Elm və təhsil sistemində islahat üçün
layihə
1. Elm və təhsil sahələrində vəziyyət haqqında
Ölkəmizdə orta təhsil sistemində iki alternativ təhsil forması arasın-
da rəqabət getdikcə artmaqdadır. Təhsilin ikiləşməsinə səbəb orta məktəb-
də ənənəvi tədris üsulu və tələbə qəbulu zamanı tətbiq olunan test sistemi
arasındakı uyğunsuzluqdur. Yəni qəbula hazırlaşan abituriyent üçün test
proqramları daha önəmli olduğuna görə, onlar məktəbdən yayınaraq və ya
məktəblə paralel surətdə repetitor kurslarına gedirlər. Nəticədə yuxarı
siniflər üçün orta məktəb dərslikləri ilə yanaşı, testlərə hazırlıq kitabları da
çap olunur. Yəni bütün göstəricilər üzrə ikiqat və ya alternativ təhsil prose-
si gedir ki, bunlardan biri rəsmi, digəri isə qeyri-rəsmi surətdə həyata keçi-
rilir. Lakin bu qeyri-rəsmi təhsil artıq o dərəcədə geniş yayılmış və institut-
laşmışdır ki, onun ya dövlət səviyyəsində tənzim olunmasına, ya da parça-
lanmış təhsilin yenidən birləşdirilməsi üçün tədbirlər görülməsinə ehtiyac
yaranmışdır.
Ali məktəblərdə də ənənəvi tədris və qiymətləndirmə sistemi dəyiş-
diyindən (Bolonya sisteminə kortəbii keçid sayəsində) professor-müəllim
heyətinin yüksək peşəkarlıq keyfiyyətləri, müəllimlik məharəti və gənclərə
yaradıcı təfəkkür aşılanması istiqamətindəki fəaliyyəti məhdudlaşır və
müəllimlər nabələd olduqları bir formalizm mühitinə düşürlər.
Ali məktəblərdə kurikulum islahatları o dərəcədə geniş miqyas al-
mışdır ki, müəllimlərin elmi fəaliyyəti arxa plana keçmişdir. Ümumiyyətlə,
ali məktəblərdə elmi tədqiqat işinin səviyyəsi həddindən artıq aşağı düş-
müş və əsasən formal hesabat xarakteri daşıyır. Tək-tək istisnalar isə ali
məktəblərdəki vəziyyəti bütövlükdə qiymətləndirmək üçün yetərli deyil.
Müxtəlif universitetlərdə eyni elmi istiqamətlər üzrə kafedralar və
Elm və təhsil
697
laboratoriyalar fəaliyyət göstərir və bunların hər birində müvafiq elmi baza
yaratmaq qeyri-mümkündür. Ona görə də sahələr üzrə mərkəzləşmiş elmi
tədqiqat sistemləri yaradılmasına böyük ehtiyac vardır.
Avropada ali təhsilin ikipilləli olması ən çox magistratura pilləsinin
xüsusi təyinatı ilə əlaqədardır. Yəni burada ya müəyyən bir fəaliyyət sahəsi
üzrə yüksək dərəcədə ixtisaslaşmış və elmi-praktik fəaliyyət vərdişləri
qazanmış kadrlar yetişdirilir, ya da elmin ilk pilləsi olmaqla burada elmi
fəaliyyətin metodologiyası öyrədilir və konkret elmi tədqiqat vərdişləri
aşılanır. Təəssüf ki, ölkəmizdə magistratura pilləsi hələ lap yaradılışından
indiyədək öz təyinatına və funksiyasına uyğun gəlmir. Eləcə də ali təhsilin
ilk pilləsində daha geniş profilli kadrlar hazırlamaq əvəzinə, buraya yenə
də 5 illik ali təhsil dövründə olduğu kimi, bütün dar ixtisas sahələri üzrə
tələbə qəbulu aparılır. Nəticədə bakalavr dərəcəsi almış məzun magistratu-
rada, demək olar ki, eyni müəllimlər tərəfindən eyni dərsləri təkrar keçməli
olur. Burada yeganə dəyişiklik isə ondan ibarətdir ki, birinci pillədə müəl-
lim 50-100 nəfər tələbəyə mühazirə deyirdisə, ikinci pillədə 1-3 nəfərə
«mühazirə deyir». Yəni əslində «mühazirə» öz mahiyyətinə yabançı bir
formaya salınır. Həm də dərs yükü süni surətdə azı 10 dəfə şişirdilmiş olur
ki, bu da dövlət büdcəsinə israfçı münasibət deməkdir. Halbuki ən varlı
ölkələrdə də magistraturada mühazirə dərslərinə azı 10-15 tələbə cəlb olu-
nur. Bizdə belə vəziyyətin yaranması magistratura təhsilində mərkəzləşmə-
nin olmaması, elmi potensialının yetərli olub-olmamasına baxmayaraq, bü-
tün ali məktəblərə universitet və ya akademiya statusu verilməsi və onların
hamısının magistratura və hətta doktorantura pilləsinə malik olması ilə
bağlıdır. Halbuki, hər bir ixtisas sahəsində ölkədə bir və ya uzaqbaşı iki el-
mi mərkəz yaradılması və elmi kadr hazırlığının ancaq bu mərkəzlərdə
aparılması daha məqsədəuyğun olardı.
Bütün ölkə miqyasında elmi fəaliyyət qurumlarının reyestri, mövcud
durumun ölkəmizdə elmin inkişaf konsepsiyasına uyğunluq dərəcəsinin
dəyərləndirilməsi, elmi institutların yenidən bölüşdürülməsi və sistemləş-
dirilməsinə böyük ehtiyac vardır.
Elmi tədqiqat işi bir şeydir, onun idarə olunması, ölkənin ictimai-iq-
tisadi həyatı ilə əlaqələndirilməsi, sosial tələbatın nəzərə alınması, optimal
maliyyə sisteminin tətbiqi və s. bu kimi məsələlər tamamilə fərqli şeylər-
dir. Ona görə də, bu sonuncuların elmi tədqiqat müəssisəsinin özünə həva-
lə edilməsi tamamilə müxtəlif xarakterli fəaliyyət sahələrini eyni mərkəz-
Elm haqqında elm
698
dən idarə etmək təşəbbüsüdür ki, bu da çətin ki, müsbət nəticə versin. Bu-
nu nəzərə alan ölkələr elmin idarə olunması üçün ayrıca inzibati qurumlar
yaradırlar. Əksər ölkələrdə Elm və Texnika Komitələri, Elm və Təhsil Na-
zirliyi, Elm Nazirliyi yaradılmışdır. Azərbaycan SSRİ tərkibində olanda el-
mi fəaliyyətlərin, elm və texnikanın əlaqələndirilməsi, habelə elmin icti-
mai-iqtisadi funksiyalarının tənzimlənməsi SSRİ Nazirlər Kabinetinin Elm
və Texnika Komitəsi tərəfindən həyata keçirilirdi. SSRİ EA isə ancaq elmi
tədqiqatların daxili məzmunu ilə bağlı məsələləri əlaqələndirirdi. Azərbay-
can müstəqillik əldə edəndən sonra elmi-texniki fəaliyyət sahəsinin idarə
olunması üçün Dövlət Elm və Texnika Komitəsi yaradıldı. Amma bu
qurumun fəaliyyəti hələ kifayət qədər formalaşmamış ləğv edildi. Bundan
sonra uzun müddət elmi idarəçilikdə bir boşluq özünü göstərdi. Nazirlər
Kabinetinin şöbəsi təbii ki, belə bir geniş miqyaslı funksiyanı yerinə yetirə
bilməzdi. Çıxış yolu kimi Elmlər Akademiyasının səlahiyyətləri genişlən-
dirildi və AMEA-nın Nizamnaməsinə görə, bütün ölkə miqyasında elmi
fəaliyyətin əlaqələndirilməsi işi ona tapşırıldı. Lakin təbii ki, Akademiya
elmi müəssisə olmaqla və əsas funksiyası elmi fəaliyyət olduğuna görə, öz
təbiətinə uyğun olmayan belə bir idarəçilik funksiyasını yerinə yetirə bil-
mədi. Hətta o bunu etmək istəsə də, bu məqsədlə Akademiyaya geniş
çeşiddə ştat vahidləri və xüsusi təşkilati qurum tələb olunur.
Əlbəttə, AMEA nüfuzlu bir təşkilatdır. Və dövlətimiz elmə hörmət,
sayğı və qayğı ilə yanaşdığı üçün, onun təklif və iddialarını da ciddi qəbul
edir.
AMEA-nın öz daxili qüvvələrinin hazırladığı əsasnamə (və Ni-
zamnamə) çox iddialıdır və üzərinə gücü çatmayacaq dərəcədə böyük yük
götürür. Dövlət isə onu elmi bir təşkilat olaraq ciddi qəbul edir və təsdiqlə-
yir. Lakin reallıqda AMEA-nın bu səlahiyyətləri icra etmək üçün
bürokratik potensialı və elmi təşkilatçılıq vərdişləri yoxdur.
Bəs AMEA-da hansı sahələrdə bilik və təcrübə potensialı var?
Ayrı-ayrı ixtisaslaşmış elmi sahələr (fənlər) üzrə. Məsələn, fizika,
riyaziyyat, ədəbiyyat və s. Və bunların heç biri elmin idarə olunması
sahəsində zəruri olan bilik və təşkilati təcrübəni ehtiva etmir.
Digər tərəfdən, AMEA adekvat təşkilati formaya və bürokratik
struktura malik deyil. Belə ki, elmi tədqiqat institutları bu və ya digər icti-
mai fəaliyyət sahəsinin idarə olunması üçün deyil: onlar ancaq elmi-təd-
qiqat işləri ilə məşğul olur. Elmşünaslıq və Elm təşkilatçılığı üzrə kadrlar
Elm və təhsil
699
ya yoxdur, ya da tək-tük belə adamlar varsa, pərakəndə halda institutlara
səpələndiyi üçün mobil bir qrup halında fəaliyyət göstərə bilmir.
Hazırda AMEA-nın strukturunda təşkilati işlə və ölkə miqyasında
elmin əlaqələndirilməsi ilə məşğul olan yeganə bir şöbə var ki, onun da
cəmi 9 nəfər işçisi var.
Qalan şəxslər bu işə ictimai əsaslarla qoşulur. Məsələn, Problem Şu-
rasının rəhbərləri, katibləri və s. Amma bu adamlar elm adamlarıdır, hərə-
sinin öz elmi-tədqiqat işi var və onlar öz işini buraxıb bürokratik işlə məş-
ğul ola bilməzlər.
Bəli, AMEA spesifik bir struktura malikdir. Onun üst qurumu – aka-
demiklər birliyidir. Yəni Akademiyanın ümumi yığıncağı və onun seçdiyi
İdarə Heyəti.
Lakin yığıncaq da, İdarə Heyəti də əslində idarəçilik işi ilə məşğul
olmaq iqtidarında deyil. Çünki əvvəla, bu ictimai bir birlikdir. Hərənin öz
iş yeri və öz əsas fəaliyyət sahəsi var.
Kim isə Riyaziyyat institutunun direktorudursa, onun elə riyaziy-
yatla bağlı yetərincə işi var və ölkənin sosial elm institutunu idarə etmək
üçün nə vaxtı, nə də elmin idarəçiliyi üzrə ixtisaslaşmış bilikləri çatır.
O biri göstəriciləri isbat etməyə ehtiyac qalmasın deyə, elə vaxt
amili üzərində dayanaq.
Çünki vaxt yoxdursa və müvafiq sahədə köməkçilər, ştatlı işçilər
yoxdursa, nəyi və necə idarə etmək olar?
Onu da nəzərə alsaq ki, AMEA-nın Rəyasət Heyətinin orta yaşı 75-
80-dən yuxarıdır, onda idarəçiliyin vəziyyətini də təsəvvür etmək çətin
deyil.
[
***
Sual ortaya çıxır ki, bəs onda indiki halda AMEA-nı hansı inzibati
qurum idarə edir?
Digər tərəfdən, AMEA adlandırdığımız belə bütöv bir qurum varmı?
Əslində AMEA adı altında tamamilə fərqli mahiyyətə malik olan üç
struktur mexaniki və kor-təbii surətdə birləşdirmişdir:
1. Akademiklər birliyi və onun Rəyasət Heyəti.
2. Elmi tədqiqat institutları və onların Elmi Şuraları.
3. Ümumelmi və elmi-kütləvi xarakterli qurumlar: məsələn, Milli
Ensiklopediya, Mərkəzi Elmi kitabxana, nəşriyyat və s.
Elm haqqında elm
700
Lakin bu qurumlar heç biri elmin bir sosial institut kimi təşkilatlan-
masına, elmi idarəçiliyə xidmət etmir. Əlbəttə, Akademiyada maliyyə-
təsərrüfat fəaliyyətinə dair “idarəedici” qurumlar var, lakin onların elmi
idarəçiliyə heç bir dəxli yoxdur.
Bəs Akademiyada elmin əlaqələndirilməsi, vahid təşkilati mexanizm
yoxdursa, o, bu işin öhdəsindən necə gəlir? Bax, bu cür məsul bir fəaliyyət
növü ancaq ictimai əsaslarla həyata keçirilir; tək bir şöbədən başqa: Elmi
Təşkilat şöbəsi. Halbuki, mərkəzi aparatın bütün fəaliyyəti məhz bu
funksiyanın yerinə yetirilməsindən ibarət olmalıdır.
Akademiyada hər bir elmi tədqiqat institutu fərqli bir profil üzrə fəa-
liyyət göstərdiyindən, AMEA-nın Rəyasət Heyəti onların işini hətta elmi
meyarlar baxımından da qiymətləndirmək iqtidarında deyil. Bu vəzifənin
öhdəsindən gəlmək üçün Akademiyada bölmələr yaradılmışdır. Yəni yaxın
elmi sahələr bir bölmədə birləşir və bu bölməyə rəhbərlik edən büro insti-
tutların işinə guya istiqamət verir, onların qərarlarını təsdiqləyir, hesabatla-
rını dinləyir və s. Lakin elmin yüksək dərəcədə diferensiallaşmış olduğu
müasir şəraitdə bölmədə oturanlar institutların daxili “mətbəx”indən xə-
bərdar ola bilməzlər.
Artıq çoxdan vaxtı çatmışdır ki, elmi işlərin dəyərləndirilməsi
beynəlxalq ekspertiza yolu ilə həyata keçirilsin. Ən azı ölkə daxilində hər
bir dar ixtisas sahəsi üzrə ən yüksək səviyyəli ekspertlərin xidmətindən
istifadə olunmalıdır.
AMEA – əgər o, Dövlət Elm və Texnika Komitəsinin funksiyalarını
yerinə yetirməyə məsul edilibsə, onda AMEA-nın nəzdində məhz bu
məqsədə xidmət edən elmi-bürokratik qurum fəaliyyət göstərməlidir. Ali
Attestasiya Komissiyasında da elmi ekspertiza işi ictimai əsaslarla həyata
keçirilir ki, bu da işin yüksək səviyyədə icrasına imkan vermir. Ölkədə
vahid mərkəzləşmiş ekspertiza sistemi olarsa, həm AAK-ın, həm AMEA-
nın, həm də Elmin İnkişafı Fondunun sifarişlərini yerinə yetirə bilər.
2. Elm və təhsil sahəsində başlıca problemlər
Elm və təhsil
701
1. Orta təhsilin ikiləşməsi. Biliklərin tədrisi və yoxlanması arasında
uyğunsuzluğun kortəbii surətdə təşkilatlanması və TQDK ilə Təhsil Nazir-
liyi arasında yaranmış ixtilafın kökləri.
2. Əsas təhsil və tam orta təhsil arasında keyfiyyət və struktur
fərqinin nəzərə alına bilməməsi.
3. Texniki peşə və orta ixtisas təhsillərinin mahiyyəti və təyinatı üzrə
qurula bilməməsi.
4. Ali təhsildə ikipilləli sistemə keçidin kortəbii surətdə həyata keçi-
rilməsi və magistratura pilləsinin öz təyinatına uyğun surətdə qurula bilmə-
məsi.
5. Ali məktəblərdə elmi tədqiqatın formal xarakter daşıması. Elm və
təhsilin koordinasiyası üçün tələb olunan təşkilati strukturların pərakəndə-
liyi.
6. Doktorantura pilləsi: terminlərin avropalaşdırılması, strukturun isə
keçmiş sovet modeli üzrə qurulmasından yaranan absurd vəziyyət.
7. AMEA ilə universitetlər arasında əlaqələrin formal və sistemsiz
xarakteri.
8. Sahə elmlərinin Akademiya və Universitet elmi ilə əlaqələn-
dirilməsində formal vəziyyət.
9. Elmi ekspertiza sistemi ictimai əsaslarla, pərakəndə şəkildə və
keyfiyyətsiz haldadır.
3. Təkliflər
Elm və təhsilin təşkilati strukturunu optimallaşdırmaq üçün aşağı-
dakı islahatlara ehtiyac vardır:
1. Savadlandırma və maarifçilik işinin spesifikasını nəzərə almaqla
müstəqil Maarif Nazirliyi yaradıla bilər. Bu qurumun məktəbəqədərki
təlim və tərbiyə, ibtidai təhsil, orta təhsil, texniki-peşə təhsili və tam orta
təhsil: təmayüllü liseylər, gimnaziyalar, ixtisaslaşmış orta təhsil kollecləri
və s.-i əhatə etməsi nəzərdə tutulur.
2. Ali təhsilin elmin müasir nailiyyətləri səviyyəsində həyata keçiril-
məsi, habelə yüksək ixtisaslı elmi kadrlardan həm elmi fəaliyyətə, həm də
tədris işinə cəlb olunması üçün bu iki sahənin inteqrasiyasına nail olmaq
Elm haqqında elm
702
və onları vahid mərkəzdən idarə etmək məqsədilə Elm və Ali Təhsil Nazir-
liyi yaradılması.
3. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təkcə tələbələrin deyil,
habelə dövlət qulluğunun müxtəlif sahələrinə kadr seçilməsi işini də təşkil
etdiyinə görə, onun Prezident yanında Biliklərin Qiymətləndirilməsi Komi-
təsi kimi yenidən qurulması məqsədəuyğun olardı. Bu halda həmin qurum
orta məktəb və ali məktəb məzunlarının biliklərini mərkəzləşmiş qaydada
qiymətləndirməklə, orta və ali təhsil haqqında sənədlərin verilməsi üçün
dövlət komissiyası rolunu yerinə yetirmiş olar. Şagird və tələbələrin giriş-
də deyil, çıxışda yoxlanması bu və ya digər təhsil müəssisəsində təhsilin
keyfiyyəti haqqında da müəyyən təsəvvür yaradar.
Tələbə qəbulu isə bütün dünyada olduğu kimi, orta təhsilin nəticələri
haqqında Biliklərin Qiymətləndirilməsi Komitəsinin verdiyi sənəd əsas gö-
türülməklə və ixtisasın spesifikasına uyğun olaraq əlavə göstəriciləri nəzə-
rə almaqla ali məktəblərin özü tərəfindən həyata keçirilə bilər. Ali mək-
təbin keyfiyyət göstəricisi isə onun məzunlarının səviyyəsi ilə, məzunların
neçə faizinin testlərdə müsbət nəticə qazanması ilə müəyyənləşdirilə bilər.
4. İndi AMEA-nın təşkilati strukturuna daxil olan Elmi tədqiqat ins-
titutlarının inzibati, təsərrüfat və maliyyə idarəçiliyi Elm və Ali Təhsil
Nazirliyinə verilə bilər. AMEA isə ancaq elmi planda rəhbərliyi davam
etdirə bilər. Elmi institutların ikiqat tabeçiliyi əslində elm sisteminin ikili
strukturu ilə bağlı olub, elmi yaradıcılıq fəaliyyəti ilə sosial-iqtisadi və
inzibati işlərin fərqləndirilməsi ehtiyacından irəli gəlir.
5. İkili idarəçilik sisteminə nümunə əslimdə vardır. Məsələn, Səhiyyə
Nazirliyi sistemində məqsədi əhaliyə xidmət olan kütləvi xəstəxanalardan
fərqli olaraq, həm də elmi tədqiqat funksiyasını daşıyan institutlar vardır.
Məsələn, Oftalmologiya institutu, Onkologiya İnstitutu, Travmatologiya
institutu. Bu qurumlarda əhaliyə xidmət işinə baş həkim, elmi tədqiqat işi-
nə isə institutun direktoru rəhbərlik edir.
6. AMEA yüksək elmi nailiyyətlərinə görə seçilən alimlərin (akade-
miklərin) ictimai birliyi olmaqla qismən büdcədən maliyyələşən qeyri-hö-
kumət təşkilatıdır. Bu baxımdan, onun fəaliyyəti yaradıcı təşkilatlar haq-
qında bu yaxınlarda qəbul olunmuş qanun əsasında tənzimlənməlidir. Yəni
Azərbaycan Yazıçılar Birliyi kimi, bir növ Azərbaycan Alimlər Birliyi də
ola bilər. Bu ictimai təşkilatın statusu, funksiyaları və səlahiyyəti onun
yeni nizamnaməsi əsasında müəyyənləşdirilə bilər.
Elm və təhsil
703
7. AMEA-nın prezidenti inzibati işçi olmayıb böyük bir elm adamı,
ziyalı kimi daha çox dərəcədə elmi meyarların qarantı kimi çıxış edə bilər.
8. AMEA-nın nəzdində elmlərin əlaqələndirilməsi, elmi nailiyyətlə-
rin ekspertizası, fənlərin təsnifatı, elmi tədqiqatın prioritetləri və s. bu kimi
ümumelmi və fənlərarası məsələləri əhatə edən elmşünaslıq mərkəzi
fəaliyyət göstərməlidir.
9. AMEA bir tərəfdən Prezident nəzdində Elmin İnkişaf Fondu, digər
tərəfdən Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində çalışmaqla
yanaşı, bir ictimai təşkilat kimi nisbi müstəqilliyə malik olur və ölkədə
elitar intellektual potensialın, ziyalı mühitinin təmsilçisi qismində
Azərbaycanın digər yaradıcı təşkilatları ilə iş birliyi qurur.
10. Nazirliyin yaradılması ilə əlaqədar AMEA-nın əmlakına yenidən
baxılır və Akademiyanın öz yeni funksiyalarını icra edə bilməsi üçün onun
əmlak və maddi-texniki baza ilə təchizatı yaxşılaşdırılır.
11. Ölkədə elmi təfəkkür mədəniyyətinin və elmi dilin inkişafı, elmi-
kütləvi biliyin yayılması, elmi terminologiyanın formalaşması, akademik
və elmi-kütləvi nəşrlər, qriflərin verilməsi, elmi jurnalların dəyərləndiril-
məsi, elmi-tədqiqat layihələrinin təqdimatı və maliyyələşdirilməsi, elmi
nailiyyətlərin qiymətləndirilməsi və mükafatlandırılması və s. bu kimi
məsələlər elmi təşkilatların birgə səyi ilə həyata keçirilir.
12. AMEA-nın nəzdində olan elmi-tədqiqat institutları ilə universitet-
lərin müvafiq fakültələri arasında inteqrasiyanın, AMEA ilə Nazirlik ara-
sında səlahiyyət bölgüsünün həyata keçirilməsi üçün xüsusi proqram
işlənib hazırlanır.
Əsas nəticələr
Elmşünaslıqda elmin əsasən sosial və təşkilati aspektləri, fəlsəfi ədə-
biyyatda isə – məntiqi-qnoseoloji aspektləri araşdırılır. Müasir fəlsəfədə, o
cümlədən Qərbin “elm fəlsəfəsi”ndə ilk növbədə elmiliyin meyarları, elmi
biliyin həqiqiliyi məsələsi öz əksini tapmışdır. Bəzi tədqiqatlarda elm
yalnız məntiqi-qnoseoloji aspektdə, digərlərində isə – yalnız sosial
aspektdə nəzərdən keçirilir. Bizim fikrimizcə, bu, elm sisteminin çoxölçülü
olmasından irəli gəlir. Elmi çoxölçülü bir sistem kimi dərk etmək üçün biz
onun müxtəlif aspekt və rakurslarının bir araya gətirilməsinə, ümumi
metodoloji araşdırma prinsiplərindən çıxış etməyə çalışmışıq.
Əsərdə məntiqi ilə tarixinin vəhdəti prinsipi də elmin bütöv bir kon-
sepsiyasının yaradılmasının, onun məntiqi-qnoseoloji və sosial aspektləri-
nin üzvi şəkildə birləşdirilməsinin zəruri şərti kimi götürülür. Bu mövqe-
dən elmin internalist və eksternalist konsepsiyaları, həmçinin Qərb fəlsəfə
ədəbiyyatında elmiliyin demarkasiyası problemi üzrə əsas nəzəriyyələr, o
cümlədən K.Popperin falsifikasiya olunanlıq prinsipi, Sarton və Kunun
sosial-tarixi şərtlənmə, Lakatosun “tədqiqat proqramları”, Feyerabendin
metod anarxizmi, Xoltonun “mövzu təhlili” modeli təhlil edilmişdir.
Qərarlaşmış ənənəyə uyğun olaraq eyni bir “elm” anlayışı ilə həm
yeni elmi biliklərin “istehsalı” üzrə fərdi fəaliyyət, həm fərdi elmi əsərlərin
vahid ictimai tama gətirilməsinə – elmi kommunikasiyaların yaranmasına
xidmət edən sosial təsisat, həm də ki, elmi biliklər sisteminin simasızlaşdı-
rılmış inkişafı – “obyektivləşdirilmiş biliklər dünyasının” özüinkişaf prose-
si ifadə olunur. Əsərdə bu hal elmin iyerarxik strukturu, onun müxtəlif sə-
viyyələrdə nəzərdən keçirilməsi ilə izah olunur.
Bütöv elm sisteminin bir hissəsi olan ümumictimai elmi fəaliyyət
ayrı-ayrı kiçik miqyaslı prosedurların müxtəlif birləşmələrindən təşkil
olunmuş kifayət qədər mürəkkəb bir prosesdir. Ona görə də, ümumictimai
elmi fəaliyyəti öyrənmək üçün əvvəlcə elmi fəaliyyətin konkret prosesləri-
nin strukturu öyrənilmiş, yəni müvafiq məntiqi-qnoseoloji təhlil aparılmış-
Elm haqqında elm
706
dır. Digər tərəfdən, hər bir konkret qrupun elmi cəhətdən araşdırılması
alınmış nəticələri sözlə ifadə etdikdən sonra daha geniş miqyaslı bir elmi
fəaliyyətin hissəsinə çevrildiyindən, elm sistemi ikiölçülü fəzada konsen-
trik çevrələr, üçölçülü fəzada isə “matryoşka” modeli ilə təqdim olun-
muşdur.
Tədqiqat göstərir ki, hələ nə qədər ki, bütöv elm nə vahid sosial, nə
də vahid epistemoloji sistem kimi formalaşmayıb, biz onun ümumi mode-
lindən danışmaqdansa, müxtəlif bölgələrdə, müxtəlif inkişaf səviyyəli öl-
kələrdə paralel surətdə mövcud olan müxtəlif strukturlardan və müxtəlif
modellərdən bəhs etməliyik. Fərqli təşkilati modellər vahid elmin sanki
dünyanın müxtəlif coğrafi məkanlarına paylanmış nisbi müstəqil elmlərin
mövcuduğunu xatırladır. Aşağı inkişaf səviyyələrində aparıcı olan məsələ
elmi maarifçilik, ictimai şüurda elmə münasibətin pozitiv yöndə transfor-
masiyası, elmin infrastrukturunun formalaşdırılmasıdır. Burada universitet
təhsilinin yüksək səviyyədə təşkil olunması və elm üçün kadr hazırlığı
problemi də önə çıxır. Nisbətən yüksək inkişaf səviyyəsində, harada ki,
yuxarıda sadalanan məsələlər öz həllini əsasən tapmışdır, elm daha çox
dərəcədə tədqiqat prosesindən, yeni elmi biliklər axtarışından ibarət olur.
Daha yüksək səviyyədə əvvəlkiləri də ehtiva etməklə yanaşı, dövlətin və
sosial-siyasi gücün təsiri ilə elmin dünya miqyasında idarə olunması, öz el-
mi nailiyyətlərindən istifadə edə bilməyən xalqların elmi potensialını sə-
fərbər etmək, yaradıcı potensiala malik alimləri vahid elm mərkəzlərinə
toplamaq, daha böyük miqyaslı layihələri həyata keçirməklə Elm-Texnika-
İstehsal zəncirində elmin aparıcı rolunu təmin etmək və s. bu kimi
vəzifələr qarşıya çıxır.
Hərdən bir qayıdıb elmin keçdiyi inkişaf yoluna ümumi nəzər sal-
maq, dünyanın elmi mənzərəsinin yenidən formalaşması prosesində başlı-
ca tendensiyaları üzə çıxarmaq, elmin inkişafını ümumelmi metodologiya
və fəlsəfə kontekstində izləmək, elmdə prioritet mövzuların, keçmişdən
qalan və yeni üzə çıxan problemlərin bir araya gətirilməsi və universal
metodların tətbiq edilməsinə nail olmaq – bütün bunlar böyük elm
adamlarının, alim-filosofların preroqativinə daxildir.
Elmin inkişaf qanunauyğunluğu araşdırılarkən özünəməxsus bir es-
tafet prinsipi tətbiq olunmuşdur. Belə ki, elmi tədqiqatların yeni dövrəsi ilk
ideya müəlliflərinə istinad edilsə də, artıq yeni alimlər tərəfindən və fərqli
şəraitdə həyata keçirilir. Deməli, elmi fəaliyyətin hər bir budağı təkcə mən-
|