ƏDƏBİYYAT
1.
Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri, Bakı, 1985, 90 səh.
2.
Azərbaycan dilinin orfoqrafiya lüğəti sözlüyü. Bakı, Elm, 1989, 151 səh.
3.
Azərbaycan müəllimi qəzeti, 14 noyabr, 2015, № 42
4.
Əfəndizadə Ə.R. Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti. Bakı, Azərnəşr, 1989, 151 səh.
5.
Maqsudov E.S. Poetik-praktik Azərbaycan dili, Naxçıvan, Əcəmi, 2015, 304 səh.
6.
Maqsudov E.S. Azərbaycan dilinin tədrisində poetik-praktik nümunələrlə işin təşkili
metodikası, Naxçıvan, Qeyrət, 2014, 98 səh.
РЕЗЮМЕ
Эльбеи Магсудов
Использование поэтических упражнений в
укреплении орфоэпических навыков
В статье отражены значение использования поэтических упражнений на уроках
азербайджанского языка, их путь в развитии мышления учащихся. Автор определил
возможности
эффективного
использования
поэтико-практических
упражнений в
организации работ по орфоэпии, рассмотрел вопрос о работе над поэтических текстах.
Исследователь откомментировал роль поэтических упражнений, порождающих большой
интерес в процессе обучения в связи с языком, в его совершенном осмыслении и
формировании у учащихся орфоэпических навыков.
ABSTRACT
Elbeyi Magsudov
Using poetic exercises in the consolidation of orthoepic skills
The article reflects the importance of using poetic exercises and the ways of their usage to
develop the learners’ thinking in the Azerbaijan language classes. It also establishes the
opportunities and effective ways of using poetic-practical exercises in the arrangement of the work
related to orthoepic, focuses on the issues of the arrangement of the work related to the poetic texts.
The role of using poetic exercises which arouse greater interest in languages in the teaching process
to make students love our language, to acquire it perfectly and also in the formation of orthoepic
skills is explained.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
53
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
QƏNİRƏ ƏSGƏROVA
Naxçıvan Dövlət Universiteti
askerovaganira@gmail.com
UOT:81.1
NAĞILLARIN DİLİNDƏ DİALEKT VƏ KÖHNƏLMİŞ SÖZLƏRİN
ÜSLUB XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: arxaizm, dialekt, folklor, nağıl, üslub xüsusiyyətləri
Key words: archaism, dialects, folklore, fairy-tale style features
Ключевые слова: архаизм, диалект, фольклор, сказка, стилевые особенности
Folklor örnəkləri dilin zənginlik və sadəliyini göstərən qaynaqlardan biridir. Şifahi ədəbi
dilimizin formalaşmasında folklor örnəklərinin rolu əvəzsizdir. Azərbaycan mədəniyyəti tarixində
ədəbi dilin yaranıb formalaşması və inkişafı önəmli proseslərdən biridir. “Azərbaycan
mədəniyyətinin ağır hissəsini təşkil edən Azərbaycan ədəbi dili tarixi ümumtürk mədəniyyətinin
regional təzahürüdür” (1, 5).
Azərbaycan dili böyük türk dilləri ailəsinə daxil olsa da, onun xalq ruhunu yaşadan,
Azərbaycan təfəkkürünün məhsulu olan, qədim zamanlardan bəri Azərbaycan xalqının
mənəviyyatını əks etdirən özəl xüsusiyyətlərə malikdir. Belə ki, Azərbaycan ədəbi dili tarix boyu
müxtəlif funksional üslubları ilə bir sıra normativ faktlar qazanaraq bu prosesdə uzun bir yol
keçərək xeyli zənginləşmiş və türk dilləri içərisində seçilən dillərdən biri kimi yaşamını davam
etdirmişdir. Bu dilin ədəbi dil kimi formalaşıb inkişaf etməsində bədii üslubun özünə xas rolu
olmuşdur. “İstər tarixən qədimliyi, istərsə də müasir mərhələdəki inkişafı baxımından bədii üslub
ədəbi dilin digər funksional üslublarından seçilir. Azərbaycan yazılı ədəbi dilinin təxminən minillik
tarixi, müəyyən mənada, bədii üslubun inkişaf tarixi deməkdir. Belə bir fakt inkaredilməzdir ki,
Azərbaycan ədəbi dilinin XIX əsrin ikinci yarısına qədərki tarixi, əslində, bədii üslubun tarixi
olmuşdur” (1, 253). Bu üslub Azərbaycan ədəbi dilində aparıcı rolu ilə həmişə öndə getmişdir. Həm
şifahi, həm də yazılı nümunələrimizdə ədəbi dilin üslub imkanları genişdir. Azərbaycan şifahi ədəbi
dilinin maraqlı örnəkləri indi də yaranıb çoxalmaqdadır. Bu baxımdan, nağılların da özünəxas üslub
özəllikləri vardır. Onların dili bir çox cəhətdən araşdırılmağa layiqdir. “Nağıllar, hekayətlər,
qaravəllilər və lətifələr azərbaycanlıların zəngin və müxtəlif şəkilli el yaradıcılığı növlərindən bir
qismidir. El yaradıcılığının bu fantastik təhkiyəvi növünün pərdəsi altında Azərbaycan əməkçi
elinin tarixi keçmişi, ictimai əlaqələri, əməl və arzuları ilə etiqadları, inanışları canlanan kimidir”
(2, 7).
