ƏDƏBİYYAT
1.
Hacıyev A. Azərbaycan uşaq ədəbiyyatı tarixi. Bakı, 2004
2.
Xəlil Z. Uşaq ədəbiyyatı (rus dilində). Moskva, 1987
3.
Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı Ali məktəb üçün dərslik. Bakı, Bakı universiteti
nəşriyyatı, 2007
4.
Vurğun S. Böyük sənət uğrunda. Bakı, 1970
5.
Yusifoğlu R. Ömrün işqlı xatirəsi. Ədəbiyyatı qəzeti 28 oktyabr 2011-ci il
6.
Yusifoğlu R., uşaq ədəbiyyatı, Bakı, 2006
7.
Zahid Xəlil, Fuzuli Ələsgərli. Uşaq ədəbiyyatı Ali və otra ixtisas məktəbləri üçün dərslik.
ADPU-nun nəşriyyatı, 2007, səh. 490
РЕЗЮМЕ
Назакят Исмаилова
Идейно –художественная характеристка детских
произведений Тофига Муталлибова
В этой статье Т.Муталлибова были изучены и проанализированы произведения
Т.Муталлибова, написанные для детей . Творчество Т.Муталлибова, начавился с поэзии,
богата и незабываема. Он поэт произведения koторого дети читают с удовольствием и
очень любят Т.Муталлибов испытал свое перо и в поезии и в драматургии и, добился
успемных результатов. Он также привлекает внимание своими преводами из литературы
других народов.
Творчество Т.Муталлибова привлекало и ряд композиторов и на его стихи были
сочинeны десятки песни. Основная тема его приятных стиховмир природы.
Творчество Т.Муталлибова и в поезии, и в поэме, также в драматургии занимает одно из
особых мест в разивитии Азербайджанской детской литературы.
ABSTRACT
Nazakat Ismayilova
Tofiq Mutalibov children's works ideological and artistic features
It works by examining the scientific article written Tofiq Mutalibov children were analyzed.
The poetry is rich in poetry as well as the creative mind of starting Tofiq Mutalibov rest. Children
gladly read and loved poets. He tried to pen in the field of poetry and drama, has achieved
successful results. He is also the artistic interpretation of the nations of the world literature attracts
attention.
Since it is in the interest of a number of art Tofiq Mutalibov composers wrote songs for
dozens of poems. The main theme of his poetry lies in the heart of the realm of nature.
Tofiq Mutalibov the poem, and the poem, drama and children's literature in the development of
creativity is one of a kind.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru,
professor H.Həşimli
15
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
İMAN CƏFƏROV
Naxçıvan Dövlət Universiteti
UOT: 82
AKADEMİK İSA HƏBİBBƏYLİNİN NAXÇIVAN SEVGİSİNDƏ
HÜDUDSUZLUĞUN MONUMENTAL TƏSDİQİ
Açar sözlər: Nuhçıxan, kitab tarixi, yeni hadisə, akademik, Qərb, təsdiqləmə
Key words: Nuhchıkhan, book history, new event, academician, Western confirmation
Ключевые слова: Нухчыхан, истории книгоиздании, важным событием, академика,
Запад, подтверждения
Artıq qloballaşan və qloballaşdıqca balacalaşan planetimizdə, həmçinin informasiya
bolluğundan əziyyət çəkdiyimiz zaman daxilində ədəbi-elmi təfəkkürün diqqəti bütünlüklə ictimai fikir
tariximizdə özünəməxsus yer tutacaq monumental bir fakta yönəlmişdir. Dünya elmi, siyasəti və
mədəniyyətinə böyük dahilər bəxş etmiş Azərbaycanda, eləcə də Şərqin bu qədim qapısında– Naxçıvan
adlı günortacda yaşayıb yaradan ziyalılara forma və məzmun cəhətdən möhtəşəmliyi ilə seçilən bir kitab
təqdim edilmişdir: Akademik İsa Həbibbəylinin “Nuhçıxandan Naxçıvana” kitabı. Bəri başdan
vurğulayaq ki, 845 səhifəlik kitabın hər bir səhifəsi bütün ömrünü ulu Öndər Heydər Əliyev ideyalarına
sədaqətdə və elmə xidmətdə keçirən bir zəka sahibinin doğma Naxçıvana sonsuz məhəbbətini ifadə
etməkdədir. Digər tərəfdən akademik İsa Həbibbəylinin bu kitabı yalnız Vətən sevgisinin ifadəsi demək
deyil, eyni zamanda Naxçıvana torpaq iddialarından heç vaxt əl çəkməyən mənfur ermənilərə qarşı yeni
bir alınmaz səngərlə çıxış etmək deməkdir. Bəli, “Nuhçıxandan Naxçıvana” kitabı qəti şəkildə
təsdiqləyir ki, yaradıcılıqda özünə qarşı son dərəcədə tələbkar olan akademik İsa Həbibbəyli ömrünün
mənasında Vətənə məhəbbət dayanıb.
Obrazlı şəkildə “Nuhçıxandan Naxçıvana” kitabını Azərbaycan kitab tarixində yeni bir sevgi
planeti də adlandırmaq mümkündür və bu planetin nüvəsində Naxçıvan adlı qədim bir Oğuz yurdu
dayanır. Fikrimizcə, 11 ümumi başlıqla fəsillənən və 85 istiqamət üzrə elmi-publisistik və ədəbi
təhlilləri özündə birləşdirən kitabın “Nuhçıxandan Naxçıvana” adlandırılması vahid bir harmoniyanın
ən doğru ifadəsidir. Daha önəmlisi isə kitabı oxuyan hər kəsin bu harmoniyada özünə yer tapmasıdır.
Çünki akademik İsa Həbibbəylinin bu yeni kitabında Naxçıvanın simasında insanlığın tarixindən söz
açılır, çox doğru olaraq bu qədim torpaq dünya tufanından sonra ilk insan məskəni kimi
səciyyələndirilir. Düşündürücüdür ki, kitabın “Nuhdabandan başlanan tarix” adlı ilk bölümü alimin
məhz son illərdə gəldiyi elmi qənaətləri ifadə etməkdədir, başqa sözlə, Naxçıvan tarixinə elmin Qapıcıq
zirvəsindən baxmaq deməkdir. Və daha önəmlisi isə böyük alim doğma yurdunun başlanğıc tarixini
öyrənməkdə nə qədim mənbələrin verdiyi məlumatlarla kifayətlənmiş, nə də sadəcə sentimental səyahət
yolunu seçmişdir. Akademik İsa Həbibbəylinin inandırma üsulu daha sadə və daha etibarlıdır: Qədim
mənbələrə istinad, çağdaş araşdırmaçıların fikirləri, folklorun söylədikləri və yurdun bir coğrafi yaddaşa
çevrilərək təsdiqlədikləri.
Akademik İsa Həbibbəylinin “Nuhçıxandan Naxçıvana” adlı bu yeni kitabı quruluş etibarilə də
Azərbaycan kitab tarixinə yenilik gətirməsi ilə diqqəti cəlb edir. Əslində kitabdakı “Nuhçıxandan
Naxçıvana: tarix və müasirlik” adlı ilk başlıq “Ön söz” xarakteri daşıyır. Lakin digər proloqlardan fərqli
olaraq bu “Ön söz”ün özü də 3 hissədən ibarətdir. Birinci hissə “Nuhdabandan başlanan tarix”, ikinci hissə
“Şərq ağırlıqlı Qərb yönlü diyar”, üçüncü hissə “Yeniləşən Naxçıvan” adlanır. Təkcə bu üç hissə ilə
tanışlıq nəticəsində oxucu qətiyyətlə bu qərara gəlir ki, Naxçıvan qədim bir türk yurdu olmaqla bərabər,
insanlığın tarixində mühüm yer tutan, zaman-zaman Avropa və Asiya qitəsində gedən proseslərə
humanizm baxımından müdaxilə edən, Şərq və Qərb dəyərləri nəzərə alınmaqla milli dəyərlərin qorunub
saxlanılmasında xüsusi çəkiyə malik müqəddəs torpaqdır. Fikrimizcə, kitabın “Ön söz”ünün məhz üç
hissədən ibarət olması və həmin üç hissə daxilində Naxçıvanın qədim keçmişinin, dünəni və bu gününün
təkzibedilməz faktlarla dəyərləndirilməsi təsadüfi deyil. Əslində forma və məzmununda yeniliyi ilə
səciyyələnən belə bir başlanğıc kitabda bütün sonrakı fəsillərə keçidi təmin etməkdədir.
“Nuhçıxandan Naxçıvana” kitabının ilk fəsli “Dövlətçilik işığında” adlanır və digər fəsillərlə
bağlılıq baxımından bütöv tam daxilində xüsusi məna daşıyır. Bu fəslin ayrı-ayrı bölmələrində
16
ardıcıllıqla dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan dövlətçiliyində xilaskarlıq
missiyası, Ulu Öndərin ideyalarına sadiqliklə Naxçıvanda əldə edilən uğurlar, müəllifi Heydər
Əliyev olan dövlətçilik təliminin mahiyyəti yenidən nəzər nöqtəsinə çəkilir, bu qədim diyarda
neointibahı şərtləndirən amillər, eyni zamanda Azərbaycanda Heydər Əliyevin adı ilə bağlı
epoxanın fəlsəfəsi belə açıqlanır: “Heydər Əliyev xalq və Vətən anlayışları ilə milli dövlətçilik
baxışlarını böyük məharətlə üzvi sintez halında birləşdirmiş nadir şəxsiyətdir. Vətənin və millətin
gücünün milli dövlətçiliyin qüdrətində ifadə olunması düşüncəsi Heydər Əliyevə məxsus
Vətənnamənin təməl prinsiplərindəndir.” (1, s. 40)
Əlbəttə, “Nuhçıxandan Naxçıvana” kitabının bütün fəsilləri təsdiqləyir ki, millət vəkili,
akademik, İsa Həbibbəylinin Vətən sevgisi təbii və səmimi hisslərə əsaslanmaqla bərabər, eyni zamanda
vətəndaşı olduğu məmləkəti bütün varlığı ilə sevən alim təfəkkürü ilə vəhdətdədir. Qətiyyətlə demək
olar ki, təfəkkürlə bağlı müxtəlif elmi istiqamətlər üzrə Vətən sevgisinin hüdudları
müəyyənləşdirilərkən “Nuhçıxandan Naxçıvana” kitabına istinad etmək zəruri və gərəklidir. Çünki
akademik İsa Həbibbəyli də Vətən sevgisi ilə əlaqədar düşüncələrini ümumiləşdirərkən dünyaşöhrətli
siyasətçilərin fikirlərinə əsaslanmışdır. Budur, kitabın “Dövlətçilik işığında” adlanan birinci fəslinin
“Yeniləşmədən intibaha” bölməsində Naxçıvana məxsus çağdaş tarixin reallıqları dəyərləndirilərkən
birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərinə istinad edilir: “Siz
Naxçıvanda işlərin düzgün qurulması, Naxçıvanın rəhbərliyinin, Ali Məclisin Sədri Vasif Talıbovun
fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın digər bölgələri də inkişaf edir.
Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir... Bunu – abadlıq, quruculuq
işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvan gələn hər bir vətəndaş,
qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər
ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Əgər bu varsa,
rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var
və məni çox sevindirir.” (1, s. 75)
Düşünürük ki, kitabın birinci fəslinin “Dövlətçilik işığında” adlandırılması həm də müəllifin
xüsusi həyat amalını ifadə etməkdədir. Başqa sözlə, akademik İsa Həbibbəyli ilk fəslin adı ilə də
demək istəyir ki, “Nuhçıxandan Naxçıvana” kitabının hər bir səhifəsini, hər bir sətrini məhz
dövlətçilik təlimindən güc alan milli-elmi təfəkkür işıqlandırmaqdadır. Kitabda belə bir müəllif
mövqeyinin təqdimatından sonra yenidən Naxçıvanın qədim tarixinıə qayıdılır, “Nuhçıxan-
Nuhdaban” adlı II fəsildə Gəmiqaya dünyasına elmi səyahət edilir, bir neçə məqalə həcmində
Naxçıvan şəhərinin 5 min illik yaşa malik olması əsaslandırılaraq yazılır: “Naxçıvan böyük
sivilizasiyanın yadigarıdır. Regionda sonralar yüksək inkişaf tapmış zəngin mədəniyyət bu möhkəm
təməl üzərində yüksəlmişdir. Naxçıvan türk-müsəlman dünyasında sivilizasiya daşıyıcısı olan
qədim mərkəzlərdən biri kimi diqqəti cəlb edir. Azərbaycan – Naxçıvan geniş mənada Ön Asiya –
Anadolu mədəniyyəti ilə Orta Asiya mədəniyyəti arasında mühüm bir körpüdür. Naxçıvan bu
mədəniyyətlərin bütövlüyünün, genetik doğmalığının göstəricilərindən biridir. Naxçıvan bəşər
sivilizasiyasının bir parçasıdır.” (1, s. 123-124)
Əlbəttə, akademik İsa Həbibbəyli Avroasiya coğrafi məkanında Azərbaycan ədəbiyyatşünaslıq
elmini layiqincə təmsil edən, bir çox mübahisəli problemlərə son qoyan söz sahiblərindəndir. Alimin
çoxcəhətli və çoxsahəli elmi-ictimai fəaliyyəti görkəmli elm və sənət xadimləri tərəfindən həmişə
yüksək qiymətləndirilmişdir. Budur, professor Yavuz Akpınar “Naxçıvanı dünyaya tanıtdıranlardan
biri: İsa Həbibbəyli” məqaləsində yazır: “İsa Həbibbəyli dostumuz yalnız elmi tədqiqatlarla, təhsil
fəaliyyəti ilə kifayətlənmir, onun ictimai-siyasi, idarəetmə işləri də insanı təəccübləndirəcək qədər
genişdir”. ( 2 ) Eləcə də “Nuhçıxandan Naxçıvana” kitabında oxucu İsa Həbibbəylini eyni zamanda
ciddi Vətən tarixçisi, ədəbiyyatşünas və sənətşünas alim, etimoloq-sosioloq-pedaqoq kimi də tanıyır.
Bütün bu ali keyfiyyətlərin göstəricisidir ki, “Nuhçıxandan Naxçıvana” kitabında akademik İsa
Həbibbəylinin əsaslandırmaları vahid bir sistem halındadır və sistemdən kənarda heç nə yoxdur.
Məsələn, bu yeni monumental kitabın “Nuhçıxan -Nuhdaban” fəslində bütün bəşər tarixində Naxçıvan
adlı diyarın tutduğu məqamdan danışılır və Nuh tufanından sonra yeni həyatın məhz bu torpaqda
başlanması prosesləri göz önündə canlandırılır. Görkəmli alim qədim Naxçıvandan söz aça-aça bəşər
tarixindən Azərbaycan tarixinə keçməyi gərəkli sayır, beləliklə, kitabın “Azərbaycan tarixində
Naxçıvan” adlı üçüncü fəslində qədim və həmişəcavan diyar olaraq Naxçıvanın hansı göstəricilərlə
tanınmasını dəyərləndirir. Alim çox əhəmiyyətli faktları təhlil obyektinə çevirməklə ciddi surətdə
məmləkətsevərlərin diqqətinə çəkir ki, Azərbaycanın tarixi taleyində müqəddəs Naxçıvan torpağının,
bütün varlıqları ilə Azərbaycana bağlı naxçıvanlıların mühüm xidmətləri olmuşdur. Bəli, “Nuhçıxandan
17
Naxçıvana” kitabının “Azərbaycan tarixində Naxçıvan” fəslinin hər bir səhifəsində, o cümlədən istər
“Qədim və həmişəcavan diyar: Naxçıvan”, istər “Naxçıvan xanlığı bayrağının sorağında”, istər
“Naxçıvanın muxrariyyət statusu Azərbaycan dövlətçiliyinin tarixi nailiyyəti kimi”, istərsə də “Qars
müqaviləsində Naxçıvanın təmsilçiliyi” bölmələrində akademik məntiqlə təsdiqlənir ki, Naxçıvanın
tarixini Azərbaycan tarixindən ayırmaq qeyri-mümkündür və azərbaycançılıqda ardıcıllıqları,
dönməzlikləri ilə səciyyələnən naxçıvanlılar nəinki bölgədə, eləcə də ümumən ölkədə milli maraqların
qorunması üçün həmişə canlarından keçməyə hazır olmuşlar.
O da var ki, akademik İsa Həbibbəyli elmi tədqiqatlara hələ gənc yaşlarında ədəbi şəxsiyyətlərin
həyat və yaradıcılığını öyrənməkdən başlamış və bu sahədə son yarıməsrlik bir dövrdə yüzlərlə elmi
yeniliyə imza atmışdır. Görkəmli alimin yaradıcılığındakı özünəməxsusluğu şərtləndirən bu məqamı
professor Cahangir Məmmədli belə səciyyələndirmişdir: “Akademik İsa Həbibbəyli ... hər bir klassik
və müasir ədəbi hadisədə aktuallıq axtaran tədqiqatçıdır. Bu aktuallıq mütləq xalqa, vətənə, milli
təəssübkeşliyə bağlı olmalıdır” (3). “Xalqa, vətənə, milli təəssübkeşliyə bağlılıq” baxımından
“Nuhçıxandan Naxçıvana” kitabının “Cəhalət dərdinin dərmanı: maarifçilik” adlı IV bölməsində,
həmçinin “Naxçıvan ədəbi mühiti” adlı V bölməsində tərcümeyi-halları Naxçıvandan başlanan
Azərbaycan söz sənətinin böyük korifeylərindən, həmçinin çağdaş Naxçıvan ədəbi mühitinin istedadlı
qələm sahiblərindən bəhs edilməsi tamamilə təbii görünür. Əslində İsa Həbibbəyli qəti şəkildə
təsdiqləyir ki, bölgələrdə yaranan ədəbiyyatı tədqiq etmədən Azərbaycan ədəbiyyatını küll halında
öyrənmək mümkün deyil. Daha doğrusu, kitabda Cəlil Məmmədquluzadəyə, Məhəmməd Tağı Sidqiyə,
Hacıağa Fəqir Ordubadiyə, Eynəli bəy Sultanova və onlarla digər görkəmli şəxsiyyətlərə dair bilgilər
göstərir ki, Azərbaycan söz sənətinin sərhədləri bizim təsəvvürlərimizdə canlandırdığımız xəritədən son
dərəcədə genişdir. Eləcə də eyni bölmədə “Şərq qapısı” məktəbi”, “Azərbaycanda Naxçıvan Dövlət
Universiteti”, “Naxçıvanda ilk elmi jurnal” başlığı altında aparılan təhlillər oxucuda belə bir obyektiv
fikir formalaşdırır ki, Azərbaycan maarifçilik hərakatında bölgənin özünəməxsus yeri, rolu olmuşdur və
bu özünəməxsusluğu şərtləndirən başlıca amil naxçıvanlıların elmə, təhsilə ilahi sevgisidir. Digər
tərəfdən, əslində “Cəhalət dərdinin dərmanı: maarifçilik” bölməsində Azərbaycan elmi fikrinin diqqəti
maarifçilik hərəkatını irəli aparan onlarla elə görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına yönəldilir
ki, XX əsrdə bolşevizmin müəyyənləşdirdiyi plana uyğun olaraq həmin şəxsiyyətlərin həyat və
fəaliyyətləri artıq unudulmaq təhlükəsi ilə üzbəüz qalmışdı. Beləliklə, akademik İsa Həbibbəyli
Naxçıvan elmi və ədəbi mühiti ilə əlaqəli hər bir axtarış və tapıntısında prinsipcə Naxçıvanşünaslığın
yeni səhifələrini yazmışdır.
“Nuhçıxandan Naxçıvana” kitabının “Naxçıvan ədəbi mühiti” adlı V bölməsi deməyə əsas verir
ki, akademik İsa Həbibbəyliyə məxsus bilklər sistemində ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və
ədəbi tənqid vəhdət halındadır. Başqa sözlə, biz bu bölmədə görkəmli alimin istər “Azərbaycan
ədəbiyyatının Naxçıvan məktəbi”nə, istər “ədəbiyyatşünaslıq elminin Naxçıvan məktəbi”nə, istərsə də
çağdaş Naxçıvan ədəbi mühitinə dərindən nüfuz etdiyini, Naxçıvan ədəbi mühitinin incəliklərinə vaqif
olduğunu görürük. Prinsipcə kitabın bu bölməsi Azərbaycan elmi fikrinə Xalq yazıçısı Hüseyn
İbrahimovun, şair Hüseyn Razinin, Elman Həbibin, Vaqif Məmmədovun, Xanəli Kərimlinin, Telman
Ağrıdağın, İbrahim Yusifoğlunun sənət dünyası haqqında tamamilə yeni bilgilər təqdim etməkdədir.
Əlbəttə ki, akademik İsa Həbibbəyli çox doğru olaraq bu nəticəyə gəlmişdir ki, Naxçıvan
elmi mühitinin inkişafı bir qayda olaraq ənənə və novatorluq prinsipinə əsaslanmışdır. Məhz bu
prinsipin meyarları kitabın VI fəslində Azərbaycan elminin inkişafında Naxçıvanda yaşayıb-
yaradan elm cəfakeşlərinin xidmətlərini daha obyektiv şəkildə dəyərləndirməklə nəticələnmişdir.
Daha doğrusu, “Azərbaycan elmində Naxçıvan” adlı bu fəsildə orta əsrlərdən üzü bəri Nəsrəddin
Tusi, Əbubəkr ibn Məhəmməd Naxçıvani, Hinduşah Naxçıvani, Baba Nemətullah Naxçıvani kimi
məşhur naxçıvanlı elm adamlarının insanlıq tarixinə gətirdikləri yeniliklər bir daha yada salınmış,
həmçinin XIX və XX əsrlərdə, eləcə də müstəqillik illərində bölgədə elmi mühitin daim yüksələn
xətlə inkişaf etdiyi son dərəcədə maraqlı fakt və təhlillərlə nəzər nöqtəsinə çəkilmişdir. Əslində
akademik İsa Həbibbəylinin təqdimatında, bəlkə də, fərqinə varmadığımız belə bir həyat həqiqəti
məxsusi vurğulanır ki, tarixin istənilən dönəmində Naxçıvan ziyalıları elmin bir çox sahələri üzrə
mühüm uğurlara imza atmışlar.
“Nuhçıxandan Naxçıvana” kitabının hər bir bölümündə bizə, daha doğrusu bizi əhatə edən
həqiqətlərə üz tutulur. Lakin akademik İsa Həbibbəyli həmin həqiqətlərin məhz bizim üçün
görünməz olan tərəflərinə işıq salır və elə bu məqamda alim öz oxucusunui alternativsiz bir nəticə
ilə baş-başa qoyur: heyrətləndirmək. Məsələn, 200 ildir ki, dünya elmi “Kitabi-Dədə Qorqud”
eposundan bəhs etməkdədir. Bu möhtəşəm epos haqqında Azərbaycanda da onlarla monoqrafiyalar,
18
yüzlərlə elmi məqalələr yazılmışdır. Bununla belə, “Basatın Təpəgözü öldürdüyü boy”da Naxçıvanı
görmək üçün boya məhz İsa Həbibbəyli təfəkkürünün işığında baxmaq lazımdır.
“Nuhçıxandan Naxçıvana” adlı möhtəşəm elmi mənbənin sonunda akademik İsa
Həbibbəylinin Naxçıvan haqqında artıq nəğmələrə çevrilmiş şeirləri ilə qarşılaşırıq. Həmin poetik
nümunələr müqəddəs Naxçıvan torpağını tərənnüm etməklə bərabər, həm də öz oxucusuna deyir ki,
bu ulu məmləkət haqqında gələcəkdə də bütünlüklə vətənə məhəbbətlə yazılmış 1000 səhifəlik
kitabların nəşri qaçılmazdır.
ƏDƏBİYYAT
1.
İsa Həbibbəyli. Nuhçıxandan Naxçıvana. Bakı: Elm və təhsil. 2015
2.
Yavuz Akpınar. Naxçıvanı dünyaya tanıtdıranlardan biri: İsa Həbibbəyli. “Ədəbiyyat qəzeti”,
16 oktyabr 2009
3.
Cahangir Məmmədli. Ömür karvanının altmış yaşı. “525-ci qəzet”, 17 oktyabr 2009
ABSTRACT
Iman Jafarov
The monumental confirmation of unlimitidness of academician
İsa Habibbayli`s love for Nakhichivan
The article deals with the academician Isa Habibbayli`s book “From Nuhchıkhan to
Nakhchivan” consisting of 845 pages. İt is noted that this new book of ithe intelligent person
dedicating his whole life to science and faith to national leader Heydar Aliyev`s ideas is a new
event in the book history of Azerbaijan.
Readers face with the unlimitedness affection of the author for Nakchivan in the each
page of the book which distinguished with its structure and magnificence.
It is suggested in the book that Nakchivan is not only an ancient Turkish land but it is also a
sacred place having speacial place in human history which from time to time intervened the
processes in the continents of Europe and Asia from the point of view of humanism,at the same
time it has a special weight in preserving national values taking into consideration the Eastern and
Western values.
РЕЗЮМЕ
Иман Джафаров
Монументальное подтверждение беспредельности
любви к Нахчывану академика Исы Габиббейли
В статье говорится о 845 страничной книге академика Исы Габиббейли «От
Нухчыхана в Нахчыван». Автор обосновывает мысль, что новый труд светломыслящего
ученого, проводившего всю свою жизнь в верности к идеям Общенационального лидера
нашего народа Гейдара Алиева и служению науке, является важным событием в истории
книгоиздании Азербайджана. На каждой странице книги, отличающейся своей структурой и
великолепием, читатель встречается с безграничной любовью автора. В книге внушается
мысль, что Нахчыван, будучи древанейшим тюркским поселением, одновременно является
святой землей, занимающей важное место в истории человечества, временами вмещивающей
идущим процессам в материках Европы и Азии с точки зрения гуманизма, имеющей особого
веса в охране и сохранении национальных ценностей в Восточно-Западном контексте.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru,
professor H.Həşimli
19
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
Dostları ilə paylaş: |