ƏDƏBİYYAT
1.
Fərrux Ramazanov. Cəlil Məmmədquluzadənin etik görüşləri Bakı, Azərbaycan Dövlət
Nəşriyyatı, Bakı, 1969
2.
F.Ramazanov. Azərbaycan ictimai fikrində dini əxlaqın tənqidi (XX əsrin əvvəlləri).
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1965
3.
Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı, Şərq-Qərb, 2008, 320 s.
4.
İsa Həbibbəyli. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, Nurlan, 2007, 696 s.
5.
Nazim Axundov. “Molla Nəsrəddin” jurnalının nəşri tarixi. Bakı, 1959
6.
Əziz Mirəhmədov. Azərbaycan Molla Nəsrəddini. Bakı, Yazıçı, 1980, s. 256
ABSTARCT
Yusif Huseynov
“Molla Nasraddin”magazine:predecessors and successors
The paper is about the predecessors’ works and literary-publicistic activity of “Molla
Nasraddin” magazine which became an honorary successor of such thinkers, writers, journalists and
men of literature as M.F.Akhundzadeh, H.B.Zardaby, brothers of Unsizadeh, M.T.Sidgy,
M.A.Shahtakhtinsky and so on.
“Molla Nasraddin” school propaganding progressive ideas played a great role in national
awakening of the people, spreading the idea of independence. Therefore at present when
Azerbaijani people gained the Independence our scholars should reserch the philosophical aspects
of the works by Mirza Jalil and the represantatives of “Molla Nasraddin” school in general
objective-scientificly.
РЕЗЮМЕ
Юсиф Гусейнов
Журнал «Молла Насреддин»:предшественники и преемники
Статья рассматривает творчество и литературно-публицистическую деятельность
предшественников журнала «Молла Насреддин»а, который стал достойным преемником
таких мыслителей, писателей, журналистов и литераторов как М.Ф.Ахундзаде, Г.Б.Зардаби,
братьев Унсизаде, М.Т.Сидги, М.А.Шахтахтинский и др. Школа «Молла Насреддин»а
будучи глашатаем прогрессивных идей играла большую роль в национальном прозрении
народа и распространении идеи независимости. Поэтому сейчас, когда Азербайджанский
народ завоевал независимость нашим ученым следует объективно-научно исследовать
философские аспекты творчества Мирзы Джалила и вообще школы молланасреддинцев.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Ə.Quliyev
110
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
XUMAR MƏMMƏDOVA
Naxçıvan Dövlət Universiteti
xrmemmedova@mail.ru
UOT:821.521
YAPON ŞAİRİ SAYQYO VƏ TANKALARİ
Açar sözlər: Yaponiya, Sayqyo, poeziya, Manyoşü, antologiya
Key words: Japan, Saygyo, poetry, Manyosu, antology
Ключевые слова: Япония, Сайгуо, поезия, Манйощу, антология
Artıq yapon ədəbiyyatı, ümumiyyətlə, bütövlükdə yapon mədəniyyəti ilə bağlı Azərbaycan
oxucusunda məlumat var. Zaman-zaman Azərbaycan ziyalıları, şair və yazıçıları Yaponiyada olmuş, bu
əsrarəngiz ölkənin tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti haqqında oxucularımıza ətraflı, dəyərli
informasiya vermişlər. Həsən Seyidbəyli özünün “On beş gün Yaponiyada” (1966), Şahin Fazil
“Yaponiya səfərnaməsi” (2007), Novruz Nəcəfoğlu “Eşitdiyim və gördüyüm Yaponiya” (2015) adlı
kitablarında Azərbaycan oxucusu ilə öz təəssüratlarını bölüşmüşlər. Eyni zamanda yapon müəlliflərindən
Akutaqava Rünoskenin “Raşömon darvazası”, “Sıx meşədə” novellaları, Yasunari Kavabatanın “Dağın
səsi”, “Köhnə paytaxt”, Haruki Murakaminin “Kafka sahildə”, “Norveç meşəsi” romanları, Akiro Kuro–
savanın “Yeddi samuray”, “Raşömon”, Yasuciro Ocunun “Tokio hekayəti”, Takeşi Kitanonun
“Yakuzanın qardaşı” filmləri, Azərbaycan tamaşaçısı və oxucusunun qəlbinə yol tapmış, əsərlər dilimizə
tərcümə edilərək nəşr olunmuşdur. Qeydə edək ki, oxucularımızın yapon şeiri ilə ilk ciddi tanışlığı 1979-
cu ildə xalq yazıçısı Elçinin tərcümə və tərtib etdiyi “Nərgizin bircə ləçəyi” toplusu ilə başlayıb. Yüz qırx
səhifədən ibarət olan bu topluda bir sıra yapon müəllifləri haqqında məlumat, şərh və qeydlər öz əksini
tapmışdır. Maraqlı faktdır ki, burada həm orta əsrlər hayku ustaları, həm də yeni yapon poeziyası
nümayəndələrinin yaradıcılığı ilə də tanış olmaq mümkündür. Yapon poeziyası ilə daha bir tanışlıq Pərviz
Məmmədovun tərcüməsi və Rasim Qaracanın redaktorluğu ilə tərtib edilərək 2003-cü ildə işıq üzü görən
“Yapon ədəbiyyatı: haykular” toplusu olmuşdur. İki yuz sahifədən ibarət olan bu topluda qırx altı hayku
ustasının şeiri öz əksini tapmışdır. Cəmşid Bəxtiyarın tərcüməsiylə təqdim olunan və yapon ədəbiyyatı ilə
bağlı bizə məlumat verən üçüncü kitab isə 2015-ci ildə nəşr olunan “Səsindən tanıdılar payızı” adlanır.
Burada yalnız haykular – üçlüklər deyil, eləcə də böyük yapon şairi Sayqyonun qələmində çıxan tankalar
beşliklər də öz əksuini tapmışdır. Bir faktı da qeyd edək ki, tankaların tarixi haykulardan daha qədimdir.
Əlbəttə, yuxarıda adı qeyd olunan kitablar Azərbaycan oxucusunda füsunkar yapon poeziyası ilə tanışlığa
rəvac verir.
Qeyd edək ki, “tanka” sözünün hərfi mənası “qısa nəğmə” deməkdir. İlk əlyazması isə VIII əsrə
aiddir. Bu baxımdan “Manyoşü” (“Min yarpaqdan bir çələng”, VIII əsr – X.M.) antologiyası
təqdirəlayiqdir. Yapon poeziyasının digər nümunələrində olduğu kimi tanka da sillabik şeir növü hesab
olunur. Ölçü sistemi sadədir. Birinci və üçüncü misraları beş, qalan misralar isə yeddi hecadan ibarətdir.
Simmetriklikdən yayınmaq ümumiyyətlə, yapon poeziyasına xas olan keyfiyyətdir. Bunu da diqqətə
çatdıraq ki, Yaponiyada “poeziya sevgisi” imperator sarayından təbliğ edilmışdir. Bu ənənənin əsas səbəbi
isə tez-tez təşkil edilən şeir müsabiqələri olmuşdur. Maraqlıdır ki, hər bir imperatorun arzusu onun
hakimiyyətdə olduğu dövrdə xüsusi bir antologiya tərtib edilməsi, onların hakimiyyətdə olduğu dövrün
əbədiləşdirilməsi idi. İmperatorlar adətən istedadlı şairləri saraya cəlb etməyə çalışmış, yeni ruhlu, yeni
üslublu saray şairi yaratmağa cəhd etmişlər. Ancaq bəzi şairlər bütün mərhumiyyətlərə rəğmən saraydan
uzaq qalmış, azadlıqlarını qorumağa çalışmışlar.
Qədim yapon poeziyası daimi epitetlər, dəyişməz metaforalarla zəngindir. Yapon poeziyasına xas
olan bəzi xüsusiyyətlər bütün şərq poeziyası üçün xarakterikdir. Məsələn, göz yaşı – mirvari, qanlı göz
yaşı - sarı-narıncı payız yarpağı və s. kimi təqdim olunmuşdur. Yalnız yapon poeziyasına xas olan
“qocaman albalı ağacı” kimi ifadə gənclik illərinin ötüb keçməsi ilə bağlı kədərə işarədir. Qeyd edək ki,
yapon şeirinin özünəxas bir əsas xüsusiyyəti var ki, bu da anı göstərmək və anı yaxalamaqdan ibarətdir.
Bu fikirlə bağlı “Tanrıdan gələn səslər” kitabında oxuyuruq: “Bu xüsusiyyət – anı yaxalamaq cəhdi və bu
cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya
111
şeirinin baş tacına çevirmişdi” (1, s.11).
IX əsrdə yapon şeirində özünəməxsus poetik qanunlar formalaşmışdı ki, bu da poeziyada yüksək
poetik nümunələrin yaranmasına rəvac vermişdir. Məşhur “Kokinşü” (“Qədim və yeni nəğmələr”, 905 –
ci il – X. M.) antologiyası buna nümunədir. Burada ustad şairlərin gənc şairlərə tövsiyəsinin də şahidi
oluruq. “Kokinşü” antologiyasında əsas yeri təbiət və məhəbbət lirikası tutur. “Yaz”, “Yay”, “Payız”,
“Qış” adlı fəsillərdə ilk günündən son gününə qədər ilin fəsillərinin panoraması yaradılmışdır.
“Kokinşü”də əsas bölmələr “Tərif”, “Ayrılıq”, “Səyahət”, “Ağılar” adlanır. “Müstəqil nəğmələr” adlı
bölmədə isə daha çox müstəqil mövzulara toxunularaq azad fikirlər irəli sürülmüşdür (2).
XII əsrdə son klassizm dövrü başlamışdır. Yuxarıda qeyd etdik ki, tankanın ən görkəmli
nümayəndəsi Sayqyo olmuşdur. Əsl adı Sato Norikiö olan Saqyo Yaponiyanın Tayra sülaləsinin diktatoru
Kiyomori ilə eyni vaxtda 1118-ci ildə anadan olmuşdur. Şair Sayqyo-hoşi (hoşi – buddist rahiblərinə aid
tituldur. – X. M.) adlandırılmışdır ki, bunun da mənası “qərbə doğru yolçu” anlamını ifadə edir. Şairin
ləqəbinin kökündə bəzi buddist təriqətlərinin düşüncəsi dayanır. Sayqyonun ata tərəfdən bağlandığı Sato
sülaləsi uzun illər Yaponiyanı idarə etmiş Fucivara tayfasının şimal qoluna aid olmuşdur. Şairin anası isə
Tayra ilə eyni vaxtda siyasi səhnəyə gələn, onunla qanlı mübarizə aparan Minamoto hərbi-feodal
sülaləsindən olmuşdur. Ümumiyyətlə, şairin tərcümeyi-halı ilə bağlı bir sıra əfsanələr yaranmışdır. Sayqyo
Heyanda, yəni indiki Kiotoda boya-başa çatmışdır. Bütün əsilzadə yeniyetmələr kimi o da çin klassikasını
dərindən öyrənərək tarix, fəlsəfə və poeziya təhsili almışdır. Sayqyonun hələ usaqlıqdan peşəkar vərdişləri
sırasında tanka yazmaq da olmuşdur. Ancaq təbii ki, yeniyetmə çağlarında dərin məna kəsb edən tankalar
qələmə almaq şair üçün qeyri-mümkün idi. Maraqlı faktdır ki, Sayqyo gəncliyində imperator Tobanın
(1103-1156) sarayında dekorasiya işinə baxan qvardiyanın üzvü olmuşdur (4). Bir çox mənbələrdə
Sayqyonun dövrünün əksər adamları kimi qatı dindar-buddist olduğu qeyd edilir. Sayqyo həmçinin yapon
poeziyasına “Sankaşü” yəni, “Dağlar qoynunda daxma” kimi ölməz poetik toplu bəxş etmişdir.
Mənbələrdə verilən məlumata görə o, həyat yoldaşı və azyaşlı qızını tərk edərək rahib olmuş və daha çox
şair-rahib kimi şöhrət qazanmışdır. Rəvayətə görə o, bir neçə il sona həyat yoldaçı ilə qarşılaşmış və onun
da rahibəliyi qəbul etdiyini anlamışdır. Sayqyonun göz yaşı içərisində qələmə aldığı vida nəğməsi həmin
görüşün yadigarıdır:
Təəssüf etdin...
Amma kədərə dəyməz
Bu fani dünya.
Özünü rədd eləsən,
Bəlkə xilas olarsan.
Daha çox tənha səyahətlərə gedən Sayqyo şeirlərini Heyandakı şair dostlarına göndərmiş, bəzən
özü də burada təşkil edilən şeir müsabiqələrində iştirak etmişdir. Belə məclislərdə şeirlər adətən konkret
mövzulara həsr olunmuş, şairlərin müzakirə obyektinə çevrilmişdir. Zaman keçdikcə Sayqyonun
şagirdləri meydana çıxmış, onun davamçıları söhbətlərini qələmə almış, şeirlərinin üzünü köçürüb gələcək
nəsillərə ərməğan etmişlər. Şair vətəninin gözəl təbiəti ilə yanaşı, xalqının keçirdiyi ağır güzəranını da
qələmə almış, qiyamlar, feodal müharibələri onu daim narahat etmişdir (5). O yazırdı:
Dağlara doğru
Yolu nişanlamadan
Elə hey gedəcəm dərinlərə.
Amma acı xəbərin çatmadığı
Bir yer varmı dünyada?
Mənbədə qeyd edildiyi kimi, “Sayqyonun yapon ədəbiyyatına bəxş etdiyi ölməz “Sankaşü”
toplusu (“Dağlar qoynunda daxma”) elə toplunun adından başlayaraq öz-özlüyündə dərin məna kəsb edir.
Uzun kağız bükümü açılır və göz önündə təkcə təbiət mənzərələri deyil, səyyah şairin bütün həyatı anbaan
canlanır. Dağlar gözəldir, əlbəttə, amma təkcə mənzərə deyil, orta əsrlər yaponu üçün dağlar həm də
miflər, əfsanələr diyarı, müqəddəslər yaşayan təmiz, saf məkandır. Sonra isə dağdakı koma sakini ömrü, o
ömrün hər anı – gecəsi, gündüzü, sübhü, qürubu, toranı, dumanı müşahidə edilir (1, s. 16). Buradan belə
bir nəticəyə gəlmək olar ki, sanki oxucunun qarşısında əsrarəngiz, ancaq çilik-çilik olmuş bir qab var və
bu qabı yalnız qəlpə-qəlpə, hissə-hissə, hər qəlpəyə, hissəyə toxuna-toxuna, hər parçanı öz əlində hiss
edərək bir yerə toplamaq, birləşdirmək, bütövləşdirmək olar. Burada “çat” ifadəsi şairin iztirabları və bu
iztirabın onun ürəyində açdığı şırımlardır. Çünki dostlar komaya gedən yolu unudublar. Xüsusilə qışda,
qar bütün cığırları, izləri silib itirəndə. Beləliklə, bütün bu hadisələri əks etdirən tanka zənciri yaranır.
Ancaq toplunun tam olaraq şair, yoxsa şagirdləri tərəfindən yarandığı müəmmalıdır. Bir rahibin
gündəliyindəki qeyddən məlum olur ki, “Sankaşü” toplusunun avtoqrafı olub. Ancaq monastr
112
kitabxanasında baş verən yanğından sonra son dəlil olan avtoqraf məhv olub. Rəvayətə görə, kitabın
yanğından xilas edilən hissəsində min beş yüzdən artıq tanka olmuşdur. Bu tankalardan yetmiş yeddisi
başqa müəlliflərə aid olub. Əslində bu nümunələrin poetik dialoq olması haqqında da mənbələrdə
məlumat var. Yəni şairlər bir-birlərinə cavab göndərmişlər ki, bu da yapon dilində “kaesi-uta” adlanmış,
mənası “cavab nəğmə” deməkdir (3).
Yapon şairi Sayqyo eyni zamanda öz şeirlərinə el arasında işlənən ifadələr də daxil etmişdir. Bu da
canlı el dili elementlərinin poeziyaya gəlməsinə şərait yaratmışdır. Sayqyo yazın gəlişini öz tankalarında
xüsusi tərənnüm etmişdir. O, “Bütün evlərdə baharın gəlişinin bayram edilməsi barədə” adlı tankasında
yazır:
Hər bir qapının ağzında bitib
Cavan şam ağacı dimdik.
Bayramsayağı!
Fərq qoymadan gəlib bahar bu gün
Hər evə.
Bu fikirlər odlar yurdu, qədim diyar Azərbaycanımızda da eyni cür anılmaqdadır. Məlumdur ki,
baharın gəlişi ölkəmizdə yeni ilin, Novruzun gəlişi deməkdir. Baharda hər tərəfdə bayram əhval-ruhiyyəsi
hiss olunur. Bu baxımdan klassik yapon şairi Sayqyonun əsrlər əvvəl qələmə aldığı baharı tərənnüm edən
tanka müasir dövrdə Azərbaycan şairlərinin baharla bağlı şeirləri ilə də səsləşməkdədir. Mərhum şairimiz
Hafiz Baxış baharın gəlişini belə tərənnüm etmişdir:
Ana torpaq cavanlaşır,
Dag çayları coşub daşır,
Qış bizimlə vidalaşır,
Deyir yaz gəldi, yaz gəldi,
ömrümüzə bahar gəldi.
Deməli, həm Azərbaycan, həm də yapon xalqı baharın, yazın gəlişinə xüsusi əhəmiyyət verir, ruzi,
bar-bərəkət gətirəcəyinə inanır.
Sayqyo payızın gəlişini qəmin, kədərin gəlişi kimi təqdim edir. Bu hiss əsrlər əvvəl yaşayıb-
yaradan istiqanlı yapon şairinin bəlkə də günəşli ölkədə dünyaya göz açmasından, həmişə daxilən nikbin
ruhla yaşamasından irəli gəlir. Sayqyo “Payız” adlı tankada yazır:
Budaqların arasında
O qədər dərddən söz açır ki,
Küləklər.
Adamlar dağ kəndində
Səsindən tanıdılar payızı.
Yuxarıda verilmiş bu misralar şairin dərin daxili duyumundan xəbər verməklə yanaşı, eyni
zamanda onun təbiət hadisələrinə olan böyük həssaslığından da irəli gəlir. “Səsindən tanıdılar payızı”
ifadəsi ilə şair yüksək sənətkarlıqla payızın gəlişinin onun küləyində hiss olunduğunu diqqətə çatdırmaq
istəmişdir.
Mənbələrdə verilən məlumata görə görkəmli yapon şairi Sayqyo otuz yaşından sonra otuz ildən
artıq bir müddətdə Koya dağında yaşamışdır. Hətta ədibin bir çox şeirlərinin “Koyada yazılıb” qeydi ilə
başladığının şahidi oluruq (2). Həyatı boyu feodal çəkişmələrindən uzaq dayanmağa çalışan şair ömrünün
son illərini İsedə keçirmiş, 1190-cı ildə tankalarından birində arzuladığı kimi yaz fəslində, Kisaraqi ayında
dünyasını dəyişmişdir.
Qeyd etmək lazımdır ki, Sayqyo sağlığında şair kimi böyük şöhrət qazanmışdır. Onun poeziyasını
öyrənmək hazırda da hər bir yapon üçün mənəvi borc sayılmaqdadır. Sayqyo poeziyasının Azərbaycan
dilinə tərcüməsi və tədqiqi elmi ədəbiyyatşünaslığımızda aktual əhəmiyyət kəsb edən məsələlərdəndir.
Sayqyo tankalarının dilimizə yeni tərcüməsini nəzərə alaraq ədibin poetik üslübü ilə daha yaxından tanış
olmaq üçün bir neçə tankanı təqdim etmək əhəhmiyyətlidir.
YAŞADIĞIM VADİDƏ BÜLBÜLLƏR SUSARSA
Atıb köhnə yuvanı
Bülbüllər köçərsə
Mənim vadimdən,
Onların yerinə göz yaşlarını
Mən köçürərəm nəğməmə.
OT ÇALINAN ZAMAN ONLARI XATIRLAYIRAM
Təzə-tər otun dəryazlandığı
113
Tarladakı duman –
Nə qəmli bir görkəm!
Sanki uzaqda – orda, pərdə arxasında
Gizlənir gəncliyim.
SEVGİ NƏĞMƏLƏRİ
Yenə görüşdük... Məni tərk edirsən...
Sənə çatmağın bir yolu var – Şikayətim yersizdir,
Yalnız yuxular! Axı bir zamanlar vardı:
Ayılmaq ayrılıqdır. Nə sən məni,
Kaş ki oyanmasaydım! Nə mən səni tanımırdım.
ƏDƏBİYYAT
1.
Səsindən tanıdılar payızı. Bakı. ATV nəşriyyatı, 2015
2.
http://www.newworldencyclopedia.org/entry/Japanese_literature
3.
http://www.kanzaki.com/jinfo/jliterature.html
4.
http://www.slideshare.net/miyaka_jay/japanese-literature
5.
https://en.wikipedia.org/wiki/Tanka
ABSTRACT
Khumar Mammadova
Saygyo and His Tankas
İn the article it deal with famous Japanese author Saygyo and his tankas.
For the classical genre
of Japanese poetry sometimes called "tanka". Great Japanese author Sayqyo noted that tanka is a
genre of
classical Japanese poetry and one of the major genres of Japanese literature. Originally, in the time of
the Man'yōshū, the term tanka was used to distinguish "short poems" from the longer chōka. In the ninth
and tenth centuries, however, notably with the compilation of the Kokinshū, the short poem became the
dominant form of poetry in Japan, and the originally general word waka became the standard name for
this form. Saygyo’s tankas deal with ancient Japanese life and employment.
And also different tankas
which has translated from Japanese ino Azerbaijani language take part in this article. From my point of
view it will help Azerbaijani readers
acquaining classical Japanese literature. It will also help improving
literary relations between Azerbaijan and Japan
РЕЗЮМЕ
Хумар Мамедова
Яапонский поэт сайгйо и его танкаи
В статье рассматриваются жизнь и творчество японского пеэта. Сайгйо анализируется его
рассказы и читателю представляется интересные образцы.
На ряду с етим исследователь привлекает к анализу направления развития классической
японской поезии, такие ее жанры как танка, хайки и их роль во всей ее развитии.
Автор статьи обосновивает мысль, что древняя японская поезия богата епитетами, неменяло
исимися метафорами, что некоторые особенности, присущие японской поезии, характери для всей
Восточной поезии. Исследователь, рассмотрив все ети вопросы, приходим к конкретным
заключениам.
Другим важным результатом исследования является тот факт, что танкаи Сайгйо играют
важную роль в японской поезии.
В статье оцениваются вопросы перевода танкаи Сайгйо на азербайджанский язык,
выдвигаются конкретные предложения по близкому ознакомлению поетическим стилем
японского поета.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Ə.Quliyev
114
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
PEDAQOGİKA
KAMAL CAMALOV
Naxçıvan Dövlət Universiteti
UOT: 37.01
MOLLANƏSRƏDDİNÇİ MAARİFÇİLƏRİN TEATRLARIN TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ
HAQQINDA GÖRÜŞLƏRİ
Açar sözlər: mollanəsrəddinçi maarifçilər, ideya, teatrın tərbiyəvi əhəmiyyəti, tərəqqi
Key words: mollanasraddinists, national press, enlightement, mother tongue
Ключевые слова: просветители молланасреддинцы, идея, воспитательная роль
театров, прогресс
Mollanəsrəddinçilər (Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əbdürrəhim Bəy
Haqverdiyev, Əliqulu Qəmküsar və b.) incəsənətin ideya saflığı, tərəqqisi və tərbiyəvi rolu ilə bağlı
ardıcıl mübarizə aparmışlar. Onlar “Teatr və musiqa” (“Molla Nəsrəddin” jurnal, 1906, №28),
“Teatr” (“Molla Nəsrəddin” jurnal, 1911, №16), “Teatro və musiqi” (“Molla Nəsrəddin” jurnal,
1914, №14), “Teatr və musiqi” (“Molla Nəsrəddin” jurnal, 1914, №15), “Teatromuz” (“Molla
Nəsrəddin” jurnal, 1922, №2), “Dövləti türk teatrosunda” (“Molla Nəsrəddin” jurnal, 1923, №11),
“Teatro və musiqi” (“Molla Nəsrəddin” jurnal, 1923, №28), “Teatro açıldı” (“Molla Nəsrəddin”
jurnal, 1924, №20) və sair kimi yazılarında musiqinin və teatrın tərbiyəvi əhəmiyyətindən danışaraq
yazırdı: “Məlumdur ki, camaatın qabağa getməsi üçün teatr məclisləri ən faydalı bir şeydir. Bəlkə
belə olan surətdə teatr məclislərinin inkişaf tapacağını lazım və vacib bilmək lazımdır, həmin bu
məqsədə çatmaq üçün sair millətlər şəhərlərdə və hətta kəndlərdə teatr cəmiyyətləri bina edirlər. Bu
yolda çox pullar qoyub və teatrxanalar təsis edib, teatr işçilərinin günü-gündən tərəqqisinə çalışırlar.
Qədim Yunanıstanda Homer, İngiltərədə Şekspir, Almaniyada Lassal, Rusiyada Qoqol,
İtaliyada Ançello, İspaniyada Göhmani sair və sairlərin adları aləmi-mətbuatda min illər yadda qa-
lacaqlar” (1, 1906, №28).
Xalqın maariflənməsində teatrın rolunu əvəzsiz sayan mollanəsrəddinçi Əbdürrəhim Bəy
Haqverdiyev yazır ki, “1920-ci ildə Azərbaycanda savadsızlar 98 faizi təşkil edirdi. Xalqla danış-
maq, onu mədəniyyətə və maarifə çağırmaq üçün ən yaxşı vasitə teatr səhnəsi idi” (2, səh. 369).
Çünki “artist üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir” (2,
səh.333). Ancaq qazılar, axundlar teatra “nalayiq yer kimi” baxmış, belə yerə münasibətləri heç də
normal olmamışdır. 1892-ci ildə Şuşada Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” adlı səh-
nələşdirilmiş komediyasında aktyorlardan birinin “Həzrət Abbasa and olsun” deməsi ilə aləm bir-
birinə dəymiş 1899-cu ilədək Şuşada teatr göstərilməsinə veto qoyulmuşdur. Ə.B.Haqverdiyev
“Keçmiş günlərdən” adlı yazısında əhvalatı belə xatırlayır: “Səhnədə qumar məclisi göstərilirdi. Bir
guşədə dörd nəfər əyləşib “dörd aşıq” oynayırlardı. Bir aşığın “alçı” durması üstündə” mübahisə
düşür. Oynayanlardan birisi aşığın alçı durduğunu sübut etdikdə, birisi, aşığın alçı durmayıb, ancaq
palazın qırışığına söykənib alçıya bənzədiyini söyləyir. Birinci oyunçu öz sözünü isbata yetirmək
üçün birdən qışqırdı: “A kişi, Həzrət Abbasa and olsun ki, aşıq alçıdır”. Bu sözlər teatro salonunda
bir bomba kimi partlayıb, tamaşaçıların arasında böyük bir qarışıqlığa səbəb oldu. Teatroda olan
gənclər: “Bu məlunlar, dinsizlər, Allahı tanımayanlar, araq-çaxır içənlər, nə haqq ilə teatro kimi na-
layiq bir yerdə Həzrət Abbasın adını çəkirlər” - deyə xəncər və tapançalara əl atdılar. Teatro yarım-
çıq pozuldu, “aktyorlar” dal qapıdan qaçdılar. Səhnədə iştirak edən bir müəllim əynindəki qadın
paltarını soyunmağa vaxt tapmadığından, öz paltarlarını qoltuğuna alaraq evlərinə qaçmışdı...
115
Müəllim Haşım bəy Vəzirov qapısını bağlayıb evdə gizlənməyə məcbur oldu. Bir axşam Haşım bəy
öz qohumlarından bir neçə adam götürüb qazının evinə getdi: Əsərin əl yazması ilə Quranı qazının
qarşısına qoyub dedi: “Qazı ağa! Bu mənim yazdığım əsər, oxuya bilərsiniz, ancaq and olsun bu
Qurana, “Həzrət Abbas” adını mən kitabıma salmamışam. O nadürüst Bədir (həvəskarın adıdır), dili
dinc durmayıb, bu sözləri özündən demişdir”. Qazı inandıqdan sonra cəmaəti sakit etdi. O tarixdən
1899-cu ilə qədər Şuşada türk teatrosuna yol verməzdilər” (2, səh.375).
Göründüyü kimi, Azərbaycanda dini fanatizmin tüğyan etməsi, yalançı din xadimlərinin isə
bundan istifadə edərək teatra, dram sənətinə, ümumiyyətlə desək sivil mədəniyyətin inkişafına
mane törədərək xalqın maariflənməsinin qarşısını hər vəchlə alırdılar.
Ə.B.Haqverdiyev yazır ki, “1905-ci ilə qədər Azərbaycan tamaşaları aktyorlar və həvəs-
karlar üçün dəhşətli əzab və işgəncədən ibarət idi. Şəhərlərdə (Bakıdan başqa) teatr binaları yox idi”
(2, səh.365).
Mollanəsrəddinçilər bədii zövqü inkişaf etdirmək, uşaq və gəncləri estetik-bədii cəhətdən
tərbiyə etmək üçün teatr tamaşalarının oynanılmasına yüksək əhəmiyyət verirdilər. Bədii tərbiyədə
teatr tamaşalarının roluna böyük qiymət verən “Molla Nəsrəddin” jurnalında qeyd olunur ki, adam
öz buraxdığı nöqsanları özü görə bilmir, lakin teatr tamaşalarına baxdıqda haman nöqsanların
ümumiləşdirilmiş nümunələrini görür. Təsadüfü deyil ki, Cəlil Məmmədquluzadənin “Ölülər”,
“Anamın kitabı”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq” kimi bir sıra səhnə əsərləri yaratmışdır.
Ümumiyyətlə, mollanəsrəddinçilər teatrların, xüsusilə məktəb teatrlarının olmasına, onun tər-
biyəvi əhəmiyyətinə yüksək qiymət verirdilər. Çünki uşaqlar dərsdən sonra boş vaxtlarını lazım
olmayan yerlərdə keçirməkdənsə məktəb teatrlarında keçirmələri daha əlverişlidir. Bu onların bədii
zövqlərinin, mühakimələrinin inkişafına kömək edər. “Molla Nəsrəddin” jurnalı yazır ki, “keçən
günlərdə bir müəllim istəyirmiş məktəbdə uşaqlar üçün teatr düzəltsin. A başına dönüm, bu xəbəri
eşitcək cəmi müsəlman müəllimləri “ittihadi müsəlmani” eləyib bu nadinc müəllimi baykot eləyirlər
və səbəb də bunu qoyurlar ki, niyə qoymursan dinc və fəraqət oturaq” (1, 1911, №13).
“Molla Nəsrəddin” jurnalı dünyada şöhrət tapmış və dünya ədəbiyyatına öz dəyərli incilərini
vermiş şəxslərin pyeslərinin səhnədə oynanılmasına çalışırdı. “Teatr məclislərində oynanılan
məzhəkəli təmsillər, komediyalar, həzinamiz faciələr yer üzündə ən artıq məharətli və dərin fikir
sahibləri olan ədiblərin qələmlərinin əsərləridir”.
Mərhum Mirzə Fətəlinin “Hacı Qara” kimi bir komediyası Avropa nöqteyi-nəzərincə və
mötəbər əsərlərin cərgəsinə daxil olmalıdır (1, 1906, №28). “Molla Nəsrəddin” jurnalında qeyd olunur
ki, böyük yazılar zamanın yaxşı əsərləri səviyyəsində olan ölməz əsərlər yaratmışlar. Həmin əsərlər
uşaqlarımızın bədii tərbiyəsinə öz müsbət təsirini göstərə bilər, onlardan istifadə etmək lazımdır.
Ə.B.Haqverdiyev yazırdı ki, Azərbaycan xalqının böyük oğlu – filosof, klassik ədəbiyyat nümayəndəsi
olan M.F.Axundov “Hacı Qara” komediyasına yüksək qiymət verərək dünya ədəbiyyatında böyük
şöhrət qazandığını qeyd edirdi. Doğrudan da “Hacı Qara” əsəri realist bir əsər kimi dünya ədəbiyyatın-
da özünəməxsus yer tutur. Axundov bu əsərdə feodal – patriarxal dünyasının çürüklüyünü, istismarını,
tacirlərin çürük əxlaqi keyfiyyətlərini, tamahkarlığını pisləyir. Bu nöqteyi-nəzərdən jurnal haman
əsərin oynanılmasını məsləhət görür. Çünki bu əsər uşaqlarımızın tərbiyəsinə öz müsbət təsirini
göstərir. Haqverdiyev yazır ki, “Əgər Mirzə Fətəli Axundov ruhaniliklə amansız mübarizə edirdisə,
onun davamçıları din məsələlərində ehtiyatlı tərpənirdilər. Mirzə Fətəli mollalarla mübarizə edə bilərdi,
çünki onun rəsmi vəzifəsindən, çiyinlərindəki parıldayan epoletlərdən ibarət möhkəm arxası var idi” (2,
səh.365). “Molla Nəsrəddin” jurnalı camaatı “teatr haramdır!”, “teatra kömək edənlər o dünyaya”,
“...şapka qoyan İvan sifətində gələcək, qramafon səsinə, “yox, yox haramdır ona qulaq asmaq, oradan
cin səsi gəlir”, “müsəlman teatrçıları şəriətə xilafdır” (1, 1911, №30), deyən din nümayəndələri ilə hə-
mişə mübarizə aparmağa səsləyirdi. Jurnal çox kəskin dildə, bəzən gülməli, bəzən kədərli, bəzən felye-
ton, hekayə, son xəbərlər, bilməli xəbərlər və bəzən də satirik şeirlər vasitəsilə islam dinindən öz
vaizlərinin çürük fikirlərini ifşa edirdi.
“Molla Nəsrəddin” jurnalı özünün növbəti nömrəsində “Kazandan məktub” adlı məqalədə (1,
1908, №10) yazır: “Bir gün mollalar ağsaqqallara dedilər ki, teatr köhnədir, buna görə gərək teatrı
bağlayaq. Yığılıb bir “Ptisiya” düzəldib cənab qubernatorun qulluğuna göndərdilər. Qubernator da
baxmadı. Sonra cümə günü cəmi məscidlərdə duadan sonra bir para mollalara dedilər və hamısı
116
bunu ərz etdilər ki, teatra gedən cəhənnəmə gedən kimidir, ay müsəlman qardaşlar, sizin ki, ar-
vadlarınız, qızlarınız teatra gedirlər və orada kişilərlə görüşürlər, fahişəxanaya gedən kimidirlər.
Müsəlman bəndəsi oraya getməməlidir.
Yaxud teatr haqqında iki hacının söhbətinə diqqət yetirək: “Molla Nəsrəddin” jurnalı yazırdı:
“Bir teatr cəmiyyəti məndən xahiş etdi ki, bir əba tapım. İrəlilərdə mən teatr üçün bir para libas
tapıb verərdim ki, teatr məclisində geysinlər. Bu dəfə də əbamı vurdum qoltuğuma ki, aparım teatra.
Qədim dostum molla Həmdulla Miyanəli mənə rast gəldi və əbanın əhvalatını soruşdu və mən də
cavab verdim. Gördüm dostumun rəngi bozardı və bir qədər mənim üzümə baxıb dərin bir ah çəkdi,
sonra yapışdı əbadan və başladı dartmağa.
Dedim – axı, yekə kişisən, sözünü de görüm nə istəyirsən? Molla əbanı boşladı və üzünü
məndən çöndərdi ki, getsin və gedə-gedə məndən soruşdu: qiyamətdə nə cavab verəcəksən? Dedim
kimə? Dedi: - Allaha, dedim – nədən ötrü? Dostum bir az uzaqlaşıb … əlindəki ağacı göyə
qovzuyub başladı: ay məlun sizin kimi laməzhəblər şəriətin belini sındırdılar”.
Xülasə, əbamı apardım teatr məclisinə, həmin gecə teatr məclisində əbamı geyib oynadılar.
Mən də baxırdım. Sabah oldu, gördüm ki, gözlərim bərk ağrayır. İndi bu saat elə bir şiddətlə ağrayır
ki, gözlərimi aça bilmirəm. İndi bu sözləri yazmaqdan qəsdim teatr məclislərinə libas verən
qardaşlarımı xəbərdar eləməkdir ki, bu işlərin nəticəsi söz yox ki, axırda məlum olacaqdır. Hələ
bəzi biar adamlar teatrlara övrətlərinin də libaslarını aparırlar.
“Molla Nəsrəddin” jurnalı şəkillərdən çox məharətlə istifadə edərək xalqı başa salırdı ki,
teatrlara gedin, bədii zövqünüzü inkişaf etdirin, boş vaxtlarınızı şən, gümrah və əyləncəli yerlərdə
keçirin. Jurnalın 1909-cu il №11, 13; 1910-cu il №2, 3, 16 – saylarında belə şəkillərə tez-tez təsadüf
olunur. Jurnalda verilmiş bir şəklə diqqət yetirək: Qramafon çalınır, müsəlman ziyalıları qulaq asır,
avam camaat isə bu səsi eşidən kimi qaçırlar. Onları tutub zorla saxlamaq istəyirlər, lakin mümkün
olmur. Şəklin altında isə avam camaatın dili ilə deyilən bu sözlər yazılmışdır: “Yox, yox haramdır,
ona qulaq asmaq: - oradan cin səsi gəlir” (1, 1909, №11).
Və yaxud başqa bir şəkildə belə bir hadisə təsvir edilir: cəmiyyəti xeyriyyənin üzvləri avam
camaata teatr bileti satmaq təklif edirlər, hacılar bileti almaq istəməyərək qaçırlar. Cəmiyyəti
xeyriyyənin üzvləri də onların ardınca qaçır, onlardan birini güclə tutub yerə yıxırlar və bileti onun
ağzına soxurlar.
Şəklin altında isə bu sözlər yazılmışdır – Tiflisdə şeytan bazarda cəmiyyəti xeyriyyə üzvləri
müsəlmanlara teatr bileti satırlar.
“Molla Nəsrəddin” jurnalının hər bir tək yalançı, riyakar mollaları, axundları felyetonlarında
gülünc hədəfinə qoymaqla hücumlara məruz qalmamışlar, həm də teatr səhnələri yaratmaqla da
təqiblərə, tənqidlərə, təhqirlərə, hücumlara, hədələrə və sairə məruz qalmışlar. Ancaq bütün bunlara
rəğmən mollanəsrəddinçilər yollarından dönməmiş, öz amal və ideyalarına sona qədər sadiq
olmuşlar. Belə dönələrlə hücumlara məruz qalanlardan biri də Əliqulu Qəmküsar olmuşdur.
Ə.Qəmküsar “milli azadlıq yolunda nəinki qələmi, eyni zamanda bütün maddi və mənəvi
varlığı ilə mücadilə etmiş, millətini, xalqını azad görmək həsrəti ilə yaşamışdır” (3, səh.26).
Azərbaycan SSR Xalq artisti mərhum Mustafa Mərdanov “Əlli il Azərbaycan səhnəsində”
adlı kitabında İrəvanda Ə.Qəmküsarın başına gələn bir faciəvi hadisəni belə xatırlayır: “Birinci
“Dəmirçi Gavə” tamaşasını göstərdik. İkinci tamaşamız “Ölülər” oldu… Onu da deyim ki,
tamaşaçılar bir yana qalsın, biz aktyorlar da Mirzə Əliqulunun roluna valeh olmuşduq (Ə.Qəmküsar
Şeyx Nəsrullah rolunu ifa etmişdir – K.C.). “Ölülər” tamaşası böyük müvəffəqiyyətlə keçdi. Mirzə
Əliqulunu üç dəfə səhnəyə çağırdılar. Bütün salondakılar onu səmimi alqışladılar.
…Lakin bu sevinc çox davam etmədi. Ertəsi günü saat on idi. Mehmanxana xidmətçisi
tələsik içəri girib məni oyatdı:
“Durun, cənab Mərdanov, yoldaşınızı öldürdülər!”
Mən tələsik geyinib aşağı düşdüm. Mirzə Əliqulunu başı-gözü qan içində mehmanxana
qabağında uzatmışdılar.
Əhvalat belə olmuşdu: Mirzə Əliqulu adəti üzrə “Molla Nəsrəddin” jurnalı üçün material
toplamaq məqsədi ilə hacıların, kərbəlayıların, seyidlərin, dərvişlərin bol yeri olan İrəvan bazarına
gedibmiş. İrəvan mömünləri, “din mücahidləri” dünənki “biabırçı” tamaşadan xəbər tutub, onun
117
əsas iştirakçısı olan Mirzə Əliqulunu gördükdə: “Bu kafir oğludur bizim dinimizə gülüb,
şeyxlərimizi biabır edən, budur babı oğlu, babı!” - deyərək şairi döyüblər. Mirzə Əliqulunu Tiflisə
göndərməli olduq” (4, səh.32).
Mollanəsrəddinçi maarifçilər Azərbaycanda milli teatrların həm açılması, həm də teatrın
təbliğ edilməsi sahəsində böyük zəhmət sərf edərək xalqın maariflənməsi naminə məh-
rumiyyətlərdən belə qorxmamışlar. Mollanəsrəddinçilərin teatr haqqında olan fikirləri və görüşləri
bizə belə bir fikir söyləməyə əsas verir ki, onlar öz dövrünün qabaqcıl maarif xadimi kimi xalqın
tərəqqisini yüksəltmək uğrunda yorulmadan, usanmadan ciddi mübarizə aparmışlar.
Dostları ilə paylaş: |