Qədim yunan şair və filosofu K.Horatsi sözü “böyük hökmdar” adlandırmışdır. Dilimizdəki
sözlərin işlənmə məqamlarını, üslub keyfiyyətlərini araşdırdıqca, bir daha təsdiq olunur ki, söz,
doğrudan da böyük qüvvətə malikdir. Nağıllarının dilində işlənmə tezliyini itirərək müxtəlif
dialektlərdə yaşayan köhnəlmiş sözlər diqqəti çəkən dil faktlarındandır.
Bir padşahın da göz işlədikcə üzüm bağları var idi. Elə olur ki, bir il qış bərk gəlir. Şahın
qoyun sürüsünün otu, yemi qurtarır. Nökər-naib gəlib şaha xəbər çatdırırlar... Yazda şah, vəzir-
vəkil də gəlib baxır ki, qoyun sürüsü qışı çıxıb (5, 55). Yazda bağda o xətəm üzüm olur ki, ta
yığmağınan başa gəlmir (5, 55).
Bu örnəklərdəki padşah, şah, nökər-naib, vəzir-vəkil sözləri dildə işlənmə tezliyini itirərək
tarixizmlər sırasına daxil olmuşdur. “O xətəm” sözü isə dialekt faktlıdır, “o qədər” sözünün
sinonimidir. Məlumdur ki, bədii üslub dogər funksional üslublarla müqayisədə qeyri-ümumişlək
sözlərə də meydan verən üslubdur və bədii dildə dialekt faktlarının olması təbiidir. Bədii üslubun
leksikasında köhnəlmiş sözlər və dialekt örnəkləri ilə tez-tez qarşılaşmaq mümkündür. Köhnəlmiş
sözlər və dialektlər müxtəlif tarixi mərhələlərdə dilimizin leksik-qrammatik xüsusiyyətləri, inkişaf
perspektivləri haqqında müəyyən təsəvvür yarada bilir. Bu sözlər ümumişlək sözlərlə müqayisəıdə
54
az işlənsə də, ədəbi dilin sadəliyini təmin etməkldə faydalıdır. Bütün zamanlarda ədəbi dilin yazılı
və şifahi dili arasında müəyyən fərqlər olmuşdur. Bu fərqlərin aradan qaldırılmasında köhnəlmiş
sözlərin və dialektlərin mühüm rolu vardır. Bundan başqa, dildə ümumtürk dili örnəklərinin
müəyyənləşdirilməsində də köhnəlmiş sözlər və dialektlər mühüm rol oynayır.
Azərbaycan nağıllarının dilindəki köhnəlmiş sözlər içərisində daha çox leksik vahidlər
tarixizmlər işlənmişdir. Tarixizmlərdən “bəy”, “xan”, “padşah”, “koxa” kimi sözlər daha çox
işlənmişdir. “Zəmanənin hökmü” (2, 21-26) və “Göy mıncıx” (2, 27-33) nağılının dilindəki
köhnəlmiş sözlərə nəzər salaq:
Ha iştərdi, şumlardı, əkərdi, malalayardı, becərib məhsulu başa gələndə bəy bir yandan,
koxa bir yandan, borclu bir yandan bunun məhsulunu xirmanda qurtarardılar.
– Bax, burdan düz şəhərə gedərsən, görəcəksən, camahat dükan-bazarı bağlayıb padşah
meydanına qaçır. Sən də qoşularsan camahata. Şəhərin padşahı bir yuxu görübdü.
Səni apararlar padşahın hüzuruna. Yeyərsən, içərsən, padşahnan bağçada seyrana
çıxarsan. Bağın ortasındakı hovuzun qırağında oturarsan. Padşah sənnən xəbər alacaq ki, ey
mənim şəhərimin dünyagörmüşü, mənim bu vaqiəmin mənası nədir?
Axşam çağları padşah vəzir-vəkiliynən baxçaya seyrana çıxdı.
Vəzir-vəkilinə əmr elədi ki, məni istəyən Əlmərdana xələt versin (“Zəmanənin hökmü”
nağılından ).
Bu qardaşlar söydəyərlik edirdilər.
Bunlar söydəyə getmişdi, üstlərinə haramı düşüb var-yoxlarını əlindən alır.
Sözün dəyəri böyükdür və Azərbaycan xalqı sözü anlayan və onu işlətməyi bacaran xalqdır.
Bu xalqın yaratdığı folklor örnəkləri onun zəngin mənəviyyatını, gözəl arzularını, həyata, cəmiyyətə
münasibətini göstərən qiymətli sənət əsərləridir, yüksək fikirlər qaynağıdır. İnsanın fikirləri onun
sözləri ilə meydana çıxır. Qədim zamanlardan bəri ulularımız sözə “ağlın çeşməsi” kimi qiymət
veriblər. Doğrudan da, sözlə ifadə olunana folklor nümunələri xalqımızın müdrikliyini, düşüncə
dərinliyini göstərir. Onun yaratdıqları dilimizin üslub özəlliklərini, leksik-qrammatik zənginliyini
yaşatmaqda çox əhəmiyyətlidir. “Dil hər bir fərdin, ümumilikdə isə xalqın mövcudluğunu
şərtləndirir, onu bəşər mədəniyyətinə qoşur, quvuşdurur” (4, 9). Azərbaycan nağıllarının da dili
onların yüksək ideyası, təlqin etdiyi mənəvi keyfiyyətlər qədər dəyərlidir.
Nağılların dilindəki dialekt və köhnəlmiş sözlərin araşdırılması dilimizin dərindən
öyrənilməsinə kömək edir. Sabah oldu, arvadı Əlmərdançun xamralı bağladı, bir az da daşa
dönmüş pendir qoydu.
Kişinin üstündə kəsərtidən-zaddan bir tiyəsi də yoxdu.
Əlmərdan kişi bir az da yeyin tərpəndi.
Qoca yenə yeyinlədi.
Bu hində qulağına ilanın səsi gəldi (“Zəmanənin hökmü” nağılından ).
Qız da düyü arıtdıyırdı ki, xörək bişirsin.
–Qardaş, mənim günahıma batıb, nahaq qan eləmə. Mən heç bir kişi xaylağı görməmişəm.
Düyü arıtdıyırdım, bir göy mıncıx tapdım, ağzıma atmışdım, bilmədim uddum. Hər nə oldusa, o göy
mıncıxdan oldu.
Oğlan durdu, öküzdəri boyunduruxluyup, toxumu, xışı da götürüpçıxdı işə.
Öküzdəri iti götürüp getdi cüt əkməyə.
Ulamanı çıxardıpöküzdərin hərəsininbuynuzunun arasınnan bir dəfə vuran kimi yıxıldılar,
öldülər.
Çırtmaynan vırıp baydacanın altın dəldi, dibinnən baydacanı elə sordu ki, qaymaq gəlip
yapışdı baydacanın dibinə.
–Ay arvad, Göy mıncıx yorunuxdu, yerin sal, yatsın.
–Ağırdan, yüngüldən qabla farmaşdara, bir neçə dəst də yatıp-duracax qoy, yüklənək
qaçax.
Bıların başı qarışan kimi xəlvətcə durdu, girdi farmaşa (“Göy mıncıx” nağılından ).
Bu örnəklərdə fərqləndirilmiş sözlər işlənmə tezliyini itirsə də, dialektlərimizdə yaşamını
davam etdirir. Və o da diqqəti çəkir ki, nağılların dilində arxaizmlər tarixizmlərdən bir qədər geri
55
qalır. “Köhnəlmiş sözlər bir-birindən köhnəlmə dərəcəsinə görə fərqlənirlər. Bu cəhətdən
Azərbaycan dilindəki köhnəlmiş sözləri iki qrupa ayırmaq olar:
1.
Dil üçün tamam köhnəlmiş sözlər...
2.
Müasir Azərbaycan dili üçün köhnəlmiş sözlər” (4,153).
Folklor örnəklərinin dilindəki arxaizlmlər, əsasən, ikinci qrupa aiddir, yəni tarixizmlərdir.
Azərbaycan nağıllarının dilindəki köhnəlmiş sözlərin çoxu keçmiş quruluşla bağlıdır.
S.Cəfərov köhnəlmiş sözləri dörd qrupa bölür və sonuncu qrupa “köhnə quruluşla əlaqədar idarə,
müəssisə və vəzifə adlarını” daxil edir (3,72). Nağıllardakı dildən çıxan sözlərin belə adlara aid
olması onların məzmununda aks olunan hadisələrin qədim zamanlarla bağlılığından irəli gəlir:
“Nağıllar onları yaratmış olan insan cəmiyyəti qədər qədimdir. Bunlar el yaradıcılığının bir növü
kimi uzun zamanlar bilgi və bədii həyəcanın mənbəyi olmuş, bir sıra həyatı bağları, təbiətlə, ayrı-
ayrı şəxslər və kütlələrlə olan əlaqəni sürətləndirmiş, ibtidai insan isə bunların hamısını öz
yaradıcılığı ilə bəzəmiş, şəxsləndirmiş, nəsildən-nəslə söyləyərək əbədiləşdirməyə çalışmışdır”
(2,7). Bu baxımdan, nağıllarımızın dilindəki köhnəlmiş sözlər işlənmə tezliyinə görə da iki qrupa
ayrılır:
1.
Keçmiş quruluşla bağlı olub, hər hansı bir məqsədlə işlənən arxaizmlər.
2.
Dildə aktiv işlənməsə də, dili tamamilə tərk etməyən, bəzi dialektlərdə özünü göstərən
arxaizmlər.
Doğrudan da, folklor örnəklərinin dilində elə köhnəlmiş sözlər vardır ki, hazırda
dialektlərimizdə işlənir. Bunlardan biri – “arı” bir deyimdə qalmışdır: “Aydan arı, sudan duru”.
“Arı” sözü bir zamanlar türk dillərində, o cümlədən Azərbaycan dilində aktiv leksik-
qrammatik vahid kimi işlənsə də, hazırda Nuxa, Oğuz, Naxçıvan dialect və şivələrində “arıtlamaq”
feli işlənməkdədir.
Beləliklə, Azərbaycan nağıllarının dilində işlənən köhnəlmiş sözlər içərisində çox maraqlı
faktlarla qarşilaşmaq olar. Milliliyi ilə seçilən köhnəlmiş sözlər bir zamanlar tarixi leksika və
qrammatikamızda fəal mövqe tutmuşdur. Onlardan indi də faydalanmaq mümkündür. Belə ki, dilə
alınmaların daşınmasındansa, bəzi köhnəlmiş sözləri “diriltmək” daha faydalıdır.
ƏDƏBİYYAT
1. Azərbaycan ədəbi dili tarixi. Bakı, Şərq-Qərb, 2007
2. Azərbaycan nağılları. Bakı, Şərq-Qərb, 2005
3. Cəfərov S. Müasir Azərbaycan dili. Bakı, Maarif, 1982
4. Əlibəyzadə E. Azərbaycan dilinin tarixi. Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 2007
5. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı, Maarif, 1988
6. Naxçıvan folkloru, II c. Naxçıvan, Əcəmi, 2011
ABSTRACT
Ganira Askerova
Stylistic features of the dialects and obsolete words in the language of tales
Folklore samples are one of the sources which indicate the richness and simplicity of a
language. The role of folklore samples is irreplaceable in the formation of our oral literary
language. There is a wide choice of stylistic features of our literary language either in oral, or in
written samples. At present the interesting samples of Azerbaijan oral literary language are also
appearing and increasing. From this standpoint, the tales have their own specific stylistic features.
The obsolete words that exist in the different dialects but have lost their frequency of usage in the
language of tales are one of the language factors that draw attention.
The obsolete words and dialects are able to form a certain imagination about the lexical-
grammatical features and their developmental perspectives of our language in different historical
periods. There have always been definite differences between the oral and written forms of the
literary language. The obsolete words and dialects play an important role in the elimination of these
56
differences. Moreover, the obsolete words and dialects also play an important role in defining the
all-turkish samples in the language.
Though the obsolete words have lost their frequency of usage, they continue their existence
in our dialects. It also draws attention that archaisms are met more frequently than historicisms in
the language. The folklore samples created by our people are sources of higher opinions and
valuable works of art that reflect their rich spirituality, pleasant wishes, their approach towards the
life and community.
One can come across very interesting facts among the obsolete words in the language of
Azerbaijani tales. The obsolete words distinguished with their nationality held an active position in
the historical lexis and grammar in different periods. Today it is also possible to get benefit from
them. Thus, it is better to “liven” some obsolete words than to borrow words from other languages.
РЕЗЮМЕ
Аскерова Ганира
Стилевые особенности диалекта и устаревших слов в сказках
Одним из источников богатства и простоты языка являются фольклорные примеры.
Фольклорные примеры играют значительную роль в формировании устного литературного
языка. Стилевые особенности литературного языка имеют широкие возможности и в устных
и письменных примерах. И в настоящее время в устном азербайджанском литературном
языке продолжают распространяться интересные фольклорные примеры.
В связи с этим, и сказки имеют своеобразные стилевые черты. Интересны в языке
сказок устарелые слова разных диалектов.
Устарелые слова и диалект в разных исторических этапах способны создать
определенные информации о лексических и грамматических особенностях, о перспективах
развития нашего языка. Во все времена существовали определенные различия между
письменным и устным языками литературного языка. В устранении этих различий важную
роль играют устарелые слова и диалект. То есть, в определение примеров турецкого языка на
нашем языке устарелые слова и диалект играют важную роль. Хотя в настоящее время
использование старых слов перестало быть актуальным, но устарелые слова продолжают
также существовать на нашем языке.
Интересно также то, что архаизмы в сказках отстают немного от историчности.
Фольклорные примеры, созданные нашим народом являются драгоценными произведениями
искусства, источником высоких мыслей, отражающие богатый духовный мир народа,
отношение его к жизни, к обществу.
В устарелых словах, используемых в азербайджанских сказках можно встретиться со
многими интересными фактами.
Устарелые слова, отличающиеся своей национальностью в свое время
принимали
активную позицию в нашей исторической лексике и грамматике.
Воспользоваться ими сейчас вполне возможно. Так как, вместо приобретения новых слов,
«оживление» некоторых старых слов может быть более важным.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Ə.Quliyev
57
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
SƏDAQƏT HƏSƏNOVA
Naxçıvan Müəllimlər İnstitutu
UOT:81.1
AZƏRBAYCAN VƏ TÜRK DİLLƏRİNDƏ ALQIŞ VƏ QARĞIŞ
PARALELLİYİ
Açar sözlər: alqış, qarğış, dil, fikir, nitq mədəniyyəti
Key words: cheer, curse, language, thought, speech, culture
Ключевые слова: пожелания, проклятия, язык, мысль, культура речи
Azərbaycan və türk dilləri eyni dil ailəsinə və bu dillərin eyni qrup (oğuz qrupu) və hətta
eyni yarımqrupuna (oğuz-səlcuq yarımqrupuna) daxil olduğundan bu dillərdə danışanların bir-biri
ilə anlaşma dərəcəsi xeyli dərəcədə yüksəkdir. Təsadüfi deyildir ki, hələ XIX yüzilin sonunda
aktual məsələ olaraq meydana çıxan və XX yüzilin əvvəlindən bəri “Füyuzat” dərgisində proqram
kimi irəli sürülən “ortaq türk dili ideyası”nın həyata keçirilməsində Azərbaycan və türk dilləri əsas
hesab edilmişdir. Bu, həmin dillərin inkişaf səviyyəsinin də yüksək olduğunu göstərir. Son
məlumatlara görə, bu gün dünyanın insan həyatı üçün yararlı olan beş qitəsində türk dilində
danışanlar vardır. Bu, türk dillərinin yayılma arealının böyüklüyünü göstərən faktlardandır.
Tarixən dili, dini, yaşam adət-ənənələri eyni olan türk xalqlarının mənəviyyat baxımından
zənginlik və seçkinliyi artıq bütün dünyaya bəllidir. Lakin bu xalqların mənəvi örnəklərində ümumi
cəhətlər çox olsa da, hər birinin özünəxas özəllikləri də vardır. Bu baxımdan, folklor nümunələri
diqqəti çəkir.
Alqış və qarğışlar Azərbaycan nitq mədəniyyətində nitq etiketlərinə (yarlıqlarına) aid olan
örnəklərdir və onlar məişət nitqində özünəməxsus mövqeyə malikdir. Türk dilində isə onlar folklor
nümunələri hesab edilir. Sözügedən dillərdəki mövqeyinə baxmayaraq alqış və qarğışlar məna
çalarlarına, məzmun keyfiyyətlərinə görə bir sıra yaxınlıqlara malikdir. Bu maraqlı örnəklərdə türk
xalqlarının dərin hissiyyatı və yüksək təfəkkür mədəniyyəti yaşayır. Türk dilində alqışlar dua da
adlandırılır və bu, təbiidir. Çünki onların hər biri dua səviyyəsində olan xeyirxahlıqla bağlıdır və
çoxu dini xarakter daşıyır. Məsələn: Allah köməyin olsun! On iki imam köməyin olsun! Allah işini
rast gətirsin! Allah xoşbəxt eləsin! Allah yaman gözdən saxlasın! və s. kimi alqış-dualar bu
baxımdan diqqəti çəkir.
Türk dillərində alqış və qarğışların – dua və bədduaların keçmişi qədim tarixi köklərlə
bağlıdır. Hələ “Kitabi-Dədə Qorqud”
dastanında onların çox mükəmməl örnəkləri ilə qarşılaşırıq.
Dastanın müqəddiməsində Dədə Qorqudun dilindən verilən alqışlar buna örnəkdir. Bundan başqa,
dastanın bütün boyları dualarla bitir. Dastanların dilində ilk boydan – “Dirsə xan oğlu Buğac
boyunu bəyan edər, xanım, hey!” boyundan başlamış son boya – “İç Oğuza Dış Oğuz asi olub
Beyrək öldüyü boyı bəyan edər, xanım, hey” boyuna qədər saysız-hesabsız dualar vardır:
Yerlü qara dağların yıxılmasın!
Kölgəlicə qaba ağacın kəsilməsin!...
Ağ birçəklü anan yeri behişt olsun!
Ağ saqallu baban yeri uçmağ olsun! (4, 36).
Allah verən umudun üzülməsün! (4, 51).
Ölüm gəldikdə səni təmiz imandan ayırmasın!
Allah səni namərdə möhtac etməsin! (4, 302) və s.
Maraqlıdır ki, “Kitabi-Dədə Qorqud” dastanının dilində duanın hökmünə böyük inam vardır.
Dirsə xanın oğlu Buğac, Bayburanın oğlu Beyrək, Baybecanın qızı Banuçiçək dua ilə doğulur.
58
İgidlər döyüşdən qabaq namaz qılıb dua edirlər. Bu dua – alqışlardakı sözlərin hikməti dərin, təsiri
böyükdür.
“Kitabi-Dədə Qorqud” dastanının dilində qarğışlar da özünü göstərir. Bacısını heç kəsə
vermək istəməyən Dəli Qarcar Banuçiçək üçün elçi gələn Dədə Qorquda qılınc çəkmək istəyəndə
Dədə onu qarğıyır: “Çalırsan, əlin qurusun” – dedi” (4, 59). Və Dədənin qarğışı Dəli Qarcarı tutur,
onun əli “yuqaruda asılı qaldı”. Deməli, alqışlarda da, qarğışlarda da hansısa bir mənəvi və sehrli
bir qüvvə var. “Kitabi-Dədə Qorqud”
dastanlarındakı dualar şaman duaları hökmündədir və bəlkə
də həmin dualarla bağlılığı vardır.
Qədim qaynaqlar da təsdiq edir ki, ağzı dualı nənələrimiz, babalarımız yaxşılıqları,
xeyirxahlıqları gözəl sözlərlə – alqışlarla mükafatlandırıblar. Pisliklərə, bədxahlıqlara qarşı isə dili
qarğışlı olublar.
Azərbaycan və türk dillərindəki alqış və qarğışlar (o cümlədən digər folklor örnəkləri) üç
qrupa ayrılır:
1.
Həm forma, həm də məzmunca eyni olanlar;
2.
Formaca fərqli olub, məzmunca eyni və ya yaxın olanlar;
3.
Dillərin biri üçün səciyyəvi olanlar, yəni bir dilə – ya Azərbaycan, ya da türk dilinə xas
olanlar.
Birinci qrupa, yəni hər iki dildə həm forma, həm də məzmunca eyni olan alqış və qarğışlara
aşağıdakıları misal göstərmək olar:
Alqışlardan – dualardan: Ağ günlü olasan! (3, 222). Allah axıracen yarıtsın! (3, 223). Allah
yrzanı bol eylesin! (3, 223). Qazancın artıq olsun! (3, 224). Ömrün uzun olsun! (3, 224). Evin abad
olsun! (3, 224). Allah süfrəni hemeşe açıq eylesin! Allah üreyine göre versin! (3, 226).
Qarğışlardan – beddualardan: “”Anan meler qalsın!” (3, 227), “Ağzında dilin yansın!” (3,
227), “Gelin ölesen!” (3, 228), “Adın adlara qoyulsun!” (3, 228) və s.
İkinci qrupa, yəni formaca fərqli olub, məzmunca eyni və ya yaxın olan alqış və qarğışlara
aşağıdakıları örnək göstərmək olar:
Türk dilində “Ocağın hemeşe qonaqlı-qaralı olsun!” (3, 224) alqışı – duası Azərbaycan
dilində “Həmişə qonaqlı-qaralı olasan!”, türk dilində “Ölenlerinin yeri behişt olsun!” alqışı
Azərbaycan dilində “Allah ölənlərinə rəhmət eləsin!”, Türk dilində “Uşaqlarını Allah saxlasın!”
alqışı Azərbaycan dilində “Allah balalarını saxlasın!” şəklindədir. Göründüyü kimi, bu dualar
yalnız bəzi sözlərinə və ya söz düzümlərinə görə fərqlənir, anlam baxımından isə, demək olar ki,
bərabərdir.
Həm türk, həm də Azərbaycan dillərində forma baxımından azca fərqlənsə də, məna-məzmun
bağlılığı olan qarğışlar da vardır: Türk dilində – “Oğul toyu görmüyesen” (3, 228), Azərbaycan
dilində “Bala toyu görməyəsən”, türk dilində “Hersin başını yesin!”, Azərbaycan dilində “Öz başını
yeyəsən!” və s.
Üçüncü qrupa aid olan, yəni dillərin biri üçün məqbul olub digər qohum dildə işlənməyən,
deməli, bir dilə – ya Azərbaycan, ya da türk dilinə xas olan alqış-dua örnəklərinə də rast gəlmək
mümkündür. Məsələn, “Sinəndə ağ tüyler pitsin”, “Gözün pis üzler görmesin!”, “Vetenine yad
ayağı deymesin!”, “Qazancın qazan doldursun!”, “Boz atın büdremesin!” kimi alqışlar türk dili
üçün səciyyəvidir və bunlar, xüsusilə də “Vetenine yad ayağı deymesin!” çox qiymətli dualardır.
“Vətən gözündə ucalasan!”, “Yüksələsən, alçalmayasan!”, “Tay-tuş yanında başıuca olasan!”
alqışları da Azərbaycan dili üçün səciyyəvidir.
“Ac ölesen!” (3, 229), “Yara-xora tökesen” (3, 229), “Balan başını yesin!” (3, 229), “Elin
qelem tutmasın!” (3, 230), “Payın palçığa dönsün!”, “Payın ite tökülsün!” (3, 231) bədduaları –
qarğışları türk dilində işlənən örnəklərdir.
Azərbaycan və türk dillərində elə örnəklər var ki, bir dil üçün duadırsa, bir qədər başqa
formada – xəbəri inkar şəkilçili feillə ifadə olunaraq digər dil üçün bədduadır – qarğışdır. Məsələn,
türk dilində “Cavan qeddin yere gelmesin!” duası ilə Azərbaycan dilindəki “İgid arxan yerə gəlsin!”
qarğışı bir-biri ilə mənaca əkslik təşkil edir.
Türk dilinə xas olan dualar içərisində elələri vardır ki, onlar Azərbaycan dilində dua və ya
alqış hesab edilmir. Məsələn: “başına dolanım”, “başına dönüm”, “qadan alım”, “sabahın xeyir!”,
59
“uğur olsun!”, “salamat qal!” ifadələri belələrindəndir. Bunlardan “başına dolanım”, “başına
dönüm”, “qadan alım” qeyri-rəsmi müraciət etiketləri, “sabahın xeyir!” görüşmə etiketi, “uğur
olsun!”,“salamat qal!” isə ayrılma etiketləridir. Bu etiketlər türk dilində dua kimi qəbul edilib.
Azərbaycan dilində belə ifadələr nitq etiketləri sırasına daxildir. Əvvəllər Azərbaycan dilində də
onlar indiki mövqeyində olmamış, məişət-mərasim nəğmələri sırasına daxil edilmişdir.
Alqış və qarğışlar xalqımızın milli təfəkkürü, etnoqrafiyası ilə bağlı olaraq nitq
mədəniyyətinin göstəricisi kimi meydana çıxmışdır. Bu baxımdan, müraciət, görüşmə, ayrılma,
təbrik yarlıqları geniş yayılmışdır. Artıq alqışlar və qarğışlar da nitq etiketləri sırasında seçkin
mövqedədir. Onlar xalqın düşüncə və münasibətlərini ifadə etməkdən başqa, həm də özünə xas
hikmətə malikdir. Bundan başqa, onlarda gizli fikir və sözlər də vardır.
Alqışlar və qarğışlar minilliklər boyu, əsasən, dəyişməyən, sabitliyini qoruyub saxlayan
etiketlərdəndir. Onlar bəzi nitq etiketləri ilə müqayisədə ünsiyyətdə aktiv mövqeli olması ilə diqqəti
çəkir. Elə nitq etiketləri var ki, onlar ünsiyyətdən tez çıxır və ya başqası ilə əvəz olunur. Alqışlar və
qarğışlar isə min illərdir ki, ünsiyyətin canlılığını təmin edir. “Nitq etiketlərindən yerli-yerində
istifadə olunması ünsiyyətin normal gedişinə, anlaşmaya kömək edir, səmimi münasibət yaradır. Bu
etiketlərlə biz çox zaman hörmət və məhəbbətimizi, bəzən də qəzəb və nifrətimizi ifadə etmiş
oluruq” (1, 499). Hələ qədim zamanlardan yazının meydana gəlmədiyi dövrlərdən barmaqları qələm
görməyən, məktəb tanımayan, lakin yüksək və dərin təfəkkürlü xalqımız öz mənəvi sərvəti olan
dilinin maraqlı bir örnəyi kimi bir çox nitq mədəniyyəti nümunələri ilə yanaşı, alqış və qarğışları da
yaratmışdır.
Hər bir xalqın öz mənəviyyatına, həyat tərzinə, adət-ənənələrinə uyğun deyimləri, nitq
mədəniyyəti örnəkləri onun milli-mədəni təfəkkürünün mükəmməl göstəricilərindən biridir. Türk
xalqlarının dilindəki belə nümunələr onların zəngin mənəviyyatının, dolu qəlbinin və ağlının
məhsulu olaraq uzun zamanlardan bəri dildən-dilə keçmişdir. Onlar xalqın zövqünə, təfəkkürünə
uyğun düzülüb-qoşulmuş, zaman-zaman ümumtürk dil mədəniyyətinin qiymətli sərvəti kimi yüksək
dəyərlərlə zənginləşmişdir.
Ox atmaqda, qılınc oynatmaqda, at çapmaqda, dövlət qurmaqda məşhur olan qədim türklər,
sözdən istifadə etməkdə, onu yerində və layiqincə işlətməkdə də çox bacarıqlı idilər. Onların
dilindəki bir çox nümunələr, o cümlədən alqışlar və qarğışlar söz-ifadə yaradıcılığının
mükəmməlliyini göstərir. Az sözlə çox fikir ifadə edən bu qədim məişət nitqi örnəkləri xalqın
içindən gələn, hər hansı bir durumla bağlı olaraq meydana çıxan maraqlı dil vahidləridir.
Həm Azərbaycan, həm də türk dillərinə xas olan alqış və qarğışlardakı paralellik bir daha
göstərir ki, türk xalqlarının dili bir, dini bir, təfəkkürü birdir. Bu örnəklər xalqımızın söz haqqı, söz
yaddaşı, hikmətlərlə dolu söz dünyasıdır. Söz Tanrının insana bəxş etdiyi ən yüksək və ülvi
hədiyyədir. Bu əvəzsiz mənəvi nemətlə Tanrı insanı bütün digər canlılardan ayıraraq onu xoşbəxtlik
mərhələsinə qaldırıb. Doğrudan da, düşündüklərini ifadə edə bilmək, dərdini anlatmaq, dərdlərə
yandığını nitqinlə bildirməyi bacarmaq, mənəviyyatını dilinlə yaşatmaq insanın ən böyük
uğurlarındandır. Bu anlamda, nitq mədəniyyətimizin söz və məna zənginliyi mənəvi dünyamızın
zənginliyindən xəbər verir. Təsadüfi deyildir ki, çox qədim tarixi-mədəni irsə malik olan türk
xalqları əsrlərin sərt sınağından çıxan zəngin mənəvi irsi ilə bəşər tarixində tanınmışlar. Dünya
mədəniyyəti tarixində türklərin fərqli və əvəzsiz rolu vardır. Alqış-qarğış örnəkləri türk xalqlarının
sözdən istifadə bacarığının, nitq mədəniyyətinin qədimliyini təsdiq edən qaynaqlardan biri kimi
qiymətlidir.
Dostları ilə paylaş: |