Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

ƏDƏBİYYAT 
 
1.
 
Bünyadov T. Əsrlərdən gələn səslər. Bakı, 1975 
2.
 
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1981 
3.
 
Səfərov Y. Naxçıvan aşıq ədəbi mühiti.
 
Naxçıvan, 2009 
4.
 
Zöhrabov R. Muğam. Bakı, 1991 
5.
 
Sarıvəlli O. Qüdrətli şair, ustad sənətkar.  Bakı, 1971 
6.
 
Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı, 1972 
7.
 
Məmmədov T. Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti. Bakı, 2002 
 
ABSTRACT 
Gunay Mammadova 
Azerbaijan ashuq art 
In the article is reported about an ancient and archaic art of the ashuq,  creation of the ashuq 
word and the origin of the word. It is noted that ashuq creativity is contane the biggest and richest 
branch of Azerbaijan folk music. 
At  the  same  time  in  the  article  is  reflected  ashuqs  and  ashuq  schools  which  acting  some 
century ago. 
 
РЕЗЮМЕ 
Гюнай Мамедова 
Азербайджанское ашугское исскуство 
 
В  статье  говорится  о  древних,  архаических  корнях  Азербайджанского  ашугского 
творчества о значении и источнике слова «ашуг». Отмечается и то, что ашугское искусство 
является самым широким и богатым наследием в  азербайджанской музыке. 
 
Также, в статье есть интересные обсуждения о древних известных ашугах, ашугских 
школах и о научно-иследовательских работах об ашугском творчестве. 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 
 
 
 
 

200 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
SƏYYARƏ SADIXOVA  
Seyyare.sadiqova@mail.ru 
UOT:75 
MÜXTƏLİF İNCƏSƏNƏT CƏRƏYANLARININ HÜSEYN ƏLİYEV YARADICILIĞINDA 
TƏCƏSSÜMÜ 
 
Açar sözlərekspressionizm, karikatura, naturalizm, impressionizm, abstraksionizm 
Key words: expressionism, caricature, naturalism, impressionism, abstractionism  
Ключевые слова экспрессионизм, карикатура, натурализм, импрессионизм, 
абстраксионизм 
 
Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin yaradıcılığında müxtəlif janrlar, işlədiyi texnikalar, 
qrafika  ayrı-  arılıqda  kifayət  qədər  araşdırılmışdır.  Onun  akvarel  monotipiyalar,  mənzərə  janrında 
çəkdiyi  əsərlər  öz  fövqətəbiiliyi  ilə  nəzəri  cəlb  edir.  Lakin  bu  onun  yaradıcılığının  ilk  dəfə  baxarkən 
qiymətləndirilən görünən üzüdür. Onun əsərlərinin hansı texnika ilə işlənməsini, hansı janrı əhatə etməsi 
rəssamlıqdan kiçik bir anlayışı olan  bir adam tərəfindən də düzgün olaraq təsnif oluna bilər. Bu onun 
yaradıcılığını  daha kiçik,  dar  çərçivədə araşdırmaq təəssüratı oyada bilər. Ən başlıca məsələ  odur ki, 
onun  yaradıcılığı savadsız,  amma istedadlı həvəskar rəssam nəzəri ilə məhdud çərçivədə deyil, daha 
böyük  miqyasda  hərtərəfli  təhlil  bacarığına  malik  olan  sənətşünas  gözü  ilə    rəssamlıq  cərəyanları 
nöqteyi  nəzərindən  savadlı  təhlil  olunsun.  İstər  rəssamın  işlədiyi  monotipiyalarında,  istər 
karikaturalarında,  istərsə  də  mənzərələrində  müxtəlif  cərəyanların  təzahürlərini  tapmaq  mümkündür. 
Məs;  Onun  Göygölü  vəsf  edən  mənzərələrində  realizm,  monotipiyalarında  abstraksionizm, 
karikaturalarında kritisizm və ekspressionizm portretlərində isə realizm və sentimentalizm cərəyanları 
öz əksini tapır. 
Dahi  rəssam  müxtəlif  zəhmət  adamlarının,  sıravi  vətəndaşların  yaşadıqları  real  mühiti 
tablolarında  təsvir  etməklə  realizm  cərəyanının  onun  əsərlərində  yaşadığını  sübut  etmişdir. 
Leninqradda  oxuyarkən  əhatəsində  olan  rəssamlar  və  müəllimlərinin  də  çoxunun  realizm 
cərəyanının  nümayəndələri  olması  onun  yardıcılığına  da  istər  istəməz  öz  təsirini  göstərmişdir. 
Aleksandr Brodski, Boris İanqson, Semion Abuqov, Mixayl Bernşteyn, Arxip Kuinci və başqaları 
Hüseyn Əliyev yaradıcılığına əhəmiyyətli töhvələr vermişlər. 
Xalq rəssamının karikaturalarında simvolizm cərəyanının elementləri duyulur. O bu cərəyana 
aid  hələ Leninqradda təhsil almazdan əvvəl karikaturalar çəkməyə başlamışdı. Onun çəkdiyi siyasi 
xarakterli karikaturalar xüsusilə simvolizm nümunələri sayılır. 1931-ci ildə Boynuna ilan dolanmış 
adam və başı üzərindəki top karikaturası əsl simvolik əsərdir. Bu Yaponiyanın Mancuriayanı işğal 
etməsi ilə bağlı karikaturadır. Burada ilan aclıq və səfalətin, adam yazıq və günahsız insanların, top 
isə müharibənin rəmzidir. 
Hüseyn  Əliyev  karikaturalarında  modernist  ideyalar  da  özəksini  tapmışdır.  Amma  bu 
modernizm  cərəyanının  onun  yaradıcılığında  mövcudluğu  demək  deyil.  Çünki  modernizm 
cərəyanının  özünün  meyarları  vardır.  Ədalət  Əliyev  2009-cu  ildə  nəşr  olunmuş    “Azərbaycanın 
Xalq Rəssamı Hüseyn Əliyev”  adlı kitabında Hüseyn Əliyevin modernist və yenilikçi ideyalarını 
üzə çıxarmışdır. “ 1929-cu ildə Azərbaycanın  ictimai-mədəni  həyatında  mühüm hadisə baş verdi: 
ərəb hürufatlı əski əlifba latın qrafikalı yeni əlifba ilə əvəzləndi. Hüseyn Əliyev bu tarixi hadisəyə 
münasibətini  “Molla  Nəsrəddin”də  dərc  olunmuş  “Əski  əlifbanın  dəfni”satirik  rəsmində 
özünəməxsus  ustalıqla  ifadə  etmişdir.  Köhnə  əlifbanı  ictimai  geriliyin,  savadsızlığın  rəmzi  kimi 
səciyyələndirən rəssam Molla Nəsrəddinin əlindəki belin üzərində latın qrafikalı hərflərin təsviri ilə 
yeni əlifbanın mütərəqqi xarakterini göstərir” (1, 12). 

201 
 
 
Əskiəlifbanındəfni 
 
Xalq  rəssamı  təbiətin  əsrarəngiz  gözəlliyini  əks  etdirməklə  pozivitizm  cərəyanının 
mövcudluğunu  mənzərə  əsərlərində  hiss  etdirmişdir.  Bundan  başqa,  rəssamın  Maralgöl  əsərində 
expressionzmin  də  təsiri  duyulur.  O,  çılğın  insan  xarakterini  sanki  Maralgöl  ətrafındakı  məkana 
yansıtmağa  çalışmışdır.  Ekspressionizm  təkcə  onun  mənzərələrində  deyil,  həmçinin 
karikaturalarında  da  əks  olunmuşdur.  Ekspressionizm  latın  sözü  olub  ifadəlilik  deməkdir.  Hələ 
Qobustan  qayalarındakı  rəsmlərdən  bizə  yadigar  kimi  gəlib  çıxan  ekpressionizm  o  vaxtdan 
Azərbaycanda mövcud idi. Ekspressionizm XIX əsrin sonunda dəbdə olan və buna görə də, bədii 
yaradıcılığın  aparıcı  prinsiplərini  və  meyllərini  müəyyən  edən  naturalizmin  və  impressionizmin 
antipodu kimi meydana gəlmiş və formalaşmışdır (4,14). 
Hüseyn Əliyevin  karikaturaları  ilk baxışdan  yumor və acı  kinayə ilə qarşılansa da orada bir 
sıra cərəyanları görmək olar. Ekspressionizm istənilən janrda işlənmiş əsərlərdə tapıldığına görə o 
sərhəd tanımır və karikaturalarda belə özünü göstərə bilər. Ekspressionizm keçən əsrin sonlarında 
ən həssas mütəfəkkirlər, sənətkarlar tərəfindən duyulan və yüzilliyimizin sonuna qədər inqilablarda, 
müharibələrdə gerçəkləşən siyasi-ictimai zəlzələlərin incəsənətdə ən əyani, ən kəskin, ən pessimist 
ifadəsidir.  Ekspressionist  sənətkar  dünyanı  başına  alan  şər  quvvələrə  qəti  etirazını  bildirir,  lakin 
onlara  qarşı  mübarizənin  çəmini  tapa  bilmədiyinə  görə  ümidsizliyə  qapılırdı.  Lakin  hərdən  bu 
ümidsizliyi  karikaturalardakı  acı  kinayə  ilə  soyutmaq  mümkün  olur.  Belə  bir  əsərlərdən  biri  də 
Hüseyn  Əliyevin  çəkdiyi  “Kişi  evlənir”  karikaturasıdır.  O  1929-cu  ildə  çap  etdirdiyi  bu 
karikaturasında  tamahkar  Bülbüləli  kişinin,  Şağanlı  varlı  dul  qadını  ələ  keçirmək  cəhdi  təsvir 
olunur. Burada kişinin yırtıcı xisləti ifşa olunur (2). 
 
Kişi evlənir, 1929 

202 
 
Van Qoq deyirdi ki, karikatura həmişə ekspressionist ideyalarla zəngin olub. Bu onunla izah 
olunur ki, ekspressionist karikaturada müəllif həmişə çəkdiyi personajın xüsusiyyətlərini təhrif edir 
və özünəməxsus şəkildə onun əsl keyfiyyətini üzə çıxarır (3,382). 
   Hüseyn  Əliyevin  mənzərələrində  naturalizm  cərəyanının  da  mövcudluğu  danılmazdır. 
Naturalizmdə əsər ən incə detalı ilə çəkilir. Hüseyn Əliyevin Göygöl sanatoriyası əsəri buna bariz 
nümunədir.  Buradakı  sanatoriya  binası,  onun  arxasındakı  heykəl  və  heykəlin  o  tərəfində  olan 
ağacların arxasındakı göl və hətta onun sahili naturalizmə ən gözəl misaldır. 
 
ƏDƏBİYYAT 
 
1. Əliyev Ə.H., Azərbaycanın Xalq Rəssamı Hüseyn Əliyev, 2009. 63 s. 
2. Molla Nəsrəddin jurnalı, 1929-cu il №9 
3. Jeoff Martz, Kim Magloire, Theodore Silver, Cracking the Act, Princeton Review Publishing    
    L.L.C, New York, 2005, ISBN-0-375-76455-0 
4. Sürrealizm, Dadaizm. İntuitivizmhttp://marketing.ucoz.org/muh2 
 
 
ABSTRACT 
Sayyara Sadikhova 
In  the  article  differentart  movements  are  dealt  with  in  Hussein  Aliyev’s  creative  work. 
Abstractionism  in  his  landscapes  and    monotypes,  as  well  as,  expressionism  and  symbolism  are 
reflected  in  his  caricatures.  There  are  Posivitism  and  sentimentalism    in  his  landscapes  while 
abstractionism prevails in People’s Artist’s monotypes. Among his landscapes,it is possible to find 
paintings  which  he  dedicated  to  Goygol.Besides  ignorance  and  illiteracy  are  criticized  in  his 
caricatures  and  modernist  ideas  are  agitated.  It  is  possible  to  come  across  modernist  ideas  in 
painter’s  caricatures.  But  it  doesn’t    mean  that  he  worked  in  this  movement.  That  is  why  this 
movement  has  its  criteria.  In  the  article  people’s  artist’s  different  genres  and  techniques  are 
mentioned. Article consists of key words, introduction, main idea, conclusion, the list of references. 
Besides, it is possible to see two abstracts in English and Russian languages. 
 
 
РЕЗЮМЕ 
Сейаре Садыховой 
В  стате  идет  реч  о  различных  направлениях  искусства  в  творчестве  Гусейна  Алиева. 
Абстрактционизм    в  его  пейзажах  и  монотипиях  о  так  же,  в  его  карикатурах  отражается 
експрессионизм  и  символизм.Позивитизм  и  сентиментализмявляются  в  его  пейзажах,когда 
абстраксионизм  превилиривает    в    монотипиях  народного  художника.Среди  его  пейзажей, 
можно  наити  рисунки,  которые  он  посвещал  Гейгелем..Кроме  того,  неведение    и  
неграмотность  критикуются  в  его  карикатурах.  Можно  встретить  современные  идеи  в 
карикатурах художника. Но это не значит, что он работал в этом направлении. Потому что, 
это  направление  имеет  свои  критерии.  Нужно  отметить  что,  портреты,  которые  народный 
художник нарисовал считаются  примерами реализма. В статье затрагивиются разные жанры 
и  техники  народного  художника.Статьясоответствует  всем  требованиям    и  состоит  из 
ключевых  слов,введения,  обсуждения,  заключения,  списка  литературы.  Кроме  того,  можно 
видеть резюме на английском и русском языках.  
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 
 

203 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
SÜBHİ KƏNGƏRLİ 
Naxçıvan Dövlət Universiteti 
UOT:069 
MÜSTƏQİLLİK İLLƏRİNDƏ MUZEYLƏRİN FONDLARININ ELMİ-BİBLİOQRAFİK 
TƏDQİQİ. (NAXÇIVANDA GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİN MUZEYLƏRİ 
MATERİALLARI ƏSASINDA) 
 
Açar sözlərEkspozisiya, unikal, şit, planşet, maket, interyer, qalereya 
Key wordsexposition, fund, exhibit, gallery, unique, design, standboards 
Ключевые словаэкспозиция, фонд, экспонат, галерея, макет, уникальный, щит 
 
Ulu  öndərimiz  Heydər  Əliyev  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  qədim  Naxçıvan 
diyarının yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında demişdir: 
"Naxçıvan  böyük  şəxsiyyətlər  yetişdirmiş  torpaqdır.  Naxçıvan  həmişə  böyük  şəxsiyyətlərlə 
fərqlənmiş və bu şəxsiyyətlər alimlər, münəccimlər, şairlər, memarlar,  dövlət xadimləri olmuşlar. 
Naxçıvan həmişə Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyarı olmuşdur"(7. s 42). 
Ümummilli liderimizin bu hikmətinə istinadən qeyd etməyi lazım bilirik ki,  qədim mədəniyyət 
və elm diyarı, böyük dövlətçilik ənənələri olan Naxçıvan böyük mütəfəkkir şəxsiyyətlər, mədəniyyət, 
ədəbiyyat,  elm  xadimləri,  görkəmli  hərbçilər,  dünya  şöhrətli  şəxsiyyətlər  yetişdirmişdir.  Naxçıvan 
torpağı Azərbaycana, dünyaya xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti Heydər Əliyevi 
bəxş etmişdir. 
Respublikamızın  prezidenti    İlham  Əliyevin  dediklərindən:  "Ulu  öndər  Heydər  Əliyev  öz 
doğma  vətəni  Naxçıvanı  çox  sevirdi.  Naxçıvanlılar  da  həmişə  onu  sevirdilər  və  fəxr  edirdilər  ki, 
dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişlər. Bu gün Heydər Əliyev bizim qəlbimizdə 
yaşayır. Onun ideyaları, siyasi kursu yaşayır və əbədi yaşayacaqdır"(7. s 42) 
Qeyd  etmək  lazımdır  ki,  muzeylər  sosial  bir  institut  olmaq  etibarı  ilə  insanların  həyat 
tərzinin və mədəniyyətinin bələdçisi, xalq dühasının yaratdığı ən qiymətli xəzinə, mənəvi və estetik 
zənginləşmənin  mərkəzi  kimi  fəaliyyət  göstərən  elmi  və  bədii  müəssisələr,  maddi,  mədəni  və 
mənəvi  dəyərlərin  toplandığı,  mühafizə  və  tədqiq  edilərək  öyrənildiyi  və  gələcək  nəsillərə 
çatdırıldığı məbədlər, yüksək səviyyəli mədəni-maarif ocaqlarıdırlar. 
Muzeylər  profillərinə  görə,  məzmun  və  formalarına  görə  müxtəlifdirlər.  Məsələn,  tarix, 
ədəbiyyat,  mədəniyyət,  incəsənət,  etnoqrafiya,  təbiyyat,  musiqi,  ölkəşünaslıq-diyarşünaslıq,  tibbi-
səhiyyə,  texniki,  xatirə,  ev-mənzil,  elm,  təhsil  və  başqaları.  Bütün  bu  qeyd  olunanlar  və  digər 
muzeylər  öz  funksiyalarına  görə  təkcə  keçmişin  tarixini,  maddi  və  mədəni  abidələrini  deyil, 
həmçinin  müasir  dövr,  onun  nümunələrini,  toplantılarını,  muzey  kolleksiyalarını,  yaratdıqlarını 
toplayıb,  hifz edib  öyrənirlər. Çünki  muzeydə qorunub saxlanılan, gərəkli və qiymətli sayılan hər 
bir  muzey  əşyası,  toplantı-eksponat,  dünənimizi  bu  günümüzə,  bu  günümüzü  də  gələcək  nəsillərə 
etibar edən, pay verən çox mötəbər mənbələrdir. 
Müasir  şəraitdə,  müstəqilliyimizi  yaşadığımız  dövrdə  hər  bir  muzey  şəxsiyyətin,  fərdin, 
bütövlükdə  cəmiyyətin,  xalqın  ümumi  dünyagörüşünün,  elmi  və  mədəni  səviyyəsinin,  təhsil  və 
tərbiyəsinin,  mənəvi-estetik  tərbiyənin  yüksəldilməsi,  artırılması  işində  mühüm  və  səmərəli, 
çoxsahəli  fəaliyyət  göstərirlər  və  buna  əsasən  nail  olurlar.  Buradan  belə  məqsədə  çatmaq  qarşıya 
qoyulur  ki,  muzeylərin  fəaliyyəti  müstəqil  ölkəmizin  daha  da  inkişaf  və  tərəqqisinə  xidmət 
etməlidir. 
Respublikamızın  prezidenti  İlham  Əliyevin  muzeylərimizin  dünya  mədəniyyətinin 
sivilizasiyasının yüksək səviyyəsinə çatdırılması üçün imzaladığı bir sıra sərəncamlar muzeylərimizdə 
aparılan, təşkil edilən işlərin səmərəliliyinin daha da yüksəldilməsinə yönəldilmişdir. 

204 
 
Heydər  Əliyevin  respublikamıza  rəhbərlik  etdiyi  illər  ərzində  (1969-2003  illər)  yeni 
muzeylərin  yaradılması,  onların  maddi  bazasının  möhkəmləndirilməsi  haqqında  imzaladığı  çox 
dəyərli qərarlar, tövsiyələr Naxçıvan Muxtar Respublikasında da muzey işinin yenidən qurulması, 
zəngin eksponatlarla komplektləşdirilməsi, zənginləşməsi məsələsinə əsaslı təsir göstərmişdir. 
Ümummilli  liderimiz  görkəmli  şəxsiyyətlərin  adlarının  əbədiləşdirilməsi  məqsədilə  xatirə, 
ev  muzeylərinin,  xatirə  komplekslərinin  və  ansambllarının  yaradılmasını  əhəmiyyətli  bir  məsələ 
kimi qarşıya məqsəd qoymuşdur. 
Hazırda  Naxçıvanda  fəaliyyət  göstərən  Heydər  Əliyev  muzeyi,  C.Məmmədquluzadə, 
H.Cavid,  C.Naxçıvanski,  B.Kəngərli,  M.S.Ordubadi,  Y.Məmmədəliyev,  M.Araz,  M.T.Sidqi, 
Şahtaxtinskilər muzeyi, Xan sarayı, Dövlət Tarix-Memarlıq Muzeyi və bu qəbildən digər muzeylər 
mövcuddur. Müstəqillik illərində bu iş daha da təkmilləşdirilir, fəaliyyət dairələri genişləndirilir. 
"Müstəqillik  illərində  muzeylərin  fondlarının  elmi-biblioqrafik  tədqiqi"  (Naxçıvanda 
görkəmli  şəxsiyyətlərin  muzeyləri)  mövzusunun  tədqiqata  götürülməsində  əsas  məqsəd  həmin 
muzeylərin  fəaliyyəti,  xüsusilə  fond  və  ekspozisiyalarda  iş,  fondların  komplektləşdirilməsi, 
fondlarda  ayrı-ayrı  görkəmli  şəxsiyyətlərə  yaradılmış  "Şəxsi  fondlar",  biblioqrafiya  işi  muzeyə 
gələnləri  tanış  etməkdir.  Çünki  müasir  şəraitdə  hər  adamın  fondda  mövcud  materiallarla, 
eksponatlarla  bilavasitə  tanış  olması  vacib  məsələlərdəndir.  Bu  məqsədlə  hər  bir  eksponat 
pasportlaşdırılır, kataloqlaşdırılır, şəhadətnamələr yazılır, inventarlaşdırılaraq muzeyə gələn hər bir 
tamaşaçıya  ətraflı  məlumat  verilir.  Muzeylərdə  təşkil  edilən  "Açıq  qapı  günləri",  "Fondlardan 
istifadə günləri", "Fond yenilikləri" məlumat biblioqrafik tövsiyələr də əhəmiyyətli rol oynayır. 
Mövzu ilə əlaqədar olaraq müəllif elmi-tədqiqatda Naxçıvan şəhərində mövcud ümummilli 
liderimiz "Heydər Əliyev Muzeyi", C.Məmmədquluzadə, H.Cavid, C.Naxçıvanski ev muzeylərinin 
bu sahədə gördüyü işlərlə yaxından tanış olmaq, öyrənmək məqsədilə muzeylərdə olmuş, fondlarla 
yaxından tanış olmuş, muzey əməkdaşları ilə işgüzar söhbətlər edilmişdir. 
Bütün  bu  işlər,  xüsusilə  fondlarda  görülən  digər  işlər  imkan  verir  ki,  fondda  və 
ekspozisiyalarda mövcud eksponatlarla muzeyə gələnlər ətraflı məlumata sahib olmaqla fondların - 
əsas eksponatların biblioqrafiyasından istifadə etsinlər. 
Onu da qeyd etməyi lazım bilirik ki, son illərdə ali və orta ixtisas, orta məktəb təhsilli tələbə 
və  şagirdləri,  elmi,  mədəni-maarif  müəssisələri,  eləcə  də  müxtəlif  qrup  əhali  arasında  aparılan 
söhbətlərdən,  müsahibələrdən  məlum  olur  ki,  muzeylərə,  tarixi-mədəniyyət  abidələrinə,  sərgi 
salonlarına  maraq  əhəmiyyətli  dərəcədə  artmış,  muzeylərdə,  digər  mədəniyyət  müəssisələrində 
insanlara  göstərilən  mədəni  xidmət  işinin  səviyyəsi  də  yüksəlmişdir.  Naxçıvan  Dövlət 
Universitetində "Muzeyşünaslıq" ixtisaslı kadrların hazırlanması da bu tədbirlərin əhəmiyyətinə bir 
daha kömək göstərir. 
Mövzu ilə əlaqədar belə qənaətə gəlmək olar ki, muzey fondlarının elmi-biblioqrafik təhlili 
və tədqiqini aşağıdakı qaydada tərtib edib başa çatdırmaq olar. 
 
Heydər Əliyev muzeyi 
Biblioqrafikadan nümunələr  
Giriş 
Xalqımızın  ümummilli  lideri,  ulu  öndərimiz  Heydər  Əliyev  Muzeyi  Naxçıvan  Muxtar 
Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli 21-01/S nömrəli sərəncamına əsasən 
Naxçıvan şəhərində yaradılmış, 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır. 
Sərəncamda göstərilir: 
-"Bu  gün  iftixarla  fəxr  edirik  ki,  qədim  tarixə  malik  Naxçıvan  özünün  yetişdirdiyi  böyük 
mütəfəkkir  və  şəxsiyyətləri  ilə  tanınır.  Məhz  belə  şəxsiyyətlərdən  biri  də  dünya  siyasətçiləri 
sırasında öz dəsti-xətti, öz yeri, hörməti və sözü olan Azərbaycan xalqının lideri möhtərəm Heydər 
Əliyevdir". 
Bu  muzey  ümummilli  liderimizin  şərəfinə  Azərbaycan  Respublikasında  yaradılmış  ilk 
muzeydir. Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyinin ölkəmizin digər bölgələrində yaradılan 
muzeylərdən fərqli cəhəti ondan ibarətdir ki, ulu öndərimizin həyatı və fəaliyyətindən bəhs edən bu 
muzey onun anadan olduğu, boya-başa çatdığı, əmək fəaliyyətinə başladığı torpaq olmaqla, həm də 

205 
 
dahi  şəxsiyyətin  haqqında  çox  zəngin  və  nadir  materiallar-eksponatların  kifayət  qədər  olmasıdır. 
Ekspozisiya ilə tanış olduqca dediklərimizin şahidi oluruq. 
Muzeyin ekspozisiyaları, eksponatları, guşələri, sərgiləri, stendləri və digər görüntüləri ulu 
öndərimizin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirir. 
Ümummilli  liderimizin  həyat  yolundan  bəhs  edən  bu  zəngin  və  çox  dəyərli  materiallar 
əsasında  yaradılan  muzey  naxçıvanlıların,  muxtar  respublikamıza  gələn  qonaqların,  yüksək 
səviyyəli tədbirlərin iştirakçılarının ziyarət etməsi, ekspozisiyalarla tanış olması mütəmadi xarakter 
daşıyır.  Məktəblilər  və  tələbələr,  mədəniyyət  və  elm  adamları,  hərbi  hissə  qulluqçuları,  ziyalılar, 
gənclər  və  veteranlar  muzeyə  gələrək  ekspozisiyalarla  tanış  olur  və  dahi  rəhbərimiz  haqqında 
zəngin və hərtərəfli məlumatlar əldə edirlər. 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  hörmətli  Vasif  Talıbovun  muzeyin 
yaradılması,  ədəbi-bədii  elmi  cəhətdən  tərtibatı,  zəngin  eksponatlarla  komplektləşdirilməsində 
xüsusi  qayğı  və  diqqəti  bizim  hamımızın  ürəyindən  olmaqla  əsl  vətənpərvərlik  nümunəsi  kimi 
əzəmətlə səslənir. 
Muzeyin qarşısında ucalan ümummilli liderimizin əzəmətli heykəlini hər gün yüzlərlə adam, 
şəhərimizin qonaqları ziyarət edir, muzeyin ekspozisiyası ilə tanış olurlar. 
Nəticə  olaraq  deməyi  lazım  bilirik  ki,  müstəqil  respublikamızın  qurucusu  və  memarı, 
xalqımızın  böyük azərbaycanlısı  Heydər  Əliyevin həyatı, ictimai-siyasi,  dövlətçilik  fəaliyyətindən 
bəhs  edən  muzeyin  yaradılması  və  fəaliyyəti  muxtar  respublikamızın  həyatında,  onun  gələcək 
inkişafında çox mühüm yolgöstəricidir. 
Ümummilli  liderimizin  85  illik  yubileyinə  həsr  edilmiş  "Həyat  yolu  1923-2003"  kitabında 
oxuyuruq:  "...Qüdrətli  siyasi  və  dövlət  xadimi  olan  Heydər  Əliyev  hələ  sağlığında  canlı  əfsanəyə 
çevrilmiş, Azərbaycan xalqı tərəfindən ümummilli lider adlandırılmışdır". 
Ümummilli liderimizin, zəmanəmizin böyük azərbaycanlısının dediklərindən: "Hər bir insan 
üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm 
ki, mən azərbaycanlıyam". 
"Azərbaycan  müstəqil  dövlətdir.  Azərbaycanın  müstəqilliyi  tarixi  hadisədir,  Azərbaycan 
xalqının  tarixi  nailiyyətdir.  Azərbaycanın  dövlət  müstəqilliyi  dönməzdir,  əbədidir  və  bizim 
borcumuz  dövlət  müstəqilliyini,  əldə  etdiyimiz  milli  azadlığı  daim  qoruyub  saxlamaqdır.  Bizim 
borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan 
dövləti çatdırmaqdan ibarətdir". 
"Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və 
onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır"(7. s 9). 
 
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin