ƏDƏBİYYAT
1.
“Molla Nəsrəddin” jurnalı (1906-1931)
2.
Haqverdiyev Ə. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı: Lider nəşriyyat, 2005, 408 s.
3.
Kazımova F. Azərbaycan ədəbiyyatının “Cüvəllağı”sı. Bakı: Mütərcim, 2012, 324 s.
4.
Mərdanov M. Əlli il Azərbaycan səhnəsində. Xatirələrim. Bakı: 1959, 125 s.
ABSTRACT
Kamal Jamalov
On the role of mollanasraddinists in strugle for progress of national press
This paper deals with the activities of mollanasraddinists in strugle for progress of national
press. It is noted that mollanasraddinists considering newspaper as the mirror of the world
intervened coragely into all pedagogical problems of that time, critisized, ironized, laughed but
thought as well about the ways out of illiteracy bog day and night. The pedagogical problems that
mollanasraddinists paid more attention to consisted of the followings: conduct of education in
mother tongue, establishment of new national schools, preparation of textbooks in mother tongue,
nationalization of content of education, application of new educational methods, definition of
purpose and content of education. These ideas lay as the essence of activities of mollanasraddinists.
РЕЗЮМЕ
Кямал Джамалов
Взгляды просветителей молланасреддинцев по отношению воспитательной роли
театров
В статье привлекаются анализу проводимая борьба просветителей молланасреддинцев
(Джалиль Мамедгулузаде, Омар Фаик Неманзаде, Абдуррахим Бей Хаквердиев), связанная с
воспитательной ролью, прогрессом и идейной чистотой искусства. Подчеркивается, что мол-
ланасреддинцы подвергались нападениям, не только высмеивая ложь, лицемерие моллы,
ахундов в сатирических стихотворениях, фельетонах, но и создавая театральные сцены под-
вергались преследованию, издевательству, критике, унижению, угрозе, оскорблению, и др.
Несмотря на все это молланасреддинцы не сбились с пути, до конца остались верными своим
целям и идеям.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
professor E.Maqsudov
118
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
VÜSALƏ İSMAYILOVA
Naxçıvan Dövlət Universiteti
UOT:37.01
MƏNƏVİ TƏRBİYƏNİN FƏLSƏFİ ƏSASLARININ ARAŞDIRILMASI
Key words: Morality, nurturing, philosophy, analysis, ideas
Ключевые слова: Нравственность, воспитание, философия, анализ, идея.
Yetişən nəslin mənəvi tərbiyəsinin aktuallaşdırılması, onun nəcib sifətlərə yiyələnmək
ruhunda tərbiyə edilməsi günün vacib tələbinə çevrildi. Mənəvi insan, mənəvi zənginlik,
mənəviyyatlı olmaq səyləri bütün dövrlərdə insanlar tərəfindən yüksək qiymətləndirilmişdir. Bu
gün ölkənin bütün vətəndaşları müstəqillik yolu ilə inamla irəliləyən, dərin sosial - iqtisadi
dəyişikliklər dövrü yaşayan, dünyada gedən proqressiv proseslərə fəal şəkildə qoşulan
Azərbaycanın gələcəyi və onun gəncləri haqqında düşünmək məcburiyyətindədir.
Bəs mənəvi tərbiyə nədir? Onun pedaqoji, psixoloji əsasları ilə yanaşı fəlsəfi əsasları nədən
ibarətdir?
Araşdırma və təhlillərimiz göstərir ki, mənəvi tərbiyə anlayışının ifadə etdiyi məna və
məzmuna münasibətdə pedaqoji ədəbiyyatda dəqiqləşdirilməmiş, ziddiyyətli görünən, bəzən də
ümumiləşdirilib tamamlanmamış fikir və mülahizələr vardır. Tədqiqatlardakı belə bir uyğunsuzuğu
pedaqoji elmlər doktoru Ləzifə Qasımova da diqqətə çəkərək yazır: «Azərbaycanda nəşr olunmuş
bəzi pedaqoji ədəbiyyatlarda nədənsə «mənəviyyatla əxlaq» və «mənəvi tərbiyə ilə əxlaq tərbiyəsi»
məfhumları eyniləşdirilir. Əxlaq tərbiyəsi mənəvi tərbiyə kimi, mənəviyyat əxlaqın tərkib hissəsi kimi
qələmə verilir. Hətta yaxşılıq, xoşbəxtlik, milli mənlik şüuru, doğma yurda, Vətənə məhəbbət,
əməksevərlik, vətənpərvərlik, beynəlmiləlçilik əxlaq kateqoriyaları kimi qiymətləndirilir” (1, s. 13).
Məlumdur ki, «mənəvi», «mənəviyyat» ərəb mənşəli sözdür və hərfi mənası mənaya,
məzmuna aid olan, maddi olmayan, fikri, ruhi olan deməkdir. Nədənsə bu anlayışın mahiyyəti
barədə məqalə Azərbaycan Sovet Ensiklopediyasına salınmamışdır. Dövrü üçün çox mötəbər nəşr
sayılan ensiklopediyada yalnız istehsalatla bağlı mahiyyətdə «Mənəvi aşınma» və hüquqi əsasda
«Mənəvi zərər» anlayışlarının mahiyyətinə aid məqalələr verilmişdir (2, s. 508). Bu məfhum
«Azərbaycan dilinin izahlı lüğətində belə ifadə olunur: «Mənəviyyat - insanın mənəvi keyfiyyətləri,
normaları, yüksək əxlaq, yüksək mənəviyyat - mənəvi insanın daxili, ruh aləmi ilə bağlı olan
mənəviyyatla əlaqədar, batini, qeyri - cismani, qeyri –maddi” (3, s. 94).
Bilmək lazımdır ki, insanın mənəvi dəyərləri əsrlər boyu işlənib hazırlanmış, bizim
dövrümüzə qədər gəlib çatmışdır. Bu mənəvi dəyərlər insanlığın həyat fəaliyyətinin müxtəlif
dövrlərində təzahür etmiş dini təlimlər, müdriklərin mənəvi axtarışları, xalqın, etnosun adət -
ənənələri əsasında formalaşmış sosial davranış qaydalarıdır. Bu təsadüfi deyildir ki, insanın düşüncə
vasitələri və həyat fəaliyyətinin əsasında duran dəyərlər mənəvi nöqteyi - nəzərdən, həyat simvolu
kimi düşünülmüş, necə deyərlər, nəsli mühafizə işinə xidmət etmişdir.
Mənəvi tərbiyə problemi fəlsəfənin də tədqiq etdiyi problem olduğu üçün pedaqoji,
psixoloji əsasları ilə yanaşı fəlsəfi əsasları da araşdırılmışdır. Bəs mənəvi tərbiyənin fəlsəfi əsasları
və məzmunu haqqında filosofların fikri nədən ibarətdir?
Mənəvi tərbiyə məsələləri, şəxsiyyət problemi fəlsəfi fikrin bütün tarix boyu mütəfək–
kirlərinin diqqət mərkəzində duran mövzulardandır. Keçmişdə filosoflar belə hesab edirdilər ki,
insan həyatının norma və dəyərlərini anlamadan insan təbiətini dərk etmək mümkün deyil.
Zərdüştiliyin mənəvi prinsipləri Humata (xeyirxah fikir, düşüncə), Huxta (xeyirxah söz),
Hvarşta (xeyirxah əməl) sülhü, əmin-amanlığı qorumaq, əməksevərlik, qənaətçillik, xeyirxahlıq,
ədalətlilik tələblərini ifadə edirdi. Zərdüştilik sosial fikir tarixində məhz bu arzu, təklif və tələblər
119
üzərində qurulmuş, maddi və mənəvi cəhətdən bizə məlum olan ilk kamil cəmiyyətin təsvirini verir.
Qədim yunan mədəniyyəti və fəlsəfəsində mənəvi tərbiyə problemlərini Demokrit, Pifaqor,
Anaksarx, Pirron, Sokrat, Platon, Aristotel, Laertli Diogen, Evdoks, Feopomp, Rodoslu Evdem,
Gekatey öz əsərlərində ətraflı göstərmişlər.
Demokrit əqli inkişaf məsələlərini mənəvi tərbiyə ilə sıx əlaqələndirirdi. O, belə hesab edirdi
ki, mənəvi cəhətdən zəngin insan həmişə cəsarətli, mərd olmalıdır, öz hisslərinə hakim olmalıdır,
həmişə yaxşılığa can atmalıdır, vaxtını boş keçirməməlidir, düşüncəsiz, yüngül həyat tərzindən uzaq
olmalıdır, öz arzularına real imkanlara uyğun, müəyyən həddə harmonik şəkildə çatmalıdır. O,
mənəvi hərəkətləri sistematik olaraq məşq etdirməyi insanın mənəvi keyfiyyətlərinin
təkmilləşməsində mühüm vasitə hesab edirdi (4, s. 135-142).
Sokrat antik dövrün ən sirli filosoflarından hesab olunur. Ksenofont Sokrat haqqında
xatirələrində onun tətqiqatlarının əsasında nəyin müqəddəs, nəyin günah, nəyin yaxşı, nəyin pis,
nəyin ədalətli, nəyin ədalətsiz, nəyin kamil, nəyin ağılsız, nəyin cəsarətli, nəyin cəsarətsizlik
olduğunu göstərirdi. Sokratın fəlsəfəsi əsasən etik problemlərə istiqamətlənmişdir. Əsl fəlsəfənin və
əsl filosofun fərqləndirici cəhətini bilik və insanlığın vəhdətində görən Sokratın düşüncələrinə görə
fəlsəfə təkcə nəzəri fəaliyyətlə deyil, həmçinin praktik hissəni - xoş davranışı və müdrik olmağı
özündə birləşdirir. Yaxşılıq haqda biliklər insanı yaxşı hərəkətlərə sövq edər və pislikdən qoruyar.
Platon tərbiyənin əsas məsələsi kimi nəsillərə yaxşılıq prinsiplərini və bununla ruhun əqli
hissəsinin möhkəmləndirilməsini əsas göstərirdi. Mənəvi keyfiyyətlərin, yəni fəzilətlərin fitri
olduğunu söyləyən filosof hesab edir ki, düzgün tərbiyə bunları nizama salır, yanlış tərbiyə isə
insanın «qabında olanları» ya məhv edir, ya da təhrif edir (5 s. 39-43; s. 45-46).
Mənəvi keyfiyyətlərin anadangəlmə deyil, həyatda qazanılması fikrini Aristotel daha da inkişaf
etdirmişdir. O, mənəvi tərbiyənin üç növünü xüsusilə qeyd edirdi: fiziki, mənəvi, əqli. Aristotel bu
sırada ruhun, mənəviyyatın inkişafını elmi öyrətməkdən önə qoyurdu. Filosof mənəvi tərbiyənin
yüksək dəyərini qeyd edərək mənəvi cəhətdən inkişaf etmiş insanı kamil insan hesab edirdi.
Məsələn, təbiətdə yuxarıdan aşağı diyirlənən daşı geriyə, yuxarıya qalxmağa öyrətmək qeyri-mümkündür (6,
s.78). Fəlsəfi ədəbiyyatlarda müdrik alim-filosof Lyusiy Aney Seneka tərbiyənin əsas məsələsi kimi
insanın mənəvi cəhətdən kamilləşməsini, təkmilləşməsini, tərbiyənin əsas metodu kimi ilahi ideala
doğru hərəkəti əsas götürürdü. O mühüm vasitə kimi əyani şəkildə həyatdan və tarixdən nümunə
gətirməyi xüsusilə qeyd edirdi və uzun nəsiyyətlərdənsə qısaca misallar çəkməyi üstün bilirdi (5,
s.53-54). Qeyd edək ki, şəxsiyyəti intensiv sosial inkişafa məcbur etməyin humanist olmaması
məsələsi müasir fəlsəfi və pedaqoji təlimlərdə birmənalı izah olunmuşdur. Məsələn, freydist və neo-
freydist yönümlü fəlsəfi təlimlərin nümayəndələri (Dc. Dyui, E.From və başqaları) pedaqoji
prosesdə şəxsiyyətə hər cür təzyiq göstərməyin əleyhinə çıxış edirlər (7, s. 84-86; 165, s. 61).
Kvintilian döyməklə cəzalandırmağa qarşı çıxaraq bunu şagirdin şərəf və ləyaqətinə qarşı
təhqir hesab edirdi və bunun təhsilə kömək olduğunu deyil, əksinə onların ruhunu, mənəviyyatını
məhv etdiyini göstərirdi. O belə düşünürdü ki, müəllim təhsildə sadə, çalışqan, işində səbrli, əsl
nümunə olmalıdır və şagirdlərinə valideyn hissləri bəsləməlidir (7, s. 55-56).
K.A. Berdyayev, V.A.Belinskiy, S.N.Bulqakov, A.N.Qertsen, L.N.Qumilyov kimi
filosofların şəxsiyyətin mənəvi tərbiyə problemini işıqlandıran pedaqoji axtarışları fəlsəfi biliklərlə
sıx bağlıdır. Belinskiy mənəvi tərbiyənin dəyərini belə qeyd edirdi ki, bir çox tərbiyə “növü”
mövcuddur, ancaq hər birindən üstün bütöv cəmiyyətin mənəviyyatına təsir göstərən mənəvi
tərbiyədir. XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi təbiət elmləri, tarix, məntiq,
filologiya və s. sahələr üzrə əsərlərin müəllifi, şair və filosof Abbasqulu ağa Bakıxanovdur. Onun
“Əxlaqın tərbiyələnməsi”, “Nəsihətlər kitabı”, “İşıqların yerləşdiyi yer”, “Camalın aynası” və s.
əsərlərində mənəvi tərbiyə ilə bağlı fikirləri öz əksini tapmışdır. Onun fəlsəfəsinin əsas qayəsi
maariflənmə yolu ilə kamil şəxsiyyət yetişdirmək, ədalətli cəmiyyət qurmaq olmuşdur.
A.Bakıxanovun irsində kamilləşmənin sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə Allaha
qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı zəka, elm kimi iki yolu göstərilir. Mahmud
Şəbüstəri, Yusif Qarabaği və b. irsində də göstərilən bu iki yol A.Bakıxanovun kamilləşmə
konsepsiyası üçün təməl idi. O, əsrinin elmi nailiyyətlərindən çıxış edərək mənəvi təkmilləşmədə
elmə, elmlə əməlin (praktikanın) bağlılığına və mövcudatın rasional dərkinə xüsusi əhəmiyyət
120
verirdi. Abbasqulu ağa Bakıxanovun fikrincə, hər bir kəs yaşadığı cəmiyyətin əxlaq normalarını
qəbul etməlidir. Özünü cəmiyyətə qarşı qoymaq faydasız, cəmiyyətlə uzlaşmaq isə faydalıdır.
Əxlaq və davranış formaları insanların fəaliyyətinin düşünülmüş tənzimlənməsi nəticəsində əldə
oluna bilər (8, s. 203).
Filosoflar tərəfindən mənəviyyatla bağlı bir sıra ideyalar irəli sürülmüşdür. Bu ideyaların
qəbul edilməsi müasir təhsil prosesində şəxsiyyətin mənəvi tərbiyəsinin problemli məsələlərinin
həll edilməsinə çoxsaylı metodların üzə çıxarılmasına kömək edir. Mənəvi baxış aspektindən öz
pedaqoji, fəlsəfi ideyalarını təqdim edən alim-filosofların yaradıçılıqlarının öyrənilməsi böyük elmi
dəyərə malik olmaqla yenidən və yenidən pedaqoji stereotipləri nəzərdə keçirməyə vadar edir və
gənclərin tərbiyə prosesinin nəzəri və təcrübi problemlərinə yeni yanaşmaların yaranmasına səbəb
olur. Mənəvi tərbiyənin fəlsəfi əsaslarını araşdırarkən belə nəticəyə gəlmək olar ki, müəyyən
pedaqoji nəzəriyyənin quruluşunun əsasında fəlsəfi biliklər durur. Hər bir nəzəri tədqiqat
gerçəkliyin öyrənilməsi ilə bağlıdır, bəzən də dərketmənin konkret sahəsində alimlərin fəlsəfi-
pedaqoji ideyalarının analizi ilə əlaqəlidir. Pedaqogika bu anlamda fəlsəfəyə dərketmə üçün mate–
rial verir, onların vasitəsilə tərbiyə predmeti fəlsəfə və pedaqogikanın mənəvi-mental dialoqunda
mühüm obyekt hesab olunur.
ƏDƏBİYYAT
1.
Qasımova L.N. Məktəblilərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi təcrübəsindən. Bakı,
Nurlan, 2004, 220 s
2.
Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, VI c, Bakı, Azərbaycan Sovet
Ensiklopediyasının Baş Redaksiyası,1982, 608 s
3.
Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, III c., Bakı, Azərnəşr, 1983, 554 s.
4.
Асмус В. Ф. Античная философия . М. : Высшая школа, 1999, 544 с.
5.
Джуринский А. Н. История зарубежной педагогики. Учеб. пособие для вузов. М.:
Форум-инфра, 1998, 272 с
6.
Аристотель. Сочинения в 4-x т. Т.4, М.: Мысль, 1984, 450 s.
7.
Дюи Дж. Введение в философию воспитания. М.: Прогресс, 1981, 277s.
8.
Rzayev M.H. Fəlsəfə tarixi. Dərslik. Naxçıvan, Qeyrət, 2011, 278 s.
ABSTRACT
Vusala Ismayilova
The analysis of philosophical bases of moral nurturing
The article studies the philosophical roots of moral nurturing, philosophical-pedagogical
ideas of scientists-philosopers, and the impact of these ideas on upbringing of personality in the
process of education. As a result of the study, it is revealed that on the basis of precise pedagogical
theory stands understanding of philosophy.
РЕЗЮМЕ
Вюсала Исмаилова
Анализ философских основ нравственного воспитания
В
статье
анализируются
философские
основы
нравственного
воспита-
ния, философски-педагогические идеи учены-философов, а также роль этих идей в
воспитании личности в процессе образования. В результате анализа выясняется, что в основе
конкретной педагогической теории стоят знания философии.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
professor E.Maqsudov
121
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
TAMİLLA VAHABOVA
UOT: 37(091)
XIX ƏSRİN II YARISINDA DEMOKRATİK FİKİRLİ ZİYALILARIMIZ MİLLİ
ÖZÜNÜDƏRK VƏ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ HAQQINDA
Açar sözlər: milli özünüdərk, vətənpərvərlik, tərbiyə, IX əsr, pedaqoji fikir
Key words: national identity, education, patriotism, XIX century, pedagogical thought
Ключевые слова: национальное самопознание, воспитание, патриотизм, XIX век,
педагогическая мысль
Milli intibahımızın təşəkkül və təkamül dövrü kimi səciyyələnən XIX-XX yüzilliklərin
qovşağında yaşayıb fəaliyyət göstərmiş demokratik məfkurəli ziyalı elitasının milli tərbiyəçi – islahedici
funksiyasına daxil olan vəzifələrdən biri də mənsub olduqları xalqı milli özünüdərk və vətənpərvərlik
ruhunda tərbiyə etmək idi. Tərbiyənin bu xətti elə zəruri mahiyyət kəsb edirdi ki, millətin, vətənin
gələcək taleyi biləvasitə həmin tərbiyə sisteminin necə qurulmasından asılı idi. Bu, elə bir tərbiyə
faktoru idi ki, burada fərdlərin xoşbəxtliyi deyil, ümumilikdə millətin və vətənin səadəti ehtiva
olunurdu. Problemə bir qədər əhatəli dairədə yanaşsaq, belə bir tərbiyə amili həm xalqın, həm də onu
təşkil edən fərdlərin xoşbəxtliyini ağuşuna alırdı. Həm uşaqlara, həm də böyüklərə aid idi. Həm vətən
övladının mübarizə əzmini, həm də vətənin ümumi səadəti uğrunda mücadilə ideyasını əhatə edirdi.
Xalqın milli özünüdərk və vətənpərvərlik ruhunda tərbiyəsi də ümumi xoşbəxtlik, ictimai mübarizə
məzmunu kəsb edən ümummilli məsələ idi. Bizim tərbiyə nəzəriyyəçilərimiz də ölkə vətəndaşlarının
tərbiyəsində milli xarakter və xüsusiyyətləri nəzərə alır, öz təlqin, tövsiyə və təkliflərini həmin
müstəvidə irəli sürürdülər.
Xalqımızın milli özünüdərk və vətənpərvər ruhda yetişməsi uğrunda əzmkarlıq və fəallıq
göstərən şəxsiyyətlərimizdən biri M.F.Axundov olmuşdur. Onun fikrincə vətənpərvərlik hissi
səltənət başçısı padşahdan başlamış aşağıya doğru bütün vətən övladlarına sirayət etməlidir. Bu
işdə səltənət başçısının müstəsna rolu vardır. O, vətəndaşları despotizm və zorakılıq üsulları ilə
deyil insanpərvərlik, xalqsevərlik, vətənpərvərlik qanunları ilə idarə etməli, idarə etdiyi ölkədə
hər kəsin qəlbində “patriot”luq hissi yaratmalıdır. Elə etməlidir ki, vətəndaşlar qorxu cəhətdən
deyil, ədalət və sədaqət cəhətdən padşaha itaət edib “padşahın ismi ilə vətəndən ötrü can və
mallarını müzayiqə etməsinlər” (1, 72). Mirzə Fətəli təkcə ölkə başçılarını deyil, millətin ağıllı
adamlarını, ziyalılarını, tərbiyəçilərini də öz xalqının millətpərvərlik, vətənpərvərlik ruhunda
tərbiyəsi yolunda səfərbərliyə çağırır, məsələnin mahiyyətini bu cür şərh edirdi: “Millətin
ağıllıları bu əsrdə gərək milli qüdrət və vətənin biganə xalqlardan qorunması üçün azadlıq və
istiqlaliyyətin əldən alınması və əsarət kimi bir zillətin ki, bu aləmi-həvadisdə ola biləcəyi
yəqinə yaxındır, rədd edilməsi tədbirlərində olsunlar. Bu növ zillətin rədd edilməsi tədbiri,
fəqət, millətin bütün sinifləri içində elmləri yaymaq və onların zehnində qeyrət, namus, millət-
pərvərlik və vətənpərvərlik toxumunu əkməklə mümkündür. Necə ki, hal-hazırda Avropanın
qüdrətli millətləri bu sifətin sahibidirlər” (5, 152-153).
Cəlaləddin Mirzəyə 15 iyun 1870-ci il tarixli məktubunda qəlbində “vətən sevgisinin çoxluğu
üzündən” onun nəfi naminə çox tədbirlərə əl atdığını söyləyən M.F.Axundov onun xalqı içərisində də
“vətənpərvərlik və xalqsevərlik nəşəsini başa düşüb” onun qeyrət və təəssübü ilə yaşayan tək-tək
adamların olduğuna sevinir. Bu adamların sayının gələcəkdə artacağına ümid edir. Cahil ərəblərin gəlib
bizim müstəqil dövlətimizi zavala uğratdığını, yer üzünün cənnəti sayılan vətənimizi xarabazara
döndərdiklərini, bizi bu cür “zəlil, başıaşağı edib, kölə və miskin vəziyyətə” saldığını nifrətlə xatırladır.
Xalqı, vətəni bu vəziyyətdən qurtara biləcək şəxsiyyətlərə ehtiyac olduğunu söyləyir. Həm də vətənin
“peyğəmbərlik, imamlıq yolu ilə deyil”, yalnız “filosofluq, alimlik yolu ilə” xilasını mümkün sayır (2,
141-143). Tarixin dərslərindən ibrət götürüb heç olmasa, həmvətənlərimizi sonrakı bəla və mü-
sibətlərdən qorumaqdan, xalqı bu işə səfərbər etməkdən ötrü onu lazımi şəkildə tərbiyələndirmək şərtini
122
irəli sürür (2, 161). İranın sabiq konsulu Əli xana ünvanladığı 22 sentyabr 1872-ci il tarixli məktubunda
əsas məqsədinin vətənin xilası üçün çalışmaq olduğunu söyləyir: “Mənim məqsədim islam xalqlarını
sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqlarımızın azadlığı, rifahı və
sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün və islamiyyətdən əvvəl babalarımızın malik
olduğu şən və şöhrətin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir”. Başqa bir məktubunda isə
gələcəkdə vətəninin yadların ardınca gedən mənhus vücudlardan təmizlənəcəyinə, əsarətdən
qurtaracağına, gülüstana çevriləcəyinə inamını ifadə edir (2, 247).
“Əkinçi” qəzeti də vətəndaşların qəlbində vətən və millət sevgisi yaratmaq təşəbbüsündə
Mirzə Fətəlinin məsləkinə şərik çıxırdı. H.Zərdabi qəzetin 11 iyun 1876-cı il tarixli nömrəsində
millət təəssübü çəkən “qardaşlara” müraciət edib onları “milləti işlərimizə rövnəq verməyə”, elm
təhsil edənlərə, millət yolunda çalışmaq istəyənlərə güc verməyə çağırırdı. Onu da əlavə edirdi ki,
cəhalət, maarifsizlik ucbatından bizim vətən qardaşlarımız ilə “ünas tutmaq” çətindir. Göstərilən
səbəbə görə onlar sizin dediklərinizi başa düşməyəcək, şəriətə zidd hesab edəcək, hətta sizi kafir
adlandırıb incidəcək. Ancaq vətən və millətin xoşbəxt istiqbalı naminə siz bu cəfalara dözməlisiniz.
Nəfsə uyub millətin və vətənin şərəfini öz şəxsi mənfəətinizə satmamalısınız (3, 183).
Məhəmmədtağı Əlizadə Şirvani də “Əkinçi” qəzetində (1877, 1 fevral) işıq üzü görən və “Vəkili-
milləti-islamın” (yəni M.F.Axundovun) fikirlərini müzakirə məqsədilə yazılmış məktubunda bizim
milliət və vətən sevgisindən məhrum olmağımızın səbəbini elmdən “bisəmər” qalmağımızda və
“ittifaqımızın yoxluğunda” görürdü .
H.Zərdabi “Zingədanlıq davası və yaxud dirilik mübarizəsi” (“Həyat”, 1906, 4 yanvar), “Dil
və din” (“Həyat”, 1906, 6 yanvar) məqalələrində milli özünüdərk və mücadilə məsələsinə yenidən
qayıdırdı. Müəllif nəzərə çatdırırdı ki, həyat, yaşayış, yüksəliş, qabiliyyət uğrunda millətlər,
qövmlar arasında əzəli və əbədi mübarizə mövcuddur. Bu, cəmiyyət və xalqların bir-biri ilə
“zindəganlıq davası”, yəni ölüm-dirim uğrunda mübarizəsidir. Əgər millət özünü, öz varlığını,
kimliyini dərk etmirsə, o, həmin davadan məğlub çıxıb tədricən (“mürur ilə”) “fovt olub gedir”.
Xalqın öz milli varlığını dərki, ətraf dünyadan baş aça bilməsi elm, təhsil, ana dilinin mühafizəsi,
birlik və ittifaqla ola bilər. İttifaq və ittihada nail olmaqdan ötrü toplumu təşkil edən fərdlər və
bütövlükdə cəmiyyət öz milli kimliyini anlamalı, etnik mənşəyini bilməli, etnokulturoloji yaddaşına
və sərvətinə sahib çıxmalıdır.
Maarifçi ideoloqlarımız arasında milli özünüdərk tərbiyəsi ilə nəzəri şəkildə məşğul olan fəal
ziyalılarımızdan biri M.Şahtaxtlı olmuşdur. Tarix boyunca ilk dəfə o, “Kaspi” qəzeti (1891, №93)
vasitəsilə ictimaiyyətə təqdim edilən “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” sərlövhəli
məqaləsində son dərəcə önəmli mahiyyət daşıyan bu suala (sərlövhədəki suala) cavab vermişdir.
Həm də tarixdə ilk dəfə Azərbaycan türklərinin milli mənsubiyyəti, milli kimliyi, milli dilinin adı,
milli etiketləri bir problem olaraq ictimai-mədəni səhnəyə çıxarılmış, müzakirə və mübahisə
obyektinə çevrilmişdir. Əslində bu deyilənlər xalq üçün son dərəcə vacib məsələlərdir. Çünki xalq
öz milli mənsubiyyətini, millətinin, dilinin dürüst adını, etnos kimliyini anlamadan, bilmədən onda
lazımınca milli hiss, milli düşüncə, milli qürur, milli təəssübkeşlik və s. milli insani keyfiyyətlər
tərbiyə etmək mümkün deyil.
M.Şahtaxtlı şərh edir ki, uzun əsrlərdir, azərbaycanlılar “milli dil və din anlayışlarını itirib, öz
xalqlarını və öz dillərini müsəlman adlandırırlar. Hansı xalqa məxsusdurlar və hansı dildə danışırlar? –
sualına Zaqafqaziya müsəlmanı başqa cavab vermir. Yalnız deyir ki, o, müsəlmandır və müsəlmanca
danışır” (237, 28). Ruslar bizə gah “Zaqafqaziya müsəlmanları”, gah da “tatar”, “Qafqaz tatarları” deyir.
Hətta bizə, xüsusilə Bakı əhalisinə “fars” deyənlər də tapılır. Bu ciddi yanlışlıqdır. Müsəlmançılıq bizim
dini etiqadımızdır. Etiqadla, xalqın adını qarışıq salmaq olmaz. Beləliklə, Məhəmmədağa xalqın adı və
dilimizin adı barədə ilk dəfə belə bir tarixi təklif verir: “Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onun
dilini isə Azərbaycan dili adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsi İrandan ayrılıb Rusiyanın
payına düşmüş Aderbedjan (Azərbaycan) mahalı – indiki Zaqafqaziyadır, əhalisi də türk xalqıdır. Onları
həm Şərq yazıçıları, eləcə də Avropa coğrafiyaçıları və etnoqrafları başqa adla yox, ancaq Azərbaycan
türkləri adlandırırlar. Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil:
məsələn, azərbaycanlı türk və yaxud azərbaycanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlmanlarını
azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun
123
olardı” (7, 29). M.Şahtaxtlının 1901-ci ildə qələmə aldığı “Türkiyəni necə xilas etməli?” adlı
nisbətən iri həcmli əsərində də Türkiyənin timsalında milli həyatın qaçılmaz surətdə yenidən
qurulmalı, zamanın gedişatına və tələblərinə uyğunlaşdırılmalı, xalqın düşüncə və tərbiyəsinin də
buna müvafiq aparılmalı olduğundan söhbət açılır. Müəllif milli özünüdərki xilas yolunun zəmini
hesab edir. Lakin bu vacib elementi Avropa dəyərləri ilə zənginləşdirməyi qaçılmaz zərurət sayır.
Qeyd edir ki, “milli istiqlaliyyətin yükü bizim dövrdə elə ağırlaşıb ki, onu Avropa mədəniyyətinin
köməyi olmadan daşımaq mümkün deyil” (7, 43). Görkəmli ziyalı belə bir sualın cavabını da verir:
Türkiyə vətənpərvər və savadlı idarə üsulu ilə avropalaşa bilərmi? Suala “Bəli, özü də asanlıqla” -
cavabını verir və həm də çıxış yolunun detallarını aydın şəkildə şərh edir. Bunun üçün despotizmin,
köhnə idarə üsulunun, ruhanilər hakimiyyətinin ləğv edilməli, vətənpərvər, milli qürura, zəkaya,
qeyrətə sahib maarifpərvər qüvvələrin hakimiyyət başına gəlməli olduğunu söyləyir. Bildirir ki, türk
xalqı “milli ləyaqət və vətənpərvərlik duyğusu altında” dünyada heç bir xalqa tabe olmur. Sadəcə
olaraq bu hissi istiqamətləndirəcək, cəmləyəcək, ona rəhbərlik edəcək şəxsiyyətlərə ehtiyac vardır.
Təəssüf ki, osmanlı imperiyasının indiki hakimiyyəti “vəzifə və vətənpərvərliyin” nə olduğunu başa
düşmək üçün nə “kifayət qədər şüura, nə də hiss etmək üçün kifayət qədər əxlaqa” malik deyil (7,
56). M.Şahtaxtlı milli özünüdərk və vətənpərvərliklə bağlı qənaətlərini “Şərqi-rus” qəzetində də ardıcıl
surətdə davam etdirmişdir. Qəzetin 13 iyun 1904-cü il tarixli sayında naşir təkidlə bildirirdi ki, biz
tərəqqiyə yalnız o zaman nail ola bilərik ki, fərd (cəmiyyət üzvü) yalnız öz xoşbəxtliyi barədə yox,
ümumiyyətlə, millətin xoşbəxtliyi barədə düşünsün. Başqa sözlə, millətin xoşbəxtliyində öz
xoşbəxtliyini görmüş olsun. Avropa millətləri məhz belə bir düşüncə sisteminə söykənir (7, 112).
Maraqlıdır ki, M.Şahtaxtlının tərbiyədəki “azərbaycançılıq” ideyası “türkçülük” ideyası ilə uzlaşır. O,
Azərbaycan türklərini – azərbaycanlıları sırf milli hissdə tərbiyə etməyin zərurətindən danışdığı kimi
ümumtürk qövmlərinin öz milli varlığını dərk etməsindən də söhbət açır, hətta ortaq türk dili yaratmaq
ideyasını ortalığa atır. “Hər gün bir az” silsilə məqalələrində bu məsələyə xüsusi olaraq toxunur (“Şərqi-
rus”, 1904, 29 avqust). Türk mənşəli xalqlardan ötrü ümumi bir anlaşma dili kimi oğuz türkcəsini
işlətməyi təklif edir və yazır: “Bu türkcəni bir az intizamla işlətsək, az vaxtda gözəl ümumi bir dil olur
ki, rusca, ingiliscə, ərəbcə kimi insanların (yəni türk dillilərin – T.V.) fikir alveri üçün mükəmməl bir
alət olur” (7, 198).
N.Vəzirov “Yeni irşad” qəzetindəki (1911, 18 sentyabr) mütəfərriqəsində vətənə, millətə
dönük, öz ana dilinə xor baxan, azərbaycanlı qızları bəyənməyib kənar millətlərin qızları ilə evlənən
ziyalıları kəskin şəkildə tənqid edir, bununla xalqa ögeyləşdiklərini, onun milli hissdə tərbiyəsinə
zərər vurduqlarını söyləyirdi. “Quzğunlar” felyetonunda isə vətəni, milləti öz şəxsi mənfəətinə
qurban verənləri “quzğun” adlandırır, təəssüf hissi ilə söyləyirdi: “Yazıq vətənim!... Quzğunlar leş
didəndə din-iman yaddan çıxır, vətəni para-para etməkdə heç kəsdən qorxmurlar, çünki burada “əl
əli yuyar, hər ikisi də üzü” məsələsi var...Yazıq vətənim!” (9, 282). Nəcəf bəy bu cür əməllərin gənc
nəslin də vətənpərvərlik ruhunda tərbiyəsinə mənfi təsir etdiyini nəzərə çatdırırdı.
Maarifpərvərlərimiz içərisində xalqın vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirən
qələm sahiblərimizdən biri də N.Nərimanov idi. O, bu mühüm problemə fərqli istiqamətlərdən
yanaşırdı. Məsələn, “Həftə fəryadı” (“Həyat”, 1906, 23 iyun) məqaləsində vətənpərvərlik,
millətpərvərlik məsələsində siyasi riyakarlığın, mərkəzi hökumət dairələrinin məkrli oyunlarının
mahiyyətini açıb xalqa göstərir, imperiya siyasətçilərinin bu pərdə altında öz siyasi məqsədlərini
həyata keçirmək istədiyini kütləyə başa salırdı (192, 294-295). Həmin silsilədən olan bir başqa
məqaləsində (“Həyat”, 1906, 14 iyul) vətən övladının hürriyyəti, azadlığı, azad yaşayışı məsələsinə
toxunurdu. Bu “mühüm nöqtəni” millətin tərəqqi və tərbiyəsinin “əsas rüknü” adlandırırdı (6, 309).
“İrşad” qəzetində (1906, 28 iyul) “Nər” imzası ilə çap edilmiş “Cümə söhbəti” silsilə
məqalələrindən birində N.Nərimanov hükumətin ictimai-siyasi həyatda olduğu kimi tədris-təlim
prosesində də ana dilimizə ögey münasibət bəslədiyinə, camaatın isə bu vacib məsələyə laqeyd
yanaşdığına kəskin reaksiya verir. Xalqı bu ümummilli işə fəal şəkildə müdaxiləyə çağırır.
Bunu milli tərbiyənin ümdə komponenti kimi dəyərləndirir. Geniş oxucu auditoriyasına
müraciətlə deyir: “Dürüst diqqət ediniz: bir millət ki, başına dəydiyi toppuzu anlamaya, bir
millət ki, öz əli ilə özünə quyu qaza, bir millət ki, yaxşı ilə yamana fərq qoymaya, bir millət ki,
aşkar bəlanı” özündən rəf etməyə qadir olmaya... bir millət ki, bir-birindən təfriqə düşüb bir-
124
birinin əqlindən, ruhundan, dərdindən xəbər tutmadı... Bu millət barəsində nə demək olar? Hərgah
millətin hümməti, həmiyyəti, ittifaqı olsaydı, yəqin ki, onu “cilə” qoymazdılar, yəqin ki, onun lisan
müəllimləri “ah, ana dilində nə mənfəət” sözlərini fikirlərindən keçirtsələr isə də, açıq deyə
bilməzdilər. Kara nə söyləyirsən, söylə! Kora nə göstərirsən, göstər! Lalın barəsində nə yazırsan,
yaz! Kimdir cavab verən? (192, 358). Göründüyü kimi, görkəmli ziyalı xalqı “karlığın”, “korluğun”
daşını atıb öz milli varlığını dərk etməyə, milli dəyərlərini qorumağa, onu yaşatmaq üçün
mübarizəyə çağırır. Göstərir ki, bir millət ki, həyatına dair məsələlər həll olunan vaxt “yatar, lal
olar”, o millətin “diriliyi” şübhəlidir. Millətin yolgöstərənləri isə əgər həqiqəti millətə başa salmaz,
ondan gizlədərlərsə, millətə aşkar xəyanət etmiş olarlar (6, 371).
İstedadlı yazıçı “Nadir şah” (1898) pyesində də vətənpərvərlik ideyasını, ölkə başçısının özünün
vətənpərvər olub xalqı da bu istiqamətə yönəltmək keyfiyyətini vacib bir şərt kimi irəli sürür.
Dostları ilə paylaş: |