Nurəddin Mehdixanlı
Nemət Pənahlının yazdıqları bu və bəzi digər gizli məsələlərə tam aydınlıq gətirməkdədir: «İyunun 9-na təyin etdiyimiz baş tutdu. Mitinqdə dövlətlə danışıqlar aparmaq üçüm Hatəmi komissiya yaratdı. Komissiyanın tərkibindəki adamlar bunlar idi: Məhəmməd hatəmi, Əbülfəz Əliyev, Xəlil Rza, Tağı Xalisbəyli, Şamil Saleh Firudin Cəlilov, Sabir Yanardağ, Bəxtiyar Tuncay, Mikayıl Mirzəyev, Rüstəm Behrudi, Sevil Cahani, bir də mən. Mitinqdə mən də şıxış elədim.
Mitinqdə 15-dən çox tələb qoyulmuşdu. Əsas tələb Qarabağ hadisələri ilə bağlı idi. Eyni zamanda tələb qoyduq ki, rəhbərlik mitinqdə bəyan edilmiş komissiyanın üzvlərini qəbul eləsin.
Mitinqdə ən çox yadımda qalan Xəlil Rzanın və Sevil Cahaninin çıxışları oldu.
Ertəsi gün məlum oldu ki, Ramiz Zeynalov bizim «Vətən» Cəmiyyətində qaldırdığımız tələbləri Vəzirova çatdırıb və Vəzirov da bizi qəbul etməyə qərara alıb. Vəzirovun qəbuluna getmək üçün bizi Cəmil Əlibəyovun yanına dəvət etdilər və orada Bəxtiyar Tuncayla mənim adımı oradan çıxartdılar Düzü mən heç əhəmiyyət vermədim, ancaq Hatəmi nə qədər çalışdısa, faydası olmadı. Cəmil Əlibəyov dedi ki, Vəzirov onsuz da Neməti bir dəfə qəbul edib.
Vəzirovun qəbuluna gedən silahdaşlarımızın yolunu bir xeyli gözlədik. Onlar, nəhayət ki, bu görüşdən qayıtdılar. Hatəmi çox dilxor idi. Məlum oldu ki, əsas məsələ qalıb bir tərəfdə, silahdaşlarımızın əksəriyyəti öz problemlərindən söz salıblar. Biri mənzil istəyib, biri işsizlikdən gileylənib, bir başqası isə kitabının çapını tələb eləyib…
Yadımdadır, elə ertəsi gün Vəzirovun göstərişi ilə Nurəddin Quliyevə ev verdilər. Hatəmi hamını söyüb yamanlayırdı. Amma buna baxmayaraq Hatəmi ayın 18-nə mitinq elan elədi» (6, s. 135).
Dostları ilə paylaş: |