kompüter dizaynı: Araz Yaquboğlu
Texniki redaktor: Arif Məmmədli
Bədii redaktor: Qılman İman
Korrektor: Elnur İrəvanlı
Operator: Aqşin Hacızadə
400
Yığılmağa verilmişdir: 11.01.2016
Çapa imzalanmışdır: 05.12.2016
Şərti çap vərəqi: 25. Sifariş № 23
Kağız formatı 60x84 1/16. Tiraj: 300
Kitab “SkyG” NPM-də hazır diapozitivlərdən çap olunmuşdur.
Ünvan: Bakı, Ü.Hacıbəyov, 21
e-mail: skyg@yahoo.com
Dostları ilə paylaş: |