Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə51/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   ...   47   48   49   50   51   52   53   54   55
Elm və təhsil 

 

 

 

677



 

1. Ali məktəblərin elmi bazasının möhkəmləndirilməsi və burada 

alimlərin elmi tədqiqat işinin iqtisadi cəhətdən stimullaşdırılması. 

2. Akademiya, ali məktəb və sahə elmlərinin qarşılıqlı  əlaqəsinin 

möhkəmləndirilməsi, müəllim-alimlərin Akademiya və sahə elminin baza-

sından istifadə etməsi üçün şərait yaradılması. Birgə elmi tədqiqat işlərinin 

genişləndirilməsi. 

3. Aspirant və  tələbələrin eyni hüquqlu kadr kimi birgə elmi təd-

qiqatlara cəlb edilməsi. 

4. Bir sıra elmi tədqiqat institutlarının universitet tabeliyinə keçiril-

məsi və ya ali məktəblə tədqiqat institutlarının inteqrasiyası. 

5. Ali məktəbin istehsalla bilavasitə  əlaqəsinin gücləndirilməsi, bu 

məqsədlə yeni təşkilati formalardan, xüsusən təsərrüfat hesablı müqavi-

lələrdən geniş istifadə olunması. 

6. Tədris–Elm–İstehsal birliklərinin yaradılması.  İstehsal müəssisə-

lərinin təcrübə bazası kimi ali məktəblərin sərəncamına verilməsi. 

Müasir dövrdə, elmi-texniki tərəqqinin sürətləndirilməsi ölkəmizin 

sosial-iqtisadi inkişafının strateji əsasına çevrildiyi bir şəraitdə, hər hansı 

bir elmi potensialdan səmərəli surətdə istifadə edilməsi mühüm əhəmiyyə-

tə malikdir. Bu baxımdan, ali məktəblərdə çalışan və əsas vəzifəsi, əlbəttə, 

tədris fəaliyyəti olan külli miqdarda alimin elmi yaradıcılıq imkanları bö-

yük maraq doğurur. Elmlər Akademiyasından, elmi-tədqiqat müəssisələ-

rindən fərqli olaraq, ali məktəblərdə müəllim-alimlərin əməyindən iki isti-

qamətdə: həm pedaqoji, həm də elmi sahədə istifadə olunması elə bir opti-

mal yolun tapılmasını tələb edir ki, bu istiqamətlər bir-birinə mane olmaq-

dansa, bir-birini gücləndirsin, bir-birini tamamlasın. 

Ali məktəbdə elmi tədqiqat işlərinin başqa elmi müəssisələrdəki təd-

qiqatları  təkrarlamaması üçün, potensialın az işlənmiş sahələrə yönəldil-

məsi üçün onun işi Akademiya və sahə institutları ilə əlaqələndirilir, habe-

lə ümumölkə miqyaslı vahid kompleks planlara daxil edilir. 

Əsas  İstiqamətlərdə ali məktəb elminin bilavasitə maddi istehsalın 

ehtiyaclarına yönəldilməsi üçün tədbirlər müəyyən edilmişdir. Lakin bu 

heç də o demək deyil ki, ayrıca ali məktəblə istehsal müəssisəsinin əmək-

daşlığı tam sərbəstdir; bu məsələdə pərakəndəliyə, təkrarçılığa yol verilmə-

sin deyə, müstəqil təşəbbüslər ümumi dövlət planlarına uyğunlaşdırıl-

malıdır. 



Elm haqqında elm 

 

 

 

678



Dövlət təhsil sistemində ali məktəb müəllimləri yalnız müəllim ki-

mi, pedaqoji fəaliyyətinə görə, həm də bu fəaliyyətin keyfiyyətindən asılı 

olmayaraq maaş alırlar. Standart maaş sistemindən uzaqlaşmaq və alimlə-

rin elmi fəaliyyətinin elmi və praktik dəyərinin düzgün qiymətləndirilməsi, 

ali məktəbdə çalışan alimlərə öz elmi ideyalarının praktik tətbiq imkanı 

yaradılması günün aktual tələblərindəndir. Bu zaman onların elmi işi də 

geniş vüsət almış olar. Yeni meyarlar tətbiq etmək, təsir vasitələri və sti-

mullar sistemini təkmilləşdirmək, müəssisələri eksperiment bazası kimi ali 

məktəblərə vermək lazımdır. Bundan biz ikiqat fayda götürərik: bir tərəf-

dən, elmi-texniki potensialımızı artırar və ondan istifadə olunması  səmə-

rəliyini yüksəldər, digər tərəfdən, hələ ali məktəbdə oxuyarkən istehsalın 

təkmilləşdirilməsi ilə bağlı yaradıcılıq işinə geniş  cəlb ediləcək mütəxəs-

sislərin daha keyfiyyətlə hazırlanması üçün şərait yaradılır. 

Yaxın gələcəkdə xalq təsərrüfatının müxtəlif sahələrində çalışmalı 

olan kadrların peşəkar hazırlıq səviyyəsi bugünkü tədrisin keyfiyyəti ilə 

müəyyən olunur. Buna görə, tədris işi də nəticə etibarilə iqtisadi siyasətin 

həyata keçirilməsinə, elmi-texniki tərəqqinin sürətləndirilməsinə xidmət 

edir. Həm də  gələcəkdə elmi-texniki kadrlar qarşısında daha çətin və 

mürəkkəb vəzifələr duracağını  nəzərə alsaq, elmi-texniki tərəqqinin pers-

pektivinin bugünkü təhsil sisteminin vəziyyəti ilə, tədrisin səviyyəsi və 

müəllimlərin elmi hazırlıq dərəcəsi ilə bağlılığını daha aydın təsəvvür et-

mək olar. Bununla yanaşı, elmi-texniki tərəqqinin sürətləndirilməsi işində 

elmi tədqiqat vərdişlərinə malik yüksək ixtisaslı kadrların bilavasitə iştira-

kını  təmin etmək və bunun üçün müvafiq metod və formalar axtarıb tap-

maq dövlətimizin iqtisadi siyasətinin  ən aktual və mühüm aspektlərindən 

birini təşkil edir. 

Elmi-texniki tərəqqinin perspektiv tələbləri əsasən tələbə gənclərin, 

gələcək kadrların sabahkı  fəaliyyəti və ixtisas dərəcəsi ilə  əlaqədardırsa, 

cari ehtiyaclar daha çox bugünkü alim-müəllimlərin elmi fəaliyyət sahəsin-

dəki imkanlarının səfərbər olunmasını tələb edir. Bu sahədə irəliyə doğru 

uğurlu addım ata bilmək üçün isə əvvəlcə keçilmiş yola tənqidi surətdə nə-

zər salmaq, müvəffəqiyyətli və qüsurlu cəhətləri aşkar etmək lazımdır. 

Müşahidə  və  təhlil göstərir ki, Elmlər Akademiyasının 1 il ərzində 

aldığı elmi nəticələr və iqtisadi səmərə ali məktəblərin müvafiq göstəricilə-

rindən xeyli yüksəkdir. Əlbəttə, elmi tədqiqat işi EA-nın yeganə əsas vəzi-

fəsidir və buradakı laboratoriyalar daha yaxşı təchiz olunmuşdur. Respub-



Elm və təhsil 

 

 

 

679



 

likamızda elmin inkişafı üçün hər il dövlət büdcəsindən ayrılan vəsait də 

daha çox EA-nın payına düşür. Lakin bununla belə, respublikamızdakı 

elmi kadrların böyük bir qismi ali məktəblərdə  fəaliyyət göstərdiyindən 

onların elmi işini daha da canlandırmaq və istehsalatda əlaqəni 

gücləndirmək hesabına bu sahədə ciddi irəliləyiş əldə etmək mümkündür. 

Ali məktəblərdə elmi tədqiqat işlərinin həcmini artıra bilmək üçün müxtə-

lif ali təhsil müəssisələrinin bu sahədəki iş  təcrübəsini dərindən təhlil et-

mək, praktikada özünü doğruldan və daha çox iqtisadi səmərə verən iş 

üsullarını inkişaf etdirmək, yeni metod və formalar işləyib hazırlamaq, iqti-

sadi eksperimentə uyğun bu sahədə  də  təşkilati xarakterli eksperimentlər 

keçirmək və optimal yol tapmaq tələb olunur. 

Təcrübə göstərir ki, ali məktəb alimlərinin elmi-texniki tərəqqini sü-

rətləndirmək işində bilavasitə iştirak etməsinin ən səmərəli yolları konkret 

layihələrin müsabiqə  əsasında maliyyələşdirilməsi, təsərrüfat müqaviləsi 

və problem laboratoriyalardır. Bu zaman bir tərəfdən elmi tədqiqatları is-

tehsal müəssisəsinin real ehtiyaclarına yönəltmək, digər tərəfdən də, elmi 

işçilərin maddi marağını təmin etmək mümkün olur. Bu iş üsulunun ən üs-

tün cəhətlərindən biri də elmi tədqiqatın verdiyi iqtisadi səmərə hesabına 

laboratoriyaların məhsuldarlığını daha da artırmaqdır. 

Hazırda isə büdcədən ancaq maaş üçün pul ayrılır. Elmi avadanlığa 

sərf olunan əlavə  vəsait respublika ali məktəblərində layihə üzrə  və 

təsərrüfat müqaviləli elmi işlərin genişləndirilməsi, xüsusi müəssisələrin, 

firmaların sifarişlərinin yerinə yetirilməsi, habelə pullu təhsil hesabına əldə 

edilir. Lakin müasir tələblərlə ayaqlaşa bilmək üçün, görünür, bu hələ də 

azdır və ali məktəb elminin istehsalata tətbiqini yaxşılaşdırmaq və onun öz 

eksperimental bazasını genişləndirmək məqsədi ilə özəl şirkətlərlə müqavi-

lə əsasında müstəqil surətdə aparılan işləri daha da sürətləndirmək lazım-

dır. Bu baxımdan, ali məktəblərin xüsusi müəssisələrlə əməkdaşlıq etməsi 

və onların sifarişlərini yerinə yetirməsi perspektivli görünür. 

Alimlərin müqavilə əsasında istehsalata cəlb olunmasının və istehsa-

lın texniki cəhətdən yenidən qurulması  işində alim-müəllimlərin iki mü-

hüm forması qeyd olunmalıdır. Birincisi, istehsalat müəssisəsi öz daxili 

qüvvələri ilə, yerli mühəndis-texniki kadrların səfərbərliyə alınması sayə-

sində  həll edə bilmədikləri texniki problemlərlə  əlaqədar olaraq sifarişlər 

verir və ali məktəbin öz laboratoriyalarında həmin elmi-texniki problemlər 

həll olunur; alınmış nəticə, texnoloji prinsiplər və tövsiyələr patentləşdirilir 


Elm haqqında elm 

 

 

 

680



və ödəniş müqabilində istehsal müəssisinə təqdim edilir. Bu halda iki çə-

tinlik ortaya çıxır. Əvvəla, respublikamızın ali məktəblərinin çoxunda la-

boratoriyaların texniki imkanları çox məhduddur və burada hər cür elmi-

texniki sifarişin yerinə yetirilməsi mümkün deyil. Digər tərəfdən də, elmi 

tədqiqat laboratoriyasındakı şərait istehsal müəssisələrindəki, zavodlardakı 

şəraitdən fərqlidir və alınmış  nəticənin zavod şəraitində  təkrar olunması 

bəzən yerli xarakterli səbəblərə görə çətinləşir. 

Universitetlərdə elmi-praktik işin ikinci yolu isə alimlərin istehsal 

müəssisəsi daxilindəki texniki yaradıcılıq qrupu ilə əməkdaşlıq laboratori-

yalarının işinə cəlb olunmasıdır. Bu zaman alim əməyi ilə mühəndis-kons-

truktor əməyi daha üzvi sürətdə birləşdirilmiş olur. Çətinliklər bundan iba-

rətdir ki, əvvəla, universitetlə sahə elmi arasında elmi əməkdaşlığın bu 

forması yalnız eyni şəhərdə, yaxın ərazilərdə yerləşən institut və müəssisə 

arasında mümkündür. Halbuki bəzən zavod, istehsalat müəssisəsi bir şə-

hərdə yerləşir, müvafiq elmi-texniki problemlər üzrə mütəxəssis olan alim-

müəllimlər isə başqa  şəhərlərdə çalışırlar. Digər tərəfdən də, bu zaman 

alimin xalis elmi tədqiqat metodlarından başqa, istehsalatla bağlı olan bir 

sıra praktik və texniki biliklərə də yiyələnməsi tələb olunur ki, bu da, mə-

sələn, ali məktəb müəlliminin  əsas fəaliyyət sahəsi üçün vaxt bölgüsünü 

poza bilər. Ən səmərəli yol isə ali məktəb müəllimlərinin elmi fəaliyyətini 

istehsalatın tələbləri ilə yanaşı, pedaqoji fəaliyyətin tələbləri il də birləşdir-

məkdir. Bunun üçün isə ali məktəb alimlərinin istehsalata cəlb olunması ilə 

yanaşı istehsal müəssisələrinin ali məktəbin sərəncamına verilməsi daha 

məqsədəuyğundur. Bu səbəbdən özəl universitetlərin də öz hesabına, lakin 

güzəştli şərtlərlə istehsal bazası əldə etməsinə şərait yaradılmalıdır. Ancaq 

bu yolla özəl universitetlər Tədris–Elm–İstehsal birliyinə çevrilə bilərlər. 

Məsələyə kompleks münasibət bəslənilmədən, problemi hərtərəfli 

təhlil etmədən, bu çatışmazlıqları aradan qaldırmağa imkan verən optimal 

yol tapmaq mümkün deyil. Elmi, tətbiqi və pedaqoji fəaliyyətlərin üzvi 

vəhdətini təmin edən təşkilati formaların tapılması  və istifadə olunması 

müasir dövrdə qarşıda duran ən aktual vəzifələrdən biridir. Respublikamı-

zın ali məktəblərində müəssisə daxilində kafedra filiallarının açılması Təd-

ris–Elm–İstehsal birliklərinin yaradılması yolunda atılan mühüm addımlar-

dır. Bu təşəbbüs bütövlükdə özünü doğruldur və daha optimal formalar ta-

pılması üçün bir növ sınaq rolunu oynayır. Lakin bu birliklərin miqyası hə-

lə çox kiçikdir və onlar bütöv istehsal müəssisələrinin ali məktəbin sərən-



Elm və təhsil 

 

 

 

681



 

camına verilməsinə gedən yolda yalnız mərhələ kimi qiymətləndirilə bilər. 

Digər tərəfdən, bu birliklərin iqtisadi səmərəsi o vaxt daha da artar ki, 

alimlər əlverişli təsərrüfat müqaviləsi əsasında işləsin. 

Ali məktəblərdə bilavasitə tətbiqi əhəmiyyətə malik tədqiqat işləri-

nin aparılmasında ikinci mühüm rolu problemlər üzrə elmi tədqiqat labora-

toriyaları oynayır. Belə laboratoriyaların açılmasında əsas məqsəd ştatlı iş-

çilərdən daha çox alim-müəllimlərin  əməyindən istifadə etməkdir. Başqa 

sözlə, problem laboratoriyalar ali məktəblərin elmi potensialından səmərəli 

surətdə istifadə olunmasına, pedaqoji kadrların elmi fəaliyyətini gücləndir-

məyə xidmət edir. Hər bir ali məktəbin öz profilinə uyğun olaraq belə 

laboratoriyalara böyük ehtiyacı vardır. Təəssüf ki, problem laboratoriyalar-

dan bəzi ali məktəblərdə (BDU-da, Neft Akademiyasında) nisbətən geniş 

istifadə olunduğu halda, bu təcrübə başqa ali məktəblər arasında kifayət 

dərəcədə yayılmışdır. Burada, görünür, ən çox dövlət büdcəsindən pul ay-

rılması ilə  əlaqədar çətinliklər vardır. Bu çətinlikləri aradan qaldırmaq 

üçün, bizcə gələcəkdə universitet nəzdində tədqiqat institutları və problem 

laboratoriyaların təşkilində təsərrüfat müqavilələrinin üstünlüklərini nəzərə 

almaq, hər iki təşkilati formanın uğurlu cəhətlərini özündə  əks etdirən 

sintetik laboratoriyalar açmaq məqsədəuyğun olardı. Əgər yüksək iqtisadi 

səmərə əldə olunarsa, bu səmərənin laboratoriyaya çatan faizindən onu ən 

müasir avadanlıqla təchiz etmək və  hətta yeni profilli laboratoriyalar aç-

maq məqsədi ilə istifadə etmək olardı. 

Elmi-texniki tərəqqinin sürətləndirilməsinə nail olmaq üçün Elmlər 

Akademiyası ali məktəb və sahə elmlərinin qarşılıqlı əlaqə və vəhdətini tə-

min etməklə yanaşı, bu tərəflərdən hər birinin strukturunu təkmilləşdirmək 

tələb olunur. Bu gün ali məktəb elminin potensial imkanlarının bir daha 

nəzərdən keçirilməsi də məhz bu tələbatdan irəli gəlir. 



Elm haqqında elm 

 

 

 

682



 

 

 



 

 

Elmi kadrların yetişdirilməsində 



 təhsilin rolu 

 

 



Azərbaycan elminin perspektivləri müasir gəncliyin elmi-tədqiqat 

işinə necə  cəlb olunmasından, onlar üçün müvafiq elmi mühit yaradıl-

masından asılıdır. 

Üstün elmi-tədqiqat istiqamətlərinin düzgün seçilməsi, tələbə, dok-

torant və  gənc alimlərin intellektual potensialının ölkəmiz üçün gərəkli 

olan problemlərə yönəldilməsi elm təşkilatçılarının, elmi-tədqiqat institut-

ları və ali məktəb rəhbərlərinin başlıca vəzifələrindən biridir. 

Yaxın keçmişdə kommunist ideologiyası  cəmiyyətşünaslıq sahə-

sindəki tədqiqatları  məhdudlaşdırdığından, cəmiyyətin obyektiv tədqiqinə 

yol verilmədiyindən bütün intellektual potensial əsasən təbiət elmləri və 

riyaziyyata yönəldilirdi. Ona görə də, cəmiyyətin, iqtisadiyyatın, təsərrüfa-

tın elmi əsaslarla idarə olunması, menecmentin, tətbiqi sosiologiyanın bir 

elm kimi təşəkkül tapması ancaq kapitalist ölkələrinə xas bir hadisə idi. 

İndi ictimai elmlərin həqiqi bir elm kimi inkişafı üçün meydan açılmışdır. 

Həm də milli dövlət quruculuğu bu sahədəki tədqiqatların aktuallığını daha 

da artırır və intellektual potensialın daha çox bu sahəyə yönəldilməsini 

tələb edir. 

Bu gün cəmiyyətin öyrənilməsi sahəsində respublika alimlərinin tut-

duğu passiv mövqe, ictimai həyatdakı mənəvi durğunluğun elmə nüfuz et-

məsi alimlərin mütəşəkkil və  məqsədyönlü fəaliyyətini çətinləşdirir. Elm 

hələ heç cür öz nüfuzunu yüksəltmək və ictimai həyata fəal müdaxilə et-

mək mövqeyini tuta bilmir. Halbuki belə bir şəraitdə respublikamızın cə-

miyyətşünas alimləri təşəbbüsü öz üzərinə götürməli, qarşıda duran çətin 

vəzifənin yerinə yetirilməsində öz sözünü deməlidirlər. 

Respublikamızın sosial-iqtisadi və  mənəvi həyatında uzun illərdən 

bəri yığılıb qalmış ciddi problemlərin sistemli şəkildə öyrənilməsi, keçid 



Elm və təhsil 

 

 

 

683



 

dövrünün xüsusiyyətlərinin aşkar edilməsi, bu sahədə kompleks tədqiqatlar 

aparılması bütün cəmiyyətşünas alimlərin: filosofların, sosioloqların, iqti-

sadçıların, tarixçilərin və s. qarşılıqlı əməkdaşlığını və birgə fəaliyyətini tə-

ləb edir. Bizim hamımızın bir ümumi tədqiqat obyektimiz var. Bu da 

ümumdünya kontekstində götürülmüş Azərbaycandır; onun tarixi, mədə-

niyyəti, dili, habelə sosial, iqtisadi, siyasi, ekoloji, demoqrafik problemləri-

dir. Bu problemlərin müxtəlif müstəvilərdə, rakurslarda tədqiqi ilə məşğul 

olan alimlərimiz bir-birindən ayrı düşmüş, bir-birini dinləmək, fikir müba-

diləsi aparmaq imkanından məhrum olmuşlar. Hərə öz şöbəsindən, kafed-

rasından,  ən yaxşı halda isə öz institutundan kənarda fəaliyyət göstərən 

tədqiqatçılardan xəbərsizdir. Alim ziyalılarımız arasındakı  pərakəndəlik, 

akademiyada, ali məktəblərdə və digər elmi müəssisələrdə çalışan alimlə-

rin tədqiqatlarının  əlaqələndirilməməsi, vahid elmi cəbhə yaradılmaması, 

elm adamlarının passiv həyat mövqeyi gənc alimlərin formalaşmasına pis 

təsir göstərir. 

Müasir dövrdə cəmiyyətşünaslığın əsas məqsədlərindən biri ictimai 

problemlərin öyrənilməsi sahəsində  səyləri birləşdirməklə yanaşı, gənclə-

rin intellektual tərbiyəsi üçün də şərait yaratmaq, onların müstəqil düşüncə 

və diskussiya mədəniyyətinə yiyələnməsinə nail olmaqdan ibarətdir. 

Müstəqil Azərbaycanın hərtərəfli surətdə öyrənilməsi, kompleks 

tədqiqat proqramları yaradılması  və bu işə  gənc alimlərin cəlb edilməsi, 

istedadlı  gənclərin intellektindən səmərəli istifadə olunması günün aktual 

problemlərindəndir. 

Biz yolun hələ lap başlanğıcındayıq. Məqsəd ictimai həyatımızın 

aktual problemlərinin tədqiqi sahəsində fayda verə biləcək hər bir adamı, 

ixtisasından asılı olmayaraq, bu ümumxalq işinə cəlb etməkdir. 

Bu gün xalqımızı, cəmiyyətimizi, respublikamızı narahat edən başlı-

ca məsələləri elm süzgəcindən keçirmək, konkret praktik tövsiyələr hazır-

lamaq tələb olunur. Bu iş yalnız gəncliklə bağlı olmayıb, ümumxalq işidir. 

Əgər gənc nəsil belə çətin və mürəkkəb bir vəzifəni öz öhdəsinə götürürsə, 

deməli təkcə öz gənclik enerjisinə deyil, həm də dövlətin, bütün ziyalı 

ictimaiyyətinin köməkliyinə ümid bəsləyir. 

Əslində buradakı «gənc» anlayışı tamamilə  şərtidir. Gənc alim de-

dikdə biz elmi axtarış sahəsindəki gənclik təravətini hələ də itirməmiş, ya-

radıcılıq ehtirası hələ sönməmiş elm entuziastlarını nəzərdə tuturuq. Bura-

da «gənclik» elmdə  təcrübəsizlik kimi deyil, əksinə, elmi eqoizm və 


Elm haqqında elm 

 

 

 

684



konservatizm sahəsində «təcrübəsizlik» kimi başa düşülür. Yaşın kiçikliyi 

deyil, intellektual potensialın, həvəsin və enerjinin böyüklüyü əsas 

götürülür. Gənc alim formalizm və bürokratiya xəstəliyinə tutulmamış, 

yaradıcı potensialını hələ itirməmiş alimdir. 

Qarşıda duran vəzifələr o qədər böyükdür ki, o qədər problemlər yı-

ğılıb qalıb ki, onları nisbətən qısa müddətdə həll etmək tükənməz enerji və 

fantaziya tələb edir. Burada soyuq ağlın, «normal» elmi tədqiqatın on ilə 

gördüyü işi yanar zəka bir ilə görməlidir. Burada daha kiçik müddət, daha 

böyük sürət mümkün deyil. Çünki elm poeziya deyil. Elmdə tək ilham, tək 

entuziazm heç nə edə bilməz. Burada təmkin, səbat ehtirasla, ilhamla bir-

ləşməlidir. İmpulsiv düşüncə, fəhm qığılcımları soyuq ağlın sərt skeptisi-

zm sınağından keçməli və əksinə, səbirlə, inadla, damla-damla yığılan qa-

laq-qalaq elmi material assosiativ təfəkkürün, zəka şöləsinin işığında saf-

çürük edilməli, yüksək nəzəri hazırlığı olan alimlərin köməyi ilə elmi 

konsepsiya səviyyəsinə qaldırılmalıdır. 

Tədqiqatçılar gənc, problemlər isə qocadır.  İlk baxışda təzadlı gö-

rünsə də, burada müəyyən qanunauyğunluq var. Məsələ burasındadır ki, o 

problemlər yığılıb qalır ki, onlar elmin hər hansı sahəsində nüfuz sahibi 

olan adamlar tərəfindən həll oluna bilmir, hakim təfəkkür tərzinin «norma-

tiv»lərindən kənarda çıxır. Yaşlı nəsil həmin təfəkkür tərzinə möhkəm su-

rətdə bağlı olduğundan yeni həll yolu, yeni baxış tələb edən belə problem-

lər qarşısında aciz qalır. Gənc tədqiqatçılar isə hakim təfəkkür üslubuna, 

normal elmin ehkamlarına çox da möhkəm bağlanmadığına görə problemə 

bəzən gözlənilməz mövqedən yanaşır, yeni metodlardan istifadə edir. Bu-

rada gəncliyə daha çox xas olan assosiativ təfəkkür də öz müsbət sözünü 

deyir. Elm tarixindən buna çox misallar göstərmək olar. Məsələn, XX əsrin 

əvvəllərində bir sıra fiziki hadisələr Nyuton mexanikası çərçivəsində izah 

edilə bilməyəndə, dövrün bütün görkəmli alimlərinin həll edə bilmədiyi 

məsələni 25 yaşlı A.Eynşteyn həll elədi. Bir qədər sonra, mikrohadisələr 

üçün klassik mexanika özünü doğrultmayanda yeni kvant mexanikasının 

əsas qanununu 26 yaşlı V.Heyzenberq kəşf elədi. Şellinq ilk fəlsəfi əsərini 

yazanda 20 yaşı var idi. Biz siyahını davam etdirmək istəmirik. Məqsədi-

miz budur ki, xalqımızın taleyi ilə bağlı olan ciddi cəmiyyətşünaslıq prob-

lemlərinin həllinə  məhz gənc alimlərin təşəbbüs göstərməsi heç kəsdə 

inamsızlıq doğurmasın. 


Elm və təhsil 

 

 

 

685



 

Belə bir cəhət də nəzərə alınmalıdır ki, nəinki problemlər, elmin özü 

də getdikcə qocalır. Görkəmli fizik Maks Delbryukun dediyi kimi, elm 

qocalır, cəmiyyət isə cavan qalır. Elmin nailiyyətləri üst-üstə toplanır, elmi 

informasiya çoxalır, nəhəng elm ağacı bar gətirdikcə başı  aşağı  əyilir. 

Cəmiyyət isə getdikcə yeniləşir, nəsillər bir-birini əvəz edir. Hər yeni alim 

nəsli qarşısında daha mürəkkəb, daha ciddi problemlər durur. Belə bir 

şəraitdə gərək yeni nəslin tədqiqat imkanları da daim artsın. 

Bəs, bu imkanları necə artırmaq olar? 

Bəlkə yeni nəslin elmi tədqiqat imkanları genetik yolla artır? Xeyr. 

Müşahidələr göstərir ki, insanın intellektual imkanı çox ləng inkişaf edir. 

Məsələn, yeni erada bu sahədə nəzərə çarpacaq təkamül hiss olunmur. Qa-

lileyin Aristotelə  və ya Eynşteynin Qalileyə  nəzərən intellektual üstünlü-

yündən danışmaq üçün heç bir əsas yoxdur. Bununla belə, Qaliley Aristo-

telə, Eynşteyn isə Qalileyə düzəliş vermişdir. Məsələ burasındadır ki, intel-

lektual səviyyəsindən asılı olmayaraq hər sonra gələn nəsil əvvəlki nəsil-

dən miras qalmış biliklərlə yanaşı, həm də yeni biliklərə, daha mükəmməl 

elmi aparata və metodlara yiyələnmiş olur. Bu da problemlərə daha dərin 

nüfuz eləmək imkanı yaradır. Digər tərəfdən, qabaqcıl ölkələrdə elmin so-

sial strukturu getdikcə  təkmilləşir,  əmək bölgüsü güclənir, alimlər kənar 

qayğılardan azad edilir və elmi mühitlə əhatə olunurlar. Bir sözlə, bioloji 

genetika xüsusi rol oynamasa da, sosial-mənəvi genetika inkişafın  əsas 

hərəkətverici qüvvəsi kimi çıxış edir. 

Deməli, elmin inkişafına yönəlmiş dövlət siyasətindən, sosial elm 

sisteminin nə dərəcədə səmərəli təşkil olunmasından çox şey asılıdır. Elm 

adamı ancaq öz başını dolandırmaq haqqında düşünəndə böyük elmdən 

danışmaq çətin olur. Alimin vətəndaşlıq mövqeyini fərdi hadisə kimi başa 

düşənlər səhv edirlər. Ayrıca bir alim nə qədər böyük qeyrət sahibi olursa-

olsun, heç bir böyük problemi həll edə bilməz. «Tək  əldən səs çıxmaz» 

hikməti eyni dərəcədə elmə  də aiddir. Adətən böyük kəşflərdən, dünya 

miqyaslı elmi nailiyyətlərdən danışarkən gənclərin yadına qeyrət hissini, 

milli iftixar hissini də salmağı unutmurlar. Lakin unudurlar ki, elm sosial 

hadisədir. Bizim elmi sahədə geri qalmağımız gənclərimizin intellektual 

potensialının və ya qeyrət hissinin zəifliyinə  dəlalət etmir. Elm meydanı 

güləş meydanı deyil. Halbuki, müasir dövrdə  hətta güləşdə  və boksda da 

mübarizənin taleyi rinqdə deyil, bundan xeyli əvvəl – professional məşqçi 

məktəbinin müntəzəm fəaliyyətində, kadrların seçilməsi və  tərbiyəsi pro-


Elm haqqında elm 

 

 

 

686



sesində həll olunur. Elm üçün kadr hazırlığı nəinki aspiranturadan və ya ali 

məktəbdən, hətta lap orta məktəbdən, bağçadan başlanır. Ona görə  də, 

milli elmi kadrların həqiqi yüksəlişini görmək istəyənlər təhsil sistemində 

sağlam sosial-mənəvi mühit yaradılması  işindən başlamalıdırlar. Lakin 

burada çox ciddi əks əlaqə də var. Təhsil sistemindəki vəziyyət də öz növ-

bəsində elmi kadrların intellektual və  mənəvi inkişaf səviyyəsindən asılı-

dır. Ona görə  də, təhsil siyasətinin təməlində sağlam elmi mühit yaradıl-

ması durmalıdır. Hər hansı bir sahədə atılan yeni bir addım bir bataqlıqdan 

başqa bataqlığa, bir xaosdan başqa xaosa gətirib çıxarmasın deyə ciddi 

elmi prinsiplərə əsaslanmalıdır. Hazırda elmi, xüsusən ictimai elmləri təm-

sil edən adamlardan böyük əzmkarlıq, vətəndaşlıq və qeyrət tələb olunur. 

Lakin bu hələ azdır. Elmi işçilərin ciddi meyar əsasında, prinsipial surətdə 

seçilməsi, sağlam qüvvələrin səfərbər edilməsi, onlara qayğı göstərilməsi, 

elmin təşkilati strukturunun təkmilləşdirilməsi daha böyük səriştə, daha 

böyük vətəndaşlıq və qeyrət tələb edir. 

