ƏDƏBİYYAT
1.
M.J. Manafova, N.T. Əfəndiyeva, S.A.Şahhüseynova. Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali
məktəblər üçün dərslik. Bakı, Sabah nəşriyyatı, 2010
2.
Ə. Bədəlbəyli. “İzahlı monoqrafik musiqi lüğəti”, Bakı, 1978
3.
Aida Hüseynova. Musiqi səmimiyyət məbədi. “Ayna Mətbu Evi”, Bakı, 2001, s 94
4.
А.В. Луначарский. «О социологическом методе в теории и истории музыки», кн. 2,
Москва, 1925
5.
М. Зильберквит. «Мир музыки», изд-во «Детская литература», Москва, 1988, стр. 335
6.
A.Ə.Əsgərov. Musiqi tarixi. Dərs vəsaiti. “Elm və təhsil”, Bakı, 2013, 179 s
192
ABSTRACT
Sevda Huseynova
In the formation and development of the musical culture of Azerbaijan the
work of Asaph Zeynally
The article refers to the artistic style and esthetic direction in European culture of XVII-XIX
centuries - сlassicism. At the heart of classicism on ideas of rationalism that found vivid expression
in the philosophy of Descartes. Art work from the standpoint of classical, to be built on the basis of
strict canons, thereby revealing the harmony and consistency of the universe. Interest Classicism is
only the eternal, unchanging - in every phenomenon it seeks to recognize only the essential,
typological features, casting occasional individual features. The aesthetics of classicism attaches
great importance to the social and educational function of art. Classicism establishes a strict
hierarchy of genres, which are divided into high (ode, tragedy, epic), and low (comedy, satire,
fable). Every genre has a strictly defined characteristics, mixing them is not allowed. As a certain
direction was formed in France in the XVII century. French classicism claimed identity of the
person as the supreme value of life, freeing him from the religious and ecclesiastical influence.
Classicism largely relied on the ancient art of taking his aesthetic ideal sample, the "golden age".
РЕЗЮМЕ
Севда Гусейнова
Суть классицизма в европейской музыкальной культуре
представители венской школы
В статье говорится о художественном стиле и эстетическом направлении в
европейской культуре XVII—XIX вв. – классицизме. В основе классицизма лежат идеи
рационализма, нашедшие яркое выражение в философии Декарта. Художественное
произведение, с точки зрения классицизма, должно строиться на основании строгих канонов,
тем самым обнаруживая стройность и логичность самого мироздания. Интерес для
классицизма представляет только вечное, неизменное — в каждом явлении он стремится
распознать только существенные, типологические черты, отбрасывая случайные
индивидуальные признаки. Эстетика классицизма придаёт огромное значение общественно-
воспитательной функции искусства. Классицизм устанавливает строгую иерархию жанров,
которые делятся на высокие (ода, трагедия, эпопея) и низкие (комедия, сатира, басня).
Каждый жанр имеет строго определённые признаки, смешивание которых не допускается.
Как определенное направление сформировался во Франции в XVII веке. Французский
классицизм утверждал личность человека, как высшую ценность бытия, освобождая его от
религиозно-церковного влияния. Во многом классицизм опирался на античное искусство
беря его за идеальный эстетический образец, «золотой век».
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
193
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
MUSTAFA MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
UOT:78
RİTMİN TAPILMASI VƏ
MÜXTƏLİF ZƏRB ALƏTLƏRİNİN MEYDANA GƏLMƏSİ
Açar sözlər: Ritmin tapılması və müxtəlif alətlərin meydana gəlməsi, Ayaq döymə: Qaval daş,
Dəf, Qaval, Nağara, Membranlı zərb aləti: İdiofonlu zərb aləti,İdomenbranlı zərb aləti
Keywords: Finding the rhythm and the emergence of different instruments, Stomping:
Membrane Drum, tambourine stone, Daf, Tambourine, a percussive: Idiofonlu percussive,
Idomenbranlı percussive
Ключевые слова:Ритмин поиск и появление различных инструментов, не Топай: Гавал
даш, Бубен, Гавал, Нагара, Мембранные ударных инструментов: Идиофонлу ударных
инструментов, Идоменбранлы ударных инструментов
Azərbaycanda zərb çalğı alətlərinin kökləri çox-çox qədimlərə, ibtidai yaşayış dövrlərinə gedib
çıxır. Bu dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaratmışlar. Belə vasitələrdən biri ayaqdöymə
zərb üsulu idi ki, bu zaman qazılmış quyunun üzərinə quru ağac döşəyər, üstünü müxtəlif heyvan
dəriləri ilə örtərək onu ayaqla döyəcləməklə çeşidli ritmlər alarlarmış. İlk zərb alətləri, çox güman ki,
belə yaranmışdır. İndi də zorxana oyunlarından birinin adı "Ayaqdöymə" adlanır. (1)
Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda Cingirdağın ətəklərində
on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə -yanaşı, "Qaval daşı" adlanan böyük bir qaya
parçası da vardır. Bu qayanı daş parçası ilə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. (2)
Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə
olunduğundan bu günümüzə "Qaval daşı" adı ilə gəlib çatmışdır. Qaval daşı bu gün də zərb alətlərinə
xas olan keyfiyyətlərini saxlamaqdadır. Zərb çalğı alətlərinin müxtəlif növləri Azərbaycan ərazisində
tarixən çox geniş yayılmış və xalqımızın mədəni həyatında özünəməxsus rol oynamışdır.
Alətşünaslığımızın səciyyəvi xüsusiyyətlərindən biri də onun zərb çalğı alətləri ilə zənginliyidir.Hazırda
musiqi sənətimizin inkişafında başlıca rol oynayan bir çox zərb alətlərindən geniş istifadə edilir. Bu
alətlər, əsasən, 3 növə ayrılır:
1. Membranlı. Qrupa təbil, kos, qoşa nağara, nağara, dümbək və bu növ digər zərb alətləri
daxildir.
2. İdiofonlu. Buraya kasa və saxsı qablar, müxtəlif növlü laqqutular, şaxşaxlar, zınqırovlar,
qumrovlar və s. aid edilə bilər.
3. İdiomembranlı. Bu növ zərb alətlərinə qaval və dəf aid edilir.
Zəngin və müxtəlif növlü zərb çalğı alətlərindən bir çoxu: təbilbas, dənbal, məzhər, təbil,
qumrov, zil, dühul, zəng, zınqırov, kaman, sinc, davul, naqus, xalxal və başqaları musiqi
mədəniyyətimizin inkişafı tarixində müstəsna rol oynamış, lakin bu günümüzə gəlib çatmamışdır.
Orta əsrlərdə Azərbaycanda simli-mizrablı alətlər geniş yayılmışdır. “Kitabi-Dədə-Qorqud”
dastanında da musiqi alətlərinə dair məlumatlar var – burada qopuz, zurna, nağara kimi alətlərin adları
çəkilmişdir (3).
Zərb alətləri və onların orkestrdə yeri tarixən bütün musiqi alətlərindən əvvəl meydana gələn zərb
alətlərinin melodik yoxsulluğu onların musiqi sənətində özünə layiqli yer tutmasına mane ola
bilməmişdir. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, zərb alətləri musiqi sənətinin, musiqi
alətlərində yaranmasında mühüm rol oynamışdır. Zərb alətlərinin meydana gəlməsi insanın cəmiyyətdə
ilk şüurlu addımları ilə, onun kollektiv əmək təşəbbüsləri ilə çox bağlı olmuşdur. (4)
Praktik təcrübə sayəsində ibtidai axtarışlardan sonra primitiv əmək alətləri ilə yanaşı, ilk
194
musiqi alətlərini ixtira etməyə başladılar. Bir çox sınaqlardan sonra nağara və təbil kimi nisbətən
mükəmməl musiqi alətləri meydana çıxdı.
Zərb alətlərinin səsi qeyri-adi olaraq əmək və mərasim tədbirlərində hərəkətdə olan, yaxud
rəqs edən adamın bədənini vəcdə gətirir, onun hərəkətlərinə dinamiklik verir, təbiətdə mübarizədə
səylərini səfərbər etməkdə insana böyük kömək göstərirdi. Sonradan zərb alətləri hərbi yürüşlərin
müşayiətçisinə çevrildi.(5)
Qədim sivilizasiya mərkəzi olan Misir, Fələstin, Yunanıstan və Romada zərb alətlərindən
rəqsləri və oyun havalarını müşayiət etmək məqsədilə istifadə edirlər.
Qobustanda “Qavalçalan” daşın tapılması göstərir ki, Azərbaycanda da zərb alətlərinin yaranması
çox qədim dövrlərə gedib çıxır. Orta əsrlərdə Azərbaycanda bir çox zərb aləti mövcud olmuşdur.
Bunlardan qaval, dəf, nağara, qoşa nağara, dümbək, təbil əsrlərin sınağından çıxaraq bizim gün–lərimi–
zədək mühafizə olunmuşdur. Öz təsnifatına görə zərb alətləri iki qrupa bölünür: müəyyən səs tembrinə
malik zərb alətlərinə və qeyri-müəyyən səs tembrinə malik zərb alətlərinə ayrılırlar. Birincilər qanu–
nauyğun olaraq musiqi parçasının harmonik və melodik əsasına daxildirlər (məsələn, dəf, qaval): ikinci
qrupa daxil olan zərb alətləri isə (nağara, qoşa nağara, dümbək, təbil) ritmik və bəzəyici rol oynayırlar.
Hazırda Azərbaycan zərb alətləri, X.Ç.A orkestrlərində özünə möhkəm yer tutmuşdur. Qoşa
nağara və dümbək isə aşıq ansanbllarında geniş istifadə edilir. Təbilə bir sıra rayonlardan (Şəki,
Naxçıvan və s.) el şənliklərində təsadüf olunur. Qoşa nağaradan bəzi hallarda dəflə birgə orkestrdə
istifadə olunur. Zərb alətləri orkestrdə iki məqsədə xidmət edir:
1. Hərəkətin dəqiqliyi və sürəti üçün lazımi ritm yaratmağa
2. Musiqi parçasına bəzək verməyə.
Zərb alətlərindən çox ehtiyatla, zövqlə, yaradıcı şəkildə və müəyyən ölçü daxilində istifadə
olunmalıdır. Buna görə ifaçı çalışmalıdır ki, zərb alətləri dinləyicini yormasın.
ƏDƏBİYYAT
1.
Bünyadov T.Ə. “Əsrlərdən gələn səslər”. Bakı, Azər nəşr.1993, s 244-253
2.
Araslı Həmid. “Kitabi Dədə Qorqut dastanları. Bakı, Gənclik nəşriyyatı, 1978
3.
Cəmşidov Şamil. “Kitabi Dədə-qorqudu vərəqləyərkən”. Bakı, 1969
4.
Nizami Gəncəvi əsərləri 2-ci cild. Şərq-qərb nəşriyyatı. Bakı 2013, s 763
5.
Mədəni həyat jurnalı.Bakı, “Xatun plus” nəşriyyatı, s 84-85, 2013
ABSTRACT
Mustafa Mamedov
The article represent main facts snch as the process of discovery,development and improve
ment of the percussion instruments.the creation date of percussion instruments are insvestigated all
over the World esoecially in Azerbaijan in this article.This article manes report about kinds,
structures and form of the percussion instruments.It the same time it is about the history of the
musical instruments and their representation in the also about the historical territory of Azerbaijan
and the things that the men of primitive communal system use as musical instruments.
РЕЗЮМЕ
Мустафа Мамедов
Статья отражает в себе важные вопросы изобретения, процесс развития ударных
инструментов.Здесь исследуются корни зарождения ударных музыкальных инструментов,
время их зарождения во всем мире, в частности в Азербайджане. В статье сообщается о
видах, формах строения ударных музыкальных инструментов. Рассказывается о значении и
месте этих музыкальных инструментов в истории, о том что они являются памятником
материально- культурного наследия, иногда об их изображениях.Здесь так же рассказывается
о том,что ударные музыкальные инструменты были найдены на исторической територии
Азербайджана и использовались людьми первобытно общинного строя.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent İ.Məhərrəmova
195
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
GÜNAY MƏMMƏDOVA
Naxçıvan Dövlət Universiteti
UOT:7808
AZƏRBAYCAN AŞIQ SƏNƏTİ
Açar sözlər: Aşıq yaradıcılığı, varsaq, ozan, saz, aşıq məktəbləri, aşıq havaları
Key words: Ashug art, varsaq, ozan, saz, ashug schools, ashug songs
Ключевые слова: Ашугское творчество, варсаг, озан, саз, ашугские школы, ашугские напевы
Azərbaycan aşıq sənəti qədim, arxaik köklərə malik sənət növüdür. Tədqiqatçılar aşıq
sənətinin bünövrəsini ibtidai icma quruluşunun inkişaf etmiş mərhələsində araşdırılmasının lazım
olduğunu yazırlar.
Aşıq sənətinin təxminən 4 min il bundan əvvəl meydana gəldiyini söyləyən professor
T.Bünyadov bu sənətin ilk öncə köçəri maldar tayfalar şəklində yaşayan türkdilli qəbilələr arasında
yarandığını qeyd edir (1, s. 42-43).
Azərbaycan xalq musiqisini 3 təbəqəyə ayıran musiqişünas R.Zöhrabov belə bir bölgü aparır:
I-Xalq (mahnı və rəqs janrları)
II-Xalq-professional (aşıq musiqi yaradıcılığı)
III-Sırf şifahi professional musiqi janrları (muğam dəstgahları, kiçik formalı muğamlar, zərbi
muğamlar).
R.Zöhrabov qeyd edir ki, aşıq yaradıcılığı xalq musiqisi ilə şifahi professional musiqi janrları
arasında qovşaq təşkil edən bir musiqi formasıdır. O, həm xalq, həm də professional yaradıcılığı
özündə təcəssüm etdirir. Aşıq sənəti musiqi üslubu və quruluş cəhətdən folklora yaxındır. Deməli,
aşıq yaradıcılığı xalq-professional musiqi janrıdır.
Azərbaycan xalq musiqisinin ən böyük və zəngin qolunu aşıq yaradıcılığı təşkil edir. Aşıq
sənətinin yaradıcıları olan aşıqlar xalq sənətkarlarıdır. Professor P.Əfəndiyev aşıqları “xalqın ən
sevimli nəğməkarı” adlandırmışdır. Dahi bəstəkar Ü.Hacıbəyli isə bu barədə yazırdı: “Aşıq sənəti
xalqa, kütlələrə daha yaxındır, xalqın həyəcan və arzularını, xalq musiqisinin başqa növlərinə
nisbətən daha parlaq əks etdirir. Aşıq ictimai mövqeyinə görə kəndliyə, zəhmətkeş xalqa yaxındır.
Aşıq sənəti xalqın öz yaradıcılığıdır”.
Üzeyir bəy həmçinin aşıqları “əfsanəvi şəxslər və elin döyünən ürəyi” adlandırırdı.
Bu fikri davam etdirən və onu bir qədər də dərinləşdirən görkəmli xanəndə Bülbül yazır ki,
“Azərbaycan oxuma üslubunun əsl ustaları və yaradıcıları, aşıqlar olmuşlar. Onlar xalq
yaradıcılığının təbliğatçıları və ifadəçiləridirlər... Aşıqlar Azərbaycan xalqının ən qədim ifaçıları
olub, onun ideaları və arzuları ilə yaşamışlar”.
Görkəmli şair O.Sarıvəlli eyni zamanda aşıq sənətinin mahir bilicisi və tədqiqatçısı olaraq
belə yazır: “Şeirləri havalar üstə, havaları şeirlərə görə yaradan sənətkarlar, yaradıcı aşıqlar, şərti
olaraq desək, eyni zamanda el bəstəkarları olmuşlar”.
Xalq kütlələri içində yaşamış aşıqlar daima öz yaradıcılığında xalqın həyat və mübarizəsini əks
etdirmişdir. Əsrlərdir ki, Azərbaycan kəndlərində heç bir toy, qonaqlıq, ziyafət aşıqsız keçməmişdir.
Doğrudur, müəyyən zaman kəsiyində bu sənət və bu sənətin nümayəndələri nisbətən arxa planda
qalsalar da, artıq bu gün də bir çox toy-büsatlarda, şənliklərdə aşıqları tez-tez görmək mümkündür.
Orijinal və təkrarolunmaz olan aşıq sənəti xalqın əsrlər boyu əldə etdiyi yaradıcılıq ənənələri
üzərində yaranıb formalaşmışdır. Bu haqda S.Pirsultanlı qeyd edir: “Aşıq yaradıcılığı Azərbaycan
xalqının ictimai və bədii estetik fikir tarixində mədəniyyətin inkişafında əhəmiyyətli rol oynamışdır.
Aşıq təkcə öz yaratdığı saz-söz və dastan sərvətinin sahibi kimi məhdudlaşmamış, eyni zamanda
yüzillər boyu Azərbaycan folklorunun əsas hissəsinin daşıyıcısı, yaşadıcısı və yayıcısı kimi şərəfli
bir vəzifəni də yerinə yetirmişdir”.
T.Bünyadov isə xalqın istək və arzularının tərcümanı olan aşığın el arasında “Xalq aşığı”,
“Haqq aşığı”, “Ustad” kimi qiymətləndirildiyini, ona dərin hörmət bəsləndiyini açıqlayır (S.99). (1)
196
Aşıqlar xalq arasında yalnız el sənətkarı kimi deyil, həmçinin humanist, müdrik ustad, dar
gündə insanların dərdinə yanan, onlara yol göstərən ağsaqqallar kimi də məşhur olmuşlar.
Tarixin müxtəlif mərhələlərində bu sənətin nümayəndələri varsaq, dədə, yanşaq, ağsaqqal,
ozan, aşıq və s. kimi adlarla tanınmışdır.
“Aşıq” sözünün yaranması, mənşəyi haqqında maraqlı, dəyərli fikirlər söylənmiş və bu sahədə
bir sıra tədqiqat əsərləri ərsəyə gəlmişdir.
“Varsaq” sözünün yer, qəbilə, şeir forması və melodiya adı olması haqqında fikirlər mövcud
olmuş, yanşaq sözünün də müəyyən müddət aşıq mənasında işləndiyi söylənmişdir.
Dədə aşıqlar həm şair, bəstəkar, dastançı, həm də bu sənətin mahir biliciləri və ifaçıları
olmuşlar. “Kitabi- Dədə Qorqud” dastanından aşıqların xalq həyatındakı yeri və rolu haqqında
məlumat ala bilirik. Elə bu dastanda Dədə Qorqud öz dövrünün ustad ozanı olmaqla yanaşı, müdrik
bilici, çətin işləri yoluna qoyan el ağsaqqalı olmuşdur. Məhz bundan sonra öz müdrikliyi, ağlı,
ağsaqqallığı ilə fərqlənən el sənətkarlarına “dədə” deyildiyi məlumdur (P.Əfəndiyev, Azərbaycan
şifahi xalq ədəbiyyatı, Bakı, 1981). (2)
Tədqiqatçılar “ozan” sözünün isə təxminən VIII-X əsrlərdə işləndiyini söyləyirlər.
Nisbətən sonralar yaranan “aşıq” sözü isə “ozan”ı nə zaman əvəz etdiyi tam dəqiq məlum
deyil. Lakin alimlər güman edirlər ki, müəyyən müddət bu iki söz qoşa işlənmiş, uzun, mürəkkəb
tarixi, ictimai prosesin nəticəsində “aşıq” sözü artıq “ozan”ı əvəz etmiş, XIII-XIV əsrlərdən isə bu
söz öz təsdiqini tapmışdır.
Filoloqlar şifahi xalq ədəbiyyatının leksik materialları əsasında “aşıq” terminini bir sənətkar adı
kimi XIV-XV əsrlərdən ortaya çıxdığını qeyd edirlər. Bizə məlum olduğuna görə, adının qabağına
“aşıq” titulu gələn ilk xalq sənətkarı, Aşıq Abbas Tufarqanlıdır ki, o da XVII əsrin əvvəllərində yaşayıb-
yaratmışdır. XVI əsr aşığı Qurbani isə titulsuz məşhurdur. (Qobustan, 2003, №3)
Bir çox tədqiqatçılar “aşıq” sözünü ərəb, bəziləri isə türk mənşəli olduğunu qeyd edirlər. Ərəb
mənşəyinə bağlayanlar bu sözün “eşq”, “aşıq” mənasında olduğunu, həqiqətən də aşıqların eşq
divanəsi, məhəbbət vurğunu olduğunu sübut edirlər. Bir sıra alimlər isə bu sözün kökünü türk
dilində axtararaq “aşıq” sözünü “işıq” sözü ilə uyğunlaşdırmış, onların məna oxşarlığını, aşığın
işıqlı, nurlu adam olduğunu, bu işığın ona Tanrı tərəfindən verildiyini söyləmişlər. Bu barədə
İ.Sadıq özünün “Aşıq sözünün kökü haqqında” (Qobustan, 2004, №1) adlı məqaləsində belə yazır:
“Aşıq sözünün köklərini ərəb dilində axtarmaq cəhdləri, hər şeydən öncə aşıq sənətinin tarixini
saxtalaşdırmaqdır. Guya Azərbaycanda aşıq sənəti ərəb işğalından sonra yaranmışdır. Halbuki, aşıq
sənətinin, saz sənətinin, Dədə Qorqud dövründə tam kamilləşdiyini püxtələşdiyini görürük...”.
Folklorşünas, alim, professor M.H.Təhmasib isə bu məsələyə belə yanaşır: “Aşıq” titul- ad –
sözü, şübhəsiz ki, ərəbin eşq sözü ilə bağlıdır. Lakin ancaq bağlıdır. Bizcə, aşıq ad- titulu bəzən
düşünüldüyü kimi heç də ancaq və ancaq ərəbin eşq sözünün faili olan aşiqin bizim dil
qanunlarımıza uyğunlaşmış forması deyil (Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər)
Bakı, 1972, s.41). M.H.Təhmasib də belə bir nəticəyə gəlir ki, “aşığ”ın kökü qədim türk sözü olan
“aş”dır. Bu sözün “aşılamaq” forması həm də nəğmə mənasında işlənmişdir.
Aşıq sənəti geniş, əhatəli yaradıcılıq sahəsidir. Əsasən yaddaşlarda yaşayan bu sənət növü
sinkretikdir. Sinkretizm- müxtəlif yaradıcılıq növlərinin bir sənətdə birləşməsi, cəmləşməsidir. Aşıq
sənəti də bir neçə ədəbi və musiqi janrlarını əhatə edir. Bu mənada onun geniş əhatəliliyi, nüfuzu,
aşıq sənətinin milli mədəniyyətin inkişafında rolunu çox böyükdür.
Bu sənət növü özündə şairlik, bəstəkarlıq, xanəndəlik, ifaçılıq, rəqs, aktyorluq və s. kimi
xüsusiyyətləri özündə birləşdirir. Milli-mədəni prosesin formalaşmasında bir çox janrları özündə
ehtiva etmiş və bununla da ümummədəni inkişafın tərəqqisinə geniş imkanlar açmış bu sənət şərəfli
olduğu qədər çətin, mürəkkəb və son dərəcə ustalıq, həssaslıq, mahirlik tələb edən sənətdir.
Professor P.Əfəndiyev özünün “Azərbaycan şifahi xalq ədəbiyyatı” adlı dərsliyində qeyd edir
ki, aşıqları əsasən iki qrupa bölürlər: yaradıcı – yəni ustad aşıqlar, peşəkar- ifaçı aşıqlar.
Ustad aşıq dastan qoşur, şeir yazır, musiqi bəstələyir, sazda çalır, oynayır, oxuyur. Göründüyü
kimi bu qrupa daxil olanlar kamil sənətkarlardır.
Peşəkar- ifaçı aşıqlar isə yaradıcılıq qabiliyyəti baxımından zəifdirlər. Belə aşıqlar ustad
aşıqların yaratdığı şeir və dastanları əzbərləyir, onları ifa edirlər. Onlar məlahətli səslə oxuyur, saz
çalır, yaradılan şeir və dastanları təbliğ edir, yaşadırlar.
Başqa mənbələrdə isə (T.Məmmədov “Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti”,
Bakı, 2002; T.Bünyadov “Əsrlərdən gələn səslər”, Bakı, 1975) biz bu qruplaşmanın üçə
bölündüyünə dair məlumatlar alırıq: ustad aşıqlar, ifaçı aşıqlar, şair aşıqlar.
197
Aşıq sənətində mühüm məsələlərdən biri aşıqların öz şagirdini yetişdirməsi olmuşdur. Axı,
aşıqların yaratdığı sənət nümunələri də çap olunmamış, əsrdən-əsrə şifahi şəkildə ötürülmüşdür. Elə
bu baxımdan hər bir ustad aşıq şagird yetişdirmiş, öz ədəbi irsini, təcrübəsini bu yolla gələcək
nəsillərə çatdırmışdır.
Şagirdlərin təlim-tərbiyəsində “ümumbəşərilik” və “şəxsiyyət” anlayışları çox mühüm yer
tutur. Təlim-tərbiyədə ümumbəşərilik prinsipi saz-söz sənətinin, ümumiyyətlə, ictimai tərbiyəvi
vəzifələri ilə bağlıdır. Mərhum Aşıq Əkbər (Cəfərov 1933-1990) həmişə deyərmiş ki, “yaxşı aşıq
yetişdirmək istəyirsənsə, gərək əvvəlcə yaxşı insan tərbiyələndirəsən. ” Şifahi hazırlıq ənənəsinin
məğzini dərk etmək üçün ilk növbədə onun məqsəd və xüsusiyyətləri müəyyən edilməlidir. “Şifahi
ənənəli təlim” anlayışı üç tərkib hissədən ibarətdir: “Şifahi” - bilik, təcrübə və vərdişlərin ustadan
şagirdə canlı şəkildə ötürülmə (verilmə) üsulu; “ənənəvi” - təcrübənin varisliyinin, təlim üsulu,
qaydası və tərzinin dəyişməzliyi; “təlim” sözünün özü isə onun peşəkarlıq və tamdəyərlilik, keçilən
fənnin – aşıq sənətinin peşəkarlığını, ustadla şagirdin birgə fəaliyyət dərəcələrini aşkarlayır.
(T.Məmmədov, “Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti”, Bakı, 2002, səh. 22)
Bu sənətin əsas xüsusiyyətlərindən biri də improvizədir. İmprovizə zamanı aşıqlar ifa edə-edə
bədahətən yaradır, yarada-yarada ifa edir.
Aşıq yaradıcılığına məxsus nümunələr qeyd etdiyimiz kimi yazıya alınmamış, şifahi şəkildə
yaşadığı üçün zaman ötdükcə müəyyən dəyişikliyə uğramış, bəziləri isə itib-batmışdır. Bu sənət
nümunələrinin toplanılıb yazıya alınması əsasən XX əsrin əvvəllərindən başlamışdır. Doğrudur,
XIX əsrin əvvəllərində də Tiflisdə, Moskvada və Peterburqda nəşr edilən rus mətbuatı səhifələrində
bir sıra aşıqların qoşmalarına rast gəlsək də, yuxarıda da dediyimiz kimi bu sahəyə yüksək maraq
XX əsrdən oyanmışdır.
“Koroğlu” və “El aşıqları” (V.Xüluflu), “Azərbaycan aşıqları”, “ Aşıqlar” (H.Əlizadə) adlı
kitablar və s. məhz XX əsrin tədqiqatlarına aiddir. Ədəbiyyatşünas S.Mümtazın aşıq şeirinin
toplanılmasında əvəzsiz xidmətləri olmuş, H.Araslı, M.H.Təhmasib, Ə.Axundov, M.Seyidov,
A.Nəbiyev, Q.Namazov, M.Həkimov və adlarını çəkmədiyimiz bir sıra alimlər aşıq poeziyasını
dərindən tədqiq etmiş və çox qiymətli materiallar ortaya çıxarmışlar.
Aşıq yaradıcılığının musiqi tərəfdən problemlərinə dair Ü.Hacıbəyli, A.O.Kərimli, K.Dadaşzadə,
T.Məmmədov, R.İmrani, F.Xalıqzadə, N.Bağırov, İ.Köçərli, Ə.Eldarova və s. kimi görkəmli
musiqişünaslarımız əhəmiyyətli tədqiqat əsərləri ərsəyə gətirmiş, bu sənətin musiqi qolu, forma və
janrları haqqında geniş məlumatlar verərək onun milli musiqi mədəniyyətinin yaranışından bəri
oynadığı çox mühüm rolu, əvəzsiz xidməti öz tədqiqatlarında işıqlandırmışlar. Eyni zamanda rus
musiqişünasları V.Belyayev və V.Vinoqradov və başqaları Azərbaycan aşıq sənəti ilə maraqlanmış, öz
əsərlərində dəyərli müddəalar irəli sürmüşlər.
Aşıq yaradıcılığının janrları haqqında Ə.Eldarova yazır ki, “Çoxcəhətli xalq yaradıcılığının
qüvvətli qollarından biri olan aşıq musiqili - ədəbi janrı əsrlər boyu yeniləşmək, zənginləşmək və
billurlaşmaqla yanaşı, bir sıra əsaslı dəyişikliklərə də uğramışdır. Bununla birgə zəmanəmizə qədər
gəlib çatan rəngarəng janrların bir sıra sabit keyfiyyətlərə malik olduğunu əyani şəkildə görürük...”
Saz-aşığın əsas çalğı alətidir. Tarixin müxtəlif çağlarında aşıqları balaban çalanlar da
müşayiət etmişlər. Lakin məlahətli, gözəl səsə malik olan aşıqlar isə balabana ehtiyac duymamışlar.
Məsələn, tədqiqatçılar yazır ki, Cilli Aşıq Müseyib həmişə balabansız çalıb-oxuyarmış. Hətta Aşıq
Müseyibin qarşısına çıxa bilən olmamış və elə buna görə də o, tək oxuyurmuş.
Azərbaycan aşıq sənəti tarixində bu gün də adı yaddaşlara həkk olunan aşıqlar mövcud
olunmuşdur: Aşıq Ələsgər, Molla Cümə, Ağ Aşıq (Kosacanlı), Aşıq Abbas Tufarqanlı, Xəstə
Qasım, Qurbani, Aşıq Abbas Dəhri, Aşıq Süleyman, Sarı Aşıq, Aşıq Valeh və başqaları.
Peşəkar saz-söz sənətində təxəllüs əksər hallarda ustadın dünyaya göz açdığı yerlə bağlıdır:
Abbas Tufarqanlı, Şəmkirli Aşıq Hüseyn, Göyçəli Aşıq Ələsgər, Bozaqanlı Aşıq Hüseyn və i.a.
Zahiri görünüşün (Sarı Aşıq, Sarı Zülfüqar, Çopur Ələsgər və s.), əmək fəaliyyətinin (Dəmirçi
Hüseyn, Dəmirçi Abbas, Xəyyam Mirzə və s.), mənəvi keyfiyyətlərin poetik ifadəsinin (Xəstə
Qasım, Bimaz İsgəndər, Aşıq Hüseyn Mərdanə, Həsən Pərvanə və s.) də təxəllüs götürmədə böyük
yeri var (T.Məmmədov “Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti”, Bakı, 2002, səh. 20).
Azərbaycan aşıqlarının keçmiş əsrlərdəki nümayəndələri əsasən xalq yaradıcılığı
nümunələrini ifa edən şəxsiyyətlər olmaqla yanaşı, şifahi xalq şeiri üslubunda yazan sənətkarların
yaradıcılığını da geniş təbliğ edirdilər. Öz əsərlərini xalq ruhunda yazan Qurbani, Tufarqanlı Abbas
və Xəstə Qasım kimi yaradıcı sənətkarların müəyyən hissəsi saz çalmaq, məclis keçirmək
198
peşəsindən kənar olsalar da onların yaradıcılığı aşıq şeirinin bütün xüsusiyyətlərinə uyğun olduğu
üçün “ustad”, “dədə”, “aşıq” kimi adlarla şöhrətlənmişlər.
Azərbaycan milli aşıq yaradıcılığı ifaçılıq nöqteyi nəzərindən müxtəlif regionlara bölünür və
hər regional qrup özünün orijinallığı ilə fərqlənir.
Coğrafi baxımdan geniş yayılan aşıq sənəti Şimali və Cənubi Azərbaycan, Dağıstan,
Gürcüstanın Qarayazı, Borçalı rayonları, Göyçə, Dərələyəz, Şərqi Anadolu, İraqın Kərkük vilayəti
və s. ölkələrdə təsdiqini tapıb. Hələ qədim zamanlarda adlarını sadaladığımız bölgələrin
özünəməxsus aşıq məktəbləri olmuşdur: Borçalı-Qarayazı, Gəncə-Gədəbəy, Kəlbəcər, Göyçə,
Dərələyəz, İrəvan, Çıldır, Şirvan, Dərbənd aşıq mühiti və s.
Folklorşünas-alim A.Nəbiyev özünün “Azərbaycan aşıq məktəbləri” adlı elmi-nəzəri tədqiqat
əsərində Azərbaycanda mövcud olan müxtəlif bölgə aşıq məktəbləri, onların səciyyəvi xüsusiyyətlərini
və fərqlərini araşdırmış, Anadolu, Şirvan, Zaqatala, Təbriz, Göyçay, Qarabağ aşıq məktəbləri, onların
mühiti, yaradıcılıq üslub və metodları haqqında mühüm nəticələr əldə etmişdir. Alim belə bir qənaətə
gəlmişdir ki, təşəkkül tapmış bölgə aşıq məktəblərindəki aşıq sənəti bədii təsir gücü ilə daim xalq
yaradıcılığı mənbəsi olmaqla yanaşı insanın həyatı kimi sonsuz problemlərlə də qarşılaşır, eyni zamanda
bu sənət xalq yaradıcılığı bulağı olmaqla xalqın spesifik mədəniyyətinin formalaşmasına çox güclü təsir
göstərir və mədəniyyət yaradıcıları üçün ilham mənbəyi kimi çıxış edir.
Müxtəlif tədqiqat əsərlərinə əsaslanaraq aşıq məktəblərinin havacat və onun ifa üslubunda,
istər yerli danışıq, istərsə də saz çalğısı, oxunma texnikası, səs yüksəkliyi və səslənmə
xüsusiyyətlərində, tək və ansambl (birgə) heyətdə çıxışlarına görə bir-birindən fərqlənməsi barədə
professor T.Məmmədov belə yazır: “... Borçalı, Çıldır və Urmiya aşıqları ancaq təklikdə çıxışa
üstünlük verdikləri halda, Tovuz, Gəncə-Şəmkir, Qarabağ sənətkarları həm təklikdə, həm cüt, həm
də balabançı ilə məclis keçirirlər. Şirvan və Təbriz aşıqlarının havacatı və ifa tərzi ilə Göycə və
başqa Qərb aşıq məktəbləri arasında köklü oxşarsızlıqlar var” (s 23).
Bu aşıq məktəbləri içərisində Borçalı aşıq mühitinin özünəməxsusluğu həmişə Azərbaycan
aşıqları tərəfindən yüksək qiymətləndirilmişdir. Virtuoz və bədii təsvir vasitələri ilə dolu güclü saz
ifaçılığına malik olan Borçalı aşıqları balabanın müşayiətindən istifadə etmirdilər.
Göyçə aşıq mühiti də maraq doğuran regional qruplardandır. Bu aşıq mühitinin yetirdiyi
sənətkarlardan Aşıq Alının, Aşıq Ələsgərin və onlarla ustad aşığın adını çəkmək olar.
Aşıq məktəblərinin müxtəlifliyi və özünəməxsusluğu əsasən ifaçılıq maneraları ilə bağlıdır.
Eyni bir aşıq havasının başqa-başqa şəkildə ifa olunmasına baxmayaraq, bu məktəbləri sıx şəkildə
birləşdirən xüsusiyyətlər var. Bu aşıq məktəblərdə saz havası demək olar ki, eyni adı daşıyır.
Bununla yanaşı, aşıq havacatları müxtəlif olduğu kimi, Azərbaycanın müxtəlif bölgələrində eyni
aşıq havası dəyişik adlarla ifa olunur. Məsələn: “Qaraçı” havası Şirvanda “Qobustan” adı ilə,
“Hüseyni” isə “Şirvan müxəmməsi” kimi və s.
Digər aşıq məktəblərdən fərqlənən Şirvan aşıq mühitinin öz spesifik xüsusiyyətləri
mövcuddur. Tədqiqatçılar yazırlar ki, aşıqların ifa üslubu daha çox Azərbaycan muğam sənətinə
yaxındır. Onların ifa etdikləri “Şirvan şikəstəsi”, “Döymə Kərəmi” və s. havalar zərbi-muğamlarla
bağlıdır. Məsələn: “Şirvan şikəstəsi” bu gün də zərbi muğam kimi oxunur. Şirvan aşıqlarının daha
bir spesifik cəhəti də onların ifa etdiyi havaları balaban, nağara, dəf ilə müşayiət olunur.
Şirvan aşıqlarının yaratdıqları bir çox havalar bu gün Azərbaycan xalq mahnısı kimi şöhrət
qazanmışdır: “Səhər-səhər bağa girdim”, “ Nazlana- nazlana” və s.
Əlbəttə, yuxarıda adlarını sadaladığımız aşıq məktəblərinin hər birinin özünəməxsus,
xüsusiyyətləri, öz yetirmələri və əhəmiyyətli fəaliyyəti vardır.
Aşıq yaradıcılığında mövcud olan saz havaları özünün mövzu dairəsinə görə də rəngarəngdir. Bu
havaların melodiyaları sevinc, kədər, igidlik, mətinlik, mərdlik, qəhrəmanlıq və s. duyğularını aşılayır.
Folklor tədqiqatçıları saz havalarının sayının 72, bəzən də 100-ə qədər olmasını qeyd edirlər.
Aşıq şeiri janrları çeşidli olduğu üçün, həmçinin aşıq qoşmaları da məzmunca rəngarənglik
kəsb etdiyi üçün mahnının mətninə uyğun saz havası adlandırılır. İgidlik, cəngavərlik, mərdlik
mövzusunda bütün “Koroğlu havaları”nı (Tədqiqatçılar “Koroğlu” havalarının 50-dən çox olmasını
yazırlar) göstərə bilərik.
Havaların bir çoxunun adı Azərbaycan sözləri ilə (“Sarıtel”, “İncə güllü”, “Paşa köçdü”,
“Gəraylı” və s.), bəziləri ifa olunduğu bölgənin adı ilə (“Göyçə gülü”, “Naxçıvanı”, “Köhnə
Naxçıvanı”, “Şərili” “Ağır şərili” və s.), bəziləri onu ifa edən tayfa və qəbilələrin adları ilə (“Afşari”,
Şahsevəni”), bir qismi isə havanın ən mahir ifaçısının adı ilə (məsələn, “Göyçə gözəlləməsi” havası
199
onun mahir ifaçısı Aşıq Ələsgərin şagirdi Aşıq Nəcəfin adı ilə “Nəcəfi” kimi məşhurdur. Həmçinin
“Mirzəcanı”, “Köhnə Aşıq Hüseyni və s.) bağlı olmuşdur.
Aşıq havalarının musiqili-poetik formullarını araşdıran professor F.Xalıqzadə aşıq
oxumalarının ritminə görə bəhrli (müəyyən ölçülü) və bəhrsiz (sərbəst ölçülü) janr qruplarına
bölündüyünü yazır. Musiqişünas həmçinin qeyd edir ki, şeir bəndinin bitkinliyi, misraların
bərabərliyi, həmçinin onların daxili quruluşunun ahəngdarlığı aşıq mahnılarında əks olunaraq güclü
ifadə vasitəsinə çevrilir. Heca vəzninin əsas prinsiplərini musiqi intonasiyasının strukturunu təyin
edir. Bunun nəticəsində yaranan spesifik musiqi ritmi öz ifadəsini melodik hərəkətdə tematik
inkişafda və ümumi formanın təşəkkülündə tapır. “Musiqili-poetik formulların ən səciyyəvi
xüsusiyyətlərindən birinin də heca qruplarının xanələrə sığmasıdır” – deyən F.Xalıqzadə xanənin
ölçü və quruluşunun onu təşkil edən özəyin tipindən asılı olduğunu yazır.
Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi aşıq sənəti şifahi ənənələrə əsaslanır və nəsildən-
nəslə, dildən-dilə ötürülür. Öz bədii estetik dəyəri, eləcə də dünya şifahi xalq yaradıcılığı inciləri
sırasına daxil olması ilə fərqlənən bu sənət növü indi də mövcuddur, belə ki, xalq içərisində daha da
inkişaf edir, sevilir, çiçəklənir və Azərbaycan xalqının musiqi təfəkkürü fəlsəfi mədəniyyətinin
xüsusi hissəsini təşkil edir.
Dostları ilə paylaş: |