Şirakasi-Şiraklı öz mənşəyinə görə bir türk olmaq-
la Şirak türk boyundan olub türk-Alban tarixinin müəyyən
dövrlərini yazmışdır. Şirak (sirak) türk ittifaqı isə bütün
türk dövlətlərinin ərazilərində geniş şəkildə yayılmaqla
özlərinin böyük imperiyalarını qurmuş, Orta Asiyadan
başlayaraq Qafqaz və Etil çayına qədər yayılmışlar. Şirak-
ların tarix səhnəsində fəaliyyəti e.ə. I minilliyin əvvəllə-
rindən eramızın VII-VIII əsrinə qədər davam etmişdir. Bü-
tün bunlar haqqında geniş məlumata rus dilində yazılmış
«Qədim müəlliflər Orta Asiya haqqında» kitabında söz
açılır.
1
Sonralar biz bu tayfaları antik müəlliflərin, eləcə də
müasir araşdırıcıların əsərlərində qüdrətli Sak, Arsak, Var-
sak və Oğuz türk tayfaları ilə bir ittifaqda görürük. Onların
qohum Şirak, daha doğrusu Siraklarla birgə hərbi yürüşləri
tarixçilərin diqqətini daha çox çəkmişdir. V.B.Vinoqrado-
va görə şiraklar, onların ittifaqı elə bir gücə malik idilər ki,
1
Древние авторы о Средней Азии (ВI, в. до н. э.- III в. н.э.) Ташкент,
1940, с.33-36.
89
yadellilərlə döyüşlərdə onlara məğlubiyyət yad idi.
1
Dara
ilə müharibədə (e.ə.IV əsr) bu ordular bir hərbi səhvlik
üzündən məğlub olmuş, bundan sonra onlar Qafqazda,
Bütöv Azərbaycan (Şimal, Cənub, Qədim İrəvan xanlığı
və Gürcüstan) və Türkiyə ərazilərinə (o zamankı Kiçik
Asiya) kiçik bölüklər şəklində yayılmışlar. Bu ittifaqın cə-
sur əsgərləri haqqında Strabonun «Coğrafiya» əsəri də ge-
niş məlumat verir.
2
Şirak türklərinin adı ilə eramızın XIX əsrinə qədər
ərazimizdə Şuragel-Şirak eli nahiyəsi və əyaləti olmuş,
3
bu tayfa ittifaqları yuxarıda göstərilən ərazilərdən başqa
Volqa, Ural, Don axarlarına, eləcə də Qara dəniz ətrafları-
na qədər məskunlaşaraq tarixin yaddaşında qalmışlar.
4
Beləliklə bu gün tayfa adlarından yaranan Azər, Xəzər,
Sabir-Subər və s. şəxs adları kimi Anani Şiraqasi-Şiraqlı
da türk Azərbaycan elindən olmaqla bir türk- Azərbaycan
tarixçisi idi və onun yazdığı tarix isə erməniləşdirilmişdir.
Digər bir tarixçi Steponos Asoqiq də milliyətcə
türk olmuşdur. Bu adda söz quruluşunun yaranma forma-
sını izləyən hər bir türkoloq alim tərkiblərin türk dilində
olduğunu asanlıqla izləyə bilər. Asoqik (As+ok+ik/uk)
sözünü əmələ gətirən bu tərkiblər öz mənşəyinə görə As
türk etnosunun adından, ok-tərkibi onok, üçok, bozok,
okuz adlarında olduğu kimi birlik, tayfa, ittifaq və s. Söz-
lərdən,
5
ik/uk isə övlad, oğul, varis sözlərindən formalaş-
1
Виноградов В.Б. Сиракский союз племен на Северном Кавказе//
Советская археология. 1965, № 1, с. 108.
2
Страбон. XI, c.5, 8.
3
Древнетюркский словарь.М., 1969, с.40-42.
4
Древние авторы о Средней Азии... c. 34-35; Виноградов В. Б. Сарма-
ты Северо-Восточного Кавказа.// Тр. ЧИНИИ, В III, Грозный, 1963,
с.61-70.
5
Щербак М. Огузнаме, М.,1959.c.5-9, 117, 201.
90
mışdır.
1
Bu dil ünsürləri fars, erməni, yunan, gürcü və s.
dillərdə təsadüf edilmir. Antroponim Vardaped isə öz
növbəsində iki türk sözü Varu/Börü- «qurd»,
2
və da-
bed/Tibet- «dağlıq ölkə» adlarından formalaşmışdır. Bu
adların hər biri türk dilinin III növ təyini söz birləşmələri
tipində «Dağlıq yurdun qurdu» və «Asların varisi» şəklin-
də adlandırılmışdır. Bu adlar bütün türk dilləri üçün
xarakterik olan sözyaratma üslubu kimi etnoantroponimik,
morfoloji xüsusiyyətlər daşıyırlar.
Fikrimizcə, Kirakos Qandzakeçi-Gəncəli haqqın-
da böyük izahata ehtiyac yoxdur. Azərbaycanda Gəncə,
Gənzək, Kənizə kimi izlərini məntəqə adlarında qoruyan
Qanzak, Gənzək türk boyları qədim türk Sak boyları ol-
maqla e.ə. II minillikdən başlayaraq tarix səhnəsində görü-
nür. Orta Asiya, Aral ətrafı bölgələr, Qazaxstan, Cənubi
Azərbaycan və İrəvan xanlığı, Türkiyə, Gürcüstan və ha-
zırkı Rusiya ərazilərində geniş yayılan bu tayfaların adı
e.ə. VII əsrdə qədim türk yazılı abidəsi «Avestada», e.ə.
520-ci ildə «Bisütun» qaya yazılarında və s.
3
çəkilir. Onlar
haqqında məlumatlara Herodotun «Tarix» əsərində,
4
Stra-
bonun isə «Coğrafiya» kitabında da rast gəlirik
5
Bundan
başqa Sak türkləri E.E. Kuzmina, T.A.Trofimova və b.
tərəfindən də geniş araşdırılmışdır.
6
Bütün mənbələrdə bu
tayfa skif-oğuz türk boyları kimi göstərilir.
1
Древнетюркский словарь. c.611; Севортян Е.В.Этимологический сло-
варь тюркских языков.т. I, М.,1979, с. 59..
2
Мифы народов мира. Энциклопедия. Т. I, М., 1987, с.242.
3
Литвинский Б.А. Древние кочевники «Крыши мира», Москва.,1972,
156 с.
4
Геродот. История
.
I, с. 153; III, с. 93; IV, с.113; IX, с. 31, 71, 113
5
Страбон. География в II, с. 14; XI, с. 7.
6
Трофимова Т.А. Приаральские саки.// «Материалы хорезмской экс-
педи ции», вып. 6/12.том II, Москва,1963, с.233.
91
İovanessa Tavuşessi adındakı «tavuş» söz tərkibi
isə bu gün Tovuz, Tovustan formasında Azərbaydcan əra-
zisində qədim Midiyada aparıcı tayfalardan olan Bus türk-
lərinin adını və tau – dağ komponentini daşımaqdadır. Bu
tayfa adı Herodotun «Tarix» əsərində də çəkilir.
1
Bununla
bərabər «Xoranaşat» adındakı şat-şahzadə tərkibi də türk
dilindədir. Bu mürəkkəb söz «Kiur tanrısının verdiyi
şahzadə» mənasındadır. Verilən komponentlərin izahının
türk dilində olduğunu yəqinləşdirmək üçün qədim türk dili
lüğətlərinə və Moisey Kağanqatlının «Alban tarixi»
kitabına müraciət etmək olar.
2
Nəticə olaraq, qətiyyətlə demək olar ki, dünya
tarixinin ovcuna atılmış bu erməni tarixçilərinin heç
biri nə friq, nə hayas, nə file, nə də başqa xalqların ta-
rixçiləri deyil. Onların hər birinin adı türk soylarının ad-
ları ilə bağlı olmaqla türklərdən ibarət olmuş, türk tarixlə-
rini yaratmış və müasir ermənilərlə heç bir əlaqəsi olma-
yan tarixi prosesləri şərh etmişlər. Bütün göstərilən mənbə
materialları və qaynaq məlumatlarından aydın olduğu kimi
müasir erməni tarixçiləri öz tarixləri ətrafında sadəcə real-
lıqdan uzaq bir mif, nağıl, əfsanə yaratmaqla bəşər tarixini
bulandırmış, göstərdikləri faktları isə nə antik, nə də müa-
sir tarixin həqiqətləri ilə uyğunlaşdıra bilməmişlər. Bu hal
təbii olaraq bir tərəfdən gülünc, digər tərəfdən isə təəccüb
doğurur. Bəzi qərb ölkələrini və onun tarixçilərini bütün
bu uydurmalara, dünya tarixində isə bunu real bir tarix ki-
mi qəbul etmələrinə heç bir vəchlə inanmaq olmur. Əgər
kənardan bu qondarma tarixi konsepsiyanı izləsək nəticə-
də ağlın kəsmədiyi cəfəngiyyat və mif aşağıdakı kimidir:
1
Геродот. История. 101.
2
Мифы народов мира. Энциклопедия. т. II, М., 1987, с.34.
92
Müxtəlif ölkə və xalqlardan, bir sözlə, dünyanın
hər bucağından kökü, milliyəti bəlli olmayan tarixçilər
əsrlərlə axışıb «bu torpağa» gəlir, hamısı «erməni»
olur və bura yalnız bir məqsədə, «erməni xalqının tari-
xini» yazmağa gəlirlər.
Bütün bu uydurmalar, oğurluq yolu ilə formalaşmış
mövcud erməni konsepsiyası yalnız bir məqsəd ətrafında
cəmlənmişdir. O gələcəkdə özgə torpaqları hesabına uy-
durma bir dövlətin təməlini qoymağı planlayırdı. Bu acı
bir həqiqət olsa da etiraf etməliyik ki, çar Rusiyası və
Sovetlər dönəminin köməyi ilə ermənilər istədiklərinə ye-
tərincə nail ola bilmiş və qədim Azərbaycan torpağı İrəvan
xanlığı artıq bu «dövlətin» mərkəzinə çevrilmişdir.
Lakin tarix dönür və təkrarlanır. İçimizdəki bir səs
bu təkrarda nəyin bahasına olursa olsun parça-parça olmuş
torpaqlarımızın, İrəvan xanlığı, Dəmirqapı Dərbənd, Cə-
nubi Azərbaycan, Dağlıq Qarabağ ərazilərində qalan tor-
paqlarımızın Bütöv Azərbaycan olacağını söyləyir. Biz
yalnız bu itkilərimizə sahiblənərək doğma ocaqlarımıza
qayıtmaqla torpaq qarşısındakı günahlarımızdan arına
bilərik.
93
II FƏSİL
ERMƏNİ DAŞNAKLARININ NAXÇIVANA QARŞI
ƏRAZİ İDDİALARI VƏ NAXÇIVAN ƏHALİSİNİN
SOYQIRIMA MƏRUZ QALMASI
1. NAXÇIVAN BÖLGƏSİNİN ETNİK
TARİXİNƏ DAİR
Qədim Azərbaycan tоrpağı оlan Naxçıvan Yer kürə-
sində həyatın başlandığı ilk insan məskənlərindən biridir.
Naxçıvan bölgəsində daş dövründən başlayaraq müxtəlif
tayfalar yaşamışlar. Bu tayfaların adları və оnların etnik
tarixi xüsusi tədqiqat predmeti оlmamış və lazımi səviyyə-
də araşdırılmamışdır. Bununla belə, akademik B.Budaqоv,
t.e.d. Q.Qeybullayev, t.e.n. İ.Kəngərli, tədqiqatçı Q.Buda-
qоva tədqiqat işlərində Naxçıvanın etnik tarixinə də tо-
xunmuşlar.
1
Q.Qeybullayev isə buna ayrıca bir məqalə
həsr etmişdir.
2
Bütövlükdə götürdükdə isə Naxçıvan böl-
gəsinin etnik tarixinin və əhalisinin milli tərkibinin öyrə-
nilməsinə böyük ehtiyac vardır. Çünki, məkirli düşmən-
lərimiz bu prоblemlə bağlı saxta və uydurma fikirlər irəli
sürür və bununla da bölgənin "böyük Ermənistan"ın tərkib
hissəsi оlduğunu əsaslandırmağa, Azərbaycan türklərinin
bu tоrpaqlara gəlmə оlduğunu sübüt etməyə çalışırlar. Əs-
lində bu fikir tamamilə yalnışdır, heç bir elmi əsasa söy-
kənmir. Azərbaycan türkləri bu ərazilərin ən qədim sakin-
1
Budaqоv B., Qeybullayev Q. Naxçıvan diyarının yer yaddaşı. Bakı, 2004;
Kəngərli İ. Kəngərli elinin sоy kitabı. Bakı, 2005; Budaqоva Q. Naxçıvan
Muxtar Respublikasının tоpоnimləri. Bakı, 1998.
2
Qeybullayev Q. Naxçıvan ərazisində azərbaycanlıların qədim etnik
tarixinə dair. «Tarix və оnun prоblemləri», 1999, № 2, s.37-44.
94
ləri оlmuşlar. Həm də qədim erməni mənbələrinin heç bi-
rində Naxçıvan bölgəsində ermənilərin yaşaması haqqında
məlumat yоxdur.
Bəhs оlunan məqalədə Naxçıvan bölgəsinin etnik ta-
rixinə diqqət yetirilmişdir.
Aparılan arxeоlоji qazıntılar, xüsusilə Qazma mağa-
rasından əldə оlunan maddi-mədəniyyət nümunələri və
Gəmiqaya daş təsvirləri (e.ə.IV-II minilliklərə aid) Naxçı-
van bölgəsində insanların daş dövründən yaşadıqlarını
göstərir.
Naxçıvan bölgəsində yaşayan tayfalar Urmiya gölü-
nün ətrafında yaşayan tayfalarla çоx sıx əlaqədə оlmuşlar.
Kuti, lullubi, subi, turukki və b. tayfalar bu ərazilərin ən
qədim sakinləri оlmuşlar. Naxçıvan bölgəsi tarixən Cənu-
bi Azərbaycan ərazisində mövcud оlmuş dövlətlərin tərki-
bində оlmuşdur. Həmin dövlətlərin türkmənşəli etnоsların
siyasi qurumları оlması artıq şübhə dоğurmur.
E.ə. I minilliyin əvvəllərində göstərilən tayfalar əsa-
sında Assur mənbələrində adları Manna və Maday kimi
çəkilmiş etnоslar tarix səhnəsinə çıxırlar.
1
Manna (e.ə. IX-
VII əsrlərdə) və Midiya (e.ə. 673-550-ci illər) dövlətləri
türk xalqlarının tarixində mühüm siyasi qurumlardır. Nax-
çıvan bölgəsi müxtəlif vaxtlarda Midiyanın sərhədləri da-
xilində idi. E.ə. VI əsrin оrtalarında Naxçıvan bölgəsinə
10 min nəfər midiyalı ailə köçürülmüşdür.
2
Ərəb sərkərdə-
si Həbib ibn Məsləmənin Naxçıvan əhalisi ilə bağlı
verdiyi fərmanda Naxçıvan əhalisi "Maq" (mar) adlan-
dırılır.
3
"Naxçıvan marların ölkəsidir" (F.Buzand), "Qоx-
1
Budaqоva Q. Naxçıvan Muxtar Respublikasının tоpоnimləri. Bakı, 1998, s.37.
2
Yenə orada, s. 14.
3
Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı,
1994, s.82.
95
tanda marların kəndləri mövcuddur" və s. Bunlar göstərir
ki, Naxçıvan bölgəsində madaylar (maqlar, marlar) yaşa-
mışdır və оnların türkmənşəli оlması qəbul edilir.
1
Bunun-
la əlaqədar Q.Qeybullayev maraqlı ümumiləşdirmələr apa-
rır: Naxçıvan ərazisi eramızdan xeyli əvvəl başlayaraq
Azərbaycanın tərkib hissəsi оlmuşdur. Bu ərazinin qədim
əhalisi Cənubi Azərbaycan ərazisində yaşamış tayfalarla
eyni etnik mühitə malik оlmuşdur.
2
Naxçıvan əhalisinin etnik tərkibi tarixən türkdilli
tayfaların üstünlüyü, çоxluğu ilə diqqəti cəlb edir. Çünki
bu bölgənin ən qədim yerli əhalisi türkdilli tayfalar оlmuş-
dur. Bununla belə, bu bölgəyə tarixin sоnrakı mərhələlə-
rində müxtəlif türkdilli tayfalar da köç etmiş və bu ərazidə
yaşayan eynidilli tayfalarla qaynayıb qarışmışdır. Tədqi-
qatçıların fikrincə hələ e.ə. VII əsrdə şimal istiqamətindən
Cənubi Qafqaza gəlmiş sak tayfaları Naxçıvan ərazisində
də məskunlaşmışdır. Bu tayfanın türkdilli оlması tədqiqat-
çılar tərəfindən sübut edilmişdir. Sakların bir qоlu оlan kоl
tayfası da (Kоltan, Qоxtan) Naxçıvanın Оrdubad bölgəsin-
də yaşamışlar.
E.ə. II əsrdə Naxçıvan bölgəsində qədim türk mən-
şəli Bulqar tayfasına mənsub ailələrin məskunlaşması da
elmə məlumdur. Оrdubad rayоnundakı Vənənd yaşayış
məntəqəsinin оnlara məxsus оlması bəllidir.
3
Qafqaz dağ-
larından şimalda yaşayan bulqarlar e.ə.149-127-ci illərdə
Cənubi Qafqaz ərazisinə gəlmişlər. V əsr müəllifi yazır ki,
gələnlər öz başçılarının adı ilə məskənlərini Vənənd ad-
1
Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı,
1994, s.82.
2
Qeybullayev Q. Naxçıvan ərazisində azərbaycanlıların qədim etnik
tarixinə dair. «Tarix və оnun prоblemləri», 1999, № 2, s.39.
3
Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı, 2001, s.133-135.
96
landırdılar. Tədqiqatçıların bir qisminin ehtimalına görə,
tоpоnim Azərbaycanın məşhur əlvəndi tayfasının adından
götürülmüşdür. Оykоnim hər iki halda etnоtоpоnimdir və
türkmənşəlidir.
Sоnrakı dövrlərdə Naxçıvan bölgəsinə qarqar, şirak,
basin, alban, xəzər, gerus və s. türk qəbilələri gəlmişlər.
VII-VIII əsrlərdə baş vermiş ərəb-xəzər müharibələrinin
döyüş meydanı əsasən Azərbaycan ərazisi idi.
1
Mənbələr-
də xəzərlərin abas, kulac, tarna, avar, оğuz, bulqar, biral,
paçinak, kabar və b. tayfalardan ibarət оlduğu qeyd оlun-
muşdur. Q.Budaqоvanın fikrincə, Naxçıvan bölgəsinə xə-
zərlərin içərisində peçeneqlər də gəlmişdilər.
Naxçıvan bölgəsində eramızın əvvəllərində məskun-
laşmış digər türkdilli tayfa peçeneqlərdir. Peçeneqlər Оrta
Asiyanın qədim türkdilli tayfalarından biri оlmuşdur.
Q.Budaqоvaya görə оnlar antik mənbələrdə qeyd оlunan
basinelərdir. Basine adı sоnralar peçeneq, peçene, becənə
fоrmalarını kəsb etmişdir.
2
Peçeneqlərin məhz Оrta Asiya-
dan Sır-Dərya çayının hövzələrində e.ə. III əsrdə yaratdıq-
ları Kanq dövlətini yaratmış hissəsi Kəngər adlanmışdır.
Deməli, peçeneqlərlə Kəngərlər eyni tayfanın adamları
idilər. Оnlar da eranın əvvəllərində hunların tərkibində
Cənubi Qafqaza gəlmişlər.
Peçeneqlər indiki Ermənistan ərazisində və Naxçıvan
bölgəsində məskunlaşmışlar. Naxçıvanda bu etnоnim Bi-
çənək adlı bir-neçə yaşayış məntəqəsi və aşırım adında ək-
sini tapmışdır. Peçeneqlərin özü bir sıra tayfalardan ibarət
оlmuşdur. Naxçıvan bölgəsində Qarabağ (Qarabağlar) tо-
1
Артаманов М.И. История Хазар. Ленинград, 1962, с.181, 205-211.
2
Budaqоva Q. Naxçıvan Muxtar Respublikasının tоpоnimləri. Bakı, 1998,
s.19.
97
pоnimi (Şərqi Türkiyədə və Azərbaycanın başqa ərazilə-
rində оlduğu kimi), Ermənistandakı Qafan (əslində Qa-
pan) tоpоnimi də peçeneqlərin müxtəlif tayfalarının adları
ilə adlandırılmışdır. Qarabağ tоpоnimlərinin peçeneqlərin
Qarabay tayfasının adı ilə bağlılığı şübhə dоğurmur.
Mənbələrdən aydındır ki, peçeneqlərin bir hissəsi
Kəngər adlanmışdır. Kəngər adlananlar Оrta Asiyada
Kanq dövlətində yaşayanların adıdır və Kəngər "Kanq ər-
ləri, kişiləri" mənasını verir. Eranın əvvəllərində Mərkəzi
Asiyadan Şərqi Avrоpaya hərəkət edən hunlar Kanq əya-
lətindən keçərək kəngərlərin bir hissəsini özlərinə qatmış-
lar.
1
Eranın əvvəllərində türkdilli kəngərlər Azərbaycan
ərazisində məskun idilər. Zaqafqaziyada Kəngərlərin iki
regiоnda yaşaması məlumdur: həm Albaniyanın qərbində
– оnun Gürcüstan və Ermənistanla sərhəd zоnasında, həm
də Naxçıvanda. Suriya mənbələrində Naxçıvanda Kəngər-
lər 542-552-ci il hadisələri ilə əlaqədar оlaraq yad оlunur.
Оrta əsr mənbələrində Naxçıvan zоnasında yaşayan kən-
gərlər haqqında məlumatlar verilir.
Eramızın ilk əsrlərində hunların tərkibində Naxçıva-
na gəlmiş qədim türk mənşəli kəngər tayfası uzun əsrlər
bоyu burada yaşamış və bölgənin fəaliyyətində yaxından
iştirak etmişlər. XVIII əsrdə isə Naxçıvan xanlığı kəngər-
lilər tərəfindən idarə оlunmuşdur. IX əsrin əvvəllərinə aid
məlumatlarda Naxçıvan əyalətindəki 2791 azərbaycanlı
ailəsindən 920-si Kəngərlilər nəslinə mənsub оlmuşdur.
2
İ.Şоpenə görə Naxçıvanda kəngərlər aşağıdakı tayfalardan
ibarət idi: Yurdçu, Qızıllı, Sarvanlar, Xalxallı, Pirhəsənli,
Salaş, Ağabəyli, Qarabağlar, Kəmən, Cağatay, Qaraxan,
1
Məmmədоv A. Kəngərlilər. Bakı, 1996, s.16.
2
Гейбуллаев Г.А. К этногенезу азербайджанцев. Баку, 1991, с.1001-102.
98
Hacılar, Cəmşidli, Bilici, Qızıl İlan, Qurdlar, Qaradоlaqlı,
Şabanlı, Kəlfir, Ərəfsəli, Qaracallı, Qarakövsərli, Bоlqarlı,
Kürd Mahmudlu, Əliyanlı, Ziyadlı, Bərgüşadlı.
1
Şоpen Kəngərlilər nəslinin 1433 ailədən ibarət оlma-
sını göstərir. Оla bilsin, kəngərlilərdən Qarabağda qışla-
yanları Naxçıvanda aparılan bəzi siyahıya alınmalarda nə-
zərə almayıblar. 1727-ci ildə tərtib edilmiş "Gəncə-Qara-
bağ əyalətinin müfəssəl dəftəri"nə görə, "Naxçıvan elatın-
dan" оlan Kəngərli camaatı Qarabağda qışlayar, Naxçı-
vanda yaylarmış.
Şоpenin yazdığına görə, Rusiya Naxçıvanı işğal edən
zaman оrada 67 xan, 373 bəy və sultan оlmuşdur. Digər
bir rus müəllifi K.Smirnоv Naxçıvanda Kəngərli nəslilə
yanaşı, aşağıdakı bəy nəsillərinin оlmasını qeyd etmişdir:
Talışоvlar, Ağasıbəyоvlar, Muradəsilbəyоvlar, Şahtaxtin-
skilər, Vəzirоvlar, Camalbəyоvlar, Sultanоvlar, Elçiyevlər
və s.
XIX əsrin 30-cu illərinə aid mənbədə göstərilir ki,
Naxçıvan əyalətində iki böyük tayfa birləşməsi yaşayır:
Kəngərlər və Qaracalar. Burada qeyd оlunur ki, Kəngər
tayfaları aşağıdakı kəndlərdə məskundurlar: Yurdçu–Cəhri
kəndində; Cümşüdlü – Gоvurarx, Xоk, Şahtaxtı və Gilda-
sar kəndlərində; Xalxallı – Vayxır kəndində; Qaraxanbəy-
li–Qaraxanbəyli kəndində; Ağabəyli, Caqataylı, Qaracallı,
Bilici, Qaraqulağı, Keçilər, Sarvanlar, Şahbanlı, Əlixanlı –
Naxçıvan şəhərində; Ərəfsəli–Dizə Kərimbəy kəndində;
Səleykə – Nəhəcir, Külüs və Mahmudоba kəndlərində;
Qızıllı – Kültəpə kəndində; Pir Həsənli – Kaqan kəndində;
Qızılqışlaq-Bulğan kəndində; Kəlfir – Tırkeş və Sələsüz
1
Шопен И. Исторический памятник состояния Армянской области в
эпоху её присоединения к Российской империи. СПб., 1852, с. 537-538.
99
kəndlərində; Qarabağlar – Qarabağlar kəndində.
1
Qaraca-
lar tayfası isə Dərələyəz mahalında yarımköçəri həyat tər-
zi keçirirdilər.
2
Naxçıvan ərazisindəki cоğrafi adlardan aydın оlur ki,
burada Abdal, Hun, Gоrus, Quşçu, Bayan və b. qədim türk
tayfaları da məskunlaşmışdır. XI-XII əsrlərdə Naxçıvana
Səlcuq оğuz türkləri də gəlmişlər. Bunlara Yaycı, Bəkdili,
Xələc və b. оğuz tayfaları ilə bağlı tоpоnimləri göstərmək
оlar. Sоnralar ustaclı, rumlu və b. türk qəbilələri diyarda
daha fəal оlmuşlar. Türk tayfalarından didivarlı, qızıllı,
əmirxanlı, ərəfsəli, hacılı, keçili, kəlfirli, qaraxanbəyli,
qarxunlu, əlixanlı, muğanlı və оnlarla başqaları bölgənin
abоrigen xalqları оlmuş, bu gün də muxtar respublika
ərazisində həmin tayfaların izləri qalmış, bir sıra yaşayış
məskənləri оnların adları ilə adlanmışdır.
Göründüyü kimi, tarixən Naxçıvan əhalisi türklər-
dən-azərbaycanlılardan ibarət оlmuşdur. Dövrün mənbələ-
rində bu barədə faktlara kifayət qədər təsadüf оlunur.
Məsələn, "Əcaib əd-dünya" əsərində (XIII əsr) Naxçıvan-
da əhalinin sıx оlması, ağbəniz оlmaları, bədii оyma və
ağac emalı sahəsində mahir оlmaları, qоrxmaz, qоnaqpər-
vər və xоş xasiyyətləri ilə seçilmələri, dillərinin xоşagələn
оlması, xüsusilə islamın şafei təriqətinə itaət etdikləri və s.
barədə maraqlı qeydlər verilir.
"Naxçıvan sancağının müfəssəl dəftəri" də etnik
məsələlərin araşdırılması baxımından diqqəti cəlb edir.
Beləki, XVIII əsrin 20-30-cu illərində Naxçıvan sancağı-
nın əhalisi siyahıya alınmış, əhalinin milli tərkibi, məşğu-
1
Статистическое описание Нахичеванской провинции. Составленное.
Б. Григорев. СПб, 1833, с.32.
2
Yenə orada.
100
liyyəti, vergi sistemi, demоqrafik vəziyyəti qeydə alınmış-
dır. "Müfəssəl dəftər"də dünyaya hay-küy salıb Naxçıvana
qarşı əsassız ərazi iddiaları irəli sürən mənfur ermənilərə
tutarlı cavab verilir. Оnlara sübut оlunur ki, lap qədimdən
Naxçıvan sancağı bugünkü ərazi ilə bərabər, Ermənistanla
həmsərhəd rayоnların ərazilərini də əhatə etmiş (Vedi
rayоnunun cənub-şərq hissəsi, Dərələyəz rayоnunun bütün
ərazisi, Cermux rayоnunun yarısı, Sisyan (Qarakilsə) ra-
yоnunun əsas hissəsi və Meğri yaşayış məntəqəsi daxil
оlmaqla rayоnun bir neçə yaşayış məntəqəsi), bu tоrpaqlar
əbədi və əzəli оğuz yurdu оlmuşdur. "Naxçıvan dəftə-
ri"ndə Naxçıvanın inzibati ərazi bölgüsü, nahiyələr, nahi-
yələrə daxil оlan şəhər və kəndlərin adları, dövlətin vergi
sistemi, vergiyə cəlb оlunan şəxslərin adı və ata adları,
müxtəlif məscid, karvansaray, dükan, bazar, hamam və s.
adları verilmişdir ki, bunlar da erməni iddialarına çоx tu-
tarlı cavabdır. XVIII əsrin əvvəllərində Naxçıvan sanca-
ğındakı müsəlmanlar əhalinin ümumi sayındakı nisbəti
təqribən 70-76% təşkil edir.
1
"Naxçıvan dəftəri"ndə verilmiş inzibati-ərazi bölgü-
sündən görünür ki, Naxçıvan sancağına 14 nahiyə –
Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Ars-
lan, Məvaziyi-Xatun, Qarabağ, Qışlağat, Dərəşam, Azad-
ciran, Şоrlut, Dərənürgüt, Sisyan, Dərələyəz daxil idi ki,
bunların da adları Azərbaycan-türk mənşəlidir.
Naxçıvanın оrta əsrlər tarixi barədə ilk mənbələrin
məlumatı və tədqiqatçıların rəyləri həmin ərazinin bütün
оrta əsrlər bоyu, əvvəlki dövrlərdəki kimi Azərbaycanın
tərkibində оlduğunu və əhalisinin azərbaycanlılardan iba-
rət оlduğunu təsdiq edir.
1
Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı, 2001, s. 15.
101
Ermənilərin Naxçıvan iddialarını bu bölgənin etnik
tarixi, əhalinin milli tərkibi rədd edir. Yuxarıda qeyd etdi-
yimiz kimi, Naxçıvan bölgəsində əsasən türkdilli tayfalar
yaşamışlar. Azərbaycanlılar qədim zamanlardan Naxçıva-
nın əsas etnоsu оlub. Hakimiyyət də təbii оlaraq həmişə
azərbaycanlıların əlində оlmuşdur. Elə bu səbəbdəndir ki,
Naxçıvan ərazisindəki cоğrafi adların tam əksəriyyəti
türkcədir. Nəinki Naxçıvan bölgəsində, indiki Ermənistan
deyilən ərazidə də azərbaycanlılar yaşamışlar. XIX əsrin
оrtalarında İrəvan quberniyasının Şərur-Dərələyəz qəzası-
nı tədqiq etmiş A.V.Parvitski yazır ki, qəzada 55 azərbay-
canlı kəndi, 7 erməni kəndi vardı.
1
XIX əsr rus mənbələrində də Naxçıvan əhalisinin
sayı və etnik tərkibi haqqında maraqlı məlumatlar var. Elə
bir XIX əsr rus müəllifi tapmarsan ki, Qribоyedоvun «mü-
səlman ölkəsi» adlandırdığı Naxçıvanı «erməni Naxçı-
vanı» hesab etmiş оlsun. Qribоyedоv 1828-ci il sentyabrın
23-də kоmandan Paskeviçə yazdığı məktubda Naxçıvan
əyalətində 2428 ailə, о cümlədən 2024 müsəlman ailəsi və
404 yerli erməni ailəsinin оlduğunu bildirir.
2
Qriqоryevin
«Naxçıvan əyalətinin statistik təsviri» əsərində isə əya-
lətdə 4959 ailənin оlması göstərilir. 4149 müsəlman ailəsi
və 810 erməni ailəsi.
3
Göründüyü kimi, kameral sayıma
görə, bəzi vaxtlarda ermənilər Naxçıvan əhalisinin yalnız
altıda birini təşkil etmişdir.
1
Парвиский А.В. Экономический быт гос. крестьян Северо-Западной
части Шарура и восточной части Даралагеза Шаруру-Даралагезского
уезда Ереванской губернию. «Материалы для изучения эк быта госу-
дарстетвенных кьрестиян Закавказского края», т. IV, Т., 1886, с.99.
2
Шопен И. Göctərilən əsəri, s. 611.
3
Статистическое описание Нахчыванской провинции. c. 75.
102
Naxçıvan əhalisinin tərkibində həm sayca, həm də
etnik cəhətdən əsaslı dəyişiklik Rusiya işğalından sоnra
baş vermişdi. Bu, çarizmin Azərbaycan ərazisini, о cümlə-
dən Naxçıvanı erməniləşdirmək siyasətinin nəticəsi idi.
Lakin çarizmin bütün səylərinə baxmayaraq nəinki ermə-
nilər əhalinini əksəriyyətini təşkil edə bilmədi, həm də
оnlar bu ərazidə duruş gətirə bilmədilər.
Beləliklə, yuxarıda deyilənlər təsdiq edir ki, Naxçı-
van bölgəsində türkdilli əhali avtоxtоn оlmuş və bu ərazi-
də türk mənşəli etnоslar aparıcı rоl оynamışlar.
103
2. NAXÇIVANIN SİYASİ TARİXİ:
UYDURMALAR VƏ TARİXİ HƏQİQƏTLƏR
Naxçıvan qədim insanların ilk məskənlərindən biri,
bəşər sivilizasiyasının mühüm ərazilərindən olub, əlverişli
coğrafi şəraitdə yerləşən bir diyardır. Bu diyar tarixi inki-
şafın müxtəlif mərhələlərində bir sıra dövlətlərin diqqətini
cəlb etmiş, xarici hücumlara məruz qalmış, mərdliklə
müdafiə olunmuş, Azərbaycanın əzəli və əbədi ərazisi ki-
mi qorunub saxlanılmışdır.
Hər bir xalqın və dövlətin tarixi ilk növbədə onun
siyasi tarixi ilə bağlıdır. Azərbaycanın və onun bölgələ-
rinin siyasi tarixi ilə yanaşı, onların siyasi vəziyyəti,
iqtisadi inkişafı və mədəniyyət tarixi də diqqətdən kənarda
qalmır və eyni dərəcədə əhəmiyyətlidir. Bu cəhətdən
Naxçıvan istisna təşkil etmir. Naxçıvan haqqında tədqiqat
aparan araşdırıcılar bu bölgənin siyasi tarixinə də diqqət
yetirmişlər. Naxçıvanın siyasi tarixinin bir sıra məsələləri
və dövrləri haqqında Ziya Bünyadovun, Cəmil Quliyevin,
Nailə Vəlixanlının, Tofiq Köçərlinin, Qaraş Mədətovun,
Vaqif Piriyevin, Əli Əliyevin, Rauf Məmmədovun,
İsmayıl Musayevin, Fuad Əliyevin, Mirabdulla Əliyevin,
Fəxrəddin Səfərlinin, Aydın Hacıyevin, Həmzə Cəfəro-
vun, Zəhmət Şahverdiyevin, Emin Şıxəliyevin, İlqar Kən-
gərlinin, Təranə Zeynalovanın və b. əsərləri çap olunub.
Görkəmli Qafqazşünas Rudolf İvanov son illərdə yazdığı
əsərlərdə Naxçıvanın siyasi tarixinə də əhəmiyyətli yer
vermişdir. Türkiyə Cümhuriyyətinin tarixçi alimlərindən
İbrahim Ethem Atnurun, Erol Kürkçüoğlunun tədqiqat-
larında Naxçıvanın siyasi tarixinə də yer verilmişdir. İranlı
tədqiqatçı Cəfər Cəmşidi Rad Naxçıvanın XIX-XX əsr
siyasi tarixinə xüsusi əsər həsr etmişdir. Lakin əvvəlki təd-
104
qiqatçıların əsərlərindən fərqli olaraq bu müəllifin əsərin-
də çoxsaylı elmi səhvlərə və təhriflərə yol verilmişdir.
XIX və XX əsr rus müəlliflərinin əsərlərində, yeddi-
cildlik «Azərbaycan tarixi»ndə, «Naxçıvan Muxtar Res-
publikası» kitabında, Naxçıvanın tarixinə həsr olunmuş
əsərlərdə, məqalələr toplularında və b. Naxçıvanın siyasi
tarixindən də bəhs edilmişdir.
Bütün bunlarla yanaşı Naxçıvanın siyasi tarixi hələ
də sistemli şəkildə yazılmamışdır. Bundan istifadə edən
məkrli düşmənlərimiz «Naxçıvan – tarixi erməni torpaqla-
rıdır», «Naxçıvan bir neçə minillik ərzində erməni dövlət-
lərinin ayrılmaz hissəsi olmuşdur», - kimi saxta və uydur-
ma fikirlər irəli sürür, beynəlxalq ictimaiyyətə yalnış mə-
lumatlar çatdırırlar. Erməni saxtakarları bu uydurmaları
irəli sürərkən nəyi əsas götürürlər, nəyə əsaslanırlar?
Ermənilərin iddiasında olduqları Naxçıvan ərazisi
tarixən azərbaycanlılara məxsus olmuş, burada türk dilli
xalqlar yaşamış, minlərlə maddi-mədəniyyət nümunələri
yaratmışlar. Ərazidəki yer adları bütünlüklə Azərbaycan-
türk mənşəlidir. Arxeoloji tədqiqatlar qeyd olunan fikirləri
tamamilə təsdiq edir. Erməni uydurmalarına elmi cavablar
verilsə də onlar yenə də saxta fikirlərdən əl çəkmək niyyə-
tində deyillər. Akademik T.Köçərli erməni uydurmalarına
elmi cəhətdən obyektiv cavablar vermiş və bunların tarixi
həqiqətdən uzaq olduğunu əsaslandırmışdır.
1
Bu sətirlərin
müəllifi də bir sıra məqalalərində erməni saxtakarlarına
cavablar vermişdir.
2
Erməni «tədqiqatçıları» uydurmaları-
1
Köçərli T.Q. Naxçıvan: uydurmalar və tarixi həqiqətlər. - Bakı, «Təknur»,
2005, s.67-94; yenə onun. Naxçıvan: uydurmalar və tarixi həqiqətlər.
«Respublika» qəzeti, 29 oktyabr – 07 dekabr 2005, № 251-283 və b.
2
Hacıyev İ.M. Ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassızlığı və
tarixi həqiqətlər. – «Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf
105
nı irəli sürərkən Naxçıvanın etnik tarixinə, tarixi və me-
marlıq abidələrinə, xüsusən siyasi tarixinə istinad edirlər.
Başqa əsərlərdə və məqalələrdə erməni yalanlarına cavab
verdiyimizdən
1
bu məqalədə Naxçıvanın siyasi tarixi ilə
bağlı erməni uydurmalarının həqiqətən də uydurmadan
başqa bir şey olmadığını əsaslandırmağa çalışmışıq.
İlk növbədə qeyd etməliyik ki, Naxçıvan – tarixi er-
məni torpağı olmamışdır. Ona görə ki, ermənilərin özləri
bu regionun yerli – aborigen əhalisi deyillər, onlar Cənubi
Qafqaza gəlmədirlər. Bununla bağlı V.İşxanyan göstər-
mişdir ki, «ermənilərin həqiqi vətəni Kiçik Asiyadır, Qaf-
qaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son
yüzilliklər ərzində səpələniblər».
2
N. Adonsun yazdığına
görə e. ə. VII əsrdə kimmerlərin basqını nəticəsində «öz
hüdudlarından sıxışdırılmış friqiya erməniləri Fərat çayını
keçərək yerli aramey əhalisinə qarışmış və gəlmə friqiyalı-
ların aramey mənşəli aborigenlərlə qovuşmasından erməni
xalqının özəyi formalaşmışdır. Ermənilər Qərbdə kiliki-
yalılarla, Şərqdə matienlərlə qonşu»
3
idilər. Erməni müəl-
liflərinin göstərdikləri ərazilər və xalqlar Naxçıvandan çox
uzaqda idi. Strabon yazır ki, Ermənistan qabaqlar kiçik
ölkə idi və yalnız e.ə. II əsrdən qonşu xalqlardan bir sıra
perspektivləri». Beynəlxalq simpoziumun materialları. - Bakı, «Təhsil»,
2006, s.33-47; yenə onun. Ermenilerin Nahçıvan iddiaları: hayal və
gerçeklik. Ermeni Araştırmaları Enstitüsü. - Ankara, 2007, s. 1105-1112;
Armenian claims: fiqments and historical facts. «İrs-Nasledie», 2007, № 3
(27), s. 52-53 və b.
1
Naxçıvan abidələri ensiklopediyası (Azərbaycan və ingilis dillərində). -
İstanbul, 2008, 520 s.; Hacıyev İ.M. Naxçıvan bölgəsinin etnik tarixinə dair.
AMEA Naxçıvan Bölməsinin «Xəbərlər»i. - Naxçıvan, 2009, №1 (14), s. 5-
12 və b.
2
Ишханян В. Народности Кавказа. СПб, 1916, c.16.
3
Адонц Н. Армения в эпоху Юстиниана. - Ереван, 1971, c.398.
106
əyalətlər qoparmışdı (Strabon, XI, 14, 5). Strabonun kiçik
ölkə adlandırdığı Ermənistanı e. ə. V əsr müəllifi Herodot
Dəclə və Fərat çaylarının mənbəyini aldığı dağlıq ərazidə
yerləşdiyini göstərmişdir (Herodot, 1, 80). E.ə. II-I əsrlər-
də Artaşes və II Tiqran dövründə Atropatenanın bir sıra
əyalətləri tutulmuşdu. Həmin əyalətlər elə II Tiqran vax-
tında da öz sahibinə – Atropatenaya qayıtmışdır. E.ə. 60-cı
illərdə Qney Pompey Ermənistanı tutmuş və II Tiqran da
əsir alınmışdı. E.ə 66-cı ildə bağlanmış müqaviləyə görə,
Ermənistan işğal etdiyi ölkələrdən, eləcə də Atropatena-
dan qopardığı əyalətlərdən əl çəkmişdi.
1
Ermənilərin məskunlaşdığı ərazi e. ə. 520-cı ilin
axırlarında İran Əhəmənilər dövləti tərəfindən işğal edilir.
E.ə. IV əsrin axırlarında Makedoniyalı İsgəndər Əhəməni-
lər dövlətini məğlub etdikdən sonra gah müstəqil, gah asılı
erməni çarlıqları yaranır.
Makkartilərin fikrincə, müstəqil erməni çarlığı e. ə.
I əsrdə yaranmışdır. Onlar yazmışlar: «Ermənilərin erkən
tarixi haqqında kifayət qədər dəqiq məlumat yoxdur...
Şərqi Kiçik Asiyada olan müstəqil erməni çarlığı böyük
Tiqran (e. ə. 95-56) dövründə yaranmışdır. Tiqrandan son-
ra ermənilər bir çox əsrlər ərzində Roma, Sasanilər, İran
və Bizans imperiyaları da daxil olmaqla digər ölkələrin
vassalları olmuşlar».
2
Bir sıra tədqiqatçıların yazdıqlarına görə eramızın
387-ci ilində «böyük Ermənistan» adlanan ərazi İran Sasa-
nilər dövləti ilə Roma imperiyası arasında bölünür. O za-
mandan ermənilər dövlətçilikdən məhrum olurlar. Bundan
1
Qeybullayev Q. Qarabağ (etnik və siyasi tarixinə dair). – Bakı, Elm, 1990,
s.180.
2
Джастин Маккарти, Каролин Маккарти. Тюрки и армяне. - Баку,
1996, c.13.
107
yalnız 15 əsr sonra, 1918-ci ildə qədim Azərbaycan tor-
paqlarında – indiki Ermənistan ərazisində erməni dövlət-
çiliyi yaradılır.
1
Göründüyü kimi, Naxçıvanın «bir neçə minillik ər-
zində erməni dövlətlərinin tərkib hissəsi olması» haqqında
ermənilərin iddiaları uydurma və cəfəngiyyatdan başqa bir
şey deyildir, heç bir obyektiv tarixi fakta əsaslanmır.
Ermənilərin Naxçıvanla bağlı siyasi iddiaları daha
çox eramızdan əvvəlki dövrlərə aid edilir. Göstərilir ki,
«Naxçıvan aşağıdakı tarixi krallıqların sərhədləri içərisin-
də olmuşdur: Urartu (Araratyan) Ermənistanı (m.ö. 9-7
yüzilliklər arası), Yervantuni (Orontidlər) Erməni Krallıq-
ları (m.ö. 6-2 yüzilliklər arası), Ardaşesyan Krallığı (m.ö.
189-cu ildən – m.1-ci yüzilliyin başına qədər) və Arşaduni
Krallığı (66 – 428)».
2
Tarixi məlumatlar bu uydurma fikirləri rədd edir.
Çünki məlumdur ki, e.ə. IX əsrdən Cənubi Azərbaycan
ərazisində Manna dövləti olub. Naxçıvan Mannanın, sonra
Midiya, Atropatena dövlətlərinin və Makedoniyalı İsgən-
dərin imperiyasının tərkibində olub. I-IV əsrlərin müəyyən
illərində Naxçıvan Şimali Azərbaycanın (Albaniyanın) vi-
layəti olmuşdur.
3
Naxçıvan yuxarıda qeyd edilən 380-cı il
sülh müqaviləsinə görə Sasanilərin nüfuzunda qalır və
onların dayaq məntəqələrindən birinə çevrilir. V əsrin əv-
vəllərində Naxçıvanda kəngərlər məskunlaşır və tarixi
inkişafın sonrakı dövrlərində Naxçıvanın taleyində mü-
hüm rol oynayırlar. VII əsrin I yarısında Naxçıvan Bizans
1
Köçərli T.Q. Göstərilən əsəri, s.69.
2
Naxçıvan tarixi bilgilər: http://www.ermeni.org/turkce/vandallar.htm.
3
Историческая география Азербайджана. - Баку, 1987, s.7-35.
108
çarı İraklinin əlinə keçsə də, bir müddətdən sonra yenidən
Sasanilərə qaytarılır.
1
Tarixi qaynaqlara istinad olunaraq verilən məlu-
matlar e. ə. IX əsrdən erməni iddialarının obyektivlikdən
uzaq olduğunu bir daha təsdiq edir. Həm də akademik
Tofiq Köçərlinin qeyd etdiyi kimi, «bir anlığa fərz edək
ki, Naxçıvan eramızdan əvvəl, yaxud sonra nə vaxtsa han-
sısa müddət «erməni dövlətinin» tərkibində olub. Lakin
belə amil bu gün bir dövlətin başqasına ərazi iddiası irəli
sürməsi üçün əsas ola bilərmi?». Məlumdur ki, bu amili
əsas götürüb bir dövlətin hər hansı bir dövlətə ərazi iddia
etməsi gülünc doğurur və beynəlxalq qaydalara ziddir.
Uzun illər erməni müəllifləri M.Kalankatuklunun
Naxçıvan şəhərində kilsə olması (VII əsr) haqqında fikrini
əsas götürərək Naxçıvanın «erməni şəhəri» olduğunu əsas-
landırmağa çalışmışlar. «Alban tarixi» kitabında yazılmış-
dır ki, 698-ci ildə ərəb sərkərdəsi Məhəmməd ibn Mərvan
erməni başçılarından 80 nəfəri (bəzi tədqiqatçılar bunu
800 nəfər göstərir – İ.H.) Naxçıvana gətirib kilsədə yan-
dırmışdır.
2
Bu faktdan erməni müəllifləri öz xeyirlərinə
istifadə etməyə cəhd göstərmiş, bu hadisənin güya Azər-
baycan Naxçıvanında baş verdiyini və beləliklə həmin əra-
zinin ermənilərə məxsus olduğunu sübut etməyə çalışırlar.
Akademik Ziya Bünyadov bu məsələyə aydınlıq gətirmiş,
ərəb mənbələrinə və akad. Orbelianinin tədqiqatlarına isti-
nad edərək əsaslandırmışdır ki, göstərilən hadisə Azərbay-
can Naxçıvanında deyil, Türkiyənin Qars vilayətinin Ka-
ğızman mahalında olan Naxçıvanda baş vermişdir. Ərəb
1
Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. - Bakı, 1977, s.29-33.
2
Kalankatuklu Moisey. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. -
Bakı, Elm, 1993, s.189-190.
109
istilasına qədər Azərbaycan Naxçıvanı Sasani dövlətinin,
Qars Naxçıvanı isə Bizansın tərkibində idi.
1
Ərəblərin iş-
ğalından sonra Azərbaycan Naxçıvanı ərəb inzibati ərazi-
sinin I bölgəsinə daxil olduğu halda, Qars Naxçıvanı II
bölgəyə daxil idi.
2
IX əsrin sonlarından Naxçıvan banisi mənşəcə türk
Məhəmməd ibn Əbu-s Sac olan Sacilər dövlətinin (879-
930), sonra Salarilər dövlətinin (941-981) tərkibində olub.
X əsrin sonlarından Naxçıvanşahlıq adlanan müstəqil
feodallıq mövcud olub. Onu Naxçıvanşah titulu olan Əbu
Duləf idarə edirdi. Əbu Duləfin dövründə Dvin də Naxçı-
vanşahlıq tərəfindən tutulmuşdu. Naxçıvanşahlıq 80 ilə
yaxın Rəvvadilər dövləti ilə yanaşı fəaliyyət göstərmiş,
1066-cı ildə Sultan Alp Arslanın dövründə Səlcuq dövləti-
nə tabe edilmişdir.
3
Azərbaycan Atabəyləri dövləti dövrü bir çox ba-
xımdan Naxçıvan tarixində mühüm hadisələrlə əlamətdar-
dır. 1146-cı ildə Atabəy Eldəniz Naxçıvanı öz torpaqlarına
birləşdirir və həmin dövrdən başlayaraq Naxçıvan şəhəri
və onun vilayəti Eldəniz nəslinin irsi iqtasına çevrilir.
Naxçıvan bir müddət bu böyük dövlətin paytaxtı olur. Bu
dövrün mənbələrində Naxçıvan «Azərbaycan şəhəri»,
«Azərbaycanın gözəl şəhəri» kimi göstərilmiş, naxçıvanlı-
ların müsəlman olmaları haqqında yazmışlar. Naxçıvan bu
dövrdə də Ermənistanın tərkib hissəsi ola bilməzdi, ona
görə ki, Ermənistan torpağının özü Eldənizlərə aid idi.
Eldənizlərdən sonra Naxçıvan bir müddət xarəzmşah Mə-
həmmədin oğlu Cəlaləddinin nüfuz dairəsində qalır.
1
Bünyadov Z.M. Azərbaycan atabəyləri dövləti (1136-1225). - Bakı, 1985,
s.191-193.
2
Vəlixanlı N. Ərəb xilafəti və Azərbaycan. - Bakı, 1993, s.34-37.
3
Şərifli M. Naxçıvanşahlıq. Azərb.SSR EA Xəbərləri, 1966, № 9, s.27-32.
110
Hülakulər dövründə Naxçıvan Azərbaycan vilayə-
tinin (Cənubi Azərbaycan nəzərdə tutulur) 9 tümənindən
biri olub. Naxçıvan, Ordubad, Azad, Əncan və Makuyə
şəhərləri, Qafan ərazisi Naxçıvan tüməninə daxil idi.
1
Naxçıvan tüməni Araz çayının şimal və cənub tərəflərini
əhatə edirdi. Dvin şəhəri Naxçıvanın qərb hüdudlarında
idi. Göründüyü kimi, Naxçıvan tüməni müasir Naxçıvan
ərazisinə nisbətən daha geniş ərazini əhatə etmişdi.
XV əsrdə Naxçıvan Qaraqoyunlu və Ağqoyunlu
dövlətlərinin, XVI əsrdən Səfəvilər dövlətinin tərkibində
olmuşdur. Səfəvilər dövründə Naxçıvan Çuxursəd bəylər-
bəyliyinin bir hissəsi idi. Bəylərbəyliyin mərkəzi İrəvan
şəhəri idi. İrəvan qalabəyi və Qərbi Azərbaycan bəylər-
bəyi Rəvan xanın 1519-cu ilin oktyabrında İrəvandan Şah
İsmayıl Xətaiyə göndərdiyi məktubdan məlum olur ki, o
zaman İrəvan vilayəti Qərbi Azərbaycan adlanırmış.
Tarixi mənbələrə əsasən aydın olur ki, Səlcuq oğuz-
larının X-XI əsrlərdən başlayan işğallarından Səfəvilər
dövlətinin yaranmasına qədər Ermənistan səlcuqların, Sul-
tan Cəlaləddinin, monqolların, Qaraqoyunlu və Ağqoyun-
lu hakimlərinin idarəsi altında idi.
İrəvan şəhəri və ərazisi əsrlər boyu türklər tərəfin-
dən, ilk növbədə Naxçıvan xanlarının nümayəndələri tərə-
findən idarə olunmuşdur. Erməni tarixçisinin verdiyi mə-
lumata görə 1390-cı ildən 1828-ci ilədək İrəvanı 51 nəfər
azərbaycanlı, özü də Naxçıvanın hakimlərinin nümayən-
dələri idarə etmişlər.
2
1
Piriyev V.Z. Naxçıvan tarixindən səhifələr. - Bakı, 2004, s.24.
2
Cəfərzadə İ.B. Naxçıvanın tarixi və dövlətçilik ənənələri. Azərbaycan Neft
Akademiyasının Elmi əsərləri, 1999, №3, s.24-25.
111
Səfəvilər imperiyasının tərkibində olan Naxçıvan
vilayətinin çox hissəsi Çuxursəd bəylərbəyliyinə, Ordubad
isə Təbriz bəylərbəyliyinə daxil idi. Çuxursəd bəylərbəyli-
yinin daxilində Naxçıvan «ölkə» kimi ustaclı tayfasının
idarəsinə verilmişdi.
XVIII əsrin 20-ci illərində Rusiya imperiyasının
Xəzəryanı torpaqları tutmaq planına cavab olaraq Osmanlı
imperiyası da öz qoşunlarını Cənubi Qafqaza yeridir. Os-
manlılar 1724-cü ilin sentyabr ayının əvvəllərində Nax-
çıvan şəhərini, sentyabrın 10-da isə Ordubad şəhərini ələ
keçirdilər.
1
Naxçıvan 1735-ci ilədək Osmanlı imperiya-
sının hakimiyyəti altında qalır.
2
Naxçıvan vilayətinin çox
hissəsi yeni təşkil olunmuş Naxçıvan sancağının tərkibinə
daxil edildi. Naxçıvan sancağı 14 nahiyədən ibarət idi.
Osmanlılar Səfəvilər dövründə Naxçıvanın tərkibində olan
Zor, Zəbil və Şərur nahiyələrini Naxçıvanın tərkibindən
çıxararaq İrəvan əyalətinə birləşdirmişdilər.
3
Naxçıvan
sancağı 315 yaşayış məntəqəsini əhatə edirdi. İndiki Nax-
çıvan Muxtar Respublikasının ərazisindən başqa buraya
indiki Ermənistanın Yexeqnadzor rayonu bütövlüklə,
Cermuq rayonunun yarısı, Sisyan rayonunun böyük bir
hissəsi və Mehri daxil olmaqla rayonun bir neçə yaşayış
məntəqəsi Naxçıvan sancağının tərkibinə daxil idi.
4
1
Naxçıvan sancağının müfəssəl dəftəri (Giriş və tərcümənin müəllifləri
akad. Z.Bünyadov və t.e.n. H. Məmmədov (Qaramanlı)). - Bakı, «Sabah»,
1997, s.12.
2
Budaqova S. Naxçıvan diyarının tarixi coğrafiyası (XVIII əsrin II yarısı –
XIX əsrin I qərinəsi). - Bakı, Elm, 1995, s.22.
3
İrəvan əyalətinin müfəssəl dəftəri (Giriş və tərcümənin müəllifləri
Z.Bünyadov və t.e.n. H. Məmmədov). - Bakı, 1996, s. 9.
4
Piriyev V.Z. Azərbaycanın qədim diyarı Naxçıvan. AEA-nın Xəbərləri
(Tarix, fəlsəfə, hüquq seriyası), 1999, №2, s. 10.
112
1735-ci ildə Şimali Azərbaycanın digər yerləri kimi
Naxçıvan da Nadir şahın hakimiyyəti altına keçdi. Nadir
şah Naxçıvan əyalətinə eyni zamanda iki hakim təyin etdi.
Şah tərəfindən təyin olunmuş hakim inzibati və iqtisadi
işlərə rəhbərlik edirdi. Digəri tayfa vəkili (kəngərlilərin)
və əyalətdən toplanan qoşunun rəisi idi.
1
1747-ci ildə
Nadir şahın öldürülməsindən sonra Azərbaycan ərazisində
müstəqil, ya yarım müstəqil xanlıqlar, o cümlədən Çuxur-
səd bəylərbəyliyi ərazisində Naxçıvan və İrəvan xanlıqları
yarandı.
Naxçıvan xanlığının ilk xanı kəngərli tayfasının
başçısı Heydərqulu xan olmuşdur. 1816-cı il mayın 12-də
Naxçıvan xanı Kəlbəli xan Naxçıvan şəhərində Rusiya
generalı A.N.Yermolovu qəbul edərkən demişdi ki, Naxçı-
vanı üç əsr onun Kəngərli nəsli idarə etmişdir. Naxçıvan
xanlığı dörd dairədən ibarət idi: Naxçıvan, Ordubad,
Mehri və Qafan. Naxçıvan xanlığı 1828-ci ildə çar
Rusiyası tərəfindən ilhaq olundu. I Ehsan xan 1840-cı ilə
qədər xanlığın idarə edilməsində iştirak etmişdir. Tədqi-
qatçı M.Quliyevin göstərdiyi kimi, «Naxçıvan xanlığının
tam süqutu 1840-cı ildə başa çatmışdır».
2
«Naxçıvanın orta əsrlər tarixi barədə ilk mənbələr-
dən və tədqiqat əsərlərindən əldə olunan qısa məlumatdan,
konkret faktlardan aydın görünür ki, həmin ərazi bütün
orta əsrlər boyu Azərbaycanın tərkib hissəsi kimi mövcud
olmuş və öz fəaliyyətini Azərbaycanla əlaqəli davam et-
dirmişdir».
3
1
Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. - Bakı, «Şərq-Qərb», 2007, s.28-29.
2
Quliyev M. Naxçıvan xanlarının hakimiyyət şəcərəsi haqqında. «Şərq
qapısı», 2009, 27 avqust.
3
Piriyev V.Z. Azərbaycanın qədim diyarı Naxçıvan... s.11.
113
Orta əsr qaynaqları Naxçıvan diyarının ermənilərlə
hər hansı bir asılılığını təkzib edir. Həm də ona görə ki, bu
dövrdə Cənubi Qafqazda heç bir erməni dövləti olmamışdır.
Erməni «tədqiqatçıları» «Naxçıvan XIX əsrin əv-
vəllərində də Ermənistanın tərkibində olmuşdur», - kimi
yalnış və qeyri-obyektiv fikirlər söyləyirlər. İlk növbədə
qeyd etməliyik ki, həmin dövrdə Ermənistan dövləti yox,
«erməni vilayəti» yaradılmışdır. Həm də, Rusiya impera-
toru I Nikolay 21 mart 1828-ci ildə xüsusi fərmanla İrəvan
və Naxçıvan xanlıqları ərazisində yaratdığı «erməni vila-
yəti»ndə erməni dövlətçiliyindən heç bir əsər-əlamət yox
idi. Yaradılan bu qondarma quruma qondarma ad seçilmə-
si də heç bir məntiqə uyğun deyildi. Çünki, İrəvan və
Naxçıvan xanlıqlarının ərazisi Azərbaycan ölkəsinin böl-
gəsi idi. Bu ərazilərdə yaşayan əhalinin tərkibində müsəl-
manlar mütləq əksəriyyət təşkil edirdilər. Bütün bunlara
əhəmiyyət verməyən çar Rusiyası «görünür, bu qondarma
adı qoymaqla onlar Ermənistan coğrafi anlayışını dirçəlt-
mək və hansısa mərhələdə «erməni vilayəti» bazasında Er-
mənistan dövləti yaratmaq barədə düşünürlərmiş».
1
Ermə-
nilərin kütləvi surətdə Naxçıvana köçürülməsi bunu bir
daha təsdiq edir.
Çar Rusiyası XIX əsrin ortalarında ölkədə müəyyən
islahatlar keçirdi; 1840-cı ildə komendant idarə üsulu ləğv
edildi: quberniyalar və mahallar əvəzinə qəzalar yaradıldı.
Ön Qafqaz Gürcüstan – İmeretiya quberniyasına və Kaspi
vilayətinə bölündü. Naxçıvan ərazisi çar Rusiyasının
inzibati bölgüsünə əsasən «qəza statusu ilə 1841-ci ilin
yanvarın 1-də Gürcüstan-İmeretiya quberniyasının tərkibi-
nə qatıldı və daha sonra, 1849-cu ildə İrəvan quberniyası-
1
Köçərli T.Q. Göstərilən əsəri, s.94.
114
na birləşdirildi.
1
Bir cəhəti qeyd etməliyik ki, 1856-cı ildə
Zaqafqaziyada yeni inzibati-ərazi sistemi tətbiq ediləndə –
quberniyalar yaradılanda «Erməni vilayəti» nədənsə bu
islahatdan kənarda qalmışdı. Yalnız 1849-cu ilin iyununda
«erməni vilayəti» İrəvan quberniyasına çevrildi. Naxçıvan
qəzası Naxçıvan, Ordubad və Dərələyəz məntəqələrindən
ibarət idi. Mərkəzi Naxçıvan şəhəri olmuşdur.
Göründüyü kimi, İrəvan quberniyası erməni dövləti
olmadığı kimi, Naxçıvan da yalnız inzibati ərazi quruluşu-
na görə bu quberniyaya birləşdirilmişdi, eyni ilə Gürcüs-
tan-İmeretiya quberniyasına daxil olduğu kimi. XX əsrin
əvvəllərində Bakı quberniyası 6 qəzaya, Yelizavetpol qu-
berniyası 8 qəzaya və 1 dairəyə, İrəvan quberniyası 7 qə-
zaya (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Yeni Bəyazid,
Sürməli, Eçmiəzzin, Aleksandropol) bölünmüşdü. Azər-
baycanın tarixi əraziləri olan İrəvan, Naxçıvan, Göycə ma-
halı, Şərur-Dərələyəz, Yeni Bəyazid ərazləri İrəvan quber-
niyasının tərkibində idi.
Naxçıvanın siyasi tarixində 1917-1920-ci illər hadi-
sələri çox mühüm yer tutur. Erməni «araşdırıcıları» bilə-
rəkdən həmin illərin siyasi hadisələrini dolaşdırır və belə
bir qeyri-elmi fikir söyləyirlər ki, 1921-ci il Moskva
müqaviləsi Naxçıvanı Azərbaycana birləşdirmişdir, bu
müqaviləyə qədər Naxçıvan Azərbaycanın tərkibində
olmamışdır.
Çar Rusiyasına ümid edən ermənilər ya Türkiyə, ya
da Azərbaycan torpaqlarında erməni dövlətinin yaradıl-
ması üçün bütün vasitələrdən istifadə edirdilər. Erməni
dövləti yox idisə, qonşu ərazilərin, xüsusilə Naxçıvanın
Azərbaycanın tərkibində olmaması barədə fikirlər nə dərə-
1
Piriyev V.Z. Azərbaycanın tarixi coğrafiyası. - Bakı, «Araz», 2002, s.108.
115
cədə obyektiv ola bilər? «Türkiyə Ermənistanı» istilahı
necə yaranmışdır? Əgər Ermənistan adlı dövlət var idisə,
Türkiyə ərazisində Ermənistan dövləti niyə yaradılırdı?
1917-ci ildə baş verən hadisələr, Cənubi Qafqazda-
kı ictimai-siyasi vəziyyət hələlik erməni xalqının istiqla-
liyyətini elan etməyə imkan vermirdi. Brest-Litovsk sülhü
ilə Qars, Batum, Ərdahanın Türkiyəyə keçməsinin Sovet
Rusiyası tərəfindən tanınılması əslində «Türkiyə Ermənis-
tanı» haqqında rus-daşnak güruhunun elan olunmuş xülya-
sından imtina edilməsi demək idi.
1
1918-ci ilin may ayında Cənubi Qafqazda siyasi və-
ziyyətin gərginləşməsi və dəyişməsi üç müstəqil dövlətin
yaranması ilə nəticələnir. Azərbaycan Xalq Cümhuriyyəti
yaranarkən onun sahəsi 113.895,97 kv. km olmuşdur. Bu-
nun təxminən 97,3 min kv. km-i mübahisəsiz ərazilər,
təqribən 16,6 min kv. km-i isə mübahisəli ərazilər hesab
olunurdu.
2
Mübahisəli ərazilərin 7,9 min kv. km-i İrəvan
quberniyasına daxil idi. Bunlar Böyük Vedi, Eçmiəzzin,
İqdır və s. ərazilər idi. AXC dövründə onun ərazisinə 16
qəza (Qazax, Yelizavetpol-Gəncə, Nuxa, Ərəş-Ağdaş, Ca-
vanşir-Tərtər, Şərur-Dərələyəz, Naxçıvan, Zəngəzur, Qar-
yagin-Cəbrayıl, Şuşa, Göyçay, Quba, Şamaxı, Bakı, Ca-
vad, Lənkəran), 1 quberniya (Zaqatala) və 1 dairə (Göyçə)
daxil idi.
Ermənistan dövləti (Ararat Respublikası) yaradılar-
kən ermənilər İrəvan şəhərinin Ermənistanın paytaxtı edil-
məsi barədə Azərbaycan hökumətinə müraciət etdi. Ba-
tumda 1918-ci ilin mayın 29-da keçirilən danışıqlarda
1
Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-
ci illər).- Bakı, 1993, s.47.
2
Piriyev. V.Z. Azərbaycanın tarixi coğrafiyası, s.130.
116
Azərbaycan Milli Şurasının güzəşt addımı kobud səhv idi.
Bununla belə, erməni tərəfi yeni-yeni ərazi iddiaları, eləcə
də Naxçıvana da iddia etdiyini bəyan etdi. Naxçıvana
sahib olmaq üçün iri dövlətlərin köməyindən istifadə etdi,
silaha əl atdı, qırğınlar törətdi, lakin məqsədinə nail ola
bilmədi. Naxçıvan əhalisinin inadlı müqaviməti, türk or-
dusunun yardımı ermənilərin arzularını gözündə qoydu.
Mudros müqaviləsinə görə türk qoşunları bir sıra
ərazilərlə yanaşı Naxçıvanı da tərk etməyə məcbur oldu-
lar. Vəziyyətdən çıxmaq, Naxçıvanı qorumaq üçün Naxçı-
van Milli Komitəsinin üzvləri bu ərazidə Araz-Türk Res-
publikasını yaratdılar. 1919-cu ilin mart ayına kimi fəaliy-
yət göstərmiş həmin respublika bölgənin ermənilərin əlinə
keçməsinin qarşısını aldı, AXC-nin bütövlüyünü təmin
etdi. 1919-cu ilin fevralın sonunda Naxçıvan general-qu-
bernatorluğu yaradıldı. Onun tərkibinə Naxçıvan, Ordu-
bad, Şərur-Dərələyəz, Vedibasar və s. ərazilər daxil idi.
1
İngilislərin köməkliyi ilə ermənilər 1919-cu ilin may-iyun
aylarında erməni idarəçiliyi təşkil etsələr də, Naxçıvan
əhalisi iyul ayında erməni qoşunlarını darmadağın etdi və
erməni idarəçiliyini ləğv etdi. Təsadüfi deyildir ki, baş na-
zir Kaçaznuni etiraf edirdi ki, biz silah gücünə də qayda-
qanun yarada bilmədik, məğlub olub geri çəkildik.
Müttəfiq dövlətlərin Zaqafqaziyadakı Ali Komissa-
rı olan Haskel «neytral zona» («müttəfiq zona») yaradıl-
ması təklifi ilə çıxış edir, Naxçıvanın idarə olunmasının
Ermənistana verilməsinə ciddi-cəhdlə çalışırdı. O, Naxçı-
van əhalisinin inadlı müqavimətini görüb fikrindən əl
çəkdi.
1
Piriyev V.Z. Azərbaycanın tarixi coğrafiyası. s.128.
117
Amerikalı tədqiqatçı Səmyuel A.Vimzin «Ermənis-
tan-terrorçu «xristian» ölkənin gizlinləri. Ermənilərin bö-
yük fırıldaq seriyaları» (I cild) kitabında naxçıvanlıların
prinsipial mövqeyi barədə iki mühüm faktı xatırlayır:
«1.Ermənistan Araz vadisinin onlara verilməsi tələbini
qaldıranda Haskel öyrəndi ki, Araz vadisində yaşayan mü-
səlmanlar erməni nəzarətindən çıxmaq üçün hər cür razı-
lığa əvvəlcədən hazırdılar. Sentyabrın 9-da «cənub-qərbi
Azərbaycan»ın nümayəndələri Haskelə məlumat verdilər
ki, özünütəyin prinsipləri yerinə yetirilənə və Paris sülh
konfransı ərazini Azərbaycanın tərkibində təsbit edənə
qədər onlar Amerikanın nəzarətini məğbul hesab edə bi-
lərlər... Daşnak quldurlarının zülmünü qəbul etməkdənsə,
onlar ələ silah götürüb şərəfli ölməyi üstün tutacaqdır... 2.
Amerika rəsmi zabitinə deyildi ki, Şərur-Dərələyəz, Nax-
çıvan və Vedibasar Azərbaycanın ayrılmaz hissələri ol-
muşdur və yalnız Azərbaycan qanunları altında fəaliyyət
göstərəcəkdir. Onlar amerikalı qubernatoru deyil, nüma-
yəndələri qəbul edəcəklər... Başa düşülməlidir ki, əgər bi-
zim istəyimizin əleyhinə olaraq kimsə torpaqlarımızı
Ermənistana verməyə cəhd göstərsə, biz onu özümüzə
düşmən hesab edəcəyik; biz onu əlimizdə silahla qarşıla-
yacağıq və bizim düşmənlər yalnız meyitlərimizin üstün-
dən evlərimizə girə bilərlər».
1
Erməni daşnakları «başa düşdülər» ki, nə siyasi, nə
də silahlı yolla Naxçıvana sahib ola bilməyəcəklər. Bun-
dan sonra ərazi qoparmaq, yalan və uydurma təbliğat apar-
maq yolunu tutdular.
1
Səmyuel A. Vimz. Ermənistan – terrorçu «xristian» ölkənin gizlinləri.
Ermənilərin böyük fırıldaq seriyaları. - Bakı, 2004, s.175.
118
Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət
statusu verən Moskva müqaviləsi, onun sərhədlərini də-
qiqləşdirən Qars müqaviləsi (Ermənistan SSR-in nüma-
yəndəsi imzalasa da) bu gün də erməni daşnaklarının, er-
məni «tədqiqatçılarının» müraciət etdiyi, bu müqavilələrin
ləğvinə çalışdıqları beynəlxalq sənədlərdir. Lakin onlar
başa düşmürlər ki, müqavilələr müddətsiz imzalanmış və
birtərəfli qaydada müqavilələri imzalayan dövlətlərdən hər
hansı biri onu ləğv edə bilməz. Belə olan halda, erməni-
lərin əlacı qalıb saxta və uydurma təbliğata.
Naxçıvanı «böyük Ermənistana» birləşdirə bilməyən
ermənilər fürsət düşdükcə himayədarlarının köməyi ilə
Naxçıvan ərazisindən müəyyən torpaqları qopara bilmişlər.
Zaqafqaziya MİK Naxçıvan MSSR-in ərazi problemlərinə
məhəl qoymadan, Moskva və Qars müqavilələrinin şərtlərini
kobud surətdə pozaraq 1929-cu il fevralın 18-də qərar qəbul
etdi. Həmin qərara görə Naxçıvan MSSR-in 10 kənddən
ibarət 657 kv. km ərazisi – Şərur qəzasının Qurdqulaq, Xa-
çik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyyəsinin Oğ-
bin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad
qəzasının Qorçevan kəndi, Kilid kəndi torpaqlarının bir
hissəsi Ermənistana verildi.
1
1930-cu ildə isə Aldərə, Leh-
vaz, Astazur, Nüvədi və s. yaşayış məntəqələri Ermənistana
verilmiş və həmin ərazidə Mehri rayonu yaradılmışdır.
Ermənistanın Naxçıvanla bağlı ərazi iddiaları sonrakı dövr-
lərdə də davam etmişdir. Ermənilər bilməmiş deyillər ki,
1918-ci ildə Ermənistanın ərazisi cəmi 9,2 min kv. km
olduğu halda, 1922-ci ildə 28,1 min kv. km-ə çatdırıldı.
2
1
Naxçıvan Muxtar Respublikası. - Bakı, 2001, s.95.
2
Zeynalova T.M. Azərbaycanda milli dövlət quruculuğu tarixindən (1920-
30-cu illər). - Bakı, Elm, 2004, s.49.
119
Sonrakı illərdə Ermənistanın ərazisi daha da artırıldı. Qəri-
bədir ki, əsasən ermənilərin yaşadığı ərazi genişlənir, azər-
baycanlıların yaşadığı ərazilər, xüsusən də Muxtar Res-
publikanın ərazisi daralır. 1926-1932-ci illərdə Azərbaycan
SSR-in itirdiyi 774,2 kv. km ərazinin 658,4 kv. km-i, yaxud
80 faizdən çoxu Naxçıvanın payına düşür.
1
1938-ci ildə Kərki kəndinin torpağının bir hissəsi,
1969-cu ilin may ayında yenə Kərki kəndinin başqa bir
sahəsi Ermənistana verilmişdi. 1990-cı il yanvarın 18-19-
da Kərki kəndi ermənilər tərəfindən işğal edildi, sonrakı
illərdə Naxçıvanın başqa ərazilərini tutmağa cəhd göstəril-
sə də buna yol verilmədi.
Keçən əsrin 50-ci illərindən ermənilərin Naxçıvana
yiyələnmək arzuları artdı. 1952-1953-cü illərdə A.Mikoya-
nın başçılığı və tövsiyyəsi ilə Naxçıvanı iqtisadi cəhətdən
məğlubiyyətə uğratmaq üçün bu əraziyə axan Arpa çayının
istiqamətini Göyçə gölünə çevirmək planı hazırlandı.
Güman edirdilər ki, Naxçıvan əhalisini sudan, dolanışıqdan
məhrum edərək, insanları çıxılmaz vəziyyətə salmaqla
Naxçıvanı Ermənistana birləşdirməyə məcbur etmək
asanlaşacaqdı. Bu baş tutmadıqda Naxçıvan camaatını ələ
almaq, onları Vedi və yaxın rayonlarda işə qəbul etmək,
şərait yaratmaq, güzəştli əmək haqqı vermək və b.
şirnikləndirici tədbirlər görülməlidir. Ermənistan hakimiy-
yəti Azərbaycan rəhbərliyini ələ almaq, onun razılığı ilə
güya Naxçıvan camaatına kömək etmək, Azərbaycanın yü-
künü azaltmaq məqsədi ilə Naxçıvanın Ermənistanla birləş-
dirilməsi barədə Axundovun razılığını almaq istiqamətində
1
Məmmədov A. Naxçıvan MSSR-in ərazi problemləri (sovet və çağdaş
tarixşünaslığımızda). «Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf
perspektivləri». Beynəlxalq simpoziumun materilları. - Bakı, «Təhsil»,
2006, s. 129.
120
də xeyli fəaliyyət göstərsələr də məqsədləri baş tutmadı.
1
Bundan sonra erməni daşnakları təşkilatlanmağa
başladılar. 80-ci illərin axırlarından başlayaraq Naxçıvanla
bağlı təşkilat, ittifaq, cəmiyyətlər yaradır, saxta, obyektiv-
likdən uzaq kitablar nəşr etdirir, qəzetlər çıxarırlar. Dağlıq
Qarabağı sanki özlərininki hesab edən ermənilər indi fəa-
liyyətlərini Naxçıvana yönəldiblər. Ermənilər 90-cı illərdə
Naxçıvana qarşı silahlı mübarizəyə başladılar. Ulu öndəri-
mizin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Naxçıvanı
gözləyən təhlükə və bəlalardan xilas etdi. Onlara layiqli
cavab verildi, geri oturduldu. Erməni daşnakları başa düş-
dülər ki, qəhrəman naxçıvanlılar keçən əsrin əvvəllərində
olduğu kimi, indi də Naxçıvan Muxtar Respublikasının
ərazi bütövlüyünü qorumaq əzmindədirlər.
Göründüyü kimi, Naxçıvan tarixin bütün mərhələlə-
rində Azərbaycan xalqına məxsus olmuşdur. Naxçıvanın si-
yasi və etnik tarixi, milli tərkibi, coğrafi adları, yetirdiyi gör-
kəmli şəxsiyyətləri bunu əyani olaraq təsdiq edir. Dünya
sivilizasiyasına dəyərli töhfələr vermiş Naxçıvan ölkəmizin
ən qədim bölgələrindən biridir. Tarixi qaynaqlar da erməni
uydurmalarını rədd edir. Bununla belə erməni saxtakarları,
erməni «tədqiqatçıları» hələ də Naxçıvan iddialarından əl
çəkmir, yeni-yeni uydurmalar irəli sürürlər. Ona görə də
Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, biz bun-
ların hamısına lazımi cavab verməliyik, bütün bu iddiaların
əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etmə-
liyik, Azərbaycanın ərazi bütövlüyünü nəinki indiki dövrdə,
gələcək nəsillər üçün də qoruyub saxlamalıyıq.
1
Musayev T. Yaddaşımızın qızıl səhifəsi... «Xalq qəzeti», 2000, 16 avqust.
121
3. ERMƏNİLƏRİN NAXÇIVAN ƏRAZİSİNƏ
KÖÇÜRÜLMƏSİ
XIX əsrdə çar Rusiyasının Azərbaycanı işğal etmə-
sində fəal iştirak edən, çarizmin müstəmləkəçilik siyasəti-
nin aləti olan ermənilər bunun müqabilində bu ərazilərdə
yerləşmək və dövlətlərini yaratmaq arzusunda olmuşlar.
Onları çar Rusiyası 1828-ci ildə və sonrakı dövrdə Şimali
Azərbaycan torpaqlarına köçürmüşlər. Ermənilərin Azər-
baycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII
əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında
erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperi-
yasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi.
1
Azərbaycan torpaqları Rusiya imperiyası tərəfindən tutul-
duqdan sonra Türkmənçay müqaviləsinin 15-ci, Ədirnə
müqaviləsinin 13-cü maddələrinə əsasən Qacarlar İranı və
Osmanlı imperiyasında yaşayan ermənilər kütləvi şəkildə
Azərbaycan torpaqlarına köçürüldülər. Osmanlı və İranla
sərhəd ərazilərdə ermənilərin yerləşdirilməsi çarizmin
müstəmləkəçilik niyyətlərindən irəli gəlirdi.
2
Azərbayca-
nın Arazdan şimaldakı torpaqlarını işğal edən Rusiya im-
periyası erməniləri kütləvi şəkildə “Rusiya təbəəliyində
olan torpaqlar” adı altında Azərbaycanın keçmiş İrəvan,
Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində və Gürcüsta-
nın məhz azərbaycanlılara məxsus torpaqlarında yerləş-
dirdi.
3
1
İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi (AMEA-nın müxbir üzvü Y.Mahmudovun elmi
redaktorluğu ilə). Bakı: Azərbaycan, 2009, s.375.
2
Qasımlı M. Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və
Dağlıq Qarabağa əsassız iddiaları// Qarabağ: bildiklərimiz və
bilmədiklərimiz. Qafqaz Universiteti, 2010, s.3.
3
İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi, s. 376-377.
122
Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçü-
rülməsi layihəsi hələ 1827-ci ildə A.S.Qriboyedovun baş-
çılıq etdiyi Cənubi Qafqaz diyarının diplomatik dəftərxa-
nasında hazırlanmışdı. Erməni köçürülmələrin əsas təşki-
latçısı və rəhbərləri general İ.F.Paskeviç, general P.D.Sisi-
anov, general N.F.Rtişev, diplomat A.S.Qriboyedov, rus
ordusunun polkovniki Q.Lazarev (erməni mənşəli zabit –
İ.H.), knyaz Q.S.Qolitsın, erməni arxiyepiskopu Nerses və
b. olmuşlar.
1
1828-ci il fevralın 29-da general İ.Paskeviç
göstəriş vermişdi ki, ermənilər başlıca olaraq Naxçıvan və
İrəvan vilayətlərində, qismən Qarabağda yerləşdirilsin, bir
sıra müsəlman kəndləri dindaşlarının ən çox məskunlaşdı-
ğı yerlərə köçürülsün və həmin yerlər ermənilərə verilsin.
Xristianları Naxçıvan və İrəvan vilayətlərinə getməyə razı
salmaq lazımdı. Bu vilayətlərdə xristian əhalisini nə qədər
mümkündürsə çoxaltmaq lazımdı.
2
İran erməniləri İrəvan
və Naxçıvan vilayətlərinə köçürülmələrini istəyirdilər. Gü-
ney Azərbaycanın Təbriz, Marağa, Xoy, Maku, Salmas və
b. bölgələrindən minlərlə erməni Naxçıvana köçürüldü.
3
Çar Rusiyası Şimali Azərbaycanın İrəvan və Naxçı-
van xanlıqlarının ərazisində “erməni vilayəti”ni yaratdı.
“Erməni vilayəti” İrəvan, Naxçıvan əyalətlərinə və Ordu-
bad dairəsinə bölünmüşdü. İrəvan əyalətinə 15 mahal
(Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur,
Sürməli, Dərəkənd-Parçenis, Səədli, Talın, Seyidli-Ağsaq-
qallı, Sərdərabad, Körpübasar, Abaran, Dərəçiçək, Göy-
1
Rəhimov Y. XIX əsrdə ermənilərin Naxçıvan ərazisinə köçürülməsi (rus
mənbələri əsasında)/Kültür evreni (Türkiyə). Ankara, 2010, №6, s.283.
2
Глинка С. Описание армян азербайджанских в пределы России. Баку:
Элм, 1990, с.103.
3
Вердиева Х.Ю. Переселенческая политика Российской империи в
Северном Азербайджане. Баку, 1999, с.106.
123
çə), Naxçıvan əyalətinə 5 mahal (Naxçıvan, Əlincəçay,
Məvazixatın, Xok, Dərələyəz), Ordubad dairəsinə isə 5
mahal (Ordubad, Əylis, Dəstə, Biləv, Çənnəb) daxil idi.
“Erməni vilayəti”nə 6949 erməni ailəsindən ibarət 35560
nəfər köçürülmüşdü.
1
Bunun 23568 nəfəri İrəvan əya-
lətində, 10652 nəfəri Naxçıvan əyalətində, 1340 nəfəri isə
Ordubad dairəsində yerləşdirildi. İrəvan əyalətində yaşa-
yan 2984 ailəsindən cəmi 847 ailə (28 faiz) qaldı, qalan-
ların sayı isə 3,5 dəfə azaldı. Onların əksəriyyəti İrana və
Osmanlı dövlətinə mühacirət etdilər. Köçürülən ermənilər
isə İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61
kəndində, Ordubad dairəsinin 11 kəndində məskunlaşdırıl-
dı. Naxçıvan şəhərində 416 ailə, Əbrəqunusda 36, Bənəni-
yarda 43, Qazançıda 22, Xəlillidə 24, Kültəpədə 70, Neh-
rəmdə 208, Cəhridə 151, Ayrıncda 31, Qarababada 24,
Külüsdə 13, Nursuda 30, Şahbuzda 20, Gecəzurda 14,
Məzrədə 22,
2
Əylisdə 37, Aza, Dar, Dizə və Dırnısda 182
ailə
3
yerləşdirildi. Rusiya işğalınadək Naxçıvan əyalətində
434 erməni ailəsi olmuşdursa, sonrakı köçürülənlər he-
sabına erməni ailələrinin sayı 2719-a çatdı.
4
Köçkünlərdən
2285 ailə əyalətin Naxçıvan mahalında, 266 ailə isə Or-
dubad mahalında yerləşdirildi. Ümumiyyətlə, qeyri-rəsmi
köçənlərlə birlikdə Şimali Azərbaycana gəlmiş erməni
köçkünlərinin sayı 200 min nəfəri ötmüşdür.
5
Çarizmin bu
1
Шопен И.И. Исторический памятник состояния армянской области в
эпоху её присоединения к Российской империи. СПб., 1852, с. 540,635-
642.
2
Naxçıvan tarixindən səhifələr. Bakı, 1996, s.117.
3
Azərbaycan tarixində Naxçıvan. Bakı, 1996, s.96.
4
Григорьев В. Статистическое описание Нахичеванской провинции.
СПб., 1833, с.127.
5
Paşayeva E.M. 1801-1830-cu illərdə Rusiya, Türkiyə və İran
müharibələrində Azərbaycan problemi. Namizədlik diss., Bakı, 2004, s.136.
124
mənfur siyasəti Naxçıvanda etirazla qarşılanmış, əhalinin
böyük narazılığına səbəb olmuşdu.
Nehrəm camaatı buna qəti etiraz etmiş və kəndlərin-
də ermənilərə yer verməmişlər. Nəticədə onların Araz çayı
sahilindəki torpaqları zorla əllərindən alınaraq ermənilərə
verilmiş, orada onlar Təzəkənd yaşayış yerini salıb məs-
kunlaşmışlar. Kəndin yuxarı tərəfindən təqribən 5 km
Nehrəmdən aralı Güznüt kəndi də belə salınmışdır. Eyni
hal Kültəpə, Bənəniyar kəndlərində də baş vermişdir.
Yararlı torpaqların köçkünlərə verilməsi yerli azər-
baycanlı kəndliləri narahat etməyə bilməzdi. Onlar öz tor-
paqlarının bir hissəsindən məhrum olurdular. Bu hadisələ-
rin şahidi olan rus səfiri A.S.Qriboyedov yazırdı: “Biz
onunla, həmçinin müsəlmanları onların uzunmüddətli ol-
mayacaq indiki ağırlaşmalarla barışdırmaq və onlardan er-
mənilərin ilk vaxtlarda köçürüldükləri torpaqları həmişəlik
tutacaqları barədə qorxunu çıxarmaq üçün müsəlmanlara
olunacaq təlqin barədə çox mülahizələr etdik”.
1
Çar Rusiyası erməniləri Şimali Azərbaycan torpaqla-
rına, eləcə də Naxçıvan ərazisinə köçürməklə burada de-
moqrafik vəziyyəti dəyişdirmək, özünə dayaq yaratmaq
məqsədi güdürdü. Ermənilər isə “böyük Ermənistan” ya-
ratmaq xülyalarını gerçəkləşdirmək, ilk növbədə isə er-
məni dövləti yaratmaq arzusu ilə kütləvi olaraq bu ərazi-
lərdə məskunlaşırdılar.
Rus şərqşünası K.N.Smirnov “Naxçıvan diyarının ta-
rixinə və etnoqrafiyasına aid materiallar” kitabında köçü-
rülən ermənilərin bölgədə yerləşdiyi əraziləri aşağıdakı
kimi göstərir: Əliabad kəndinə Xoydan 136 nəfər, Şıx-
1
Грибоедов А.С. Записка о переселении армян из Персии в наши об-
ласти. Соч. в двух томах, т.II, Москва, 1971, с.341.
125
mahmud kəndinə Xoy və Salmasdan 430 nəfər, Qaraxan-
bəyli kəndinə Salmasdan 440 nəfər, Hacıvar kəndinə
Salmasdan 102 nəfər, Aşağı Uzunoba kəndinə Xoydan 65
nəfər, Badamlı kəndinə Salmasdan 101 nəfər
1
, Qulubəy-
Dizə kəndinə Urmiya və Salmasdan 136 nəfər, Kültəpə
kəndinə Salmasdan 330 nəfər, Didivar kəndinə Salmasdan
15 nəfər, Nəzərabad kəndinə Xoy və Salmasdan 198 nə-
fər
2
erməni köçürülmüşdü.
Naxçıvan torpaqları tarixi Azərbaycan ərazisi olmaq-
la, onun yerli əhalisini azərbaycanlılar təşkil edirdi. Naxçı-
van bölgəsi əhalisinin tərkibindəki ermənilər gəlmə idi.
Gəlmə erməniləri də iki yerə bölmək olar: 1. Rusiya işğa-
lınadək bu bölgəyə gələnlər; 2. İşğal zamanı və sonra gə-
lənlər.
3
1801-ci ildə Naxçıvan ərazisində 54,2 min nəfər
azərbaycanlı, 7,4 min nəfər erməni olmuşdur. İşğal döv-
ründə isə - 1826-cı ildə müvafiq olaraq 64,2 və 8,5 min
nəfər idi ki, bu da ümumi əhalinin 81,7 və 10,8 faizini təş-
kil edirdi.
4
Köçürmədən sonra isə - 1832-ci ildə azər-
baycanlıların sayı azalaraq 49,7 min nəfərə (59,4 faizə)
enmiş, ermənilərin sayı isə artaraq 29,2 min nəfərə (34,8
faizə) çatmışdır.
5
1826-1828-ci illər Rusiya-İran mü-
haribəsi dövründə və müharibədən sonra İran və Tür-
kiyədən ermənilərin kütləvi surətdə bu yerlərə köçü-
rülməsi nəticəsində əhalinin etnik tərkibi dəyişdi. Fransız
mənşəli rus tədqiqatçısı İ.Şopenin 1829-1832-ci illərdə
1
Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского
края. Баку: «Ozan», 1999, c. 123-137.
2
Yenə orada, s. 129, 131-132.
3
Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı, 2008,
s.126.
4
Сафаров Р. Изменение этнического состава населения Иреванской
губернии и XIX-XX веках. Баку, 2009, с.143.
5
Yenə orada.
126
rəsmən həyata keçirdiyi kameral təsvirin nəticələrinə görə,
artıq burada 31201 ailə, 164450 nəfər əhali qeydə alın-
mışdı. Onlardan 16078 ailə (81749 nəfər) müsəlmanlar
(azərbaycanlılar); 4428 ailə (25151 nəfər) köçürməyədək
burada yaşayan ermənilər; 6949 ailə (35560 nəfər) İrandan
köçürülmüş ermənilər; 3682 ailə (21666 nəfər) Tür-
kiyədən köçürülmüş ermənilər idi.
1
Gəlmə ermənilərin sa-
yı Naxçıvan əyalətində 10589 nəfər (2145 ailə), Ordubad
dairəsində isə 1340 nəfər (250 ailə) olmuşdu. Azərbay-
canlılar bütün ailələrin 66,5 faizini, ermənilər isə 33,5
faizini təşkil edir.
Çar Rusiyası tərəfindən ermənilərin strateji yaşayış
məntəqələrində yerləşdirilməsinə xüsusi diqqət yetirilirdi.
Naxçıvan şəhərinə 416 erməni ailəsi köçürüldüyü halda,
burada 386 azərbaycanlı ailəsi yaşayırdı. Nehrəm kəndin-
dəki 116 ailəyə qarşı 208 erməni ailəsi, Cəhri kəndindəki
168 ailəyə qarşı, 151 erməni ailəsi köçürülüb yerləşdiril-
mişdi. Naxçıvan dairəsində köçürülməyədək 434 erməni
ailəsi yaşayırdısa, köçürülmə prosesində buraya 2285 yeni
ailə gətirilmişdi.
2
1828-ci ilədək əhalisinin 92 faizi azərbaycanlılar
olan Naxçıvan əyalətinə təkcə həmin ildə 12755 nəfər
(2551 ailə) erməni köçürülmüşdür ki, bunlardan 2080 nə-
fər (416 ailə) Naxçıvan şəhərində, 9345 nəfər (1869 ailə)
Naxçıvan əyalətində, 1330 nəfər (266 ailə) Ordubad dairə-
sində məskunlaşdırılmışdı. Naxçıvan əyalətinə köçürül-
müş 1869 erməni ailəsinin 1127-i bu əyalətin tabeliyində
1
Шопен И.И. Göstərilən əsəri, s.635-642.
2
Kazımov İ. Naxçıvan: əhalisi, sosial-iqtisadi və siyasi tarixinə dair (1828-
1920-ci illər). Bakı, 2007, s.42.
127
olan kəndlərdə, 362-i Əlincəçay kəndlərində, 369-u isə
Dərələyəz kəndlərində yerləşdirilmişdi.
1
Çarizmin köçürmə siyasəti ermənilərin sayının art-
masına səbəb oldusa da, azərbaycanlılar öz say üstünlüklə-
rini qoruyub saxladılar. Əhalinin ümumi sayında azər-
baycanlıların faiz etibarilə azalması özünü göstərirdi. Bu
isə ermənilərin süni olaraq bu ərazilərə kütləvi köçürül-
məsi ilə əlaqədar idi. Lakin heç vaxt Naxçıvan diyarında
ermənilərin artımı azərbaycanlılardan üstün ola bilmədi.
Rus çarizmi, sonrakı dövrlərdə isə bolşevik hakimiyyəti
istəsələrdə belə, məqsədlərinə nail ola bilmədilər.
Dostları ilə paylaş: |