Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,06 Mb.
Pdf görüntüsü
səhifə48/55
tarix04.12.2019
ölçüsü5,06 Mb.
#29799
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

 

* * *  

Mühakimələr və ideyalar müstəvisində ilkin prinsiplərin seçilməsi 

elmi fikirdə aksiomatik metodun yaranması ilə nəticələnmişdir. Hər hansı 

bir nəzəriyyə bir neçə ilkin prinsip, aksiom üzərində qurulur ki, burada 

bütün digər biliklər məntiqi yolla bu prinsiplərdən çıxarılır və isbata yeti-

rilir. Təkcə bu ilkin prinsiplərin, aksiomların isbatı mümkün deyil. Çünki 

onlar qabaqcadan qəbul edilmiş, bazis fikirlər kimi seçilmişdir. 

Bəs bazis anlayışlar, bazis sözlər necə? Dil özü-özünü izah edə bilir-

mi, sistemli quruluşa malikdirmi, onun daxili tamlığının, bütövlüyünün tə-

min olunması üçün nə kimi əsaslar vardır? 

(Bizcə bazis anlayışlar məhz  ənənəvi idrak yolu ilə insanların öz 

şəxsi təcrübəsində formalaşdırmış olduğu anlayışlardır. Və bütün sonrakı, 

hazır şəkildə əldə olunan biliklərin açılışı, izahı məhz bu anlayışlara, sözlə-

rə apelyasiya yolu ilə  həyata keçirilir. Çox mürəkkəb elmi mətnlər, elmi 

terminlər ancaq həmin bazis anlayışlar vasitəsilə ifadə olunmaqla başqa-

sına çatdırıla bilər.  

Bu anlayışlar isə adi danışıq dilinin əsasını  təşkil edir. Məhz buna 

görədir ki, bir çox filosofların fikirlərinə görə adi danışıq dili həqiqi 

varlığın özüdür. Yəni nə hadisələr dünyası, nə ideyalar dünyası, məhz adi 


Elm və dil 

 

 

 

649



 

dil həqiqətin meyarıdır. 

Sözlər dünyası hadisələr dünyasından və ideyalar dünyasından nə ilə 

fərqlənir? Sözlər dünyasının təşkilatlanma prinsipi, strukturu (qrammatika) 

daha çoxmu məlumdur?  

Dilçilər çox vaxt sözlərin mənasından abstraksiya olunaraq ancaq 

formanı, strukturu öyrənməyə çalışırlar. Doğrudan da onların əsas işi məhz 

formaların, qəliblərin öyrənilməsidir.  

Lakin dilin gücü təkcə onun strukturunda, formasında, quruluşunun 

mükəmməl olmasında deyil. Dilin gücü sözlərin çox və ya az olmasında da 

deyil. Dilin gücü həm də və daha çox dərəcədə sözlərin məna yükündə, on-

ların sərhədlərinin aydınlığında, demarkasiya prinsipinin təmin olunmasın-

dadır. Bu məsələlər isə dilçilərdən daha çox fəlsəfəçilərin tədqiqat predme-

tinə daxildir. 

Elə dillər var ki, burada hadisələri, təkcələri bildirən sözlərlə, ümu-

miləri bildirən sözlər arasında fərq qoyulmur. Mükəmməl dil isə o dildir 

ki, burada xüsusi isimlər çıxılmaqla, yerdə qalan bütün isimlər məhz ümu-

miləri ifadə edir. Həm də bu ümumilər ən zəruri ümumilərdir. Yəni bazis 

anlayışlar sistemi düzgün seçilmişdir. Bu bazislər üzərində olduqca mürək-

kəb və mükəmməl informasiya sistemləri yaratmaq mümkündür. Daxili 

ziddiyyətlərdən, təkrarlardan xilas olunmuş bir sistem, amorf yox, 

kristallik bir sistem!  

Geri qalmış dillərin amorfluq dərəcəsi yüksək olur. Yəni sözlərin 

(anlayışların) məzmunu, əhatə dairəsi dəqiq məlum olmadığından, yayğın 

olduğundan, fikrin anlayışlarla dəqiq ifadəsi də mümkün olmur… 

İnkişaf etmiş dillər isə təfəkkürün müvafiq inkişaf səviyyəsini ifadə 

etdiyindən burada sözlərin (anlayışların) məzmunu, sərhədləri, demarkasi-

ya xətti aydın olur. Az sayda söz işlətməklə situasiyanı birmənalı izah 

etmək mümkün olur. Amorfluq çox olduqda isə müxtəlif anlayışların 

məzmunları bir-birini qismən də olsa örtdüyündən, situasiyanın şərhi üçün 

daha çox söz işlətməyə, əlavə izahlara ehtiyac ortaya çıxır. 

Məsələn, adi danışıq dilindəki «yumru» sözü çox müxtəlif mənalar-

da işlənir və elmi dildə işlənilən bir neçə sözü əvəz edir. Məsələn, «kürə», 

«çevrə», «dairə», «sfera», «ellips», «ellipsoid», «sferoid» və s. birmənalı 

sözlərin hamısı adi danışıqda bəzən tək bir «yumru» sözü ilə ifadə olunur.  

Anlayışlar dəqiqləşdikcə dil kristallaşır. Elmi dili səciyyələndirən 

cəhət  əsas anlayışların terminlər və kateqoriyalar səviyyəsinə qalxması, 



Elm haqqında elm 

 

 

 

650



yəni onların birmənalılığının təmin olunmasıdır.  

Əslində adi danışıq dilinin, ədəbi dilin inkişafı onun müxtəlif ix-

tisaslaşmış fəaliyyət sahələrində əldə etdiyi dəqiqləşmələr hesabına müm-

kün olur. Elm adi həyata daha çox nüfuz etdikcə, elmi anlayışların bir qis-

mi ədəbi dilin tərkibinə daxil olur və ya buradakı ənənəvi sözün məzmunu 

dəqiqləşir – elmilik kəsb edir. Beləliklə, dilin kristallaşması əslində əmək 

bölgüsünün, ixtisaslaşmanın və elmi inkişafın nəticəsində həyata keçir. Bu 

baxımdan dil də sivilizasiyanın göstəricisinə çevrilir. 

Məhz elmi dil mürəkkəb fikir konstruksiyalarını adekvat şəkildə 

şərh etməyə imkan verir. Elmi mətndə bütün cümlələr bir-birilə  məna 

asılılığına malikdir. İdeya bütöv mətn vasitəsilə ifadə olunur. Hər bir cüm-

lə isə bu mətnin ayrı-ayrı elementləri olsa da, ideyanı ifadə etmək üçün ki-

fayət deyil. İdeyalar mətnlərlə (nəzəriyyələrlə) ifadə olunur.  

Cümlənin tərifini çox vaxt belə verirlər ki, o bitmiş bir fikri ifadə 

edir (anlayışlar isə onun elementləridir). Lakin elmi mətn daxilində cümlə-

lər özü alt sistemlərə və elementlərə çevrilir və tamdan kənarda hissə heç 

bir dəyərə malik deyil. Mahiyyət tamda ifadə olunur. ideya bütöv mətndə 

üzə çıxır. 

Müasir elmi mətnlər təbii dillə yanaşı riyazi dildən, qrafiklərdən, 

cədvəllərdən və digər işarə sistemlərindən də istifadə edir. Nəticədə bütöv 

mətn yekcins yox, mürəkkəb, çoxcinsli olur. İdeyanın açılması üçün bir 

neçə müxtəlif dil formalarının kombinasiyasından istifadə olunur. Lakin is-

tənilən halda yapışdırıcı, əlaqələndirici kimi adi danışıq dilinin elementlə-

rindən istifadə olunur.  

Maraqlıdır ki, elmin konstruksiyası ilə, elmi dilin konstruksiyası ara-

sında bir bənzəyiş vardır. Necə ki, sənət əsərləri birdəfəlik, bitkin hadisə-

lərdir və onları toplamaq mümkün deyil, eləcə  də  bədii dil müəllifin fər-

diyyətini ifadə etməklə, subyektiv məqamlara malik olmaqla toplanmaq 

üçün yararsızdır. Elmi dildə isə sözlər (terminlər) hamar səthli kərpiclər ki-

midir. Onları bir-birinin üzərinə  yığmaqla böyük konstruksiyalar düzəlt-

mək mümkündür. 

(Qərb dünyasında dilin də rasional idraka uyğunlaşmış olduğunu 

söyləmək olarmı? Yaxud Şərq dünyasında dilin daha çox metaforik 

səciyyə daşıdığını söyləmək olarmı?)  

Dildə kristallaşma hadisəsi mürəkkəb strukturların qurulması üçün 

vacib  şərtdir. Rasionallaşmamış, geri qalmış  və ya bədii obrazlarla 



Elm və dil 

 

 

 

651



 

fərdiləşmiş dil kumulyativ proseslər üçün əlverişsizdir. Amorfluq dərəcəsi 

çox olduqca dil rasional fikrin ifadəsi üçün yararsız olur. Kərpici kərpicin 

üzərinə qoyub divar tikmək üçün onların yekcins, eyni formalı olması, 

standartlığı,  şablonluğu vacib şərtdir.  Əksinə, hərəsi bir biçimdə olan, 

hərəsinin öz strukturu, öz gözəlliyi olan elementləri üst-üstə qoyub böyük 

konstruksiyalar düzəltmək olmur. Bu baxımdan, dilin aydınlığı, gözəlliyi 

bir şeydir, mürəkkəb fikirləri ifadə etmək isə başqa şeydir. 

Əlbəttə, biz heç də bütün sözlərin bir-birinə bənzəməli olduğunu nə-

zərdə tutmuruq. Əvvəla, bir söz iki yerdə, yaxud on yerdə, yüz yerdə  iş-

lənirsə, bunların mənaları kontekstdən asılı olaraq dəyişməməli, həmişə 

eyni mənanı ifadə etməlidir. Poeziyada sözün çalarları ola bilər, elmdə – 

yox. İkincisi, sözlərin səthi elə olmalıdır ki, onlar bir-birinə calaşdırılarkən 

rahat “otursunlar”, qablaşa bilsinlər. Bunun üçün isə səth düz həndəsi bi-

çimlərdə  və hamar olmalıdır. Səthin müəyyənliyi həcmin də, tutumun da 

müəyyənliyi deməkdir. Sözlərin məhz elmi anlayış kimi formalaşması, 

hətta ara sözlərə ciddi tələblər qoyulması, elmi terminologiyanın bütün 

mütəxəssislər tərəfindən qəbul olunması və həmişə eyni mənada işlənməsi 

alimlərin bir-birini aydın başa düşməsi üçün şərtdir. Başqa sözlə desək, 

müəyyən bir elmi dilin gəlişməsi fikirlərdəki aydınlaşmanın sözlərə trans-

fer edilməsi kimi ortaya çıxır. Düzdür, anlayışlara və dilə həddindən artıq 

sərt tələblər qoyulması dil çərçivəsinin fikri də  sıxmasına və düşüncənin 

sərbəstlik dərəcəsinin azalmasına gətirə bilər. Amma bundan qaçmaq üçün 

düşüncə üçün olan dildə sərhədlər şərti, qeyri-səlisdir. Dəqiqlik yazılı şərh 

zamanı tələb olunur. Əgər alimlər yazacaqları kimi düşünsəydilər, heç bir 

yeni nəticə əldə edə bilməzdilər.  

Tamamilə yeni ideyaları ifadə etmək üçün ənənəvi dil bir qayda ola-

raq yaramır. Buna dil problemi də demək olar, yeni paradiqma da, yeni dü-

şüncə tərzi də. V.Heyzenberq yazır ki, atomun quruluşunu və kvant mexa-

nikasını adi dilin köməyi ilə ifadə etmək nəinki çətindir, hətta çox vaxt 

mümkün olmur.

7

1



 Yaxud genetika, molekulyar biologiya və s. təlimlər 

formalaşarkən, onların ənənəvi dillə izahında çətinliklər ortaya çıxmışdır. 

Bu cəhəti nəzərə alaraq, S.Brenner yazırdı: “Məncə, yaxın gələcəkdə biz 

bioloqlara yeni dil öyrətməli olacağıq”. S.Brennerin bu fikrini iqtibas 

                                                 

1

 Ф. Капра. Дао физики. К., «София», М., ИД «Гелиос», 2002. К.: «София», М.: 



ИД «Гелиос», 2002, с. 51. 

Elm haqqında elm 

 

 

 

652



gətirən F.Kapra qeyd edir ki, doğrudan da, onun bu uzaqgörən fikrindən 

cəmi 25 il sonra mürəkkəb canlı sistemlərin təsviri üçün doğrudan da, yeni 

dil yarandı. Alimlər bunu dinamik sistemlər nəzəriyyəsi, qeyri-xətti dina-

mika, mürəkkəb sistemlər nəzəriyyəsi və s. bu kimi terminlərlə ifadə edir-

lər. Bu dilin açar kəlmələri isə fraktal, özünütəşkilatlandırma, dissipativ 

strukturlar və s.-dən ibarətdir.

7

1

 



Çətinlik nədədir? Doğrudanmı, söhbət hansı isə təbii dilin imkanla-

rının məhdudluğundan gedir? Yəni daha mükəmməl bir dilmi tələb olunur? 

Yoxsa bizim dil haqqına təsəvvürlərimizmi dəyişməlidir?  

Bizcə, əsas məsələ dilin strukturunun daha düzgün təsviri ilə bağlı-

dır. Belə ki, dili sözlərin bir-birilə  əlaqələndirilməsindən yaranmış  zəncir 

kimi təsəvvür etsək, deməli, biz nə isə düzxətli (birölçülü) bir prosesdən 

danışırıq. Amma əgər dil birölçülü yox, ikiölçülü və hətta üçölçülü fəzada 

təyin edilsə, onun strukturu da buna müvafiq olaraq yenidən müəyyənləş-

dirilsə, fərqli düşüncə tərzlərinin də ifadə olunması imkanları ortaya çıxa-

caqdır.  

Əgər biz “matryoşka” prinsipini də dilə tətbiq etsək və hər bir mü-

rəkkəb anlayışın iç qatlarının hansı isə kontekstdə  nəzərə alınmamasını 

məqbul saysaq, dilin təsvir imkanları xeyli artar. Əgər kvant mexanikası və 

ya molekulyar biologiya ilə  əlaqədar dünyanın elmi mənzərəsində ciddi 

dəyişikliklər baş verirsə, yeni paradiqmalar yaranırsa, deməli, dildə də bu-

na yeni anlayışlar sistemi formalaşmalıdır. Lakin bu yeni sistem daha bö-

yük dil sisteminə zəncirin sadəcə davamı kimi daxil ola bilmir. Onda biz 

bu yeni sistemi zəncirin hansı isə halqasının içərisində yerləşdirməliyik. 

Yəni hər bir halqa özü mürəkkəb sistem ola bilər; adi danışıq dilində isə bu 

halqaları sadə element kimi götürməklə dilin ənənəvi strukturuna xələl gə-

tirməyə bilərik.  “Matryoşka” prinsipini isə ona görə xatırlatdıq ki, halqa-

nın strukturundakı hansı isə bir element öz növbəsində yenə mürəkkəb 

struktura malik ola bilər və içərisindən yeni strukturlar çıxar. Əsas məsələ 

bu mürəkkəb anlayışları, əslində bütöv elmi təlimləri hansı vahid terminlə, 

sözlə ifadə edə bilməkdədir. Belə ümumiləşdirici sözlər öz bətnində hətta 

bütöv bir elmi sahəni saxlaya bilər. 

Dil sanki nisbi müstəqil bir sözlər dünyasıdır. Bir də biliklər dünyası 

                                                 

1

 Ф. Капра. Паутина жизни. К., «София», М., ИД «Гелиос», 2002. К.: «София», 



М.: ИД «Гелиос», 2002, с. 10. 

Elm və dil 

 

 

 

653



 

vardır.  Əsas vəzifələrdən biri bu iki dünya arasında qarşılıqlı anlaşma, 

adekvat münasibətlər qurmaqdır.  

Hər bir ixtisaslaşmış  əməyin səmərəsi insanın elmi biliklər dünya-

sından, K.Popperin “üçüncü dünya” adlandırdığı bu əsrarəngiz aləmdən nə 

dərəcədə yararlana bilməsi ilə ölçülür. Lakin bu üçüncü dünyaya səyahət 

hər adamın işi deyil. Ona görə də, ictimai praktikanın bu və ya digər sahə-

sində çalışan insanlar həmin əsrarəngiz aləmdən pay almaq, elm iksirindən 

faydalanmaq üçün bu aləmin yolunu bilən, dilini bilən xüsusi missiyalı 

insanların, elm adamlarının xidmətindən istifadə edirlər.  

Elmdən hamıya pay düşdüyü halda, elm aləminə daxil olan və onun 

özünü hərəkətə gətirən insanlar sayca az olub, xüsusi bir zümrə – alimlər 

təbəqəsini təşkil edirlər. Buna görə də, elmdən və elmi biliklərdən danışar-

kən, iki hadisəni fərqləndirmək lazımdır; bir elmin özü (yeni elmi biliklə-

rin  əldə edilməsi – istehsalı), bir də onun məhsulundan istifadə edilməsi 

(elmin istehlakı). Hələ axtarışda olan və ya yenicə aşkar edilmiş və özünün 

birmənalı ifadəsini, tərtibatını tapmamış, rasionallaşmamış və ictimai sax-

lanma vasitələrinə, bilik anbarlarına daxil edilməmiş ideyalar geniş kütləyə 

təqdim edilmək üçün yararlı olmur. Buna heç ehtiyac da yoxdur.  

Əvvəlcə yeni elmi biliyin tərtibatı, formallaşması və elmi ictimaiy-

yətə, müvafiq ixtisas sahəsi üzrə mütəxəssislərə təqdim olunması lazımdır. 

Alimlərin əlinə düşdükdən sonra onun sınaqlardan çıxması, özünü doğrult-

ması tələb olunur. Və ancaq bundan sonra özünü təsdiq etmiş və “elmi bi-

lik” statusu qazanmış biliklər təsnifatçı və maarifçi alimlər tərəfindən mü-

əyyən strukturlarda yerləşdirilir, dərsliklərə və elmi-kütləvi ədəbiyyata da-

xil edilir.  

Yeni biliklərin “doğuluşu” prosesi elm fəlsəfəsindən və elmşünaslıq-

dan kənarda qalaraq, əsasən psixologiyanın və “yaradıcılıq fəlsəfəsinin” 

mövzusu kimi qalmışdır.

8

1



 Uzun müddət biliklərin yaranışdan (doğuluşdan) 

sonrakı taleyi, onların cəmiyyətə transfer oluna bilmək üçün hazırlanması 

                                                 

1

 Bax: Ж.Адамар. Исследование психологии процесса изобретения в области ма-



тематики. М., Изд-во «Советское радио», 1970; А.В.Брушлинский. Психология мыш-

ления  и  кибернетика.  М., «Мысль», 1970; Дж.Брунер.  Психология  познания.  М., 

1977;  С.Д.Смирнов.  Психология  образа:  проблема  активности  психического отраже-

ния. М., Изд-во Московского Университета, 1985; Д.Халперн. Психология критичес-

кого мышления. СПб., «Питер», 2000; М.А.Холодная.  Психология интеллекта. СПб., 

«Питер», 2002.  



Elm haqqında elm 

 

 

 

654



mərhələsi tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Sanki yeni bilik 

əldə olunan kimi, elmi ictimaiyyətin istifadəsinə verilirmiş. Amma əslində 

burada bir neçə aralıq mərhələlər vardır. Birincisi, yeni ideya bilik halına 

düşmək üçün sözlərlə ifadə olunmalı və deməli, müəyyən bir dil konteksti-

nə daxil edilməlidir. Burada iki fərqli hadisənin, ideya və dilin təması, gö-

rüşü baş verir ki, onun mexanizmini öyrənmədən, biliyin ictimailəşməsi 

prosesi öz adekvat izahını tapa bilməz. XX əsrin əvvəllərindən başlayaraq 

diqqət mərkəzinə çəkilən bu məsələ analitik fəlsəfənin yaranmasına gətirib 

çıxarmışdır. Bu tədqiqat istiqaməti o dərəcədə aktuallaşmışdı ki, bir çox fi-

losoflar bütövlükdə fəlsəfənin vəzifəsini elmi ideyaların dildə optimal tə-

cəssümünə müncər edirdilər. Fəlsəfə sanki elmin köməkçisinə, qulluqçusu-

na çevrilirdi. Bu – neopozitivizmi səciyyələndirən  əsas  əlamətlərdən biri 

idi. 

Fərdi miqyasda gedən və istənilən halda unikal, fərdi səciyyə da-



şıyan elmi yaradıcılıq prosesinin nəticələri təbii danışıq dilinin və riyaziy-

yatın sayəsində ictimai miqyas kəsb edir, yəni başqalarının da istifadə edə 

biləcəyi formaya salınaraq ictimailəşir. 


 

 

 



 

 

 



 

 

 



ELM VƏ TƏHSİL 

 

 

 

 

™ 

Təhsil, optimal bilik və elm 

™ 

Ali məktəbin elmi potensialı 

™ 

Elmi kadrların yetişdirilməsi 

™ 

Elmi-texniki tərəqqinin üfüqləri 

™ 

Elm və təhsil sistemində islahatlar 



 

 

 

 

 

 



 

 

 

 

 

Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. 

 

Əbu Turxan 

Elm və təhsil 

 

 

 

657



 

 

 



 

 

 



Ötən  əsrin sonlarından başlayaraq, bütün dünyada hadisələrin in-

kişafı vahid iqtisadi münasibətlərin formalaşması, ümumi dünya bazarının 

yaranması istiqamətində gedir. Qloballaşma şəraitində milli özünəməxsus-

luğun qorunub-saxlanması, habelə, milli mənəvi dəyərlərə sədaqətlə yana-

şı, ümumbəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və s. inkişaf et-

dirilməsi – bütün bunlar Azərbaycanın siyasi simasını, onun özünəməxsus 

beynəlxalq imicini formalaşdırmışdır. 

Yeni dövrdə müstəqilliyin qorunması beynəlxalq miqyaslı obyektiv 

proseslərin mənimsənilməsini və milli maraqlar mövqeyindən dəyərləndi-

rilməsini tələb edir. Bunun üçün isə, ilk növbədə bütövlükdə  cəmiyyətin 

intellektual inkişaf səviyyəsi yüksəldilməlidir.  Əlbəttə, bir qədər  əvvəlki 

zamanlar olsaydı, biz elm və təhsil sahəsindəki islahatları da Qərbin böyük 

dövlətlərini təqlid etmək yolu ilə aparardıq. Bolonya prosesinin qeyd-

şərtsiz tətbiqi də, Hollandiya təhsil standartlarının ölkəmizə transformasi-

yası da, elm sahəsindəki yenidənqurmalar üçün xarici ekspertləri cəlb 

edərkən, milli mütəxəssislərin unudulması da Qərb dəyərlərini mütləqləş-

dirmək dövrünün inersiya üzrə davamıdır. Bu gün bir çox Şərqi Avropa və 

MDB ölkələri də, böyük müstəqillik tarixi olan Türkiyə  də elm və  təhsil 

quruculuğu sahəsində Qərbin praktikasına istinad edirlər. Halbuki yeni za-

manın, yeni ictimai paradiqmanın tələblərini dərk edən qabaqcıl Qərb 

ölkələrinin özləri bu sahələrdə böyük reformalar aparmaq məcburiyyətini 

etiraf edirlər. Yəni Qərbin yedəyində çox da uzaqlara getmək olmaz. Çünki 

Qərb nə vaxtsa qalxmış olduğu yüksək inkişaf zirvəsindən indi aşağı enir, 

özünün tənəzzül dövrünü yaşayır. İndi Qərb ideoloqlarının özləri Avropa-

nın süqutundan və mənəvi deqradasiyasından bəhs edir, bundan xilas yol-

ları axtarırlar. Başlıca səbəblərdən biri isə budur ki, industrial və postin-

dustrial inkişaf mərhələlərindən sonra “istehlak cəmiyyətinin” üstünlük 

təşkil etməsi “kütləvi mədəniyyətə” geniş yol açmışdır və  Qərbdə böyük 

fəlsəfi ideallara söykənməyən, rasionalizmə  və intellektual inkişafa qarşı 

inkarçılıq mövqeyini mənəviyyat sferasına da yönəldən, müasirlik bayrağı 

altında çıxış etsə  də,  əslində müasirliyin antitezi olan fərqli dəyərlər 


Elm haqqında elm 

 

 

 

658



sisteminin getdikcə daha çox dərəcədə genişlənməsi ictimai prosesləri 

tənəzzülə doğru sürükləyir.  

Nə qədər paradoksal görünsə də, bizim üstünlüklərimizdən biri tarixi 

inkişaf prosesində Qərbdən geridə olmağımızdır. Yəni biz indi intellektual 

inkişaf müstəvisində rasionalizm, iqtisadi inkişaf müstəvisində isə postin-

dustrial cəmiyyət mərhələsinə qədəm qoyuruq. Qərbin bütün inkişaf yolu, 

tərəqqi və tənəzzül məqamlarının mənzərəsi gözümüzün önündədir. Və biz 

onların səhvlərini təkrar etmək məcburiyyətində deyilik.  

Əlbəttə, “Qərbdən ancaq elmi-texniki nailiyyətləri götürək, «kütləvi 

mədəniyyətin» və mənəvi aşınmanın isə qarşısını almağa çalışaq” tezisi ilk 

baxışda nə qədər cazibədar görünsə də, praktika bunun əksini göstərir. Yə-

ni Qərbdən nə isə yaxşı bir şeyi kor-koranə surətdə götürürsənsə, mənəvi 

aşınmalar onun iki misli ilə gəlir. 

Elm və  təhsil sahəsində islahatın konsepsiyası da xaricdən alınma-

malı, qabaqcıl ölkələrin bütün mövcud praktikasını nəzərə almaqla, tənqi-

di-təhlil süzgəcindən keçirməklə yeni, milli mənəviyyata daha adekvat 

olan elm və təhsil sistemi yaradılmalıdır. Bunun üçün isə əvvəlcə ictimai 

və humanitar elmlər silkələnməli, milli fəlsəfi fikrin bütün resursları səfər-

bər edilməli və qloballaşan dünyanın üstün və  zəif cəhətləri üzə  çıxarıl-

malıdır. 

Qərb dünyasının ağıllı adamlarının öz ümid dolu nəzərlərini  Şərqə 

yönəltdiyi bir vaxtda, rasionalizmin və intellektualizmin resursları artıq ye-

ni tələbləri ödəmək üçün yetərli olmadığı və ruhi-mənəvi amillərin, psixik 

enerjinin dövriyyəyə daxil olduğu bir vaxtda, biz ölkəmizdə hələ ki, yaşa-

maqda davam edən mənəvi-estetik ənənələrdən və bədii-metaforik düşüncə 

tərzindən nəinki imtina etməli deyilik, əksinə, müasir dəyərlərə onların 

möhkəm təməli üzərində çatmağa çalışmalıyıq. Bu məqsədlə insan dünya-

sının dərin mənəvi qatlarında yatan enerjinin, irrasional idrak metodlarının 

dirçəldilməsi üçün tədbirlər görülməli,  Şərq fəlsəfi təfəkkür  ənənələrinin, 

təsəvvüfün alternativ yaradıcılıq metodologiyası müasir Qərb düşüncəsinin 

klassik formaları ilə birləşdirilməlidir. Və bu inteqrativ metodologiya elm 

və  təhsil sahələrində  də  rəhbər tutulmalıdır: ancaq bu halda ümumbəşəri 

dəyərləri milli təməllər üzərində yüksəltməklə böyük uğurlara imza atmaq 

mümkündür.  



Elm və təhsil 

 

 

 

659



 

 


Yüklə 5,06 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin