Əsas nəticələr
707
tiqi-qnoseoloji parametrlərlə deyil, həmçinin sosial parametrlərlə də səciy-
yələnir.
Konkret materialların təhlili belə bir qənaətə gətirir ki, özünün ilk
inkişaf mərhələlərində elm hələ ümumictimai miqyas almamışdı; vahid
kommunikasiya sistemi əvəzinə çoxlu sayda nizamsız fərdi, ən yaxşı halda
isə qrup şəklində elmi fəaliyyətlər mövcud idi. Hər bir elmi qrup lazımi
məlumatları, bilikləri öz səyləri ilə əldə etmək məcburiyyətində idi. Elm
vahid sosial sistem kimi yalnız informasiyanın ötürülməsi üsullarının inki-
şafı sayəsində, elmi nəticələri bütövlükdə cəmiyyət miqyasında yaymaq
imkanı açıldıqdan, elmi fəaliyyətlə maddi istehsalın tələbatı arasında uzlaş-
dırılmış, davamlı əlaqə yarandıqdan sonra formalaşmışdı.
Elmi biliyin inkişaf səviyyəsinin meyarlarını müəyyənləşdirərkən
biz onun daxilən yekcins olmadığını, keyfiyyətcə rəngarəng olduğunu və
son məqsədə – maddi və mənəvi praktikaya yaxınlıq dərəcəsini nəzərə al-
mağa çalışmışıq. Bu mənada, biz bu fikirdən çıxış etmişik ki, elmin kə-
miyyətcə ölçülməsi mümkün olmayan keyfiyyət inkişafını nəzərə almaq
üçün yeni ölçü – fundamentallıq səviyyəsi – tətbiq etmək lazım gəlir. Bu,
idraki və tətbiqi xarakterli tədqiqatları bir müstəviyə gətirmək, onların bi-
lavasitə praktiki tətbiqdən, cari iqtisadi səmərədən asılı olmayaraq əhəmiy-
yətini, dərinliyini, yəni fundamentallıq səviyyəsini müqayisə etmək imkanı
verir. Bu arada “fundamental tədqiqatlar” anlayışından fərqli olaraq “fun-
damentallıq səviyyəsi” anlayışı artıq elmin keyfiyyətcə özünəməxsus for-
ması kimi deyil, ölçülməsi mümkün olan müəyyən bir ümumi göstərici ki-
mi çıxış edir.
Sistemli yanaşma elmin yalnız bir elementinə – elmi biliyə müncər
edilməməlidir. Elmin inkişaf səviyyəsi təkcə elmi biliyin səviyyəsinə görə
deyil, həmçinin elmi fəaliyyətin xarakterinə, elmi idrak metodlarına, bilik-
lərin toplanması və saxlanmasına, informasiyanın ötürülməsi vasitələrinə
görə də müəyyən edilməlidir.
XX əsrdə vahid kommunikasiya sisteminin yaranması, dünyanın va-
hid ümumelmi mənzərəsinin formalaşması və onun konkret elmlərə istiqa-
mətləndirici təsiri sanki elmin inkişafına əlavə impulslar verməklə XXI əsr
üçün daha əlverişli bir zəmin yaratmışdır. Əsərdə elmin sürətlə inkişafını
və onun texnika və istehsalatı qabaqlamasını təmin edən bu və digər amil-
lər təhlil olunmuş, yeni əsrdə qarşıda duran vəzifələrə aydınlıq gətirilmiş-
dir.
Elm haqqında elm
708
Monoqrafiyada irəli sürülən tələblərdən biri Elm–Texnika–İstehsal
zəncirində təşkilati strukturun bu hadisənin obyektiv məzmununa, inkişaf
meyllərinə adekvat olması və ya heç olmazsa, əsasən uyğun gəlməsi
tələbidir.
Tədqiqatda fərqli istiqamətlər vahid iyerarxik sistemdə birləş-
dirilmiş, müxtəlif səviyyəli və müxtəlif miqyaslı məsələlər ortaq məxrəcə
gətirilmişdir. Onların arasında aşağıdakıları xüsusi qeyd etmək olar:
– insan fəaliyyətinin gerçəkliyin seyrindən tutmuş süni sistemlərə
qədər tam məntiqi-qnoseoloji modeli yaradılmışdır; bu arada bu dövrənin
məntiqi strukturundakı tarixi dəyişikliklər izlənmiş və bu prosesdə müasir
tendensiyaların keyfiyyət özünəməxsusluğu müəyyən edilmişdir.
– biliklərin səviyyələrə görə təsnifləşdirilməsi və onların, bir
tərəfdən, insan biliklərinin tarixi inkişafındakı keyfiyyət keçidləri ilə, digər
tərəfdən isə, iradənin hərəkətlə vasitələnməsi mexanizminin mərhələ-
mərhələ mürəkkəbləşməsi ilə əlaqəsi aşkarlanmışdır.
– hissi seyrdən elmi nəzəriyyəyə keçid prosesində koqnitiv biliklə-
rin, eləcə də dərk olunmamış hərəkətlərdən istehsalatın avtomatlaşdırıl-
masına keçid yolunda texnoloji biliklərin rolu müəyyənləşdirilmişdir.
– elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji, sosioloji və iqtisadi as-
pektlərinin vahid məxrəcə gətirilməsinə imkan verən bütöv mənzərəsi
yaradılmışdır.
Fərdi fəaliyyət miqyaslı proseslər modelindən böyük sosial sistemlər
modelinə keçmək və bəzi struktur elementlərini birincidən ikinciyə keçir-
mək məqsədilə, böyük sosial sistemlərdə tamamilə yeni keyfiyyətlərin də
özünü büruzə verdiyini nəzərə almaqla elmi-texniki tərəqqi kontekstində
idraki və sosial olanın qarşılıqlı əlaqə yolları təhlil edilmişdir.
Elmi, elmi-praktiki (xüsusən də elmi-texniki) və tətbiqi tədqiqatların
optimal determinasiyasının zəruriliyi əsaslandırıldığından, elmi-texniki tə-
rəqqinin də araşdırılmasında ümumi nəzəriyyə hər bir ayrıca istiqamətdə
konkretləşdirilməklə və konkret praktiki tətbiq mərhələsində işləmələrə
çatdırılmaqla bu xətt saxlanılmışdır. Elmi-texniki tərəqqinin ekoloji, sosial,
mənəvi və s. nəticələri bir-birindən təcrid olunmuş problemlər kimi yox,
vahid bir tam olan prosesin konkret təzahürləri kimi nəzərdən keçirilmiş-
dir.
Ənənəvi yanaşmadan fərqli olaraq əsərdə elmi-texniki tərəqqi elmi
və texniki tərəqqinin məcmuyu kimi yox, onlarla birgə mövcud olan və on-
Əsas nəticələr
709
ların arasında sosial cəhətdən mütəşəkkil əlaqəni təmin edən yeni hadisə
kimi nəzərdən keçirilir. Məntiqi-qnoseoloji, sosial-tarixi və sistemli-struk-
tur yanaşmaların inteqrasiyası əsasında elmi-texniki tərəqqinin bütöv bir
konsepsiyasının yaradılmasına cəhd edilir.
Sistem struktur təhlilin tələblərinə müvafiq olaraq elmi-texniki tə-
rəqqi müəyyən sistemin – “elm-texnika” sisteminin qərarlaşması və inkişa-
fı kimi nəzərdən keçirilir. Bu sistemin “elm” sistemi ilə və ayrıca bir sis-
tem kimi nəzərdən keçirə bilməyən texnika ilə nisbəti araşdırılır. Tədqiqat-
da elm və texnikanın asimmetrikliyi üzə çıxarılır və istehsalın ruhi-intel-
lektual forması olan elmin maddi istehsalla müqayisə olunması, texnikanın
isə ikili xarakterli aralıq hadisəsi kimi nəzərdən keçirilməsi zərurəti əsas-
landırılır. Göstərilir ki, texnika, bir tərəfdən, elmi biliyin maddiləşdirilmə-
sinin nəticəsi olmaqla “elm-texnika” sisteminə, digər tərəfdən isə, əmək
vasitəsi kimi maddi istehsal sisteminə daxildir. Bu arada elmi biliklər təkcə
texnika vasitəsi ilə yox, onların əmək predmetlərində maddiləşdirilməsi
yolu ilə, məsələn, süni materialların sintezi və s. yolu ilə də tətbiq edilə
bilər.
Məlum olduğu kimi, elm öz funksiyasına görə iki qola ayrılır: fun-
damental və tətbiqi. Birincidə məqsəd gerçəklik haqqında yeni biliklər əldə
etmək, həqiqətə daha çox yaxınlaşmaqdır. İkincidə isə məqsəd – alınmış
bilikləri gerçəkliyə tətbiq etmək, yeni texnoloji sistemlər yaratmaqdır; bu
kitabda fundamental və tətbiqi bölgüsü ilə yanaşı, hər qolun öz daxili
strukturu, fərqli keyfiyyət halları müəyyən edilir. Belə ki, fundamental
tədqiqatlar sırasına praktika ilə bilavasitə bağlılığı olmayan elmi həqiqət
axtarışları ilə yanaşı, böyük praktik məsələlərin həlli ilə əlaqədar ortaya
çıxan, amma nəzəri konseptual yanaşma, hətta mövcud paradiqmanın və
terminoloji sistemin dəyişilməsini tələb edən tədqiqatlar da aid edilir.
Eləcə də, tətbiqi elmlər iki yarusa ayrılır: elmin özünə tətbiq və bilavasitə
texnoloji sistemlərə tətbiq.
Kitabda həmçinin ilk baxışdan paradoksal görünən belə bir fikir
əsaslandırılır ki, nisbi müstəqilliyə malik olan bir hadisə kimi, elmi-texniki
tərəqqi elmlə maddi istehsalın, elmlə texniki tərəqqinin bir-birinə yaxınlaş-
ması nəticəsində deyil, əksinə, onların getdikcə bir-birindən daha da ara-
lanması nəticəsində işə düşür. Elmi tədqiqatın və mühəndis-konstruktor fə-
aliyyətinin tarixi inkişaf tendensiyalarının təhlilinə əsaslanan bu cür yanaş-
ma, bir tərəfdən, məlum problemlərin həllinə yenidən baxılmasını tələb
Elm haqqında elm
710
edirsə, digər tərəfdən əvvəllər tədqiqata cəlb olunmayan yeni problemləri
üzə çıxarır. Tədqiqat prosesində əldə etdiyimiz yeni elmi nəticələrin çox-
planlılığı da müəyyən mənada bununla izah olunur. Onların arasında aşağı-
dakıları göstərmək olar:
– elmin epistemoloji və sosial rakurslardakı təhlilini ortaq məxrəcə
gətirmək və elmin universal modelini qurmaq təşəbbüsü göstərilir;
– qloballaşma şəraitində böyük dövlətlərin həm də elm mərkəzlərinə
çevrilməsi və dünya elminin sükanı arxasına keçmək uğrunda mübarizənin
spesifikası açılıb göstərilir;
– kiçik dövlətlərin öz imkanlarına və miqyaslarına, öz iqtisadiyyatla-
rının spesifikasına, intellektual resurslarına müvafiq olan elmi inkişaf mo-
dellərinin hazırlanması zərurəti əsaslandırılır;
– yeni dövrdə internetin açdığı imkanlar sayəsində elmi ictimaiyyə-
tin, müəyyən ixtisaslar üzrə elmi işçi qruplarının virtual məkanı formalaşır
ki, yeni elm modelində bu cəhət nəzərə alınır;
– elmi-texniki tərəqqi ondan daha geniş hadisənin Elm–Texnika–İs-
tehsalat dövrəsinin bir hissəsi kimi nəzərdən keçirilir. Bu arada elmi-texni-
ki tərəqqinin öz xüsusi sərhədləri və onun bu dövrəni təşkil edən digər nis-
bi müstəqil proseslərlə əlaqələri müəyyən edilir;
– elmi-texniki tərəqqi ən ümumiyə münasibətdə xüsusi kimi nəzər-
dən keçirilir ki, bu da onun həqiqi mahiyyətini aşkar etmək imkanı verir.
Burada ən ümumi kimi elmi-praktik tərəqqi: elmi biliklərin təkcə texnika-
da deyil, praktikanın istənilən sahəsində istifadəsi prosesi götürülür;
– göstərilir ki, elmi nailiyyətlərdən istifadə prosesi yalnız onların
“tətbiq”i prosesi ilə məhdudlaşmır; “tətbiq” elmdən istehsalata doğru hərə-
kət yolundakı pillələrdən yalnız biri, özü də elmi-texniki tərəqqiyə bilava-
sitə aidiyyəti olmayan və daha çox təsərrüfat sisteminin operativliyindən
asılı olan sonuncu pilləsidir;
– müəyyən edilir ki, elmi-texniki tərəqqinin sosial idarəetmə forma-
sının optimallığı onun təbii-tarixi qərarlaşma prosesinin obyektiv mənti-
qinə adekvat olması ilə ölçülür;
– əvvəlcədən insan fəaliyyətinin müvafiq sferasının məntiqi-qnoseo-
loji təhlilini aparmadan qurulan elmi-texniki tərəqqi və elmi-texniki inqi-
lab konsepsiyalarının tutarsızlığı əsaslandırılır;
– həm məqsədinə, həm də məzmununa görə elmi yaradıcılıqdan və
layihələşdirmədən əsaslı şəkildə fərqlənən və birincidən ikinciyə keçidə
Əsas nəticələr
711
xidmət göstərən elmi-texniki fəaliyyətin əsas spesifik cəhətləri və məntiqi
strukturu üzə çıxarılmışdır;
– vahid kontekstdə idraki və dəyişdirici fəaliyyətin genezisi, elm və
texnologiyanın, tətbiqi və nəzəri tədqiqatların, ixtiraçılıq, layihələşdirmə
və qurmanın qərarlaşması nəzərdən keçirilmişdir;
– elmi-texniki fəaliyyətin onunla bağlı olan bütün digər fəaliyyət
növləri ilə müqayisəli təhlili aparılmışdır;
– fiziki əməklə əqli əməyin, əl ilə beyinin, əməl ilə düşüncənin ənə-
nəvi olaraq qarşı-qarşıya qoyulmasına yenidən baxılması zərurəti əsaslan-
dırılmışdır;
– texnoloji biliklərin əmək vərdişlərinə çevrilməsi ilə əlaqədar ilk
dəfə olaraq əlin şüurlu və şüursuz hərəkətlərinin nisbəti nəzərdən keçiril-
mişdir;
– sosiologiya və psixologiyada fəaliyyət probleminin öyrənilməsin-
dəki rabitəsizliyi aradan qaldırmağa cəhd edilmişdir ki, bunsuz elmi, elmi-
texniki və texnoloji fəaliyyətin ümumi bir nəzəriyyəsini qurmaq mümkün
deyil;
– ilkin sinkretik təfəkkürün və adi-gündəlik biliyin tarixən əsas ele-
mentlərə və ilk növbədə koqnitiv və texnoloji biliyə parçalanması prosesi
izlənilir;
– sosial cəhətdən mütəşəkkil bir hadisə olan elmi-texniki tərəqqinin
genetik mahiyyəti, habelə koqnitiv biliklərin sosial cəhətdən mütəşəkkil
olmayan formalarının və onlardan praktiki fəaliyyətdə istifadə
metodlarının genezisi araşdırılmışdır. Bu arada əvvəllər yalnız elmin ge-
nezisi kontekstində nəzərdən keçirilən tarixi materiallardan yeni kontekst-
də istifadə olunmuşdur;
– elmi-texniki tərəqqinin əsas elementi olan elmi-texniki fəaliyyətin
müvafiq sosial mexanizmin formalaşmağa başlamasından xeyli əvvəl
həyata keçirildiyini nəzərə alaraq, elmi-texniki tərəqqinin genezisi və ilkin
tarixi şərtlərinin bir-birindən fərqləndirilməsi zərurəti əsaslandırılmışdır;
– “tətbiqi tədqiqatlar”, “tətbiqi elmlər”, “texniki elmlər”, “texnoloji
fənlər”, “işləmələr”, “layihələşdirmə”, “qurma”, “ixtiraçılıq”, “mühəndis
fəaliyyəti” və s. kimi anlayışlardan istifadədə ixtiyariliyin aradan qaldırıl-
masına cəhd göstərilir. Yeni nəzəriyyəyə bu anlayışlardan hər biri öz təyi-
ninə görə, dəqiqləşdirilmiş məzmununa müvafiq olaraq daxil edilmişdir;
Elm haqqında elm
712
– elmi fəaliyyətin məntiqi-qnoseoloji strukturunun təhlilindən bu
prosesin daha böyük miqyaslarda sosial təşkili probleminə keçid edil-
mişdir;
– elmi-texniki tərəqqini elmi tərəqqi ilə daha konkret şəkildə müqa-
yisə etmək məqsədilə elmi və elmi-texniki fəaliyyətin müqayisəli təhlili
aparılır. Bu arada ilk dəfə olaraq elmi fəaliyyətin konkret prosedurunun iki
sistemlə: birincisi, elmin böyük sistemi ilə, ikincisi, müəyyən mənada özü
də bir sistem kəsb edən sistemlərarası koordinasiya şəbəkəsi ilə əlaqədə ol-
duğu məlum olur; bu sistemin Elm–Texnika–İstehsalat dövrəsinin mikro-
struktur səviyyəsinə uyğun gəldiyi göstərilir;
– elmi-texniki tərəqqinin təhlili aşağıdakı struktur səviyyələrdə apa-
rılır – Elm və Texnikanın qarşılıqlı əlaqələrini öyrənməklə böyük sosial
sistemlər səviyyəsində və konkret elmi biliklərin və konkret elmi-texniki
ideya və işləmələrin qarşılıqlı əlaqələrini öyrənməklə mikrostrukturlar
səviyyəsində;
– göstərilir ki, elm artıq mütəşəkkil sosial sistem kimi qərarlaşmış
olsa da, elmi-texniki fəaliyyətin planlı, məqsədyönlü inkişafını təmin edən
xüsusi sosial təsisatların olmaması elmi nəticələrin uğurla həyata keçiril-
məsi yolunda ciddi maneədir. Bu maneəni aradan qaldırmaq məqsədilə
müvafiq informasiya təminatı olan vahid elmi-texniki sistemin formalaşdı-
rılmasının şərtləri təhlil olunmuşdur;
– sovet dövrünün fəlsəfi ədəbiyyatında “elmin bilavasitə məhsuldar
qüvvəyə çevrilməsi” kimi geniş yayılmış bir ifadənin Marksdakı “bilik”
anlayışının əsassız olaraq “elm” anlayışı ilə əvəz edilməsi üzündən dəqiq
olmadığı əsaslandırılır. Bilavasitə məhsuldar qüvvəyə elmi fəaliyyətin tək-
cə nəticələrinin deyil, həmçinin bütövlükdə elmin (onun müasir anlamın-
da) aid edilməsi elmin maddi istehsala münasibətdə nisbi müstəqilliyinə
kölgə salır;
– göstərilir ki, elmin nəticələri tətbiqi tədqiqatların strukturuna
yalnız məcmu informasiya sistemi vasitəsilə daxil etdirilə bilər. Bu sistemə
elmi biliklərdən başqa praktiki-peşə, adi, texniki və s. biliklər daxildir;
– elmin səviyyələr üzrə təsnifatı verilmiş, bu arada ilkin sinkretik bi-
liyin tarixi bölünmə prosesi ilə onun müasir strukturu arasındakı əlaqə üzə
çıxarılmışdır.
Əsas nəticələr
713
Elmi-texniki tərəqqinin obyektiv məzmunu və iyerarxik strukturu-
nun açıqlanması onun idarə olunmasının daha optimal formalarını təyin
etmək və bəzi praktiki təklif və tövsiyələri irəli sürmək imkanı verir:
– elmi-texniki tərəqqinin sosial və iqtisadi planda təşkilində bu
hadisənin tədqiqat prosesində üzə çıxarılmış məntiqi-qnoseoloji struk-
turunu, habelə elmi-texniki biliyin və elmi-texniki fəaliyyətin spesifikasını
nəzərə almağın, onların nisbətən müstəqil fəaliyyət göstərməsi üçün daha
səmərəli şəraitin yaradılmasının zəruri olduğu vurğulanır;
– Elm–Texnika–İstehsal zəncirində elmi-texniki fəaliyyətə xidmət
edən nisbətən müstəqil bölmənin sosial təşkili üçün sahə elm sistemində,
həmçinin bu yeni sahə üzrə mütəxəssislərin hazırlanması məqsədilə təhsil
sistemində müəyyən dəyişikliklərin edilməsi təklif olunur;
– təhlil göstərir ki, istehsal birliklərinin tərkibinə daxil olan sahə el-
mi təsisatların və digər elmi bölmələrin vahid idarəetmə, maliyyələşdirmə
və tematik planlaşdırma sistemi olmayınca eyni elmi-texniki nəticələrin və
işləmələrin dəfələrlə təkrarlanması labüd olacaqdır. B nöqsanı aradan qal-
dırmaq üçün təxminən fundamental elm sahəsində Elmlər Akademiyasının
yerinə yetirdiyi eyni təşkilati funksiyaları yerinə yetirəcək vahid Elmi-
texniki mərkəzin yaradılması təklif olunur;
– biz bu nəticəyə gəlirik ki, elmi-texniki tərəqqinin sürətləndirilmə-
sinin ən mühüm amillərindən biri informasiya təminatının təşkili proble-
midir.
Elmin təşkilati formaları həm tarixi planda, həm də müxtəlif coğrafi
bölgələrdə araşdırılmış və ən optimal variantlar müəyyən edilmişdir. Əldə
olunan nəticələrin öz ölkəmizə tətbiqi ilə əlaqədar bir şey aydın olur ki, bu
sahədə böyük islahatlar qaçılmazdır. Çünki bunu ölkəmizdə ictimai-iqti-
sadi proseslərin daxili məntiqi və dinamikası tələb edir. Əks təqdirdə,
paradoksal bir vəziyyət yaranmış olar: iqtisadi sahədə biz yeni – kapitalist
münasibətləri sisteminə keçdiyimiz halda, elm sahəsində hələ də köhnə
sosialist strukturlarını və münasibətləri saxlamış olarıq. Ona görə də,
ölkəmizdə elmin yeni inkişaf strategiyasının hazırlanması, elm haqqında
yeni qanunun qəbul edilməsi xüsusi aktuallıq kəsb etmişdir.
Qarşıda duran ən mühüm vəzifələrdən biri elmin təşkilati məsələləri
ilə, elmi tədqiqatların koordinasiyası ilə məşğul olacaq xüsusi dövlət quru-
munun müəyyənləşdirilməsidir. Bir çox ölkələrin praktikasına uyğun ola-
Elm haqqında elm
714
raq elm və ali təhsilin təşkilati müstəvidə birləşdirilməsinə, Elmlər Akade-
miyasının isə öz təyinatına uyğun olaraq məhz elmi yaradıcılıq mərkəzi
kimi fəaliyyət göstərməsinəmi, yoxsa ənənəvi strukturlarla Avropadan gö-
türülmüş elementlərin eklektikasınamı üstünlük veriləcəkdir, – bunu za-
man göstərəcək. Amma ölkəmizdə elm quruculuğu sahəsində aparılacaq
islahatların elmi əsaslarla həyata keçirilməsi, bu sahədə atılan hər bir addı-
mın müasir elmşünaslığın müddəalarına istinad etməsi zərurətdir.
Ədəbiyyat
Kitablar
Azərbaycan dilində
1. Allahyarova T.B. Fəlsəfə, ictimai elm və metodologiya. Vəhdət fəlsəfəsi
metodoloji ideal kimi. Bakı, Elm, 2005.
2. Aristotel. Metafizika. Çevirəni A.Tağıyev, Bakı, Mütərcim, 2008.
3. Aristotel. Poetika
.
(Poeziya sənəti haqqında. – tərcüməçi Aslan Aslanov-
dur). Б., «Azərnəşr», 1974.
4. Balasaqunlu Yusif. Qutadğu bilig. Bakı, Avrasiya press, 2006.
5. Bakıxanov A.A. Əsraru-l-mələkut (“Kainatın sirləri”). Bakı, Elm, 1985
6. Bünyadzadə K. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk. Bakı,
Nurlan, 2006.
7. Elm adamları elm haqqında. Prof. Səlahəddin Xəlilovun təqdimatında.
Bakı, Çaşıoğlu, 2010;
8. Engels F. Anti-Dürinq, Bakı, Azərnəşr, 1968.
9. Engels F. Təbiətin dialektikası. B., Azərnəşr, 1966.
10. Əfqani C. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1998.
11. Əhmədli C. Nəzəriyyə, onun tipləri və funksiyaları. Bakı, Diplomat, 2008.
12. Əsədov A. Təfəkkürün fəlsəfəsi: epoxal təfəkkür cəmiyyətin və təbiətin
qarşılıqlı münasibətləri kontekstində. Bakı, Qanun, 1997.
13. Əsgərov Ş. Təhsilimiz dünən, bu gün, sabah. Bakı, 2003.
14. Həzrət Əmir Əli ibn Əbu Talıb. Nəhcül-Bəlağə. Bakı, «Sabah», 1993.
15. Hüseynli N.Z. Təfəkkürün anlayış-kateqorial aparatı: qnoseoloji və
metodoloji təhlil. Bakı, Sabah, 2003.
Elm haqqında elm
716
16. Xəlilov S. Azərbaycanda elm və onun təşkilati formaları. Bakı, “Oskar”,
2010.
17. Xəlilov S. Elmdən texnikaya və mənəviyyata. Bakı, «Azərbaycan Univer-
siteti”, 1998.
18. Xəlilov S. Elmi-texniki tərəqqi: bu gün və sabah. Bakı, Azərnəşr, 1988.
19. Xəlilov S. Elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəticələri. Bakı,
Elm, 1996.
20. Xəlilov S. Şərq-Qərb: ümumbəşəri ideala doğru. Bakı, «Azərbaycan
Universiteti», 2004.
21. İsmayılov F. Dilin metafizikası. Linqvistik analiz fəlsəfəsinə dair etüdlər.
Bakı, 2002.
22. Qabusnamə, Bakı, Şərq-Qərb, 2006, s. 123.
23. Qəşəmoğlu Ə. Sosial idarəetmənin fəlsəfi, sosioloji problemləri. Bakı,
Səda, 2008.
24. Qurbanov F. Elmə sinergetik yanaşma. Bakı, Elm, 2005.
25. Qurbanov F.
Autopoyezis və sinergetika: sosial təşəkkül metaforaları
.
Bakı, Adiloğlu, 2007.
26. Lourens U.L. İnsan və atom. Atom enerjisinin kəşfi, ondan istifadə
olunması və onun gələcəyi. Bakı, Azərnəşr, 1975.
27. Marks K. Kapital. 1-ci cild, Bakı, Azərnəşr, 1969.
28. Marks K. və Engels F. Seçilmiş əsərləri. Üç cilddə. 1-ci cild, Bakı,
Azərnəşr, 1978.
29. Marks K. və Engels F. Seçilmiş məktublar. Bakı, Azərnəşr, 1955.
30. Məmmədov Ə.B. Elmi idrak və onun inkişaf dialektikası. Bakı, Səda,
1998.
31. Məmmədov Ə.B., İsmayılov V.İ., Məmmədov F.Ə. Rasionallıq və qeyri-
rasionallıq. Bakı, “Elm”, 2010
32. Məmmədov X. Qoşa qanad. Bakı, Gənclik, 1974.
33. Mehdiyev R. İctimai və humanitar elmlər: zaman kontekstində baxış.
Bakı, “Azərbaycan”, 2010.
34. Nəsirəddin Tusi. Əxlaqi-Nasiri, Bakı, 2002.
35. Nəsirov V., Məmmədov Ə. Elmi idrakın metod və formaları. Bakı,
Maarif, 1980.
|