Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

ƏDƏBİYYAT 
1.
 
Axundov M.F. Əsərləri. 3 cilddə. II c., Bakı, Elm, 1988, 388 s. 
2.
 
 Axundov M.F. Əsərləri. 3 cilddə. III c., Bakı, Elm, 1988, 388 s. 
3.
 
“Əkinçi”  qəzeti  (1875-1877).  Tam  mətni  (Ərəb  əlifbasından  kirill  əlifbasına  çevirən  və  nəşrə 
hazırlayan: Həsənzadə T.). Təkrarnəşr – Bakı, Azərnəşr, 1979, 464 s. 
4.
 
Makarenko A.S. Seçilmiş pedaqoji əsərləri. 2 cilddə. I c., Bakı: Maarif, 1983, 384 s. 
5.
 
Mehraliyeva  Z.  C.Məmmədquluzadənin  əxlaq  tərbiyəsi  haqqında  fikirləri  //  Azərbaycan 
məktəbi, 1980, №7, s.34-38 
6.
 
Nərimanov N. Seçilmiş əsərləri. Bakı, Elm, 1973, 451 s. 
7.
 
Şahtaxtlı M. Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2006, 432 s. 
8.
 
Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı, Azərnəşr, 1953, 314 s. 
9.
 
Vəzirov N. Seçilmiş əsərləri. Bakı, Maarif, 2002, 292 s. 
ABSTRACT 
T.Vahabova 
The democratically-minded intellectuals II half of the XIX century of national self-
awareness and patriotic education                                                                                    
The article presents the idea of democratically-minded intellectuals in Azerbaijan in the II half of 
the  XIX  century  on  the  national  self-knowledge.  Also,  the  object  is  transformed  into  threads  of  their 
assumptions about patriotic education. II half of the XIX century is characterized as a period of national 
revival  in  the  literature  of  Azerbaijan  people.  During  this  period,  opened  a  new  type  of  school,  was 
organized  by  the  National  Printing  House,  National  Theatre.  Is  a  series  of  innovations  in  the  social 
cultural  and  educational  objectivity.  It  is  obvious  that  they  have  created  in  the  style  of  national  self-
awareness  and  the  patriotic  education  of  the  people.  The  intelligentsia  of  Azerbaijan  done  prosperous 
business, put forward an interesting theoretical propositions in this direction. These issues are set out in 
the form of a scientific article. At the same time it should focus its further development. 
РЕЗЮМЕ 
                                                                                                                                                   Т.Вахабова 
Демократически мыслящая интеллигенция II половины  XIX века о национальном 
самопознании и патриотическом  воспитании 
В  статье  излагаются  мысли  демократически  мыслящей  интеллигенции  в  Азербайджане  во  II 
половину  XIX  века  о  национальном  самопознании.  Также  превращается  в  объект  темы  их 
предположения  о  патриотическом  воспитании.  II  половина  XIX  века  характеризуется  как  период 
национального  возрождения  в  литературе  Азербайджанского  народа.  В  этом  периоде  открывались 
школы нового типа, была организована национальная типография, национальный театр. Происходя 
ряд  новшеств  в  общественно  культурной  и  педагогической  объективности.  Очевидно,  что  они 
создавали  стиль  в  деле  национального  самопознания  и  патриотического  воспитания  народа.  
Интеллигенция Азербайджана проделали благополучные дела, выдвигали интересные теоретические 
положения в этом направлении. Эти вопросы на научной форме излагаются в статье. Одновременно 
стоит в центре внимания дальнейшее ее развитие.  
      НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли гярары 
иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni  çapa  təqdim  etdi:  Pedaqogika  üzrə  fəlsəfə  doktoru, 
professor E.Maqsudov 

125 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
ÇAPAY QULİYEV 
Naxçıvan Müəllimlər İnstitutu                                                          
               e-mail: chapay81@yahoo.com
 
UOT:37(091) 
MİLLİ MƏNLİK ŞÜURUNUN PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARININ 
DÜZGÜN  
MÜƏYYƏNLƏŞDİRİLMƏSİNİ ŞƏRTLƏNDİRƏN CƏHƏTLƏR 
 
Açar sözlər: mənlik şüuru, milli mənlik şüuru, pedaqoji-psixoloji əsaslar, milli maraqlar. 
Keywords:self-consciousness,  national  consciousness,  pedagogical-psychological  basis, 
national interests. 
Ключевые  слова:  самосознание,  национальная  самосознание,  педагогико-психологи–
ческие основы, национальные интересы. 
 
Azərbaycan  Respublikasında  həyata  keçirilən  Təhsil  islahatlarına  dair  direktiv  sənədlərdə 
yetişən nəslin milli mənəvi cəhətdən saflaşdırılması, onların mənəvi simasının formalaşdırılması ilə 
bağlı elmi müddəalar, tövsiyə və məsləhətlər geniş  yer alır. Həmin dəyərli elmi ideyalar, səmərəli 
tövsiyə  və məsləhətlər həm pedaqoqlar, həm də psixoloqlar qarşısında mühüm vəzifələr qoyur. Bu 
vəzifələrin həlli zamanı yetişən nəslin milli mənlik şüurunun formalaşdırılması işinin həm pedaqoji 
əsaslarının,  həm  də  psixoloji  əsaslarının  müəyyənləşdirilməsi  başlıca  şərtlərdən  hesab  olunur.  Bu 
baxımdan  milli  mənlik  şüurunun  formalaşdırılması  işinin  pedaqoji  və  psixoloji  əsaslarının 
müəyyənləşdirilməsinə  diqqəti artırmaq vacibdir. Ona görə də milli mənlik şüurunun həm pedaqoji 
əsasları  barədə  mühakimə  yürütməyi,  həm  də  onun  psixoloji  əsasları  ilə  bağlı  elmi  ideyalar  irəli 
sürməyi məqsədəmüvafiq hesab edirik. Öncə milli mənlik şüurunun pedaqoji əsasları ilə bağlı bəzi 
fikirləri təhlilə cəlb edək.  
Milli mənlik şüurunun formalaşdırılması elmi pedaqogikada mənəvi tərbiyənin ilkin tərkib 
hissəsi  hesab  olunur.  “Gənclərin  mənəvi  tərbiyə  problemləri”  kitabında  (müəllifləri  Y.Talıbov, 
F.Sdiqov  və  S.Quliyevadır)  oxuyuruq:  “Mənəvi  tərbiyənin  mühüm  tərkib  hissələrindən  biri  milli 
mənlik  şüurunun  formalaşdırılmasıdır.  XX  əsrin  son  illərində  aşkarlıq  və  demokratiyanın  təsirilə 
ayrı-ayrı  xalqlar  kimi  Azərbaycan  xalqı  da  öz  kökünə,  tarixinin  açılmamış  səhifələrinə  müraciət 
edərək, xalqın tarixi  kökləri,  tariximizin bəzəyi  olan  görkəmli  şəxsiyyətlərin həyat  və  fəaliyyətini 
öyrənir,  milli  özünüdərkin,  milli  özünütəsdiqin,  milli  özünəməxsusluğun  bütün  əlamətlərini  aşkar 
etməyə  çalışır.  Milli  rəmzlərə,  adətlərə,  ənənələrə  yeni  həyat  verilir,  dini  etiqadlar,  müqəddəs 
bayramlar xalqın özünə qaytarılır. Bu qayıdışda yeni ruh, yeni təfəkkür, yeni mənəviyyat öz əksini 
tapır [1, s.10]. 
Tarixən milli-mənlik şüuru daşıyan hər bir xalqın milli adətləri, ənənələri, milli mədəniyyəti, 
incəsənəti,  milli  əxlaqı  onun  mənəvi  siması  kimi,  başqa  sözlə  desək  mənəviyyatı  kimi 
dəyərləndirilmişdir.  Azərbaycan  xalqının  mənəviyyat  bütövlüyünə  millətin  adı,  etnopsixoloji 
xüsusiyyətləri,  milli  dili,  milli  əqidəsi,  ləyaqəti,  etik  normaları,  milli  ənənələri  və  sair  bu  kimi 
mənəvi sifətləri daxildir. 
Mənəviyyat  bütövlüyünə  nail  olmaq  üçün  öncə  milli  mənlik  şüurunu  formalaşdırmaq 
gərəkdir.  Yetişən  nəslin  nümayəndələrinin  xüsusilə,  yeniyetmə  və  gənclərin  mənəvi  simasının 
saflaşdırılması üçün onların milli mənlik şüurunun formalaşdırılması zəruri hesab olunur. Birincisi 
ona  görə  ki,  milli  mənliyin  yetişdirilməsindən  ötrü  yetişən  nəslin  nümayəndələrinə  məqsədyönlü, 
planlı və mütəşəkkil olaraq təsir etməklə bu işə önəm verilməlidir. Ikincisi şəxsiyyətin milli mənliyi 
onun  mənlik  şüurunun  formalaşdırılması  prosesi  ilə  mümkündür.  Üçüncüsü  şəxsiyyətin 
formalaşdırılması milli mənlik şüurunun tənzimlənməsi sayəsində həyata keçrilir. 

126 
 
Təsadüfi  deyil  ki,  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənablarının  bu 
sahədəki son sərəncamlarından biri olan və artıq tətbiqi reallaşdırılan “Azərbaycan Respublikasında 
Təhsilin inkişafı üzrə dövlət strategiyası”nda (2015) əsas istiqamətlərdən biri ölkəmizdə şəxsiyyət–
yönümlü  təhsilin  məzmununun  yaradılmasına  yönəldilmişdir.  Bu  o  deməkdir  ki,  Azərbaycanda 
şəxsiyyətyönümlü təlim-tərbiyə işlərinin düzgün qurulması, modernləşdirilməsi üçün özünüdərkin, 
özünüqiymətin, özünütəsdiqin pedaqoji-psixoloji əsaslarının günün ən aktual tələbləri səviyyəsində 
müəyyənləşdirmək  daha  məqsədəuyğun  olardı.  Bütün  bunlar  isə  milli  mənlik  şüurunun 
formalaşdırılması mərhələsindən keçir. 
Azərbaycan xalqının həyatı, xarakteri, tərbiyə sistemi, milli adət-ənənələri, rəngarəng folklor 
nümunələri ilə dərindən tanış olan hər kəs təsdiq edə bilər ki, bu xalqın milli-mənlik şüuru, idealı 
özündə  yüzlərlə  ülvi,  pak,  nəcib  keyfiyyətləri  birləşdirir  [2,  s.70].  Hansı  ki,  bu  keyfiyyətləri 
valideynlər  ailədə,  müəllimlər  və  tərbiyəçilər  isə  təlim-tərbiyə  müəssisələrində  yetişən  nəslin 
nümayəndələrinə  aşılamalıdırlar.  Bu,  o  deməkdir  ki,  hər  hansı  bir  pedaqoji  prosesdə  tərbiyə 
olunanlara  ilkin  olaraq  milli  şüurun  ilkin  əxlaqi  elementlərini  aşılamağa  çalışarkən  bu  işi 
məqsədyönlü olaraq başlamaq, planlı və mütəşəkkil olaraq həyata keçirmək lazımdır. 
Bunun  üçün  ümumtəhsil  məktəblərinin  imkanları  daha  böyükdür.  Ümumtəhsil 
məktəblərində  təlim  prosesində,  sinifdən,  dərsdən  və  məktəbdənkənar  tədbirlərin  hər  birində  belə 
imkanlardan səmərəli istifadə etmək daha məqsədəmüvafiqdir. 
Unutmaq  olmaz  ki,  mənəvi  yüksəliş  ümumtəhsil  məktəblərində  təhsil  alan  gənc  nəslin 
həyatında  çox  mühüm  sosial  mərhələdir.  Ilkin  mənəvi  təsəvvür  və  anlayışlar,  əxlaqi-etik 
kateqoriyalar, milli şüur, milli ləyaqət, milli psixologiya, mənlik, vətəndaşlıq dəyanəti, dözümlülük, 
ailəyə  qayğı,  məhəbbət,  şərəf,  qeyrət,  namus  və  s.  kimi  kateqoriyalar  məhz  həmin  məktəblərdə 
formalaşır. Məktəblilər ailə səadəti, xeyir, şər haqqında, mütərəqqi  və mürtəce qüvvələr haqqında, 
ədalət,  ədalətsizlik,  sülh,  əmin-əmanlıq,  müharibə,  dağıntı,  ekoloji  çətinliklər,  hüquq  qanunları, 
iqtisadi  biliklər,  qənaət,  sadəlik,  təvəzökarlıq,  düzlük  və  doğruçuluq  və  s.  haqqında  təsəvvür  və 
anlayışlara  məhz  həmin  məktəblərdə  yiyələnirlər.  Məktəblilərin  mənəvi  əqidəsi,  dünyagörüşü, 
etiqadları,  ailə  həyatına  baxışları,  mənəvi  tərbiyə,  ailə  həyatı  ilə  bağlı  olan  məsələlər  ilk  gənclik 
çağında təşəkkül tapır [3, s.3]. 
Məhz  ona  görə  də  pedaqoji  prosesdə  uşaqların  əxlaqının  saflaşdırılmasına  ümumpedaqoji 
prinsiplər,  üsullar  baxımından  düzgün  yanaşmaq  zəruridir.  Uşaqların  əxlaqının  düzgün 
saflaşdırılması  onların  nümunəvi  davranış  normalarının  üzə  çıxarılmasına  səbəb  olur.  Əxlaq 
normalarının, əxlaq kateqoriyalarının düzgün müəyyənləşdirilməsi mənəviyyat bütövlüyü yaradırsa, 
deməli milli-mənlik şüurununda bünövrəsi düzgün qoyulur. 
Əxlaqda, mənəviyyatda  insanların bir-birinə münasibəti və davranış  normaları  öz ifadəsini 
tapır.  Mənəviyyatın  tərkib  hissələrinə  davranış  qaydaları,  prinsiplər,  kateqoriyalar  və  ideallar 
daxildir. 
Davranış  qaydaları  insanın  ailədə,  cəmiyyətdə,  kollektivdə  bir-birinə  münasibətini 
müəyyənləşdirir.  Davranış  qaydaları  tənzim  edildiyi  münasibətlərin  xarakterindən  asılı  olaraq 
müəyyən qruplara bölünür.  
Prinsiplər  deyəndə  bəs  nə  nəzərdə  tutulur?  Prinsip  hər  bir  norma  qrupunun  özünə  məxsus 
olan  ilk  vəziyyətini  və  əsas  köklərini  əks  etdirir.  Siniflər  mənafeyini  əks  etdirən  əlamətlər 
prinsiplərdə daha çox güclü olur və ən çox nəzəriyyələr sistemini əks etdirir. 
Əxlaq  kateqoriyaları  ümumi  şəkildə  insanlar  arasında,  insanla  cəmiyyət  arasında  mənəvi 
əlaqələri  əks  etdirir.  Yaxşılıq,  ədalət,  borc,  şərəf,  ləyaqət,  vicdan,  xoşbəxtlik  və  s.  əxlaq 
kateqoriyaları  olub  müəyyən  əlaqələri  ifadə  edir.  Əxlaq  kateqoriyaları  bütün  dövlətlərin  və  bütün 
xalqların  əxlaqına  xas  olmuşdur.  Həmin  kateqoriyalar  bütün  cəmiyyətlərdə  mövcud  olmuş  və 
mövcuddur.  Lakin  onlar  müxtəlif  əxlaq  sistemlərinə  mənsub  olduğundan  müxtəlif  tələbləri  ifadə 
etmiş, zaman keçdikcə öz mahiyyət və məzmununu dəyişmişdir. 
Əxlaqi ideallar isə insanların daha çox can atdığı, gözəl saydığı davranış nümunələrini əks 
etdirir. Mənəvi ideallarda insanların arzuları ifadə olunur. Məhz ona görə də milli-mənlik şüurunun 
formalaşdırılması işində ailə, məktəb və ictimayyətin albir fəaliyyətinə üstünlük vermək lazım gəlir. 
Vaxtilə K.D.Uşiniski deyirdi ki, əgər məktəb oxuyursa, deməli bütün xalq oxuyur. Bu o deməkdir 

127 
 
ki,  əgər  ümumtəhsil  məktəblərində  milli-mənlik  şüurunun  formalaşdırılmasına  pedaqoji-psixoloji 
cəhətdən düzgün yanaşılarsa deməli, sosial mühitdə kütləvi olaraq insanların milli-mənlik şüurunun 
formalaşması  üçün  zəmin  yaranmış  olar.  Çünki  insanlar  əxlaqi-mənəvi  normaları  təkcə  yaratmır, 
onları həm də qoruyurlar. 
Beləliklə, insanlar müəyyən normalar, prinsiplər və ideallar əsasında hərəkət edir, bir-biri ilə 
münasibətlərdə olurlar. Deməli, cəmiyyətdə yaşayan, fəaliyyət göstərən insanlar bir-birinin davranış 
normalarına  necə  əməl  etdiklərinə  nəzarət  edir,  bir-birinin  hərəkətlərini  tənzimləyir  və 
qiymətləndirirlər.  Insanlar  davranış  norma,  prinsip  və  kateqoriyalarına  müvafiq  olan  hərəkətləri 
əxlaqi, olmayanları isə əxlaqsız hesab edirlər. Məhz qiymət vermək, nəzarət etmək əxlaqa real məna 
verir  və  onun  həyatiliyini  təmin  edir.  Qiymət  əxlaqı  insanın  davranışına,  hərəkətinə,  ictimai 
nəzarətin  mühüm  vasitəsinə  çevirir.  Əxlaqla  hüquq  normalarının  fərqli  cəhətləri  də  məhz  burada 
özünü  göstərir.  Əxlaq  normalarını  xalq  yaradırsa,  hüquq  normalarını  ayrı-ayrı  adamlar  tərtib  edir. 
Hüquq  normaları  pozulduqda  adamlara  cəza  verilirsə,  əxlaq  normaları  pozulanda  adamlar 
məzəmmət  edilir,  onların  hərəkətləri  pislənir.  Pisləmələrin  çoxalması  əxlaqi-mənəvi  normaların 
şüurlu  olaraq  kütləvi  surətdə  qəbul  edilməməsinin  göstəricisidir.  Deməli,  hələ  ailə,  məktəb  və 
ictimaiyyətin əlbir fəaliyyəti üçün dinamik inkişaf mexanizminin küləviləşdirilməsinə ehtiyac var. 
Bunun üçün həm ailələrdə, həm təlim-tərbiyə müəssisələrində milli ləyqət hissini qüvvətləndirmək, 
kollektivçilik,  humanizm  kimi  əxlaqi  normaları  inkişaf  etdirmək  kimi  pedaqoji  işləri 
genişləndirmək lazımdır. 
Milli  ləyaqət,  kollektivçilik,  humanizm  və  digər  əxlaqi  kateqoriyalar  şəxsiyyətin  mənəvi 
təfəkkürünün  aksiomaları  kimi  fəaliyyət  göstərir.  Müasir  dövrdə  əxlaqi  sərvətlər  insanların 
davranışının qəbul edilib-edilməməsi ilə deyil, onların nə dərəcədə davranışında özünə möhkəm yer 
tutması,  nə  qədər  real,  həqiqi  olması  və  şəxsiyyətlərarası  münasibətlərdə  davamlılığı  ilə  ölçülür. 
Konkret  və  zəruri  normativ  göstəriciləri  –  sosial  həyatı  idarə  etməyə  istiqamətləndirməyi,  həyata 
keçirməyi təmin edir. 
Bu baxımdan milli əxlaqi sərvətləri özündə ehtiva edən milli mənlik şüurunun yetişən nəslin 
nümayəndələrinin davranışında özünə möhkəm yer tutmasına çalışmaq lazımdır. Başqa sözlə desək 
yetişən  nəslin  nümayəndələri  olan  yeniyetmə  və  gənclərin  milli  mənlik  şüurunun 
formalaşdırılmasına  təsir  edən  tərbiyəvi  işlərin  kompleks  imkanlarından  və  psixoloji  təsirin  elmi 
əsaslarından məqsədyönlü, planlı və mütəşəkkil olaraq itifadə etmək lazımdır. Məhz belə olduqda 
onların  milli  ləyaqət  hissləri  qüvvətlənir,  torpağı  yad  nəzərlərdən  qorumağa  yönələn  milli  qeyrəti  
güclənir və onlar Vətənin ərazi bütövlüyünü qorumağa xidmət edən əqidə saflığı nümayiş etdirirlər. 
Məhz  milli  ləyaqət,  torpağa  bağlılıq,  vətəndaşlıq  dəyanəti  bu  köklərdən  qidalanır,  yeni 
nəsilləri azadlığa, müstəqilliyə çağırır. Hər bir şagirddə milli mənlik şüuru belə bir zəmin üzərində 
təşəkkül  tapır və belə bir həqiqəti  təsdiq edir ki, mədəniyyətin, elmin,  ədəbiyyatın inkişafı xalqın 
böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdirikliyindən, zəngin təfəkkür tərzindən asılıdır. 
Tarix  təsdiq  edir  ki,  heç  bir  inkişaf,  heç  bir  təkamül,  heç  bir  hadisə  zaman  və  məkan  təsirindən 
kənarda  baş  vermir.  Milli  mənəvi  mühitin  təşəkkülü,  sosial  mühit  məktəbləri  gənclərin 
cəmiyyətdəki  sosial  vəziyyətinə,  ilk  öncə  onların  hiss  və  duyğularına,  ictimai  həyatın  hadisə  və 
faktlarını  duymaq,  qavramaq  və  dərk  etmək  qabiliyyətinə  əsaslı  təsir  göstərir.  Şagirdlər  mənsub 
olduğu  millətə  aid  əlamətlərə  (milli  bayrağa,  gerbə,  himnə,  dini  etiqada  və  s.)  fəal  münasibət 
bəsləyir, qimət verir, özlərinin əməli fəaliyyəti üçün nəticə çıxarmaq imkanı əldə edirlər [4,s.11]. 
Deməli,  pedaqoji  prosesdə  məqsədyönlü  tərbiyə  işi  psixoloji  təsirlərin  gücü  ilə  vəhdətdə 
götürüldükdə  şagirdlərin  ailəyə,  valideynlərinə,  dostlarına,  yoldaşlarına,  bütövlükdə  xalqına  və 
Vətəninə olan ləyaqət, dəyanət, şərəf, qeyrət, məhəbbət hissləri güclənir. Onlar  özlərini qeyrətlilik 
mücəssəməsi kimi nümayiş etdirməyə ciddi maraq göstərirlər. Özü də bu maraq ötəri maraq olmur. 
Belə  maraqlar  yeniyetmə  və  gənclərin  idrak  tələbatları  kimi  təzahür  edir.    Yeri  gəlmişkən  demək 
lazımdır  ki,  “...maraqlar  insanın  idrak  tələbatlarının  emosional  təzahürləridir.  Onların  təmin 
olunması və biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, əhəmiyyət kəsb edən faktlara yaxşı 
bələd  olmağa,  onları  anlamağa,  onlarla  tanış  olmağa  kömək  edir.  Maraqlar  subyektiv  olaraq  – 
insanın  özü  üçün  –  idrak  prosesinin  kəsb  etdiyi  müsbət  emosional  tonda,  əhəmiyyət  kəsb  etmiş 
obyektlə  dərindən  tanış  olmaq,  onun  haqqında  daha  çox  bilmək,  onu  başa  düşmək  arzusunda 

128 
 
təzahür edir” [5,s.116]. 
Bu  zaman  göstərilən  pedaqoji-psixoloji  təsirlərin  gücündən  yaranan  məqsəd  birliyi 
yeniyetmə və gənclərdə özünü biruzə verir. Məqsəd birliyi deyəndə yuxarıda qeyd olunan mənəvi 
keyfiyyətlərə  uyğun  olan  vahid  məqsəd  birliyi  nəzərdə  tutulur.  Belə  yeniyetmələr,  gənclər  hamı 
kimi  insanları  xüsusilə  Vətənini,  Vətən  torpaqlarının  toxunulmazlığı  uğrunda  mübarizəyə 
başlamağın  zəruri  olduğunu  şüurlu  olaraq  dərk  edirlər.  Onlar  şüurlu  olaraq  Vətən  torpaqlarını 
qorumağı qarşılarına məqsəd qoyurlar. 
Məqsəd  əlamətinə  görə  vasitəsiz  və  vasitəli  maraqların  olmasını  aşkar  edir.  Vasitəsiz 
maraqlar əhəmiyyətli obyektin emosional cazibədarlığı ilə yaranır. (Adam deyir ki, “bunu bilmək, 
görmək,  anlamaq  mənim  üçün  maraqlıdır”).  Obyektin  real  əhəmiyyəti  ilə  onun  şəxsiyyəti  üçün 
əhəmiyyəti  uyğun  gəldikdə,  vasitəli  maraqlar  meydana  çıxır  (belə  hallarda  adam  deyir  ki,  “bu 
mənim üçün maraqlıdır, çünki mənim mənafeyimə uyğundur”). Əmək və tədris fəaliyyətində heç də 
hər şey vasitəsiz emosional cazibəyə malik deyildir. Buna görə də əmək prosesinin şüurlu təşkilində 
aparıcı rol oynayan vasitəli maraqların formalaşması çox vacibdir [5, s.117]. 
 Vasitəli  maraqlar  düzgün  formalaşdırıldıqda  onların  əqidə  saflığının  yaranmasını  təmin 
etməsi  meydana  çıxır.  Vasitəli  maraqlar  davranışda  özünə  möhkəm  yer  tutarsa  şəxsiyyətlərarası 
münasibətlərdə  daha  davamlı  olar.  Belə  olan  təqdirdə  davranış  fəaliyyətinin  motivləşməsi  özünü 
daha  bariz  göstərir.  Unutmaq  olamz  ki,  vasitəli  maraqlar  həm  də  -  şəxsiyyətin  fəaliyyətinin 
motivləşməsinin mühüm, lakin yeganə olmayan cəhətidir. Davranışın mühüm motivi əqidələrdir.  
Əqidələr  –  şəxsiyyətin  onu  öz  baxışlarına,  prinsiplərinə,  dünyagörüşünə  müvafiq  olaraq 
hərəkət  etməyə  təhrik  edən  dərk  olunmuş  tələbatlar  sistemidir.  Əqidə  formasında  meydana  çıxan 
tələbatların məzmunu ətraf aləm, təbiət və cəmiyyət haqqında biliklərdən, onların müəyyən şəkildə 
başa  düşülməsindən  ibarətdir.  Bu  biliklər  qaydaya  salınmış  və  daxilən  təşkil  edilmiş  baxışlar 
sistemini  (fəlsəfi,  estetik,  etik,  təbii-elmi  və  başqaları)  təşkil  etdikdə,  onlar  insanın  dünyagörüşü 
kimi  nəzərdən  keçrilə  bilər  [5,s.119].  Şübhəsiz  bu  biliklərin  verilməsi  məqsədyönlü  olaraq 
müəyyənləşdirilmiş  pedaqoji-psixoloji  əsaslar  üzərində  qurularsa,  deməli,  mənlik  şüurunun 
formalaşmasını  təmin  edən  davranış  motivlərinin  təzahürü  daha  dinamik  şəkildə  olacaqdır.  Bu  o 
deməkdir ki,  yeniyetmə  və  gənclərin əxlaqi sərvətlərə  yiyələnmələri  onların milli  mənlik  şüurunu 
formalaşdırdığı  təqdirdə  onlar  xalq,  millət,  dövlət,  Vətən  və  Vətənin  ərazi  bütövlüyü  uğrunda 
mübarizəyə  cəhd  göstərmələri  onların  mənəvi  təfəkkürünün  aksiomalarına  çevrilmiş  olur.  Yeri 
gəlmişkən  demək  lazımdır  ki,  “cəhdlər  –  müvafiq  situasiyada  bilavasitə  təmsil  olunmayan,  lakin 
şəxsiyyətin xüsusi təşkil edilmiş fəaliyyətinin nəticəsi kimi yaradıla bilən həyat və inkişaf şəraitinə 
tələbatın ifadə edildiyi davranış motivləridir” [5,s.121]. 
Əslində  yetişən nəslin əxlaqi sərvətlərə  yiyələnmələri üçün  göstərdikləri  cəhdləri,  eləcə də 
mənəvi tələbatların motivləri bir neçə formada təzahür edir. Yəni əxlaqın saflaşdırılmasına yönələn 
motivlərin  dinamikası  mənəvi  maraqların  artmasına,  həvəsin  genişlənməsinə,  məqsədlərin 
hüdudlarının  yüksəlməsinə,  iddia  səviyyələrinin  şiddətlənməsinə  səbəb  olur.  Pedaqoji-psixoloji 
layihələr  əsasında  əxlaqları  saflaşdırılan  yeniyetmə  və  gənclərin  fəaliyyət  motivlərinin  zəngin 
tələbatlar birliyi əsasında çoxsaylı dinamik inkişaf yolu keçməsi təbii hal sayılır.  
Motivlər  bir-birindən  onlarda  təzahür  edən  tələbatların  növünə,  onların  kəsb  etdiyi  formalara, 
genişliyinə və ya məhdudluğuna, onların reallaşdığı fəaliyyətin konkret məzmununa (əmək fəaliyyəti, 
tədris motivləri və i.a.) görə fərqlənir. Fəaliyyətin mürəkkəb növləri bir qayda olaraq bir motivə deyil, 
eyni  vaxtda  bir  neçə  təsir  göstərən və qarşılıqlı təsirdə olan motivə  cavab verir ki,  bunlar  da insanın 
hərəkət və əməllərinin şaxələnmiş motivləşmə sistemini təşkil edir [5, s.116]. 
Bütün  bunların  çox  qədim  elmi-tarixi  köklərinin  olması  milli  mənliyin  pedaqoji-psixoloji 
əsaslarının dərin köklərə malik olmasını bir daha sübut edir. Hələ XIII əsrdə Nəsrəddin Tusi əxlaqın 
saflaşmasının  pedaqoji-psixoloji  əsaslara  söykənən  fəzilətlərini  sadalayarkən  onların  “Hikmət” 
(zəka, dərk surəti, zehn aydınlığı, öyrənmə asanlığı, ağıl gözəlliyi, hafizə, hazırcavablıq), “Şücaət” 
(nəfsin  ağayanalığı,  qoçaqlıq,  alicənablıq,  mətanət,  elm,  təmkinlilik,  hünərlilik,  dözümlülük, 
təvazökarlıq, qeyrətlilik, riqqət) , “İffət” (həyalılıq, həlimlik, səmimiyyət, dinclik, pəhriz, səbirlilik, 
qənaətcillik, vüqarlılıq, ehtiyatlılıq, nizam, hüriyyət, səxavətlilik), “Ədalət” (sədaqətlilik, ülfət, vəfa, 
sədaqət, şəfəqqət, rəhmdillik, mükafat, ortaqlığın hüsnü, hökmün hüsnü, hörmət, təslim, təvəkkül, 

129 
 
idrət)  cisimlərindən  əmələ  gəlməsini  formalaşaraq  milli-mənlik  şüurunun  yaranmasını  iddia  edir. 
Tusiyə  görə  belə  mənlik  şüuru  insanların  maraqlarının  müxtəlifliyinə  görə  müxtəlif  təzahür 
formalarına görə müxtəlif cür genişlənmə imkanlarına malik olur [6,s.90]. 
Müasir  psixologiya  elminə  görə  maraqlar  özlərinin  genişliyinə  görə  fərqlənir.  Bəzi 
adamlarda  onlar  bir  sahədə  mərkəzləşə,  başqalarında  isə  sabit  əhəmiyyətə  malik  olan  bir  çox 
obyektlər  arasında  bölünə  bilər.  Maraqların  səpələnməsi  (dağınıqlığı)  çox  vaxt  şəxsiyyətin  mənfi 
xüsusiyyəti  kimi  medana  çıxır,  lakin  maraqların  genişliyini  nöqsan  kimi  şərh  etmək  səhv  olardı. 
Müşahidələrin  göstərdiyi  kimi,  şəxsiyyətin  ahəngdar  inkişafı  maraqların  məhdudluğunu  deyil, 
genişliyini tələb edir  [5,s.116]. 
Maraqların  genişliyi  isə  insanın  məqsədləri  və  iddia  səviyyəsi  ilə  tənzimlənir.  Əxlaqi 
sərvətlərə yiyələnən yeniyetmələr və gənclər qazandıqları milli ləyaqəti, milli qüruru, milli iftixarı, 
milli qeyrəti və ən ümdəsi xalqa və Vətənə sədaqətli ali məqsədləri fonunda öz iddia səviyyələrinə 
uyğun  şəkildə  tənzimləməyə  cəhd  göstərirlər.  Mənlik  şüuruna,  onun  milli-mənəvi  dəyərlərinə 
yiyələnənlər daim öz ali məqsədi və iddia səviyyələri uğrunda mübarizəyə cəhd göstərir.  
Müasir psixologiya sübut edir ki, şəxsiyyətin məqsədləri və onun iddia səviyyələri müxtəlif 
olur.  Məzmun  cəhətdən  nəzərdən  keçirilən  dərk  edilmiş  motivlər  şəxsiyyətin  məqsədlərini  üzə 
çıxardır.  Müəyyən  bir  tələbatı  təmin  edə  bilən  obyekt  insanın  şüurunda  məqsəd  kimi  yeni  insan 
olaraq  meydana  çıxır.  Tələbat  obyektini  məqsəd  kimi  dərk  edən  insan  özünün  şəxsi  məqsədlərini 
mənsub olduğu kollektivin, cəmiyyətin məqsədləri ilə əlaqələndirir, öz məqsədlərinin məzmununa 
zəruri düzəlişlər, eləcə də əlavə düzəlişlər edir [5, s.117]. 
Buradan  belə  bir  qənaət  hasil  olur  ki,  insan  psixikasının  ən  ali  səviyyəsi  və  forması  olan 
ictimai şüur əmək və istehsal fəaliyyəti, ünsiyyət fəaliyyəti və eləcə də ictimai-iqtisadi-siyasi-tarixi 
həyat  şəraiti  ilə  bağlı  olan  münasibətlərin  məcmusu  rolunda  çıxış  edərək  milli  “mən”in 
formalaşmasını təmin edir. 
Milli  mənlik  şüurunun  pedaqoji-psixoloji  əsaslarının  düzgün  müəyyənləşdirilməsi  çox 
vacibdir. 
Ona görə ki, yetişən nəslin milli mənlik şüurunun formalaşdırılması yeni insan tərbiyəsinin 
mühüm şərti hesab olunur. Mənlik şüurunun isə məqsədyönlü, planlı və mütəşəkkil olaraq inkişafını 
şərtləndirən cəhətlər milli mənlik şüurunun formalaşmasına təkan vermiş olur. Bu şərtlə ki, ailədə 
məktəbin  və  ya  əksinə,  məktəb  ilə  ailənin,  məktəblə  sosial  mühitin  və  bunların  hər  üçünün  əlbir 
fəaliyyətinin pedaqoji-psixoloji əsasları düzgün müəyyənləşdirilsin. Məhz belə olan təqdirdə yetişən 
nəslin  mənlik  şüurunun  inkişafı  və  bu  zəmində  onların  milli  mənlik  şüurunun  inkişafı  müasir 
dövrün bütün tələblərinə rəğmən təmin edilmiş olar. 
 
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin