ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
#13987
1   ...   12   13   14   15   16   17   18   19   20

 

 
292 
 Əli MEHDİ 
 
 
OLA 
 
Sərraf Şiruyənin məşhur 
“Ola” rədifli gəraylısına nəzirə 
 
Fələk ilə şərt kəsəsən, 
Nə bir dərdin, sərin ola. 
Torpağı gülzar edəsən, 
Ürəkdə təpərin ola. 
 
Gəncliyində elm alasan, 
Düz yol ilə ucalasan. 
Hər vaxt qələbə çalasan, 
Bir görkəmli yerin ola. 
 
A Mehdi, gəl haqqı danma, 
Yanmayana sən də yanma. 
Nər dayına arxalanma, 
Özündə hünərin ola. 
 
 
 
 

 
293 
Xəqani AYXAN 
 
 
USTAD SƏRRAF ŞIRUYƏYƏ 
 
Üzü dönük dostlarla bir
Düşmənimiz mərd olmadı. 
Allah bizə verdi səbir, 
Kasıbçılıq dərd olmadı. 
 
Yolumdan yığanda daşı, 
Çoxunun çatıldı qaşı. 
Allahın mənnən nə işi? 
Dua etdim, vird olmadı. 
 
Mənəm “Göyçə gülü” solan, 
Xain qonşu – əfi ilan. 
Babalardan miras qalan, 
Nəvələrə yurd olmadı. 
 
Tər içində odun yardıq, 
Ustad! Alovsuz yanardıq… 
Nərd olanda zər axtardıq, 
Zər olanda, nərd olmadı. 
2012-ci il, Bakı 
 

 
294 
Bəhlul ŞİRİNOV 
  
ŞİRUYƏDİ 
 
Məndən şairləri soruşan dostum, 
Şairlər ustadı bil, Şiruyədi. 
Çaxar şimşək kimi, yarar buludu, 
Dağları tərpədən sel Şiruyədi. 
 
Eşqili bülbüldü güldən ötəri, 
Qırılmaz kəmərdi beldən ötəri, 
Haqq onu yaradıb eldən ötəri, 
Elin balasıdı, el Şiruyədi. 
 
Qadir mövlam özü olsun pənahı, 
Ariflər yanında ləldi mətahı. 
Təcnisin Allahı, qoşmanın şahı, 
Ümman Şiruyədi, Nil Şiruyədi. 
 
Bəhlulun dediyi düzdü, Şahmalı,
1
 
Zamanın qılıncı sözdü, Şahmalı. 
Alovdu, atəşdi, közdü, Şahmalı, 
Qiyməti bilinməz ləl Şiruyədi. 
                                           
1
 Xanəndə Şahmalı Kürdоğlu 

 
295 
Zakir ŞƏHRİYAZ 
 
 
SƏNİN YAZDIĞIN 
 
Hər yazanı bəyənmirəm, Şiruyə, 
Mənə görə güldü sənin yazdığın. 
Şair kimi qiymətini vermişəm, 
İnci, gövhər, ləldi sənin yazdığın. 
 
Ağlıma gələni eyləyim bəyan, 
İncilər yaradar sənəti duyan. 
Əzəlindən düz tutulub düz mayan, 
Halal süfrə, əldi sənin yazdığın. 
 
Bir anlığa qayıt, boylan, dön geri, 
Dastana çevirdin qanlı səngəri. 
Şəhriyazı tutdu sözün ləngəri, 
Gözəl Vətən, eldi sənin yazdığın. 
 
 

 
296 
YADINA DÜŞÜRMÜ 
 
Ay Şiruyə, ay sənətkar, ay elli, 
Söylə görüm göl yadına düşürmü? 
Ürəyi nisgilli, ay şirin dilli, 
O gördüyün çöl yadına düşürmü? 
 
Bundan belə ürəyimiz çox inlər
Xatirəyə döndü toylar, düyünlər. 
Uşaqlıqda keçirdiyin o günlər, 
Qoxladığın gül yadına düşürmü? 
 
Şəhriyaz, kim bilir fələk nə sayar? 
Haqsız qan tökəni, haqq ağlar qoyar. 
Ələsgəri bizə verən o diyar, 
Ağır mahal, el yadına düşürmü? 
 

 
297 
GƏTİRSİN 
 
Şair, göyə uçur – könül quşunu, 
Yurd yerindən mənə soraq gətirsin. 
Dağın çiçəyindən, nərgiz, lalədən, 
Gül toplayıb bircə qucaq gətirsin. 
 
Heç kimdən etməyəm heç vaxt əl-aman, 
Məndə sağalmağa ola bir güman. 
Yaralı canıma otlardan dərman, 
Gözümə nur verən çıraq gətirsin. 
 
Layiq deyil vallah, bu baş, o başa, 
Dost-dosta yaraşar, sirdaş-sirdaşa. 
Eşitdim, demisən Araz qardaşa, 
Şəhriyazı sənə qonaq gətirsin. 
 

 
298 
TƏBİNLƏ 
 
Sənətkar oğlusan, ay sərraf şair, 
Ləli oxşamısan, ləli təbinlə. 
Bir gözəlin kürəyində yelənnən, 
Teli oxşamısan, teli təbinlə. 
 
Yurdumuza dəydi düşmən xətəri, 
Bəla olmaz daha bundan betəri. 
Lələyə dönübsən sözdən ötəri, 
Gülü oxşamısan, gülü təbinlə. 
 
Şəhriyaz darıxıb əməlli-başlı, 
Gəzir bu dünyada qəmli, təlaşlı. 
Bir gözü sevincli, bir gözü yaşlı, 
Eli oxşamısan, eli təbinlə. 
 

 
299 
ŞİRUYƏ 
 
Dədələr nə deyib doğru deyiblər, 
“Ustad oğlu şəyird olmaz”, Şiruyə. 
Yaxşı sənətkarı eldə öyüblər, 
“Ustad oğlu şəyird olmaz”, Şiruyə. 
 
Sənətkar kimsədən gözləməz imdad, 
Yaxşı sənətkara nə şöhrət, nə ad. 
Sənət zirvəsində çalmısan qanad, 
“Ustad oğlu şəyird olmaz”, Şiruyə. 
 
Üz bəziyər, üz təriflər, üz yazar, 
Söz axtarar, söz əzizlər, söz yazar. 
Yazdığını kişi kimi düz yazar, 
“Ustad oğlu şəyird olmaz”, Şiruyə. 
 
Təsadüfən gəlməmisən sənətə, 
Sığal çəkdin sinəndəki sərvətə. 
Baş əymisən xaliq verən qismətə, 
“Ustad oğlu şəyird olmaz”, Şiruyə. 
 
Şəhriyaz, bir düşün gör nə demisən, 
Dəryalar içində sınıq gəmisən. 
Yazanlar yanında ustad kimisən, 
“Ustad oğlu şəyird olmaz”, Şiruyə. 
 
 

 
300 
OLMADI 
 
Bu fələklə nərd atasan, 
Şeş-beş verən zərin ola. 
Ortalığa bəxt qoyasan, 
Aparmağa sərin ola.  
Sərraf Şiruyə 
Bu fələklə şeş-beş atdım, 
Şeş verən zərim olmadı. 
Oynadıqca marsa düşdüm, 
Udmağa sərim olmadı. 
 
Dinən kimi kiritdilər, 
Üstümə qurd yeritdilər. 
Yazıq canı əritdilər, 
Qaçmağa yerim olmadı. 
 
Qansaydılar sayardılar, 
Bir düşünüb duyardılar. 
Qalın olsa sayardılar, 
Soyulan dərim olmadı. 
 
Şəhriyaz, var istəmədim, 
Peysər boyun bəsləmədim. 
Bir deyənə beş demədim, 
Arxamda nərim olmadı. 
2012-ci il 

 
301 
ŞİRUYƏ DƏ GETDİ SON MƏNZİLİNƏ 
 
Axirət evinə gedənlər kimi 
Şiruyə də getdi son mənzilinə. 
Əlini dünyadan üzdü bir anda, 
Şiruyə də getdi son mənzilinə. 
 
Dərdiylə əlləşdi, qəmlə çəkişdi, 
Aylar sıralandı, illər ötüşdü. 
Ömür tamamlandı, vaxtı yetişdi, 
Şiruyə də getdi son mənzilinə. 
 
Şəhriyaz, yazanda gül üçün yazdı, 
Haqdan mayalandı, tel üçün yazdı. 
Sərraf şair idi, el üçün yazdı, 
Şiruyə də getdi son mənzilinə. 
14 dekabr 2015-ci il 
 

 
302 
İsmayıl HÜSEYNOV 
 
 
SƏNİ 
 
Şair Şiruyəyə 
 
Dilə tutub handan-hana, 
Yaman gətdim coşa səni. 
Ötən gündən söhbət salıb, 
Lap apardım huşa səni. 
 
Qoy çox olsun şan-şöhrətin, 
Göyçəmizə məhəbbətin. 
Gəzir dildə söz-söhbətin, 
Yaşa qardaş, yaşa səni. 
 
Bilsin gələn qoy nəsillər, 
Hədər yerə ötmür illər. 
Vurğun ilə bir çəkirlər
Bu sənətdə qoşa səni. 
 
Çox yandırma canı közdə, 
İsmayılam, onu gözdə. 
Ay Şiruyə, bilim sözdə –  
Xanmı yoxsa, paşa səni? 
1982-ci il, 
Göyçə, Daşkənd. 
 
 

 
303 
Bəsti BƏRDƏLİ 
 
 
DESİN 
 
Şiruyə, yaramız ağlanasıdı, 
Kiritmə bülbülü, qoy ağı desin. 
Kövrək qəlbimizi lərzəyə salsın, 
Sızlasın, anamız sayağı desin. 
 
Duyğun qayalarda sal daşı dəlsin, 
İsinmək istəsən, qələmə gəl sin. 
Çağır Koroğlunu, Babəki gəlsin: 
“Çəkil bu torpaqdan, a yağı” – desin. 
 
Yazımnan başlayıb qar, qışım mənim, 
Ağlatdı buludu qarğışım mənim, 
Baş vursun göylərə alqışım mənim, 
Sinəmdə sənətin ayağı de, sin. 
 
Günəşin altıyam, torpağın üstü, 
Ürəyim od olub, nəfəsim isti. 
Əgər sən olmasan, az qalır Bəsti: 
Mənəm söz mülkünün dayağı desin. 
 
 
 
 

 
304 
Xasay HACIYEV 
 
 
HARDA 
 
Ay Şiruyə, Leyli-Məcnun sevdası,
1
 
Hardadı, o ülvi məhəbbət harda? 
Əsli-Kərəm istəyinin töhfəsi,  
Hardadı o ilqar, sədaqət harda? 
  
Hanı sevənlərin əhdi, vəfası? 
Hanı təmiz eşqi, hanı səfası? 
Hanı eşq havası, cövrü cəfası,  
Hardadı, o dözüm, dəyanət harda? 
 
Xasayam, bir sözdən yanaq allana,  
Həyadan, ismətdən oda qalana.  
Dodaqlar titrəyə, gözlər sallana,  
Hardadı, o nəcib, nəzakət harda? 
1975-ci il, Yeni Daşkənd kəndi 
 
 
  
                                           
1
 Şeirin  cavabı  Sərraf  Şiruyənin  “Hər  görüş  bir  xatirədir”  (Bakı,  “Nurlan”, 
2007) və “Seçilmiş əsərləri” V cild (Bakı, “Nurlan”) kitablarında çap оlunub. 

 
305 
Xasay ZEYNALOV 
  
 
GÜLDÜR 
 
Sərraf! yazmaqdı sənətin, 
Axı vardır məharətin, 
Söylə, necədir səhhətin? 
Əhvalını mənə bildir, 
Bu sınıq könlümü güldür. 
 
Köçübdü Həsən Xəyallım, 
Söhbəti, zəbanı ballım. 
Qəmgin Fəzim, qəmli hallım, 
Hər kəlmən incidir, dürdür, 
Bu sınıq könlümü güldür. 
 
Zalım fələk qurdu darı, 
Köçdü İman, Həsən barı. 
Nəbi çəkdik ahu-zarı, 
Göz yaşım göllənib göldür, 
Bu sınıq könlümü güldür. 
 
Gözəl hikmətin var sənin, 
Qüssə alıb, dərd əkənin, 
Vətən həsrəti çəkənin, 
Gözünün yaşını sildir, 
Bu sınıq könlümü güldür. 
 
Yazmaq üçün görün tədbir, 
Kömək olsun adı min bir. 
Yaz göndər Xasaya bir-bir, 
Hər misran ətirli güldür, 
Bu sınıq könlümü güldür. 

 
306 
 
GƏLMİŞƏM 
 
Yatmışdım bülbülün səsi oyatdı, 
Kökü kamil bir ad-sana gəlmişəm. 
Oxuduqca divanini, təcnisi 
Mənasını qana-qana gəlmişəm. 
 
Dedim gedim dəvət edim gülməyə, 
Gözündən süzülən yaşı silməyə. 
“Ağlama, bülbül, ağlama” deməyə 
Yol uzunu yana-yana gəlmişəm. 
 
Xasay deyir, qızılgüllər əkəndə, 
Şiruyə təcnisi nəzmə çəkəndə, 
Həsənoğlu deyib Yeni Daşkəndə –  
Şeir ocağı bir ünvana gəlmişəm. 
1996-cı il 
 
 
ŞİRUYƏ 
 
Vətən həsrətindən, dost firqətindən, 
Bivədə ağardı telim, Şiruyə. 
Bəd gəlib zəmanə, artırıb dərdi 
Didərgin olandan elim, Şiruyə. 
 
Elimi görməyə ürək döyünür, 
Dost görəndə fərəhlənib öyünür. 
Yanağımdan abi-leysan üyünür 
Axır gözlərimdən selim, Şiruyə. 
 

 
307 
Hər bir şeyə qiymət qoyan sərrafsan, 
Qədirbilən insan, ürəyi safsan. 
El üçün Murovsan, Qafqazsan, Qafsan, 
Üzülüb dağlardan əlim, Şiruyə. 
 
Arzumuydu nişan günü görüşək, 
Açıb həsrət düyününü görüşək, 
Qismət olsa biz toy günü görüşək, 
Mən imana, dinə gəlim, Şiruyə. 
 
Bir müddət cürbəcür xəyala daldım, 
Şükürlər eylədim, xoş xəbər aldım, 
Haqqın dərgahına ərizə saldım 
Sevincdən açıldı dilim, Şiruyə. 
 
Yazdığın ətirli qoşmalar gəldi, 
Sandım ki, hər misran incidi, ləldi, 
Nişan üçün gözəl məclis düzəldi, 
İstədim əhvalın bilim, Şiruyə. 
 
Xasay deyər, haqdan imdad istədik, 
Bəylə, gəlin xoşbəxt olsunlar dedik, 
Tanrıdan biz sənə şəfa dilədik, 
Sənsən həm bülbülüm, gülüm, Şiruyə. 
 

 
308 
AY HƏSƏN OĞLU 
 
Eşitdim dostlardan toy içindəsən, 
Toy mübarək olsun, ay Həsən oğlu. 
Çağır gəlsin bizim Aşıq Hacını, 
Telli sazı çalsın, ay Həsən oğlu. 
 
Nuriyyə əlinə yaxsın xınanı, 
Sizə kömək olsun Kərəmin kanı! 
Xoşbəxtlik gətirsin hər günü, anı 
Könlün ilham alsın, ay Həsən oğlu. 
 
Zaman tərsə döndü bilmirəm niyə
Ötən çağlarımız dönməz geriyə, 
Bu şeirim qoy olsun sizə hədiyyə, 
Yaddaşlarda qalsın, ay Həsən oğlu. 
 
Sizə dərs veribdi Həsən Xəyallı, 
Məkanı Daşkənddi, Göyçə mahallı. 
Qohumlu, qardaşlı, gəncli, ahallı 
Gözün aydın olsun, ay Həsən oğlu. 
 
Taleyin açarı Yaradandadı, 
Arzum budur: versin özü muradı, 
Xasayam, bu toyun ləzzəti, dadı, 
Damağında qalsın, ay Həsən oğlu. 
  

 
309 
BİZ DƏ GÖYÇƏMİZİN ELİNDƏN YAZAQ 
 
A hikmət sərrafı, a xoş amallı, 
Tükənməz zəkalı, dərin kamallı, 
Bizə dərs veribdi Həsən Xəyallı, 
Kəc gələn zamanın selindən yazaq, 
Biz də Göyçəmizin elindən yazaq. 
 
Şairin yazmaqdı işi, sənəti, 
Atalar həqiqi deyib hikməti, 
“Qılıncdan itidir qələm qüdrəti” 
Şeirlə yağının felindən yazaq, 
Biz də Göyçəmizin elindən yazaq. 
 
Hatəm Səməd ağa səxavətindən, 
Məşədi Qasımın şücaətindən, 
Baban Hacı Rəhim cəsarətindən, 
Yağılar əsibdi əlindən zağ-zağ 
Biz də Göyçəmizin elindən yazaq. 
 
O mahal yetirib bir neçə aşıq, 
Nəcəf, Əsəd, Musa, Alı, Ağ Aşıq. 
Məclislərə verib gözəl yaraşıq, 
Ələsgərin şirin dilindən yazaq, 
Biz də Göyçəmizin elindən yazaq. 
 
Şairə Gülayə Şınıxdan yazır, 
Gözü yolda qalan sınıqdan yazır, 
Qarabağdan, qəlbi yanıqdan yazır, 
Qoy qəm-qüssə olsun elindən uzaq, 
Biz də Göyçəmizin elindən yazaq. 
 
 

 
310 
İndi bağlarımız solub, saralıb, 
Ata-baba yurdu düşmənə qalıb, 
Gərək doğma yurdu düşməndən alıb, 
Yağının nizamın səfindən pozaq, 
Biz də Göyçəmizin elindən yazaq. 
 
“Qarabağ mənimdi” – deyib alanın, 
Hərisi yalanın, zülmü, talanın, 
Elləri yurdundan qaçqın salanın 
Qəbrini dağların belindən qazaq, 
Biz də Göyçəmizin elindən yazaq. 
 
 
Düşmən qabağında mərd kimi durub, 
Zalımın külünü göyə sovurub, 
Alaylar pozaraq, zərbələr vurub 
İlham alıb Muğan, Milindən Qazax, 
Biz də Göyçəmizin elindən yazaq. 
 
Kərəm etsin, fürsət versin qadir haqq, 
Bəlkə o yerlərə bir də qayıdaq, 
Bizə qismət olsun o yaylaq, o dağ, 
Dumandan, çiskindən, yelindən yazaq, 
Biz də Göyçəmizin elindən yazaq. 
 
Xasay bu minvalla zəfər gözləyir
Ürəkdən hamıya sağlıq diləyir, 
Doğma yurd həsrəti qəddimi əyir, 
Vətənin al-əlvan gülündən yazaq, 
Biz də Göyçəmizin elindən yazaq. 
 
 

 
311 
TUTAQ ƏLBƏƏL 
(qoşayarpaq qoşma) 
 
Oxuyubsan kəlam, alıbsan ilham, 
Gəl görüşək əvvəl, tutaq əlbəəl. 
Ansan, versən salam, əleykəsalam 
Yazırsan çox gözəl, düzürsən qəzəl. 
  
Bayatındı qəşəng, qoşman həmahəng, 
Təcnisin rəngarəng, divanin nəhəng, 
Gəraylın ağır səng, nəhəngdi, nəhəng 
Eşqə, ilhama gəl, salgınan məhəl. 
  
Şeir var sözü xilaf, bir çürük tənaf, 
Axtarırsan zərbab, sərrafsan, sərraf, 
Arzu, amalın saf, qəlbindi şəffaf 
Qafiyəndi gözəl, rədif müfəssəl. 
  
O Göyçə mahallı, cahlı, cəlallı, 
O söhbəti ballı, dərin kamallı, 
O şirin zəbanlı, Həsən Xəyallı 
Axtarıb, gəzib ləl, qoyubdu təməl. 
  
Zəmanə bivəfa, gəlmir insafa, 
Mərdə verir cəfa, namərdə şəfa, 
Ellə sürsən səfa, görərsən vəfa 
Qohumdan üzmə əl, sənsən mükəmməl. 
  
Çıxıb dövrün zayı, qalıb harayı, 
Zimistandı yayı, hər günü, ayı, 
Unutma Xasayı, demir havayı, 
Xeyirxahlı əməl, gətirməz xələl.  

 
312 
OLSUN 
  
Ay Şiruyə, elə qafiyə varmı? 
Ələsgər də onu yazmamış olsun. 
Xəstə Qasım, Alı, Abbas, Qurbani, 
Ələkdən ələyib, süzməmiş olsun? 
  
Axtardım dəryalar, tapmadım inci, 
Dedim könül, ya istər küs, ya inci. 
De, varmı hikmətdə elə bir inci? 
Nizami “Xəmsə”də düzməmiş olsun? 
  
Məmmədhüseyn, Musa, Nəcəf, Ağ Aşıq, 
Söyləyib dastana verib yaraşıq. 
De, varmı Qafqazda elə bir aşıq 
Barmağı pərdədə gəzməmiş olsun? 
  
Hər gələn, hər aşiq sevdi bir mələk
Qəlbindən keçəni eylədi dilək. 
De, varmı bir insan bu zalım fələk 
Qurğu-büsatını pozmamış olsun? 
  
Arifsən, Sərrafsan söylə, qadası, 
Açılsın Xasayın könlünün pası. 
De, varmı elə bir hikmət dəryası 
Dahilər gülünü üzməmiş olsun? 
 

 
313 
Arif PƏNAHOĞLU 
 
 
AY USTAD 
 
Aldım həsrət yüklü qəmli naməni,  
Bu qürbət diyardan salam, ay ustad,  
Hər misran üstündə düşünüb müdam,  
Gərək xəyallara dalam, ay ustad.  
 
Qəzanın, bəlanın sayı milyon, yüz,  
Zirvə axtaranda düz tapmışıq, düz!  
Dayanıb durmuşam dərdlə üzbəüz,  
Əskilmir başımdan bəlam, ay ustad...  
 
Dünyanın işinə neyləyər bəndə?  
Zamanın donqarı götürmür rəndə.  
Hər Laçın yazanda, Göyçə deyəndə,  
Qan ağlar əlimdə qələm, ay ustad.  
 
Dəstəyurd, Qızılcıq, Sofulu, Şəki,  
Daşkənd, Urud, Ağdü, Vağadü təki,  
Göyçə yarasıdı ürəyindəki,  
Bu qəlbdən o qəlbə yolam, ay ustad.  
 
Töküb yolumuza dumanı, çəni,  
İldırım vədəsiz döydü zirvəni.  
Tanrı şahmar edə bir anlıq məni,  
Yağını dilindən çalam, ay ustad.  
 
Könüldəki qubar, başdakı fikir,  
Ömür yolumuza qəm, qüssə əkir. 
Gözlərim Laçına hər gün yol çəkir, 
Əsirdi gör neçə qalam, ay ustad.  

 
314 
 
Vətən qibləgahım, imanım, dinim,  
Fələk arzulara kəsilib qənim.  
Arifəm, qəribəm, qürbət məskənim,  
Hicranın əlində qulam, ay ustad. 
 
SƏRRAF ŞİRUYƏ 
 
Əlçatmaz zirvədi əzəmətiylə,  
Qalalar yaradıb söz sənətiylə. 
Peyğəmbərsayağı mərhəmətiylə,  
Əhli-hal insandı Sərraf Şiruyə.  
 
Tanrıya bağlayır ruhu adamı,  
Könüldə gəzdirir tanıyan hamı. 
Dağlar çeşməsidi təbi, ilhamı,  
Sahilsiz ümmandı Sərraf Şiruyə.  
 
Vurğundu Vətənə, vurğundu elə,  
Gəzir kəlmələri dillərdən dilə. 
Sözləri məlhəmdi xəstə könülə,  
Təbibdi, loğmandı Sərraf Şiruyə.  
 
Sönübdü Göyçədə alışan şamı,  
Olub yurd dərdlisi, hicran adamı,  
Deyir: – tərpətməyin hovlu yaramı,  
Sızlayan kamandı Sərraf Şiruyə. 
 
Arifəm, görüşə saxlaram güman,  
Onuntək ustadı yetirməz zaman. 
Ulu əsrlərdən bizə ərməğan,  
Bir sirli dastandı Sərraf Şiruyə.  
16 mart 2014-cü il,  
Ukrayna, Donetsk şəhəri 

 
315 
Qılman İMAN 
 
 
QƏLƏM SƏNİN YARAĞINDIR 
  
Aç qoynunu səcdə qılım, 
Vətən sənin qucağındır. 
Qızındıran istisinə, 
Bizi yanar ocağındır. 
 
Təbin sözə keşik çəkər, 
Şahə qalxar, hey nərildər. 
Yazı masan – odlu səngər, 
Qələm – iti yarağındır. 
 
Söz qazancın, söz xeyirin, 
Geniş qəlbin, xoş mehirin. 
Dildə gəzən hər şeirin, 
Eldən-elə sorağındır. 
 
Təcnisinin cığa zəri, 
Andırır pir Ələsgəri. 
Hər gün sözün dəliləri, 
Axın-axın qonağındır. 
 
Dən düşübdür, saçın bəyaz, 
Zirvə duman, çənsiz olmaz. 
Aqşin, Əli, Qılman, Araz, 
Bar gətirən budağındır. 
12 mart 2007-ci il 

 
316 
ÇIXDIN SÖZÜN ZİRVƏSİNƏ 
Sərraf Şiruyəyə 
 
Ocağından od götürdüm, 
Dedim, qəlbim bir isinə. 
Atılan nüvə kimidi, 
Hər sözün yer kürəsinə. 
 
Yarışlarda zəfər çaldın, 
Qalib kimi nəmər aldın. 
Füzuliyə səcdə qıldın, 
Üzü sözün qibləsinə. 
 
Yolun yoxuş, iz mötəbər, 
Zülm çəkdin, çox müxtəsər. 
Əl uzatdı pir Ələsgər, 
Çıxdın sözün zirvəsinə. 
 
Tapılmaz bir də itənin, 
Yurd deyib sızlar bədənin. 
Nəğmə qoşdun bu Vətənin, 
Hər dağına, dərəsinə. 
 
Qələm sözdən heykəl yondu, 
Bu sehrdi, ya ovsundu... 
Gör bir neçə arı qondu, 
Gül şeirinin şirəsinə. 
 
İz açdın bu yolnan gedim, 
Ay xoş anım, vaxtım, vədim. 
Yüz qoşmamı qurban dedim, 
Sənin bircə təcnisinə. 
3 yanvar 2007-ci il 

 
317 
AY ƏMİ 
 
Neçə ildir bir həsrətin oduna, 
Gecə-gündüz qalanıram, ay əmi. 
Xəyalım dolaşıq, başım dumanlı, 
Mən birtəhər dolanıram, ay əmi. 
  
Fələk çəkdi sinəm üstə neçə dağ, 
Ürək xəstə oldu, arzular dustaq. 
Düşündükcə bu həyatı baş-ayaq, 
Göz yaşıma bələnirəm, ay əmi. 
  
Bəla gəlib bax, bu körpə yaşıma, 
Qəm ələnib torpağıma, daşıma. 
Dərd çəkməkdən mənim fağır başıma, 
Hava gəlir, hallanıram, ay əmi. 
 
Şikəstəmi, bayatımı itirib, 
Şirin-şəkər həyatımı itirib, 
Dağ ürəkli, nər atamı itirib, 
Qəlbi sınıq dolanıram, ay əmi. 
  
Kədərə doğmayam, sevincə yadam, 
Nə qədər əzaba dözərmiş adam?! 
Yadıma düşdükcə o bədbəxt atam, 
Varlığımdan talanıram, ay əmi. 
2000-ci il 
 

 
318 
ŞİRUYƏ 
 
Şeirdə, sənətdə, söz aləmində, 
Coşan bir Arazdı, Kürdü Şiruyə. 
Əl çatmaz, ün yetməz vüqarlı dağdı, 
Kəlməsi gövhərdi, dürdü Şiruyə. 
 
Səxavətdə əli açıq, gözü tox, 
Sənətində bərabəri, tayı yox. 
Təcnisdə hikməti həddən çoxdu-çox, 
Hələ açılmamış sirdi Şiruyə. 
 
Zirvəyə qalxıbdı, zirvədən enməz, 
El-oba yolunda ilqarı dönməz, 
Əbədi məşəldi heç zaman sönməz, 
Qüdrətdən verilən nurdu Şiruyə. 
 
Bir eli tanıdıb onun soyadı, 
Unutmaz heç zaman tarix bu adı. 
Qılmanın şeirdə böyük ustadı, 
Sənətdə yenilməz nərdi Şiruyə. 
2001-ci il 
 

 
319 
Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin