ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
#13987
1   ...   12   13   14   15   16   17   18   19   20

Bəhlul SÜLEYMANOV 
 
Ağdərə rayonunun İmarət Gərravənd (Qərvənd) kən-
dinin sakini Bəhlul Süleymanovdan gələn məktublar. 
 
Əvvəl-əvvəl sənə Şiruyə qardaş, 
Dedim–ürəyimin sözün göndərim. 
Babam Süleymanın, Seyid Musanın 
Doğma ocağının közün göndərim. 
 
Bir gör sənə daha nə payım var: 
 
Əhli-ürfanların bilirəm yerin, 
Adbaad deyərəm kəndin, şəhərin. 
Yaylaqdan arana bizim ellərin, 
Çörəyi üstündə duzun göndərim. 
 
Ə, qadan alım, qardaş, daha nə göndərim… 
 
Nədi arzumanın örüşdən, öydən, 
Quş desən, ox atıb salaram göydən. 
Balası yanında maral güneydən, 
İstəsən əliyin özün göndərim. 
 
Bir  belə  deyirəm,  niyə  dinmirsən,  axı  bağrım  çatladı, 
daha nə göndərim? 
 
Bağlar üstə tikilibdi, var, dəyə, 
Tərtərin suları vura, bar dəyə. 
Yay ayı Murovdan sizin Bərdəyə, 
Çömçə bulağının buzun göndərim. 
 

 
240 
Ə, qadan alım, dərmansız dərdim var, bəs onu nə təhər 
göndərim… 
 
Bir yanı “Ağ duzdaq”, bir yanı “Ağdağ”, 
Bir ov itirmişəm mənzili uzaq. 
O başı Göyçədi, bu başı Qazax, 
A qardaş, haradan gəzim göndərim? 
 
Gözlərin  qurbanı,  ə,  gözün  dolmasın,  dərdini  dağıtma-
ğa, təbini coşdurmağa gör nə göndərirəm: 
 
Bəhlul birdi şairlərin cəmində, 
Axtarsan taparsan hicran qəmində. 
Dərdini çalmağa Kərəm dəmində, 
İmanın yaralı sazın göndərim. 
 
Mənə  ən  böyük  mükafatın  odur  ki,  bu  şeirə  bir  cavab 
yaz,  özü  də  ver  aşıqlar  qabaq-qabağa  məclisdə  oxusunlar. 
Mən  səni  özümə  ürək  dostu  qəbul  etmişəm.  Əgər  sən  də 
bunu  müsbət  cavablandırırsansa,  gözlərimi  intizarda,  qəl-
bimi  həsrətdə  qoyma,  cavab  məktubu  yaz.  Aşıq  Əkbərdən 
də ətraflı xəbər göndər, sizə də gəlməliyəm. 
 
 Hörmətlə: Bəhlul 
20-XI-1979 

 
241 
Əlişir HACIYEV 
 
BÖYÜK USTADLA İLK GÖRÜŞ... 
 
1991-ci ilin təxminən bu vaxtları idi. Bərdə rayonunda 
dostumuz Taleh İsmayılovun toy məclisində idik. Məclisin 
yaxşı  vaxtlarında  Bakıdan  gələn  qonaqlara  söz  verdilər. 
Əlbəttə ki, mənimlə birlikdə olan dostlarım şeir istəyirdilər. 
O  dövrlər  şeirə,  sözə  qiymət  verənlər  daha  çox  idi.  İnfor-
masiya  qıtlığı  zamanında,  bütün  məlumatları  informasiya 
daşıyıcısı olan el aşıqları üzlərini görməsək də, bütün şair-
ləri  qiyabi  olaraq  yazmış  olduqları  şeirləri  ilə  dinləyicilərə 
tanıdırdılar.  Şairləri  şeirlərinə  görə  təsəvvür  edib,  gözləri-
miz  önündə  canlandırırdıq.  Bu  baxımdan  həyatımda  Aşıq 
Fətulla  Əliyevin  müstəsna  rolu  olmuşdur.  Demək  olar  ki, 
aşıqların  oxuduğu  sözlərin  əksəriyyəti  əzbərimdə  idi.  Xü-
lasə, bir-iki şeirlə kifayətlənməyən məclis əhli məni burax-
madı.  Masabəyi  də  xahiş  etdi  ki,  məclisin  idarə  olunma-
sında  ona  yardımçı  olum.  Bir  xeyli  keçmiş  məclisə  bəstə-
boy  bir  adam  daxil  oldu.  Hamı  tərəfindən  alqışlanan,  təx-
minən  50-52  yaşlı  bu  adamı  qətiyyən  görmədiyimdən  elə 
bildim  ki,  kəndin  kolxoz  sədridir.  Məclisin  şeir  payını 
mənə  həvalə  etdiklərindən,  bu  adamın  şair  olduğunu  heç 
ağlıma  gətirmirdim. Tanımadığım bu adamı məclisin  mər-
kəzinə,  söz  demək  üçün  birbaşa  mikrofona  dəvət  etdilər. 
Şirin  ləhcəli,  hər  bir  misrasından  bal  süzülən  bu  “qonaq” 
məni  özünə  valeh  etdi.  Məclisdə  hamı  onu  xüsusi  bir  ac-
gözlüklə dinləyirdi. Təxminən bir saata qədər dayanmadan 
qabaq-qabağa  şeir  dedik.  Çay  süfrəsində  yavaşcadan  qula-
ğıma  dedi  ki,  buralar  adamına  oxşamırsan,  hardansınız? 
Dedim  –  Göyçədənəm,  Bakıda  yaşayıram.  Dedi  –  hansı 
kənddənsən?  Dedim  Nərimanlıdan.  Məni  qucaqlayıb  – 

 
242 
Daşkəndli  Sərraf  Şiruyəni  eşitmisənmi?  –  dedi.  Dedim  ki, 
əlbəttə  eşitmişəm.  Astadan,  özünəməxsus  tövrlə  “O 
mənəm” – dedi. İndi də mən onu qucaqladım.  
Geniş  hal-əhval  tutduq.  Məclisdə  Şiruyə  müəllimin 
uşaqlıqdan  əzbərlədiyim  şeirlərindən  dedim.  Əmim  Şah-
malı müəllimin Daşkənddə məktəb direktoru olduğunu, ona 
dərs dediyini, atam Əmir kişini, hətta babam Molla Nəbini 
də  yaxşı  tanıdığını  söylədi.  Onu  da  əlavə  etdi  ki,  qonşu 
kənddə  yaşayıram,  yazı-pozumla  məşğul  olduğum  yerdə 
arxamca maşınla gəldilər ki, bir bakılı qonaq var “bəs bağ 
belə, bostan belə”. Bir az da şişirdiblər ki, ümid sənə qalıb, 
getməliyik məclisə. Bəli, böyük ustadla mənim ilk görüşüm 
belə oldu. İstənilən mövzu onun dilində rəndələnib şeir for-
masına düşə bilirdi. 
Tariximizin,  folklorumuzun  mükəmməl  bilicisi  idi.  O 
həm  sözün,  həm  də  insanların  sərrafı  idi.  Allah  rəhmət 
eləsin, Sərraf Şiruyəyə. Amin! 
8 dekabr 2015-ci il 
 
“Bütöv Azərbaycan” qəzeti, 
№1(285), 14-20 yanvar 2016-cı il 
  
 
 

 
243 
Həsən XƏYALLI 
 
AXTAR MƏNİ 
 
Bir azca geciksən, ay əziz balam, 
Evdə yox, məzarda gəl axtar məni. 
Ötsə son nəfəsim, çatmasan əgər, 
Bu qara torpağı dəl, axtar məni. 
 
Qəlbim paralanıb hər diyardadı, 
Biri intizarda, biri dardadı. 
Soruşsa uşaqlar: “Qağam hardadı”, 
Axıt gözlərindən sel, axtar məni. 
 
Nə qədər çalışdım yaşayam bir az, 
Atalıq yükünü daşıyam bir az, 
İndi görürəm ki, naşıyam bir az, 
Yığılıb üstümə el axtar məni. 
 
Səni yandırmasın söhbətim, sözüm, 
Xətrinə dəymişəm, peşmanam özüm. 
Tez gəl yollarına dikilib gözüm, 
Mənəm xəstə yatan bil, axtar məni. 
 
Həsən Xəyallıyam, keçib zamanım, 
Kəsilib el üstdən şirin zəbanım. 
Daha sağalmağa yoxdu gümanım, 
Dərd salıb sinəmdən yol axtar məni. 
8 aprel 1966-cı il 

 
244 
Məzahir DAŞQIN 
  
 
OĞUL 
 
Əgər ustadına baş əyirsənsə, 
İncimə ustadın sözündən, oğul. 
Onsuz da zərgərlər zəri seçəcək, 
Dad-aman naşılar gözündən, oğul. 
 
Küsüb-inciməyin hələ əbəsdi, 
Hər şair kəlməsi bir xoş həvəsdi. 
Paxıllıq eyləyən bil ki nakəsdi
Qaç onun odundan, közündən, oğul. 
 
Nə aşıqdan inci, nə məndən inci, 
Nə deyimdən inci, nə fənddən inci, 
Tədbirdən, tələbdən, məqsəddən inci, 
İncimə Daşqının özündən, oğul. 
1976-cı il, Bərdə 
 

 
245 
Səfər BOLUSLU 
 
 
GƏLSİN 
 
Gələn yollarına gözüm dikilib, 
Sərraf məclisinə Sərrafım gəlsin. 
Mübarək dəstiylə yazsın naməni, 
Göndərsin qasiddən cavabım gəlsin. 
 
Bu başdan öyrənəm gərək sözünü, 
Almasın dilinə “görək” sözünü, 
Boşaltsın kağıza ürək sözünü, 
Sərraf ocağından hesabım gəlsin. 
 
Təcnis, divaniylə alıb şahlığı, 
Alqışa layiqdi dosta paklığı. 
Səfərəm, eyləyim xeyirxahlığı, 
Mənim də bir zərrə savabım gəlsin. 
 

 
246 
Aşıq Mikayıl AZAFLI 
 
 
OLA 
 
Sərraf Şiruyənin 
“Ola” rədifli gəraylısına nəzirə 
 
Nə olaydı Yaradanın, 
Öz əliylə payın ola. 
Sağ can ilə şən dövranın, 
Xoşbəxt ilin, ayın ola. 
 
Arzuların min dil aça, 
Diləklərin ətir saça. 
Qadan-balan gendən qaça, 
Özün kimi tayın ola. 
 
Azaflının əyləməyə, 
Şər lal ola söyləməyə. 
Haqqı bərhaq eyləməyə, 
Çoxlu pulun, dayın ola. 
 

 
247 
OLAR 
 
Həyatın əbədi bir qanunu var: 
Şeytana “tu lənət” söyləmək olar. 
Dünya fanisə də, varı şirindi, 
Ehtiyac içində mar yemək olar. 
 
Dost üçün ürəkdən yanan hardadı, 
Aqili, arifi qanan hardadı, 
Müşkül açan fələk, divan hardadı, 
Zalımdan nə mürvət diləmək olar. 
 
Zaman-zaman xeyirlə şər vuruşar, 
Azaflını canı yanan soruşar. 
Dost dostdan inciyər, küsər, barışar, 
Dərdi dərdiməndə söyləmək olar. 

 
248 
Aşıq İmran HƏSƏNOV 
 
 
ŞAİRİM 
 
Səfərin mübarək, yolun mübarək, 
Ey qəlbdə, könüldə gəzən şairim. 
Ellərin gözündə qartala dönüb
Zirvədən zirvəyə süzən şairim. 
 
Sözün alay-alay, dəstəbədəstə, 
Çağır el-obanı birliyə səsdə. 
Haqqı-ədaləti Tanrıdan istə, 
Haqdan, ədalətdən yazan şairim. 
 
Adın Şiruyədi, atandı Həsən, 
İti qələmindi haqsızı kəsən. 
İmranın sazında, sözündəsən sən, 
A dərviş misallı, ozan şairim. 
1982-ci il 
  

 
249 
Əli QURBAN 
 
 
Dİ DİLLƏN DANA 
 
Ay Şiruyə, niyə səsin gəlmədi? 
Hövsələm daraldı, di dillən dana. 
Məktubunun yollarına baxmaqdan, 
Gözlərim saraldı, di dillən dana. 
 
Əhd elədik, ilk baharda dinmədin, 
Məni qoydun intizarda, dinmədin, 
Yay addadı, payız barda dinmədin, 
Dağları qar aldı, di dillən dana. 
 
Qardaş, əhdin damağımda daddandı, 
Ayrı düşdük, qəribsədi, yaddandı. 
Həsrətindən çınqı düşdü, oddandı, 
Bağrımı nar aldı, di dillən dana. 
 
O görüşlər yaddaşımda duracaq, 
Xəyalımda bir xaniman quracaq. 
Həvəsimdən qaladığım gur ocaq, 
Səngidi, qaraldı, di dillən dana. 
 
Qoyma məni gözü yolda, amandı, 
Yol gözləmək Əli üçün yamandı. 
A könlümün dağ bülbülü, zamandı, 
Budaqlar bar aldı, di dillən dana. 
 

 
250 
QILDIXSIZ 
 
Dinməməklə nə divandı qurursan, 
Ay təzə təcnisin xanı qıldıxsız.
1
 
Haqqım varmı, deyəm əhdi unutdun, 
Verdiyin ilqarın hanı, qıldıxsız? 
 
Arzularım haray çəkir, dad salır, 
Diləklərin diləyimə xod salır, 
Soyuqluğun varlığıma od salır, 
Hər səhər xoruzun banı qıldıxsız. 
 
Belə çəkmə sinəm üstə dağ, ayə, 
Qoşmaları ürəyimə sağ, ayə, 
Təşnələnib narın-narın yağ, ayə, 
Qaynasın qanımın qanı qıldıxsız. 
 
Qəm leşkəri tamam aşıb səddini, 
Qoymur qəlbim bir düzəldə qəddini. 
Həsrətimin sayı keçib həddini, 
Olubdu ulduzun sanı qıldıxsız. 
 
Halım yoxdur, çox soyutma havanı, 
Ürək əsir, könül salır davanı. 
Belə getsə qalmaz tabı, tavanı. 
Üzülər Əlinin canı qıldıxsız.  
 
                                           
1
 Qıldıxsız – Göyçə ləhcəsində zalım, insafsız, mürvətsiz deməkdir. 

 
251 
BELƏ 
 
Çək sığala qoşmaları birbəbir, 
Gətir qəlbimi də sığala belə. 
Cığa ki var, cıqqasıdı təcnisin, 
Cığala təcnisi, cığala belə. 
 
Çəkib zildən-zilə dinirsən yaman
Bəmə enəndə də enirsən yaman. 
Həmayir pələngtək sinirsən yaman, 
Varam sənin kimi dağala belə. 
 
Bil ki, hər nə versən deyəcəm azdı, 
Hər şeirin mənimçün bir güllü yazdı. 
Şirinlə Əlinin arası sazdı, 
Həmişə qonaq et qoğala belə. 
 
 
 

 
252 
QARDAŞ 
 
Mən sənə bir dəfə “dost” söyləmişəm, 
Qərəz axtarmaram sözündə, qardaş. 
Gerçək bildiyimə yalan demərəm, 
Həqiqət görmüşəm üzündə, qardaş. 
 
Az kövrəklik eylə, az bağrımı əz, 
Buluda girərsə günəş görünməz. 
Cəvahir özündə gizlənə bilməz, 
Gizlənmək istəmə özündə, qardaş. 
 
Mehri-ülfətindən yedim, doymadım, 
Qoşmanda yekəlik, mənlik duymadım. 
Əliyəm, şübhənə məhəl qoymadım, 
Qızdım təcnisinin közündə, qardaş. 
 
 
 

 
253 
QURBAN 
 
Dostdakı mehrə də, məhəbbətə də, 
Ülfətdən verdiyi paya da qurban! 
Onun yaşadığı ulu torpaqda, 
Bahara da qurban, yaya da qurban! 
 
“Yad oğlu mehmandı yağlı plova!” 
Balıq tamahından düşər tilova. 
Dostun süfrəsində çolpa-çilova, 
Yavan çörəyə də, çaya da qurban! 
 
Ay Əli, az demə, bəsdi qıydığı, 
Adam sayıldığı, adam saydığı. 
Dostların fərəhlə kəndə yaydığı, 
Sevincə də qurban, haya da qurban! 
 
 
 

 
254 
GƏLƏMMƏZ 
 
Şiruyə, daşqındı bu qınaq selin, 
Müzəmmətin belə seli gələmməz. 
Başın aynaması şirin olanda, 
Sevdana şeytanın feili gələmməz. 
 
Dövranın işləri tərsədi, lələ, 
Tərsə dolanacaq getdikcə hələ. 
Gəncə maşınları işləyir elə
Günə vədə verən, ilə gələmməz. 
 
Mən də sizdən tamam intizar oldum, 
Şeirinə gecikdim, tarimar oldum, 
Günahsız olsam da, günahkar oldum, 
İlham atım olub dəli, gələmməz. 
 
Piyada çatardım, gənc olaydım kaş, 
Gül bu təmənnaya güldükcə, qardaş. 
Elə aralanıb, olub bağrı daş, 
Gələmməz, gələmməz, bəli gələmməz. 
 
Vallah qınağınız haqlı qınaqdı, 
Şiruyə də haqdı, Fərhad da haqdı. 
Küsüb, üz döndərib, gedibdi bəxti, 
Yüz il haraylasa Əli gələmməz. 
15 mart 1994-cü il, 
Gəncə 
 

 
255 
Cəlil GÖYÇƏLİ 
 
 
OĞUL 
 
Şiruyə, bu elə gəlib, gedibsən, 
Eşidib-bilmişəm, halıyam, oğul. 
Məni görməməkdə səhv eləmisən, 
Elə bil divanə, dəliyəm, oğul. 
 
Meylin çəkməyəni yemək nə lazım, 
Haqdan yıxılana kömək nə lazım, 
Özündən qanana demək nə lazım, 
Dərd duyub, qananın quluyam, oğul. 
 
Cəlil bir bitibdi, bir daha bitməz, 
Yaxşılıq, yamanlıq heç vədə itməz. 
Bir də cavanlığa əllərim yetməz, 
Nə qədər yalvaram, ləliyəm, oğul. 
1975-ci il, 
Tərtər rayonu, Seydimli kəndi 
 

 
256 
Bəhmən VƏTƏNOĞLU 
 
 
GƏLMİŞƏM 
 
Xoş gördük, xoş gördük, əziz qardaşım, 
Doğma Qarabağa yenə gəlmişəm. 
Fərəhdən sinəmə sığmır ürəyim, 
Təzədən imana, dinə gəlmişəm. 
 
Ətrini duymuşam dağda güllərin, 
Vurğunu olmuşam imran dillərin. 
İsti qucağına anam ellərin
Zirvələrdən enə-enə gəlmişəm. 
 
Bəhmənəm, dostlara canımdı fəda, 
Şöhrətim, dövlətim budu dünyada. 
Qəlbimdə sədaqət, başımda sevda, 
Dostlarımın xoş gününə gəlmişəm. 
 

 
257 
Zəki İSLAM 
  
GƏLİB 
 
Göyçənin sevinci həddini aşıb, 
Qoynuna öz şair balası gəlib. 
Uçub Qarabağdan, keçib Gəncədən, 
Qıy vurub şikarın alası gəlib. 
 
Gəlişinə qurban dedim, can dedim, 
Ədəbinə sultan dedim, xan dedim, 
Bədnəzərə alış dedim, yan dedim, 
Şeir sənətinin lalası gəlib. 
 
Qoşmanın ustadı, təcnisin şahı, 
Şeir ocağının bir qibləgahı. 
Yurduna bağlıdır, eldi pənahı, 
Göyçədən ilhamın alası gəlib. 
 
Fikri, düşüncəsi dərindən dərin, 
Boylandı Daşkənddə, düşündü dərin. 
Həsən Xəyallının, ləli-gövhərin, 
Sənətkar sazını çalası gəlib. 
 
Saldı kotanımı xozana, xama, 
Dizim yerə dəydi, yetişdim kama. 
Eşitdim, öyrəndim Zəki İslama, 
Ürəkdən vəfalı olası gəlib. 
1982-ci il, Göyçə, Cil kəndi 
 

 
258 
İNDİ 
 
Qarabağ sevincli, əsli göyçəli, 
Şiruyə qonağım bil, görüm indi. 
Sevincdən boşalan, sevincdən dolan, 
Gözlərim nəmini sil, görüm indi. 
 
Hamının özünə yurdu-yuvası, 
Şirindi, doğmadı, abı-havası, 
Dağ çəkib sinəmə fələk, qadası, 
Sən də deyirsən ki, gül, görüm indi. 
  
Mən yalandan can deməyi bilmirəm, 
Qurbanamsa, əvəz olub ölmürəm, 
Demirəm ki, sizə qonaq gəlmirəm, 
Ver Zəki İslama əl, görüm indi. 
 
 

 
259 
SƏN 
 
Şeirdə, sənətdə, ağıl, kamalda, 
Zirvəyə sərilən xalıymışsan sən. 
Qoşmanın ustadı, təcnisin şahı, 
Sakit okeantək lalıymışsan sən. 
 
Ustad kimi, ustad sözün dillərdə, 
Nəsihətin, nəsihəttək ellərdə. 
Sətirlərin vərəq-vərəq əllərdə, 
Doğru yol göstərən, yoluymuşsan sən. 
 
Allaha yaxınsan, elə yaxınsan, 
Sən dosta, tanışa, elə yaxınsan, 
Qəlbimə doğmasan, elə yaxınsan, 
Müqəddəs bədənin qoluymuşsan sən. 
 
Nəcəfi yenidən cahana verən, 
Vətən haraylısan, keçmişi görən. 
Ulu babaları bir də dirildən, 
Göyçənin başa-baş boyuymuşsan sən. 
 
Qəhrəmanlar qəhrəmanı yaratdın, 
Vətəndaşda vətəndaşlıq oyatdın. 
Atanın yolunda düz addım atdın, 
Mən Zəki İslamdan halıymışsan sən. 
  
 

 
260 
 
Əlqəmə ƏMRAHOĞLU 
 
 
 OXŞAYIR 
 
Şiruyə, surətin Molla Həsənə
Sözün gövhərkana yaman oxşayır. 
Şirin ləhcən, xoş söhbətin, xoş sözün, 
O incə qanana yaman oxşayır. 
 
Elə şair var ki, sənətdə zəlil, 
Hünəri naməlum, əlildi, əlil. 
Mərifətcil, sadə rəftar, şirin dil, 
Nəfsin o insana yaman oxşayır. 
 
Göyçə fəxr eləsin – Ələsgəri var, 
Aşıq Alı kimi şiri-nəri var, 
Məmmədhüseyn kimi hünərvəri var, 
Qüdrətin İmana yaman oxşayır. 
 
Bu ocaq həmişə vüqarlı, məğrur, 
Həsən Xəyallının adıyla məşhur. 
Səxan, səxavətin, qəlbindəki nur, 
Hatəmi-Tauna yaman oxşayır. 
 
Əlqəməyəm, ürəyimdə nisgil, qəm, 
Nəcəf deyin ağlayıram dəmadəm. 
Ay ellər qartalı, qüdrəti möhkəm, 
Elmin o ümmana yaman oxşayır. 
1972-ci il 

 
261 
Alqayıt XƏLİLOV 
 
 
BİZƏ BAXSIN 
 
Sərraf Şiruyəyə 
 
Gəl çıxaq seyrinə ulu dağların, 
Vətən qürrələnsin, el bizə baxsın. 
Şehli çəmənlikdə yuyunaq bir az, 
Buludlar kükrəsin, sel bizə baxsın. 
 
Qarlı dağlar uca tutsun başını, 
Axıtmasın gözlərinin yaşını. 
Yonaq eşqimizin təməl daşını, 
Külünglər işləsin, bel bizə baxsın. 
 
Axşamüstü bir “gizlən-qaç” oynayaq, 
“Dirə-döymə”, “çilik-ağac” oynayaq, 
Axşamadək ac-yalavac oynayaq, 
Çiçəklər hürküşsün, gül bizə baxsın. 
 
İsmixanı yuxusundan qaldıraq, 
Haqverdini xəyallara daldıraq, 
Ədalətə bir “Dilqəmi” çaldıraq, 
Pərdələr ah çəksin, tel bizə baxsın. 
 
Kəlbəcərdən qonaq gətir Bəhmanı, 
Soruşmayım – Əli, İdris bəs hanı? 
Yada salaq Ələsgəri, İmanı, 
Təqvimlər titrəsin, il bizə baxsın. 
 
 

 
262 
Şairlərlə bəhsimizi eşidib, 
Yaxşımızı, pisimizi eşidib. 
Dəlidağdan səsimizi eşidib, 
Muğan həsrət çəksin, Mil bizə baxsın. 
 
Bu həyatı düşünənlər, duyanlar, 
Alqayıtı nə danlayıb, nə danlar. 
Səni, məni istəməyən nadanlar, 
Gəl, mənim əzizim, gəl bizə baxsın! 
 1975-ci il 
 
 
QARDAŞIM 
 
Keçən gündən bir nişanə göstərdin, 
Xatirələr çözələndi, qardaşım. 
Nakam eşqin həsrətindən yenə də, 
Ürəyimə köz ələndi, qardaşım. 
 
İlham aldıq hər baxışın odundan, 
O günləri kim çıxarar yadından? 
Giley etdim neçəsinin adından, 
Dedin:– qorxma, düzələndi, qardaşım. 
 
Alqayıtam, dərdim, qəmim bir ətək, 
Bəlkə qismət belə imiş, neyləyək. 
Balasından ayrı düşən ahutək, 
Könlüm yenə özələndi, qardaşım. 
 
 
 

 
263 
VARSIZ OL 
  
Ay Şiruyə, məndən sənə əmanət,
1
 
Bu dünyada dövlətsiz ol, varsız ol. 
Qədirbilməz qamətini əyməmiş, 
Bağban olsan bağçasız ol, barsız ol. 
  
Ha tulladım taleyimin püşkünü, 
Qara çıxdı, heç görmədim xoş günü, 
Bir yada sal Xalidənin eşqini
Könül vermə gözəllərə, yarsız ol. 
  
Alqayıtdan qumar istə, xal öyrən, 
Nə desələr sakit dayan, lal öyrən. 
Yaltaqlığın zurnasını çal öyrən, 
Qaval götür, dümbəkdən vur, arsız ol. 
 
                                           
1
 Şeirin  cavabı  Sərraf  Şiruyənin  “Hər  görüş  bir  xatirədir”  (Bakı,  “Nurlan”, 
2007,  səh.117-118)  və  “Seçilmiş  əsərləri”  V  cild,  (Bakı,  “Nurlan”) 
kitablarında çap оlunub. 

 
264 
OLA 
 
Sərraf Şiruyənin “Ola” şeirinə 
 
“Bu fələknən nərd atasan”, 
Dağlar boyda zərin ola. 
Ya yanında şahid, sübut, 
Ya dizində girin ola. 
 
Ağır dərddi neyləyəsən, 
Mərd-namərdə söyləyəsən. 
Özgə gözdə tük seçəsən, 
Öz gözündə tirin ola. 
 
Xəsislərdə görüb çətin, 
Vəfasını var-dövlətin. 
Könüllərdə məhəbbətin, 
Məclislərdə yerin ola. 
 
Alqayıtdan yox xəbərin, 
Artırma heç dərdin, sərin. 
Məhəmmədtək peyğəmbərin, 
Əli təki şirin ola. 
  

 
265 
Eldar İSMAYIL 
 
GÖYÇƏ YASAQ OLDU BİZDƏN ÖTƏRİ 
 
Eloğlum, qardaşım Sərraf Şiruyəyə 
 
Çətin qismət olar Göyçəyə dönmək,  
Bizdən qaçaq düşüb qeyrət, Şiruyə.  
Qeyrət ki, oyatmır bizi yuxudan  
Neyləsin zavallı qismət, Şiruyə. 
 
Arxalı köpəyin xofu, təpəri,  
Fəlakət törətdi qəza-qədəri...  
Göyçə yasaq oldu bizdən ötəri,  
Cəhənnəmə döndü cənnət, Şiruyə. 
 
Deyirlər sən qərib deyilsən inan,  
Bəs hanı Göyçətək o məlum ünvan?  
Var olsun, gül açsın bu Azərbaycan,  
Qardaş koması da qürbət, Şiruyə. 
 
Bizə arxa duran görünmür hələ,  
Avropa çalışır biz olaq kölə...  
Biri belə çəkir, biri də elə,  
Boynuma bir yükdü töhmət, Şiruyə. 
 
Bu xalq bölgə-bölgə tutubdu qərar,  
Hələ də başında min bir bəla var...  
Nə Şiruyə gülər, nə də ki Eldar, 
Neçəki bir deyil millət, Şiruyə. 
2012-ci il 

 
266 
Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin