Ersen Ersoy variantında:
Ay toğıcak aləmə şölə verür,
Karanuda şəmü, həm çırağum bənüm.
Verr başunı, vermə sirrin kimsəyə ,
Şöylə təlim etdi ustadum bənüm.
Bu iki variantın fərqli beytləri arasında da duyum və deyim tərzi, dil-üslub xüsusiyyətləri
tamamilə eynidir. Bəlkə də, bu fərqli beytlər vaxtı ilə qəzəlin tərkib hissəsi olub. Maraqlıdır ki.
həmin beytlər arasında məntiqi bağlılıq da nəzərə çarpır. Məsələn, B.Flemminq nüsxəsindəki 5-ci
beytdə aşiq sirrini rəqibə faş etdiyinə görə gözəldən gileylənir. E.Ersoy variantındakı 6-cı beytdə isə
aşiq sanki bunun davamı kimi ustadının nəsihətini xatırladır: lazım gəlsə, başını da ver, yəni
canından da keç, amma kimsəyə sirrini vermə.
Variantların məqtə (son) beytləri də, demək olar ki, fərqlidir.Amma onların hər ikisində
Həsənoğlu eşqdəki sədaqətindən söz açır. Digər beytlər əsasən eyni olsa da, bəzi kiçik fərqlər nəzərə
9
çarpmaqdadır. Bəlkə də, bu, katib xətasıdır. Yaxud da dildən-dilə keçib yayılan qəzəlin uğradığı
dəyişiklikdir. Xatırladaq ki, orta çağlarda qəzəllər həm də əzbərlənir, şifahi şəkildə yayılır, musiqi
məclislərində də oxunur, bütün bunların gedişatı boyunca bəzən dəyişikliklərə də məruz qalırdı.
Ehtimal etmək olar ki, Həsənoğlu qəzəlini Parisdə aşkarlanmış cüngdə yazıya alan şəxs belə dəyişikliyə
uğramış varianta əsaslanmışdır...
ƏDƏBİYYAT
1. Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə, 3-cü cild. Bakı, Elm, 2009
2. Azərbaycan ədəbiyyatının tarixi poetikası, II kitab. Bakı, Elm, 2006
3. Barbara Flemming. Sultan Gavri Divanında Bilinmeyen Şiirler. / I. Turk Dili Bilimsel
Kurultayına Sunulan Bildiriler (27-29 eylul 1972), Ankara: Türk Dil Kurumu Yayınları,1975,
s.331-341
4. Ersen Ersoy. XIV-XVI. yüzyıllar arasında yazılmış bazi şiirleri ihtiva eden bir mecmua ve
İbn-i Ömerin şiirleri/ Turkish Studies - International Periodical For The Languages, Literature
and History of Turkish or Turkic Volume 8/1 Winter 2013, p.249-266, ANKARA TURKEY).
turkishstudies.net/DergiPdfDetay.aspx?ID=4375
5. Əbdüləzəl Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi, birinci hissə, Bakı: Maarif, 1979
6. Əlyar Səfərli, Xəlil Yusifli. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Ozan, 2008
7. Fərhad Zeynalov. Həsənoğlunun azərbaycanca yeni şeiri. “Ədəbiyyat və incəsənət” qəzeti,
Bakı, 25 noyabr 1972, №48 (1706)
8. Hüseyn Həşimli. İzzəddin Həsənoğlunun ədəbi irsi. Bakı, Elm və təhsil, 2016,136 s.
9. Kemal Yavuz, Mustafa Canpolat, İsmet Şanlı. XIV-XV yüzyıllar türk edebiyatı, 2. Baskı.
Eskişehir:
Anadolu
Universitesi
web-ofset
tesisleri,
2013;
https:
//dilve
edebiyat.files.wordpress.com/.../xiv-xv-yc3bczyillar-tc3bcrkedebiyati.pdf
10. Nizami Xudiyev. XIII-XIV əsrlər Azərbaycan ədəbi dili. Bakı, ADPU mətbəəsi, 1992
11. Orhan Yavuz. Kansu Gavrî’nin Türkçe Dîvânı (metin-inceleme-tıpkı basım). Selçuk
Üniversitesi Türkiyat Araştırmaları Yayını: 2. Konya: Selçuk Universitesi Basım Evi, 2002
12. Tofiq Hacıyev. Azərbaycan ədəbi dilinin tarixi, birinci hissə.Bakı, Elm, 2012
13. Yaqub Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər). Bakı, Elm və təhsil, 2014
ABSTRACT
Huseyn Hashimli
About works of Izzeddin Hasanoglu
Izzeddin Hasanoglu (XIII c.) takes an important place in the history of Azerbaijan literature.
His poetry is rich with deer humanistic sences and qualities.
The article has been dedicated to the a ghazal of Izzeddin Hasanoglu. There are have been
telis opinions about his poetic style and on the examples of verse are exposed main features of his
poetry.There have been analysed charakteristic works, written under the influence of Hasanoglu,
their idealogial-literary features have been clarified.
РЕЗЮМЕ
Гусейн Гашимли
Об одной газели Иззеддина Гасаноглы
Иззеддин Гасаноглы (XIII в.) занимается значительное место в истории азербай-
джанской литературы. Его поэзия пронизана гуманизмом, глубокими чувствами. В статье
анализириуется одна газель Иззеддина Гасаноглы, выявляются его идейно-художественные
особенности. Здесь высказываются мнения о поэтическом стиле поэта, а также выявляются
главные особенности его поэзии на стихотворных примерах.
В статье также анализириуются характерные поэтические произведения, написанные
под влиянием этой газели Иззеддина Гасаноглы, выявляются их основные особенности.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
10
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
NƏZAKƏT İSMAYILOVA
Naxçıvan Dövlət Universiteti
Email:nezaket.ismayılova@yahoo.com
UOT: 82-053.2
TOFİQ MÜTƏLLİBOVUN UŞAQ ƏSƏRLƏRİNİN
İDEYA-BƏDİİ XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: şeir, yaradıcılıq, uşaq, ədəbiyyat, pyes
Keywords: poetry, art, kids, literature, plays
Ключевые слова: поэзия, искусство, дети, литература, пьесы
Bu elmi məqalədə T.Mütəllibovun uşaqlarla bağlı yazılmış əsərləri araşdırılaraq təhlil
olunmuşdur. Şeirlə yaradıcılığa başlayan T.Mütəllibovun poeziyası zəngin olduğu qədər də yadda
qalandır. Uşaqların sevə-sevə oxuduğu və çox sevdiyi şairlərdəndir. O, həm poeziya həm də
dramaturgiya sahəsində qələmini sınamış, uğurlu nəticələr əldə etmişdir. O dünya xalqları
ədəbiyyatından etdiyi bədii tərcümələr ilə də diqqəti cəlb edir.
T.Mütəllibovun yaradıcılığı bir sıra bəstəkarların da marağına səbəb olduğundan şeirlərinə
onlarla mahnılar bəstələnmişdir. Onun ürəyə yatan şeirlərinin başlıca mövzusu təbiət aləmidir.
T.Mütəllibovun həm şeir, həm poema, həm də dramaturgiya yaradıcılığı Azərbaycan uşaq
ədəbiyyatının inkişafında özünəməxsus yerlərdən birini tutur.
Tofiq Mütəllim oğlu Mütəllibov Azərbaycan uşaq ədəbiyyatının zəngiləşməsində,
formalaşmasında inkişaf istiqamətində dəyərli töhfələrini vermişdir. O, həm şeir, həm poema, həm
də dramaturji yaradıcılığı ilə Azərbaycan uşaq ədəbiyyatında özünəməxsus yerlərdən birini tutur.
1929-cu ildə Naxçıvan şəhərində anadan olmuş, ilk təhsilinidə orada almışdır. Hələ orta
məktəbdə oxuyarkən şeir yazmaq vurğunu olmuş səkkizinci sinifdə oxuyarkən yazdığı “Zəfər” adlı
ilk şeiri respublika müsabiqəsində ikinci yerə layiq görülmüş və mükafatlandırılmışdır. Həm də bu
şeir “Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur.
1958-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil
olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. Bu illərdə onun “Bəxtəvər uşaqlar” (1953), “Bağçada
yolka” (1957), tələbəlik illərində isə “İşıq” (1959), “Görüş ” (1960), adlı şeir kitabları çap olunmuşdur.
Universiteti bitirdikdən sonra ilk əmək fəaliyyətinə jurnalist kimi başlayan şair demək olar
ki, ədəbi yaradıcılığını fasiləsiz davam etdirmişdir.
O “Pioner” jurnalında məsul katib, Azərbaycan Radio və Televiziya verilişləri komitəsində
müxtəlif vəzifələrdə çalışmışdır. “Azərbaycan gəncləri” qəzetində ədəbiyyat, incəsənət və mədəniyyət
şöbəsinin müdiri vəzifəsində işləmişdir. Onun 150-dən artıq şeirinə mahnı bəstələnmişdir. Hələ də
uşaqların həvəslə sevə-sevə oxuduqları “Cücələrim” şeirinə bəstəkar Q.Hüseynlinin musiqi bəstələdiyi
mahnı dünya dillərinə tərcümə olunmuşdur.
Uşaq ədəbiyyatı uşaq şüuruna nitqlər yolu ilə deyil, “uşaq qəlbini təbiətə və insana məftun
etmək yolu ilə getməlidir” (4, səh.39).
Böyük sənətkarın irəli sürdüyü bu məqsədə çatmaqla (“uşaq qəlbini təbiətə” “məftun etmək “)
vokativ sözlərin müstəsna əhəmiyyəti vardır.
İsimlərin müvəqqəti vokativ (xitab vəzifəsində) fellərin isə əmr formasında işlədilməsi uşaq
dünyasına məxsus emosionallıq ilə əlaqədardır. Sanki uşaq dilində və eləcə də uşaq şeirində sözlər daha
artıq emotiv funksiya kəsb edir. Bu baxımdan Tofiq Mütəllibovun məşhur “Cücələrim” şeiri maraqlıdır.
Beləki, vokativ sözlərin çox mühüm bir qismi digər canlılara, hətta nitqləndirilmiş əşyalara müraciət
üçün formalaşmış olur və bunlar uşaq şeirində qüvvətli bədii ifadə vasitələrindən biri kimi çıxış edir.
“Cücələrim ” sözü müvəqqəti vokativləşmiş sözlərdəndir. Burada cip-cip vahidi isə yalnız vokativ
funksiyaya malik vahiddir, deməli, sabit vokativ sözdür. Beləliklə, sabit və müvəqqəti vokativ
vahidlərin yanaşı gəlib, eyni obyektə aid edilməsi xitab-müraciətin emosionallığını şiddətləndirmiş olur:
Cip-cip cücələrim
Cip-cip, cib-cib cücələrim
Gözləyirəm, tez gəliniz
11
Göy çəməndə dincəliniz,
Ay qəşəng cücələrim
Tofiq Mütəllibov uşaqların sevə-sevə oxuduğu və çox sevdiyi şairlərdəndir. Çünki onun
yaratdığı yadda qalanı nəğmələr həm də xalq arasında şöhrətlənmişdir. Onun “Kəkliklər oxuyanda”
(1965), “Gözəllikdən doymur ürək” “Danışan qayalar” (1973), 1975), “Mənim əzizlərim” (1979),
“Vüqarın nəğmələri” (1987), “Durnaların qanadında” (1992) və sair şeir kitabları çap olunmuş uşaqların
böyük sevgisini qazanmışdır.
Tofiq Mütəllibov dramaturgiya sahəsində də qələmini sınamışdır. Onun uşaqlar üçün yazdığı
“Meşə nağılı”, “Danışan qayalar” adlı pyesləri Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında
“Cücələrim” adlı alleqorik pyesi isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında tamaşaya
qoyulmuşdur.
Tofiq Mütəllibov dünya xalqları ədəbiyyatından etdiyi bədii tərcümələri ilə də diqqəti cəlb
edir (5). Türkmən şairi Berdinəzər Xudaynəzərovdan, özbək şairəsi Zülfiyədən rus şairi Mixail
Dudindən, Pyotr Kolsovdan, gürcü şairi Xuta Berulovadan və sair sənətkarlardan Azərbaycan dilinə
etdiyi əsərlər öz poetikliyi və orjinallığı ilə seçilir.
Tofiq Mütəllibovun yaradıcılığı zəngin olduğu kimi şeirlərində yadda qalan, axıcı, səlis, rəvan
və ürəyə yatan Azərbaycanın tanınmış bəstəkarlarından Fikrət Əmirov “Odlar ölkəsi ” şeirinə, Arif
Məlikov “Gözəlliklər məskəni” şeirinə, Ş.Axundova “Gözlərinə toxundu” şeirlərinə, N.Məmmədov
“Analar” şeirinə, Ə.Tağıyev “Mənim əzizlərim”, T.Bakıxanov “Abşeron bağlarında”, “Yaylaqların
mahnısı” və sair mahnılarına musiqi bəstələmişlər. Demək olar ki, hələ də bu günə kimi onun şeirlərinə
yazılmış mahnılar tanınmış müğənillərin repertuarlarında yaşamaqdadır.
Tofiq Mütəllibov ilk yaradıcılığa şeirlə gəlmiş, sonrakı əsərləri də uğurlu olmuşdur. Onun
uşaqlar üçün yazdığı şeirlər öz emosionallığı və siqləti ilə seçilir. Hamı üçün maraq doğuran şən və
qaynar həyat, əyləncə və oyunları, arzu və istəkləri və nəhayət, uşaq psixologiyasının orjinal
təsvirinə rast gəlirik. Onun şeirlərində sözçülükdən quru sxematik didaktikadan uzaq olan ayrı-
ayrı poetik nümunələrdə kövrək uşaq düşüncələrinin hissələrinin və fəaliyyətinin üzvü vəhdətini
görürük. Məsələn “İsti yuva” şeirində ana ilə bala arasında sual və cavab şəklində verilmiş parçaya
baxaq.
- Ata quşlar üşümür
Bu şaxtalı havada?
-Ay qızım gizləniblər
Onlar isti yuvada.
Uşaqlarda maraq doğuran suallara böyüklər tərəfindən düzgün izah verilməlidir. Bu uşağın
gələcək həyatında inkişaf və formalaşmasında öz təsirini göstərir. Suala düzgün cavab alan uşaq
başlayır düşünməyə...
Daha sual vermədi
Atasına sayalı
Öz isti evlərinə
Qanadlandı xəyalı
Şairin epik şeirlərində yaratdığı uşaq obrazları müxtəlif xarakter və psixologiyaya, həyatı
dərk etmə imkanlarına görə bir-birlərindən fərqlənir. “Az olsun yaxşı olsun ”, “Bahar gəlibdir”,
“Çiçək dostları ”, “Məstan”, “Hacıleylək”, “Çıxart dilini” və s. şair əsərlərində bunları görmək
mümkün olur. Bu şeirlərdə uşaqların maraq dünyası müşahidə olunur, onları sadələşdirib uşaq
ruhuna uyğun qələmə alır (2, səh. 42). Təsvir olunan təbiət hadisələri: İldırımlı, şimşəkli anlarda,
günəşli sakit günlərdə uşaq təxəyyülünə məxsus cizgilərlə verilir.
Tofiq Mütəllibovun poeziyası mövzu rəngarəngliyi baxımından daha çox diqqəti cəlb edir. Onun
ürəyəyatan uşaq şeirlərini başlıca mövzu təbiət aləmidir. Kiçik yaşlı uşaqları təbiət sirlərindən xəbərdarlıq
etmək, onların dünyagörüşünü genişləndirmək, hazırcavab öyrətmək T.Mütəllibov şeirlərində bu sahə
məharətlə göstərmişdir. Bunlardan “Nə gözəlsən”, “Sönməyəcək tonqal”, “Qalacaq bu cığırlar,” “Qızıl
payız”, “Ana torpaq”, “Ömrümüzün zirvəsi”, “Bu torpağın məhəbbəti”, “Nağıllı təbiət”, “Gözəldir” və
sair şeirlə ana təbiətin rəngarəng möcüzələri, bitkilər və heyvanlar aləmi sənətkar qələmi ilə tərənnüm
olunmuş, sənətkarlıqla seçilmiş, məcazlar lirik obrazlılığın daha da zövqləndirilir. “Nə gözəlsən ”
Meşə, vüqarlı meşə,
Sinəsi qarlı meşə.
Öyünürsən barınla,
Uca ağaclarınla,
12
İldırımlar çaxsa da,
Coşğun sellər axsa da
Dəli külək əssə də,
Qılınc kimi kəssə də,
Ağacların əyilməz-
Şah vüqarın əyilməz.
Palıdlar qəhrəman tək...
Neylər, ildırım şimşək.
Uşaq poeziyasında müqayisənin əsasını əşya, hadisə, hərəkət əlamət və keyfiyyətin
qarşılaşdırılması nəticəsində yaranan assosiativ təsəvvür təşkil edir. Bu predmetin səciyyəvi
xüsusiyyətinin digər bir predmet üzərinə köçürülməsi nəticəsində həmin predmet üçün bu yeni
xüsusiyyət qeyri-adi mahiyyət kəsb edir ki, bunun sayəsində oxucunun təsəvvüründə assosiasiya
nəticəsində bir konkretlik və deməli, bədii obraz yaradılmış olur.
Vətən anatək
Bəsləyir bizi
Daha xoş günə
Səsləyir bizi
Bu şeir parçasında “Vətən” məfhumunu uşaqlar üçün ən sevimli, ən nəcib və ən pak
duyğuların ifadəsi olan ən çox konkret mahiyyətdə olan “ana” soru ilə müqayisə edilmişdir.
Nəticədə vətən haqqında yaranan təsəvvür konkret səciyyə kəsb etmiş, həmin sözün mənası
haqqında uşaqlarda təsəvvürün genişlənməsi və əyaniləşməsi mümkün olmuşdur.
Müqayisənin uşaq şeirində əhəmiyyəti qarşılaşdırılan əşya və hadisələr haqqında təsəvvür
yaratmaq ilə bitmir, eyni zamanda müqayisə prosesində əşya və hadisələrin əsas əlamətləri də əks
olunur. Göstərilən şeir parçasında ana və vətən məfhumlarında olan emosional xüsusiyyətlər
əyaniləşdirilmiş və dəqiqləşdirilmişdir.
Tofiq Mütəllibovun yaradıcılıq sahəsi geniş və çox şaxəlidir (3, s. 330). Onun müxtəlif illərdə çap
etdiyi “Bəxtəvər uşaqlar”, “Bağçada yolka”, “İşıq”, “Ləpələrin nəğməsi”, “Kəkliklər oxuyanda”, kitab–
larındakı şeirləri kiçik yaşlı oxucular arasında geniş yayılmışdır. “Anam işdən gələndə” şeirlərində yazır:
Bəzəmişəm otağı,-
Hər yan gözəl, tər-təmiz.
Stol üstə salınır
Yaraşıqlı süfrəmiz.
Güldanların içinə
Çiçək düzüm rəngarəng.
Anam işdən gələcək
Anam işdən gələcək!
Anam yorulmuş indi,
İşləyibdir səhərdən.
Qoy dincini alsın o,
Böyük qızam axı mən.
Hazır görcək süfrəni
Sevinəcək güləcək,
Anam işdən gələcək
Anam işdən gələcək
Tofiq Mütəllibovun vətən mövzulu şeirləridə çoxdur. Vətənimizin ucsuz-bucaqsız torpaqları,
onun zəngin təbiəti və bol sərvəti həm lirik şeirlərində, həm də nəğmələrində vəsf olunur. Onun qələmə
aldığı “Ömrümüzün zirvəsi”, “Gəlsin vətənimə”, “Qobustan”, “Gəncənin çinarı”, “Bakımıza nəğmə
qoş”, “Göygöl”, “Bura vətəndir” və s. poetik gücə malik olan şeirlərimizdə doğma vətənin əzəmətini
qələmə alan şair ümumiləşdirmə yolu ilə mövzunu ustaliqla təsvir etmiş, oxucunun həyat eşqini, ana
torpağa məhəbbətini yüksəltmişdir (6, səh. 46).
“Bura vətəndir!” şeirində şair elə incə məcazi təsvirlərdən istifadə edir ki, gözlərimiz
qarşısında sanki bir tablo canlanır.
Qumu, çınqılı,
Daşı qızıldan.
Göllərin üzük
Qaşı qızıldan.
13
Zümrüd baharı
Qışı qızıldan
Elə bil torpaq
Günəşə təndir
Bura Vətəndir.
T.Mütəllibov uşaq şeirlərinin mövzusunu həyatımızın müxtəlif sahələrindən almışdır.
Göründüyü kimi, bu şeirdə uşaqların vacib arzuları, ictimai faydalı işlərə həvəsi, ölkəmizə
bəslədikləri məhəbbəti onun təbii sərvəti yaşıllıq və gözəlliklərini qorumaq eşqi ifadə olunmuşdur.
“Kəpəz necə də gözəldir”, “Qızıl torpaq kimi” şeirləri öz bədii dəyəri silqəti ilə seçilir.
Aydındır ki, uşaqlarda saf nəcib duyğular oyatmaqda ətraf mühit haqqında onların biliklərini
zənginləşdirmək təbiət gözəlliklərini öyrətmək fikirləri əhəmiyyətli və misilsizdir. Təbiətin
yaratdığı can verdiyi güllər çiçəklər kiçik yaşlı uşaqlara tanışdır, onlarda bu aləmə maraq oyatmağa
çalışmışdır.
Şairin “Qızılgülün nağılı” şeiri müasir mövzuda qələmə alınsada burada folklor motivləri
açıq şəkildə özünü biruzə verir. Gözəl ətrə malik olan qızılgülün poetik təsviri şairin qələmində
daha təravətli və ətri ilə təsvir olunur.
“Qızılgülün nağılı” şeirindən bu parçaya diqqət edək.
Güllər dəstəbə-dəstə,
Güllər ləçəkbələçək...
Sanki dilə gəlirlər:
-Görəsən kim dərəcək?
Elə bil düşüb Vüqar
Qızılgül dənizinə
Zümrüd kollar toxumu
Əllərinə, dizinə.
Ətirlənib bu yerin
Dağı, daşı, meşəsi...
Elə bil təbiətin
Sınıb ətir şüşəsi
Bu şeirdə təbiətin ecazkar gözəlliyi sonsuz məhəbbətlə tərənnüm olunur.
Şairin yaradıcılığında uşaqların sirli dünyasının poetik təsviri daha geniş yer tutur. Bu
şeirlərdə yenicə dünya gerçəkliyini dərk etmək istəyində olan, bəzən isə bu gerçəkliyi özü bildiyi
kimi başa düşən və bu haqda fikir söyləyən qəhrəmanlara rast gəlirik. Bunlardan “Anam işdən
gələcək”, “Çinarə qorxmur daha”, “Gülşən şəkərsən” müxtəlif xarakterə və anlam səviyyəsinə
malik olan uşaqların həyatından bəhs olunur. “Anamın sözləri” şeirində və bir uşağın başqa bir
yerdən çiçəklər yığılıb anasına verməsi və bu işin yanlış olduğu uşağa başa salınır (7, səh. 89).
Bu şeirdə əsasən uşağın tutduğu mövcud ədəb qaydalarına əməl etməməsi, ananın haqlı iradı
uşağı düşünməyə bir də belə səhvə yol verməyə səsləyir.
Tofiq Mütəllibov kiçik yaşlılar üçün bir sıra maraqlı poemalar yazmışdır. “Ceyhun”,
“Arzusu dağdan uca”, “Yaxşılığa yamanlıq”, “Tez yudu əl-üzünü”, “Sədrəddin” poemalarında şair
müxtəlif uşaq obrazları yaratmışdır.
Milli qəhrəman, jurnalist Salatın Əsgərovanın oğlu Ceyhuna həsr etdiyi eyni Ceyhun adlı
poemada anasını vaxtsız itirmiş uşağın anasız keçirdiyi günləri, duyğu və hisslərini poetik misralara
təsvir etmişdir. Salatının qəhrəmanlıq səlnaməsi övlad üçün fəxr duyulacaq bir hissdir. Ceyhunun
gələcək həyatını nikbin notla tamamlayır.
Şairin “Sədrəddin” adlı poeması fədakar bir məktəblinin göstərdiyi qəhrəmanlığa həsr
edilmişdir. Daşqın zamanı suda boğulan uşağı xilas edən Sədrəddin obrazı şairin qələminin qüdrəti
ilə daha canlı nəzərə çarpır. Öz həyatını təhlükədə qoyan bir bəşər övladını çaşmış, burulqanlı
qəzəbli çayın pəncəsindən xilas etməyə çalışan Sədrəddin göstərdiyi şücaət balaca oxucuları
düşündürür, onu əzəmətli, qəhrəmanlığı həyat ideallarına sədaqəti üçün dərin iftixar hissi keçirirlər.
“Yaxşılığa yamanlıq” poeması hind nağılı əsasında qələmə almışdır. Bu əsərdə əsasən
yaxşılıqla yamanlıq qarşılaşdırılaraq müdafiə edilir. Hətta belə bir mövzuya “Kəlilə və Dimnə
”əsərində də rast gəlirik.
“Kəlilə və Dimnə” əsərində ovçu və ilandır, “Yaxşılığa yamanlıq” əsərində isə qoca ilə
pələng göstərilir. Ovçuların əlindən canını qurtarıb qocaya dil tökərək un kisəsinə girib gizlənən
pələng qorxu qurtardıqdan sonra kisədən çıxıb yırtıcılıq xüsusiyyətindəki xislətinə sadiq qalır.
14
Qocanı bu çətinlikdən bir tülkü azad edir. bu da kiçik yaşlı uşaqların yaxşılıq və pislik kimi
xüsusiyyəti təhlil etmək və düzgün nəticə çıxarmaq fikrinə gətirir.
Tofiq Mütəllibovun “Arzusu dağdan uca” poemasında əsasən üç uşaq haqqında danışılır
onların xarakterik xüsusiyyətləri göstərilir. Zirvəyə qalxmaq üçünündə arzusudur. Lakin biri daha
inamlıdır. O İlqardır. Səhər və Xankişidə cəhd etsələrdə qorxaqlıqları, inamsızlıqları onları yüksəyə
qalxmaq arzularına qalib gəlir. Lakin İlqar onları arxada qoyaraq yüksək zirvəni fəth edir. Bu da
kiçik yaşlı uşaqlarda özünə inam artırır qorxmaz və şücaətli olmağa səsləyir.
“Tez yudu əl-üzünü” poemasında Tofiq Mütəllibov tənbəl və pinti uşaqlardan bəhs edir.
Qorxmaz sudan qorxur deyə əl-üzünü yumur. Bu uşağın pintiliyini göstərməklə müəllif əsasən
məsələni daha qabarıq şəkildə yəni təmizliyin insan üçün necə önəmli olduğunu söyləyir. Tofiq
Mütəllibovun həm şeir, həm poema həm də dramaturji yaradıcılığı Azərbaycan uşaq ədəbiyyatının
inkişafında özünəməxsus yerlərdən birini tutur. Poetik və obrazlıq baxımından yüksəkdə dayanan
şairin yaradıcılıq ustalığı sənətkarlıq məharəti onun əsərlərinin uzun ömürlülüyünə zəmanət verir.
Dostları ilə paylaş: |