Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

ƏDƏBİYYAT 
 
1.
 
Talıbov  Y.,  Sadıqov  F.,  Quliyev  S.  Gənclərin  mənəvi  tərbiyəsinin  problemləri.  Bakı, 
1998, 132 s. 
2.
 
 Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Dərslik. Bakı, “Qapp-Poliqraf”    
 Koorporasiyası, 2003, 356 s. 
3.
 
 Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı:       
     Azərnəşr, 1981, 189s. 
4.
 
 Sadıqov F.B. Pedaqogika (ali məktəblər  üçün dərslik), Bakı, Adiloğlu, 2012, 666 s. 
5.
 
 Petrovskinin redaktəsi ilə. Bakı: Ümumi psixologiya, Maarif nəşriyyatı,  1982.  
6.
 
 Nəsrəddin Tusi. Əxlaqi –Nasiri, Bakı, “Lider nəşriyyatı”, 2005, 280s 
7.
 
Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.  Psixologiya  (dərslik).Bakı,  “Çinar-Çap”  nəşriyyatı,  2002, 
620 s. 
 
 
 
 
 

130 
 
РЕЗЮМЕ  
Ч.Гулиев 
Особенности правильного определения педагогико-психологических основ 
 национального самосознания 
 
Исторически  национальнoecамосознание  каждого  народа  отражалоего  национальные 
обычая,  традиции,  искусства  и  национальную  нравственность,  другими  словами  было 
оценено  как  его  моральныйоблик.  Поэтому  формирование  национального  самосознания 
подрастающего  поколения  считается  важным  условием    воспитания  нового  поколения. 
Целенаправленное, 
запланированное 
и 
организованное 
развитие 
самосознания 
способствуетформированию  национального  самосознания.  При  этом,  правильное 
определениепсихолого-педагогических  основсовместной  активности«школа-семья»,  или 
наоборот, «семья-школа», «школа-социум» является важным условием. При таком раскладе, 
развитие  самосознания  подрастающего  поколения  и  на  этом  основе  их  национального 
самосознания может быть формировано соответственно требованиям современности. 
 
 
ABSTRACT  
Ch. Guliyev 
Peculiarities of proper determination of pedagogical-psychological basis of national  
self-consciousness  
 
Historically,  the  national  self-consciousness  of  each  nation  reflects  its  national  customs, 
traditions, art and national morality, in other words, it is assessed as its moral character.Therefore, 
the  formation  of  national  consciousness  of  the  rising  generation  is  considered  to  be  an  important 
condition  for  theeducationof  new  generation.Purposeful,  planned  and  organized  development  of 
self-consciousness  contributes  to  the  formation  of  national  self-consciousness.In  this  case,  the 
correct  definition  of  psychological  and  pedagogical  basis  of  joint  activity  of  "school  -  family",  or 
vice versa,  "family  -  school", "school  -  society" is  an important  condition.In such a condition,  the 
development  of  self-consciousness  of  the  rising  generation  and  on  this  basis,  their  national  self-
consciousness can be formed according to the modern requirements. 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim  etdi:  Pedaqogika üzrə fəlsəfə doktoru, 
professor E.Maqsudov 
 
 
 
 
 
 
 
 
 
 

131 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
KİFAYƏT ƏHMƏDOVA 
Naxçıvan Müəllimlər İnstitutu 
Kifayet_ ehmedova @ mail.ru 
UOT:37 
GƏNC AİLƏLƏRDƏ PSİXOLOJİ MÜHİTİN FORMALAŞMASINA  
TƏSİR EDƏN AMİLLƏR 
 
Açar sözlər: ailə, psixoloji, uşaq, tərbiyə, ana, ünsiyyət, valideyn 
Key wordsfamily, psychological, a child, nurture, a mother, communication, a parent 
Ключевые  слова:  семья,  психологический,  ребёнок,  воспитание,  мать,  общение, 
родитель 
 
Məqalədə  gənc  ailələrdə  psixoloji  mühitin  formalaşmasına  təsir  edən  amillərdən  bəhs 
olunmuşdur.  Qeyd  edilir  ki,  ilk  uşağın  dünyaya  gəlməsilə  ailə  mühitində  əsaslı  dəyişikliklər  baş 
verir. Bu dəyişiklik sosial, iqtisadi və s. sferanı əhatə etməklə yanaşı, həm də psixoloji dəyişikliyə 
səbəb  olur.  İlk  psixoloji  dəyişiklik  analıq  hissinin  yaranması  ilə  başlayır.  Bir  sıra  alimlər  analıq 
hissinin yaranmasının daha əvvəldən başladığını və instinktiv xarakter daşıdığını bildirirlər.  
Gənc  ailələrlə  söhbət,  eləcə  də  müşahidələrə  əsasən  bu  nəticəyə  gəlinir  ki,  müasir  dövrün 
ailə ilə bağlı yaratdığı özünəməxsus problemlər vardır.  
Sonda  belə  ümumiləşdirmələr  aparılır  ki,  gənc  ailələrdə  ailədaxili  münasibətlər, 
kommunikativ  ünsiyyət  tam  mənası  ilə  formalaşmamış  olur.  Deməli,  gənc  ailələrin  daha  normal 
funksiya göstərməsi üçün həm onların özləri, həm də valideynləri ciddi səy göstərməlidirlər.  
İlk  uşağın  dünyaya  gəlməsilə  ailə  mühitində  əsaslı  dəyişikliklər  baş  verir.  Bu  dəyişiklik 
sosial,  iqtisadi  və  s.  sferanı  əhatə  etməklə  yanaşı,  həm  də  psixoloji  dəyişikliyə  səbəb  olur.  İlk 
psixoloji  dəyişiklik  analıq  hissinin  yaranması  ilə  başlayır.  Bir  sıra  alimlər  analıq  hissinin 
yaranmasının daha əvvəldən başladığını və instinktiv xarakter daşıdığını bildirirlər. “İlk analıq hissi 
qızlarda erkən yaşlardan, hələ gəlinciklərlə oynadığı vaxtdan başayır ” (124, s.334) . Hesab edirik 
ki, çox görkəmli alimlərin irəli sürdüyü bu fikirlərlə tam mənası ilə, bütövlükdə razılaşmamaq olar. 
Çünki körpə qız uşağının gəlinciklə oynaması ilə analıq hissini eyniləşdirmək mümkün deyil. Körpə 
qız gəlinciklə oynayarkən anasını təqlid edirsə, özünün ana olması tamamilə başqa bir hissdir.  
 
Təbiətin qadınlara bəxş etdiyi ana olmaq imkanı eyni zamanda onlara uşağını  
öyrətmək  və  tərbiyə  etmək  vəzifəsini  də  verib.  Bu  vəzifəni  başqa  adamların  yerinə  yetirməsi 
mümkün  deyil.  Yəni  ana  və  uşaq  arasındakı  münasibəti  başqa  adamla  yaratmaq  mümkün  deyil. 
Ananın  uşağa  öyrətdiyi  ilk  şey  ünsiyyətdir.  Məhz  ünsiyyət  prosesində  uşaq  tədricən  özünü  və 
ətrafdakıları dərk edir və beləliklə, onun fərdiyyəti yaranır.  
 
Gənc anaların uşaqla, onun psixi inkişafı və tərbiyəsi ilə bağlı buraxdıqları başlıca iki səhv 
olur.  Birinci  səhv  şərti  olaraq  “intellektual”  adlandırdığımız  analarla  bağlıdır.  Onlar  sərt  qrafik 
əsasında  uşaqla  ünsiyyətdə  və  münasibətdə  olur.  Yəni,  dəqiq  qrafik  əsasında,  müəyyən  saatlarda 
uşağı yedizdirir. Əgər uşaq ağlasa belə, qrafikini pozmur, hətta uşağı qucağına götürmür.  
 
Belə uşaqlar böyüdükdən, hətta özləri valideyn olduqdan sonra emosiyasız, laqeyd olurlar. Hətta 
öz uşaqlarına qarşı da belə olurlar. Öz uşaqlıqlarından nümunə çəkirlər. “Bizə qarşı da belə olublar. Nə 
olub ki, hər şey normaldır” . “Bu gün teatra getməliyik. Uşağa heç nə olmaz. Biz də onun yaşında tək 
qalırdıq” və s.  
 
İkinci səhv uşaqlıqda özləri kifayət qədər diqqət və qayğı görməyən, ailənin tək uşağı olan 
analarla bağlıdır. Belə analar üçün övladları həyatda hər şeydir. Onlar uşaqlarını bir dəqiqə olsun 
belə  gözdən qoymurlar.  Uşağın  hər bir hissi  onun üçün qorxu hissi  yaradır. “Oy, sən nə edirsən? 

132 
 
Tez ol darağı yerinə qoy, gözünə batar. Fincana toxunma, çay tökülüb səni yandırar. Sən istəyirsən 
xəstələnəsən, anan da ölsün” və s. 
 
Göstərdiyimiz  həm  birinci,  həm  də  ikinci  səhv  uşağın  inkişafına  son  dərəcə  neqativ  təsir 
göstərir.  Uşağın  uşaqlığını  əlindən  almaq  olmaz.  Ona  görə  də  hədsiz  qəyyumluq  etmək  psixoloji 
baxımdan düzgün deyil.  
 
Gənc  ailələrlə  söhbət,  eləcə  də  müşahidələrimizə  əsasən  söyləyə  bilərik  ki,  müasir  dövrün 
ailə ilə bağlı yaratdığı özünəməxsus problemlər vardır.  
 
 Uşağın dünyaya gəlməsi ilə ailədə digər bir əsaslı dəyişiklik də baş verir. Ər-arvad rollarına 
ata, ana rolları da əlavə olunur. Bu vəziyyət bütün müsbət cəhətləri ilə yanaşı, müəyyən diskomforta 
da səbəb olur. Özünü koqnitiv, şəxsi və sosial sferada da göstərir. Bu hal gənc ailələrdə, həm də ilk 
uşağın doğulmasıyla özünü daha kəskin formada göstərir. Bu deyilənlər əlbəttə, bütün ailələrə aid 
ola bilməz. 
 
Gənc ailələrdə qarşılıqlı münasibətlərdə özünü göstərən aspektlərdən biri də ər-arvad arasındakı 
anlaşılmazlıqlar,  ziddiyyətlərlə  bağlıdır.  Bunu  psixoloji  ədəbiyyatda  “ailə  həyəcanı”  da  adlandırırlar. 
Ailə həyəcanı ər və ya arvadın hər ikisi və ya onlardan biri ilə də bağlı ola bilər. Narahatlığın səbəbi 
şübhə,  tərəddüd,  evə  gec  gəlmə  və  s.  ola  bilər.  Bu  kimi  hisslər  adətən  ailədaxili  münasibətlərə  təsir 
göstərir. 
 
Digər  bir  səbəb  isə  tərəflərdən  birinin  özünü  köməksiz  hiss  etməsi,  hadisələrin  məcrasını 
dəyişdirə bilməməsi ola bilər. Onlar adətən öz hisslərini belə biruzə verirlər: “Hiss edirəm ki, nə etsəm, 
necə  etsəm  də  sonda  bəyənilməyəcək”  ,  “Özümü  ailədə  tənha  hiss  edirəm”  ,  “Nəyisə  yaxşı  etmək 
istəyirəm, məlum olur ki, pis alınıb” və s.  
 
Vaxtının  çoxunu  ailənin  qayğısını  çəkməyə  həsr  edən,  lakin  qiymətləndirilməyən  qadın 
adətən hər şeydən küsmüş kimi görünür: “Hərdən mənə elə gəlir ki, bu evdə mənim varlığım və ya 
yoxluğum heç kimi maraqlandırmır” . Belə köməksiz vəziyyətin bir sıra səbəbləri olur: 
1.
 
Ər və ya arvad daim psixoloji təzyiq altında olur. Buna nümunə kimi daim sərxoşluq edən, 
arvadını fiziki və psixoloji cəhətdən gərgin vəziyyətdə saxlayan kişilərin ailəsini göstərmək olar.
 
 
2.
 
Ailə üzvləri ilə uyğunlaşa bilməmək. Məsələn, gəlinin qaynanadan xoşu gəlmir, 
lakin  bunu  gizlətmək  məcburiyyətindədir.  Çünki  hesab  edir  ki,  bunu  açıq  bildirmək  ailədə 
vəziyyətin daha da gərginləşməsinə səbəb olar.  
3.
 
Şəxsiyyətdaxili  konfliktin  yaranması.  Bu,  daha  çox  ailədə  qadının  üzərinə  bir  neçə  bir-
birilə  ziddiyyət  təşkil  edən  vəzifənin  qoyulması  zamanı  baş  verir.  Nəticədə  şəxsiyyətlərarası 
konflikt  yaranır.  Məsələn,  qadın  ərini  qınayır  ki,  ailənin  heç  bir  işində  ona  kömək  etmir.  Eyni 
zamanda onun etdiyi heç bir işi bəyənmir, tənqid edir.  
 
Müşahidələr göstərir ki, ailə üzvləri qarşılarına hansısa məqsədi qoyub, ona çatmaq üçün cidd-
cəhd göstərdikdə və istənilən nəticə alınmadıqda onlar frustrasiya, psixi gərginlik yaşayırlar. Psixoloji 
ədəbiyyatda bu vəziyyət “Tantal kompleksi” adlandırılır. Tantal Qədim Yunan mifoloji qəhrəmanıdır. 
O, allahlar tərəfindən cəzalandırılır. O, suyun ortasındadır. Hər dəfə əyilib su içmək istədikdə su  yox 
olur.  
 
Deyilənlərə sübut kimi aşağıdakı nümunəni veririk. Akif, 30 yaşı var. Beş ildir ailə qurub. 
Dörd yaşında Telman adlı oğlu var. Arvadının 26 yaşı var. Ali təhsillidir. Ailə qurandan 1 ay sonra 
arvadı  bildirir  ki,  ərini  sevmir.  İnstitutda  oxuyanda  istədiyi  oğlan  olub.  Amma  oğlan  başqası  ilə 
evlənib.  Elə  bu  səbəbdən  də  istəmədiyi  oğlana  ərə  gedib.  Ailədə  ərin  vəziyyəti  “Tantal 
kompleksi”nə uyğundur. Akif deyir ki, arvadından bir neçə dəfə ayrılmaq istəyib. Hər dəfə arvadı 
bildirib  ki,  onu  sevməyə  başlayıb  və  doğrudan  da  bir  müddət  mehribançılıq  olub.  Akif  də  hesab 
edib ki, hər şey yoluna qoyulur. Yenidən tədricən yenə münasibətlər korlanıb. Belə vəziyyət Akifi 
özündən  çıxarır.  Ümid  və  ümidsizlik  daxili  konflikt  yaradır.  Fikrən  gedən  belə  daxili  mübarizə 
tədricən  Akifin  xarakterini  dəyişdirir.  Artıq  psixi  gərginlik  onun  münasibətlər  sisteminə  də  təsir 
edir. Oğlunun anasız qalmaması üçün bütün əzablara dözür. Bəzən də əsəbləri tab gətirmir.  
 
Təbii ki, istənilən gənc ailədə problemlər olur. Lakin onların xarakteri fərqli ola bilər. Ailə 
həyatının ilk beş ili istənilən halda adaptasiya dövrüdür. Çünki gənc ailədə ər və arvad hər biri fərqli 
ailələrdə, fərqli mühitdə böyüyüb, tərbiyə alıb. Bir çox hallarda belə fərqli tərbiyə ziddiyyətə səbəb 
olur.  Müəyyən  vaxtdan  sonra  tərəflər  bir-birlərinin  xarakterini  öyrənir  və  ona  uyğunlaşır. 

133 
 
Adaptasiya  oluna  bilmədikdə  tədricən  konflikt  dərinləşir  və  onlar  ayrılırlar.  Adaptasiya,  eləcə  də 
ailə  mühitinin  formalaşması  tərəflərin  psixoloji  hazırlığı  və  mədəni  səviyyəsindən  də  asılıdır. 
Problem yarandıqda belə ailələrdə tərəflər başqa variant, başqa çıxış yolu axtarırlar.  
 
Məryəmin nümunəsində fikrimizi əsaslandıraq. Məryəm 3 ildir ailə qurub. 2 yaşında qızları 
var. Əri ilə münasibətlərində tez-tez gərginlik yaşanır. Məryəm bunlarla bağlı belə deyir: “Əvvəllər 
ərimlə  mübahisə  edir,  onun  hər  bir  hərəkətinə  reaksiya  verirdim.  Dava-dalaş  salır,  evdən 
gedəcəyimi bildirirdim. İndi daha ağıllanmışam. Xasiyyətini öyrənmişəm. Əsəbi olanda ona heç nə 
demirəm. Sakitləşəndən sonra fikirlərimi ona çatdırıram” .  
 
 Gənc  ailələrdə  ailədaxili  psixoloji  mühitin  formalaşmasında  kommunikativ  ünsiyyət 
mühüm ol  oynayır. Kommunikativ ünsiyyət  tələbatı özünün bir sıra xüsusiyyətləri ilə diqqəti  cəlb 
edir. Bura əks tərəfin müstəqilliyinə hörmət, simpatiya, antipatiya və s. aiddir. 
 
İnformasiya qıtlığı da ailədaxili münasibətlərə təsir göstərir. İlk növbədə ona görə ki, hər kəs 
hadisəyə öz bildiyi  kimi  şərh verir. Bu isə psixoloji  maneəyə səbəb olur. Bu psixoloji  situasiyanı 
öyrənmək üçün 58 nəfər qadınla sorğu keçirdik. Anketdə qoyulmuş sual belə idi: “Təsəvvür edin ki, 
Siz ağır bir sumka  götürürsünüz. Əriniz də  yanınızla əliboş gedir, lakin sizə kömək etmək ağlına 
gəlmir. Belədə Siz nə edərdiniz? “ 
 
Anket sorğusuna cavab verənlər anketdə göstərilən cavablardan birini seçə bilərdilər: 
1)
 
Deyərdim ki, kömək etsin; 
2)
 
Heç nə deməzdim, lakin narazı qalardım; 
3)
 
Eyham vurardım ki, kömək etsin; 
4)
 
Çalışardım elə bir üsul tapım ki, özü başa düşsün; 
5)
 
Heç nə etməzdim. 
Sorğu aparılan qadınlardan 26%-i “Deyərdim ki, kömək etsin” , 36%-i “Heç nə deməzdim, 
lakin narazı qalardım” , 11%-i “Eyham vurardım ki, kömək etsin” , 9%-i “Çalışardım elə bir üsul 
tapım ki, özü başa düşsün” , 16%-i “Heç nə etməzdim” – cavabını vermişlər.  
Verilən  cavablar  ailədə  kommunikativ  ünsiyyətlə  bağlı  müəyyən  fikir  formalaşdırır. 
Cavablardan  da  göründüyü  kimi,  bəzi  ailələrdə  kommunikativ  ünsiyyət  problemi  var.  36%  qadın 
fiziki gərginliyə dözməyi daha üstün tutur, nəinki ərinə müraciət etməyi. Bu, eyni zamanda göstərir 
ki, bu ailədə ən azı birtərəfli qaydada ünsiyyətdən qaçmaq var. Təbii ki, belə diskomfort vəziyyət 
ailədaxili münasibətlərə də təsir göstərir. 16% “Heç nə deməzdim” bildirənlərdə isə vəziyyət daha 
da dramatikdir. Bu cavabı verənlərlə sonrakı söhbətlər göstərdi ki, burada motivlər fərqlidir. Belə 
ki, bu cavabı verən 10 nəfər qadından 4-ü buna vərdiş etdiyini və artıq bu vəziyyəti norma hesab 
etdiyini bildirdi. 3 nəfər ərinin onsuz da kömək etməyəcəyini, 3 nəfər isə ərinə deməkdənsə, yükü 
daşımağı daha rahat bildiyini söyləmişdir. İstənilən halda 52% qadının bu və ya digər səbəbdən əri 
ilə kommunikativ ünsiyyətdən qaçmasını normal hal hesab etmək olmaz. Təbii ki, burada subyektiv 
amillər də rol oynayır. Yəni qadının xarakteri, ərinə münasibəti və s.  
 
 Ailədaxili  konfliktlərin  təhlili  göstərir  ki,  belə  vəziyyətdə  kommunikativ  ünsiyyətin  qıtlığı 
başlıca rol oynayır. Aynanın vəziyyətində ünsiyyət tələbatı əri ilə bağlıdır. Əvvəlcə, əri ev işlərində 
ona  kömək  edirdi.  Eyni  zamanda  Aynanın  əziyyətini  qiymətləndirirdi.  Daha  sonra  ev  işlərindəki 
yorğunluq, uşağa qulluq etmək və dəyərləndirilməmək Aynanı əsəbləşdirir, özündən çıxarır. Lakin 
problem ondadır ki, Ayna bunları özü çəkir, gözləyir, lakin ərinə izah etmir. Halbuki, o, bunları izah 
edə bilərdi.  
 
Ailə  həyatında  ailə  quranadək  tərəflərin  ailə  ilə  bağlı  təsəvvürləri,  təxəyyüllərində 
yaratdıqları  ilə  reallıqda  yaşadıqları  ailə  həyatı  arasında  bir  bağlılıq  var.  Başqa  sözlə,  təxəyyüldə 
yaradılanlarla  reallıqda  olanlar  arasında  uyğunsuzluq  olduqda  ziddiyyət,  konflikt  baş  verir.  O  da 
məlumdur  ki,  təxəyyüldə  yaradılanlar  çox  güclü  təsirə  malik  olur  və  uzun  müddət  hafizədən 
silinmir.  Biz  reallıqda  olan  ailə  vəziyyəti  və  təxəyyüldəkilərin  arasında  olan  asılılığı  öyrənmək 
məqsədilə 90 nəfər qadınla sorğu keçirdik. Onların ailə həyatı 5 ilə qədərki dövrü əhatə edir. Anket 
sorğusu belə idi: “Sizin ailə həyatı quranadək təxəyyülünüzdə canlandırdığınız ailə ilə, indiki real 
ailə həyatınız arasında fərq varmı? “  
Sorğuya  cəlb  olunan  qadınlardan  25  nəfəri  ali  təhsillidir,  həm  də  işləyirlər.  17  nəfər  ali 
təhsilli qadın işləmir, 20 nəfəri orta məktəbi qurtarıb işləyir, 28 nəfəri orta məktəbi bitirib işləmir. 

134 
 
Sorğu nəticəsində məlum oldu ki, sorğu keçirilən qadınların 58%-nin təxəyyüllərində yaratdığı ailə 
həyatı ilə real ailə həyatı arasında xeyli fərq var. Onlar daha ideal həyat fikirləşirmişlər. 23% qadın 
təxəyyüldəki ilə reallıq arasında əsasən oxşarlıq olduğunu bildirirdilər. 19% isə real ailə həyatından 
çox razı olduqlarını bildirdilər.  
Ailə həyatından daha çox narazılıq edənlər ali təhsilli olub işləməyənlərdir. Onların 29%-i 
daha yaxşı həyat arzuladıqlarını, lakin reallıqda ona nail ola bilmədiklərini bildirdilər. 23%-i əsasən 
uyğun gəldiyini bildirdi. 21%-i ailə həyatından tam razı qaldığını qeyd edirdi. 35%-i nisbətən narazı 
olduqlarını göstərirdi.  
Ali  təhsilli  və  işləyən  qadınların  38%-i  ailə  həyatından  razı  olduğunu,  36%-i  əsasən  razı 
olduğunu,  16%-i  tamamilə  narazı  olduğunu  bildirmişdir.  28%-i  tam  razı  olduğunu,  20%  nisbətən 
narazı olduğunu bildirmişdir.  
Orta təhsilli işləyənlərin 36%-i ailə həyatından razı olduğunu, 22%-i əsasən razı olduğunu, 
15%-i  narazı  olduğunu,  27%-i  nisbətən  narazı  olduğunu  bildirmişdir.  Orta  təhsilli  işləməyənlərin 
32%-i  həyatından  tam  razı  olduğunu,  36%-i  əsasən  razı  olduğunu,  12%-i  narazı  olduğunu,  26%-i 
nisbətən narazı olduğunu bildirmişdir.  
Razılıq  və  narazılıq  edənlərin  motivləri  də  fərqlidir.  Bəziləri  hesab  edirlər  ki,  onlar  daha 
yaxşı  yaşamağa  layiqdirlər,  digərləri  iqtisadi  çətinlikdən  narazılıq  edir,  başqaları  isə  müstəqil 
yaşamaq, sərbəst olmaq istədiklərini, lakin qaynana, qaynata ilə birlikdə yaşadıqlarından narazılıq 
edirdilər. Razılıq edənlərin də motivləri fərqli idi.  
Ailə  həyatı  quranadək  təxəyyülündə  yaratdığı  ailə  obrazı  ilə  reallıqdakı  ailələri  arasındakı 
fərq və ya uyğunluq 
Cədvəl 2.2 
№   
Sorğuya cəlb olunanlar 
Razı olanlar  Nisbətən 
razı olanlar 
Narazı 
olanlar 
Nisbətən 
narazı olanlar 
1  Ali təhsilli, işləyənlər 
28 
36 
16 
20 
2  Ali təhsilli, işləməyənlər 
21 
29 
19 
31 
3  Orta təhsilli işləyənlər 
36 
22 
15 
27 
4  Orta təhsilli işləməyənlər 
32 
30 
12 
26 
5  Cəmi: 
29,0 
29,0 
16,0 
26,0 
 
Cədvəldən də göründüyü kimi, gənc ailələrdə istər-istəməz müəyyən problemlər yaşanır. Onun 
da  çoxsaylı  səbəbləri  var.  Daha  çox  özünü  biruzə  verənlər  psixoloji,  iqtisadi  və  sosial  səbəblərdir. 
Psixoloji  səbəblərin  özünü  də  müxtəlif  qruplara  ayırmaq  olar.  Bunlardan  ilkin  olanı  psixoloji 
adaptasiyadır.  İstər  oxşar,  istərsə  də  fərqli  mühitdə  böyüdüklərindən  birgə  yaşayış  zamanı  müəyyən 
fərqlər meydana çıxır. Müəyyən dövr ərzində onlar bir-birlərində olan mənfi və müsbət xüsusiyyətləri 
öyrənir, onun bəzilərini islah etdirir, bəzilərində güzəştə gedir, bəzilərini qəbul edirlər. Eləcə də hər bir 
tərəf  özünün  üzərində  də  korreksiya  işi  aparır.  Bunlar  alınmadıqda  konflikt  başlayır.  Digər  bir 
psixolojiproblem  təxəyyüldə  yaradılanla  reallıq  arasında  olandır.  Adətən  təxəyyüldə  yaradılan  daha 
cəlbedici  olur.  Ümumən  təxəyyüldə  yaradılanla  reallıq  arasında  uyğunluq  nisbəti  çox  az  hallarda 
mümkün  olur.  Başqa  bir  psixoloji  səbəb  müxtəlif  vasitələrdən  istifadə  etməklə  ailədə  liderlik 
problemidir.  
Nəhayət  başqa  və  daha  ciddi  səbəblərdən  biri  də  dünyagörüşü  və  mədəni  səviyyə  ilə 
bağlıdır.  Mədəni  səviyyəsi  yüksək  olan  şəxs  həm  nəyi  və  necə  güzəştə  getməyi  bacarır,  həm  də 
məqamı, zamanı düzgün dəyərləndirir.  
Göründüyü kimi ali təhsilli, orta təhsilli, işləyən və işləməyən gənc ailəli qadınların 29%-i ailə 
həyatından  tam  razıdır.  Lakin  diqqəti  cəlb  edən  cəhət  ondan  ibarətdir  ki,  ali  təhsillilərin  25%-i  ailə 
həyatından tam razı  olduqları halda, orta təhsillilərin 34%-i ailə həyatından tam razıdır. İşləməyən ali 
təhsillilərlə,  işləyən  ali  təhsillilər  arasında  da  ailəsindən  tam  razı  olmaq  sahəsində  müəyyən  fərqlər 
vardır. Bu rəqəm işləyənlərdə 28%, işləməyənlərdə 21%-dir. Bu, bir də ondan irəli gəlir ki, onların bir 
qisminə  ərləri işləməyə  icazə  vermir. Ona  görə  də ailəsindən nisbətən  narazı qalanların içərisində ali 
təhsilli işləməyənlərin faiz nisbəti daha yüksəkdir. Onlarda bu rəqəm 31% təşkil edir. Narazı qalanların 
da faiz nisbəti digərləri ilə müqayisədə daha yüksəkdir.  

135 
 
Ailəsindən tam və  ya nisbətən narazı olanlar işləyən ali təhsillilərdə 36% , işləməyənlərdə 
50%  ,  orta  təhsilli  işləyənlərdə  42%  ,  işləməyənlərdə  38%-dir.  Nisbətən  narazı  və  tam  narazı 
olanların faizi (36%) digərləri ilə müqayisədə daha azdır. Görünür, bu da mədəni səviyyə və s. ilə 
bağlıdır.  
Cədvəldən göründüyü kimi, tam və nisbətən narazıların faizi də kifayət qədər yüksəkdir və 
narahatlıq doğurmaya bilməz. Bunun da səbəbləri çoxdur. Onların bir qismini yuxarıda qeyd etdik. 
Digərlərinə isə qaynana problemi, maddi çətinlik, xarakterdəki ziddiyyət və s. daxildir.  
Təbii ki, bu problemlərin bir qismi gənc ailələr üçün xarakterikdir. Tədricən onlar öz həllini 
tapır. Yerdə qalanlar isə müxtəlif, həm  də mənfi  planda həll olunur. Onlardan  biri, gəlin-qaynana 
münasibətlərini  araşdırmağa  çalışaq.  Bu  münasibətlərdə  daha  çox  özünü  göstərən  ünsiyyət 
problemidir.  
 
Ailədə  ünsiyyət  qıtlığı  tərəflərin  bir-birlərini  anlamamasına  səbəb  olur.  Nəticədə  ya  açıq, 
yaxud da qapalı konflikt baş verir. Nəticədə qarşılıqlı münasibətlərdə gərginlik, konflikt yaranır. Bu 
isə qarşılıqlı anlamanı çətinləşdirir.  
 
Gənc ailələrdə ailədaxili münasibətlərin qurulması kifayət qədər çoxsahəli və mürəkkəbdir. 
Burada informasiya qıtlığının təsiri ilə yanaşı, elə o səviyyədə informasiyanın təqdim olunması da 
mühüm rol oynayır. Məsələn, “Mən özümü səninlə çox rahat hiss edirəm” deyilişi ilə “Sənsiz mən 
özümü çox pis hiss edirəm” arasında xeyli məna və mənanın qavranılması fərqi var. Birinci halda, 
qarşılıqlı hörmət ifadə olunursa, ikincidə birtərəfli psixoloji asılılıq ifadə edilir.  
 
Ünsiyyət  prosesində  tərəflərin  bir-birlərinin  şəxsi  keyfiyyətlərini,  xarakterini  bilmələri  və 
nəzərə  almaları  vacibdir.  Ailə  üzvlərinin  fərdi  xüsusiyyətlərinin  öyrənilməsi,  ən  azı  iki  səbəbdən 
zəruridir.  Birincisi,  söhbət  etdiyin  kəsin  intellektual  səviyyəsi  nəzərə  alınmalıdır.  Bunu  etmək  o 
qədər  də  asan  məsələ  deyil.  Xüsusilə  uşaqlarla  ünsiyyət  zamanı.  Elə  insanlar  var  ki,  uşaqlarla 
ünsiyyət  qura  bilmir,  ya  çox  qəliz  danışır  ki,  uşaq  heç  nə  başa  düşmür,  yaxud  da  uşağın  dili  ilə 
danışır. Belədə uşağın ünsiyyət marağı itir. İkincisi, informasiya verdiyin şəxsin reaksiyasının necə 
ola biləcəyini irəlicədən  nəzərə almalısan.  Ailədə isə bir çox hallarda məsələnin bu cəhətinə fikir 
vermirlər. 
  
 
Gənc ailələrdə baş verən anlaşılmazlıqlar, bir çox hallarda konfliktlər xüsusi bir məqsəddən 
yox, sadəcə əks tərəfin vəziyyətini başa düşməməkdən yaranır.  
 
Ər  və  arvadın  bir-birlərinə  empatiyasının  olmaması  və  ya  zəif  olması  ailədaxili  müna-
sibətlərdə anlaşılmazlığa səbəb olur. Nəticədə tərəflərdən biri və yaxud hər ikisi ünsiyyətdən qaçır. 
Eləcə də ola bilsin ki, bir-birlərinə güzəştə getməsinlər, aqressiv davranışa üstünlük versinlər.  
 
Deyilənləri  belə  ümumiləşdirmək  olar  ki,  gənc  ailələrdə  ailədaxili  münasibətlər, 
kommunikativ ünsiyyət tam mənası ilə formalaşmamış olur. Ailədə uşağın dünyaya gəlməsilə ailə 
mühitində  ciddi  dəyişiklik  baş  verir.  Bir  çox  hallarda  bu  vəziyyət  ər-arvad  münasibətlərini 
gərginləşdirir. Kişiyə elə gəlir ki, arvadı ona qayğını azaldıb, arvada elə gəlir ki, kişinin ona diqqəti 
azalıb.  Deməli,  tərəflərin  hər  ikisi  özünə  diqqətin  artırılmasını  istəyir.  Digər  halda  isə  uşağın 
doğulmasıyla ailə mühitində qarşılıqlı istək və bağlılıq da artır.  
 
Konfliktli ailələrdə baş verən gərginlik daha çox uşaqlara təsir edir. Onların psixi və fiziki 
inkişafında problemlər yaranır. Deməli, gənc ailələrin daha normal funksiya göstərməsi üçün həm 
onların özləri, həm də valideynləri ciddi səy göstərməlidirlər.  
 
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin