ƏDƏBİYYAT
1.
Əlizadə Ə.Ə., Abbasov A. Ailə. Bakı, “Maarif”, 1989, s. 253
2.
Андреева Г.М. Социальная психология:[учеб, для вузов по направлению и
специальности <психология>] /Г.М. Андреева. Изд. 5-е, испр. и доп. М.: Аспект Пресс,
2006. -362, [1] с.
3.
Калинина Р.Р. Введение в психологию семейных отношений: Санкт-Петербург, Речь, 2008,351 с
4.
Карабанова О. А. Психология семейных отношений и основы семейного консультирования:
Учебное пособие. М.: Гардарики, 2005, 320 с.
ABSTRACT
Afet Kamalova
Psychological features of multifunctionality of family
The article investigates the psychological features of multifunctionality of family. Here is
noted that a feature of multifunctionality of family, as a small group consisting of the fact that none
of these functions are not considered to be the main and leading. The article also examined the
thoughts of researchers who studied the family from a functional point of view. The social and
psychological functions of the family, too, were the object of study of this article.
РЕЗЮМЕ
Афет Кaмалова
Психологические особенности многофункциональности семьи
Статья посвящена исследованию психологических особенностей многофункцио-
нальности семьи. Здесь отмечается, что особенность многофункциональности семьи, как
небольшой группы состоит из того, что ни одна из этих функций не считается главной и
ведущей. Также в статье были рассмотрены мысли исследователей, которые исследовали
семьи с функциональной точки зрения. Социальные и психологические функции семьи тоже
являлись объектом исследования данной статьи.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
professor E.Maqsudov
142
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
ВАLEH ЯЛИХАНОВ
Naxçıvan Dövlət Universiteti
UOT:
796.
БОКСУН ОЛИМПИЙА ТАРИХИ
Açar sözlər: boks, olimpiya, oyunlar, qədim, çəki dərəcəsi, müasir, müstəqillik, xronoloji,
mükafat.
Key words: boxing, olympic games, ancient, weight degree, modern, independence,
chronologically, award.
Ключевые слова: бокс, oлимпиада, игры, древний, весовая котегория, современный,
независимость, хронологический, приз.
Бокs дцнйада ян гядим популйар идман нювляриндян бири сайылыр. Илк дяфя йалын ялля
йумруг дюйцшц бизим ерамыздан яввял 688-жи илдя гядим ХХЫЫЫ Олимпиада програмына дахил
едилмишдир. Илк олимпийа чемпиону ися йунан Онамастус олмушдур.
Мцасир олимпийа боксунун дцнйа тарихи 1904-жц илдян башланыр. Мящз еля о заман бокс
цмумдцнйа нцфузу газанмыш вя илк дяфя олараг Сент-Lуисдя ЫЫЫ-мцасир Олимпийа ойунлары
програмына дахил едилмишдир.
Йарышлар 7 чяки дяряжясиндя кечирилмиш вя 44 идманчы иштирак етмишдир.Бу идманчыларын
щамысы олимпиада сащибляри АБШ-ын нцмайяндяляри иди. Бу олимпyиа ойунларында юз чяки
дяряжясинядя гызыл медал газанмыш идманчы нювбяти чяки дяряжясиндя дя чыхыш едя билярди.
Щявяскар боксчулар арасында илк олимпийа чемпиону Жорж Финниген олмушдур. Онун
щямйерлиси Оливер Кирк ися ЫЫЫ Олимпийа ойунларында йцнэцлвары вя йарым йцнэцл чяки
дяряжясиндя чыхыш едяряк ики гызыл медал газанмышдыр.
Нювбяти олимпийа ойунлары 1908-жи илдя Лондонда кечирилмишдир. 4 юлкянин 42 боксчусу
5 чяки дяряжясиндя мцбаризя апармышдыр. Бцтцн чяки дяряжяляриндя мцкафатлары инэилис
боксчулары юз араларында бюлцшдцрмцшляр. Йалныз орта чякидя эцмцш медалын сащиби австралийалы
Дечиналд Бейкер олмушдур.
1912-жи илдя Стоkщолмда Олимпийа ойунлары програмына бокс дахил едилмишдир.
Йалныз 1920-жи илдян етибарян бокс даими Олимпийа статусу алыр вя щяр дюрд илдян бир
кечирилир. Олимпийачыларын мцщарибядян сонракы илк эюрцшляри 1948-жи илдя Лондонда олмушдур.
Щявяскар бокs нящянэ аддымларла ирялиляйиб ян популйар идман нюvц кими танынмаьа
башланмышдыр.
Олимпийа туринириндя 39 юлкянин идманчысы ринэя чыхмышдыр. Бу кечирилмиш бцтцн олимпийа
турнирляриндян ян səviyyəlisi иди.
1952-жи илдя илк дяфя олараг Совет боксу олимпийа рингиня йол ачмышдыр. Щелсинки
олимпийадасында чыхыш едян 10 совет боксчuсундан икиси эцмцш вя дюрдц бцрцнж медал
газанмаьа наил олмушдур.
Азярбайжан бокс мяктябинин йетирмяляри йалныз республикамыз мцстягиллик ялдя етдикдян
сонра 1996-жы илдя илк дяфя олараг олимпийа ойунларында иштирак етмяк щцгугуна малик
олмушдур. Илщам Кяримов вя Ядалят Мяммядов Атланта Олимпийа ойунларында мцстягил
Азярбайжан байраьы алтында чыхыш едяряк олимпийа халлары газанмышлар. Цч эярэин вя чятин
дюйцш кечирмиш боксчумуз Ядалят Мяммядов В йер тутмушдур.
ХХ ясрин сонунжу цмумбяшяр мигйаслы идман байрамы кими артыг тарихя чеврилмиш
ХХВЫЫ йай олимпийа ойунлары Азярбайжан Республикасынын бядян тярбийяси вя идман
щярякатында уьурлу бир тядбир кими хцсуси йер тутмушдур.
143
Бу ойунларда идманчыларымызын ялдя етдийи наилиййятляр ися тарихимизин сящифяляриня гызыл
щярфлярля йазылмышдыр.
ХХВЫЫ-йай олимпийа ойунларынын бокс йарышларында Азярбайжан Республикасыны тямсил
едян беш идманчыдан икиси олимпийа халлары газанмышлар. Руслан Хаиров (67 кг) В йер, Вцгар
Ялякбяров (75 кг) ЫЫЫ йер тутмушдур.
Вцгар Ялякбяровун qазандыьы бцрцнж медал Азярбайжан тарихиндя бокс цзря юлкямизя
эятирилян илк олимпийа медалы иди.
ЫЫЫ-Олимпийа ойунлары 21-24 сентйабр 1904-жц ил (АБШ-Сент-Lуис). 7 чяки дяряжясиндя: ян
йцнэцлвари, йцнэцлвари, йарымйцнэцлвари, йцнэцл, йарыморта, орта вя аьыр чякидя 49 боксчу
йарышлара гошулмушлар. Бу идманчыларын щамысы АБШ-нын нцмайяндяляри иди. Тяшкилаты сябябляря
эюря başqa ölkələrin idmançıları Sent-Luisə gələ bilməmişdirlər və olimpiya bayrağı altında faktiki
olaraq ABŞ-ın boksçuları mükafatları öz aralarında bölüşdürmüşlər.
IV Olimpiaya oyunları 24-27 oktyabr 1908-ci il (Böyük-Britaniya), boks yarışları 5 çəki
dərəcəsində: yüngülvari, yarımyüngül, yüngül, orta və ağır çəkidə keçirilmişdir. Cəmi 42 boksçu
mükafat uğrunda mübarizə aparmışlar.
Böyük Britaniya -39 nəfər. Danimarka -1 nəfər, Fransa-1nəfər,Avstralya -1 nəfər.
Bütün mükafatları Böyük Britaniyanın boksçuları qazanmışlar. Yalnız orta çəkidərəcəsində
avstraliyalı Reçinald Beyker gümüş medal qazanmışdır.
1912-ci ildə də Stokholm Olimpiya Oyunlarına boks daxil edilmişdir.
1916-cı ildə Olimpiya oyunları I dünya müharibəsinə görə keçirilməmişdir.
VII Olimpiya Oyunları, 21-24 avqust 1920-ci il (Belçika-Antverpen).
1920-ci ildən başlayaraq Olimpiya boksu daimi status alır. Bu olimpiya oyunlarında 11
ölkənin 114 bksçusu 8 çəki dərəcəsində yarışmışlar. Qeyri rəsmi komanda hesabında Böyük
Britaniyanın boksçuları I ,ABŞ II, Kanada III olmuşdur.
VIII Olimpiya Oyunları 15-20 avqust 1924-cü il (Fransa-Paris).
Paris olimpiadasına 26 ölkədən 241 bokçu toplaşmışdır.Ölkələrin sayı bu dəfə daha çox idi.
VIII- olimpiya oyunlarından başlayaraq hər çəki dərəcəsində yalnız bir nəfər boksçu çıxarıla bilərdi.
I yer: ABŞ 6 medal, II yer: Böyük Britaniya 4 medal, III-yer: Argentina 4 medal.
IX Olimpiya Oyunları. 7-11 avqust 1928-ci il (Niderland-Amsterdam).
Amsterdamda 24 ölkədən 148 boksçu var idi. Yarışlar olimpiya sistemi ilə keçirilmişdi.
Döyüşdə məğlub olan boksçular yarışlardan çıxarılırdı. Müstəsna hal olaraq yarımfinal görüşlərində
məğlub olmuş boksçular III yer uğrunda mübarizə aparmaq üçün növbəti döyüşə buraxılırdılar.
Bu yarışlarda bütün 8 çəki dərəcəsinin hüdüdları dəqiqləşdirildi və olimpiya turnirləri üçün 3
raund (hər raund 3 dəqiqədən) döyüş formulası müəyyən edildi.
Qeyri rəsmi komanda hesabında İtalya -25 xalla I yer 4 medal (3-0-1), Argentina -24 xalla II
yer 4 medal (2-2-0) və ABŞ-14 xalla III yer 3 medal (0-1-2) tutmuşdur.
X- Olimpiya oyunları 9-13 avqust 1932-ci il (ABŞ- Los Anceles).
Olimpiya Boks turnirində 18 ölkənin boksçusu mükafatlar uğrunda yarışlara qoşulmuşlar,
nəticədə ABŞ idmançıları 29 xal- 5 medal (2-0-3) I yer. Argentina 19 xal -3 medal (2-1-0) II yer və
Cənubi Afrika İttifaqı idmançıları 18 xal- 3 medal (2-0-1) III yer qazanmışlar.
XI Olimpiya oyunları 11-15 avqust 1936-cı il (Almaniya- Berlin).
XI Olimpiya oyunlarında 30 ölkədən 183 boksçu iştirak edirdi.
Berlin Olimpiyadasında ilk dəfə olaraq Val Barker Kuboku təsis edilir.Bu kubokun sahibi ən
yüngülvari çəkidə III- yer tutmuş, ən texnikalı boksçu amerikalı L.Lauri olmuşdur.
Bu boks turnirində Almaniya 5 medal (2-2-1) 28 xalla I yer. Argentina 4 medal (1-1-2) 23
xalla III yer, Fransa 2 medal (2-0-0) 17 xalla III yer.
İkinci Dünya müharibəsi ilə əlaqədar Olimpiya oyunlarında 12 illik fasilə yaranmışdır.
XIV Olimpiya Oyunları 7-13 avqust 1948-ci il (Böyük Britaniya-London).
London ikinci dəfə Olimpiya Oyunlarının mərkəzi olmuşdur, 36 ölkənin 206 boksçusu
yarışlara qoşulmuşdur.
Qeyri rəsmi komanda hesabında Cənubi Afrika İttifaqının boksçuları hamıdan çox xal
qazanmışlar. Onlar 2 qızıl, 1 gümüş və 1 brunc medal əldə edərək I yer tutmuşlar. II yerə İtalyanlar-
144
5 medal (1-2-2) və Argentinalılar 3 medalla (2-0-1) III yerə çıxmışlar.
XV Olimpiya Oyunları 28 iyul-2 avqust 1952-ci il (Fillandiya -Helsinski).
1952-ci ildə Sovet boksçuları ilk dəfə Olimpiya rinqinə çıxmışlar. Bu olimpiya oyunlarında
boksçular 10 çəki dərəcəsində yarışmışlar.
Proqrama yeni çəki dərəcələri I yarımorta və I orta çəki əlavə olunmuşdur.
XV Olimpiya Oyunlarında III-IV yerlər üçün keçirilən əlavə döyüş ləğv edilir.Yarımfinal
görüşlərində uduzan hər iki boksçu III yerlə təltif olunur.
Orta çəki dərəcəsində Maçar boksçu Yasio Parr II dəfə Olimpiya çempionu adını qazandı.
ABŞ- 35 xalla I yer (5-0-0) 5 medal
SSRİ- 24 xalla II yer (0-2-4) 6 medal
Finlandiya -21 xalla III yer (1-0-4) 5 medal
XVI Olimpiya Oyunları 23 noyabr-1 dekabr 1956-cı il (Avstriya-Melburn).
Olimpiya oyunlarının təşkili ilk dəfə olaraq Avstriya qitəsinə Melburn şəhərinə həvalə
edilmişdir. Boks yarışlarında 27 ölkənin 161 idmançısı iştirak edirdi. Boks üzrə ilk Sovet Olimpiya
çempionu Vladimir Satronov oldu.
Yarışların yekun nəticələrinə görə SSRİ komandası- 33 xal, 6 medal (3-1-2) I yer, Böyük
Britaniya-26 xal 5 medal (2-1-2) II yer, Ruminiya -20,5 xal 4 medal (1-2-1) III yer tutmmuşlar.
XVII Olimpiya Oyunları 25 avqust -5 sentyabr 1960-cı il (İtalya-Roma).
42 ölkənin 282 boksçusu Olimpiya medalları uğrunda mebarizə aparmışlar. Yarışların son
günü isə yarışlarda fəxri kursunun ən yüksək pilləsinə cəmi 10 idmançı qalxmışdır. Qeyri rəsmi
komanda hesabında rinq sahibləri, İtalya komandası 39,5 xal və 7 medalla (1-3-3) I yer, Polşa
boksçuları 32,5 xal, 7 medalla (1-3-3) II yer və ABŞ boksçuları 24,5 xall 4 medalla (3-0-1) III yer
tutmuşlar.
XVIII Olimpiya Oyunları 10-24 oktyabr 1964-cü il (Yaponya-Tokio).
Bu olimpiadada 269 boksçu 42 ölkəni təmsil etmişdir.Sovet boksçuları üçün Tokio Olimpiyadası
daha uğurlu olmuşdur. SSRİ komandası I yer 48 xal 9 medal (3-4-2) , Polşa komandası-36,5 xall, 7
medal (3-1-3) II yer və İtalyanlar- 24,5 xal , 5 medal (2-0-3) II yer tutmuşdur.
XIX Olimpiya Oyunları. 13-26 oktyabr 1968-ci il (Meksika-Mexiko).
1968-ci ildə ilk dəfə olaraq Olimpiya oyunları Latın Amerikasında kemirilmişdir.
Olimpiadanın boks turnirində 43 ölkədən 305 idmançı iştirak etmişdir. Boks yarışlarının
proqramına yeni bir çəki dərəcəsi – I ən yüngülvari çəki əlavə olunmuşdur. Keçən olimpiya
oyunlarında olduğu kimi yenə də Sovetboksçular qeyri-rəsmi komanda hesabında I oldular 34,5 xal
6 medal (3-2-1) II yeri ABŞ-ın komandası 34 xal 7 medal (2-1-4) və III yeri Polşa idmançıları 24
xal 5 medal (1-2-2) tutmuşdur.
XX Olimpiya Oyunları 9 avqust-27 avqust 1972-ci il (Almaniya Federativ Respublikası-
Münhen).
12 illik fasilədən sonra yenidən Olimpiya Oyunları Avropa qitəsində keçirilmişdir.Olimpiya
mükafatları uğrunda 51 ölkənin 356 boksçusu yarışlara qoşulmuşdur.
Kuba rinq ustalarının Olimpiya turnirindəki iştirakı böyük sensasiyaya səbəb olmuşdur. Üç
idmançı Olimpiya çempionu adını qazanmış ağır çəkili Tiafilio Stivenson isə qızıl medalla yanaşı
Olimpiadanın ən yaxşı boksçusu kimi “ Val Barkerin kuboku” ilə təltif edilmişdir.
Kuba yığma komandası 29.5 xal 5 medal (3-1-1) qazanaraq I yerə Macarıstan boksçuları 20.5
xal 4 medalla (1-2-1) II yerə Polşa isə 19 xal 4 medalla (1-1-2) III yerə çıxmışlar.
XXI Olimpiya Oyunları 18-31 iyul 1976-cı il (Kanada-Monreal) Monrealın “Moris Rişar”
idman sarayında 57 ölkənin 348 boksçusu üçün start verildi.
ABŞ idmançıları Olimpiya rinqində daha uğurlu çıxış edərək beş qızıl, bir gümüş və bir
bürünc medal qazanmağa nail olmuşlar. Qeyri-rəsmi komanda hesabında 43 xalla amerikalılar I,
yarım xal geri qalmış kuba boksçuları II, Polşa komandası isə 21 xal toplayaraq III olmuşlar.
XXII Olimpiya Oyunları 18 iyul-2 avqust 1980-ci il (SSRİ-Moskva).
Moskva Olimpiya oyunlarında 51 ölkə 273 boksçu təmsil olunmuşdur. Siyasi motivlərlə
əlaqədar olaraq ABŞ və bir neçə başqa ölkələr bu olimpiadada iştirak etməmişdir.
145
Boks turniri Kuba idmançılarının üstünlüyü ilə keçmişdir. Azadlıq adasının idmançıları 6
qızıl, 2 gümüş, 2 bürünc medal qazanmışlar. Onların ardınca 8 medalla (1-6-1) Sovet boksçuları II
və 6 medalla (1-0-5) A.D.R III yer
XXIII Olimpiya Oyunları 28 iyul-12 avqust 1984-cü il (ABŞ-Los-Ancelos).
ABŞ 82 ölkədən 359 boksçu toplanmışdır. Siyasi motivlərə görə SSRİ, Kuba, ADR-
Bolqarıstan bu olimpiyadada iştirak etməmişlər.
XXIV Olimpiya Oyunları 17 sentyabr-2 oktyabr 1988-ci il (Cənubi Koreya-Seul).
Seul rinqində 107 ölkədən 441 idmançı iştirak etmişdir. Koreya XDR və Kuba bu yarışda
iştirak etməmişlər.
I yerə ABŞ-8 medal (3-3-2) II yerə Cənubi Koreya 4 medal (2-1-1) III yerə
ADR- 3 medal (2-1-0) çıxmışlar.
XXV Olimpiya Oyunları, avqust 1992-ci il
(İspaniya-Barselona).
Bu oyunlarda 84 ölkənin 340 boksçusu iştirak etmişdir. MDB ölkələrinin komandasına 5
Rusiya, 2 Qazağıstan, 1 Moskva, 1 S.Peterburq, 1 Gürcüstan,
1 Özbəkistan və 1 Ukrayna boksçusu daxil edilmişdir. Bu komanda Olimpiya bayrağı altında
çıxış edərək 2 medalla gümüş-bürünc qeyri-rəsmi komanda hesabında 8-ci yeri tutmuşlar.
XXVI Olimpiya Oyunları 19 iyul-5 avqust 1996-cı il (ABŞ- Atlanta)
Atlanta Olimpiya oyunlarında 335 boksçu 97 ölkəni təmsil edirdi. Qeyri-rəsmi komanda
hesabında I yeri Kuba-7 medal (4-3-0), II yeri ABŞ-6 medal (1-0-5), III yeri Qazağıstan- 4 medal
(1-1-2), IV yeri Rusiya-4 medal(1-0-3), V yeri Bolqarıstan-3 medal (1-2-0) və VI yeri Almaniya-4
medal (0-1-3) tutmuşlar.
Azərbaycan Respublikasının komandası 2 nəfər boksçu ilə ilk dəfə olimpiya oyunlarında
iştirak edirdi. İlham Kərimov 81 kq, Ədalət Məmmədov 91 kq çəki dərəcəsində iştirak etmişlər.
XXVII olimpiya oyunları 13 sentyabr-1 oktyabr 2000-ci il (Avstraliya-Sidney).
Bu olimpiya oyunlarında 75 ölkənin 310 idmançısı iştirak etmişlər.
Azərbaycan Respublikası bu mötəbər yarışda beş boksçu ilə təmsil olunurdu.
Maxaç Nuriddinov 60 kq, Ruslan Xairov 67 kq, Vüqar Ələkbərov 75 kq, Əli İsmayılov 81
kq, Məhəmməd Arifhacıyev 91 kq.
Bu yarışlarda 75 kq çəki dərəcəsində Vüqar Ələkbərov Olimpiya oyunlarının bürünc medalını
vətənimizə gətirdi.
ƏDƏBİYYAT
1.
Boks Olimpiya Oyunlarında, Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyası,
Bakı, 2002
ABSTRACT
Alikhanov Valeh
Olympic history of boxing
Boxing is one of the types of sport in the Olympic Games. The bare-handed fight of fists was
first on the program of the ancient XXIII Olympic Games B.C. in 688.
The world history of the modern Olympic boxing dates back to 1904. Just at that time boxing
gained world-wide fame and was firstly included into the III modern Olympic Games in St. Louise.
Competitions were held in the 5 weight degrees with the participation of 44 sportsmen.
Next Olympic Games were held in London in 1908. Competitions were held in the 5 weight
degrees with the participation of 42 boxers from 4 countries. The winners in all the weight degrees
were English boxers.
The trainees of the Azerbaijan boxing school participated in the Olympic Games in 1996 only
after our Republic gained its independence. Ilham Kerimov fought in the 81 weight degree and
146
Adalat Mammadon in the 91 weight degree under the Azerbaijan flag and scored certain Olympic
points.
Two boxers out of five participants who competed in the XXVII Olympic Games scored
Olympic points. Ruslan Khairov (67 kg) took the 5
th
place and Vugar Alakbarov (75 kg) took the
3
rd
place.
The article presents the inclusion of boxing as a type of sport into the program of the Olympic
Games, its development in the Azerbaijan Republic and representation in the Olympic Games
chronologically.
РЕЗЮМЕ
Алиханов Валех
Олимпийская история бокса
Бокс – один из спортивных видов в олимпийских играх. Впервые кулачный бой без
перчаток был включен в программу древних XXIII oлимпийских игр в 688 году до н.э.
История мирового олимпийского бокса начинается с 1904года, когда он получил
мировое признание и впервые был включен в программу III современных oлимпийских игр в
Сент-Луизе.
Очередные oлимпийские игры были проведены в 1908 году в Лондоне.
42 боксера из четырех стран боролись в пяти весовых категориях. Английские баксеры во
всех весовых категориях разделили призы между собой.
Воспитанники азербайджанской боксерской школы начали принимать участие в
oлимпийских играх с 1996 года после приобретения независимости нашей республики.
Выступая под флагом Азербайджана Ильхам Керимов в весовой котегории 81кг, Адалет
Мамедов в 91 кг заработали олимпийские очки.
Два боксера из пяти, участвовавших в турнирах XXVII oлимпийских игр,заработали
олимпийские очки. Руслан Хаиров (67 кг) занял пятое, Вюгар Алекперов (75 кг) - третье
место.
В статье показаны включение бокса как спортивного вида в oлимпийские игры и
развитие этого вида спорта в Азербайджане, а также его хронологическая
последовательность в oлимпийских играх.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
professor E.Maqsudov
147
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
XƏFAYƏT ƏLİYEVA
Naxçıvan Dövlət Universiteti
UOT: 37
MÖVLANA CƏLALƏDDİN RUMİ YARADICILIĞINDA
DOSTLUQ-YOLDAŞLIQ MÜNASİBƏTİ MƏSƏLƏLƏRİ
Açar sözlər: Cəlaləddin Rumi, dostluq, yoldaşlıq, nəcib əxlaqi kefiyyətlər, həmrəylik,
sədaqətlilik
Key words: Jelaleddin Rumi, friendship-companionship, noble moral features,solidarity,
loyalty
Ключевые слова: Джелаладдин Руми, дружественные и товарищеские, отношения,
благородные моральные качества, солидарность, верность
İlk öncə qeyd edək ki, dost sözü fars mənşəli olub “sevilən adam, yoldaş, sevgili, yar”
mənalarını verir. Dini ədəbiyyatlarda isə bu məfhum “sədaqət, üxuvvət, söhbət” kəlmələri ilə ifadə
edilir. Sədaqətli və səmimi insanlara “dost” deyilir. Dostluq insanlar arasında sevgi və səmimiyyətə
söykənən qırılmaz münasibətlər məcmusudur.
Dostluq haqqında çox görkəmli filosof və pedaqoqlar hikmət çələngi daşıyan aforizmlər
söyləmişlər ki, bunlardan bir neçəsinə nəzər salaq: İnsanlarla elə yaşa ki, gələcəkdə dostun düşmənin
olmasın, düşmənin isə dostun olsun… ( Pifaqor); Dost olmağa tələsməyin, amma dost oldunuzsa, bu
dostluğa xəyanət etməyin… (Sokrat); Dostluq var - məqsədi xeyir üçün, dostluq var – məqsədi xoş vaxt
keçirmək üçün… (Aristotel); Dost rahatlıq verən bir məlhəmdir. Dostsuz, yoldaşsız yaşamaq çətindir
(Nizami Gəncəvi). Bu fikirlərdən də göründüyü kimi, həyat dostlar və səmimi insanlarla mənalı olur.
Ülvi ideallara könül vermiş insanlar üçün isə dostun yeri bambaşqadır.
İnsan ictimai bir varlıqdır. Həyatda yaşamaq üçün başqa insanlara və ünsiyyətə möhtacdır.
Bu, ilahi qanundur. Ulu Tanrı da insanı bu cür fitrətlə yaratmışdır. Dolayısilə, hər bir bəşər övladı
həyatın enişli-yoxuşlu yollarında qarşısına çıxan maddi-mənəvi əngəllərin öhdəsindən gəlmək üçün
başqa insanların maddi-mənəvi yardımına ehtiyac duyur.
Dostluq-yoldaşlıq haqqında tədqiqinə ciddi ehtiyac duyulan maarifçi pedaqoqlardan biri də
Cəlaləddin Rumidir. Mövlana Cəlaləddin Rumiyə görə vətəninin, xalqının xoşbəxtliyi naminə
çalışan insanlar arasında birlik, dostluq, yoldaşlıq əlaqələri olmalıdır. Adamların eyni məqsəd
uğrunda mübarizə aparması üçün dostluq və yoldaşlıq münasibətlərinin yaranması və
möhkəmlənməsi çox vacibdir. Bu əlaqələr nə qədər möhkəm olarsa, insan qarşıya qoyduğu
məqsədə bir o qədər tez çatar. O, xalqın səadəti uğrunda mübarizədə qələbə çalmaq üçün həmrəy
olmağı, birlikdə fəaliyyət göstərməyi əsas şərt hesab etmişdir. Çünki birlik, həmrəylik tükənməz
qüvvət mənbəyidir.
Cəlaləddin Ruminin böyük məna kəsb edən aforizmlərindən biri belədir: “Yaxşı dostu
olanın aynaya ehtiyacı yoxdur”. Cəlaləddin Ruminin şəxsi həyatı da sədaqətli dostluğa bir nümunə
olmuşdur. Mövlananın dostluq zirvəsinə ucalmasında Şəms Təbrizi ilə olan dostluq
münasibətlərinin də böyük faydası olmuşdur. “Şəms Mövlanaya ayna oldu. Mövlana da Şəmsin
aynasında gördüyü öz gözəlliyinə aşiq oldu. Mövlana bir eşq şərabı, Şəms də ona bir qədəh oldu.
Bir sözlə, Şəms Mövlananın içində atəş yandırdı, lakin qarşısında elə bir vulkan püskürdü ki,
alovundan özü də yandı” (2, s.15).
Mövlana Cəlaləddin Rumiyə görə, yoldaşlıq, dostluq əsasında fəaliyyət göstərən insanlar və-
zifəsindən asılı olmayaraq öz şəxsi mənafeyini ümumi mənafedən üstün tutmamalıdır. Birlik,
həmrəylik, yoldaşlıq və dostluq kimi nəcib əxlaqi keyfiyyətlərə böyük əhəmiyyət verən Rumi
bunun rüşeymlərini uşaqlarda, yeniyetmələrdə lap kiçik yaşlardan inkişaf etdirməyi lazım bilmiş,
148
onun vacibliyini gənclərə başa salmağa çalışmışdır.
Cəlaləddin Rumi öz yaradıcılığında səmimi dostluq və yoldaşlığa çox önəm vermişdir. “Əsl
dost qarşılıq gözləməz” (1) – deyən Mövlana Cəlaləddin Ruminin bu fikrini müasirlərindən biri
belə xatırlayır: Mövlana onu sevənlərlə gəzməyə çıxmışdı. Yollarının üstündə bir neçə itin
qucaqlaşıb yatdıqlarını görürlər. O əsnada yoldaşlardan biri üzünü Mövlanaya tutub dedi:
–
İtlərin birliyi, diriliyi, məhəbbəti necə də gözəldir!.. Necə də bir-birinə sarmaşıb hüzur
içində yatırlar.
Mövlana “itlərin məhəbbəti aralarına bir sümük düşənə qədərdir!” (2, səh.38) deyərək fikrini
bu şəkildə əsaslandırır:
–
Sən bunların arasındakı dostluğun nə qədər möhkəm olduğunu bilmək istəyirsənsə, onların
qabağına bir leş və yaxud ciyər at. O vaxt bu dostluğun necə olduğunu görəcəksən. Bax, bu dünya
əhlinə və dünya malına qibtə edənlər arasındakı dostluq da belədir. Aralarında mənfəət, problem
olmadığı müddətcə dostdurlar. Ancaq dünya malı ortaya girincə neçə illərin namus və ləyaqətini
itirirlər və aralarındakı duz-çörək haqqını bir tərəfə atırlar.
Ümumiyyətlə demək olar ki, Cəlaləddin Rumi yaradıcılığında gözəl insani sifətlər mə-
həbbət, səmimiyyət, xeyirxahlıq, sülhpərvərlik, həqiqət aşiqliyi, dini şübhəçilik və sair ehtiraslar
şəklində meydana çıxır; bunun əksinə, nə qədər pis, arzuedilməz xüsusiyyətlər varsa, bunlar da
xudbinlik, paxıllıq, bədxahlıq, avamlıq, dini təəssübkeşlik, qısqanclıq, zalımlıq, qəddarlıq və sair
mənfi ehtiraslar şəklində canlandırılır. Mövlana hər bir müdrik kəlamında gənc nəslə belə bir fikri
təbliğ edir ki, insanları, xalqları, millətləri bir-birindən ayrı salan, bəşəriyyəti uçurumlara aparan
ancaq və ancaq dini, milli, irqi təəssübkeşlik səbəbləridir. İnsan həyatının əsl mənasını düzgün başa
düşən ağıllı adamın, yüksək mərifət, idrak sahibinin nəzərində müsəlman, xristian və s. yoxdur,
yalnız insan vardır.
Həqiqi dostluğun simvolu olan Cəlaləddin Ruminin pedaqoji görüşlərində ən mütərəqqi
cəhətlərdən biri odur ki, o, əsərlərində hər cür milli məhdudiyyət hissindən uzaq olmuşdur.
Humanizm onun yaradıcılıq ideyalarının cövhərini təşkil etmişdir. Bu nəcib, vüsətli insanpərvərlik
onun müdrik kəlamlarında da özünü çox aydın göstərmişdir. Bir fikrinə nəzər salaq: Həccə
gedərkən həcc yoldaşı axtar. Fərq etməz ya hindli olsun, ya türk ya ərəb. Onun şəklinə, rənginə
baxma: əzminə və məqsədinə bax. Rəngi qara belə olsa səninlə eyni məqsədi güdürsə eyni sən
rəngdədir. Sən ona bəyaz de.
Göründüyü kimi, Mövlana humanizmin təkcə təbliğatçısı deyil, həm də özü bu ideyanın
canlı nümunəsidir. İnsanlara məhəbbət, xidmət Ruminin həyat amalı olmuşdur. Bunu onun seçdiyi
müəllimlik sənəti də sübut edir. Çünki bu sənəti ilə insanlara; onların mənəvi sağlamlığına xidmət
etmişdir.
Bildiyimiz kimi, dostluq xarakteri, hissləri formalaşdırır. Dostluqda başlıca cəhət doğ-
ruçuluqdur, səmimilikdir. Yoldaşlıq və dostluğun möhkəmləndirilməsinin mühüm vasitəsi tənqid və
özünütənqiddir. Tənqid dostun pis hərəkətlərinin qarşısını alır, mənəvi aləmini saflaşdırır. Şəms Təbrizi
bu xüsusda yazırdı: “Mən məni tərifləyib mədh edəndən inciyirəm, ancaq məni tənqid edən mənim əsl
dostumdur”. Mövlana isə belə deyir: Dost acı söyləyən deyildir, acını şirin dillə söyləyəndir.
Səmimi və ideal dost qayğıkeş olur, gözlərindən, təbəssümündən, sifətinin cizgilərindən hər
şeyi başa düşür, təmənnasız kömək göstərir, dostunun müvəffəqiyyətinə sevinir, kədərinə şərik
çıxır. Həmin adama hər şeyi etibar edirsən, arxayın olursan. Qarşındakı belə “Dost isə düşünmə
canını yolunda qurban ver. Dost deyilsə heç gözləmədən yol ver getsin”.
Cəlaləddin Rumi hər cür vasitədə bağışlamağın tərəfdarıdır. O edilən pisliyə, xəyanətə qarşı
bağışlamaq qılıncının daha iti olduğunu dönələrlə hikmət dolu aforizmlərində qeyd etmişdir.
Mövlana fikrini belə əsaslandırır: Səbirlə qərar vermə, xoşniyyətlilik və bağışlama dostlar
arasındakı mübahisələrin həllində çox təsirli iti bir qılıncdır. Yenə Mövlanadan misal gətirək.
Mövlana bir gün yolda gedərkən mübahisə edən iki insandan birinin digərinə: “Bir gözlə, bir dinlə!
Elə hey danışırsan?” dediyini eşidir. Bunu görəndə dava-dalaş edən adamların yanına gəlib qışqır-
bağır salan adama dostcasına deyir: “Nə deyirsənsə mənə de, mənimlə dalaş. Sən mənə min söylə,
məndən heç bir də eşitməyəcəksən!” Bu mənalı sözləri eşidən adamlar həmin an özlərini ələ alıb
Mövlanaya hörmət edərək barışırlar.
149
Mövlana dəfələrlə vurğulayır ki, dost seçən zaman bəzi dəyərlərə də diqqət etmək lazımdır.
Dost gərək əxlaqlı olsun, ağıllı və elmli olsun, paxıl olmasın. Çünki bu keyfiyyətlər istər-istəməz
sənə də təsir etmiş olacaqdır. Qeyd etdiyimiz kimi, elmli bir insanla dost olarsansa, onun elmindən
və əxlaqından sən də bəhrələnmiş olacaqsan. “Əgər dostunun səndən axirətdə nifrət etməsini
istəmirsənsə aqil bir kimsəni ağıllı dost kimi qəbul et”. Yox əgər paxıl, pislik dolu birisiylə dostluq-
yoldaşlıq edərsənsə xasiyyətdə də ona oxşar olacağını Rumi bu şəkildə əsaslandırır: “İnsan pis
yoldaşla həmsöhbət olduqda xasiyyətdə ona bənzər.”
Göründüyü kimi, Cəlaləddin Ruminin dostluq-yoldaşlıq haqqında xəzinə dolu fikirlərini bir
məqalədə əhatə etmək mümkün deyil.
Yekun olaraq qeyd edək ki, Mövlana Cəlaləddin Rumi öz davranış və müdrik dolu fikirləri
ilə insanların qəlbinə yol tapmış, onların sevgisini qazanmış, ona qarşı yönələn hər cür bədxah
davranış qarşısında səmimiyyət və sevgi prinsipini qoruyaraq hər bir kəsi sevgi ilə qucaqlamış, hər
kəsə xoş davranmış, şəfqət və cevgi ümmanını hər kəsi qərq edəcək şəkildə geniş tutmuşdur.
Cəlaləddin Ruminin dostluq haqqında dəyərləri Mövlanaya yaraşır şəkildə təmsil edilməli,
yaşanaraq öyrənilməli və öyrədilməlidir.
Dostları ilə paylaş: |