Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix03.02.2017
ölçüsü4,48 Mb.
#7360
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

ƏDƏBİYYAT 
1.
 
http://www.manevihayat.com/forum/konu/hz-mevlananın-dostlukla-ilgili-sözleri 
2.
 
Mövlana Cəlaləddin Rumi. Eşq pərvanəsi (İkinci nəşr). Bakı, Nurlar, 2009, 264 s.
 
3.
 
Mevlana Mesnevi- Tərcümə Tahiru l- Mevlevi 1190-1192 beyt. səh-56
 
4.
 
Azadə Rüstəmova. Mənəvi dünənimiz bu günün işığında. Bakı, Elm, 2011, 596 s. 
 
РЕЗЮМЕ 
                 Хафаят Алиева  
Вопросы дружественных и товарищеских отношений в творчестве 
 Джелаладдина Руми 
 
Мысли  Джелал-ад-дина  Руми  о  дружественных  и  товарищеских  отнашениях  стали 
предметами исследованых статьи. В этих мыслях подчеркивается, что для людей с высокыми 
идеалами  место  друга  особое.  Человек  является  социальным  явлением.  Между  людьми, 
которые стараются во имя Родины, счастья народа, должны восторжествовать товарищеские 
и дружеские отношения. Исследованием установлено, что по мнению Руми, эти отношения 
между  людьми  должны  быть  сфомированы  и  развиты  с  детства  и  юношества  путем  
внушения. 
 
ABSTRACT 
Khafayat Aliyeva  
The article studies Jalaluddin Rumi’s ideas about friendship and companionship 
 
It is hotid that the place of a friend is quite different for people having high ideals. Human is 
a social being. There should be friendship and unity relations among the people who try for the sake 
of the happiness  of their people. The research makes it clear that Jalaluddin  Rumi thought  that to 
develop the friendship companionship relations in children, teenagers since their childhood is very 
necessary ond tried to develop its necessily to young generation with his wise ideas. 
The problems of the friendship-companionship relations in Jalaluddin Rumi’s creative activity. 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim  etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, 
professor E.Maqsudov 

150 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
EMİLYA HƏSƏNOVA 
 Gəncə Dövlət Universiteti 
                                                  E-mail: emilya-hesenova@bk.ru 
UOT: 373 
“ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNIN I-IX SİNİFLƏRI ÜÇÜN TƏSVİRİ 
İNCƏSƏNƏT FƏNNİ ÜZRƏ TƏHSİL PROQRAMI”NDA (“KURİKULUMU”nda)” 
İNCƏSƏNƏTƏ DAİR SÖHBƏTLƏRƏ AYRILAN YER 
 
Açar  sözlər:    təsviri  incəsənət,  təsviri  incəsənət  fənni  üzrə  kurikulum,  dərs-söhbətlər, 
inteqrasiya, fəndaxili əlaqə, fənlərarası əlaqə 
Keywords:  fine  arts,  the  curriculum  for  the  subject  of  the  fine  arts,  lesson-conversation, 
integration, intra communication, interdisciplinary communication 
Ключевые 
слова:  изобразительное  искусство,  куррикулум  по  предмете 
изобразительного  искусства,  урок-беседа,  интеграция,  внутрипредметная  связь, 
межпредметная связь 
V-VII sinif şagirdlərinin incəsənətə dair zəruri məlumatlara yiyələnmələrində  dərs-söhbətlər 
özünəməsxus rol oynayır.  Dərs-söhbətlər təsviri incəsənət təliminin səmərəlilik şərti kimi  nəzərdən 
keçirilir.  Ümumtəhsil  məktəbləri  müəllimləri  bu  cəhətə  həssaslıqla  yanaşmalı,  tədrisin 
optimallaşdırılmasına  və  təkmilləşdirilməsinə  çalışmalıdırlar.  Bu  fikir  baxımdan  məktəblilərin 
yaradıcı  fəallığının,  idrak  fəaliyyətinin,  müstəqilliyinin,  sərbəst  fikir  yürütmə  qabiliyyətinin, 
təşəbbüskarlığının artırılması vacib məsələdir. 
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu hələ 2013-cü 
ildə  “Azərbaycan  Respublikasinin  ümumtəhsil  məktəblərinin  I-IX  sinifləri  üçün  təsviri  incəsənət 
fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)”  hazırlamış  və  Təhsil  Nazirliyi  tərəfindən  onun  təsdiqinə 
nail olmuşdur.  
Biz haqqında danışılan problem baxımından həmin “...Təhsil proqramı (kurikulumu)”nda V-
VII siniflər üçün təsviri incəsənət fənni üzrə təhsil proqramını (kurikulumunu) nəzərdən keçirdik. 
“Azərbaycan Respublikasinin ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün təsviri incəsənət 
fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)”nda  təsviri  incəsənət  fənni  üzrə  təhsil  proqramı 
(kurikulumu)  və  onun  xarakterik  cəhətləridən  söz  açılarkən    deyilir:  “Təsviri  incəsənət  fənni  üzrə 
təhsil  proqramı  (kurikulumu)  bu  fənnin  təlimi  qarşısında  qoyulan  məqsəd  və  vəzifələri 
müəyyənləşdirən,  müvafiq  təlim  standartlarının  reallaşması  üçün  zəruri  fəaliyyətləri  əhatə  edən 
konseptual sənəddir. Sənəd müasir dövrün tələblərini, şagirdlərin təlim imkanlarını, maraqlarını və 
meyillərini nəzərə alaraq, fənnin tədrisinin məzmununu, təlim strategiyasını müəyyən edir. Sənəddə 
fənn  üzrə  ümumi  təlim  nəticələri,  təlimin  məzmunu  (məzmun  standartları),  şaquli  və  üfüqi 
inteqrasiya,  müəllim  və  şagird  fəaliyyətlərinə  aid  texnologiyalar,  şagird  nailiyyətlərinin 
qiymətləndirilməsi məsələləri əhatə edilir” (1).  
Kurikulumda    başlıca  diqqət  nəticəyəyönümlülüyə  istiqamətlənmişdir.  Başqa  sözlə,  yalnız 
biliklərə yiyələnmək deyil, əsas etibarilə zəruri bacarıq və vərdişlərə sahib olmaq nəzərdə tutulur.  
 V-VII  siniflərdə  keçilən  incəsənətə  dair  dərs-söhbətlər  gerçəklik  və  ətraf  aləmin  təbii 
mənzərəsi  haqqında  məktəblilərdə    aydın  təsəvvür  yaradır.  “...Təhsil  proqramı  (kurikulumu)”nda 
qeyd olunduğu kimi, "Təsviri fəaliyyət şagirdləri məkan və forma ölçülərini hiss etməyə, obrazlı və 
məntiqi düşünməyə, bu düşüncələri vizual obrazlarda əks etdirməyə istiqamətləndirir” (1).  
İncəsənətə  dair  dərs-söhbətlər  V-VII  siniflərdə  təhsil  alanların  bir  tərəfdən  estetik  zövünü, 
estetik  düşüncə  və  təfəkkürünü,  digər  tərəfdən  hadisələri  bədii  təsvir  vasitələri  ilə  ifadə  etmək 
bacarıqlarını  inkişaf etdirir, son nəticədə onlarda estetik və bədii mədəniyyət formalaşdırır.  
 “Azərbaycan Respublikasinin ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün təsviri incəsənət 

151 
 
fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)”nda  ümumi  orta  təhsil  səviyyəsində  məzmun  xətləri  üzrə 
təlim nəticələri aşağıdakı kimi öz ifadəsini tapmışdır:  “1.Cəmiyyət və təsviri incəsənət  
Şagird:   
-Təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətini şərh edir. 
           -Azərbaycanın,  dünya  incəsənətinin  görkəmli  nümayəndələri  və  onların  əsərləri  haqqında 
məlumatları  şərh  və  təqdim  edir.    Təsviri  sənət  növlərini,  onları  təşkil  edən  əsas  janrları  ayırır, 
xarakterik  xüsusiyyətlərini izah edir.  
           2. Təsviri və dekorativ yaradıcılıq  
            Şagird:  
           - Həyati görüntüləri real, abstrakt tərzdə təsvir edir. 
           -Bədii tərtibat və dizayn bacarıqları nümayiş etdirir. 
           3. Estetik reaksiya  
           Şagird:   
           -Bədii  sənət  əsərlərini  milli-üslubi  cəhətlərinə,  müxtəlif  səpkili  estetik  emosional    hisslərə 
görə müqayisə və izah edir.  
          - Təsviri sənətin növ və janrlarını xarakterik xüsusiyyətlərinə görə ayırır, estetik  təsirini izah 
edir. 
           1.4. Fəaliyyət xətləri  
           Kurikulumda  fənnin  məzmunu  bacarıqlar  şəklində  ifadə  olunmuş  standartların  vasitəsilə 
verilir. Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyi ilə 
nümayiş etdirilir” (1).  
V-VII siniflərdə incəsənətə dair dərs-söhbətlər haqqında danışılan məsələlərin reallaşmasına 
kömək edir və etməldidir. Heç təsadüfi deyildir ki, təsviri incəsənət fənninin məzmun standartlarına 
aydınlıq gətirilərkən  aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik diqqət mərkəzində dayanmışdır:   
           “-təsviretmə   tətbiqetmə   məlumat mənbələrindən istifadə; 
          -  əlaqələndirmə  müqayisə  və  təhliletmə  sistemləşdirmə  və  təsnifetmə,  proqnozlaşdırma   
problemin həlli  təqdimetmə   dəyərləndirmə” (1). 
V-VII  siniflərdə  dərs  ilinin  sonunda  şagirdlər  incəsənət  fənni  üzrə  hansı  billik,  bacarıq  və 
vərdişlərə  yiyələnməlidirlər?  Bu  məsələ  ilə  maraqlandıq.  “...İncəsənət  fənni  üzrə  təhsil  proqramı 
(kurikulumu)”nda həmin suala cavab tapdıq. Öyrəndik ki: 
“V sinfin sonunda şagird:   
          -Təsviri incəsənətin həyat hadisələrini əks etdirdiyini izah edir. 
          -Təsviri və dekorativ sənətin növ və janrlarını (qrafika, rəngkarlıq, heykəltəraşlıq) xarakterik 
xüsusiyyətlərinə görə şərh edir.  Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri 
(Məsud İbn Davud, Soltan Məhəmməd, Elmira Şahtaxtinskaya, İbrahim Zeynalov, Qriqori Qaqarin, 
Sandro  Botiçelli,  Donatello,  Paolo  Uccello)  və  onların  əsərləri  haqqında  məlumatları  şərh  edir.  
Müxtəlif  vasitələrdən  istifadə  etməklə  həyati  görüntüləri  təsviri  sənətin  növlərində  (qrafika, 
rəngkarlıq, heykəltəraşlıq) real və abstrakt tərzdə təsvir edir.  
             -Sadə əşyalar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir. 
            -Təsviri  sənət  növlərini  ayırır,  milli-üslubi  cəhətini  nümunələr  əsasında  estetik  emosional  
hisslərə görə izah edir” ( 1). 
 
Bəs VI sinifdə necə? Yenə “...İncəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”na müraciət 
etdik. Məlum oldu ki: 
          “-VI sinfin sonunda şagird:  təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu izah edir. 
           -təsviri  və  dekorativ  sənətin  növ  və  janrlarını  (natürmort,  mənzərə,  portret)  bədii 
xüsusiyyətlərinə görə şərh edir.  Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri 
(Əcəmi Əbubəkir oğlu Naxçıvani, Sadiq bəy Əfşar, Vəcihə Səmədova, Lətif Kərimov, Leonardo da 
Vinçi,  Mikelancelo,  Rafael  Santi,  Albrext  Dürer,  Memar  Sinan)  və  onların  əsərləri  haqqında 
məlumatları  şərh  edir.  Müxtəlif  vasitələrdən  istifadə  etməklə  həyati  görüntüləri  təsviri  sənətin 
janrlarında (natürmort, mənzərə, portret) real və abstrakt tərzdə təsvir edir.   
-məişət əşyaları üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir. 
-təsviri  sənətin  janrlarını  ayırır,  milli-üslubi  cəhətini  estetik-emosional  hisslərə    görə  izah 

152 
 
edir” (1, ).  
 VII siniflə bağlı əldə etdiyimiz məlumatlar bunlardır: 
VII sinfin sonunda şagird:   
-təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu və əhəmiyyətini nümunələr  əsasında şərh edir.   
-təsviri və dekorativ sənətin növ və janrlarını (məişət və əsatir) xüsusiyyətlərinə  görə şərh edir.   
-Azərbaycanın və dünyanın təsviri incəsənətinin görkəmli nümayəndələri  (Müzəffər Əli, Kamil 
Əliyev, Mirəli Mirqasımov, Rasim Babayev, İlya Repin, Rembrandt, Velaskes, Karavacco) və onların 
əsərləri  haqqında  məlumatları  şərh  edir.    Müxtəlif  vasitələrdən  istifadə  etməklə  həyati  görüntüləri 
incəsənətin müxtəlif  növündə (dizayn, milli geyimlər, bədii hörmə) real və abstrakt tərzdə təsvir edir.  
Müxtəlif  texniki  avadanlıqlar  üzərində  tərtibat  və  dizayn  bacarıqları  nümayiş    etdirir.    Təsviri  sənətin 
növ və janrlarında milli-üslubi cəhətləri estetik-emosional  hisslərə görə fərqləndirir” (1).  
“Azərbaycan  Respublikasinin  ümumtəhsil  məktəblərinin  I-IX  sinifləri  üçün  təsviri  incəsənət 
fənni üzrə təhsil proqramı (kurikulumu)”nda ümumi təhsilin pillələri və həmin pillələrdə tədris edilən 
fənlər  arasında  əlaqələrin  yaradılması  ilə  bağlı  təsviri  incəsənət  fənninin  təlimində  fənlərdaxili  və 
fənlərarası inteqrasiyadan faydalanmaq faydalı və səmərəli vəzifə olaraq diqqət mərkəzinə gətirilmişdir.   
“Təsviri incəsənət fənni üzrə təhsil proqramı (kurikulumu)”nda göstərildiyi kimi, inteqrasiya - 
müəyyən  təhsil  sistemində  məktəblilərin  təfəkküründə  dünyanın  bütöv  və  bölünməz  obrazını 
formalaşdırmaq, onları inkişafa və özünüinkişafa  yönəltmək üçün təlimin məzmun  komponentləri 
arasında struktur əlaqələrə nail olmaq  və   sistemləşdirməkdən ibarətdir.  
İnteqrasiya  nəticəsində  təsviri  incəsənət  fənninin  məzmunu  tədricən  yeni  məlumatlarla 
zənginləşir, mövzulararası əlaqələr sayəsində   maraqlı olur.  
Bu sahədə başlıca xüsusiyyəti odur ki,  məktəbli oğlan və qızlar başlanğıc problemi diqqətdə 
saxlamaqla onunla sıx əlaqədar olan bilik və bacarıqları xeyli zənginləşdirirlər.    
“Təsviri  incəsənət  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)”nda    oxuyuruq:  “Fəndaxili  və 
fənlərarası  inteqrasiya  prinsipinə  istinad  olunması  təsviri  incəsənət  fənni  üzrə  şagirdlərin 
dünyagörüşünü genişləndirir, bu sahədə əldə etdkləri zəruri bilik və bacarıqların müxtəlif sahələrdə 
tətbiqi  yollarını  asanlaşdırır,  şagirdlərdə  təsəvvürü,  təxəyyülü,  təfəkkürü  inkişaf  etdirərək  həyati 
bilik və bacarıqların əldə olunmasına və təkmilləşdirilməsinə şərait yaradır” (1).  
Bu,  bir  həqiqətdir  ki,  təsviri  incəsənət  kurikulumu  bilik  və  bacarıqların  yarı-ayrı  fənlərin 
köməyilə  təşkil edilən konsepsiyasına istinad edir. Həmin  yanaşma nəzərdə tutur ki,  məktəblilər  
fənlər  üzrə  keçdikləri  mövzular  vasitəsilə  müxtəlif  sahələr  üzrə  müəyyənləşdirilmiş  məzmunu 
bilməli və tətbiqinə nai olmalıdırlar.    
V-VII  siniflərdə  dərs-söhbətlərin  təşkili  zamanı  incəsənətə  dair  şagirdlərə  məlumatların 
verilməsi  zamanı  fənlərarası  və  fəndazili  əlaqələrə  müraciət  olunması,  bir  tərəfdən  şagirdlərin 
marağına,  onların  zəruri  məlumatlara  yiyələnmələrinə  şərait  yaradır,  onların  fəallığını,  biliklərə 
yiyələnmə həvəsini və tələbatını artırır, digər tərəfdən, incəsənət təliminin səmərəliliyini yüksəldir.  
Fənn  müəllimi  nəzəri    və  metodik  hazırlığa  malik  olmalı,  pedaqoji  ustalıq  nümayiş 
etdirməlidir.  Bu  sahədə  müəllim-şagird  münasibətlərinin  düzgün  qurulması  da  az  əhəmiyyət 
daşımır.  Yüksək nəzəri hazırlığa malik olmaq hələ müəllim üçün kifayət etmir, o, metodik səriştəyə 
də  yiyələnməlidir.  Bundan  başqa,  şagirdlərlə  ünsiyyəti  qura  bilmirsə,  onların  yaş  və  anlaq 
səviyyələrini  nəzərə  almırsa,  həm  də  müəllim-şagird  ünsiyyəti  lazımi  səviyyədə  deyilsə,  dərsin 
məqsədinə çatmaq çətin olur. 
Problemin  aktuallığı.  “Azərbaycan  Respublikasinin  ümumtəhsil  məktəblərinin  I-IX 
sinifləri  üçün  təsviri  incəsənət  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)”nda  incəsənətə  dair 
söhbətlərin aparılması imkanları araşdırılır. 
Problemin  elmi  yeniliyi.  “Təsviri  incəsənət  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)”nda 
incəsənətə dair söhbətlərə ayrılan yer diqqət mərkəzinə gətirilir. 
Problemin  praktik  əhəmiyyəti.  Məqalədən təsviri incəsətət  fənni  üzrə  məşğələləri aparan 
müəllimlər faydalanacaqlar. 
 
 
 

153 
 
ƏDƏBİYYAT 
 
1.“Azərbaycan  Respublikasinin  ümumtəhsil  məktəblərinin  I-IX  sinifləri  üçün  təsviri  incəsənət 
fənni üzrə təhsil proqramı (kurikulumu)”. Bakı, ARTPİ, 2013. 
РЕЗЮМЕ 
                                                                                 Э. Гасанова 
Беседы об искусстве в программе (куррикулме) по предмете 
изобразительного искусства  для 1-9 классов общеобоазовательных школ 
 
В  статье  предпринята  попытка  дать  современное  понимание  педагогики 
изобразительного  искусства  на  основе  сравнения  различных  направлений  и  концепций 
художественного образования средствами изобразительного искусства. 
Изобразительное  искусство  в  5-7  классах  призвано  обеспечить  формирование 
художественно-образного мышления, развитие творческих способностей, обучение основам 
изобразительной  грамотности,  привитие  практических  навыков  работы  в  различных  видах 
изобразительной  деятельности,  приобщение  к  наследию  отечественного  и  мирового 
искусства и другие. 
 
 
ABSTRACT 
E. Hasanova 
Talk about the art program (kurrikulme) on the subject of the fine 
arts for grades 1-9 comprehensive
  
schools 
 
The article based on an attempt to give a modern understanding of the pedagogy of fine art 
on a comparison of various directions and concepts of art education by means of art. 
Fine arts in grades 5-7 is intended to ensure the formation of artistic and creative thinking, 
creativity, learning the basics of graphic literacy impart practical skills in different kinds of graphic 
activity, introduction to the heritage of national and world art, and others. 
 
 
 
 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim  etdi:  Pedaqogika üzrə fəlsəfə doktoru, 
professor E.Maqsudov 
 
 
 

154 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
METODİKA 
                            MƏMMƏD KAZIMOV  
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu 
                                                      E-mail memmedkazim@mail.ru 
UOT:37.01 
KREDİTLİ TƏLİMDƏ QİYMƏTLƏNDİRMƏ ÜSULLARI 
 
Açar  sözlər:  kreditli  təlim,  yeni  texnologiyalar,  kompleks  yanaşma,  keyfiyyət, 
qiymətləndirmə üsulları,  qiymətləndirmə standartları,mənimsənilmə səviyyəsi 
Key words: credit system of education, technologies, complex approach, quality, assessment 
methods, assessment standards, acquisition leve 
Ключевые  слова:  кредитного  обучения,  новыетехнология,  комплексный  подход,   
качество, методы оценивания, стандарты оценивании, уровень восприятия 
 
 
Respublikanın  orta  ixtisas  təhsili  müəssisələrində  tədrisin  təşkilinə,  təlimin    keyfiyyətinin 
yüksəldilməsinə  və  mütəxəssis  hazırlığının  səviyyəsinin  inkişafına  istiqamət  verən  və  təhsili  dövrün 
tələbləri  səviyyəsinə    uyğunlaşdırılmasına  imkan  yaradan  amillərdən  biri  də  kreditli  təlimdir.  Kreditli 
təlim  prosesi  zamanı  tələbələrə    aşılanan  biliklərin  əsasını  müəllimlərin  pedaqoji  ustalığı,  onların 
apardıqları  izahat işlərinin çoxsahəliliyi, tələbələrə verdikləri göstərişlər və təlim prosesi zamanı tətbiq 
etdikləri  pedaqoji səriştəlilik təşkil edir.Kreditli təlim prosesi orta ixtisas təhsili sistemində müəllimin 
audutoriyada apardığı mühazirə, şagirdlərlə yaratdığı canlı əlaqə, elmi biliklərin tələbələrə ötürülməsi və 
onların fəaliyyətinin qiymətləndirilməsi zəngin informasiya prosesidir (1,4 ). Ənənəvi təlim prosesindən 
fərqli olaraq kreditli təlimdə  mühazirə və tapşırıqlar üçün seçilən mövzular  müasir tələb və məzmuna 
uyğun olan məntiqə əsaslanır , tənqidi və yaradıcı təfəkkürün formalaşdırılmasına və nəzəri biliklərin 
müstəqil sərbəst mənimsənilməsinə yönəldilir müasir qiymətləndirilmə üsullarından istifadə edilir. Belə 
olan  halda  tələbələrdə  elmi-tədqiqat  üzrə  yaradıcılıq  vərdişləri  formalaşır,  mənimsəmə  səviyyəsi 
yüksəlir  və  kreditli  təlim  nəticəsində  qazandığı  biliyin  qiymətləndirilməsi  müasir  üsul  və  vasitələrlə 
həyata keçiriulir. Kredit sisteminin tələblərindən istifadə etməklə dərs aparan müəllimdən yaradıcılıq və 
səriştəlilik  texnikası,  auditoriyada  bələdçilik  və  istiqamətləndiricilik  xüsusiyyətləri  yaradan,  qarşıya 
qoyulan  məsələni  təhlil  edib  nəticə  çıxarmaq  qabiliyyəti  formalaşdırmağı  bacaran  bir  öyrədici  olmaq, 
qiymətləndirmə prosesində şəffaflığın təminatçısı kimi fəaliyyət göstərmək tələb olunur (3,4,). 
Kolleclərdə  müəllim  hazırlığı  ixtisası  üztə  təhsil  alan  tələbələr  ümumtəhsil  məktəblərində 
dərs  apararkən  kurikulum  tələblərinə  uyğun  qiymətləndirmə  meyarlarını  və  üsullarını  dərindən 
bilməlidirlər ki, onlar dərs prosesində bu meyarları və üsulları tədrisdə istifadə etməyi bacarsınlar. 
Kurikulumun  qoyduğu  tələblərinə  görə  bu  qiymətləndirmələr  Diaqnostik,  Formativ  və  Summativ 
olmaqla  üç  əsas  qrupq  bölünür.  Diaqnostik  qiymətləndirmədə  istifadə  olunan  üsul  və  vasitələrə 
nəzər salaq:  Yəni müllim hər hansı qiymətləndirmə üsuludan istifadə etmək istəyirsə onda seçdiyi 
qiymətləndirmə  üsuluna  uyğun  olan  vasitənin  tətbiq  olunması  daha  yüksək  effekt  verər  (2,6). 
Qiymətləndirmə üsulunun bölməsinə uyğun olan maddə vasitələrə uyğun gəlməlidir. Daha doğrusu 
bir üsul özünə uyğun gələn vasitə ilə əlaqəlidir. Bunu müqayisəli şəkildə aşağıdakı kimi verək. 
Üsullar: 
Vasitələr: 
Müşahidə 
(müəllim 
şagirdin 
təlim 
fəaliyyətini 
müşahidə 
əsasında 
qiymətləndirir) 
Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən 
gözlənilən nəticəni əks etdirən meyarlar cədvəli) 
Müsahibə (şifahi yoxlama) 
Müəllimin qeydiyyat vərəqi (müəllimin diaqnoz 
qoymaq istədiyi vərəq) 
Sorğu 
Sorğu vərəqi 
Tapşırıq vermə 
Çalışmalar 
Valideyn və müəllimlərlə söhbət 
Söhbət və müəllimin sorğu vərəqi 
Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisəsini aşağıdakı cədvəldə verək. 
Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə ilə müqayisəsi 

155 
 
Ənənəvi qiymətləndirmə 
Müasir qiymətləndirmə 
Qiymətləndirmə şagirdə qiymət yazmaq kimi 
qəbul  olunurdu,  şagird  yalnız  qiymət  almaq 
xatirinə oxuyurdu 
Qiymətləndirmə  təhsilin  keyfiyyətinin  yüksəl–
dilməsinə  yönəldilir  və  onu  idarə  edən  vacib  amil 
kimi meydana çıxarır 
Cari qiymətləndirmə formalizmə yol verilirdi. 
Qiymətləndirilmə müəllimin subyektiv rəyinə 
əsaslanırdı. 
Cari 
qiymətləndirilmənin 
aradan  qaldırılması 
məzmun 
standartlarının  bütövlükdə  mənim-
sənilməsini  və  qiymətləndirmənin  obyektivliyini 
təmin edir 
Tədris  prosesinin  yalnız  müəyyən  bir 
hissəsində tətbiq edilirdi 
Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir 
Əsasən bilik səviyyəsi qiymətləndirilirdi. 
Şagirdin 
nailiyyəti 
(qazanılan 
dəyərlər) 
qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir 
Qiymətləndirmə standartları mövcud deyildi. 
Məzmun 
standartlarının 
mənimsənilməsi 
səviyyəsini 
ölçmək 
üçün 
qiymətləndirmə 
standartları müəyyənləşdirilmişdir 
 
Anlayışlar (açar söz)  Ənənəvi qiymətləndirmə 
Müasir qiymətləndirmə 
Məqsədlər 
Bilik, 
bacarıq, 
vərdiş. 
Biliklərin  inkişafına  yönəlmiş. 
Reallıqda 
əsasən 
bilik 
səviyyəsi qiymət–ləndirilirdi 
Bilik, 
bacarıq, 
vərdiş, 
dəyərlər. 
Şəxsiyyətin  inkişafına  yönəlmiş.  Şagirdin 
nailiyyəti 
(qazanılan 
dəyərlər) 
qiymətləndirilir,  inkişafı  sistemli  şəkildə 
izlənilir. 
Rol və vəzifələr 
Qiymətləndirmə 
şagirdə 
qiymət  yazmaq  kimi  qəbul 
olunurdu,  şagird  yalnız  qiymət 
almaq 
xatirinə 
oxuyurdu. 
Tədris 
pro–sesinin 
yalnız 
müəyyən bir his–səsində tətbiq 
edilirdi 
Qiymətləndirmə 
təhsilin 
keyfiyyətinin 
yüksəldilməsinə  yönəldilir  və  onu  idarə 
edən  vacib  amil  kimi  meydana  çıxır. 
Tədris  prosesinin  bütün  mərhələlərində 
tətbiq edilir. 
Növlər 
Cari və yekun qiymətləndirmə 
Diaqnostik,  formativ  (holistik,  analitik), 
summativ qiymətləndirmə 
Xüsusiyyətlər 
Daha 
formal, 
qeyri-dəqiq, 
müəllimin  subyektiv  rəyinə 
əsaslanırdı, sistemsiz 
Standart  əsasında  qurulur.  Daha  obyektiv, 
dəqiq, adekvat, sistemli 
Meyarlar, 
göstəricilər 
Mövzulara əsaslanan 
Qiymətləndirmə standartlarına əsaslanan 
Üsul və vasitələr 
Məhdud  və  qeyri-çevik  (şifahi 
cavab, yoxlama işləri, testlər) 
Daha  müxtəlif  və  çevik  (müsahibə,  söhbət, 
müşahidə, 
rubriklər, 
tapşırıqlar, 
valideynlərlə  və  digər  fənn  müəllimləri  ilə 
əməkdaşlıq,  şagirdlərin  şifahi  cavabları, 
şagirdlərin  yazı  işlərinin  təhlili,  test 
tapşırıqlarının nəticələri) 
 
Formativ qiymətləndirmədə tövsiyə olunan üsul və vasitələr. 
Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin