Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə50/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   ...   47   48   49   50   51   52   53   54   55
Elm haqqında elm 

 

 

 

668



şaxələnmə başlanır və getdikcə dərinləşir. Hansı sahə üçün kadr hazırlan-

masından asılı olaraq təhsil bu və ya digər ictimai fəaliyyət sahəsi ilə sıx 

surətdə əlaqələnmiş olur.  

Bu baxımdan, təmayüllü liseylər gələcək ixtisaslaşma üçün mühüm 

şərtdir. Ona görə  də, hamını eyniləşdirən sovet təhsil  ənənəsindən fərqli 

olaraq məktəblilərə daha erkən yaşlardan seçim imkanı verilməlidir. Müs-

təqil dövlət quruculuğu şəraitində həmçinin müstəqil təhsil siyasəti yeridil-

məsinə, sovet təhsil sisteminin stereotiplərindən uzaqlaşaraq ölkəmizin ye-

ni miqyası, daxil olduğu yeni ictimai-iqtisadi münasibətlər sistemi, habelə 

milli və regional xüsusiyyətləri  əsasında müstəqil təhsil konsepsiyası ha-

zırlanmasına böyük ehtiyac vardır.  

Dünyada nüfuz qazanmış, qərarlaşmış və bəzən artıq tarixin səhifə-

sinə çevrilmiş bir sıra  ənənəvi təhsil sistemləri mövcuddur. Bunlara ilk 

növbədə müasir Qərb təhsil sistemi, rəqabətə tab gətirmədiyindən artıq 

unudulmaqda olan Şərq təhsil sistemi və yenə də xarici təsirlərlə sıxışdırı-

lan, lakin bir çox ölkələrdə  əsasən saxlanmaqda olan sovet təhsil sistemi 

aiddir. Əlbəttə, bu sistemlərin özünə diferensial surətdə yanaşdıqda çoxlu 

daxili qatlar, forma müxtəlifliyi ortaya çıxır. Lakin böyük miqyasda gö-

türdükdə bu cür bölgü tamamilə məqbuldur.  

Müstəqil təhsil sistemi ilk növbədə məqsəd müəyyənliyi tələb edir.  

Doğrudan da, təhsil nə üçündür?  

Sadəcə bilikləri mənimsətmək üçünmü? Əgər belədirsə, onda hansı 

bilikləri, hansı səviyyədə və hansı yolla? 

Gəncləri şəxsiyyət kimi formalaşdırmaq, kamil mənəviyyatlı, vətən-

pərvər və humanist insan nəsli yetişdirmək üçünmü? Əgər belədirsə, bu-

nun yolları hansılardır və buna necə nail olmaq mümkündür?  

– Sərbəst düşüncə,  əməli fəaliyyət, praktik quruculuq vərdişləri 

aşılamaq üçünmü? Əgər belədirsə, onda hansı  vərdişləri və necə? Bu za-

man bilik və əməli vərdişin əlaqəsi və nisbəti necə olur? Buna uyğun təşki-

lati struktur necə seçilir?  

Bu üç istiqamətdən hansına üstünlük verilməsi, biliyin, əməyin, 

yoxsa tərbiyənin əsas tutulması, habelə tərbiyənin yönümündən asılı olaraq 

təhsilin Şərq, yoxsa Qərb dəyərlərinə əsaslandığını söyləmək mümkündür.  

Böyük miqyasda yanaşdıqda  Şərq təhsili ikinci istiqamətə – insan 

mənəviyyatının kamilləşdirilməsinə, onun əxlaq və şəriət normalarını mə-

nimsəməsinə, Qərb təhsili üçüncü istiqamətə – praktik iş qabiliyyəti olan 



Elm və təhsil 

 

 

 

669



 

və bunun üçün şübhəsiz ki, həm də müəyyən ixtisas biliyinə yiyələnmiş 

olan kadrlar yetişdirilməsinə, sovet təhsili isə birinci istiqamətə – oxumaq 

və biliklərə yiyələnmək (ancaq hafizə  və ya hətta  əzbərçilik hesabına da 

olsa) istiqamətinə üstünlük verir. 

Sovet təhsili, bir tərəfdən, dünyəvi biliklərin, fundamental elmlərin 

əsaslarını, uşaq üçün çox çətin də olsa, mürəkkəb proqramlar əsasında öy-

rətməyə çalışır, verilən informasiyanın həcminə görə hətta Qərb standartla-

rını arxada qoyurdu. Bu ən çox Qərbdəki sərbəstliyi və könüllülüyü icbari-

liklə əvəz etmək hesabına əldə edilirdi. Digər tərəfdən, şagirdlərin və tələ-

bələrin dünyagörüşü də icbari yolla ideoloji çərçivələrə salınırdı ki, bu da 

təhsildə ifrat Şərqçiliyin təzahürü idi. Beləliklə, sovet təhsil sistemi əslində 

yeni bir şey olmayıb, ifrat Qərb və ifrat Şərq mövqelərinin sintezindən iba-

rətdir. Məqsəd isə müasir tələblərə uyğun olaraq “maksimal bilik” tələbin-

dən “optimal bilik” tələbinə keçməkdir.  

Ölkəmizdə təhsil sisteminin elmi-nəzəri əsasları hələ indiyədək ciddi 

surətdə tədqiq edilmədiyindən və elmşünaslıqla, elmlərin təsnifatı ilə əla-

qələndirilmədiyindən hansı təhsil mərhələsində hansı fənlərin tədris olun-

ması  məsələsi çox vaxt təsadüfi mülahizələrlə  həll olunur. Xüsusən, orta 

məktəblərdə dərin kök atmış stereotiplərdən və pis mənada ənənəçilikdən 

xilas olmaq çox çətindir. Məsələn, gələcəkdə buruq ustası, dərzi, aktyor və 

ya hüquqşünas olacaq adamlara icbari yolla molekulyar fizika, üzvi kimya 

və triqonometriya keçmək nə  dərəcədə  məqsədəuyğundur? Göründüyü 

kimi, sual çox ciddi bir problemə aiddir. Yaradıcı təfəkkürü təzəcə forma-

laşan, böyük düşüncə potensialına malik olan və əməli vərdişlərə yiyələn-

məyin  ən münasib çağını yaşayan yeniyetmələr ordusunu lazımsız infor-

masiya ilə yükləmək zərurəti nə ilə əsaslandırılır? Lap bu yaxınlara qədər 

belə bir «əsas» var idi. Hər bir sovet gəncinin çoxsahəli biliyə malik olma-

sı  hərtərəfli inkişaf etmiş kommunizm qurucuları hazırlanması proqra-

mının tərkib hissəsi idi. Lakin elə ki, biz yeni təfəkkür sayəsində digər ko-

mmunizm quruculuğu stereotipləri ilə yanaşı «hərtərəfli inkişaf» tezisinin 

mütləqləşdirilməsindən də azad oluruq, elə ki, sivilizasiyanın  əsasında 

əmək bölgüsü və ixtisaslaşma zərurətinin dayanması kimi sadə  həqiqəti 

artıq qəbul edirik, onda təhsilin strukturuna da sağlam məntiq mövqe-

yindən yanaşmaq imkanı açılır. 

Beləliklə, məktəblərdə tədris olunan biliklərin əhatə dairəsinin düz-

gün müəyyənləşdirilməsi,  zəruri  minimum prinsipinə  əməl edilməsi, həm 


Elm haqqında elm 

 

 

 

670



nəzəri, həm də praktik ağlın inkişafı üçün şərait yaradılması, hətta ilk yara-

dıcı  təfəkkür vərdişlərinin aşılanması orta məktəbin  əsas vəzifələri 

sırasındadır.  

Fundamental tədqiqatlar artıq məlum olan elmi biliklərin və metod-

ların yüksək səviyyədə mənimsənilməsini tələb edir. Yenini yaratmaq üçün 

köhnəni öyrənmək lazımdır. Bu mənada fundamental tədqiqatlar funda-

mental təhsillə sıx surətdə bağlıdır. Mahiyyətlər arasındakı bu əlaqə, təbii 

ki, təşkilati strukturda da nəzərə alınmalıdır. İnkişaf etmiş ölkələrdə doğru-

dan da belədir. Fundamental tədqiqatla fundamental təhsil vahid müəssisə-

lərdə – universitetlərdə birləşdirilmişdir. Ölkəmizdə isə bu zərurət unudul-

muşdur. 

Tətbiqi tədqiqatlar gerçəklik haqqında deyil, gerçəkliyi dəyişdirmə-

yin yolları haqqında biliklərə  əsaslanır. Bu biliklərin öyrənilməsi sonrakı 

yaradıcılıq üçün zəruri şərtdir. Və deməli, burada bu tədqiqatla təhsil vəh-

dətdə olmalıdır. Lakin burada fundamental biliklər yox, tətbiqi biliklər öy-

rənildiyindən hər bir tətbiqi sahəyə uyğun gələn spesifik ali təhsil sahəsi 

vardır. Məsələn, texnoloji ali məktəblər sahə elmləri ilə, ali tibb məktəbləri 

tibb profilli tədqiqat institutları ilə  vəhdətdə olmalıdır (inteqrasiya 

getməlidir).  

Elmin hər iki qolunun müvafiq ali təhsil sahələri ilə daxili əlaqəsi in-

kişaf etmiş ölkələrdə (bəlkə, əksinə, onların inkişafı elə elmlə təhsilin düz-

gün inteqrasiyasının nəticəsidir) nəzərə alınsa da, SSRİ-də nəzərə alınma-

mış, elm təhsil sistemindən ayrı düşmüşdür. Yüzlərlə yüksək ixtisaslı alim 

biliklərini gənc kadrlara öyrədə bilməmiş, yüzlərlə professor əsasən tədris-

lə məşğul olduğundan elmi yaradıcılıq potensialını reallaşdıra bilməmişdir.  

Nəyi isə dərk eləmək, başa düşmək hələ azdır. Öyrənilənləri həyatda 

tətbiq etməyi bacarmaq lazımdır. Əgər bilik hər hansı fəaliyyət proqramına 

daxil edilə bilmirsə, istifadəsiz qalırsa o, passiv hafizəyə keçərək tədricən 

unudulur, və ya xüsusi saxlanma vasitələri ilə (kitab və s.) gələn nəsillərə 

ötürülür. Bu cür «lazımsız» biliklər «lazımlı bilikləri» tamamlamaq üçün 

lazım olur. Yaxud sonradan əldə olunmuş yeni biliklərlə birləşərək istifadə 

olunmaq imkanı  əldə edir. «Saxla samanı, gələr zamanı». Bu el hikməti 

özünü bilik sahəsində də doğrultduğundan biliklərin sistemə salınması və 

tətbiqdən asılı olmadan, nisbi müstəqil bir sərvət kimi yeni nəsillərə ötürül-

məsi  ənənə halını alır. Nəticədə, bir tərəfdən, müstəqil elm sahələrinin 

əsaslarını, fənləri öyrədən təhsil sistemi formalaşır, digər tərəfdən, yeni bi-



Elm və təhsil 

 

 

 

671



 

lik əldə etmək özü məqsədə çevrilir və nisbi müstəqil elmi fəaliyyət sahəsi 

yaranır. Bir-biri ilə sıx əlaqədar olan və məntiqi yolla biri digərindən alına 

bilən müəyyən qrup biliklər sistemi formalaşır ki, bunlar da gələcək elmi 

fənlərin əsasını təşkil edir.  

O vaxt ki, hər bir adam yalnız özünə lazım olan bilikləri öyrənməklə 

kifayətlənirdi – o vaxt arxada qalır. Elm sağlam şüur və əxlaqi meyar hü-

dudlarını keçərək özünə münasibətdə yeni düşüncə tərzi tələb edir. Əgər o 

dövrdə Sədi öz dediklərinə əməl etməyən alimi əlində çıraq gəzdirən kora 

bənzədirdisə, indi belə korlardan kənarda elmin inkişafını təsəvvür etmək 

qeyri-mümkün olur. Kim isə axtarır, kəşf edir, tapır, lakin özü üçün deyil, 

başqaları üçün. Özü də konkret mənada başqaları üçün yox, məsələn, öz 

övladları üçün, ya bir qohumu, tanıdığı bir adam üçün yox, naməlum 

başqaları üçün. Bütün bəşəriyyət üçün.  

Başqasının kəşf etdiyi bilik elə bil ki, yəhərli, yüyənli at kimi qaça-

qaça gəlib hamının qarşısından keçir. Keçir, lakin dayanmır. Ata minib 

onu istədiyin səmtə sürmək üçün, ona sahib olmaq üçün də xüsusi məharət 

lazımdır. Bir yerdə dayanan adam qaçan ata minə bilməz. Gərək sən özün 

də hərəkətdə olasan. Elə bil ki, elm adamı üzünü tətbiqçilərə tutub deyir: 

«Məndən bərəkət, sizdən hərəkət». Elmin tətbiqi isə olduqca müxtəlif sa-

hələri əhatə edir.  

Kim belə hesab edirsə ki, elmin həyatla əlaqəsi yalnız texnika vasi-

təsilə mümkündür, böyük səhv edir. Həyat yalnız istehsalatdan ibarət de-

yil. Başqa sözlə, maddi istehsal ictimai həyatın yalnız cüzi bir hissəsini təş-

kil edir. Düzdür, maddi istehsalın rolu böyükdür. Lakin mənəvi amillərin 

getdikcə daha çox dərəcədə məhsuldar qüvvəyə çevrildiyi bir şəraitdə icti-

mai həyatın mənəvi və maddi komponentləri arasındakı nisbətdə ciddi də-

yişmələr baş verməkdədir.  

Bütövlükdə ictimai həyatın mənzərəsi hər bir adamın həyatına nəzə-

rən daha zəngin və daha rəngarəngdir. İctimai həyata insanın həm maddi, 

həm də mənəvi ehtiyaclarının ödənilməsinə yönəlmiş fəaliyyət sahələri ilə 

yanaşı,  əslində heç bir konkret insana lazım olmayan, yalnız müəyyən 

sosial təşkilati strukturların özünümühafizəsinə xidmət edən fəaliyyət 

sahələri də daxildir. İnsanın bilavasitə maddi tələbatına xidmət edən yün-

gül sənaye, həmin sənayenin texniki ehtiyaclarını təmin edən maşınqayır-

ma sənayesi, texnologiyalara nəzarət edən mühəndis fəaliyyəti, fəhlələrin 

bilavasitə icraçılıq fəaliyyəti, yeni texniki sistemlərin layihəsini hazırlayan 


Elm haqqında elm 

 

 

 

672



ixtiraçı  və konstruktorların fəaliyyəti, elmi nailiyyətlərin istehsala tətbiq 

yollarını axtaran elmi-texniki fəaliyyət və nəhayət, yeni elmi biliklərin əldə 

olunmasına xidmət edən elmi işçilərin fəaliyyəti – elmi kəşflər. Elmi axta-

rışlar aparan adamların, habelə mühəndis və konstruktor kadrlarının hazır-

lanmasına xidmət edən təhsil sistemi. Bu, vahid bir zəncirdir. Təhsil – Elm 

– İxtiraçılıq fəaliyyəti – Texnologiyaların mənimsənilməsi – Mühəndis fə-

aliyyəti – Bilavasitə icraçılıq – İstehlak mallarının hazırlanması – 

İstehlak...  

Lakin həyatda elm halqasını bir tərkib elementi kimi özündə saxla-

yan başqa analoji zəncirlər də az deyil. Məsələn, Təhsil – Elm – Səhiyyə – 

Fiziki sağlamlıq; Təhsil – Elm – İdarəetmə; Təhsil – Elm – Siyasət; Təhsil 

– Elm – Hüquq; Təhsil – Elm – Ticarət; Təhsil – Elm – Özünüidarə və s. 

Bütün bu zəncirlərin başlanğıcında dayanan Təhsil özü də mürəkkəb sistem 

olmaqla elmi daxili ünsür kimi əhatə edir: Təhsil – Elm – Təhsil. Burada 

birinci “təhsil” elm adamının yetişməsi üçün, ikinci “təhsil” isə həmin elm 

adamlarının verdiyi bilik əsasında konkret bir sahədə mütəxəssislər yetiş-

məsi üçündür. 


Elm və təhsil 

 

 

 

673



 

 

 



 

 

 



Ali məktəbin elmi potensialı 

 

 



Təhsil müəssisələrində elmi fəaliyyətin spesifikasını aydınlaşdırmaq 

və optimal təşkilati struktur və prinsiplər müəyyənləşdirmək üçün bir tərəf-

dən, təhsil və elmin mahiyyəti, digər tərəfdən isə, inkişaf etmiş ölkələrdə 

bu sahədə yüz illər boyu əldə olunmuş təcrübə nəzərə alınmalıdır. 

İstər yaradıcı  təfəkkür aşılayan tədris prosesi, istərsə  də  həqiqətin 

üzə çıxarılmasına, yeni biliklər əldə edilməsinə yönəldilmiş tədqiqat prose-

si (fundamental elmlər) eyni idraki mexanizmə və eyni bilik bazasına əsas-

lanır. Deməli, bu sahələrin ən optimal təşkilati strukturu yalnız onların va-

hid prosesə çevrilməsi şəraitində təmin edilə bilər. 

Tarixən təhsil sistemi və elmi tədqiqat sistemi nisbi müstəqilliyə 

malik olsa da, həmişə əlaqəli olmuşdur. Bu əlaqə, ilk növbədə, hər iki sa-

hədə yüksək intellektual səviyyə və geniş məlumat dairəsi olan adamların 

çalışması ilə bağlıdır. 

Elm və  təhsilin sosial sistem kimi təşkil olunmadığı vaxtlarda ilk 

müəllimlər məhz ilk alimlər arasından çıxmışlar. Az-çox dərəcədə  təşkil 

olunmuş ilk təhsil ocaqlarından biri olan Platon Akademiyası timsalında 

bu tarixi qoşalıq çox gözəl görünür. Bir çox elm klassikləri öz əsərləri ilə 

bərabər həm də davamçı-şagirdlər qoyub getmiş və elm tarixinə müəyyən 

bir məktəbin banisi kimi daxil olmuşlar. N.Borun məşhurlaşmasında onun 

yaratdığı məktəb elmi kəşflərindən az rol oynamır. Lakin bu, heç də bütün 

alimlərə müyəssər olmamışdır.  Ən böyük alimlərdə  də öz biliyini başqa-

larına öyrətmək ustalığı və həvəsi olmaya bilər. Öz şəxsi elmi yaradıcılığı 

ilə elmə böyük töhfələr vermiş A.Eynşteyn buna ən yaxşı misaldır. 

Şagirdlər və davamçılar olmadıqda alimin yalnız bitkin tədqiqatları 

elm xəzinəsinə daxil olur: neçə-neçə yarımçıq tədqiqatlar, ideyalar isə üzə 

çıxmır, itib gedir. Alimin məktəbi, laboratoriyası və s. başlanmış axtarışla-

rın davam etdirilməsinə, ideyaların və tədqiqat vərdişlərinin yeni nəslə ötü-


Elm haqqında elm 

 

 

 

674



rülməsinə xidmət etməklə,  əslində  təhsil sisteminin funksiyalarını yerinə 

yetirmiş olur. Özü də bu, artıq formal yox, yaradıcı təhsil nümunəsidir. 

Lakin təhsil sisteminin tarixən müstəqil təşkilati struktur kəsb etməsi 

alimlikdən uzaq olan, elmi tədqiqat vərdişlərinə və bəzən ümumən yaradıcı 

təfəkkürə malik olmayan adamlar içərisindən müəllimlər hazırlanmasını 

adi bir hala çevirmişdir. 

Xüsusən icbari təhsil  şəraitində, qısa vaxtda bütün ölkəni başdan-

başa maarifləndirmək planı  həyata keçirilərkən, müəllimlər ordusu lazım 

idi və yaradıcı şəxsiyyətdən icraçı əsgərlərə keçid də, müəllim nüfuzunun 

aşağı düşməsi də ən çox bununla bağlı idi. İlk baxışda belə görünə bilər ki, 

orta məktəb səviyyəsi üçün müəllimdən tədqiqatçılıq tələb olunmaya da 

bilər. Lakin müəllim üçün elmdə doğrudan da nə isə yeni bir şey kəşf et-

mək vacib olmadığı halda, heç olmazsa, məlum olanları şagirdlərin iştirakı 

ilə hər dəfə yenidən kəşf etmək qabiliyyəti olmalıdır. 

Ali məktəbdə isə müəllim həm də alim olduğu kimi, tələbələr də 

tədqiqatın nəinki şahidi, həm də iştirakçısı olmalıdırlar. 

Tədqiqat institutları ali məktəbdən ayrı salındıqda professor-müəl-

lim heyətinin elmi potensialından və elmi işçilərin müəllimlik imkanların-

dan kifayət dərəcədə istifadə olunmur. Məsələn, respublikamızda akade-

miklərin və elmlər doktorlarının böyük bir qismi elmi tədqiqat institutla-

rında çalışır, ali məktəblərdə müvafiq fənləri isə tələbələrə çox vaxt kvali-

fikasiya dərəcəsi xeyli aşağı olan adamlar tədris edirlər. Ali məktəblərə bə-

zən elmi tədqiqat sahəsində xüsusi uğur qazana bilməyən adamlar cəlb 

olunur ki, bu da tədrisin elmi səviyyəsini aşağı salır. Bu baxımdan respub-

likamızda geniş yayılmış olan və hətta yaxşı hal kimi «əsaslandırılan» özü 

üçün kadr hazırlamaq praktikası ali məktəblərdə elmi atmosferə böyük zi-

yan vurur. Ali məktəblər bu ənənəyə sadiq qalaraq elmi tədqiqat institutla-

rında çalışan görkəmli mütəxəssislər  əvəzinə öz kadrlarını – kafedralarda 

uzun müddət köməkçi heyət kimi fəaliyyət göstərən adamları müəllim 

götürürlər. Və bunu çox vaxt ali məktəbin spesifikası ilə, təhsil sisteminin 

elmi müəssisədən fərqi ilə izah etməyə çalışırlar. 

Akademiya, ali məktəb və sahə elmlərindən danışarkən, bir qayda 

olaraq, elə bil ki, eyni hüquqlu, eyni imkanlı adamların müxtəlif idarələr-

dəki fəaliyyətindən söhbət gedir. Müqayisə adətən statistik göstəricilər əsa-

sında aparılır: hansı sahədə neçə elmlər doktoru, neçə elmlər namizədi və s. 

vardır. Halbuki, həmin sahələrin öz spesifikasından asılı olaraq orada 



Elm və təhsil 

 

 

 

675



 

çalışan elm adamlarının fəaliyyəti də müəyyən spesifikaya malik olmalıdır. 

Məsələn, sahə elmində çalışan adamların  əsas funksiyası  məlum elmi 

müddəaları istehsal sahəsinin tələblərinə uyğunlaşdırmaq, yeni tətbiq yolları 

tapmaqdırsa, Akademiya işçilərinin funksiyası tətbiqdən asılı olmadan yeni 

elmi biliklər almaq, gerçəklik haqqında həqiqəti üzə çıxarmaqdır. 

Bəs ali məktəb? Burada çalışan müəllimlər həm də elm adamlarıdır, 

elmi tədqiqat vərdişlərinə malikdirlər. Əlbəttə, müəllimin ilk əsas vəzifəsi 

tədris etmək, məlum bilikləri öyrətməkdir. Lakin necə etmək olar ki, müəl-

limlik və alimlik tam müstəqil fəaliyyət sahələri kimi bir-birinə qarşı da-

yanmasın,  əksinə, eyni məqsəd ətrafında birləşərək bir-birini tamamlasın. 

Axı, müəllim heç də yalnız hazır biliklərin mənimsənilməsi ilə kifayətlən-

məməli, tələbələrə  həm də yeni bilik axtarılması yollarını öyrətməli, təd-

qiqat vərdişləri aşılamalıdır. Yaradıcı  təfəkkür  əldə etmədən tələbə aldığı 

bilikləri uğurla tətbiq edə bilməz və yeni standartdan kənar qeyri-normal 

vəziyyətlərdə çıxış yolu tapa bilmədiyindən durğunluğun, ətalətin, ehkam-

çılığın daşıyıcısı olar. Bu baxımdan, ölkəmizdə  ətalət və ehkamçılığın 

qalıqları  təhsil sistemi də böyük neqativ rol oynamışdır. Hazır biliklərin 

öyrədilməsi ilə kifayətlənməmək və tələbələrdə tədqiqatçılıq vərdişləri, ya-

radıcı təfəkkür formalaşdırmaq üçün isə tədris prosesinin özü real tədqiqat 

laboratoriyasına çevrilməlidir. Alimlik və müəllimlik müəyyən spesifik cə-

hətlərlə şərtlənsə də, bir sıra ümumi cəhətlərə də malikdir. Təsadüfi deyil 

ki, respublikamızda elmi kadrların üçdə birindən çoxu ali məktəblərdə 

cəmlənmişdir. Xüsusən elmi dərəcəsi olan kadrların nisbi sayına görə ali 

məktəb akademiya və sahə elmini xeyli qabaqlayır. Belə bir şəraitdə fun-

damental elmi tədqiqat işinin əsasən Akademiya institutlarında aparılması, 

ali məktəblərin isə bu işə ancaq qismən qoşulması yolverilməz haldır. Res-

publikanın məhdud imkanları müqabilində bütün elmi avadanlıq və təchi-

zat mərkəzləşdirilməli olduğu halda, tam bir pərakəndəlik hökm sürür. 

Ali məktəbdə çalışan yüksək ixtisaslı elmi kadrlar elmi tədqiqat işi 

üçün lazımi şərait əldə edə bilmirlər. Ali məktəblərin elmi tədqiqat bölmə-

lərində əsasən tədris fəaliyyətinə cəlb olunmamış, bu və ya digər səbəbdən 

müəllim kimi ixtisara düşmüş və ya «ehtiyat qüvvəyə» daxil olan adamlar 

çalışırlar ki, bu da ən böyük elmi potensiala malik olan professor-müəllim 

heyətinin yenə də fəal elmi tədqiqatdan kənarda qaldığına dəlalət edir. Nə-

ticədə  nəinki professor-müəllim heyətinin (respublikanın yüksək ixtisaslı 

elmi kadrlarının az qala yarısının) elmi tədqiqat imkanları reallaşmır, həm 


Elm haqqında elm 

 

 

 

676



də bu imkanları tədricən itirməklə onlar yaradıcı müəllim kimi də çox şey 

itirmiş olurlar. 

Ali məktəbdə müəllimdən həm də alimlik tələb olunur və bu cəhət 

yalnız tədris prosesindən kənarda, başqa  şəraitdə  və başqa bir sistemin 

(elm sistemi) daxilində yox, məhz tədris prosesində nümayiş etdirilməli, 

daha doğrusu, elmi tədqiqatla tədris işi birləşdirilməlidir. Bu, xüsusən uni-

versitet təhsilini  şərtləndirən  ən ciddi tələblərdən biridir və qabaqcıl uni-

versitetlər öz işini məhz bu istiqamətdə yenidən qurmağa çalışırlar. İnkişaf 

etmiş kapitalist ölkələrində fundamental elmi tədqiqatların əsasən universi-

tetlər tərəfindən həyata keçirilməsi heç də təsadüfi deyildir. Bu baxımdan, 

ABŞ-ın təcrübəsi xüsusi diqqətə layiqdir. Burada ali məktəblər arasında 

universitetlərin xüsusi çəkisi böyükdür və onlar ən müasir tələblər səviyyə-

sində elmi bazaya malik olduqlarından elmin tərəqqisində aparıcı rol oyna-

yırlar. ABŞ-ın bütün fundamental elmi tədqiqatlarının 60%-dən çoxu uni-

versitetlərin payına düşür.  Ən böyük universitetlərin (multiuniversitetlər) 

tərkibində müasir avadanlıqla təchiz olunmuş bütöv tədqiqat mərkəzləri və 

elmi tədqiqat institutları fəaliyyət göstərir. Həmin tədqiqat müəssisələrinin 

Akademiya yox, universitet nəzdində olmasının üstün cəhətlərindən biri 

yüksək ixtisaslı alim-müəllimlərin elmi potensialından səmərəli istifadə 

olunmasıdır. Digər tərəfdən, elmi mərkəzə  tədqiqatçı kimi cəlb olunmuş 

adamlar,  əgər xüsusi qabiliyyətləri varsa, özlərini qabaqcıl müəllim kimi 

də göstərmək imkanı əldə edir. Müəllimlik və alimlik funksiyaları arasında 

qarşılıqlı keçid imkanı yaranır. Lakin, bizcə, bu cür təşkilati strukturun ən 

böyük üstünlüyü aspirant və  tələbələrin universitet nəzdindəki elmi mər-

kəzlərin bazasından istifadə etmək imkanıdır. Tələbələrin hələ təhsil döv-

ründə əsl elmi tədqiqata cəlb oluna bilməsidir. Məhz bu sonuncu imkanın 

xüsusi əhəmiyyətini nəzərə alaraq ABŞ-da son vaxtlar xüsusi tədqiqat uni-

versitetlərinə (multiuniversitet) geniş yer verilir. Multiuniversitetlərdən 

fərqli olaraq, elmi tədqiqat müəssisələri təhsil müəssisəsinin nəzdində olur, 

onun içərisində əridilir, yəni təhsil və elmi tədqiqat eyni bir prosesə çev-

rilir. Burada oxuyan tələbələr artıq peşəkar elmi işçidirlər və  ən aktual 

problemlərin həllində bilavasitə iştirak edirlər. ABŞ-ın bu qabaqcıl təcrü-

bəsi, heç şübhəsiz, bizdə də nəzərə alınmalıdır. 

Respublikamızda ali məktəbin elmi potensialından daha səmərəli is-

tifadə etmək üçün həyata keçirilməsi zəruri olan aşağıdakı islahatlar xüsusi 

qeyd oluna bilər: 




Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin