Şəkil 9. Rod-ayland cinsinin toyuğu və xoruzu
Ətlik toyuq cinsləri sıx və boş tükləri, iri kütləli başı və kiçik pipiyi, yoğun boynu,
qısa qanadları, yoğun ayaqları, yaxşı inkişaf etmiş döş əzələləri ilə səciyyələnir.
Toyuqların diri çəkisi 3,2 kq, 80 günlük cücələrin diri çəkisi isə 1,8 kq-a çatır. Ət çıxarı
yüksəkdir. Bu cins toyuqlara Koxinxin, Brama və Lanşan aiddir.
Lanşan (lanqşan) cinsi – Çində yetişdirilmişdir. Onlar qara, ağ və mavi rəngdə
olur. Gövdələri uzun, belləri enli olur. Xoruzların çəkisi 3-5 kq, toyuqların çəkisi isə 3-
4 kq, 100-120 yumurta verir, yumurtalarının kütləsi 55-65 q təşkil edir.
Koxinxinlər cinsi – Çində yetişdirilmiş, rənginə görə ağ, sarı, qara və s. olur.
Boğazları qısa, ayaqları tüklü, belləri enli, qısa, döş hissəsi yaxşı inkişaf etmişdir.
13
Xoruzların diri çəkisi 5,5 kq, toyuqlarınkı isə 4,5 kq-dır. 60 q çəkidə 100 ədədə qədər
yumurta verir.
Mal-qaranın və quşların daşınması, daşınma üsulları. Xammal dəmiryolu, su
və avtomobil nəqliyyatı ilə daşınır. Yaxın məsafələrdən heyvanlar qovmaqla gətirilir.
Daşınmadan 10-14 gün əvvəl heyvanlara peyvəndlər edilir, mal-qara və quşları gözdən
keçirir, xəstə heyvanları aşkar etmək üçün onların temperaturu ölçülür. Yoxlamanın və
diaqnostik tədqiqatın əsasında nəql etməyə icazə vermək üçün xüsusi baytar
şəhadətnaməsi verilir. Baytar şəhadətnaməsi olmadan malların daşınmasına icazə
verilmir. Onlar kəsimə buraxılmır və faktiki səbəblər aşkar olunana qədər onlar iki gün
təcrid olunur.
Mal-qaraya düzgün qulluq etmək (vaxtında yemləmək və suvarmaq, baytar-
sanitar tələblərinə riayət etmək), yolda heyvanların xəstələnməsinin və diri kütlənin
itkisinin qarşısını almaq üçün həlledici şərtdir.
Qovmaqla mal-qara əsasən yaxın məsafədən gətirilir. Bu iqtisadi cəhətdən
sərfəlidir. Mal-qara, adətən otlaq dövründə qovulur.
Qovmaq üçün qaramalı 150-200 başdan, cavan heyvanları 200-250 başdan,
qoyunları 600-1000 başdan ibarət qruplara bölürlər. Qovma sürəti heyvanın növündən
asılı olub, gün ərzində qaramal üçün 15 km, qoyunlar üçün isə 10 km-dir.
Dəmiryolu ilə daşınma zamanı mal-qaranı xüsusi təchiz edilmiş vaqonlarda
yerləşdirirlər. Orada suvarma təknələri, su bakları, yem taxçaları, axur (yem təknəsi),
sorucu lyuklar və s. olur. Mal-qaranı vaqonlara trapla ehtiyatla yükləyirlər. Dəmiryolu
vaqonlarında mal-qaranı 800 km-dən artıq məsafəyə daşımaq məsləhət görülmür
(yolda 4 sutkadan artıq olmamalıdır). Malların dəmiryolu ilə daşınmasında ilk
şərtlərdən biri, baytar-sanitar və zoogigiyenik tələblərə riayət olunmasıdır ki, bu da, öz
növbəsində, malların itkisiz, sağlam və yolda xəstəliyə tutulmadan daşınmasını təmin
edir.
Daşınma zamanı itkinin yaranmasına daşınma müddəti də təsir edir: daşınma nə
qədər uzanarsa, itki bir o qədər artar. Ən yüksək çəki itkisi daşınmanın ilk 24-36
saatına təsadüf edir. Heyvanların çəkisindən və köklüyündən asılı olaraq itki dəyişir.
Belə ki, heyvanın çəkisinin artması və köklüyünün azalması ilə itkilər artır.
14
Avtomobil nəqliyyatı ilə mal-qaranı yaxın məsafəyə (300 km-dək) 5 saatdan çox
olmayaraq daşıyırlar.
Su nəqliyyatı ilə mal-qaranı adi və xüsusi barjalarda və gəmilərdə daşıyırlar.
Donuzları konteynerlə daşıyırlar. Konteynerə 110-120 kq çəkili 13 baş donuz
yerləşdirirlər. Konteyner korobka formasında olub, bir təbəqə dəmirdən hazırlanmışdır.
Konteynerin üstü şəbəkə ilə örtülür və onun deşikləri heyvanın kənara çıxmasının
qarşısını alır. Konteynerlərdən istifadənin bir sıra üstün cəhətləri vardır, belə ki,
heyvanlar ora asan salınır, yükləmə və daşınma asanlaşır. Fərq ondadır ki, onları nəql
etmək üçün tara kimi ağac və dəmir yeşiklər ̶ qəfəslər tətbiq edilir. Quşları da qaramalı
daşıyan üsulla daşıyırlar. Tara təmiz olmalı və qabaqcadan dezinfeksiya edilməlidir.
Yeşiklər, qəfəslər quşların yaxın və orta məsafələrə (20 km-dən 50-60 km-dək)
daşınmasında tətbiq olunur. Paslanmaya və dezinfeksiya dərmanlarına qarşı davamlı
olan metal, ağac və ya başqa materialdan hazırlanmış möhkəm qəfəslərdən istifadə
edirlər. Onlar yüngül (8-10 kq-dan çox olmayan) və aparmaq üçün rahat olmalıdır.
Quşları 120-150 km məsafəyədək daşımaq üçün konteynerlərdən istifadə edirlər.
Kütlənin itkisinə yol verməmək üçün quşları daşıyarkən havalanma yaxşı təmin edilməli
və havanın temperaturu 18
0
C-də saxlanılmalıdır. Quşların daşınma radiusu və onların
yolda olma müddəti mümkün qədər minimal olmalıdır: 45-50 km məsafə daşınmanın
optimal radiusu hesab edilir.
Mal-qaranın diri çəkiyə və köklük dərəcəsinə görə qəbulu. Gətirilmiş mal-
qara təhvil verildikdə, ilk növbədə, sənədlər yoxlanılır. Daxil olan mal-qara ayrı-ayrı
qəbul bazalarına boşaldılır və orada müayinədən keçirilir. Müayinənin nəticələrindən
asılı olaraq, sağlam mal-qara tərəzidə çəkilməyə, şübhəlilər karantinə, xəstələr isə
izolyatora və ya sanitar kəsimə göndərilir.
Baytar müayinəsindən sonra diri çəkiyə görə qəbul zamanı sağlam mal-qaranı
köklük dərəcəsinə və yaşına görə sortlara ayırırlar. Qaramalı yaşına və cinsiyyətinə
görə dörd qrupa bölürlər: I qrup – öküzlər və inəklər; II qrup – buğalar; III qrup – yaşı
3 aylıqdan 3 yaşa qədər olan cavan heyvanlar; IY qrup – yaşı 14 gündən 3 ayadək olan
buzovlar.
15
Donuzları yaşına görə aşağıdakı qruplara bölürlər: donuzlar (diri çəkisi 20 kq-dan
59 kq-dək olan cavan donuzlar), çoşqalar (çəkisi 2 kq-dan 6 kq-dək olan I kateqoriya,
çəkisi 6 kq-dan 20 kq-dək olan II kateqoriya, südəmər çoşqalar).
Sortlara ayırma zamanı yaşlı axtalanmamış erkək qaramalı (öküzləri) və donuzları
ayırıb, fərdi yerdə saxlayırlar. Heyvanların köklüyü onların keyfiyyətinin əsas
göstəricilərindən biridir. Ət cəmdəyində ətlə sümüyün nisbəti və ət cəmdəyinin çıxarı
ondan asılıdır. Malın köklüyünü təyin etmək üçün onun döşaltını, bel hissəsini, yan
sümük çıxıntılarını, qasıq hissəni, quyruğun dibini və s. Əlləşdirirlər. Qüvvədə olan
standartlara əsasən qaramalı və cavan heyvanları köklük dərəcəsinə görə bölürlər: ali,
orta və ortadan aşağı; buğalar və buzovları isə I və II dərəcəyə bölürlər.
Ali dərəcəyə aid olan heyvanların yaxşı inkişaf etmiş əzələləri, girdə bədən
forması vardır; dərialtı piyin toplanması quyruğun dibində, çanaq sümüyünün
uclarında və iki son qabırğalarda yaxşı hiss edilir.
Orta köklükdə olan heyvanların kafi inkişaf etmiş əzələləri vardır: kürəklər, oma
sümüyünün çıxıntıları, çanaq sümüyü kəskin çıxmır, dərialtı piyin toplanması
quyruğun dibində və oma sümüyünün çıxıntılarında hiss olunur.
Aşağı orta köklükdə olan heyvanların əzələləri qeyri-kafi inkişaf etmişdir;
kürəklər, çanaq sümüyünün çıxıntıları aşkar ayrılır, dərialtı piy qatı hiss olunmur.
I dərəcəli buğaların bədəni girdə formada olub, yaxşı inkişaf etmiş əzələləri
vardır, skelet sümükləri çıxmır.
II dərəcəli buğaların skelet sümükləri azacıq çıxmış, əzələləri kafi inkişaf etmiş,
budları və kürəkləri azacıq dartılmış olur.
Cavan heyvanlar iri qaramala aid göstəricilərə malik olub, əzələləri daha yaxşı
inkişaf etmiş və nisbətən az piy yığınlarına malik olması ilə səciyyələnir.
I dərəcəli buzovlar – südəmərlər (südlə bəslənənlər) kafi inkişaf etmiş əzələyə,
hamar tükə malik olub, diri çəkisi 30 kq-dan az olmamalıdır.
II dərəcəli buzovlar – südəmər və əlavə yemlənənlər, nisbətən az inkişaf etmiş
əzələyə malik olub, arxa və bel fəqərələrinin çıxıntıları hiss olunur.
16
Standartın əsas tələblərinə görə heyvanlar ortadan aşağı köklük səviyyəsinə və ya
II dərəcəyə uyğun deyilsə, onları arıqlara aid edirlər. Donuzların köklüyünü təyin
etdikdə bel hissədə onurğanı əlləşdirirlər.
Xırdabuynuzlu heyvanları köklüyünə görə üç dərəcəyə bölürlər: ali, orta və
ortadan aşağı. Onların da köklüyünü qaramalda olduğu kimi təyin edirlər. Quyruqlu
qoyunlarda, həmçinin, quyruq hissədə piy yığınını da nəzərə alırlar.
Ali dərəcəli qoyun və keçilərin əzələləri yaxşı inkişaf etmiş olub, bel fəqərələrinin
çıxıntıları görümür, dərialtı piyin toplanması beldə və qabırğalarda yaxşı nəzərə çarpır.
Quyruqlu qoyunların quyruğunda xeyli piy toplanmışdır. Keçilərdə fəqərə çıxıntıları
azacıq görünür.
Orta köklük dərəcəli qoyun və keçilərin əzələləri kafi inkişaf etmiş, oma
sümüyünün ucları və bel fəqərələrinin çıxıntıları azacıq görünür, arxa qabırğalarda,
beldə azacıq piyin toplanması nəzərə çarpır.
Ortadan aşağı köklük dərəcəli qoyun və keçilərin əzələləri qeyri-kafi inkişaf
etmiş, fəqərə çıxıntıları, qabırğalar görünür, dərialtı piy hiss olunmur. Ortadan aşağı,
orta köklük dərəcəsinin tələblərini ödəməyən qoyun və keçiləri arıq heyvanlara aid
edirlər.
Baytar müayinəsindən keçən və sortlara ayrılan heyvanları, donuzları, qoyun və
keçiləri partiyalarla, qaramalı isə ayrılıqda çəkirlər. Əgər mal-qara gələn andan 2
saatdan gec olmayaraq qəbul edilirsə, onda mal-qaranı qəbul edən zaman mədə-
bağırsağın tutumuna görə faktiki çəkiyə 3% miqdarında güzəşt edirlər: 50-100 km
məsafədən avtomobil nəqliyyatı ilə gətirilən heyvanlar – 1,5% güzəştlə, 100 km-dən
artıq məsafədən gətirilən heyvanlar isə güzəştsiz qəbul edilir. 2 saatdan əlavə qəbul
gecikdirilərsə, hər bir tam və yarımçıq saata güzəşti 0,5% azaldırlar. Əgər gecikmə
təkrar tərəzidə çəkmənin nəticisində əmələ gəlmişdirsə belə halda da güzəşti azaldırlar.
Əgər gecikdirmə zamanı mal-qara yemlənməmişsə, onda onu faktiki köklük dərəcəsi
üzrə qəbul edirlər.
Əgər boğaz inək, qoyun və donuzlar çıxdaş aktına əsasən emala gətirilmişdirsə və
boğazlığın ikinci dövründədirsə, onda onların diri kütləsindən 10% miqdarında güzəşt
edirlər (mədə-bağırsaq traktının tutumuna edilən güzəştdən əlavə).
17
Qəbul edilən mal-qaranın keyfiyyətini qiymətləndirən zaman təhvil verənlə qəbul
edən arasında köklük dərəcəsinin və mədə-bağırsaq tutumunun müəyyənləşdirilmə-
sində ziddiyyət ola bilər. Belə hallarda yoxlama kəsimi aparılır və heyvanların
köklüyünü cəmdəyin köklük dərəcəsinin qiymətləndirilməsi nəticəsində təyin edirlər.
Mal-qaranın ətin çəkisinə və keyfiyyətinə görə qəbulu. Mal-qaranın diri çəkiyə
görə qəbulu, bəzən səhvlərə və tərəflər arasında müqayisəyə səbəb olur. Bu hal
heyvanların həddən artıq yemləndirilməsində daha çox rast gəlinir. Bu üsulun əsasını,
bir çox amillərdən asılı olan diri kütlənin yox, həqiqi məhsulun – ətin haqqını ödəmək
təşkil edir. Bu mal-qaranı təhvil verməzdən əvvəl çox yemləməsi aradan götürür və
deməli, yemə olan sərfi azaldır. Bu üsulla qəbul və sortlara ayırma diri çəkiyə görə
qəbulda olduğu kimi aparılır. Fərq yalnız ondadır ki, bu üsulda köklük dərəcəsi
müəyyən edilmir. Baş sayına görə qəbul olunan və qruplara ayrılan mal-qaranı təsərrü-
fatlar üzrə yerləşdirirlər. Hər mal-qara qrupu üçün sənəd tərtib edilir. Burada
təsərrüfatın adı, heyvanların sayı, emal müddəti, donuzlar üçün isə, hətta emal üsulu da
qeyd olunur. Heyvanın köklüyünü qüvvədə olan standartlara uyğun olaraq kəsimdən
sonra ətin keyfiyyətinə əsasən təyin edirlər.
Qəbul edilmiş sağlam heyvanları mal-qara bazasında yerləşdirirlər. O, mal-
qaranın 3 sutkayadək saxlanmasına hesablanmalıdır.
Yaşlarına görə növləşdirilmiş qaramal və donuzları köklük dərəcəsinə görə
seçirlər və mal-qara bazasının ayrı axurlarına yerləşdirirlər. Qoyunları növləşdirmirlər
və partiyalarla saxlayırlar. Zədələnməyə yol verməmək üçün cavan heyvanları
yaşlılardan, erkəkləri dişilərdən ayırırlar. Axurlarda yemləmə və suvarma yerləri
quraşdırırlar. Yeri, inventarı və heyvanları təmiz saxlamaq lazımdır. Heyvanlarda
xəstəlik əlamətləri olarsa, müvafiq ölçü götürülməlidir. Qarayara xəstəliyinə tutulan
heyvanı xüsusi yerdə kül olana qədər yandırırlar.
Mal-qaranın kəsimdən əvvəl saxlanması. İstirahət etmiş və sağlam mal-qaranı
kəsimdən əvvəl saxlayırlar. Bu zaman mal-qaranı emala hazırlayırlar: onları kəsimdən
qabaq saxlamağa qoyurlar. Kəsimə 24 saat qalmış qaramal və davarları, donuzları isə
kəsimə 12 saat qalmış yemləmirlər, lakin suvarmanı kəsmirlər. Saxlamanın göstərilən
vaxtı mədə-bağırsaq traktını tutumundan (mehtəviyyatdan) təmizləmək üçün, sonrakı
18
texnoloji əməliyyatları (dərini açmaq, dərini, daxili orqanları çıxarmaq) yüngülləşdir-
mək üçün, həmçinin, qanın və ət məhsullarının çirklənməsini aradan qaldırmaq vacib-
dir. Kəsimə 3-4 saat qalmış suvarmanı dayandırırlar.
Ətin keyfiyyəti saxlanma müddətindən və şəraitindən çox asılıdır. Ona görə də
onların yaxşı dincəlməsi və saxlanması üçün şərait yaradılmalıdır. Daşınma zamanı
heyvanlar stressə məruz qalır, nəticədə onların bağırsaqlarının müdafiə funksiyası zəif-
ləyir. Mikroorqanizmlərin, o cümlədən xəstəliktörədən mikroorqanizmlərin qan damar-
larına keçməsinə şərait yaranır, heyvanın orqan və hüceyrələrinə yayılaraq, ətin
keyfiyyətini aşağı salır, ət tez xarab olur. Həmçinin, heyvanın kəsimdən qabaq saxlan-
ması ətin pH-na da təsir edir.
Kəsimdən əvvəl heyvanlar daima baytar-sanitar nəzarəti altında olmalı və
temperatur ölçülməlidir. Saxlanma ərzində heyvanların təmizlənməsi ən vacib və
lazımlı tədbirlərdəndir.
Quşların qəbulu və kəsimdən əvvəl saxlanması. Quşların qəbulu baytar
şəhadətnaməsinə uyğun olaraq aparılır. Quşları qəbul edən zaman 50 km məsafədən
gətirilmiş quşların diri kütləsinə 3%, 50-100 km məsafədən gətirilənlərə isə 1,5%,100
km-dən artıq məsafədən gətirilən quşların diri çəkisinə görə güzəştsiz qəbul edirlər.
Quşların qəbulu 2 saatdan artıq uzandıqda, hər artıq tam və yarım saat üçün güzəşti 0,5%
artırırlar.
Qəbuldan sonra sağlam quşları kəsimə, zədələnmiş, xəstə quşları isə sanitar
kəsimə göndərirlər. Dənliyində yem kütləsi olan quşları 24 saatlıq kəsməkdən qabaq
saxlamağa göndərirlər, sonra isə güzəştsiz faktiki diri kütləsinə görə qəbul edirlər
(gətirilmə məsafəsindən asılı olmayaraq). Ölən quşların cəmdəklərinin olmasını qəbul-
təhvil sənədlərində qeydə alırlar. Köklük tələblərini ödəməyən, xəstə, zədələnmiş
quşları, həm də quşların cəsədlərini təhvil verənlərə qaytarmağa icazə verilmir.
Quşları növünə, cinsinə, yaşına, köklüyünə görə sortlaşdırırlar. Növünə görə
quşlar qurudagəzən (toyuq, firəngtoyuğu, hinduşka, çolpa-broyler) və sudaüzən
(qazlar, ördəklər); yaşına görə cavan və yaşlıya bölünür. Quşun yaşını təyin etmək
üçün, məsələn, xoruzların ayaqlarının uzunluğunu yoxlayırlar (onlar yaşla əlaqədar
19
uzanır), qoca, yaşlı toyuqların tükü parlaq olmur, tük örtüyü qalın, sıx olur və
ayaqlarının axçaları kobuddur.
Qurudagəzən quşların köklüyünü təyin etmək üçün döş sümüyünün ətrafında və
yanlarda əti yoxlayırlar. Sudaüzən quşların köklüyünü təyin etdikdə isə qanadın altında
piyin olmasını yoxlayırlar.
Köklüyünə görə quşları standart olanlara (ali orta və orta köklükdə) və standart
olmayanlara (aşağı orta köklükdə) bölürlər.
Ali orta quşları yemləmək lazım gəlmir və kəsdikdən sonra I kateqoriyaya uyğun
olur.
Quşların kəsimdən qabaq saxlanılmasında əsas məqsəd – həzm traktının yemdən
və s.-dən təmizlənməsidir. Çünki emal zamanı bunlar maneçilik törədir. Quşlar
növündən, yaşından, emal üsulundan, köklüyündən asılı olaraq, kəsim qabağı 4-8 saat
saxlanılır. Onlar qəfəslərdə və ya torşəkilli döşəmələri olan yerlərdə saxlanır. Sudaüzən
quşlar kəsimqabağı xüsusi hovuzlarda 20-30 dəqiqə üzərək, özlərini çirkdən
təmizləyirlər.
Quşları qəbul etdikdə, onların diri çəkisindən mədə-bağırsaq traktının tutumuna
görə 3%-ə qədər güzəşt edilir.
20
MÜHAZİRƏ 2: ƏTİN VƏ DİGƏR KƏSİM MƏHSULLARININ KİMYƏVİ
TƏRKİBİ VƏ QİDALILIQ DƏYƏRİ
PLAN
1. Ятин кимйяви тяркиби вя гидалылыг дяйяри
2. Субмящсулларын кимйяви тяркиби və гидалылыг дяйяри
3.Qanın kimyəvi tərkibi və xüsusiyyətləri
4. Dərinin kimyəvi tərkibi və xüsusiyyətləri
ƏDƏBİYYAT
1. Qədimova N.S. “Ət və ət məhsullarının texnologiyası”. Dərslik Bakı: “İqtisad
Universiteti”Nəşriyyatı, 2013.
2.
Антипова А.В., Жеребцов Н.А. «Биохимия мяса и мясных продуктов».
Воронеж: Издательство ГУ, 1991 г.,184 с.
3. Винникова Л.Г. «Технология мяса и мясных продуктов». Учебник. — Киев:
Фирма «ИНКОС», 2006. - 600 с.: ил., цв. вкл. 22 с. ISBN 966-8347-35-8
4. Кецелашвили Д.В. «Технология мяса и мясных продуктов». Учебное пособие
в 3-х частях. Кемерово: Кемеровский технологический институт пищевой
промышленности, 2004. – 404 с.
5. Мясные
продукты.
Научные
основы,
технологии,
практические
рекомендации. Фейнер Г., СПб.: 2010. - 720 с.
6.
Рогов И.А., Забашта А.Г., Казюлин Г.П. Общая технология мяса и
мясопродуктов. М.: Колос, 2000 г., 367 с.
7. Розанцев Э.Г. Биохимия мяса и мясных продуктов, Москва, 2006.-236с.
8. Технологии пищевых производств: Учеб. для вузов. Нечаев А.П., М.: 2008. -
769 с.ил.; 60х88/16
9. Физико-химические и биохимические основы производства мяса и мясных
продуктов. Кудряшов Л.С., М.: 2008. - 160 с.
10. Физико-химические и биохимические основы производства мяса и мясных
продуктов: Учеб. пособие для вузов. Данилова Н. С., М.: 2008. - 280 с.ил.;
60х88/16
21
11. Химия и технология кожи и меха. / Страхов И.П, Шестакова И.С, Куциди
Д.А. и др.; Под. ред Проф, И.П.Стахова /, М., Легкая индустрия, 1985, 496с.
12. Химия пищи. Белки. Структура, функции, роль в питании / И.А.Рогов, Л.В.
Антипова, Н.И. Дудченко, А.А. Жеребцов. – М.: Колос, 2000.–382с.
Ətin kimyəvi tərkibi və qidalılıq dəyəri . Ətin qidalılıq dəyəri və dad
keyfiyyəti, əsasən onun kimyəvi tərkibindən asılıdır. Ət çox mürəkkəb kimyəvi tərkibə
malikdir. Adətən, ətin kimyəvi tərkibi dedikdə onun qidalılıq cəhətcə ən qiymətli
sayılan hissəsinin– yumşaq ətinin (əzələ yağ və birləşdirici toxumaların təbii nisbətdə
birləşməsi) kimyəvi tərkibi başa düşülür. Deməli, digər şərtlər eyni qaldıqda ətin
kimyəvi tərkibi, birinci növbədə, onun tərkibindəki toxumaların miqdarından və
nisbətindən asılıdır. Ətin kimyəvi tərkibinə insan orqanizmi üçün plastik material və
enerji mənbəyi rolunu oynayan maddələr: su, mineral maddələr, zülal, lipidlər, karbo-
hidratlar, azotlu və azotsuz ekstraktiv maddələr, vitaminlər, fermentlər və s. daxildir.
Ətin tərkibində zülal 17%, yağ 20%, su 62%, kül 1% olduqda o yüksəkkeyfiyyətli
sayılır.
Ətin kimyəvi tərkibi heyvanın növündən, yaşından, cinsindən, köklük
dərəcəsindən asılıdır.
Heyvanlar yaşlaşdıqca onların ətində suyun və zülalın nisbi miqdarı azalır, yağın
miqdarı isə artır. Cavan heyvanlardan alınan ət daha açıq rəngdə olur. Bu əzələdə
mioqlobinin nisbətən az olması ilə izah edilir. Məsələn, buzovun əzələlərində mioqlo-
binin miqdarı 0,1% olduğu halda, yaşlı heyvan ətində onun miqdarı 0,4-1%, qoca
heyvanların ətində isə 1,6-2% təşkil edir. Cavan heyvanların əti yaşlı heyvanlarınkına
nisbətən daha zərif ətirə və dada malikdir, bu da ətdə müxtəlif miqdarda ekstraktiv
maddələrin olması ilə izah edilir. Vitaminin miqdarına görə müxtəlif yaşlı heyvanlardan
alınan ətlər bir - birindən az fərqlənir.
Heyvanın cinsindən asılı olaraq ətin kimyəvi tərkibi az dəyişilir. Lakin
axtalanmış heyvanların ətində su nisbətən az, yağ çox olduğundan yuksək enerjiyə
malik olur.
22
Ətin kimyəvi tərkibi və qidalılıq dəyəri onun anatomik mənşəyindən də çox
asılıdır, çünki cəmdəyin müxtəlif nahiyələrindən alınan hissələrin toxuma tərkibi eyni
deyildir.
Ətin kimyəvi tərkibi heyvanların ət emalı müəssisələrinə daşınması üsulundan,
kəsməkdən qabaq bazalarda saxlanması müddəti və şəraitindən, kəsilməyə necə hazırlan-
masından, ətin saxlanma şəraitindən, müddətindən və digər səbəblərdən də asılıdır.
Əzələ toxumasının kimyəvi tərkibi. Əzələ toxuması ətin yüksək qidalılıq dəyəri ilə
xarakterizə olunur. Onun tərkibi də heyvanın növündən və cəmdəyin hissələrindən asılı
olaraq zülalın miqdarı 19,5-21% təşkil edir.
Zülallar yüksəkmolekullu birləşmələr olub, aminturşulardan təşkil olunmuşdur.
Əzələ toxumasının zülalları, əsasən tamdəyərli zülallardır. Tamdəyərli zülalların tərki-
bindəki əvəzedilməz aminturşuların– leysin, fenilalanin, lizin, izoleysin, valin,
metionin, treonin, triptofanın miqdarı və nisbəti optimala yaxındır. Qidada bir
əvəzolunmaz aminturşunun olmaması,
mübadilə proseslərinin pozulmasına,
böyümənin dayanmasına və nəhayət, heyvanın ölümünə gətirib çıxarır.
Əgər zülalda bir əvəzolunmaz aminturşu olmasa, o qidalı sayılmır.
Əzələ lifləri:
I.Miofibrillər– miozin, aktin, aktomiozin, tropomiozin, nukleotropomiozin,
protein.
II. Sarkoplazma– mioalbumin, X- qlobulin, miogen, mioqlobin, nukleoprotoidlər
(RNT).
III. Nüvə– nukleoprotein (DNT), turş– zülal, qalıq– zülal.
IV. Sarkolemma– kollagen, elastin, retikulin, neyrokoratin, linoproteidlər.
Miofibrilyar zülallar– hüceyrədaxili zülalların 65%-ni təşkil edir və əzələ
toxumasının tərkibində baş verən proseslərdə əsas rol oynayır.
Aktin, miozin, tropomiozin miofibrilyar zülalların əsası hesab edilir və onun 85-
90%-ni təşkil edir. Xassələrinə görə bir-birindən tamamilə fərqlənir. Miozin – əzələ
toxuması zülallarının 40-45%-ni təşkil edir, tamdəyərəli zülal olub, tərkibində bütün
əvəzolunmaz aminturşuları vardır. Miozin ATF təsir edərək onu ADF və fosfat
turşusuna parçalayır:
23
ATF = ADF+ H
3
PO
4
Parçalanma zamanı müəyyən miqdar enerji ayrılır ki, bu da əzələlərin yığılmasına
sərf olunur.
Aktin-miozinlə birlikdə əzələlərin yığılmasında və əzələ toxumasının quruluşunun
əmələ gəlməsində iştirak edir. Tam dəyərli zülaldır.
Aktomiozin – əzələ lifinin əsas yığıcı zülalı sayılır. təqribən 3/2 hissəsi
miozindən, 3/1 hissəsi aktindən ibarətdir.
Tropomiozin – tərkibində triptofan aminturşu olmadığından tam dəyərli zülal
deyil. Onun tərkibində 18-ə qədər aminturşular vardır. Digər miofibrilyar zülallar 1%
təşkil edir.
Sakroplazma zülalları – tamdəyərli zülal olub, hüceyrədaxili zülalların 32-37%-ni
təşkil edir.
Mioalbumin əzələ toxuması zülallarının 1-2%-ni təşkil edir. Fiziki, kimyəvi
xassələrinə görə tipik albumin hesab edilir.
X-qlobulin əzələ toxumasının bütün zülallarının 20%-ni təşkil edir. Xassələrinə
görə qlobulinlərə yaxındır.
Miogen əzələ toxumasının bütün zülallarının 20%-ni təşkil edir. O tipik
qlobuminlərə və həqiqi qlobulinlərə aid edilir. Miogen fərdi zülal olmayıb, zülalı
maddələrin qarışığından ibarətdir. Miogen 2 kristalik zülala - A miogen və B miogenə
ayrılır. Mioqlobin xromoproteid tamdəyərli zülal olub, əzələlərdə tənəffüs piqmentidir.
Ümumi zülalların 0,1-1%-ni təşkil edir, hemoqlobinə
yaxındır. Mioqlobin zülalı qlobin
və tərkibində ikivalentli Fe olan qeyri-zülali komponentlərdən ibarətdir. Əzələnin rəngi
və onun intensivliyi mioqlobinin (90%) və homoqlobulinin (10%) miqdarından asılıdır.
Sarkolemma zülalları– bütün zülalların 2,4%-ə qədərini təşkil edib, tamdəyərli
zülal deyildir. Əsasən birləşdirici toxumanın zülallarıdır. Nüvə zülalları çox az
miqdarda olur.
Əzələ toxumasının yağları və lipidlərinin miqdarı nisbətən sabit miqdarda olub
(3%), əsasən hüceyrə daxilində və liflər arasında sərbəst, eləcə də zülallarla birləşmiş
24
halda olur. Əzələ toxumasında yağabənzər maddələrdən ən geniş yayılanı fosfolipidlər
və storidlərdir. Heyvanın əzələ toxumasında fosfatidlərin miqdarı 0,5-0,8%,
xolesterinin miqdarı 50-70 % təşkil edir. Əzələnin fosfatidlərinə qliserinlərin mürəkkəb
efirləri sayılan leysitin, kefalin və plazmalogen aiddir. Əzələ toxumasında xolesterin
əsasən sərbəst, zülallarla birləşmiş halda və 10% isə steridlər formasında olur.
Əzələ toxumasının ekstraktik maddələri. Əzələlərdən su vasitəsilə ayrıla bilən
maddələrə ekstraktiv maddələr deyilir. Əzələlərdə ekstraktiv maddələr çox az olub, ətə
dad və qoxu verir. Onlar azotlu ekstraktiv maddələr və azotsuz ekstraktiv maddələrdir.
Əzələlərin azotlu ekstraktiv maddələrinin miqdarı 0,9-2,5%-ə qədərdir. Buraya
agenozinfosfatlar (ATF, ADF, AMF turşuları), fosfokreatin, kreatin, asetilxolin,
histamin, karnozin, karnitin, anserin, tiamin, aminturşular, ammonyak və s. aiddir.
Onlar zülal təbiətinə malik deyil.
Kreatin ətin spesifik dadı və qoxusunu şərtləndirir.
ATF, ADF, AMF– mononukleotidlərə aiddir. Onlar adenozin və fosfor
turşusunun qalığından ibarətdir. ATF, ADF əzələlərdə yağların sintezində iştirak edir.
ATF hidroliz olunaraq, ADF turşusuna o isə AMF və fosfor turşusuna parçalanır. Bu
zaman enerji ayrılaraq əzələnin yığılmasına sərf olunur.
Sərbəst aminturşuları əzələ toxumasında həmişə müəyyən miqdarda olur.
Əzələlərin azotsuz ekstraktiv maddələri arasında qlikogen və onun çevrilmə
məhsulları dekstrinlər, maltoza, qlükoza, inozit və onların fosforlu efirləri və s aiddir.
Bu maddələrin miqdarı heyvanların kəsilməzdən qabaqkı fizioloji vəziyyətindən, yem-
lənməsindən, saxlanma şəraitindən, emal xüsusiyyətindən və s.-dən asılıdır.
Qlikogen əsasən qaraciyərdə, eninə zolaqlı əzələlərdə toplanır. Qaraciyərdə 2,7-
5%, əzələlərdə 1% təşkil edir.
Vitaminlər. Əzələ toxuması vitaminlərlə çox zəngin deyildir, lakin insan
qidasında B qrup (B
1
, B
12
, B
6
, B
2
), eləcə də PP və pantoten turşusu vitaminlərinin əsas
mənbəyi, hesab edilir. Fermentlər 50-dən artıqdır. Onlar hüceyrə daxilində baş verən
biokimyəvi reaksiyaların, demək olar ki, hamısında iştirak edir. Miozin, miogen
fermenti plastik mateiral hesab edilir. Əzələ toxuması bunlardan əmələ gəlir.
25
Qeyri-üzvi birləşmələr– su və mineral maddələrdən ibarət-dir. Əzələ toxumasında
suyun miqdarı 72-80% arasında olur. Suyun bir hissəsi sərbəst, digər hissəsi isə
birləşmiş haldadır.
Əzələ toxumasının 1-1,5% makro- və mikromineral maddələrdən ibarətdir (K, Ca,
Mn, P, Cl, Fe).
Mikroelementlər : Cu, Sn, Co, Ni, Mo, Pb. Mineral maddələr sümük toxumasının
əmələ gəlməsində, möhkəmlənməsində, turşu-qələvi münasibətinin nizamlanmasında və
s. əhəmiyyəti vardır.
Yağ toxumasının kimyəvi tərkibi. Yağ toxuması ən vacib və əsas kimyəvi
komponenti müxtəlif triqliserid tərkibli yağlardır. Bundan əlavə onun tərkibində su,
zülal, az miqdarda mineral maddələr, lipidlər, piqmentlər, vitaminlər, üzvi və qeyri-
üzvi bir-ləşmələr vardır.
Yağın fiziki-kimyəvi xassələri tərkibindəki doymamış yağ turşularından asılıdır.
Doymamış turşuların artması onun ərimə dərəcəsinin yüksəlməsinə, doymamış yağ
turşularının artması isə ərimə dərəcəsinin aşağı düşməsinə səbəb olur.
Yağ toxumasının rəngi β- karotinlə şərtlənir. Yağ toxumasının tərkibində lipaza
fermenti var.
Birləşdirici toxumanın kimyəvi tərkibi. Əsasən onda olan kallogen və elastin
liflərinin miqdarından asılı olub, aşağıdakı kimidir: su - 57,6-74%, zülallar - 21-40%,
lipidlər - 1,0-3,3%, mineral maddələr - 0,5-0,7%-ə qədər olur. Burada əsas zülal kallo-
gendir. Bundan başqa elastin, retukulin, mukoprotozidlər, az miqdarda albumin,
qlobulin və nukleoproteidlər vardır.
Kallogen əzələ liflərinin və başqa toxumaların örtücü pərdəsinin tərkibinə
daxildir. O zülal qrupuna aid edilir.
Sümük və qığırdaq toxumasının kimyəvi tərkibi. Sümük toxuması çox bərkliyi və
kövrəkliyi ilə fərqlənir. Bu, əsasən onun tərkibində üzvi əsaslarla mineral duzların
birləşməsi nəticəsində əmələ gələn və suda həll olmayan tərkiblə izah edilir.
Sümükdəki ümumi zülalların 9,5%-ni kallogen təşkil edir. Müxtəlif sümüklərdə yağın
miqdarı 3,8-28% arasında dəyişir.
Dostları ilə paylaş: |