Şəxsiyyət sosial mühitin məhsulu olduğu kimi alim də elmi mühitin 

məhsuludur. Təəssüf ki, gənclərimiz məhz bu sarıdan korluq çəkir,  əsil 

elmi  şəraitdə  işləmək üçün xarici ölkələrin məşhur mərkəzlərinə ezam 

olunmağa çalışır, hansı isə qrantın, sponsorun sayəsində məşhur bir alimin 

laboratoriyasına, məktəbinə «düşməyi» üstün tuturlar. Lakin belə əlaqələr 

müvəqqətidir və respublikamızda tədqiqatları  əsas, mərkəzi problemlərə 

yönəltməyə, yerli elmi məktəblər yaratmağa kömək etmir. Bu mənada as-

pirant və doktorantların, ali təhsilli kadrların kənarda hazırlanması 

vəziyyətdən əsil çıxış yolu deyil. Hamısı birdir, onlar da qayıdıb elmi mü-

hitdən əsər-əlamət olmayan bir şəraitə düşürlər və yaranmış ziya qığılcım-

ları  şölələnmək və başqalarının da yolunu işıqlandırmaq  əvəzinə  tədricən 

sönür. Bu tədbirlər yalnız o zaman səmərə verər ki, respublikanın özündə 

elmi fikir ocağı olsun, necə deyərlər, «ümumdünya standartı» səviyyəsində 

elmi məktəblər olsun. Onda hər bir qığılcım elm ocağının daha da şölələn-

məsinə səbəb olar. 

Sual oluna bilər. Deyək ki, ictimai problemlər elmi şəkildə öyrənil-

di. Bəs  əldə olunan biliklər istifadə olunacaqmı  və kim tərəfindən? Axı, 

bilmək azdır, tətbiqin özü də xüsusi professional mədəniyyət və təşəbbüs-

karlıq tələb edir. Real iş elmi biliklərdən tətbiqi biliklərə, ondan isə əməli 

vərdişə keçməyi nəzərdə tutur. Hər bir sahədə düzgün texnologiyaya, 

metodikaya əsaslanan əməli vərdişlər əldə etmək çox çətindir. 



Elm və təhsil 

 

 

 

687



 

İctimai elmlərin tətbiq sahəsi daha çox cəmiyyətin elmi əsaslarla 

idarə olunmasını əhatə edir. İndiyədək bütün elmlər içərisində tətbiq üçün 

ən az rəhbər tutulan məhz ictimai elmlər olmuşdur. Öyrənmək və  tətbiq 

olunmaq hüququ bu elmlərin əlindən alınmış və təbliğat funksiyası ilə əvəz 

edilmişdir. Ona görə də, ən yüksək diletantizm məhz idarəetmə sahəsində 

özünü göstərir. Rəhbərlik etməyə can atanlar rəhbərlik işinin yüksək 

professional hazırlıq tələb etdiyini və bu sahədə ictimai elmlərlə ittifaqın 

zəruri olduğunu unudurlar. Unudurlar, çünki uzun illər  ərzində idarəetmə 

sistemində təşəbbüskarlıq, müstəqillik onsuz da istisna olunurdu. Ona görə 

də, əksinə, rəhbərlik işlərinə elmə arxalanan, yaradıcı, təşəbbüskar adamlar 

əvəzinə, yaxşı icraçılar cəlb olunurdu. Onlar sadəcə olaraq yüksək rütbəli 

rəhbərlərin – yuxarının göstərişi  əsasında fəaliyyət göstərirdilər. Onların 

elmi biliyə ehtiyacı yox idi. 

Bu  ənənə  hələ tam aradan götürülməmişdir. Ona görə  də, bizim 

vəzifəmiz yalnız yığılıb qalmış ictimai problemlərin səbəblərini, mahiy-

yətini üzə  çıxarmaq və onların həll yollarını tövsiyə etməkdən ibarət ola 

bilməz. Biz həm də bu tövsiyələrin həqiqətən nəzərə alınması, həyata 

keçirilməsi işində elm adamlarının özünün iştirakını nəzərdə tuturuq. 

Elmin  əsas funksiyası heç də sadəcə olaraq insanın mənəvi-intel-

lektual maraqlarına deyil, onun dünyanı məqsədyönlü surətdə dəyişdirmək, 

öz əməli fəaliyyətini elmi əsaslar üzrə qurmaq məqsədinə xidmət etməkdir. 

Bütün əməli fəaliyyət sahələri ancaq elmi əsaslarla təşkil olunduqda 

səmərə verir. Buna görə də ixtisasından asılı olmadan bütün fəaliyyət sahə-

lərində çalışan insanlar həmin sahənin elmi əsaslarını öyrənmək məcburiy-

yətindədirlər. Hər bir fəaliyyət sahəsinin öz elmi əsasları olur ki, onların 

öyrədilməsi ixtisaslaşmış ali təhsilin məzmununu təşkil edir. 

Beləliklə ali təhsilin məqsədi konkret fəaliyyət sahələri üzrə  əməli 

bilik və vərdişlərlə yanaşı, həmin sahədəki əməli fəaliyyətin  elmi əsasla-

rının da mənimsədilməsini təmin etməkdir. Başqa sözlə,  elmi əsaslar ali 

təhsilin mühüm tərkib hissəsidir. 

Bəs elmi əsaslar nədir ? 

Çox vaxt elmi  əsaslar elmlə qarışıq salınır.  Əlbəttə elmi fəaliyyət 

üçün də  elmi  əsaslar  lazımdır. Lakin yuxarıda qeyd etdiyimiz kimi elmi 



əsaslar  təkcə elmin deyil, müvafiq fəaliyyət sahəsinin də tərkibinə daxil-

dir. Yəni ali təhsil alan şəxs elm adamı olmasa da müvafiq fəaliyyət sahə-

sinin elmi əsaslarına yiyələnmiş olmalıdır. 


Elm haqqında elm 

 

 

 

688



Magistratura daha konkret bir sahə üzrə elmin əsaslarını daha dərin-

dən öyrətməklə yanaşı, həmin dar ixtisas sahəsi üzrə ya elmi nəzəri tədqi-

qat aparmaq, ya da elmi tətbiqi biliklərə yiyələnmək üçündür. Hər iki halda 

elmi dünya görüşünün genişləndirilməsi, ümumelmi tədqiqat metodlarının 

mənimsənilməsi nəzərdə tutulur. Beləliklə əsas ali təhsil pilləsində müəy-

yən sahə üzrə əməli biliklər və vərdişlər sistemi ilə yanaşı ümumi elmi bi-

liklər sistemi, başqa sözlə, ixtisas sahəsinin elmi əsasları da mənimsədilir. 

Lakin hələ elmi yaradıcılıq vərdişləri aşılanmır və elmi praktik biliyin 

əməli fəaliyyətə tətbiqi sahəsində də ancaq məlum biliklər öyrədilir. Ma-

gistratura pilləsində isə dar ixtisas sahəsinə aid olan spesifik, diferensial el-

mi biliklər öyrədilir ki, bu da elmin ön cəbhəsinə daha yaxın olmaqla ya 

elmi tətbiqi yaradıcılıq üçün, ya da elmi-nəzəri axtarışlar üçün müəyyən 

baza yaradır. 

Fərdi yanaşma və yaradıcılıq tələb edən diferensiallaşmış ixtisas sa-

hələrindən fərqli olaraq daha geniş  fəaliyyət sahəsində çalışmaq üçün la-

zım olan bilik və vərdişlərə daha çox sayda insan yiyələnir. Başqa sözlə, 

müəyyən geniş sahə üzrə  ən ümumi və  zəruri biliklərin mənimsənilməsi 

sonralar ixtisaslaşmış mütəxəssis olmaq və ya daha konkret bir problem 

üzrə ixtisaslaşaraq elmi tədqiqatlar aparmaq üçün ilkin zəruri şərtdir. Ma-

gistratura və doktoranturaya daxil olmaq üçün əvvəlcə ali təhsil almaq tə-

ləbi də bununla əlaqədardır. Beləliklə elmi biliklərin əsaslarına yiyələnmək 

təkcə elm adamı olmaq üçün deyil, bütün fəaliyyət sahələrində çalışmaq 

üçün, praktik işçi olmaq üçün də zəruridir. 

Elmi biliklər, elmin əsasları müasir dövrdə bütün fəaliyyət sahələri-

nin strukturuna daxildirsə, bəs onda elm digər fəaliyyət sahələrindən nə ilə 

fərqlənir? Ümumiyyətlə elm əməli fəaliyyət sahələrindən ayrımı mövcud 

olmalıdır ? 

Digər tərəfdən, bütün ali məktəblərdə elmin əsasları öyrədilirsə  və 

gələcək elm adamları da məhz bu təhsil alanlar sırasından çıxmalıdırsa, 

elmin ictimai təşkilatlanma forması təhsil sahəsindən kənardamı olmalıdır? 

Keçmişdə elm və  əməli fəaliyyətlər sahələri ayrı olduqlarına görə, 

əməli işlə  məşğul olan adamlara əməli bilik və  vərdişlər kifayət etdiyinə 

görə alimlər ancaq fundamental sahələr və ya fənlər üzrə ixtisaslaşırdı. Yə-

ni bilavasitə əməli fəaliyyətlə bağlı olmayan riyaziyyat, fizika, kimya və s. 

fənlər – elm sahələri hesab olunurdu. Müəllimlik, mühəndislik, həkimlik 

və s. isə əməli fəaliyyət sahələri və ya peşə hesab olunurdu. Sovet ali təhsil 



Elm və təhsil 

 

 

 

689



 

sistemi də  əsasən bu prinsip üzərində qurulmuşdu. «Universitetlər» adla-

nan təhsil müəssisələrində hər bir fənn bir fakültə idi və birbaşa deyilməsə 

də belə nəzərdə tutulurdu ki, burada elm adamları hazırlanır. Hətta həmin 

fənlər üzrə müəllimlər belə başqa ali məktəblərdə – pedaqoji institutlarda 

hazırlanırdı. 

İkinci dünya müharibəsindən sonra bir sıra qabaqcıl ölkələrdə elm 

və praktika arasında münasibət dəyişsə də Sovet İttifaqı öz ənənəsinə sadiq 

qalaraq elmi praktikadan ayrı saxlamağa və  hətta gələcək elm adamlarını 

da ayrıca ali məktəblərdə hazırlamağa çalışırdı. Düzdür, bu sahədə müəy-

yən istisnalar var idi. SSRİ dövləti zamanın tələbi ilə hesablaşaraq bir sıra 

texniki sahələrdə də alim hazırlığı ilə məşğul idi. Məsələn, Bauman adına 

Texniki Məktəb, Moskva Mühəndis-Fizika  İnstitutu, Moskva Fizika-

Texnika İnstitutu və s. Lakin bu məktəblər ancaq Mərkəzdə idi və bütöv-

lükdə SSRİ-nin elmi-texniki qüdrətinin artırılmasına xidmət edirdi. Müttə-

fiq respublikalarda isə «alimlər»  əsasən universitetlərdə hazırlanırdı. Mü-

həndis hazırlayan texniki institutların, müəllim hazırlayan pedaqoji insti-

tutların elmi potensialı çox aşağı səviyyədə idi. Bu sahələrdə kadr hazırlığı 

əsasən əməli məqsədlərə xidmət etdiyindən «elmin əsasları» da çox aşağı 

səviyyədə mənimsədilirdi. Təəssüflər olsun ki, SSRİ dağıldıqdan sonra da 

yeni yaranmış müstəqil ölkələrin ali təhsil siyasətində ciddi dəyişiklik baş 

vermədi və SSRİ-nin rəqabətə tab gətirə bilməməsinə və dağılmasına gə-

tirib çıxaran ciddi nöqsanlardan biri onun xələfləri tərəfindən böyük müha-

fizəkarlıqla qorunub saxlanmaqdadır. Daha doğrusu dəyişiklik ancaq for-

mada, daha dəqiq desək ancaq adda edildi. Avropa təhsil təcrübəsini mə-

nimsəmək ancaq bütün ali məktəbləri «Universitet» adlandırmaqla məh-

dudlaşdı. Ad dəyişdi, amma məzmun dəyişmədi. Halbuki ali təhsil sahə-

sində zamanın tələbində böyük islahatlar aparılması günün tələbidir. 

Avropada universitet dedikdə bütün əsas əməli fəaliyyət sahələrinin 

əhatə olunması nəzərdə tutulur. Biz də ayrıca fakültə olan fizika, kimya bu 

kimi fənlər isə «fənn» fakültəsində əhatə olunur. Həm də bu fənlərin öyrə-

dilməsi əməli fəaliyyət sahələrindən biri olan pedaqoji sahə olan kadr ha-

zırlığına xidmət edir. Gələcək elm adamları isə əməli fəaliyyət üçün zəruri 

olan  elmin  əsaslarına yiyələndikdən sonra xüsusi yaradıcılıq potensialına 

görə seçilərək magistraturada təhsilini davam etdirirlər. Yəni elmi fəaliyyət 

üçün kadrlar əsas ali təhsil pilləsindən sonra seçilir və hazırlanır. Yəni elm 

digər fəaliyyət sahələri ilə yanaşı duran bir sahə kimi deyil, vertikal şkala-


Elm haqqında elm 

 

 

 

690



da hər sahənin xüsusi yüksək səviyyəsi kimi seçilir. Biz də bu cəhətlər hələ 

də  nəzərə alınmamışdır. Bakı Dövlət Universiteti ənənəvi olaraq yenə  də 

fənn sahələri üzrə kadrlar hazırlayır. Lakin onların məhz müəllimlik 

fəaliyyəti üçün nəzərdə tutulduğunu «boynuna almır» – «Pedaqoji Univer-

sitet» var. Nəticədə BDU-da pedaqoji fənlər az tədris olunur və buranın 

məzunlarının statusu məlum olmur. Daha dərin bilik verən BDU və daha 

nisbətən aşağı bilik verən amma müəllim hazırlığı üçün zəruri proqramı 

yerinə yetirməyə çalışan pedaqoji universitetlər. Hər birinin də öz 

magistraturası, doktoranturası. 

 

Magistratura-aspirantura-doktorantura üçlüyündə hansısa pillənin 



artıq olub-olmaması barədə mübahisələrin səbəblərindən biri də magis-

tratura pilləsinin məqsədi, statusu və  məzmununun hələ  də  dəqiq müəy-

yənləşdirilməməsidir. 

Əslində ikipilləli ali təhsil sisteminə keçid olduqca böyük miqyaslı 

və mühüm əhəmiyyətli bir dəyişiklik idi. Bu aktın icrasına artıq iki ildir ki, 

başlanmışdır. Lakin, görünür, bu cür islahatlar daha dərin təhlil tələb edir. 

Belə ki, hələ iki il keçməsinə baxmayaraq, nə ictimai rəydə, nə  də  rəsmi 

dairələrdə magistratura haqqında birqiymətli təsəvvür yoxdur. Ümumiləş-

dirmə aparsaq, bu barədəki təsəvvürlər iki qrupa ayrıla bilər. 

Birinci təsəvvürə görə magistratura, sadəcə olaraq, ali təhsilin ikinci 

pilləsidir və bakalavr diplomu verən birinci pillədən ancaq ixtisaslaşma 

dərəcəsinə görə  fərqlənir. Yəni, ali təhsilin birinci pilləsində daha geniş 

profil üzrə, ikinci pilləsində isə nisbətən diferensial ixtisas sahəsi üzrə kadr 

hazırlığı gedir. Belə yanaşdıqda bakalavr dərəcəsi almış  məzun hələ tam 

ali təhsilli mütəxəssis hesab edilmir. Müəyyən konkret sahə üzrə mütəxəs-

sis olmaq üçün mütləq magistratura pilləsini də keçmək tələb olunur. Bu 

cür təsəvvür magistraturanın bütün ixtisaslar üzrə geniş şəbəkəsinin yara-

dılmasını və tələbə gənclərin getdikcə daha böyük əksəriyyətinin bu pillə-

də təhsil almasını nəzərdə tutur. 

İkinci təsəvvürə görə, bakalavr diplomu verən ali təhsil pilləsi əslin-

də tam ali təhsildir və bu pillənin məzunları ali təhsilli mütəxəssis kimi 

xalq təsərrüfatının müvafiq sahələrində (elmdən başqa) istənilən yüksək 

vəzifədə çalışa bilərlər. Magistratura isə, həmin ixtisas üzrə elmi yaradıcı-

lıqla məşğul olmaq istəyənlər üçündür. Ona görə  də, magistraturada təh-

silini ancaq gələcəkdə ali məktəblərdə  dərs demək və elmi tədqiqatla 


Elm və təhsil 

 

 

 

691



 

məşğul olmaq istəyənlər davam etdirməlidirlər. (Əlbəttə, magistraturanı 

bitirənlər də sonradan praktik fəaliyyətə keçə bilərlər. Lakin bunun üçün 

magistraturanı bitirmək zəruri şərt sayılmır). Magistratura belə başa düşül-

dükdə, onun proqramına dar ixtisaslaşma ilə bağlı  fənlərdən başqa, elmi 

yaradıcılıqla, elmi tədqiqatın metodları ilə bağlı fənlər də daxil edilməlidir. 

Bir zaman aspiranturada fəlsəfədən və xarici dildən «namizədlik minimu-

mu» adlanan imtahanların verilməsi də elmi tədqiqat üçün zəruri baza ya-

radılmasına xidmət edirdi. İndi bu tələblər prinsipcə magistratura 

pilləsində də ödənilə bilər. 

Sovet modelində «elmlər namizədi» dərəcəsi almaq üçün lazım olan 

təhsil pilləsinin – aspiranturanın analoqu Qərb ölkələrində yoxdur. Elmi 

dərəcə almaq üçün bu ölkələrdə  məhz tədqiqat işinin yerinə yetirilməsi 

tələb olunur. Elmi yaradıcılıq üçün zəruri olan biliklərin tədrisi və imtahan 

verilməsi isə bir təhsil pilləsi kimi əvvəlcədən magistraturada keçilmiş 

olur. Magistratura bir təhsil pilləsi olaraq aspiranturanı tam əvəz edir, lakin 

bir tədqiqat pilləsi olaraq əvəz etmir. Belə ki, magistraturada müdafiə olu-

nan tədqiqat işinə qoyulan tələblər aşağı olur. Bu, bir növ ciddi yazılan 

diplom işinə uyğun gəlir. Əsas ağırlıq isə təhsil tərəfinə düşür. 

Məhz buna görədir ki, magistratura (master degree) pilləsindən son-

ra təhsilə bənzər bir pilləyə ehtiyac qalmır. Və ya əgər qalırsa da, bu, fərdi 

qaydada müəyyənləşdirilir və  əvvəlki təhsil pillələrinin tamamlanması 

yolu ilə həll olunur. 

Yəni iddiaçı dissertasiyanın mövzusuna uyğun olan müəyyən ixtisas 

fənnindən imtahan verməyibsə, bunu fərdi qaydada həll edib aşağı  təhsil 

pilləsində oxuyanlarla bir yerdə imtahan verə bilər. 

Bir sözlə, Qərb ölkələrində magistraturadan sonrakı pillə  təhsilə 

yox, tədqiqata uyğun gəlir. Bu isə sovet modelində doktorluq dissertasiya-

sının yazılma prosedurasını xatırladır. 

Beləliklə, Qərb modelində formaca magistratura aspiranturanı, dok-

torluq dərəcəsi almaq üçün keçilən tədqiqat mərhələsi isə sovet modelin-

dəki doktoranturanı xatırladır. Yazılan tədqiqat işinin səviyyəsi baxımın-

dan yanaşdıqda isə bu uyğunluq bir pillə sürüşür; Qərb modelində magis-

traturada yazılan tədqiqat diplom işinə, doktorluq işi isə namizədlik disser-

tasiyasına uyğun gəlir. Sovet sistemindəki doktorluq dissertasiyasının mü-

dafiəsi isə  Qərb modelində sadəcə olaraq mövcud deyil. Görünür, artıq 

alim adını almış adamın yenidən kürsüyə  çıxarılaraq imtahan edilməsinə 


Elm haqqında elm 

 

 

 

692



ehtiyac duyulmur. Bəzi ölkələrdə «elmlər doktoru» dərəcəsinə adekvat 

olan yüksək doktorluq dərəcəsi müdafiə prosedurası olmadan, tədqiqat işi 

əsasında Elmi Şura tərəfindən verilir. Yeri gəlmişkən, Elmi Şuranın 

qərarının başqa bir instansiyada təsdiqlənməsinə də ehtiyac duyulmur. 

 

Sovet təhsil sistemində ali ixtisas təhsili almaq istəyənlərin hamısı 



üçün ümumi olan beş illik ali təhsildən sonra elmi yaradıcılıq yolunu se-

çənlər üçün üç illik aspirantura təhsili nəzərdə tutulurdu. Aspirantura təhsi-

lin  ən yüksək pilləsi idi. Düzdür, namizədlik dissertasiyasını müdafiə et-

dikdən sonra daha bir dissertasiya yazıb müdafiə etmək – «elmlər doktoru» 

adını almaq mümkün idi. Lakin bunun üçün xüsusi bir təhsil pilləsi yox 

idi. «Doktorantura» sözü formal xarakter daşıyırdı və görünür, Qərb dün-

yasında aspiranturaya adekvat təhsil pilləsi «doktorantura» adlandırıldıq-

dan sonra bu söz bizdə  də leksikona daxil olmuş, lakin başqa mənada 

işlənmişdir. Bu söz doktorluq dissertasiyası adı ilə səsləşdiyindən, guya as-

piranturadan sonrakı təhsil təsəvvürü yaradırdı. Əslində isə belə təhsil pil-

ləsi heç sovet dövründə  də yox idi. Doktorluq dissertasiyasını bir qayda 

olaraq ali məktəblərdə dərs deyən və ya elmi-tədqiqat institutlarında elmi 

işçi kimi çalışan elmlər namizədləri müstəqil surətdə yazırdılar. Bunun 

üçün sadəcə olaraq dissertasiya mövzusunun Elmi Şurada təsdiq olunması 

kifayət idi. «Doktorantura» imitasiyasını yaradan isə çox vaxt bir illik 

yaradıcılıq məzuniyyətləri və ya paytaxtdakı tədqiqat mərkəzlərinə müxtə-

lif müddətli yaradıcılıq ezamiyyətləri olurdu. Bu isə, təbii ki, təhsil pilləsi 

kimi başa düşülə bilməzdi. Çünki doktorluq dissertasiyasının yazılması 

dövründə iddiaçıya nəinki dərslər keçilməsi nəzərdə tutulmurdu, həm də 

müəllim-şagird münasibətini xatırlada biləcək rəhbər-iddiaçı münasibəti də 

yox idi. Başqa cür ola da bilməzdi. Artıq elmi yaradıcılıq vərdişi qazanmış 

və alimlik dərəcəsi almış adama yenə də rəhbərlik etmək, ona tədqiqat yo-

lunu göstərmək sadəcə olaraq, onun elmi yaradıcılıq müstəqilliyinin əlin-

dən alınması olardı. 

Elmi-tədqiqat sahəsində bizdən xeyli irəlidə gedən Avropa ölkələ-

rində, ABŞ-da və Yaponiyada öyrətmək adı ilə tədqiqatçını daha çox çərçi-

vələrə salmaq deyil, tədqiqatçıya daha çox müstəqillik vermək, onun sər-

bəstlik dərəcəsini artırmaq üçün yollar axtarılır. Bu ölkələrdə elmi dərəcə-

lərin verilməsi səlahiyyəti də bizdəki kimi çoxpilləli bürokratik struktur-

lara deyil, Elmi Şuraların kompetensiyasına aiddir. Elmi dərəcələr və adlar 



Elm və təhsil 

 

 

 

693



 

bütün ölkə miqyasında vahid standartlar və meyarlar əsasında eyni bir 

komissiya tərəfindən deyil, müxtəlif universitetlərin Elmi Şuraları 

tərəfindən verildiyindən iddiaçı seçim imkanına malikdir. Belə ki, hər 

hansı bir komissiya, Elmi Şura iddiaçının nailiyyətini qiymətləndirmirsə və 

burada subyektiv amillər varsa, iddiaçı başqa universitetdə, başqa komis-

siya qarşısında öz şansını reallaşdırmaq imkanına malikdir.  

 

Əgər biz inkişaf etmiş Qərb ölkələrinin təcrübəsini və ya sovet təhsi-



linin üstün cəhətlərini tətbiq etmək istəyiriksə, bunun üçün sadəcə təqlidçi-

lik azdır. Təqlid üzərində «yaradıcılıq» edərək yeni kombinasiyalar hazır-

lamaq isə ikiqat yolverilməz haldır.  Əsas məsələ, mahiyyətlərin düzgün 

dərk olunmasıdır.  Əgər formaya yox, təzahürlərə yox, mahiyyətə diqqət 

yetirsək görərik ki, sovet təhsil sistemi də, Qərb modelləri də eyni mahiy-

yətin müxtəlif təzahürləridir. Sovet dövründə beş il ərzində ali təhsilli mü-

təxəssislər hazırlandıqdan sonra onların arasında elmi iş üçün seçilən mə-

zunlar aspiranturada məhz bu məqsədə xidmət edən  əlavə  təhsil alır və 

həm də müəyyən mövzu üzrə elmi-tədqiqat işi apararaq, «dissertasiya» ad-

lanan elmi əsər yazırdılar. Əgər iddiaçı yazdığı  əsərdəki elmi müddəaları 

Elmi  Şura qarşısında müdafiə edə bilirdisə, onlara elmi dərəcə verilirdi. 

İkinci elmi dərəcə almaq, «elmlər doktoru» olmaq üçün isə heç bir təhsil 

pilləsi tələb olunmurdu. 

Qərb ölkələrində elmi işə magistratura pilləsində başlanır və ona gö-

rə də elmi yaradıcılıqla bağlı biliklər də bu pillədə verilir. İddiaçı elm ada-

mı üçün lazım olan bilik və vərdişlərə yiyələndikdən və özünün ilk müstə-

qil tədqiqat işini yazaraq, Elmi Şura qarşısında müdafiə etdikdən sonra ona 

ilk elmi dərəcə verilir. Bundan sonra elm yolunu davam etdirmək istəyən-

lər üçün bu və ya digər elmi-tədqiqat müəssisəsində (xarici ölkələrdə bir 

qayda olaraq, universitetlərin nəzdindəki tədqiqat institutlarında) doktorluq 

dissertasiyası yazmaq üçün imkan verilir, şərait yaradılır. Amma bu pillə 

klassik mənada təhsil pilləsi hesab olunmur. Bu artıq elmi yaradıcılıq pillə-

sidir. Doktor adını alanlar bir qayda olaraq, ali təhsil müəssisələrində çalı-

şaraq, professor assistenti, yaxud dosent vəzifəsini tuturlar. Tam professor 

ştatına keçmək istəyənlər isə bundan sonra hələ çox tədqiqat işləri yazmalı, 

müvafiq elm sahəsində görkəmli mütəxəssis olmalı, universitet daxilində 

nüfuz qazanmalı və müsabiqə əsasında universitet Elmi Şurasının qərarı ilə 

bu vəzifəyə seçilməlidir. Bəzi ölkələrdə professor olmaq üçün birinci dok-



Elm haqqında elm 

 

 

 

694



torluq (fəlsəfə doktoru) adından sonra daha bir müsabiqədən keçmək və 

yüksək qabiliyyət doktoru (doctor habilitasion) olmaq tələb olunur. Başqa 

ölkələrdə isə bu tələblər ancaq professorluq vəzifəsinə qoyulur. 

Mahiyyətcə bu sistem eynilə sovet sistemini xatırladır. Sadəcə ola-

raq, sovet sistemində ciddi tələblər ikinci dissertasiya müdafiəsinə (elmlər 

doktoru dərəcəsinin alınmasına) qoyulurdu. Ali məktəblərdə doktor olduq-

dan sonra professor vəzifəsini tutmaq isə çox adi və labüd prosedura idi. 

Bir sözlə, təzahürlər fərqlənsə də, mahiyyət eynidir. 

Bəs onda biz nəyin üstündə mübahisə edirik? Formanınmı, təzahür-

lərinmi, yaxud, sadəcə olaraq, sözlərinmi? Belə düşünmək olar ki, heç bir 

narahatçılıq üçün səbəb yoxdur. Hansı söz, hansı forma, hansı variant qə-

bul olunursa-olunsun... Təəssüf ki, belə deyil. Mahiyyət özü anlaşılmadıq-

da, forma məzmuna, təzahür mahiyyətə uyğun seçilmədikdə, olduqca zi-

yanlı nəticələr hasil ola bilər. 

Əvvəla, nəyin təhsilə, nəyin elmi yaradıcılığa aid olduğunu mütləq 

nəzərə almaq lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, elmi yaradıcılıq 

prosesinin öz spesifikası vardır və o, Təhsil Qanunu ilə deyil, Elm Qanunu 

ilə tənzimlənməlidir. Elmi adların və elmi dərəcələrin verilməsi qaydaları 

da daha çox elmi fəaliyyət sahəsi ilə bağlı olduğundan Elm Qanununda 

təsbit olunmalıdır. Lakin, bununla belə, məsələnin təhsillə əlaqədar tərəflə-

ri də vardır. Belə ki, elmi adlar verilərkən, iddiaçının bu məqsədlə təhsil al-

ması deyil, təhsil prosesində subyekt kimi iştirakı nəzərdə tutulur. Burada 

elmi fəaliyyət, elmi yaradıcılıq göstəriciləri ilə yanaşı, təhsil subyekti kimi 

fəaliyyət, yüksək səviyyəli mühazirələr oxumaq səriştəsi və  təcrübəsi, 

habelə tədrisin metodikasına dair tədqiqatlar tələb olunur. 

Sovet sistemində iddiaçının təhsil prosesində iştirakı və tədrisin me-

todikası sahəsindəki xidmətləri ön plana çəkilirdi və bəzən elmi nailiyyət-

lərsiz və müvafiq elmi dərəcəsiz də professor adı verilirdi. Nəticədə ali 

məktəblərdə çalışan doktorların sayı ilə professorların sayı eyniləşirdi və 

hətta bəzən professorlar daha çox olurdu. 

Qərb ölkələrində elm adamları bir qayda olaraq, universitetlərdə ça-

lışdığından elmi dərəcəyə qoyulan tələblər də çox vaxt professor rütbəsinə 

qoyulan tələblərə daxil edilir. Belə ki, xüsusi elmi nailiyyətləri olmayan 

adamlar professor vəzifəsinə seçilə bilməzlər. 

Keçmiş sovet sistemində isə, elmi-tədqiqat institutlarının böyük bir 

qismi universitetdən kənarda müstəqil surətdə (akademiya sistemi çərçi-



Elm və təhsil 

 

 

 

695



 

vəsində) fəaliyyət göstərdiyindən «professor» rütbəsindən fərqli olan 

yüksək elmi dərəcə müəyyən edilməsinə böyük zərurət var idi. Akademiya 

sistemi daxilində  təhsillə bağlı  fəaliyyət ancaq aspiranturada dərs demək 

və elmi rəhbər olmaq formasında həyata keçirilirdi. Professor adı da bu 

sahədəki fəaliyyətə görə verilirdi. Aspirant yetişdirməklə az məşğul olan, 

lakin, böyük elmi nailiyyətləri olan alimlər isə heç vaxt professor adı al-

mırdı. Və bu qəbahət sayılmırdı. Çünki, «elmlər doktoru» ilə professor ara-

sında səviyyə fərqi yox idi. Bir daha təkrar edirik ki, bu ancaq sovet sis-

temində idi. Xarici ölkələrin əksəriyyətində isə, doktorluq və professorluq 

arasında səviyyə fərqi də vardır. Həm də bu fərq kifayət qədər böyükdür. 

Doktorlar çoxdur, professorlar isə azdır. 

Beləliklə, Qərb ölkələrində və sovet sistemində elmi dərəcə və adla-

ra qoyulan tələblər arasındakı fərq əslində bütövlükdə elm və təhsilin təş-

kilati strukturu arasındakı fərqdən irəli gəlir. Yəni, Qərb dünyasında aka-

demiya sisteminə daxil olan müstəqil elmi-tədqiqat institutlarının olmama-

sı nəzərə alınmalıdır. Və biz elm və təhsili Qərb modelinə uyğunlaşdırmaq 

istəyiriksə, birinci növbədə akademiyalar və universitetlər arasındakı nis-

bət və münasibət məsələsini aydınlaşdırmalıyıq. Bu hal müstəqil Azərbay-

can Respublikasının vahid elm-təhsil konsepsiyasının yaradılması zərurəti 

haqqındakı fikrimizi bir daha aktuallaşdırır. 

 

 

 

 

 



 

 

 



Elm haqqında elm 

 

 

 

696



 

 

 



 

 


Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin