“Ət və Ət məhsullarinin texnologiyasi” fənnindən MÜhaziRƏ MƏtnləRİ


Dondurulmuş ət və ət məhsullarının donunun açılması



Yüklə 8,2 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix09.02.2017
ölçüsü8,2 Mb.
#7901
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

 Dondurulmuş ət və ət məhsullarının donunun açılması.  
Qida 
məhsullarının 
soyuqla  emalının  texnoloji  proseslərinin  son  mərhələsi  –  donun  açılmasıdır.  Donun  açılması 

 
93
zamanı  məhsul  krioskopik  temperatura  qədər  əriyir  ki,  bu  da  onun  sonrakı  emalını  asanlaşdırır. 
Donu  açılımış  ətdən  kolbasa  məmulatlarının,  konservlərin  və  yarımfabrikatların  istehsalında 
istifadə edilir. 
  Ərimə üsulları və rejimi elə seçilməlidir ki, məhsulun tərkibi və xüsusiyyətləri az 
dəyişilsin, həmçinin, kütlə itkisi az olsun. Donu açılmış qida məhsullarının keyfiyyətinə 
aşağıdakı amillər təsir göstərir: 
– dondurulmaya qədər onların xüsusiyyətləri; 
– dondurulma sürəti; 
– dondurulma temperaturu; 
– saxlanma müddəti. 
Dondurulma  və  sonrakı  saxlanma  dövründə  keyfiyyət  göstəricilərində  baş  verən 
geridönməyən  dəyişikliklər,  hətta  donun  açılmasının  optimal  şəraitində  bele  məhsulun 
ilkin  xüsusiyyətlərini  bərpa  etmir.  Donun  açılması  zamanı  məhsulun  tərkibinin  və 
xüsusiyyətlərinin  dayişilməsi  ət  şirəsinin  ayrılması,  həll  olan  zülalların,  vitaminlərin, 
azotlu  ekstraktiv  maddələrin,  mineral  maddələrin  itirilməsi,  eyni  zamanda  biokimyəvi 
və  mikrobioloji  proseslərin  inkişafı  ilə  izah  oluna  bilər.  Bu  dəyişikliklər  məhsulun 
qidalılıq dəyərini aşağı salmaqla bərabər, onun konsistensiyasını, şirəliliyini, dadını və 
iyini pisləşdirir. 
  Ətin  donunun  açılması  zamanı  ət  şirəsinin  ayrılması  əzələ  zülallarının 
denaturasiyası  və  aqreqasiyası  nəticəsində  onların  hidratasiyasının  zəifləməsinin, 
toxumalar  arasında  suyun  ilkin  yayılmasının  pozulmasının,  dondurulma  və  sonrakı 
saxlanma  zamanı  hüceyrə  örtüyünün  zədələnməsinin  nəticəsidir.  Gec  dondurulma  və 
yüksək  temperaturda  uzun  müddət  saxlanma  zamanı  daha  çox  ət  şirəsi  ayrılır.  İsti-
buğlu  ətin  və  ya  yüksək  pH  olan  soyudulmuş  ətin,  həmçinin,  uzun  müddətli  avtoliz 
olunan  ətin  dondurulması,  donun  açılması  zamanı  daha  az  ət  şirəsinin  ayrılmasına 
gətirib  çıxarır.  Göstərilən  amillərdən  və  donun  açılma  şəraitindən  asılı  olaraq  ət 
şirəsinin ayrılması 0,5-3,0% təşkil edir. Qeyd etmək lazımdır ki, ət şirəsi nəinki donun 
açılması  zamanı,  həmçinin  sonrakı  mərhələlərdə  də  ayrılır.  Məhsulun  donunun 
açılması  sürəti  dondurulma  sürətinə  uyğun  olarsa,  ət  şirəsinin  ayrılmasını  azaltmaq 

 
94
olar. Donun açılması zamanı məhsulun üst qatında suyun buxarlanması və ya nəmliyin 
udulması, ət şirəsinin ayrılması, onun kütləsinin dəyişilmə səviyyəsini müəyyən edir. 
  Donun  açılması  zamanı  fermentativ  proseslərin  inkişafı  məhsulun  keyfiyyət 
göstəricilərinə təsir göstərir. Donun açılması zamani struktur dəyişikliklərin pozulması 
və  xarici  mühitə  fermentlərin  ifrazı  nəticəsində  donun  acılmasının  yüksək 
temperaturunda onların katalizə etdiyi reaksiyiların intensivliyi hiss olunacaq dərəcədə 
yüksəlmiş olur. 
  Donu  açılmış  məhsulun  mikrobioloji  çirklənməsi  vacib  göstəricilırdən  biri  hesab 
olunur.  Donu  açılmış  məhsulların  keyfiyyətinin  pisləşməsi  dondurulma  və  saxlanma 
zamanı həyati funksiyalarını saxlamış mikrofloranın fəaliyyəti ilə izah oluna bilər. 
  İstilikdaşıyıcısı  kimi  havadan,  sudan  və  ya  müxtəlif  məhsullardan,  buxardan 
istifadə  edilir.  İstehsalatda  ətin  donunun  hava  mühitində  açılıması  üsulu  daha  geniş 
yayılmışdır.Bud  hissədə  temperatur  1
0
C  olduqda  donun  açılmasını  dayandırırlar. 
Temperaturdan və havanın hərəkət sürətindən asılı olaraq donun açılması yavaş, sürət-
ləndirilmiş və tez olur.  
Yavaş donun açılması zamanı havanın temperaturu əvvəlcə -5-0
0
C olur, sonra isə 
onu tədricən 8
0
C-yə qədər qaldırırlar. Donun açılması 3-5 gün ərzində havanın nəmliyi 
90-95%, hərəkət sürəti 0,2-0,5m/san olduqda baş verir. 
  Sürətləndirilmiş donun açılmasını havanın 16-20
0
C temperaturda, 90-95% nicbi 
rütubətdə  və  0,2-0,5m/san  hərəkət  sürətində  həyata  keçirirlər.  Bu  proses  qaramal 
yarımcəmdəkləri  üçün  24-30  saat,  donuz  yarımcəmdəkləri  üçün  19-24  saat,  qoyun 
cəmdəkləri üçün isə 14-18 saat davam edir. 
  Donun tez açılmasını 20
0
C temperaturda, bud nahiyəsində havanın hərəkət sürəti 
1-2m/san,  85-90%  nisbi  rütubətdə  hava  ilə  duşlamaqla  aparırlar.  Donun  açılması 
müddəti  qaramal  yarımcəmdəkləri  üçün  12-16  saat, donuz  yarımcəmdəkləri  üçün  10-
13 saat, qoyun cəmdəkləri üçün isə 7-10 saat təşkil edir. Temperaturun, nisbi rütubətin 
və  havanın  hərəkət  sürətinin  avtomatik  olaraq  dəyişdirilməsi  mümkün  olan  tunnel 
qurğularda məhsulun donunu 3 mərhələdə açırlar (cədvəl 1). 
 
 

 
95
Cədvəl 1 
Tunnel qurğularda məhsulun donunun açılması mərhələləri  
İstilik 
mərhələsi 
Temperatur,
0

Nisbi 
rütubət,% 
Havanın 
yerdəyişmə 
əmsalı 
Davametmə 
müddəti, 
saat 

14+1 
 
95-98 
200 
20 

10+2 
95-98 
200 
16 

0+2 
60-70 
100 

 
  Donun açılması prosesinin gedişində cəmdəyin səthində temperatur 8
0
C-dən çox 
olmayaraq,prosesin  sonunda  0
0
C  –yə  çatdırılır,  cəmdəyin  mərkəzində  isə  temperatur 
0
0
C-yə  qədər  yüksəlir.  Bu  cür  donu  açılmış  ət  yaxşı  orqanoleptiki  ğöstəricilərə  malik 
olmaqla bərabər, sanitar-gigiyenik baxımdan da yaxşıdır.  Ətin  buxar-hava  mühitində 
20-25
0
C-  də  donunun  açılması  qaramal  yarımcəmdəkləri  üçün  bu  proses  10-15  saata 
qədər  qısalır.  Bu  zaman  yarımcəmdəyin  kütləsi  3-4%  artır  və  kolbasa  istehsalı  üçün 
ətin doğranması zamanı 5-8% ət şirəsi itirilir.  
Ətin  donunun  açılmasında  maye 
mühitin (su, duzluq və s.) tətbiqi istilik  mübadiləsini yaxşılaşdırır. Bu proses soyuq və 
ya  isti  suda  (30

C)  aparılır(  suya  salınır).  Bu  üsulun  tətbiqi  zamanı  oksidləşmə 
prosesinin  inkişafının  qarşısı  alınır.  Eyni  zamanda  məhsulun  maye  ilə  təması 
nəticəsində  onun  üst  qatlarından  həll  olan  komponentlər  çıxır,suyun  udulması  baş 
verir.  Məhsulun  xarici  qatının  böyüməsi  mikroorqanizmlərin  inkişafına  şərait  yaradır. 
Bükmə materiallarının tətbiqi məhsul ilə mayenin təmasının qarşısını alır.   Ən 
perspektivli  üsul  məhsulun  qatı  buxar  şəraitində  aşağı  təzyiqdə  donunun  açılmasıdır. 
Vakuum  şəraitində  donun  açılması  prosesə  sərf  olunan  müddəti  azaldır  və  yaxşı 
sanitar-gigiyenik  şərtləri  təmin  edir.  Ət  bloklarının  və  kəsiklərinin  donunun  açılması 
1,94-2,20  kПa  təzyiqdə  və  17-19
0
C  temperaturda  aparılması  məqsədəuyğundur. 
Yüksəktezlikli  qızdırma  zamanı  məhsulun  yüksəkkeyfiyyəti  təmin  olunur. 
Yüksəktezlikli  elektromaqnit  sahəsinin  enerjisinin  tətbiqi  prosesə  sərf  olunan  vaxtın 

 
96
azalmasına,  sanitar-gigiyenik  göstəricilərin  yaxşılaşdırılmasına,  kütlə  itkisinin 
qarşısının alınmasına səbəb olur. 
 
 

 
97
MÜHAZİRƏ 7: QANIN YIĞILMASI VƏ EMALI  
PLAN 
1. Qansızlaşdırma və yeyinti məqsədləri üçün   qanın yığılması 
2. Qanın fibrinsizləşdirilməsi və ya         sabitləşdirilməsı 
3. Qanın hemolizi 
4. Quru qan tozunun alınması 
1.   
2. 
ƏDƏBİYYAT
 
3.   
1.Qədimova  N.S.  “Ət  və  ət  məhsullarinin  texnologiyasi”.  Dərslik  Bakı:    “İqtisad 
Universiteti”Nəşriyyatı, 2013. 
2.   Винникова  Л.Г.  «Технология  мяса  и  мясных  продуктов».  Учебник.  — 
Киев: Фирма «ИНКОС», 2006. - 600 с.: ил., цв. вкл. 22 с. ISBN 966-8347-35-

3. 
Головкин Н.А. «Холодильная технология пищевых продуктов». М.: Легкая 
и пищевая промышленность, 1984 г., 280 с. 
4.  Глазкова  И.В.  «Натуральные  красители  для  мясной  промышленности»  / 
И.В.  Глазкова,  В.А.  Сидорова  //  Сб.  тез.  2-го  Московск.  международного 
конгресса “Биотехнология: состояние и перспективы развития”. – Москва, 
2003. – С. 122. 
5.   Гринин  А.С.,  Новиков  В.Н.  «Промышленные  и  бытовые  отходы: 
Хранение, утилизация, переработка». - М.:ФАИР-ПРЕСС, 2002 
6.   Гридеэл Т.Э., Алленби Б.Р. «Промышленная экология». Учеб. пособие для 
вузов/  Пер.  с  англ.  под  ред.  проф.  Э.В.  Гирусова.  -  М.:  ЮНИТИ-ДАНА, 
2004 
7.  Кецелашвили  Д.В.  «Технология  мяса  и  мясных  продуктов».  Учебное 
пособие  в  3-х  частях.  Кемерово:  Кемеровский  технологический  институт 
пищевой промышленности, 2004. – 404 с. 
8.   
Рогов  И.А.,  Забашта  А.Г.,  Казюлин  Г.П.  Общая  технология  мяса  и 
мясопродуктов. М.: Колос, 2000 г., 367 с.  

 
98
9.  Файвишевский  М.Л.  Нетрадиционные  технологии  переработки  и 
использования  пищевой  крови  убойных  животных  [Текст]  /  М.Л. 
Файвишевский // Все о мясе, 2006.№1. – С.14-17. 
10.  Файвишевский М.Л. Малоотходные технологии на мясокомбинатах. - М.: 
Колос, 1993. - 207 с. 
 
Qanı 
yeyinti 
və 
müalicəvi 
məqsədlər 
üçün 
yığırlar. 
Heyvanların 
qansızlaşdırılması  üçün  boyunu  birbaşa  deşib,  yuxu  arteriyasını  və  boyunduruq 
venasını kəsirlər. 
Bəzi  ölkələrdə  qansızlaşdırmaq  üçün  vakuum  qurğularından  istifadə  edirlər,  bu 
qurğulara qan toplanır və çirklənmə olmur.  
Qansızlaşdırmadan əvvəl qaramalın boyun hissəsindən dərini kəsir, qida borusunu 
başqa  toxumalardan  ayırır,  mədə  tutumunun  dağılmaması  üçün  onu  bağlayır  və  ya 
sıxırlar. Sonra bıçağı boyun nayihəsinə yeridib, traxeya boyunca hərəkət etdirərək ürək 
ətrafında iri qan damarlarını kəsirlər. Tam qansızlaşma üçün yuxu arteriyasını kəsirlər. 
Donuzlarda döş sümüyü altına bıçaq vurmaqla aortanı və boyunduruq venasını kəsirlər. 
Qida  məqsədi  üçün  sağlam  heyvanların  qanı  içi  boş  bıçaqla,  onu  ürəyin  sag-qabaq 
hissəsinə  yeritməklə  alırlar.  İçi  boş  bıçaq  paslanmayan  poladdan  və  ya  korroziyaya 
uğramayan başqa materialdan hazırlanmış nizəyə oxşar tiyə ilə qurtaran, deşikli və hər 
iki  tərəfində  uzununa  yarıqları  olan  borudur.  Borunun  digər  ucuna  qanın  qəbul  qaba 
axması üçün rezin şlanq geydirilmişdir. Bu üsulla qansızlaşdırdıqda 40-45 san ərzində 
qaramaldan alınan qanın 75%-i, donuzdan alınan qanın isə 60%-i çıxır (davarın qanını 
qida məqsədi üçün toplamırlar). Qanın qalan hissəsi nova axır, toplanır, texniki və yem 
məqsədilə işlədilir. Daha tam qansızlaşdırmaq üçün əlavə olaraq boyun qan damarlarını 
açmaq lazımdır. Qansızlaşdırma prosesinin ümumi davamiyyəti 6-8 dəq təşkil edir. Qanı 
yalnız sağlam heyvanlardan toplamağı təmin etmək üçün xəstə heyvanların qanı ayrıca 
3-4 baş heyvandan toplayır və cəmdəkləri son baytar-sanitar nəzarətindən keçirdikdən 
sonra emala verirlər (qansızlaşdırdıqdan sonra təqribən  

 
99
25-30  dəq  sonra).  Bıçaq  və  toplayıcını  isti  buxarla  sterilizə  edirlər.  Qan 
cəmdəkdən axaraq laxtalanır. Qanı  maye halda saxlamaq üçün onu sabitləşdirir  və ya 
fibrinsizləşdirirlər.  
 Qanın  fibrinsizləşdirilməsi  və  ya  sabitləşdirilməsi.  Qan  tez  laxtalanır,  bu 
fibrinogenin  fibrinə  keçməsi  ilə  izah  olunur.  Bu  proses  üç  mərhələdə  gedir,  1-ci 
toxuma  və  qan  protrombinazaları  əmələ  gəlir;  2-ci-  protrombinazanın  köməyi  ilə 
protrombin trombinə çevrilir ki, bunun təsiri ilə fibrinogen üçüncü mərhələdə tədricən 
fibrinə  çevrilir.  Bunlar  da  nazik  elastik  liflərə  bənzəyir  və  bir-biri  ilə  dolaşaraq 
gözçüklər  əmələ  gətirir.  Əgər  qan  sakit  halda  saxlanılarsa,  onun  formalı  elementləri 
həmin  gözcüklərdə  saxlanılır  və  qan  laxtası  yaranır.  Belə  qan  qatılaşdırılarsa,  fibrin 
lifləri  dolaşaraq  yumaq  kimi  bir  yerə  yığılır,  maye  hissə  isə  ayrılır  ki,  buna  fibrindən 
azad edilmiş qan deyilir. 
Müxtəlif  növ  heyvan  qanının  laxtalanma  sürəti  eyni  deyildir.  Ən  tez  donuz  (3,5 
dəq),  ən  gec  qaramal  (6,5  dəq),  orta  sürətlə  davar  qanı  (4,0  dəq)  laxtalanır.  Qanın 
laxtalanmasının qarşısını almaq üçün iki qrup maddələrdən istifadə edilir. Birinci qrup 
maddələr qanın laxtalanma reaksiyasından ayrı-ayrı komponentləri çıxarır və beləliklə, 
qeyri-fəal  fermentlərə  çevrilməsinin  qarşısını  alır.  Bu  qrupa  müxtəlif  kalsium  ionları, 
sulfatlar, bir və iki əvəzolunmuş fosfatlar, oksalatlar, flüoridlər və s. aiddir. İkinci qrup 
maddələr  ferment  sisteminə  təsir  edərək  onun  fəaliyyətini  ləngidir.  Buna  maqnezium 
və berillium kationları, heparin, hirudin və s. aiddir. 
Yeyinti 
qan 
istifadə 
olunanadək 
laxtalanmaması 
üçün 
sabitləşdirilir, 
fibrinsizləşdirilir və ya konservləşdirilir. Fibrinsizləşmə qandan fibrini xaric etməkdən 
ibarət  olub,  qanın  laxtalanmasının  qarşısını  almaq  üçün  istifadə  olunur.  Bu  proses 
xüsusi  maşınlarla  və  ya  əl  ilə  qarışdırıcı  vasitəsilə  aparıla  bilər.  2-5  dəq  ərzində  qanı 
qarışdırıb  tel  şəklini  alan  fibrini  qarışdırıcının  kürəkciyindən  götürür,  qalıqları  isə  1-
2mm diametrli dəlikləri olan ələkdən keçirirlər. Fibrinin əmələ gəlməsi ərzində çoxlu 
formalı  elementlər  və  plazma  fibrin  tellərinin  arasına  hopdurulur  və  nəticədə  alınan 
fibrin artıq 5% təşkil edir. Alınan fibrinin miqdarının artmaması üçün qan yığıldıqdan 
sonra tədricən fibrinsizləşdirilməli və bu zaman istifadə olunan qablar təmiz olmalıdır. 
Yeyinti  qanın  emalını  apararkən  qanın  fibrinsizləşdirilməsi  onun  laxtalanması 

 
100
müddətində  yerinə  yetirilməlidir.  15
o
C-də  fibrinsizləşdirilməş  qanı  4  saat  saxlamaq 
olar.  Laxtalanmış  qanın  fibrinsizləşdirilməsi  qan  laxtasının  dağılması  və  fibrini  dəmir 
süzgəcdən  keçirməklə  və  ya  30  dəq  durultmaqla  ayrılımasından  ibarətdir.  Durultma 
zamanı fibrin yuxarı qalxır və buradan da yığılır. 
Qanın  laxtalanmasının  qarşısını  almaq  üçün  onu  stabilizator  (sabitləşdirici) 
adlanan  maddələrlə  emal  edirlər.  Stabilizator  laxtalanma  prosesinin  ayrı-ayrı 
komponentlərini  sıradan  çıxarır  (xörək  duzu,  fibrizol-natrium-  fosfat,  nitrat  turşusu 
duzlarının preparatları). 
Qanın  sabitləşdirilməsi  üçün  ucuz,  yaxşı  sabitləşdirici  təsirə  malik,  həmçinin, 
qanın rəngini pisləşdirməyən stabilizatorlardan istifadə edilir.  
Qanın  emalını  ləngitmək,  yaxud  uzun  məsafəyə  aparmaq  lazım  gəldikdə  onu 
konservləşdirirlər.  Texniki  qanı  fibrini  xaric  edən  kimi  ona  az  miqdarda  güclü 
antiseptik  
(1t  qana  2,5kq  krezol  və  ya  fenol)  əlavə  edib  konservləşdirirlər.  Yeyinti  qana 
natrium –xlorid duzu əlavə edib, 2-5 gün ərzində 3-4°C-də saxlamaq olar (cədvəl 1).  
 
 Cədvəl 1 Bəzi stabilizatorların istifadə norması  
 
Sıra 
nömrəsi 
Stabilizatorlar 
100kq  qan  üçün  q-la 
istifadə norması 
1. 
Natrium – pirofosfat 
300-500 
2. 
Natrium -üçpolifosfat 
250 
3. 
Sinantrin-130 
15 
4. 
Natrium - xlorid 
2500-3000 
5. 
Qlüsir- hemkonservant 
20000 
 
Qan  və  onun  komponentlərini  yeyinti  məqsədi  üçün  istifadə  etdikdə,  onları 
soyuqla konservləşdirirlər. Plazmanı 0-2
0
С-də 4-5 gün, 4
0
C-də 8 saat saxlamaq olur. 

 
101
Qanı  və  onun  komponentlərini  dondurucu  kameralarda  və  aparatlarda 
dondururlar.  -10
0
C-də  onları  6  ay  saxlamaq  olar.  Lakin  donu  açıldıqda  qan  hemolizə 
uğrayır.  
Qanın  hemolizi.  Hemolizin  aparılmasında əsas  məqsəd  zəif  və  möhkəm  rabitəli 
hemoqlobinin tam ayrılmasına və onun oksiformada qalmasına nail olmaqdır. Formalı 
elementlərin  hemolizi  üçün  onun  üzərinə  1:1,2  nisbətində  2+5°C  temperaturunda 
distillə  edilmiş  su  əlavə  edib  qarışdırılır  və  0,5-1  saat  sakit  saxlanılır.  Bu  zaman 
hemoqlobin  məhlula  keçir.  Məhlulda  olan  eritrositlər  və  ballast  maddələri  ayırmaq 
üçün  onun  üzərinə  1M  qatılıqlı  fosfat  turşusu  əlavə  edilir.  Fosfat  turşusunun  suda 
məhlulunun  əlavə  edilməsi  (bərpaedici)  oksidləşmə  prosesinə  ingibir  təsir  edərək, 
şabalıdı  rəngin  alınmasının  qarşısını  alır  və  methemoqlobinin  və  oksihemoqlobinin 
hemoqlobinə  çevrilməsini  təmin  edir.  Bu  zaman  hemolizatın  sabitliyinə  pH-ın  təsiri 
öyrənilmişdir.  Məlumdur  ki,  qələvi  məhlulun  daxil  edilməsi  ilə  bərpa  olunmuş 
hemoqlobin,  hətta  otaq  temperaturunda  və  zəif  turş  mühitdə  belə  nitrozohemoqlobinə 
çevrilir.  Eritrositar  stromanın  və  ballast  maddələrin  ayrılması  zamanı  pH-ın  optimal 
qiymətini tapmaq üçün, hemolizata pH-ın 4,6-dan 6,0 kimi qiyməti tədqiq olunmuşdur. 
Təcrübənin  nəticələri  məhlulda  ümumi  zülalın  və  hemoqlobinin  miqdarına  və  onun 
şəffaflığına  görə  müəyyən  edilmişdir.  Tələb  olunan  konsistensiyalı  çöküntünün 
alınması  üçün  sentrifuqada  emal  rejimləri  2500-dən  3500  dövr/dəq-də  aparılırdı. 
Hemoqlobinin daha  yüksək qatılığı pH 5,2-5,4-də alınmış  və  məhlul şəffaf olmuşdur. 
Alınan  hemolizatın  15-20  dəq  ərzində  3000  dövr/dəq  sürətində  sentrifuqada  emal 
edilməsi,  məhlulun  şəffaflığını  və  çöküntünün  möhkəm  konsistensiyasını  təmin  edir. 
Bu zaman hər iki faza arasında sərhəd aydın görünür. Sulu məhlulda zülalların 95-99% 
-ni hemoqlobin təşkil edir. Stabil hemoqlobinin alınması onun öz nativ xüsusiyyətlərini 
saxlaya bilməsidir. Təmiz hemoqlobinin alınması o deməkdir ki, o qatışıqlardan –inert 
zülallardan,  aktiv  birləşmələrdən  və  s.  azad  olsun.  pH-ın  5,6-6,0  intervalında 
ğöstəricilərin tədqiqi hemoqlobinin tam çıxarını təmin etmirdi. 
Hemolizin  aparılmasında  askorbin  turşusunun  tətbiqi  qida  maddələrinin 
istehsalında fuksional və zənginləşdirilmiş təməlin alınmasına şərait yaradır.  

 
102
Hemolizat şabalıdı rəngli, qan iysiz maye olib tərkibində 19,5% zülal, 75,5% su, 
0,09%  dəmir  vardır.  Onda  qidalılıq  qiymətini  aşağı  salan  hemoqlobinin  birləşmiş 
formaları, hüceyrə örtüyü yoxdur. Hemolizatların rəng xüsusiyyətlərinin kakao tozu ilə 
yaxınlığı  onun  şokolad  məmulatlarının  istehsalında  tətbiq  edilməsinə  əsas  verir.  Bu 
zaman  hazır  məhsullar  hem  dəmiri  və  heyvani  mənşəli  zülallarla  zənginləşir.  Bu  qan 
azlığı  olan  insanların  qidasında  tətbiq  edilməklə,  eyni  zamanda  profilaktiki  rol  da 
oynayır. 
 Quru qan tozunun alınması.  Quru qan– fraksiyalaşdırma və püskürtmə üsulu 
ilə  alınan  (adətən,  donuz  qanı)  tünd-boz  rəngli  tozdur.  Quru  qan  tozunun  tünd  –boz 
rəngi  onun  tərkibində  28-44%-ə  qədər  hemoqlobin  zülalının  olması  ilə  şərtlənir. 
Hemoqlobin  mürəkkəb zülaldır, o zülali hissədən (qlobin)  və üzvi birləşmədən (hem) 
ibarətdir ki, onun da tərkibində dəmir olduğundan hemoqlobinə qırmızı rəng verir. 
Qanın  separatorda  ayrılması,  müxtəlif  separatorların  iş  prinsipi  və  texniki 
xüsusiyyətləri.  Quru  qan  tozunun  alınması  üçün  qanı  fraksiyalara  ayırırlar.  Qanın 
plazma və formalı elementlərə ayrılması, fraksiyaların xüsusi çəkilərinin eyni olmama-
sına əsaslanır və separatorda aparılır. Separatordan və ya çökdürmə üsulundan istifadə 
edərək  hemoqlobini  qandan  ayırsaq,  qırmızı-sarı  rəngli  plazma  alınır.  Plazmada 
üçfraksiyalı zülallar qalır: fibrinogen, albuminlər və qlobulinlər. Plazmada, əsasən suda 
həll olan qiymətli albuminlər və qlobulinlər üstünlük (zülalların ümumi miqdarının 90- 
93% qədəri) təşkil edir. 
Separator  ilə  qanı  ayırdıqda  iribuynuzlu  heyvanlarda  zərdab  63%,  formalı 
elementlər 37%, donuzlarda uyğun olaraq 51% və 49% təşkil edir. Qanın ayrılmasının 
keyfiyyəti  separatorun  barabanının  diametrindən,  dövretmə  surətindən  və  separatora 
daxil  edilən  qanın  miqdarından  asılıdır.  Ratorun  həddindən  artıq  surətlə  fırlanması 
eritrositləri  son  dərəcə  güçlü  təzyiq  altına  salır  və  onların  dağılmasına,  qanın 
hemolizinə  səbəb  olur.  Qanın  tam  ayrılması  separatorun  düzgün  hazırlanma  və 
işlədilməsindən,  qanın  müntəzəm  daxil  edilməsindən  və  temperaturdan  (25-30  C°) 
asılıdır. 
А1-FКJ  qan  separatoru  (1,5  кVt)  kənd  təssərrüfatı  heyvanlarının  (iribuynuzlu, 
xırdabuynuzlu heyvanın, donuzun) qanının  sabitləşdirildikdən (fibrinsizləşdirildikdən) 

 
103
sonra plazmaya (zərdaba) və formalı elementlərə bölünməsi üçün nəzərdə tutulmuşdur 
(cədvəl 2). 
   
Cədvəl 2  А1-FКJ qan separatorunun texniki xüsusiyyətləri 
Məhsuldarlığı, dm3/saat 
  
250-dən çox olmamaqla 
Barabanın fırlanma tezliyi  
C
-1
-(dövr/dəq) 
  
134 +5 (8000 +300) 
 -2 -100 
  
Gücü, кVt 
  
1,5 
Qabların miqdarı, ədəd 
  

 
Məhsul çıxan yerdə təzyiq, Atm  
  
0,8 
Separatora 
verilən 
qanın 
temperaturu, 
o
С 
  
25-30 
Qanda çirkin miqdarı, % 
  
 0,012-dən çox olmamaqla 
Qanda 
çirkli 
hissəciklərin 
diametri, mm 
  
 1,0-dən çox olmamaqla 
Separatora 
verilən 
qanın 
hemotokritin göstəricisi, % 
  
 30-dan az olmamaqla  
Plazmanın ( zərdabın) çıxarı, % 
  
 60-dan az olmamaqla 
Elektrik mühərrikinin tipi 
  
АİR80В4-UZ  və  ya  4АМ80В4-
UZ  
(1,5 кVt) 
 Qabaritləri, mm: 
 
 
 uzunluğu 
780   
eni 
380   
hündürlüyü 
800   
İri ölçülər, mm 
  
789х380х800 
Separatorun kütləsi, кq 
  
110 

 
104
 Qeyd: Separatora verilən qan hemoliz olunmamalıdır 
   J5-ARMQ  separatoru  kənd  təssərrüfatı  heyvanlarının  (iribuynuzlu  heyvanın, 
donuzun)  qanının  hemoliz  olmadan  iki  fraksiyaya:  plazmaya  və  formalı  elementlərə 
bölünməsi üçün nəzərdə tutulmuşdur. J5-ARMQ qan separatorunun texniki xüsusiyyəti 
aşağıda verilmişdir (cədvəl 3). 
 
 Cədvəl 3 
J5-ARMQ qan separatorunun texniki xüsusiyyətləri 
Məhsuldarlığı, l/saat 
5000 
Gücü, kVt 
15 
Qabaritləri, mm 
 
Uzunluğu 
1260 
Eni 
1260 
Hündürlüyü 
1865 
 
 
 Qanın  qurudulması  və  müxtəlif  qurudulma  üsullarının  səmərəliliyinin 
araşdırılması.  Qanın  komponentlərinin  texnoloji  emalı  nəticəsində  bir  sıra 
dəyişikliklərə  məruz  qalır.  Bu  zaman  zülalların  dəyişilməsi  nəticəsində  daha  çox 
keyfiyyət dəyişiklikləri baş verir və burada denaturasiya əsas xarakter daşıyır. Zülalla-
rın  müxtəlif  fraksiyaları  temperatur  dəyişikliyinə  qarşı  eyni  dərəcədə  davamlı  deyil. 
Fibrinogen  və  qlobulinlər  10%-li  natrium  xlorid  məhlulunda  uyğun  olaraq  52-55  və 
75
0
C  temperaturda  laxtalanır;  albumin  natrium  xloridin  5%  -li  məhlulunda  75
0
C  -də, 
təmiz suda isə 50
0
C- də laxtalanır. Zülalların denaturasiyasının sürəti mühitin pH-ı turş 
mühitə keçdikcə daha da artır. 
Qanın qurudulmasını elə aparmaq lazımdır ki, zülallar istiliklə denaturasiyaya az 
məruz qalsın və həllolma qabiliyyətlərini itirməsin. Qan püskürdücü, kameralı, kanallı, 
barabanlı,  vallı  quruducularda  qurudulur.  Kameralı  quruducu  kərpic,  yaxud  dəmir- 
betondan  qapı-pəncərəli  binadır  ki,  odlu,  yaxud  buxarlı  kaloriferlə  qızdırılır. 
Kaloriferlə qızdırılmış hava temperatur fərqinə görə kameraya sorulur, qandakı rütubəti 

 
105
çəkir, soyuyur və kaloriferə qayıdır. Beləliklə, rütubətlə doymuş  hava ardıkəsilmədən 
dövr  edir  və  şiber,  yaxud  ventilyatorla  kameradan  xaric  olunur.  Təmiz  hava  qapı  və 
pəncərədən  daxil  olur.  3-3,5m  hündürlüyü  olan  stellajlar  kamera  divarı  boyunca  və 
ortada 0,5m məsafədə yerləşir. 
Qan ləyənlərə tökülməzdən əvvəl quruducuda temperatur 25-30°C olmalıdır. Qan 
qablara  doldurulduqdan  sonra  quruducu  bağlanır,  istilik  50-55°C  çatdırılır  və  sorucu 
boruların şiberləri (qapaqları) açılır. 
Qanın  laxtalanmasının  qarşısını  almaq  üçün  prosesin  əvvəlində  havanın 
temperaturu  normadan  artıq  olmamalıdır.  Qurutmanın  sonunda  temperatur  60°C 
olmalıdır.  Qanın  tez  və  eyni  qaydada  quruması  üçün  ləyənlərin  yeri  dəyişdirilir. 
Qurutma prosesi 16-18 saat davam edir. Bu cür aparılan qurutma prosesində albumin 
asanlıqla ovulan dənəvər olur. 
Qurutmanın  sonunda  kamera  soyudulur  və  hazır  məhsul  ləyənlərdən  yeşiklərə 
yığılır.  Bundan  sonra  albumin  soyudulur,  ələkdən  keçirilib  kisələrə  yığılır,  çəkilir  və 
müvafiq qeydiyyat aparılır. Alınmış kristal albuminin nəmliyi 13%, ilkin kütləyə görə 
çıxımı 16% olur. 
Kanallı  quruducuda  qan  ləyənlərdə  qurudulur,  hərəkət  edən  arabacıqlar  və 
vaqonetlərə  yerləşdirilir.  Quruducu  kanal  şəklində,  uzunluğu  8-10m,  eni  1-2m, 
hündürlüyü  1,5m  olur.  Hava  kaloriferdə  qızır  və  ventilyatorla  sorulur.  İşlənmiş  nəm 
hava kanalın axırında qoyulmuş boru ilə xaric olunur. 
Qurutmadan  əvvəl  ləyənlər  yoxlanılır,  mineral  yağla  yağlandıqdan  sonra  üfiqi 
vəziyyətdə vaqonetlərdə yerləşdirilir və hər birinə 175-300q qan tökülür. Bundan sonra 
kalorifer  qızdığı  zaman  ventilyatorun  motoru  işə  salınır,  quruducunun  qapısı  bağlanır 
və  lazımi  temperatur  alındıqdan  sonra  vaqonetlərə  itələnir.  Havanın  temperaturu 
quruducunun  girişində  65-68°C,  çıxışında  isə  40-45°C  olmalıdır.  Təxminən  6-7  saat 
sonra  quruma  prosesi  başa  çatır.  Albuminin  keyfiyyəti  yoxlanılır,  vaqonet  hazır 
məhsulla  quruducudan  çıxarılır,  kanalın  o  biri  tərəfindən  isə  təzə  qanla  vaqonetlər 
quruducuya  daxil  edilir.  Bu  zaman  kanalda  duran  bütün  vaqonetlər  bir  vaqonet 
uzunluğunda məsafəyə irəli hərəkər edir. Bundan sonra hər 45-55 dəq-dən bir dolma və 
boşalma prosesi davam etdirilir. 

 
106
Şkaflı quruducular, soba qaz ilə və yaxud  buxarla qızdırlır (təbii hava axınında). 
Bu quruducunun iş prinsipi kameralı  və kanallı quruducuların  iş prinsipinə uyğundur, 
qurudulan  materialın  isti  hava  ilə  təmasına  əsaslanır.  Qurutma  rejimi  qurudulan 
xammalın  xassəsindən,  vəziyyətindən  və  hazır  məhsula  tələbatdan  asılıdır.  Məsələn, 
çiy  fibrinsizləşdirilmiş  qan  60-66°C-də  qurudulur  ki,  onun  həllolma  qabiliyyəti 
saxlanılsın,  laxtalanmış  qanı  isə  85-100°C-də  (hazır  məhsulun  həll  olunması  nəzərə 
alınmır) qurudulur. 
Kameralı  və  şkaflıdan  kanallı  quruducular  daha  sərfəli  hesab  olunur.  Bunlarda 
proses  5-6  saata  başa  çatır,  hava  mübadiləsi  güclü  (intensiv)  keçir.  Bu  üsulda  qanın 
konservləşdirilməsi lazım gəlmir, əmək şəraiti yaxşılaşır (yüksək temperatur olmur) və 
nahəyət, qurutma prosesinin temperaturunu tam tənzimləmək mümkün olur və bununla 
yüksəkkeyfiyyətli albumin alınır. 
Günəşlə, yaxud təbii qurutma üsulu az yayılmışdır və sabit isti iqlimli və küləksiz 
rayonlarda  tətbiq  edilir.  Adətən  qanqurutma  meydançası  ət  kombinatının  günəşli  və 
küləksiz  tərəfində  təşkil  edilir.  Günəşin  təsirindən,  havanın  temperaturundan  asılı 
olaraq  qan  5-6  saata  yaxşı  quruyur.  Qurudulan  qanın  üzərində  kip  pərdə  (plyonka) 
əmələ gəldikdən sonra onu çevirir və taxta latoklarda tam quruyana qədər saxlayırlar.  
 Püskürmə  quruducu  ən  müasir  quruducudur:  materialla  isti  hava  təmasda 
olduğundan  və  istilik  mübadiləsindəki  mühitin  temperatur  fərqi  yüksək  olduğu  üçün, 
onlarda quruma ani olaraq (saniyənin 1/30-1/50 arasında) baş verir; quruma prosesində 
materialın temperaturu yüksəlmir və qan tozu ilkin xassələrini saxlamış olur; qurutma 
nəticəsində əlavə xırdalanma tələb etməyən narın qan tozu alınır; düzgün qurudulmuş 
toz həllolma qabiliyyətini saxlayır. 
Lakin qurumanın sürətlə getməsi nəticəsində quruducuya daxil olan hava rütubəti 
tam  doymur  və  aşağı  nisbi  nəmliklə  kənar  edilir,  nəticədə  buxarın  mütləq  məsarifi 
xeyli  artır  (1  kq  buxarlanmış  suya  2,0-3,5  kq).  Quruducuya  daxil  olan  havanın 
temperaturu aşağı olduqca isti buxarın məsarifi də bir o qədər yüksək olur. 
Quruma prosesindəki istiliyin mütləq məsarifini azaltmaq üçün əvvəlcədən xüsusi 
qurğularda  rütubətin  bir  hissəsi  buxarlandırılır.  Belə  ilkin  susuzlaşdırma  üçün 
quruducudan  xaric  olan,  rütubətlə  doymamış  və  kifayət  qədər  isti  olan  havadan  da 

 
107
istifadə etmək olar, yəni ikimərhələli qurutma aparmaq olar. Belə halda istiliyin mütləq 
məsarifi  1  kq  buxarlanmış  rütubətə  1,8-2,0  kq  təşkil  edir.  Qanın  ilkin 
buxarlandırılmasını  35-40°C  və  710-720mm  c/süt  təzyiqində  aparıb  nəmliyi  15-20% 
aşağı salmaq olar.  
İkimərhələli  qurutmada  qan  forsunkalarla  püskürdülür,  onun  əks  istiqamətində 
quruducudan  isti  hava  verən  xüsusi  kamera  olur.  Nisbətən  susuzlaşdırılmış  qan 
kameranın  aşağı,  konusvarı  hissəsinə  toplanır  və  nasosla  quruducuya,  yaxud  aralıq 
cənə  (qazana)  ötürülür.  Qanın  bu  üsulla  emalının  çatışmaz  cəhəti  prosesin  uzun 
sürməsidir.  Quruducuda  qan  forsunkalar,  yaxud  yüksək  sürətlə  fırlanan  dikslərlə 
püskürdülür.  Quruluşundan  asılı  olaraq  forsunkalı  quruducu  iki  növ:  hərəkətsiz  və 
fırlanan olur. 
Forsunkalı quruducu ölçüləri  istehsal  məhsuldarlığından asılı olan silindrik qüllə 
şəklindədir.  Məhsuldarlığı  saatda  1450  kq  olan  quruducunun  hündürlüyü  7,255m, 
diametri  6,0  m-dir.  Fırlanan  forsunkalı  quruducularda  qanın  qurudulması  aşağıdakı 
kimi gedir: defibrinləşdirmə, çökdürmə və süzülmədən sonra qan stəkanvarı süzgəcdən 
nasosla  təzyiqi  tarazlaşdırıcıya  ötürülür.  Forsunkalara  daxil  olan  qanın  təzyiqi  35-50 
atm səviyyəsində saxlanılır. 
Balondan  tənzimləyici  ventillə  qan  əvvəlcə  qülləyə,  sonra  püskürdücü  qurğuya 
verilir.  Forsunkalar  dəqiqədə  1,5  dövr  sürətlə  fırlanan  boruvarı  karkas  üzərinə 
bərkidilir. Forsunkaların çıxış diametri 1,2-1,5 mm-dir. Forsukaların sayı quruducunun 
məhsuldarlığından  asılıdır.  Belə  ki,  qüllənin  məhsuldarlığı  saatda  1450  lt  olduqda  9 
forsunka, 675lt olduqda 6 forsunka, 400lt olduqda isə 4 forsunka qoyulur. 
Qan  forsunkadan  püskürüldükdə  və  eyni  zamanda  bütün  püskürmə  sistemi 
fırlandıqda  quruducuda  püskürdülmüş  qan  dumanı  əmələ  gəlir.  Qan  ventilyatorla 
vurulan  isti  hava  axını  ilə  qurudulur.  Hava  kaloriferdə  temperaturu  125-135°C-yə 
qədər olan buxarla qızdırılır. Püskürmə zonasında temperatur 70-75C° -yə qədər enir, 
işlənmiş hava qüllənin aşağısındakı sorucular vasitəsilə kənar edilir, onun temperaturu 
isə  65-70C°  olur.  Quru  qanın  əsas  kütləsi  (90%)  qüllənin  aşağısına  düşür,  oradan 
fırlanan xaç üzərində olan qaşıyıcı, yaxud süpürgəciklərlə bunkerə, oradan isə boşaldıcı 
şnekə ötürülür. 

 
108
Kənar edilən  hava özü ilə bir qədər çox narın albumin  hissəcikləri aparır. Onları 
tutmaq  üçün  qolabənzər  silkələnən  parça  süzgəclər  qurulur.  Təmizlənmiş  hava 
süzgəcdən  sorucu  ventilyatorlarla  xaricə  atılır.  Qurucunun  normal  işlənməsi  üçün 
süzgəcdən  daim  bir  qədər  əks  təzyiq  olmalı  (20-25mm  su  sütunu).  Süzgəc  iki  əsas 
hissəli dəmir örtükdən: düzbucaqşəkilli üst qutudan və aşağıdan ona qoşulan, içərisində 
şnek olan dəmir bunkerdən ibarətdir. Süzgəc bir neçə, hər birində 4-6 ədəd (uzunluğu 
3675mm,  diametri  170-190mm)  sıx  parçadan  tikilmiş  və  metal  halqalara  çəkilmiş 
qollardan ibarətdir. 
Narın tozlu hava aşağıdan yuxarı, parça qollarla vurulur, burada qan tozu tutulub 
saxlanılır.  Vaxtaşırı  parça  qollar  xüsusi  mexanizim  vasitəsilə  silkələnir,  toz  süzgəcin 
bunkerinə  toplanır,  oradan  isə  ötürücü  ilə  kütləni  qüllədən  xaricə  çıxaran  mərkəzi 
şnekə ötürülür. 
Qan  tozu  ələkdən  keçirilir  və  kağız  torbalara  yığılır.  Püskürdülmə  zamanı  qan 
damcılarının  böyüklüyünün  çox  əhəmiyyəti  vardır:  damcı  normadan  böyük  olduqda 
zülal  maddələri  laxtalanır.  Belə  hal  təzyiq  az  olduqda,  forsunkaların  pis  vəziyyəti, 
yaxud tutulması zamanı yarana bilər.  
Mexaniki  forsunkalar  səssiz  işləyərək,  yüksək  məhsuldarlığı  ilə  səciyyələnir  və 
nazik,  eyni  səviyyədə  tozlandırmanı  aparır.  Qurutma  zamanı  forsunkaların 
məhsuldarlığı 600 kq/saatdır, lakin onlar saatda 4,5 t məhsul da püskürdə bilər. Bir ton 
məhlul üçün enerji sərfi 2-dən 10 kVt-a qədərdir. Forsunkanın çatışmayan cəhəti onun 
məhsuldarlığı  ilə çıxış yerlərinin (d≈0,5 mm) tez dolmasının nizamlaya bilməməsidir. 
Bu  forsunkalar  çöküntü  verən  suspenziyaların,  pastaların,  məhlulların  emalı  üçün 
yararsızdır (şəkil 1). 
Hərəkətsiz forsunkalı quruducu–  diametri  5,8m  və  hündürlüyü  7m  olan  silindrik 
qüllədən, isti hava siklonundan, təzyiqi tarazlaşdırıcıdan, forsunkalarda təzyiq yaradan 
kompressordan və qollu silkələyici süzgəclərdən ibarət qurğudur. 
Qüllənin  içərisində,  dəmirbeton  püskürmə  sütunundan  keçən  yüksək  təzyiqli 
qanaparan  boru  üzərində  dəliyin  diamerti  0,5-1,5mm  olan  1-3  ədəd  forsunkalar 
yerləşir. Qan ikiporşenli hidravlik nasosla qoruyucu klapanı  maksimum 50 atm təzyi-
qində  nizamlanmış  siindirik  balona  ötürülür.  Hava  kaloriferdə  110-120°C-yə  qədər 

 
109
qızdırılır,  hava  borusu  ilə  quruducunun  aşağısında  yerləşən  dairəvi  kanallara  verilir. 
Kanal boyu diametr qeyri - bərabər olduğuna görə hava müxtəlif sürətlə hərəkət edir və 
quruduğu  qülləyə  daxil  olduqda  hava  burulqanını  əmələ  gətirir.  Hava  axını  şiberlə 
nizamlanır.  Qüllənin  xortumundan  işlənmiş  hava  kənar  edilir.  Havanı  qollu 
süzgəclərdə təmizləyirlər. 
 
Şəkil 1. Mexaniki forsunkalar: 1– коrpus; 2 – təchiz edən başlıq; 4– əksqayka; 3, 
5, 6– disk 
 
Pnevmatik  püskürən  quruducunun  hidravlik  quruducudan  fərqi  ondakı 
püskürmənin bir forsunka ilə olmasıdır. Qan gəlir 3-4 atm təzyiqli qülləyə püskürdülür. 
Qüllə  konusvarı,  silindr  formasında  olur.  Qüllənin  divarları  hamarlanırki  qan  unu 
onlara  çökməsin.  Qüllənin  diametri  2,75m,  silindrik  hissənin  hündürlüyü  3,7m, 
konusvarı hissəninki isə 2,3m-dir. 
Quru  qan  qüllədən  1,5m  diametrli  siklona  düşür,  burada  tozun  əsas  hissəsi 
havadan  ayrılır;  sonra  hava  süzgəcdən  keçirir,  burada  da  tozun  narın  hissəsi  tutulur. 
İşlənmiş hava qızdırılır və quruducuya qaytarılır. 
Diskli  qan  quruducuları  da  silindrik  quruducu  qüllədən,  buxarlı  kaloriferdən, 
qollu  süzgəcdən  və  işlənmiş  havanı  soran  ventilyatordan  ibarətdir.  Bu  qurğu  qanın 
püskürdülməsi üsulu ilə fərqlənir.  
Quruducunun  üstünə  qanla  dolu  qazan  qoyulur,  buradan  qan  boru  ilə  qülləyə, 
fırlanan  diskin  içərisinə  daxil  olur.  Diskin  diametri  180mm-dir,  onun  4-8  ədəd  radial 
istiqamətdə,  mərkəzdən  kənara  gedən  çıxışda  5-7mm  diametrli  kanalları  vardır. 

 
110
Dəqiqədə  10000  və  15000  dövr  edən  disk  buxarlı  turbinlə  hərəkətə  gətirilir.  Bəzən 
diski yüksək sürətli elektirik mühərriki üzərində qururlar. Belə quruducularda isti hava 
(125-135°C)  aşağıdan  verilir  və  mərkəzi  paylaşdırıcı  sütuna  düşür,  onun  xüsusi  hava 
istiqamətləyici  pərləri  olur.  Mərkəzi  sütundakı  deşikdən  isti  hava  keçərək, 
püskürdülmüş  qan  dumanına  dəyir  və  onu  qurudur.  İşlənmiş  hava  qüllə  ilə  qollu 
süzgəci birləşdirən hava yolu ilə qüllədən kənar edilir. 
Müxtəlif  püskürən  quruducuların  quruluşunu  və  işini  müqayisə  etdikdə,  diskli 
quruducunun  üstünlüyü  aşkar  olunur.  Forsunkalar  tez-tez  tutulur,  forsunkaların 
dəyişdirilməsi  üçün  qurutma  saxlanılır,  qüllə  qaydaya  salınır,  qan  süzgəcləri  yuyulur. 
Bundan  əlavə,  forsunka  püskürməsində  alınmış  qan  tozu  hissəcikləri  diskli 
üsuldakından iri olur, bu isə hazır məhsulun keyfiyyətinə mənfi təsir göstərir. 
Forsunkalı  quruducuların  üstünlüyü,  xüsusi  mühərrikin  lazım  olmamasındadır. 
Yüksəktəzyiqli quruducularda qan 170 atm təzyiqi ilə püskürdülür. 
Quruducunun  havası  süzgəcdən  keçib  tozdan  təmizləndiyi  üçün  hazır  məhsulun 
itkisi xeyli az olur. İşlənmiş isti hava qanın qızdırılmasına və ilkin qurudulmasına sərf 
olunduğuna  görə  istilik  məsarifi  azalır.  Hazırkı  aqreqatın  vakuum  –susuzlaşdırıcı 
aparata ehtiyacı yoxdur. 
 Qan  əvvəlcə  qızdırıcıda  isidilir,  sonra  nasosla  ilkin  buxarlanma  kamerasına 
vurulur və orada fırlanan boş ox üzərində yerləşmiş forsunkalarla püskürdülür. 10-15% 
nisbi  rütubəti  və  80-85°C  istiliyi  olan  hava  püskürdülmüş  qan  dumanı  ilə  spiralvarı 
yolla  mərkəzə  doğru  hərəkət  edib  onu  susuzlaşdırır.  80-85%  nəmliyə  qədər  doyur, 
istiliyi təxminən 50°C-yə çatır, yuxarıdakı çıxışdan xaric olur. 
Qan  kameranın  divarları  ilə  aşağı  axır,  oradan  yüksəktəzyiqli  hidravlik  nasosla 
fırlanan  forsunka  ilə  içərisinə  127°C  hava  vurulan  quruducu  kameraya  püskürdülür. 
Hava  kameraya  daxil  olur,  püskürdülmüş  qan  hissəciklərinə  qarışır,  mərkəzdənqaçma 
qüvvəsinin  təsiri  ilə  spiralvarı  xətlə  qüllənin  divarlarına  dəyir,  hissəciklər  sürəti  itirir, 
qüllənin konusvarı dibinə düşür. Oradan albumin bunkerə tökülür, sonra isə öz axını ilə 
ələkdən keçir və soyuyur. 

 
111
“Nema” püskürən quruducu yuxarıda göstərilən qurğulardan bir sıra üstünlükləri 
ilə  fərqlənir:  qurudulan  hava  aşağıdan,  yuxarıdan  və  yandan  verilir;  havanın  istiliyi 
daha yaxşı istifadə edilir; püskürdülən qan məşəlinin forması və böyüklüyü nizamlanır. 
Bu  quruducu  bir  qədər  təkmilləşdirilmişdir–  ikinci  forsunka  və  isti  hava 
paylaşdırıcı  üçün  əlavə  qurğu  düzəldilmiş,  nasosla  bir  qədər  dəyişdirilmiş  forsunkaya 
verilən  qanın  təzyiqi  artırılmışdır.  300  və  500  lt  su  buxarlandıran  quruducuların  iş 
xüsusiyyəti  ondan  ibarətdir  ki,  qan  mərkəzdənqaçma  nasosu  ilə  əvvəlcə  təzyiqli  çənə 
verilir,  sonra  isə  öz-özünə  avtomatik  tənzimləyici  qurğudan  keçir  və  boru  xətti  ilə 
diskin  içərisinə  daxil  olur.  Disk  buxarlı  turbinlə  dəqiqədə  8000  dəfə  fırlanır.  Qan 
qüllənin  bütün  səthi  üzərinə  çilənir  və  o  biri  qurğulardakı  qaydada  quruyur.  Diskin 
sürətini saxlamaq üçün buxar turbinə 8 atm təzyiqi ilə daxil olmalıdır. 
 
 
 A B C D 
Şəkil 2. Püskürdücü disklərin tipləri: A – açıq boşqabvarı; B – bağlı klapanlı; C – 
yastı qapalı dişli; D – üçqatlı arakəsməli və dişli 
 

 
112
Yüklə 8,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin