Üsullar: Müşahidə, şifahi sual-cavab, tapşırıqvermə, valideynlərlə və digər fənn müəllimləri
ilə söhbət oxu, yazı, layihə, rubrik, şifahi və yazılı təqdimat, test, qiymətləndirmə. Bu üsullara
uyğun olaraq ardıcıl vasitələr: Vasitələr: Müşahidə vərəqi, Şifahi nitq üzrə qeydiyyat vərəqi,
Çalışmalar, Söhbət və müəllimin sorğu vərəqi, Dinləmə vərəqi, oxu vərəqi, Yazı bacarığının
qeydiyyar vərəqi, Şagirdin təqdimatı vəmüəllimin meyar cədvəli, Nailiyyət səviyyəsi üzrə
qiymətləndirmə, Meyar cədvəli, Test tapşırıqları, Özünü qiymətləndirmə vərəqləri.
Summativ qiymətləndirmədə tövsiyə olunan üsul və vasitələr aşağıdakı kimidir.
Üsullar: yoxlama yazı işləri, layihə, şifahi sorğu, test, tapşırıqvermə, yaradıcılıq və əl
işləri:Uyğun olaraq vasitələr aşağıdakı kimidir:
Vasitələr: Yoxlama vərəqi, Şagirdlərin təqdimatı və müyyar cədvəli, şifahi sorğu vərəqi,
test tapşırıqları, tapşırıq, çalışma vəlabarator işləri, fənnə uyğun əl işləri (2,5)
Araşdırmalardan məlum olmuşdur ki, respublikanın orta ixtisas təhsil sistemində
qiymətləndirilmənin təkmilləşdirilməsinin səmərəli təşkili üçün aşağıda göstərilən bir neçə təhsil
156
probleminin vaxtında həll etmək tələb olunur:
- respublikada fəaliyyət göstərən pedaqoji yönümlü orta ixtisas təhsili müəssisələrində
kreditli təlimin təkmilləşdirilməsi ilə əlaqədar qiymətləndirmənin də təkmilləşdilməsinə də ehtiyac
vardır;
-təhsilin keyfiyyətinin yüksəldilməsi, nəzarətin mexanizminin yeniləşdirilməsi və təhsil
müəssisələrində təlim keyfiyyətinin tənzimlənməsi məqsədilə yeni qiymətləndirilmə və monitorinq
modelinin tətbiq olunması vacibdir;
-müəllim hazırlığında təhsilin məzmununa və kompetensiya səviyyəsinə qoyulan tələblərə,
kredit sisteminin və dövlətin müasir tələblə uzlaşan mütəxəssis hazırlığına qoyduğu minimum
tələbləri ödəyəcək qabiliyyətinə malik olan təhsil standartlarının və məzmun standartlarının yenidən
hazırlanması məqsədəuyğundur ( 1,7).
Göstərilənlərdən belə məlum olur ki, tələbələrə verilən fərdi tapşırıqlar onların elmi
səviyyəsinin yüksəldilməsində və maarifləndirilməsi prosesində istifadə edilən öyrətmə üsulu və
onların bilik səviyyəsini müəyyən edən ölçü meyyarıdır. Müəllimlər tərəfindən tələbələrin
öyrədilməsi üçün verilən fərdi tapşırıqlar aşağıda göstərilən məqsədlərin həyata keçirilməsi üçün
tətbiq edilir.
-
tədris olunan mövzulara aid seçilən suallar və verilən çalışmaların daha yaxşı
mənimsədilməsi;
-
tədris olunan təlim materialına dair çalışmaların yerinə yetirilməsi sahəsində öyrənənlərdə
müvafiq vərdişlərin və təhliletmə qabiliyyətinin formalaşdırılması;
-
öyrənənlərin əldə etdikləri nəticələrin və bacarıqların səmərəli tətbiq edə bilmə
qabiliyyətinin vaxtında qiymətləndirilməsi;
Hal hazırda respublikada fəaliyyət göstərən pedaqoji təmayüllü kolleclərdə tələbələrin tədris
fəailiyyətlərinin qiymətləndirilməsi kredit sisteminin tələblərinə uyğun yerinə yetirilir. Tələbələrin
biliklərinin qiymətləndirilməsində bəzi kənara çıxma hallarına rast gəlinsədə onların kiçik summativ
qiymətləndirilməsində aşağıda göstərilən meyarlara uyğun yerinə yetirilir. Bunları aşağıdakı kimi
aydınlaşdıraq. Əgər tələbə bir semestr ərzində dərsə davamiyyətdən, bir fənn üzrə hər ayda ən azı bir
dəfə keçirilən kollekvumlardan aldığı formativ qiymətləndirmə zamanı topladığı balların cəmi 34 olarsa
həmin tələbə semestr imtahanına buraxılır. Əgər tələbə semestr ərzində hər hansı bir fəndən məlum 34 bal
toplaya bilmirsə həmin tələbə semestr imtahanına buraxılmır. Həmin fənn tələbə üçün borc hesab edilir
və tələbə həmin fənn üzrə təkrar olaraq dərsdə iştirak edərək borcu ləğv edə bilər. Semestr imtahanında
bir fəndən keçirilən yazılı yaxud şifahi imtahandan tələbə ən azı 17 bal toplamalıdır ki, onun topladığı
balların cəmi 34+17=51 bal, yəni keçid balına uyğun olsun. Əgər tələbə 51 keçid balını toplaya bilmirsə
onun fəaliyyəti beş ballı qiymətləndirmə sistemində “2” qiymətlə yəni E işarəsi ilə qiymətləndirilir.Əgər
tələbənin fəaliyyəti 0-balla qiymətləndirilirsə yəni tamamilə bal toplaya bilməmişsə onda həmin tələbənin
fəaliyyəti D işarəsi ilə qiymətləndirilir. Tələbə 34 balı toplamışsa və semestr ərzində keçirilən
imtahanından müəyyən bal toplamaqla cəmi 51-70 arasında bal toplaya bilmişdirsə onun fəaliyyəti “3”
yəni C-ilə qiymətləndirilir. Uyğun olaraq tələbənin fəaliyyəti 71-85 arasında bal toplamışdırsa onun
balı ”4” qiymətlə yəni B ilə qiymətləndirilir. Tələbənin topladığı bal 86 baldan yuxarı olduqda onun
fəaliyyəti “5” qiymətlə yəni A işarəsi ilə qiymətləndirilir. Semestr imtahanına buraxılmayan yəni semestr
ərzində 34 balı toplaya bilməyən tələbələr həmin fənni yenidən öyrənmələri üçün yay semestrində iştirak
etməli və imtahan verməlidirlər. Yay semestrinin keçirilməsinin məqsədi, xüsusiyyətləri, keçirilmə
qaydaları və bu semestrin təşkilinə və keçirilməsinə qoyulan tələblər qaydalarda ətraflı verilir. Kolleclərdə
tələbə fəaliyyətinin qiymətləndirilməsinin və imtahanın təşkilinin, keçirilməsinin və imtahanda
şəffaflığının təmin edilməsinin təkmilləşdirilməsi məqsədilə aşağıdakıların imtahan prosesində və
tələbələrin fəaliyyəti ilə əlaqədar balların çıxarılması işinə tətbiq olunmasını məqsədə uyğundur (8 ).
1. Davamiyyətə görə balların hesablanmasında ən minumum balın miqdarının seçilməsi və
müəyyənləşdirilməsi məsələsi kolleclərin pedaqoji şuranın iclaslarında müzakirə edilərək
müəyyənləşdirilməsini məqsədə uyğun hesab edirik.
2. Gündəlik qiymətləndirmə (kiçik summativ qiymətləndirmədə) zamanı tələbələrə yazılı
imtahan üçün verilən suallar fənnin məzmununu əhatə etməklə bərabər həm də uyğun olaraq beş sualla
yox sualların sayının müəyyən edilməsi (artırılması və yaxud azaldılması) ) və sadələşdirilməsi yaxşı
olardı.
3. Kredit sisteminin tələbinə uyğun olaraq kollec tələbələrinin tədris fəaliyyətinin və biliyinin
qiymətləndirilməsi öyrənilən bütün fənlər üçün ancaq yazılı surətdə aparılmasını məqsədəuyğun hesab
edirik.
Məqalənin elmi yeniliyi. Məqalədə pedaqoji təmayüllü kolleclərdə təhsil alan tələbələrin
kurikulum tələblərinə uyğun aparılan qiymətləndirmə üsul və vasitələrin müqayisəli təhlilinin
öyrənilməsi və qarşıya çıxan problemlərin həlli üçün təkliflərin verilməsidir.
Məqalənin aktuallığı. Pedaqoji yönümlü kolleclərdə təhsil alan tələbələr həm öz təhsil aldığı
157
ixtisas üzrə biliyinin qiymətləndirilməsində yeni metodların tətbiqi və həm də ümumtəhsil
məktəblərində qiymətləndirilmə üsul və vasitələrinin əlaqəli araşdırılması və təkliflərin
verilməsidir.
Məqalənin tətbiqi sahələri. Tələbələrin biliyinin qiymətləndirilməsinin təkmilləşdirilməsi
məqsədilə verilən təkliflərə uyğun alınan nəticələrin və yeniliklərin kolleclərdə istifadə olunması
məqsədə uyğundur.
ƏDƏBİYYAT
1. Abbasov A.N. Pedaqogika.Bakı, Mütərcim, 2010
2. Abbasov Ə. M. Yeni kurikulumun səciyyəvi xüsusiyyətləri, Kurikulum, 2008 №1 s.32-41
3.Azərbaycan Respublikası Təhsil Nazirliyi 01.05.2014 tarixli 522 saylı əmri.
4. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 24 oktyabr 2013-cü il tarixli sərəncamı, Xalq qəz.
2013, 25 oktyabr
5. Cəbrayılov İ.H. Müasir təhsil: axtarışlar və perspektivlər, Bakı, Mütərcim, 2013
6. Əhmədov H.H. Azərbaycan təhsilinin inkişaf strategiyası, Bakı, 2010
7. Kərimov Y.Ş. Təlim metodları, Bakı, RS Poliqraf, MMC, 2009
8. Kazımov M.S.Kolleclərdə təlim prosesinin mahiyyəti // ARTPİ Elmi Əsərlər, 2015 №1 s.
61-65
9. Сетько Е.К. Современные образование технологии. М, 1998, 290 с.
ABSTRACT
Mammad Kazimov
Assessment methods in credit system of education
The article deals with organisation of learning in accordance with credit system as well as
methods and means of assessing knowledge of students. The research paper also pays attention to
recommendations for students such as realising assessment procedure conforming to requirements
of curriculum, as well as comparative analyses of diagnostic, formative and summative assessment.
Moreover, the article points out to problems arising from gathering point for assessing knowledge
of students, and suggests techniques for solving this problem.
РЕЗЮМЕ
М. Казимов
Методы оценки кредитного обучения
В статье говорится об организации кредитного обучения и о методах и способах
оценки знаний студентов. Также здесь говорится о том, что обучающиеся в колледжах
студенты, которые в дальнейшем продолжат деятельность в общеобразовательных школах
как учителя, должны быть осведомлены об организации учебного процесса в соответствии с
требованиями куррикулума, уметь провести сравнительный анализ диагностического,
формирующего и обобщающего методов оценивания.
В статье также указаны пути преодоления трудностей, возникающих при оценке
знаний и начислении баллов студентам.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent V.Rzayev
158
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
SAHİB MƏMMƏDOV
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu
E-mail:
inqilab1962@mail.ru
UOT:374
TƏLƏBƏLƏRİN MÜSTƏQİL İŞLƏRİNİN İDARƏ OLUNMASI
Açar sözlər: tələbə auditoriyası, idarəetmə, tələbə auditoriyasının idarəetmə olunması,
müstəqil iş, tələbələrin müstəqil işləri, tələbələrin müstəqil işlərinin idarə olunması
Keywords:
students’ audience, management, management students’ audience, independent
work, students’ independent work, management of students’ independent work
Ключевые слова: аудитория студентов, управление, управление аудитории
студентов, самостоятельная работа, самостоятельная работа студентов, управление
самостоятельных работ студентов
Tələbələrin müstəqil işlərə cəlb olunmaları ali təhsil müəssisəsində auditoriya və
auditoriyadankənar işlərin mühüm tərkib hissələrindəndir. Müstəqil işlər vasitəsilə tələbə seçdiyi
ixtisas sahəsində yeni biliklər və məlumatlar alır, müstəqilliyi, yaradıcılıq qabiliyyəti inkişaf edərək
formalaşır. Eyni zamanda həyat üçün, şəxsiyyətlərarası münasibətləri səmərəli qurmaq üçün təcrübə
toplayır, dünyagörüşü genişlənir, fikrini sərbəst şəkildə şifahi və yazılı formada ifadə etmək üzrə
vərdişlərə yiyələnir.
Müstəqil işlərin növləri çoxdur. Onların arasında elmi-tədqiqat işləri özünəməxsus yer tutur.
Tələbələr elmi-tədqiqat işlərinin müxtəlif formalarına qoşulur, müstəqil araşdırmalara başlayırlar.
Tələbə elmi-tədqiqat işinin iki növü vardır: tədris planına daxil edilən və daxil edilməyən tədqiqat
işləri. İlk tələbə elmi-tədqiqat işi referat (latıncada: refero, mənası: məlumat verirəm) hesab olunur.
Referat bu və ya digər əsərin məzmununu yığcam, daha konkret şəkildə idarə etməkdir.
Onlardan
biri də ali təhsilin bakalavriat pilləsində buraxılış işlərinin yerinə yetirilməsi və
müdafiə olunmasıdır. Həmin buraxılış işləri qiymətləndirilir, tələbə müsbət qiymət aldıqda ali
təhsilinin birinci pilləsini – bakalavriat
təhsilini başa vurmuş olur və ixtisas dərəcəsi, ali təhsil
diplomu alır.
Ali məktəbin bakalavriat pilləsində buraxılış işlərinin hazırlanması və müdafiəsi
məsələlərini tənzimləmək məqsədilə Azərbaycan Respublikası Təhsil naziri hələ 13 mart 1997-ci il
tarixli, 152 nömrəli əmr imzalamışdır. Əmrdə deyilir:
“1. Ali məktəblərin bakalavr pilləsinin buraxılış işlərinin hazırlanması qaydaları təsdiq
edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərləri tələbələrin buraxılış işlərinin hazırlanması və
müdafiəsini təşkil edərkən təsdiq olunmuş sənədi əldə rəhbər tutsunlar” (1; 2).
Tədqiqatın gedişində bu mühüm təhsil sənədində ali məktəbin bakalavriat pilləsində
buraxılış işlərinin hazırlanması qaydaları ilə tanış olduq. Ümumi tələblər belədir ki: “1.1. Buraxılış
işləri bakalavr pilləsində tələbələrin təhsilinin son mərhələsi olmaqla aşağıdakı məqsədləri daşıyır:
-istiqamət (ixtisas) üzrə alınan nəzəri və təcrübi biliklərin sistemləşdirilməsi,
möhkəmlənməsi və genişləndirilməsi, analitik və yaradıcı düşüncənin inkişaf etdirilməsi, konkret
standart məsələlərin həlli vərdişlərinin aşılanması, eləcə də onların texniki-iqtisadi, istehsalat və
mədəni quruculuq məsələlərinə tətbiqi;
-müstəqil işləmək vərdişlərinin inkişaf etdirilməsi, eləcə də buraxılış işlərində qoyulan
problem və sualların həllinin araşdırılması metodlarına yiyələnmək;
- tələbələrin müasir istehsalatın, elmin, texnikanın və mədəniyyətin müvafiq sahələrində
müstəqil işləməyə hazırlığı səviyyəsini müəyyənləşdirmək (2) və s.
Qeyd edək ki, buraxılış işlərinin müdafiəsi yekun dövlət attestasiyasının bir hissəsi, onların
son attestasiyası hesab olunur.
“Ali məktəblərin bakalavr pilləsinin buraxılış işlərinin hazırlanması qaydaları”nda buraxılış
159
işlərinin mövzularına da münasibət bildirilmişdir. “Qaydalar”da deyilir:
“2.2. Buraxılış işlərinin mövzuları müvafiq kafedra tərəfindən müəyyənləşdirilir və fakültə
elmi şurasında təsdiq olunur. Bu zaman tələbəyə də mövzu seçmək hüququ verilir. Lakin həmin
mövzu əvvəlcədən müzakirə və təsdiq üçün kafedraya təqdim olunmalıdır” (2).
Azərbaycan Respublikası Təhsil naziri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13
fevral 1997-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında”
əsasnaməni əsas tutub ali təhsilin magistratura pilləsində magistrlik dissertasiyasının hazırlanması,
təsdiq olunması və müdafiəsini nizama salmaq məqsədilə 20 aprel 1998-ci il tarixli, 202 nömrəli
əmr imzalamış, magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları
haqqında əsasnaməni təsdiq etmişdir (4).
Magistrlik dissertasiyalarının müdafiəsi ali məktəbdə yaradılmış ixtisaslaşdırılmış şuralarda
keçirilir. Müvəffəqiyyətlə müdafiə edənlər vahid dövlət nümunəli diplomlar və magistr dərəcəsi
alırlar.
“Əsasnamə”də deyilir: “Magistrlik dissertasiyasının müdafiəsinə tədris planında nəzərdə
tutulmuş bütün fənləri tam mənimsəyən və müvəffəq
qiymət alanlar buraxılırlar. ... Magistrlik
dissertasiyasının müdafiəsi “qeyri-kafi”, “kafi”, “yaxşı”, “əla” qiymətlərlə qiymətləndirilir” (3).
Magistrlik dissertasiyalarını qarşısında bir sıra tələblər qoyulur. Bu xüsusda “Əsasnamə”də
deyilir:
“3.1. Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın müstəqil yerinə
yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) ... işidir. Magistrlik dissertasiyası magistrantın müvafiq
ixtisaslaşma və ya sahə üzrə gətirdiyi yeniliyi əks etdirməlidir. Magistrlik dissertasiyasının
hazırlanması və müvəffəqiyyətlə müdafiəsi magistr hazırlığı proqramının yerinə yetirilməsinin
məcburi şərtdir.
3.2. Magistrlik dissertasiyası aşağıdakı tələblərdən birinə cavab verməlidir:
- işdə baxılan müvafiq elmi istiqamət üçün mühüm əhəmiyyəti olan hər hansı məsələnin
yaradıcı həllinə;
- mühüm
tətbiqi əhəmiyyəti olan texniki, iqtisadi və texnoloji işləmələrin təkmilləşdirilmiş
elmi şərhinə “ (3).
Dissertasiya mövzuları aktual olmalı, dövlətin təhsil siyasətinə uyğun gəlməli, müasir
dövrün tələbləri ilə səslənməlidir.
Müdafiəyə təqdim edilən əsərdə magistrantın nail olduğu nəticələr mötəbər olmalı, həm elmi
və həm də praktik baxımdan əsaslandırılmalı, zəruri təkliflər irəli sürülməlidir.
”Əsasnamə”də magistrantın elmi rəhbərinin vəzifələrinə də aydınlıq gətirilmişdir. Diqqət
yetirək. O:
- magistranta dissertasiyası üçün tapşırıq verir;
- magistranta dissertasiyanın yerinə yetirilmə dövrünü əhatə edən fərdi iş planının
hazırlanmasında köməklik göstərir;
- magistranta dissertasiya işi üçün lazım olan elmi metodik ədəbiyyatı, məlumat və arxiv
materiallarını, layihələri və digər mənbələri tövsiyə edir;
- magistrantla müntəzəm olaraq fərdi iş planına uyğun söhbətlər aparır, ona elmi-metodik
məsləhətlər verir (3).
Elmi rəhbər vaxtaşırı magistrlik dissertasiyasının yerinə yetirilmə vəziyyəti ilə maraqlanır,
işin hazır hissəsi ilə tanış olub, magistranta zəruri məsləhətlərini verir, magistrant da öz növbəsində
tez-tez elmi rəhbər və təhkim olunduğu kafedra ilə əlaqə saxlayır, kömək və məsləhət alır, eyni
zamanda dissertasiyasının hazırlanmasına ilə bağlı hesabat verir. Dissertasiya hazır olduqdan sonra
onun qısa məzmununu, əsas elmi ideyalarını və nəticələrini özündə əks etdirən referat tərtib edir.
Prof. R.L. Hüseynzadə “Magistr dissertasiyası” metodik vəsaitində dissertasiyanın səciyyəsini
vermiş, tədqiqat işinin xüsusiyyətləri və əsas anlayışları, mövzunun seçilməsi, elmi məlumatların
toplanması məsələlərinə aydınlıq gətirmiş, dissertasiya və mənbələr üzərində işi, dissertasiyanın
planlaşdırılması, referatın yazılması, magistrlik dissertasiyasının tərtibi və ona verilən başlıca tələblər,
elmi rəhbərin vəzifələri və magistrantla
onun əməkdaşlığı, dissertasiyanın müdafiəsi və s. məsələləri
əhatə etmişdir.
Professor metodik vəsaitdə göstərir ki, “magistr” latın mənşəli söz olub “müəllim”, “rəhbər”
mənalarını ifadə edir. Qədim Romada “magistr” dərəcəsi mühüm vəzifə səlahiyyətləri olan şəxslərə
verilirdi. Bizans inperatorluğunda isə bu ad yüksək məmur rütbəsi tituluna müvafiq idi. Magistr
məfhumu “ustad” adının sinonimi, öz işinin mahir bilicisi, ustası kimi qəbul edilir. “Maestro” sözü
160
də “magistr” sözündən meydana gəlmiş, musiqi sahəsinin bilicisi kimi başa düşülür” (5, 5).
2. Auditoriyadankənar müstəqil iş müəllimin tapşırığına əsasən verilsə də, onun iştirakı tələb
olunmur. Yerinə yetirilmə müddəti müəllim tərəfindən müəyyən olunur. Auditoriyadankənar
müstəqil iş təlimin praktik, təhsilləndirici və yaradıcı və inkişafetdirici vəzifələrinin həyata
keçirilməsinə xidmət edir, əldə olunmuş bilik və bacarıqların tətbiqolunma dairəsini genişləndirir.
Auditoriyadankənar iş bu və ya digər fənnin təliminin bütün müddətində həyata keçirilir, tələbə
oğlanlarda və qızlarda yeni biliklərə yiyələnmək tələbatı yaradır və bu tələbatı artırır.
3. Tədqiqatçılıq işi yaradıcı şəxsiyyətin hazırlığında və tərbiyəsində mühüm istiqamətdir,
yeni obyektiv elmi biliklərə sahib olmağa kömək göstərir. Tədqiqatçılıq fəaliyyəti zamanı
tələbələrdə müasir perspektiv texnologiyalar səviyyəsində peşə təfəkkürü, o cümlədən mücərrəd
təfəkkür, didaktik bacarıqların yüksək səviyyəsi formalaşdır; elmi və peşə fəaliyyətində məhsuldar
əməkdaşlıq etmə qabiliyyəti təkmilləşir.
Tədqiqat xarakterli fəaliyyət zamanı tələbələr aşağıdakı işləri yerinə yetirirlər:
1. Əqli əməyin təşkili vasitələri: plan, tezis, konspekt;
2. Mövzuya uyğun materialların hazırlanması: mətn, referat, məruzə, annotasiya;
3. Elmi əsərin nəzərdən keçirilərək qiymətləndirilməsi: rəy;
4. Müstəqil tədqiqat əsəri: ali təhsilin bakalavriat pilləsində - buraxılış işləri, magistratura
pilləsində - magistrlik dissertasiyası, məqalə, elmi-tədqiqat işi, tədris-tədqiqat işi.
II. Tələbələrin tədqiqat fəaliyyəti kreativliyin həyata keçirilməsi vasitəsi hesab olunur.
Kreativlik (yaradıcı təfəkkür) dedikdə, bir sıra ideyaların yaradılması qabiliyyəti, müxtəlif
tərəflərdən problemin həllinə yanaşma bacarığı və müxtəlif nöqteyi-nəzərdən vəziyyəti görə bilmək,
düşünüb maraqlı və qeyri-adi ideyalar müəyyənləşdirmək, öz qənaətlərində sabitqədəm və inamlı
olmaq anlaşılır.
Kreativliyi inkişaf etdirməyin məqsədi məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirmək,
situasiyanı yaradıcı şəkildə modelləşdirmək; yeni ideyaları meydana gətirmək, kommunikasiya
mədəniyyətinə yiyələnmək; informasiyanın qarşıda dayanan məqsədinin yerinə yetirilməsi üçün lazım
olanın seçilməsi və s. bu kimi elmi-tədqiqat fəaliyyətinin praktik vərdişlərinin formalaşdırılmasıdır.
Məruzə və çıxışlarında müstəqil işin nəticələrindən danışan tələbə öz nöqteyi-nəzərini irəli
sürür, kurs yoldaşının səhv baxışlarına münasibətini bildirir.
Pedaqoji ədəbiyyatda tədqiqat fəaliyyətinin iki növü diqqətdə dayanır.
1.
Tədris planında nəzərdə tutulmuş tədqiqat işi.
Bu növ problem-referativ tip tədqiqat işləridir. Bu tədqiqat işləri bir sıra ədəbiyyat
mənbələri əsasında yazılır, tələbə həmin mənbələri əsas tutaraq, onlara münasibət bildirərək, tənqidi
təhlillər apararaq, özü yeri gəldikcə, qənaətlərini bildirir, öz ideyalarını irəli sürür və müvafiq,
önəmli nəticələrə gəlir.
Bu tədqiqat işini yerinə yetirməklə əslində elmi-tədqiqat sahəsində ilk addımlarını atır, elmi
ədəbiyyatla işləmək, tədqiqat aparmaq üzrə praktik vərdişlərə yiyələnir.
Tədqiqat işinin qiymətləndirilməsi meyarları:
-yazılmış materialın mövzunu əhatə etmə dərəcəsi;
-problemin aktuallığının əsaslandırılma səviyyəsi;
-tədqiqatın obyektinin, predmetinin, məqsəd və vəzifələrinin, yeniliyinin, nəzəri və praktik
əhəmiyyətinin formalaşdırılması səviyyəsi və s.
-problem üzrə nəzəri və təcrübi məsələlərin üzvi vəhdət təşkil etməsi;
-fəsillərin bir-birini tamamlaması, yarımfəsillərin fəsildə nəzərdən keçirilən məsələni əhatə
etməsi;
-ədəbiyyat siyahısının əlifba sırasına uyğun tərtib olunması (xarici və daxili sıralanmaya
əməl edilməsi);
2. Tədris planında nəzərdə tutulmayan tədqiqat işi.
Tədqiqat işinin bu forması tələbə-gənclərdə tədqiqat və kreativ qabiliyyətlərin inkişaf
etdirilməsi baxımından daha səmərəlidir. Tədqiqat mövzusu tələbələrin öz təşəbbüslərinə və
marağına əsasən müəyyənləşdirilir.
Elmi-tədqiqat və eksperimental forma tələbələrə öz yaradıcı qabiliyyətlərini daha tam açıb
göstərməyə imkan verir. Tədqiqat fəaliyyəti bir neçə mərhələni əhatə edir. Buraya daxildir:
Təşkilati-hazırlıq – ideyaların meydana gəlməsi, mövzunun müəyyənləşdirilməsi,
planlaşdırma.
Texnoloji – informasiyanın toplanması və təhlili, zəruri eksperimentlərin aparılması, alınmış
161
nəticələrin formalaşdırılması.
Tədqiqatın hər bir mərhələsi kreativliyin (yaradıcı təfəkkürün) inkişaf etdirilməsini nəzərdə
tutur. Tədqiqat fəaliyyətinin yekunlaşdırılması forması, nəticəsi tədqiqat işinin müdafiə
olunmasıdır.
3. Tələbələrin müstəqil işlərinin səmərəliliyi onun necə təşkil olunmasından və yerinə
yetirilməsinə motivasiyanın səviyyəsindən, yerinə yetirilmə formalarından, tapşırığın
məzmunundan xeyli dərəcədə asılıdır.
Tələbələrin müstəqil işlərinin iki mərhələsini qeyd etmək mümkündür:
1. Birinci mərhələdə müəllim tələbələrə müstəqil işin sadə priyomlarını öyrədir. O, müxtəlif
mənbələrdən bilikləri əldə etmə yollarını, onları qruplaşdırmağı, tutuşdurmağı və müqayisə və
təhlil etməyi, ümumiləşdirmə aparmağı, müəyyən nəticəyə gəlməyi gənclərə başa salır.
Bu zaman müəllim məsləhətçi və təşkilatçı rolunu ifa edir.
2. İkinci mərhələdə müstəqil iş üzrə vərdişlərə yiyələnmiş tələbə tədqiqat işinə hazırlanır.
Müvafiq məsələlərlə bağlı onun özünün nöqteyi-nəzəri meydana gəlir.
Tələbə qeyri-standart məsələləri həll etməyə qabil olur. Müstəqil işin nəticələri məruzə,
referat, yaxud qıza məlumat şəklində təqdim oluna bilər.
Tələbələrin tədris-idrak fəallığının inkişaf etdirilməsi baxımından auditoriyadankənar işin
müxtəlif formalarından faydalanmaq mümkündür.
Fənlərin öyrənilməsi prosesində və auditoriyadankənar tədbirlər zamanı tələbələri aşağıdakı
qruplara bölmək mümkündür: 1. Qeyri-fəal tələbələr. Bu tələbələrdə özünütəhsil və özünütərbiyə
kifayət qədər formalaşmamışdır. 2. İmkanları gizli qalan tələbələr. Tələbələrin əksəriyyəti
özünütəhsil və özünütərbiyə maraq göstərirlər. 3. Fəal tələbələr. Bu tələbələr təkcə biliklərə
yiyələnmək vasitəsi kimi deyil, dərketmə (idrak) predmeti kimi özünütəhsildən və özünütərbiyədən
istifadəyə yaradıcı yanaşırlar.
Tələbələrin müstəqil işinin təşkilinin əsas vəzifəsi hər hansı məşğələ formasında əqli
təşəbbüskarlığın və təfəkkürün psixoloji-didaktik şərtlərinin yaradılmasında öz ifadəsini tapır.
Tələbələrin müstəqil işlərinin uğurlu alınmasında müəllimin rolu böyükdür. Onun üzərinə
mühüm vəzifələr düşür. O, heç də ümumiyyətlə tələbə ilə deyil, əslində güclü və zəif tərəfləri,
özünəməxsus fərdi xüsusiyyətləri və meyilləri olan konkret şəxsiyyətlə birgə fəaliyyət göstərməli,
ona istiqamət verməlidir. Müəllimin vəzifəsi gələcəyin yüksək ixtisaslı mütəxəssisi olan tələbənin
ən yaxşı keyfiyyətlərini görə və qiymətləndirə bilməkdən ibarətdir. Müəllim fənnə maraq oyatmalı,
tələbələrə müstəqil düşünməyi və hər hansı bir problemin həllinə yaradıcı yanaşmağı öyrətməli,
eyni zamanda tələbə oğlanların və qızların aşağı motivasiyasının səbəbini aşkara çıxarmalıdır.
Bu problemin həllinin müxtəlif üsulları vardır:
1. Fəaliyyətin formaları və təlimin metodları növbələşdirmək: izah-üllüstrativ, qismən-
axtarıcılıq, yaxud tədqiqat xarakterli. Müəllim qismən-axtarıcılıq metodundan istifadə etməklə
təkcə məlumat və bilikləri şərh etməklə öz işini məhdudlaşdırmır, həm də müxtəlif vasitələrin
köməyi ilə yeni biliklərin axtarışını təşkil edir. Tələbələr müəllimin rəhbərliyi ilə müstəqil düşünür,
fikir yürüdür, meydana çıxan idrak məsələlərini həll edir, problemli vəziyyətləri yaradır və həll
edir,
təhlil edir, müqayisəsini aparır, ümumiləşdirir, nəticə çıxarırlar. Beləliklə, əsaslı biliklərə
yiyələnirlər.
Tədqiqatçılıq metodunun üstünlüyü ondadır ki, tələbələr müəllimin köməyi ilə problemi
formalaşdırır və tədqiqat prosesində, alınan cavabların müqayisəsi əsasında biliklər müstəqil
mənimsənilir. Müəllim yalnız problemli məsələlərin həlli prosesini idarə edir, bu zaman təlim
prosesinin özü yüksək maraqla müşayiət olunur, qazanılmış biliklər dərinliyi, həqiqiliyi ilə
fərqlənir. Bu metod təlimin optimallaşdırılması üzün vacib olub, biliklərin yaradıcı
mənimsənilməsini nəzərdə tutur. Optimallaşma təkmil pedaqoji texnologiyalarla daimi innovasiya
prosesidir, bir çox mümkün variantlardan ən yaxşısının seçimi prosesidir.
2. Tələbələrin yaşı və səviyyəsi diqqət mərkəzində dayanmalıdır.
3. Tələbələrin qabiliyyətləri nəzərə alınmalıdır.
Tələbələrin fəal müstəqil işi ciddi və səbatlı, dayanıqlı motivasiya şəraitində mümkündür.
Ən güclü motivləşdirici amil gələcək səmərəli peşə fəaliyyətinə hazırlığın aparılmasıdır.
Tələbələrin müstəqil işinin fəallaşdırılmasına kömək göstərən amillər vardır ki, onları daxili
və xarici amillər kimi səciyyələndirə bilərik. Daxili amillərə aiddir:
1. Müstəqil işin faydalılığı. Tələbə biləndə ki, onun araşdırmalarının, fikirlərinin,
qənaətlərinin nəticələri məqalələrdə, mühazirələrdə, konfrans materiallarında, metodik vəsaitlərdə,
162
laborator praktikumda istifadə olunacaq, o, öz işinə daha ciddi və məsuliyyətlə yanaşacaq, verilən
tapşırığın daha keyfiyyətlə yerinə yetirəcək və ən əsası, öz əməyindən zövq alacaq.
Ona görə də müstəqil işlərin yerinə yetirilməsi prosesinə rəhbərlik edən və bu prosesi idarə
edən müəllim tələbəni psixoloji cəhətdən bu işə hazırlamalıdır.
2. Tələbələrin yaradıcılıq fəaliyyətinə qoşulmaları. Buraya onların elmi-tədqiqat, təcrübi-
konstruktor və metodik işlərdə iştirakı daxildir.
3. İntensiv pedaqogika mühüm motivasiya amili kimi özünü göstərir. O, təlim prosesinə
fəal metodların, o cümlədən əsasında innovasiya və təşkilati-fəaliyyət yönümlü oyunlar dayanan
oyun treninqini daxil etməyi məqsədəuyğun hesab edir. Bu tipli oyunlarda obyektə aid birtərəfli
xüsusi biliklərdən çoxtərəfli biliklərə keçid, aparıcı ziddiyyətlərin müəyyənləşdirilməsi ilə onun
modelləşdirilməsi baş verir. Belə yanaşmada məşğələlərin işgüzar, yaxud situasiya xarakterli
formaları, o cümlədən informasiya kommunikasiya texnologiyalarından, innovasiyalardan
faydalanmaq lazım gəlir.
4. Tədris fənləri üzrə olimpiadalarda, elmi-tədqiqat müsabiqələrində, yaxud tətbiqi işlərdə
iştirak və s.
5. Biliklərə nəzarətin motivləşdirici amillərindən (qiymətləndirmə, reytinq, qeyri-standart
imtahan prosedurları və s.) istifadə. Bu formalar müəyyən şəraitlərdə öz fikrini əsaslandırmaq cəhdi
yaradır ki, bu da öz-özlüyündə tələbənin özünütəkmilləşdirməsinin güclü motivasiya amili kimi
çıxış edir.
6. Tələbələrin təlimdəki və yaradıcı fəaliyyətdəki uğurlarının rəğbətləndirilməsi.
7. Auditoriyada və auditoriyadan kənarda yerinə yetirilən tapşırıqların fərdiləşdirilməsi və
daimi yeniləşdirilməsi.
8. İntensiv təlim işində və müstəqil işlərdə müəllimin şəxsiyyəti motivasiya amili kimi
önəmlidir. Müəllim həm bir peşəkar, həm də yaradıcı şəxsiyyət kimi tələbəyə nümunə olmalıdır.
Müəllim öz yaradıcı imkanlarını nümayiş etdirməkdə tələbəyə kömək edə bilər və kömək etməlidir.
9. Müstəqil işi yerinə yetirən tələbənin başlıca rolu ondan ibarətdir ki, müəllimin rəhbərliyi
ilə o, yaradıcı şəxsiyyət olsun.
Tələbələrin auditoriyadankənar müstəqil işinin təşkili bir neçə mərhələni əhatə edir. Diqqət
yetirək:
1. Hazırlıq mərhələsi. İlk növbədə işçi proqramı hazırlanır. Burada seçilmiş mövzu və onun
planı qeyd olunur. Tədris-metodik materiallar müəyyənləşdirilir, tələbələrin hazırlıq səviyyəsinin
diaqnostikası aparılır.
2.Təşkilati mərhələ. Bu mərhələdə tələbələrin fərdi və kollektiv işinin məqsədi
müəyyənləşdirilir. Fərdi və qrup halında məsləhətlər verilir. İlkin nəticələrin təqdimolunma müddəti
və formaları diqqətə çatdırılır.
3. Fəaliyyət yönümlü motivasiya mərhələsi. Bu mərhələdə müəllim fərdi və qrup
fəaliyyətinin müsbət motivasiyasını təmin edir; ilkin nəticələri nəzərdən keçirir; özünənəzarət və
özünütəshihi təşkil edir; qarşıda duran məqsədə uyğun olaraq qarşılıqlı mübadilə və qarşılıqlı
yoxlamanı həyata keçirir.
4. Nəzarət-qiymətləndirici mərhələ. Fərdi və qrup hesabatları dinlənilir və qiymətləndirilir.
Deyilənlərdən aşağıdakı nəticəyə gəlmək olar. Müstəqil işlərin təşkili tələbələrin
tədqiqatçılıq, axtarıcılıq qabiliyyətlərini inkişaf etdirir, onlarda müstəqil elmi axtarışlara qoşulmaq,
ümumiləşdirmə apararaq konkret nəticəyə gəlmək bacarıqları formalaşdırır. Ali təhsilin bakalavriat
pilləsində - buraxılış işləri, magistratura pilləsində - magistrlik dissertasiyası tələbələrə tədqiqatçılıq
səriştəsi aşılayır.
Dostları ilə paylaş: |