Şəkil 1. Qaramal cəmdəyindən dərinin çıxarılması üçün mexanikləşdirilmiş
fiksatorlu, fasiləli təsirli aqreqatlar:
a – konveyer tipli fiksator FUA: 1 – fiksatorun konveyeri;
47
2 – dərini çıxarmaq üçün qurğu; 3 – fiksator;b – döndərici fiksatorlu FUAM :1 –
ön ayaqların fiksasiyası üçün bənd; 2 – fiksator valı; 3 – cəmdəyin hərəkəti üçün ling;
4 – dərini çıxarılmaq üçün qurğu.
Daimi işləyən qurğuda dərinin ayrılması cəmdək hərəkət edən zaman aparılır.
Bu qurğada qaramaldan dərinin çıxarılması aşağıdakı kimi aparılır.
Dəri açıldıqdan sonra bir ucu dəriyə bərkidilmiş zəncirin o biri ucunu maili
konveyerin qarmaqlarına keçirirlər. Eyni zamanda həmin qayda ilə qabaq ətrafları bər-
kidirlər. Nəqliyyat konveyeri ilə dəri konveyerləri sürətləri arasında fərq hesabına dəri
cəmdəkdən ayrılır. Bir dəfəyə 7-8 cəmdəkdən dəri çıxarılır. Dal ayaqlardan cəmdəkləri
nəql edən üfüqi konveyer və maili dəriçıxarma konveyeri sinxron işləyir.
Qüvvə tətbiqinin lazım istiqamətini təmin etmək üçün (perpendikulyar və paralel)
dəriçıxarma konveyeri, cəmdəyin uzununa oxuna nisbətən üfüqi müstəvidə mailliyi
vardır. Meyil bucağı təqribən 37
0
C-dir.
Dərini ayırdıqdan sonra xüsusi istiqamətləndiricinin köməyi ilə qabaq ayaqlarını
bərkidən zəncirin halqasını konveyerin qırmağından və zəncirin qırmağını qabaq ayaq-
lardan çıxarırlar. Qurğunun məhsuldarlığı saatda 150 başa qədərdir.
Qaramaldan dərini çıxartmaq üçün daimi işləyən qurğu aşağıdakı prinsip üzrə
işləyir: birrelsli yolda cəmdəkdən dərini açdıqdan sonra, onu 90
0
çevirərək, iki relsli
konveyersiz asma yola keçirirlər. Qabaq ətrafı xüsusi qarmaqlarla iki paralel zəncirdən
ibarət olan konveyer eninə olan köndələninə bərkidirlər. Bu konveyer cəmdəkləri nəql
etmək və onların vəziyyətini dəyişdirmək üçün istifadə edilir.
Konveyerin əvvəlində tədrici yoxuş vardır. O, dərini çıxaran zaman cəmdəyin
şaquli vəziyyətdən üfüqi hala keçməsinə kömək edir.
Nəqletmə konveyerinin altında dərini bərkitmək üçün konveyer yerləşir. Dəri və
qabaq ayaqlar bərkidilən konveyerlərin sürətləri fərqi hesabına dəri çıxarılır. Dəri
çıxarıldıqdan sonra qabaq ayaqlar konveyerinin tədricən enməsi nəticəsində cəmdək
yenidən şaquli vəziyyət alır, onu 90
0
çevirirlər.
Bunu sonrakı emal konveyerinə qoşurlar. Konveyerlərin hər iki tərəfindəki
səkillərdə dayanan fəhlələr dərinin əzələ qatını bıçaqla vururlar.
48
Dəri cəmdəyin altında qaldığı üçün onu cəmdəkdən çıxaran zaman cəmdək
çirklənmir. Qurğunun məhsuldarlığı saatda 200 başdır.
Davar cəmdəyindən dərinin çıxarılması. Davar cəmdəyindən dərini konveyer və
baraban tipli qurğularda çıxarırlar. Konveyer tipli qurğu dərini çıxarmaq üçün maili
konveyerdən və qabaq ayaqların fiksasiyası üçün üfüqi konveyerdən ibarətdir. Dərinin
çıxarılması aşağıdan yuxarı aparılır (boyundan qurğuya doğru) cəmdəkdən çıxarılmış
dərini konveyerin qarmağından çıxarırlar, ət və piy qalıqlarından təmizləməyə, sonra
isə dəri konservləşdirmə sexinə göndərirlər. Ayaqların fiksasiyası konveyerin axırında
lövhəşəkilli mişar qoyulmuşdur: bu mişarların vasitəsilə avtomatik olaraq qabaq
ayaqlar mişarlanır. Emal və ayaqların fiksasiyası konveyerinin sürətləri eynidir. Qurğu-
nun məhsuldarlığı saatda 75 başdır.
Konveyer tipli qurğuda davar cəmdəyindən dərinin çıxarılması yuxarıdan aşağı
(quyruqdan boyuna tərəf) qabaq ayaqları fiksasiya etmədən aparılır. Qurğu asma yola
nisbətən 60
0
bucaq altında yerləşdirilir, qurğu eyni vaxtda bir neçə cəmdəkdən dərinin
çıxarılmasına imkan verir. Məhsuldarlıq saatda 900 başa qədərdir.
Baraban tipli qurğu həm hərəkətdə olan konveyerdəki, həm də konveyersiz
sahədə olan cəmdəklərdən dərini qoparmaq yolu ilə çıxarmağı təmin edir. Qurğu iki
görünüşdə olur: cəmdəkdən dərini yuxarıdan aşağı – quyruq hissədən boyuna tərəf
çıxarmaqla və dərini aşağıdan yuxarı – boyun hissədən quyruğa tərəf çıxarmaqla.
İkinci variantda qurğuda əlavə fiksator olur.
Birinci variant üzrə qurğu işləyən zaman dəri bağlanan zəncirin halqası daimi
fırlanan barabanın barmağına keçirilir və dəri cəmdəkdən şaquli istiqamətdə yuxarıdan
aşağı çıxarılır. Dərini çıxaran zaman cəmdəyin səthi qoruyucu qapağa toxunur, buna
görə də yaxşı sanitar vəziyyəti təmin edilir. Məhsuldarlıq saatda 360 başa qədərdir.
Dərinin çıxarılma sürəti 17 m ̸dəq-dir.
Donuz cəmdəklərindən dərinin çıxarılması. Donuz əti satışa və ya kolbasa
istehsalına göndərilən zaman dərini tam çıxarırlar. Dərini tam çıxardıqda dərinin
açılması qaramalda olduğu kimi aparılır. Dərinin açılması sahəsi ətlik cəmdəklərdə 25-
30% və yağlılarda isə 50%-ə qədərdir. Donuz cəmdəklərindən dərinin mexaniki
çıxarılması üçun dərisi açılmış cəmdəyi asma yolun konveyersiz sahəsinə verir, alt
49
çənədən bərkidir, dərini isə zəncirlə tutur və aşağıdan yuxarıya (başdan quyruğa tərəf)
dartıcı qüvvənin istiqaməti cəmdəyin oxuna nisbətən 0
0
bucaq altında olmaqla (davar
cəmdəyindən dərinin çıxarılmasında olduğu kimi) çıxarırlar (şəkil 2).
Şəkil 2. Donuzların dərisinin çıxarılması üçün qurğu: a – bucurğadla; b –
qarmaqlı fasiləsiz zəncirlə.
Dərialtı piyin dəri ilə qoparılmaması üçün dərini çıxaran zaman qoparma bucağını
azaltmaq məqsədilə dərialtı piyi əl ilə cəmdəyə sıxırlar.
Hal-hazırda pnevmatik və ya hidravlik hərəkət edən fiksatorlar tətbiq edilir.
Onları tətbiq etdikdə əmək məhsuldarlığı xeyli artır, cəmdəyi bərkitmək əməliyyatı
yüngülləşir və istehsalatın keyfiyyəti artır.
Ətlik köklük dərəcəsində cəmdəklərdən dərinin qopma sürəti 10 - 12 m/dəq-dir.
Yağlı cəmdəklərdən dərinin çıxartma sürəti 3 - 5 m/dəq-dir.
Fasiləli işləyən qurğulardan başqa donuz cəmdəklərindən dərini çıxarmaq üçün
daimi işləyən qurğular vardır. Qurğular universal olub, davar cəmdəklərindən dərini
çıxarmaq üçün də tətbiq edilir. Qurğuda konveyer vardır: donuz cəmdəklərini nəql
etmək üçün üfüqi konveyer, xüsusi tutacaqları olan maili dərini çıxarmaq konveyeri və
cəmdəyi bərkitmək üçün üfüqi konveyer. Dərini açdıqdan sonra cəmdəyi zəncirli
qırmağın köməyi ilə bərkidirlər. Qarmağı alt çənənin hissələrinin birləşdiyi yerə,
zənciri isə hərəkət edən fiksatora birləşdirirlər. Eyni zamanda dərinin açılmış hissəsini
50
zəncirlə və xüsusi tutqaclarla tuturlar. Dərini tutmaq üçün tutqac kəlbətin şəklində
hazırlanmışdır. Onun qolları diyircəklərlə bir-birinə bərkidilmişdir. Dəstəyi gərginləş-
dirdikdə qollar yaxınlaşır, nəticədə dəri iki ədəd qabırğalı dodaqlar arasında sıxılmış
olur. Qurğunun məhsuldarlığı saatda 200 başa qədərdir, dəriçıxarma konveyeri
zəncirinin hərəkət sürəti 2,6-5,2 m/dəq-dir.
Xırdabuynuzlu malın dərisi əl ilə dal ayaqlarından başlayaraq çıxarılır. Sonra o
dörd ayağından asılır və bu vəziyyətdə ön ayaqlardan, boyundan, döşdən və qarından
dərini asanlıqla çıxarmaq olur. Dəri çıxarıldıqdan sonra ön ayaqlar azad edilir, cəmdək
şaquli vəziyyət alır. Bu vəziyyətdə dəri qarın, yan və bel hissələrdən tam çıxarılır. Əl
ilə dərinin 50-70% sahəsi çıxarıldıqdan sonra, baraban tipli xüsusi avadanlıqlarda dəri
mexaniki çıxarılır (şəkil 3).
İşçi hissə fırlanan baraban olub, ətrafında bir sıra boyunca dərinin fiksasiyası və
dartılması üçün barmaqlar yerləşir. Onun məhsuldarlığı saatda 100-350 başdır.
Şəkil 3. Xırdabuynuzlu malın cəmdəyindən dərisinin mexaniki çıxarılması üçün
mexanizmlərin sxemi:
a – dərinin aşağıdan yuxarıya çıxarmaq üçün baraban tipli; b – şaquli tipli; c –
dərinin yuxarıdan aşağıya çıxarmaq üçün baraban tipli.
Donuz cəmdəklərinin dəridə emalı. Qansızlaşdırdıqdan sonra cəmdəkləri
yuyurlar və daha qiymətli yan və bel qıllarını əl ilə qoparmaqla, yaxud maşından
istifadə etməklə ayırırlar. Son üsul daha məhsuldardır, lakin qılın bir hissəsi (onun
51
kökü) dəridə qalır. Sonra cəmdəyin səthini qaynara – oda vermək üsulu ilə emal
edirlər.
Çirklənmiş suyun ağciyərə düşməsinin qarşısını almaq üçün nəfəs yolunu
tıxaclayırlar. Donuz cəmdəklərini temperaturu 63 - 65
0
C olan suda 3-4 dəq müddətində
qaynara verirlər. Bu zaman kökün tük hissəsi ilə əlaqəsi zəifləyir və mexaniki qüvvə
tətbiq etməklə qılı asan çıxarmaq olur. Daha yüksək temperaturda və suda daha çox
saxladıqda kollagen bişir (artıq qaynara vermək), nəticədə kisə sıxılır, qıl isə onu
sıyıran zaman sınır. Az qaynara verdikdə qıl pis çıxarılır. Qılın saxlanması qabiliyyəti
heyvanın yaşından və köklüyündən, ilin fəslindən asılıdır. Odur ki, emal edilən
cəmdəklərin
xarakterini
nəzərə
alaraq
qaynaravermənin
optimal
rejimini
müəyyənləşdirirlər.
Qaynara vermə çəndə aparılır. Konveyerli qaynaravermə çəni dördbucaqlı
rezervuardır. O, çəndə donuz cəmdəklərini hərəkət etdirmək üçün konveyerlə təchiz
edilmişdir. Konveyer zəncirinin hərəkət sürətini universal sürət nizamlayıcısının kömə-
yilə 0,03-15,2 m/dəq arasında nizamlayırlar. Bu isə qaynaravermə vaxtını dəyişməyə
imkan verir. Suyu çənin dibində yerləşən barbatyorla iti buxar vasitəsilə qızdırırlar.
Suyun temperaturu avtomatik nizamlanır. Cəmdəyi qaynaravermə çəninə endirmək
üçün xüsusi qurğulardan istifadə edirlər.
Cəmdəkləri endirmək üçün aparat boruşəkilli asma yoldan cəmdəyi çıxartmağı və
onu qaynar suyu çıtıxlaşdırmadan qay-naravermə çəninə tədricən salmağı təmin edir.
Qılı qaynara verdikdən sonra sıyırıcı maşınlarda təmizləyirlər. Donuz cəmdəyinin
yerləşməsinə görə sıyırıcı maşınlar üfüqi - eninə, üfüqi - uzununa və şaquli olur.
Üfüqi-eninə maşina yükləməni dırmıqşəkilli quruluş vasitəsilə aparırlar. O,
cəmdəyi qaynaravermə çənindən tutur və texnoloji axının istiqamətinə eninə yerləşən
fırlanan vallara verir. Emal rezin aralıqlarla valların səthinə bərkidilən əyilmiş ucları
olan metal sıyırıcı bellərin elastiki zərbələri ilə aparılır. Bütün barabanlar eyni
istiqamətdə müxtəlif sürətlə fırlanır.
Kiçik ayırıcı barabanın fırlanma sürəti 60 dəq
-1
, böyüyünkü – 123 dəq
-1
,
hamarlayıcınınkı isə 208 dəq
-1
-dir. Valların səthi üzərində cəmdək fırlanan zaman
şaquli bağlayıcı ilə saxlanılır və onu açan zaman maşında qəbul stoluna tullanır, orada
52
tük qalıqlarını əl ilə, bıçıqla təmizləyirlər. Üfüqi-eninə sıyırıcı maşının məhsuldarlığı
saatda 100 başdır. Üfüqi-uzununa sıyırıcı maşında qaynaravermə çənindən cəmdəkləri
bir ucu suda olan lövhəli transpartyor vasitəsilə verirlər. Sıyırıcı maşının məhsuldarlığı
saatda 100 başdır.
Daimi işləyən şaquli sıyırıcı maşınlarda qaynaravermə və qılların təmizlənməsi
cəmdəklər şaquli vəziyyətdə konveyerdə hərəkət etdirildiyi zaman metal kamerada
aparılır. Kamerada hər iki tərəfdən şaquli istiqamətdə sıyırıcıları olan lövhəli şarnir
zəncirlər yerləşdirilmişdir. Onlar yuxarıdan aşağı hərəkət edir. Şaquli sıyırıcı maşınların
məhsuldarlığı saatda 600 başa qədərdir.
Bütün tip sıyırıcı maşınlarda emal zamanı donuz cəmdəklərinə çoxlu qaynar su
(62-65
0
C) tökülür, sıyırıcı maşınlardan qılları su axını və ya xüsusi transpartyorlarla
aparılır.
Cəmdəklərin səthinin son emalını ütməklə aparırlar (qaz lampaları ilə, qaynaq
lampalarla və ya ütmə sobasında). Əmələ gələn yanıqları sonradan təmizləyirlər. Ütmə
nəticəsində epidermisin tərkibinə daxil olan, ballast, insan tərəfindən mənimsənilmə-
yən karatin zülalı ayrılır; cəmdəklərin səthinin sanitar emalı təmin edilir (mikro-
orqanizmlərin məhv edilməsi); duzlamanın sürətləndirilməsi üçün vacib olan dərinin
məsaməliliyini və keçiriciliyi artırır.
Ütmə sobası diyircəkdə hərəkət edən yarımsilindrlərdən və cəmdəkləri sobanın
qarşısında və içərisində dayandıran quraşdırmadan ibarətdir. Ütməni 1000–2000
0
C
temperaturda 15–20 san müddətində aparırlar. Ütmə sobası qazla və ya maye
yanacaqla işləyir. Soba silindrin aşağı hissəsində iki forsunka quraşdırılmışdır və onun
alovu çuqundan hazırlanmış əksetdiricilərə düşür (şəkil 4).
Cəmdəyi sobaya keçirmək üçün linglə sobanın iki yarısını aralayan və cəmdəyi
sobaya buraxan dayandırıcını kənar edən mexanizmi hərəkətə gətirirlər. Cəmdək maili
asma yolla sobaya daxil olur, orada başqa dayandırıcı ilə saxlanılır. Lingi əks istiqa-
mətdə hərəkət etdirməklə sobanın yarılarını birləşdirirlər. Ütmə qurtardıqdan sonra
sobanı aralayır və dayandırıcıları kənar edirlər. Bunun nəticəsində ütülmüş cəmdək
maili asma yolla sobadan çıxır və eyni zamanda sobaya o biri cəmdək daxil olur.
53
Sobanın məhsuldarlığı saatda 200 başa qədərdir. Normal ütülmüş cəmdəyin səthi düz,
palıd rəngində, cizgisiz və dəri yanıqları olmamalıdır.
Şəkil 4. Ütmə sobası: a – fasiləli təsirli; 1 – yarımsilindrlər; 2 – sorucu; 3 – asma
yol; b – fasiləsiz təsirli; 1 – divarlar; 2 – asma yolun boruşəkilli relsi; 3 – qazın
verilməsi üçün borular
Cəmdəyin səthi yanmış epidermis qatından bıçaqla təmizlənir, eyni vaxtda duş
altında yuyulur. Təmizləməni, həm də hamarlayıcı maşınlarda aparırlar və cəmdəyin
səthini su ilə yaxşı yuyurlar.
Kruponlaşdırma zamanı donuz cəmdəyindən yalnız gön istehsalında daha
qiymətli olan dərinin krupon və bel yan hissəsini çıxarırlar. Kruponu da bütöv dəri
kimi çıxarırlar. Qabaqcadan açılmış dərinin sahəsi çıxarılan kruponun sahəsinin 10%-
ni təşkil edir.
Dərinin cəmdəyin üzərində qalmış hissəsindən tükü təmizləmək lazımdır (döş-
qarın hissə, boyun, budlar). Odur ki, dərini beldən çıxarmazdan qabaq cəmdəyi qismən
qaynara– ütməyə verirlər. Kruponun keyfiyyətini saxlamaq üçün qismən qaynaraver-
məni elə aparmaq lazımdır ki, qaynar su yalnız cəmdəyin üzərində qalan dəriyə
toxunsun (15–20 sm). Cəmdəkləri kruponlaşdırmaqla emal etdikdə qaynaravermə
çənləri beşikləri olan konveyerlə təmin edirlər; beşiklərdə cəmdəklər beli yuxarı yerləş-
54
dirilir, suyun çəndə səviyyəsi sabit saxlanılır və elə saxlanılır ki, krupon suya
düşməsin.
Daxili orqanların çıxarılması. Heyvanı kəsdikdən sonra daxili orqanlarda fer-
mentativ və mikrobioloji proseslər parçalanma istiqamətində getdiyi üçün, onlar
kəsimdən 30 dəq-dən gec olmayaraq çıxarılmalıdır. Bu prosesi yüngülləşdirmək üçün
qabaqcadan hazırlıq əməliyyatları aparılır: dal ayaqların arasındakı məsafəni
genişləndirir, döş sümüyünü mişarlayır, qasıq birləşməsini parçalayır, düz bağırsağı və
sidik kisəsini bağlayırlar. Qaramalın döş sümüyünü elektrik mişarı ilə mişarlayırlar.
Mişarın məhsuldarlığı saatda 200 başdan az deyil. Hazırlıq əməliyyatlarını
qurtardıqdan sonra daxili orqanları çıxarmağa başlayırlar. Daxili orqanlar cəmdəyin
üfiqi və şaquli vəziyyətində çıxarıla bilir. Konveyerli stol hərəkət edən asılmış
konveyerdə qaramalın daxili orqanlarını qəbul etmək, hissələrə bölmək və nəzarət
etmək üçün istifadə olunur. O, lövhəli konveyerdir. Əyilmiş lövhələr nov əmələ gətirir.
O, daimi hərəkət edir, ondan məhsul düşmür. Daxili orqanları çıxaran zaman fəhlə
stolun üzərində cəmdəklə birlikdə hərəkət edir. Konveyerin stolun aşağı boş qolunda
sterilizator vardır, o lövhələrin daimi sanitar emalını (qaynar su ilə) təmin edir.
Daxili orqanları çıxarmaq üçün əvvəlcə qarın ağ xətt üzrə kəsilir, piyi ayrılır,
mədə-bağırsaq traktı, içalat, qaraciyər, ürək, ağciyər, qida borusu, nəfəs borusu və
diafraqma çıxarılır. Sonra baytar yoxlaması aparılır. Mədəni bağırsaqlardan ayırıb, onu
üç hissəyə bölürlər: işkənbə, qursaq və kitabça. Onları piysizləşdirir, tutumunda azad
edir və yuyurlar. Mədənin ən böyük hissəsi olan işkənbəni daxili orqanların sıxarılması
stolunun axırında asılmış halda tutumdan təmizləyir və çevirirlər. İşkənbəni çətirşəkilli
stol üzərində yuyurlar.
Davar və donuz cəmdəklərindən daxili orqanların çıxarılması sahəsində asılmış
yolla konveyerli stol arasında meydança vardır (stolun hərəkət sürəti cəmdək hərəkət
edən konveyerin hərəkət sürətinə bərabərdir). Konveyerli stol qab şəkillidir. Donuz-
ların və xırdabuynuzlu malların içalatı qaramalda olduğu kimi aparılır, mədə-bağırsaq
traktını və içalatı ayırmadan, dillə birlikdə çıxarırlar.
55
Daxili orqanlar ehtiyatla çıxarılmalı, mədə-bağırsaq traktını, içalatı və cəmdəyin
daxili səthini zədələməməlidir. Zədələnmələr və kəsiklər zamanı cəmdəyin daxildən
səthi çirklənir və onu əlavə olaraq təmizləmək lazım gəlir.
Cəmdəyin mişarlanması, təmizlənməsi və keyfiyyətinin qiymətləndirilməsi.
Daxili orqanlar çıxarıldıqdan sonra qaramal və donuz cəmdəklərini onurğa boyu
uzununa iki yarım cəmdəyə ayırırlar. Onurğa beynini zədələməmək üçün onurğa
fəqərələrin yuxarı çıxıntılarından azacıq kənara götürməklə mişarlayırlar. Bekon
istehsal edən zaman donuz cəmdəklərində onurğa sütununun hər iki tərəfindən dərini,
piy və əzələ qatını kəsirlər. Sonra onurğa sütununu tam çıxarırlar (mişarlayırlar və ya
kəsirlər). Mişarladıqdan sonra donuz yarımcəmdəklərini boyun hissədən ayırmırlar.
Nəqletməni asanlaşdırmaq və soyuqdan daha səmərəli istifadə etmək üçün
cəmdəkləri elektrik, yaxud pnevmatik mişarla yarımcəmdəklərə (qaramal və donuz)
bölürlər. Mişarlama yüksək əmək məhsuldarlığını təmin edir, lakin kəpək halında ət
itkisinə yol verilir. Cəmdəkləri əl ilə parçaladıqda bu itkiyə yol verilmir. Mişardan
istifadə etməni asanlaşdırmaq üçün onu trosdan əks çəki ilə asırlar. Elektrik mişarının
məhsuldarlığı saatda 125 başdır. Mişarlamanı iki-üç hündürlüyü (səviyyəsi) olan
pomostlardan və ya qaldırılıb endirilə bilən sahələrdən aparırlar. Qaldırılıb - endirilə
bilən meydançalar cəmdəyin emalı zamanı fəhləni qaldırıb endirə bilir ( onlrdan yalnız
mişarlamada yox, həm də yumaqda, dərini açmaqda və başqa əməliyyatlarda istifadə
etmək olar). Meydançanı qaldırmaq və endirmək üçün platformaya quraşdırılmış
pedalı basmaq lazımdır.
Donuz cəmdəklərini mişarladıqdan sonra diafraqmanın ayağından (onun bel
fəqərəsinə bitişən yeri) trixinelloskopiya üçün nümunə götürürlər: tədqiqat üçün
80 q-dan çox olmayan parçalar kəsirlər. Əgər 6-dan çox trixinell müəyyən
edilmişdirsə, onda cəmdək məhv edilir, əgər azdırsa, onda onu baytar-sanitar
qaydalarına əsasən müvafiq emaldan sonra istifadə etmək olar. Trixinellloskopik
tədqiqat 10-15 dəq ərzində aparılır. Tədqiqatın nəticələri alınmayınca cəmdəyi sonrakı
emala vermək olmaz.
Xırdabuynuzlu malın cəmdəyi kəsilmir, bütöv qalır.
56
Cəmdəyin təmizlənməsi və keyfiyyətin qiymətləndirilməsi. Quru təmizləmə
böyrəklərin, quyruğun, diafraqmanın qalıqlarının ayrılması, onurğa beyninin
çıxarılması və daxili piyin ayrılması, donuz cəmdəklərində isə həm də başın ayrılması
aid edilir. Bundan başqa, cəmdəkdən toxumanın zədələnmiş sahələrini (qansızmalar,
əzintilər) və müxtəlif mexaniki çirkləri ayırırlar. Quru təmizləmə qurtardıqdan sonra
yaş təmizləməyə başlayırlar. Cəmdəyin səthindən mexaniki və mikrob çirkləri aparmaq
üçün onu otdan hazırlanmış şotka ilə şlanqla və ya duş altında təmiz ilıq (25-38
0
C) su
ilə yuyurlar.
Yuyulub təmizlənmiş cəmdəklər xüsusi yerlərdə 0-4
0
C temperaturda qurudulur.
Sonra yarımcəmdəkləri, cəmdəkləri möhürləyir və tərəzidə çəkirlər. Hər yarım cəmdəyə
iki möhür vururlar: baytar və əmtəəlik. Baytar möhürü ətin keyfiyyətliliyini, əmtəəlik
möhür isə ətin köklük dərəcəsini xarakterizə edir. Baytar nəzarətindən sonra əlavə emal
etməklə qida məqsədləri üçün istifadə edilməsi mümkün olan cəmdəklərə möhür vurulur.
Qaramal və qoyun cəmdəklərində köklük dərəcəsini əzələ və piy toxumalarının inkişaf
dərəcəsinə görə gözlə baxmaqla təyin edirlər.
Köklük dərəcəsinə görə qaramal və qoyun cəmdəklərini I və II dərəcəyə bölürlər.
II köklük dərəcəsinin tələblərini ödəməyən cəmdəkləri standarta uyğun olmayanlara
(arıqlara) aid edirlər.
Cəmdəyin səthini çirklənmədən qorumaq, əmtəəlik görünüşü yaxşılaşdırmaq, ət
kütləsi itkisini azaltmaq üçün cəmdəkləri steril salfetlərə, plyonkalara və başqa
qoruyucu materiallara bükmək məsləhətdir.
57
MÜHAZİRƏ 4: QUŞLARIN İLKİN EMALI
PLAN
1. Quşun keyləşdirilməsi
2. Kəsilmə və qansızlaşdırma
3. Tükün təmizlənməsi
4. İçalatın və yarımiçalatın çıxarılması
5. Soyudulma
6. Sortlaşdırma, markalanma və qablaşdırma
ƏDƏBİYYAT
1. Qədimova N.S. “Ət və ət məhsullarının texnologiyası”. Dərslik Bakı: “İqtisad
Universiteti”Nəşriyyatı, 2013.
2. Винникова Л.Г. «Технология мяса и мясных продуктов». Учебник. —
Киев: Фирма «ИНКОС», 2006. - 600 с.: ил., цв. вкл. 22 с. ISBN 966-8347-35-
8
3. Журавская Н.К., Гутнин Б.Е., Журавская Н.А., «Технологический контроль
производства мяса и мясопродуктов», М, Колос 2001, 176 с.
4. Кецелашвили Д.В. «Технология мяса и мясных продуктов». Учебное
пособие в 3-х частях. Кемерово: Кемеровский технологический институт
пищевой промышленности, 2004. – 404 с.
5. Лебедев Н.К. Ветеринарно-санитарная экспертиза при обработке птицы и
кроликов.- М: Легкая пром., 1994 г., 360 с.
6. Мясное птицеводство: Учебное пособие. Фисинин Ф.И., СПб.: 2007. - 416
с.ил.; 84х108/32
7. Никитин, Б.И., Переработка птицы и кроликов и производство
птицепродуктов / Б.И. Никитин, Н.Б. Бельченко М: Колос, 1994. - 320 с
8.
Переработка мяса птицы. Сэмс Алан, СПб.: 2007. - 432 с.
9. Рогов И.А., Забашта А.Г., Казюлин Г.П. Общая технология мяса и
мясопродуктов. М.: Колос, 2000 г., 367 с.
58
10. Технология и оборудование птицеперерабатывающего производства.
Антипова Л.В., Полянских С.В. и др., СПб.: 2009. - 512 с.
Dostları ilə paylaş: |