ƏDƏBİYYAT
1.
Abdullayev A. Azərbaycan dilinin tədrisi tarixinə dair, Bakı: Azərnəşr,1958, 204 səh.
2.
Yusifova N. Ağaməmməd Abdullayev və Azərbaycan dilinin tədrisi metodikasının
formalaşması, Bakı, Elm və təhsil, 2011, 212 səh.
ABSTRACT
Nazilya Yusifova
The contributionof prof. A.Abdullayev in the field of propoganda of research results
on Azerbaijani language
The article is about researches in the sphere of teaching Azerbaijani language teaching under
the supervisor of A.Abdullayev. The thoughts and considerations nominated as ideas and thesis in
Abdullayev's works winded in his former student's dissertation works. Different problems of
teaching methods of Azerbaijan language are investigated in his student's dissertation works and
87
they have practical use for schools. Abdullayev grounded the speech development as one of the
main principles of teaching Azerbaijan language and gave various fundamental issues of speech
development to his post graduate students and dissertants. So that H. Baliyev investigated the
growthing ways of pupils' speech style, M.Mammadov's speech development problems related to
speech practice, T.Jafarov's the organization of speech development in the teaching Azerbaijan
language and literature, A.Abdullayev's the organization of the work on the language of literary
works, M.Abdulov's the influence of extracurricular work to speech culture in their dissertation
works.
РЕЗЮМЕ
Назила Юсифова
Заслуги проф. А.Абдуллаева в проводении исследовании по итогам методики
преподавания Азербайджанского языка
Статье
изучается
проводение
исследований
по
методике
преподавания
азербайджанского языка под руководством проф. А.Абдуллаева. Идеи, выдвинутые в
произведениях Абдуллаева позже были обобщены в диссертациях его аспирантов и
диссертантов. В диссертациях, руководимых им, поднимались очень важные вопросы,
касающиеся методики преподавания азербайджанского языка, которые пригодились в
школе. Ещё в своё время, Абдуллаев обосновал методику преподавания
азербайджанского языка как основной принцип развития речи, аспирантам и
диссертантам рекомендовал темы, связанные с различными проблемами развития речи.
Таким образом, под его руководством были защищены следующие кандидатские
диссертации, такие, как Г. Балыев – по теме «Метод углубления речи учащихся»,
Т.Джафаров по теме «Организация работы по методике преподавания азербайджанского
языка и литературы, и развития речи», Абдуллаев по теме «Организация работы над
художественным текстом», М.Абдулов по теме «Влияние внеклассной работы на
культуру речи».
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Ə.Quliyev
88
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
ƏDƏBİ ƏLAQƏLƏR VƏ MƏTBUAT
TARİXİ
ƏBÜLFƏZ QULİYEV
AMEA Naxçıvan Bölməsi
ebulfezamanoglu@yahoo.com
UOT:821.512.164;82-3.512.162
MÜSTƏQİLLİK İLLƏRİNDƏ KLASSİK TÜRKMƏN POEZİYASININ DİLİMİZƏ
TƏRCÜMƏSİ MƏSƏLƏLƏRİ
Açar sözlər: Türkmən ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, ədəbi əlaqələr, tərcümə, klassik
poeziya, Məhtimqulu
Key words: Turkman literature, Azerbaijan literature, literature relations, translation, classic
poetry, Mahtimgulu
Ключевые
слова: Туркменская литература,
Азербайджанская литература,
литературные связи, перевод, классическая поэзия, Махтимкули
Azərbaycan Respublikası ikinci dövlət müstəqilliyinə qovuşandan sonra türk dünyası ilə
mədəni-siyasi və iqtisadi əlaqələr sürətlə inkişaf etməyə başlamışdır. Bu istiqamətdə Türkiyə və
Qazaxıstandan sonra əlaqələrimizin yeni mərhələyə daxil olduğu türk respublikalarından biri də
Türkmənistan ölkəsidir. Azərbaycan və Türkmənistan xalqları arasında qardaşlıq, dostluq və
əməkdaşlıq əlaqələri uğurla davam edir. Ölkə prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi
“türkmən və Azərbaycan xalqları əsrlər boyu qardaşlıq, dostluq, mehriban qonşuluq şəraitində
yaşamışlar, biz iki müstəqil dövlət arasında münasibətləri bu möhkəm təməl üzərində qururuq”.
Türkmən xalqının tarixi çox qədim dövrlərə gedib çıxır. Hələ XI əsrdə böyük Səlcuqlu
dövləti (1038-1157) oğuz-türkmən bazasında meydana çıxmışdı. Türk dilində ədəbiyyat bu dövrdə
zəif inkişaf etsə də, faktiki olaraq mövcud idi. Türkmən ədəbiyyatı, poeziyasının qədim kökləri olsa
da, XVII-XIX əsrlər bu söz sənətinin qızıl dövrü hesab edilir. Bu dövr türkmən ədəbiyyatı zəngin
ənənələrə dayanır. Həmin dövrdə Nurməhəmməd Əndəlib, Dövlətməhəmməd Azadi, Abdulla
Şabəndə, Məhtimqulu Fəraqi, Şeydayi, Qurbanəli Məğribi, Qayıbnəzər Qayibi, Murad Talıbi,
Məmmədvəli Kəminə, Seyidnəzər Seyidi, Molla Nəfəs kimi türkmən şairləri yaşayıb yaratmışdır.
XVII əsrdə bugünkü türkmən dilində ilk yazılı əsərlərin meydana çıxması ilə türkmən
ədəbiyyatında yeni dövr başlandı. Yeni türkmən ədəbiyyatı Nurməhəmməd Əndəlibin simasında öz
banisini, Dövlətməhəmməd Azadinin simasında öz-fəlsəfi-estetik meyarını, Məhtimqulu Fəraqinin
şəxsində öz xəlqiliyini və realizmini, Məmmədvəli Kəminənin simasında tənqidini və satirasını, Molla
Nəfəsin şəxsində yeni lirikasını tapdı. Ədəbiyyata vətənsevərlik, milli təəssübkeşlik, türkmən birliyi
ideyaları yerləşdi. Mərdlik, cəsarət, qəhrəmanlıq, səxavət və digər insani keyfiyyətlər yeni məzmun kəsb
etdi, gözəlin və gözəlliyin tərənnümü yeni çalarlar qazandı. Bəzi ənənəvi mövzularda qələmə alınan
əsərlər, özəlliklə dini –ruhani şeirlər, nətlər, münacatlar artıq xalqın ana dilində yazılmağa
başlandı.Tərcüməçilik və nəzirəçilik ədəbi əlaqələrin güclənməsinə, qarşılıqlı zənginləşməyə səbəb oldu
(6, s. 7).
XVII-XIX əsr türkmən ədəbiyyatının ən böyük xidməti türkmən millətini formalaşdırmaq
oldu. Heç də təsadüfi deyildir ki, Məhtimqulu Fəraqi Türkmənistanın mənəvi yaradıcısı hesab
edilir.
Bu dövr türkmən şeirinin qaynaqları arasında Nizami, Nəsimi, Füzuli kimi Azərbaycan
şairlərinin özünəməxsus yeri vardır.Bu ənənə tarix boyu davam etdirilmiş və Türkmən ədəbiyyatında
təsvir olunan milli-mənəvi və əxlaqi dəyərlərdə Azərbaycan oxucusu üçün hər zaman bir doğmalıq
olmuşdur. Məhz buna görə də türkmən ədəbiyyatının, xüsusilə poeziyasının dilimizə tərcümə
olunmasına həmişə böyük maraq olmuşdur. Müstəqillik illərində türk dünyası ilə əlaqələrin
genişləndirilməsinə dövlət səviyyəsində yaradılan münbit şərait sayəsində bu iş daha geniş miqyas
89
almış, klassik türkmən şairlərinin ədəbi irsi sistemli şəkildə orijinaldan tərcümə yolu ilə Azərbaycan
oxucusuna təqdim olunmağa başlamışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan və türkmən xalqlarının mədəni-ictimai əlaqələrinin
qədim kökləri olsa da, türkmən ədəbiyyatının tədqiqi və Azərbaycan xalqına çatdırılması
müstəqillik illərində yeni mərhələyə qədəm qoydu. Bu dövrdə türkmən ədəbiyyatı tarixi və bu günü
dərindən tədqiq olunmağa başlamış, başda Məhtimqulu Fəraqi olmaqla, Nurməhəmməd Əndəlibin,
Dövlətməhəmməd Azadiinin, Abdulla Şabəndənin, Molla Nəfəs kimi türkmən klassik ədəbiyyatının
görkəmli nümayəndələrinin bədii irsi dilimizə tərcümə edilərək oxuculara təqdim edilmiş (1), eyni
zamanda türkmən şeiri antologiyası işıq üzü görmüşdür (6).
Bu dövrdə yeni türkmən ədəbiyyatının və ədəbi dilinin banisi Məhtimqulu Fəraqi ilə
əlaqədar aparılan tərcümə və tədqiqat işləri xüsusilə diqqətəlayiqdir. Qeyd etmək lazımdır ki,
Azərbaycan-Türkmənistan dostluğunun təməllərini atan şəxsiyyətlərdən biri də XVIII əsr türkmən
poeziyasının görkəmli söz ustası, şair və ictimai xadimi Məhtimqulu Fəraqi və onun ədəbi irsidir.
Məhtimqulu bu gün Türkmənistan adlanan dövlətin meydana çıxmasını, bir növ, fikri planda
hazırlayan çox böyük şəxsiyyətlərdən biridir. Dünyaca tanınmış türkmən şairi Məhtimqulu Fəraqi,
şeirləri və fəlsəfəsi ilə yalnızca Türkmənistanda deyil, bütün türk dünyasında önəmli bir yerə
sahibdir.
Məhtimqulu Fəraqi tarix boyu gəlib keçmiş ən büyük türkmən şairidir. Onun türkmən
ədəbiyyatı tarixindəki yerini və rolunu bir cümlə ilə belə səciyyələndirə bilərik: Bayron ingilis,
Dante italyan, Puşkin rus ədəbiyyatı üçün nə isə, Məhtimqulu da türkmən ədəbiyyatı üçün odur.
Böyük şərqşünas Bartold yazmışdır ki, tarixdə indiyə qədər heç bir türk şairi öz xalqı arasında
Məhtimqulu qədər populyar olmamış və əzbərə bilinməmişdir.
Türkmənistanın, böyük şairi Məhtimquluya və onun ədəbi mirasına göstərdiyi ehtiram və
verdiyi dəyər Azərbaycan üçün də bir ilham qaynağı olmuşdur. Məhtimqulu, ölkələrimiz arasındakı
həm siyasi, həm də sosial sahədəki dostluq və qardaşlığın simvoludur. Azərbaycan ədəbiyyatında
Qurbani, Sarı Aşıq, Xəstə Qasım, Abbas Tufarqanlı, Vaqif və Vidadi şeiri də Məhtimqulu poeziyası
ilə yaxından səsləşir. O, türk dünyasını, Azərbaycanı dərin məhəbbətlə sevmiş, bu ölkəni
Dərbənddən Təbrizədək qarış-qarış dolaşmış, bu doğmalığı şeirlərində də dilə gətirmişdir.
Azərbaycan xalqı Məhtimqulu irsi ilə hələ XIX əsrdən tanışdır. Azərbaycan Milli Elmlər
Akademiyasının Əlyazmalar İnstitutunda XIX əsrdə yazıya alınmış, üzü köçürülmüş iki nadir
əlyazmasının bu günədək qorunub saxlanılması görkəmli söz ustasına ölkəmizdə olan dərin
məhəbbətin əyani şəkildə ifadəsidir.
Azərbaycanda Məhtimqulu irsinin öyrənilməsinə ilk dəfə müraciət isə XX əsrin ilk illərində,
1913-cü ildə “İqbal” qəzetində nəşr olunan Seyid Hüseyn Kazımoğlunun məqaləsində öz əksini
tapmışdır. İndiki “Azərbaycan” jurnalının 1920-ci illərin əvvəllərindəki nömrələrində Salman
Mümtaz və Əmin Abidin Məhtimqulu irsinə müraciət edib ondan geniş şəkildə bəhs etməsi də
təsadüfi deyildi (2, s. 12). Bu dövrlər Azərbaycanda türklük düşüncəsinin yüksəliş illəri idi.
Repressiya illərindən sonra bir də 1960-cı illərdən başlayaraq Azərbaycan alimlərindən Araz
Dadaşzadə, Ramazan Qurbanov, Ruhi Əliyev və Fəxrəddin Əliyevin böyük şair haqqında
məqalələri ədəbi jurnal və məcmuələrdə işıq üzü görmüşdür.
Yuxarıda qeyd etdiyimiz kimi müstəqillik illərində Azərbaycanda Məhtimqulu irsinin
öyrənilməsi, təbliği və nəşri istiqamətində işlər daha da sürətlənmişdir. Məhtimqulunun kiçikhəcmli
bir kitabı Azərbaycanda ilk dəfə 1984-cü ildə işıq üzü görsə də, 2000-ci illərdən başlayaraq, konkret
desək, 2010 və 2014-cü illərdə daha mükəmməl nəşrlər meydana çıxmağa başladı (bax:4).
Budur artıq bu yaxınlarda ana dilimizdə respublikada ilk dəfə böyük türkmən şairi
Məhtimqulu Fəraqinin 744 səhifədən ibarət olan mükəmməl divanı işıq üzü görmüşdür. Azadlıq və
birlik carçısı şairin bu qiymətli əsəri “Elm və təhsil” nəşriyyatında nəşr edilmişdir. O da
təqdirəlayiq haldır ki, həmin dəyərli inci Azərbaycan və türkmən elm adamlarının birgə
əməkdaşlığının nəticəsi olaraq meydana çıxmışdır. Belə ki, Azərbaycan Milli Elmlər
Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun, Nizami adına Ədəbiyyat İnstitutunun və
Türkmənistan Respublikası Milli Əlyazmalar İnstitutunun əməkdaşlarının böyük əməyi nəticəsində
yüksək akademik səviyyədə bu elmi nəşr ərsəyə gəlmişdir.
Füzuli adına Əlyazmalar İnstitutunun fondunda saxlanılan Məhtimqulu divanının daşbasma
nüsxəsinin əlyazmasından ibarət olan bu əsər ilk dəfə olaraq divanın ərəb əlifbası ilə türkməncə
orijinal mətni, faksimle, mətnin türkməncə transliterasiyası və Azərbaycan dilinə tərcüməsi üçü bir
arada nəşr edilmişdir. Onu da qeyd etmək lazımdır ki, kitaba yazılmış geniş müqəddimə,
Məhtimqulu əsərlərinin yazıya alınması tarixi, onun əlyazma divanlarının öyrənilməsi və nəşri tarixi
haqqında məqalələr, divanda işlənən türkməncə, fars və ərəb dillərindədəki müasir Azərbaycan
oxucusu üçün çətin anlaşılan leksik vvahidlərin şərh və izahları əsərə əlavə olunmuş ayrıca sanballı
bir elmi-tədqiqat işi təsiri bağışlayır.
90
Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəylinin çox doğru olaraq
qeyd etdiyi kimi, Məhtimqulu Fəraqi Türkmənistan adlı böyük məmləkətin ölkə boyda möhtəşəm
ədəbiyyat heykəlidir.Türkmən ədəbiyyatının klassiki, Türkmənistanda müstəqil dövlətçiliyin
qüdrətli carçısı, türkmən xalqının dünya ədəbiyyatına bəxş etdiyi bu qüdrətli sənətkar türkmən
ədəbi dilinin, yeni türkmən şeirinin banisidir. Məhtimqulu Fəraqi Dədə Qorqudla əsası qoyulan,
Yunus Əmrə ilə davam edən, Dirili Qurbanla el-oba içində geniş yayılan, Molla Pənah Vaqiflə
kamala çatan çoxəsrlik türk xalq şeirinin XVIII-XIX əsr türkmən yazılı ədəbiyyatındakı ən
görkəmli nümayəndəsidir. Onun oğuz- türk şivəsində qələmə aldığı poetik örnəkləri ortaq türk
dilində yazılmış ədəbiyyatın parlaq nümunələri hesab etmək olar (5, səh. 4-5). Bu baxımdan böyük
söz ustasının “Türkmənin” qoşmasından aldığımız aşağıdakı iki bənd Türkmənistanın himni kimi
qüvvətli səslənən mükəmməl sənət nümünəsidir:
Könül havalanar ata çıxanda,
Dağlar lələ dönər qıya baxanda,
Bar gətirər coşub dərya axanda,
Bənd tutdurmaz gəlsə seli türkmənin.
Qafil qalmaz. döyüş günü xar olmaz,
Nə zora,qarşığa giriftar olmaz,
Bülbüldən ayrılıb, solub, zar qalmaz,
Daim ənbər saçar gülü türkmənin.
Məhtimqulu türkmən-Azərbaycan ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. O
gəzdiyi ucsuz-bucaqsız Azərbaycan ölkəsinin insanını, gözəl yaylaqlarını, geniş ovlaqlarını vəsf
edir, Şəkinin, Şirvanın gözəlliklərini dilə gətirir:
Səfər edib getsək Nuxa mülkünə,
Könül istəyən tək yaylaqları var.
Seyran etsək qönçəsinə, gülünə,
Bağçasında bülbül oylaqları var.
Təsadüfi deyildir ki, Məhtimqulunun “Yaylaqları var” adlı şeiri şairin əsərlərinin Moskva
nəşrində “Azərbaycan” adı ilə verilmişdir. Bu şeirdə Məhtimqulu Azərbaycanın gözəl bir guşəsini
yüksək səviyyədə tərənnüm etməklə bərabər, həm də bu ölkəyə doğma münasibətini də ifadə
etmişdir. Məhtimqulu Azərbaycan klassiklərindən Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin
Nəsimi, Məhəmməd Füzuli kimi söz ustalarının adlarını yada salır, onlara hörmət və ehtiramını
ifadə edir. Şairin Qurbani yaradıcılığından, onun “Dedilər” şeirindən xüsusi təsirlənməsi, bu iki
şerin çox yaxından səsləşməsi Məhtimqulunun Azərbaycan xalq- aşıq poeziyasına dərindən bələd
olmasını nümayiş etdirir.
Akademik İsa Həbibbəyli kitaba yazdığı ön sözdə ədəbi əlaqələrdən bəhs edərkən
Məhtimqulu şeirinə Azərbaycan poeziyasının el şairi Qurbani timsalında təsir göstərməsi faktına
xüsusi diqqət yetirmiş, böyük türkmən klassikinin XVII –XVIII əsr Azərbaycan şairləri Xəstə
Qasım, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakirə ruhən yaxın olmasını, eyni
zamanda Məhtimqulunun XX əsr şeirimizdə Məhəmməd Hüseyn Şəhriyar, Səməd Vurğun, Əli
Kərim yaradıcılığına təsirini araşdırmış, bu şairlərin dünya mövzusundakı şeirlərini qarşılaşdırmış
və göstərmişdir: ”Ümumiyyətlə, Azərbaycan şerindəki Məhtimqulu motivləri xalqımız və
ədəbiyyatımız üçün doğmadır. Azərbaycan poeziyasında türkmən şerindən və əksinə, türkmən
lirikasında Azərbaycan poetik örnəklərindən yaradıcı şəkildə faydalanma xalqlarımız və ölkələrimiz
arasındakı doğmalığın, həmrəyliyin, yaxınlığın ifadəsidir. Bu qarşılıqlı əlaqələr hər iki xalqın
ədəbiyyatı üçün faydalı olmuş, ədəbiyyatlarımızın daha da zənginləşməsinə və inkişaf etdirilməsinə
töhfə vermişdir” (5, səh. 16).
Kitabda diqqəti cəlb edən digər bir fakt da şairimizin adının izah edilməsindən ibarətdir.
Məlumdur ki, şair şeirlərində Fəraqi, Qul Məxdum, Məxdumi təxəllüslərindən də istifadə etmişdir.
O da bəllidir ki, Məhtimqulu şəxs adı Azərbaycanda müxtəlif orfoqrafiyalarda yazılmış və onun
mənası müxtəlif şəkildə izah edilmişdir. Məhtimqulu şəxs adının apelyativi, çox ehtimal ki, ərəb
dilində müqəddəs, nəcib tayfaların özlərini adlandırdıqları “məxdum” sözü ilə bağlıdır. Şairin adını
daşıdığı, yaşatdığı babasının da mənsub olduğu türkmən tirəsində çoxlu mötəbər din adamları,
şəxsiyyətlər olmuşdur. Bu cür insanlar türklər arasında məxdumlar adlanmışlar. Bizcə, bu məsələdə
tədqiqatçının gəldiyi qənaət doğrudur. O yazır: “Məhtimqulunun nəsli göklən tayfasının bir qolu
olan gərkəzlərin “məxdum” tirəsindəndir. Elə bu tirədən olması və tirədəki məşhur məxdumlara
qulluq göstərməsi səbəbindən böyük şairin babasına “məxdumların qulluğunda duran adam”
mənasında “Məxdumqulu” adı verilmişdir”.
Yeri gəlmişkən akademiyanın vitse-prezidenti İsa Həbibbəylinin türkmən-Azərbaycan elmi-
ədəbi əlaqələrinin inkişafında göstərdiyi mühüm xidmətləri də burada təqdirəlayiq hal kimi qeyd
etmək istəyirəm. Belə ki, hörmətli İsa müəllimin təşkilatçılığı ilə Azərbaycan Milli Elkmlər
91
Akademiyasında 2014 və 2015-ci illərdə Məhtimqulu yaradıcılığına həsr edilmiş elmi konfranslar
keçirilmiş, Azərbaycan və türkmən alimlərinin iştirakı ilə “Türkmən ədəbiyyatı antologiyası” kitabı
nəşrə hazırlanmışdır. Eyni zamanda mən şahidəm ki, İsa müəllim Məhtimqulunun Bakıdakı
əlyazma nüsxələrini nəfis şəkildə hazırlatmış və 2014-cü il may ayının 14-16 may 2014-cü il
tarixində Türkmənistan Elmlər Akademiyası Milli Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə Aşqabat
şəhərində Məhtimqulu Fəraqinin anadan olmasının 290 illik yubileyinə həsr olunmuş “Məhtimqulu
Fəraqi və ümumbəşəri mədəni dəyərələr” adlı beynəlxalq konfransda iştirak edərkən həmin əlyazma
nüsxələrinin fotosurətini Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Mezilova
Azərbaycan xalqına məxsus böyük məhəbbətlə, sayqı ilə, iftixar hissilə təntənəli şəkildə təqdim
etdi. Onu da qeyd edək ki, həmin tədbirdə akad. İ.Həbibbəyli böyük türkmən şairinin ədəbi irsi
haqqında dərin məzmunlu bir məruzə də etdi (3).
Kitabda filologiya elmləri doktoru Paşa Kərimov “Məhtimqulu divanının yeni nüsxəsi” adlı
yazısında böyük şairin Füzuli adına Əlyazmalar İnstitutunun fondunda saxlanılan nüsxəsinin
poliqrafik xüsusiyyətlərindən, burada Məhtimqulunun 189 şeirinin verilməsindən, onların
bəzilərinin Türkmənistan nəşrində olmadığından ətraflı şəkildə bəhs etmişdir. Alim çox doğru
olaraq qeyd edir ki, bu əlyazma nüsxəsinin Bakıda nəşri Azərbaycan və Türkmənistan elm
adamlarının əməkdaşlıq üfüqlərini daha da genişləndirəcəkdir.
Kitabın ərsəyə gəlməsində mətnşünas alim İsmixan Osmanlının da böyük əməyi vardır. Hər
şeydən əvvəl, onu qeyd edək ki, hələ 2014-cü ildə o, Azərbaycan dilində Məhtimqulu Fəraqinin
seçilmiş əsərlərini yüksək səviyyədə nəşr etdirmişdir. Bu kitabda da divanın dilimizə tərcüməçisi
İsmixan Osmanlı eyni zamanda izahlar və qeydlər yazmış və burada onun “Məhtimqulu Fəraqi
divanının nüsxələri” adlı məqaləsi verilmişdir.
Qeyd etmək lazımdır ki, Məhtimqulunun əsərlərinin avtoqraf nüsxəsi günümüzə qədər gəlib
çatmamışdır. Onun divanının dünyanın müxtəlif kitabxana və nuzeylərində 80-ə yaxın əlyazması
olmasına baxmayaraq, bu nüsxələrin bir çoxu tarix etibarilə XIX əsrin sonlarına aiddir. Tərcüməçi-
alim Məhtimqulu divanlarının tapılması,nəşri və tərtibi prinsipləri, poliqrafik xüsusiyyətləri
haqqında ətraflı məlumat vermişdir. O eyni zamanda Azərbaycanda saxlanılan Məhtimqulu
divanının əlyazma nüsxələrinin Məhtimquluşünaslıqda rolu və əhəmiyyəti haqqında geniş bilgi
vermişdir. Kitaba əlavə edilmiş təxminən 150 səhifəlik divanda işlənmiş tarixi şəxsiyyətlərin,
coğrafi adların və başqa sözlərin qısa izahı, ərəb, fars və arxaik türkmən sözlərinin lüğəti, istifadə
edilmiş ədəbiyyat siyahısı Məhtimqulu Fəraqi divanının akademik nəşrinin elmi əhəmiyyətini daha
da artırmışdır.
Onu da qeyd etmək lazımdır ki, divanın ərəb əlifbası ilə faksimlesi, türkməncə
transliterasiyası və Azərbaycan dilinə tərcüməsi türkmən-Azərbaycan ədəbi əlaqələrinin
tədqiqatçıları üçün geniş imkanlar açır.
Türkmən şairlərindən biri xalqın Məhtimqulu sevgisini belə ifadə etmişdir:
Xalqın sönməz çırağı
Məhtimqulu Pırağı.
Türkmən xalqının adını yaşadan, onu dünya mədəniyyəti səviyyəsinə qaldıran Məhtimqulu
Fəraqi xalqlarımız arasında ədəbi körpü rolunu yerinə yetirməkdədir.
Mütəfəkkir şairin seçilmiş əsərlərindən ibarət olan “Divan”ının ilk dəfə nəşr edilməsi
yüksək səviyyədə inkişaf edən Azərbaycan- Türkmənistan ədəbi əlaqələrinə yeni töhfədir.
Bütün bu qeyd edilənlər bir daha göstərir ki, müstəqilliyini əldə etmiş keçmiş Sovetlər
İttifaqının türk respublikalarının, türk dünyasının ədəbi-mədəni əlaqələri yeni inkişaf mərhələsinə
daxil olmuşdur.
ƏDƏBİYYAT
1.
Nurməhəmməd Əndəlib. Şeirlər, poemalar, dastanlar, tərtib edən Ramiz Əsgər, Bakı: MBM,
2011, 292 s.; Abdulla Şahbəndə. Seçilmiş əsərləri, tərtib edən Ramiz Əsgər, Bakı: MBM,
2011, 104 s.; Dövlətməhəmməd Azadi. Seçilmiş əsərləri, Bakı: 2012,282 s.; Molla Nəfəs.
Seçilmiş əsərləri, Bakı: 2013, 296 s.
2.
Hüseyin Haşimli. Türk halklarının edebiyat ilişkilerine dair araştırmalar. Ankara, 2009, 192 s.
3.
Габиббейли Иса. Жизнь и творчество Махтумкули Фраги/Махтумкули Фраги и
общечеловеческие культурные ценности// Материалы международной научной
конференции, 14-16 май, Ашгабат, 2014
4. Məhtimqulu. Şeirlər, Bakı, 2006, 590 s.; Elman Quliyev. Türk xalqları ədəbiyyatı, Bakı, 2014,
690 s.; Əhmədova F. Məhtimqulunun sənət aləmi, B, 2006, 126 s.; Məhtimqulu Fəraqi.
Seçilmiş əsərləri, Çapa hazırlayan İ.Osmanlı, Bakı: Elm və təhsil, 2014, 604 s.; Məhtimqulu
Fəraqi. Divan, elmi redaktoru və ön sözün müəllifi akad. İsa Həbibbəyli, Bakı: Elm və təhsil,
92
2015, 745 s.
5. Məhtimqulu Fəraqi. Divan, elmi redaktoru və ön sözün müəllifi akad. İsa Həbibbəyli, Bakı,
Elm və təhsil, 2015,745 s.
6. Əbülfəz Quliyev. Şəhid türkmən şairi Molla Nəfəsin ədəbi irsi// AMEA NB Xəbərləri,
Humanitar və ictimai elmlər seriyası, Naxçıvan, 2010, NO:1
7. Türkmən şeiri antologiyası, tərtib edən Ramiz Əsgər, Bakı: MBM,2011, 400 s.
8. Türkmən nəğmələri, Bakı, 1989,190 s.
9. Türkmən hekayələri, Bakı, 1962, 210 s.
Dostları ilə paylaş: |