ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

191

 

təməli ustad türkoloq M.Kaşğari tərəfindən qoyulmuş tarixi antro-



ponimiya məsələlərini dərinləşdirmək məqsədilə “Kitab”da işlən-

miş real və poetik şəxs  adlarının hər birinin məna yükünü türko-

logiyanın son nailiyyətlərinə əsaslanmaqla təqdim etdik. “Kitab”ı 

olduğu kimi qavramaqla gizli məqamları, görünənlə görünməyə-

nin  sərhədini müəyyənləşdirmək istədik...; bir sözlə, “Kitab”ın 

diktəsi ilə onu daha dərindən araşdırmağı, onun möcüzəli dünyası 

barədə bir-iki kəlmə söz deməyi özümüzə  mənəvi borc bildik. 

Bilmirəm, bu borcu  ödəyə bildik, ya yox?!.. Dəyərli oxucu! İstər-

dim ki, ruhumuza qida verən,  əbədiyaşar “Kitab”ımız stolüstü 

kitabınız  olsun! 

 

 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

192

 

II HİSSƏ 



“KİTAB” ZAMAN ANLAYIŞI  

MÜSTƏVİSİNDƏ

 

 

Türkologiyada M.Kaşğari, M.Kazım bəy, R.M.Melioranski, 

N.K.Dmitriyev, N.A.Baskakov, A.N.Kononov, H.Mirzəzadə, 

Ə.Dəmirçizadə, A.Axundov, Y.Seyidov və başqaları zaman kate-

qoriyasının tam formalaşmış bir kateqoriya kimi felə aid olmasın-

dan, keçmiş, indiki  və gələcək olmaqla üç zamanı əhatə etməsin-

dən geniş şəkildə bəhs ediblər. “Kitab”ın dilindəki zaman kateqo-

riyası da, əsasən, qrammatik zaman (keçmiş, indiki, gələcək) kon-

tekstində araşdırılıb. Konkret desək,  Ə.Dəmirçizadə, T.Hacıyev, 

Q.Kazımov kimi alimlər “Kitab”ın dilindəki qrammatik zamanları 

müxtəlif bucaqlar altında  təhlil süzgəcindən keçiriblər. 

Azərbaycan dilçiliyində ilk dəfə olaraq Azərbaycan və ingilis 

dillərindəki zaman anlayışını leksik, morfoloji və sintaktik tempo-

rallıq (dil zamanı) sahələri üzrə araşdıran İ.Tahirov yazır: “...tem-

porallıq sahəsinin nüvəsini qrammatik zaman, yəni felin zamanlar 

sistemi təşkil edir. Felin zamanlar sistemi dildə zaman kateqoriya-

sının – temporallığın maksimal şəkildə ümumiləşmiş və mücərrəd-

ləşmiş ifadə vasitəsidir... Lakin dildə zamanın  əks etdirilməsində 

morfoloji vasitələr leksik, sintaktik, leksik-sintaktik, leksik-qram-

matik vasitələrdən ayrılmazdır... Qrammatik zaman formaları  və 

leksik vahidlər arasında əlaqə kommunikativ səviyyədə müəyyən-

ləşir ki, bu da ya semantik qarşılıqlı  əlaqədən, ya da funksional 

kompensasiyadan ibarət olur”

1

. Rus və Avropa dilçiliyinin son 



nailiyyətlərinə istinadən söylənilmiş bu fikirlər elmi və inandırıcı-

dır. Araşdırmalar göstərir ki, nə türkologiyada, nə də ki Azərbay-

can dilçiliyində temporallığın sahələri kompleks və sistemli şəkil-

də tədqiq olunmayıb, temporallığın  ifadə vasitələrinin  poetik ka-

                                                            

1

  İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 



səh.63-64. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

193

 

teqoriyalar daxilində  təzahürünə isə ümumiyyətlə, münasibət bil-



dirilməyib. Düzdür, R.Qafarlı “Kitab”da, ümumən epik ənənədə 

çoxsaylı zaman hədlərinin iki bölmədə sistemləşdirilməsinin məq-

sədəuyğun sayıldığını göstərir: “Sadə və qısa zaman həddi. Hadi-

sənin başvermə müddəti, davamlılığı uzun çəkmir. Qəhrəman üç, 

yaxud beş gün möhlət alır. Bu qrupda ən  böyük hədd bir ilin ta-

mamıdır; mürəkkəb və uzunmüddətli hədd.  İnsan ömrünün əsas 

mərhələləri ilə (doğulub-evlənməsi; böyüyüb taxt-taca sahib ol-

ması, uşaqlığını, yaxud gəncliyini, cavanlığını başa çatdırması) öl-

çülür və hadisələr illər ərzində davam edir. Eposlarda bu vaxt böl-

güsü bəzən 25-30 il davam edir” (“Azərbaycan türklərinin mifolo-

giyası”. DDA, Bakı, 2010, səh.19-20). Deməli, müəllif “Kitab”da-

kı zaman məsələlərini linqvistik deyil, daha çox “bədii zaman” 

kontekstində araşdırıb. Bu mənada temporallıq  sahələrinin “Ki-

tab”ın dili üzrə tarixi-linqvistik baxımdan öyrənilməsi təkcə qor-

qudşünaslıq yox, ümumən türkologiya üçün əhəmiyyətlidir. “Ki-

tab”da temporallığın ifadə vasitələri müşahidə olunan bəzi nümu-

nələrə diqqət yetirək:  

“Kitab”ın  temporallıq baxımından zənginliyi “müqəddi-

mə”dəki birinci cümlədən görünür: “Rəsul əleyhissəlam zəmanına 

yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir ər qopdı”. Burada 

temporallığın leksik (zəman, yaqın), morfoloji (şühudi keçmiş 

zaman şəkilçisi -dı: qopdı) və sintaktik (Rəsul əleyhissəlam zəma-

nı; formaca II növ, funksiyaca III növ təyini söz birləşməsi mode-

lindədir) ifadə vasitələrinin sintezi aydın şəkildə müşahidə olunur 

ki, bu da  iki mühüm nəticəni çıxarmağa imkan verir: Bayat tayfa-

sından olan Dədə Qorqud Məhəmməd peyğəmbərin  zamanına 

yaxın (570-632) yaşamışdır; “Dastan” ən azı VII yüzillikdə  ya-

ranmışdır. Bu cür  nəticələri isə təsadüfi hesab etmək olmaz. Çün-

ki “hadisələr fantastik yozumda deyil, həqiqətən baş vermiş kimi 

qəbul edilir. Dinləyənlər onlara müəyyən tarixi dövrün ciddi qay-

naqları tək yanaşırlar. Bu, eposlarda “emprik zaman”ın əksi hesab 

edilir” (R.Qafarlı); 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

194

 

Oğuz düşüncəsinə görə, insanın yaranması da, bu dünyadan 



köç etməsi də təbiətin qanunudur, realdır: “Əvvəl-axır uzun yaşıη 

ucı ölüm! Ölüm vəqti gəldügində arı imandan ayırmasun!” (D-

271). Bu cümlədə prosesin zaman hüdudları  və müddətini ifadə 

edən leksik (əvvəl-axır, uzun), morfoloji (felin əmr  şəklinin 

morfoloji göstəricisi kimi çıxış edən -sun şəkilçisi: ayırmasun) və  

sintaktik temporallıq vasitələrinin (ölüm vəqti – II növ təyini söz 

birləşməsi;  yaşıη ucı – III növ təyini söz birləşməsi) birlikdə 

təzahürü də yuxarıda dediklərimizi təsdiqləyir;  

– dağ kultunun canlandırılmasında  temporal leksik va-

hidlərdən (qış, yaz) istifadə qabarıqlığı ilə seçilir: “Qışda-yazda 

qarı-buzı ərinməyən Qazılıq tağına gəldi çıqdı” (D-26); 

– günün hissələrini ifadə edən sabah, öylən (günorta), axşam 

kimi temporal sözlərin eyni mətn daxilində işlənməsinə rast gəli-

nir: “Oğul, sabah varub öylən gəlmək olmaz” (D-172). Buradakı 

sabah → öylən → axşam sözləri  birlikdə “gün” (bütün gün) mə-

nasını reallaşdıran vasitə kimi çıxış edir;  

– “qız, sən maηa bir yil baqğıl!  Bir yildə gəlməzsəm, iki yil 

baqğıl!  İki yildə  gəlməzsəm, üç yil baqğıl. Gəlməzsəm, ol vəqt 

mənim öldügimi biləsən... Gözün kimi tutarsa, köηlüη kimi sevər-

sə, aηa varğıl!” (D-261). Bu parçada ölümə gedən Oğuz igidi Səy-

rəyin sevgilisi ilə bağlı narahatlığı morfoloji (felin əmr  şəklinin 

morfoloji göstəricisi kimi çıxış edən -ğıl (baqğıl), qeyri-qəti gələ-

cək zamanın təsdiq və inkar forması: -ər, -məz...) və sintaktik tem-

porallıq (bir yildə, iki yildə...) vasitələri kontekstində ifadə olunub. 

Maraqlıdır ki, bu cür temporallıq Səyrəyin xatununun dili üçün də 

səciyyəvidir: “Yigidim, mən saηa bir yil baqam. Bir yildə gəlməz-

sən, iki yil baqam... Şər xəbər gətürəniη başın kəsəm //Ərkəg 

sinəgi üzərimə qondırmıyam...” (D-261). Bu misraların semantik 

yükü  Səyrəyin xatununu son dərəcə namuslu və  sədaqətli bir 

qadın obrazı kimi səciyyələndirməyə imkan verir; 

– temporal güz (payız) ismi atalar sözləri (Yapağlu gökçə 

çəmən güzə qalmaz) və təşbehlər (Güz almasına bəηzər al yaηaq-

lım!) daxilində həlledici vasitələrdən biri kimi çıxış edir ki, bu da 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

195

 

“Kitab”ın bədii-estetik dəyərini  şərtləndirən detallardan biri kimi 



götürülə bilər;  

Göytürk dilində keçmiş zamanın ifadə imkanlarının zənginli-

yindən bəhs edən Ə.Rəcəbli yazır: “...keçmiş zamanın elə bir mə-

na çalarlığı yoxdur ki, türk dilləri onu ifadə etmək vasitəsinə  ma-

lik olmasın. Cəsarətlə demək olar ki, keçmiş zamanın ən incə mə-

na çalarlıqlarını ifadə edə bilmək baxımından türk  dilləri dünya-

nın ən zəngin dillərindən biri, bəlkə də? birincisidir... Göytürk di-

lində keçmiş zamanın məna çalarlıqlarının ifadə vasitələrinin zən-

ginliyinə yalnız təəccüb etmək olar”

1

. Müəllifin dərin məzmunlu 



bu fikirləri sanki həm də “Kitab”ın dili üçün  deyilib. Çünki “Ki-

tab”ın dilində keçmiş zamanın ifadə formalarının intensivliyi və 

zənginliyi kontekstində ahəngdarlığın, melodiyalılığın yaradılması 

da müşahidə olunur: “Bir gün Qam Ğan oğlı xan Bayındır yerin-

dən turmışdı.  Şami günligi yer yüzinə dikdirmişdi. Ala sayvanı 

gög yüzinə  aşanmışdı. Biη yerdə ipək xalicəsi döşənmişdi” (D-

10). Bu cümlələrdəki feli xəbərlərdə    (turmışdı, dikdirmişdi,   

aşanmışdı, döşənmişdi) -mış, -miş nəqli keçmiş zaman şəkilçisi və 

-dı, -di  morfeminin (idi hissəciyinin ixtisar forması) təkrarlanması 

ilə obrazlılıq gücləndirilmişdir ki, bu da dastan poetikası baxımın-

dan səciyyəvidir. 

Bütün bunlar bir daha təsdiq edir ki, “Kitab”dakı zaman an-

layışı temporallıq sahələri üzrə, daha dəqiqi, aşağıdakı istiqamət-

lərdə araşdırılmalıdır: 

– temporallığın leksik vahidlərlə ifadəsi; 

  –  temporallığın qrammatik şəkilçilərlə  ifadəsi; 

  –  temporallığın sintaktik vahidlərlə ifadəsi. 

Heç şübhəsiz ki, “Kitab”ın bu müstəvidə öyrənilməsi bir sıra 

qaranlıq məsələlərə  işıq sala bilər, eyni zamanda dilimizdə tem-

porallıq sahələrinin dinamikası ilə bağlı müəyyən təəssürat yarada 

bilər. 

 

                                                            



1

 Ə.Rəcəbli. Göytürk dilinin morfologiyası. Bakı, 2002, səh.107. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

196

 

 



“KİTAB”IN DİLİNDƏ ZAMAN-MƏKAN  

VƏHDƏTİNİN İFADƏSİ 

 

Zaman və məkan  anlayışlarının vəhdətindən, ayrılmazlığın-



dan, birinin digərini tamamlamasından, eləcə də obyektiv zamanın 

şüurdan asılı olmayan mövcudluğundan kifayət qədər bəhs 

olunub. Hətta zaman-məkan vəhdətinin bədii mətnlərdəki həlledici 

rolu da konkret faktlarla arqumentləşdirilib: “...Xronotoplar  nəzə-

riyyəsi”ndə zamanla məkan vəhdətdə götürülür. İlk dəfə Eynştey-

nin işlətdiyi termini (yunan mənşəli xronotop sözünün hərfi məna-

sı ”zaman-məkan” deməkdir) bədii yaradıcılığa tətbiq edən 

M.M.Baxtin zamanla məkan arasındakı qarşılıqlı  əlaqənin fikrin 

obrazlı əksində oynadığı rolu göstərmişdir. Onun təlimində zama-

nın məkandan ayrılmazlığı  bədii mətnlərin  şərti-məzmun kateqo-

riyası hesab edilir”

1

. Yaxud “Kitab”dakı mifoloji zamanı  mücər-



rəd ümumi zaman kontekstində araşdıran S.Rzasoy yazır: “...Oğuz 

xandan başlanan “Oğuz zamanı” öz-özlüyündə  təkrarlanmır. Bu, 

KDQ-də qorunub qalmışdır. Abidədən “Oğuz zamanı” semantemi 

keçir. Bu, bütün zamanların struktur nüvəsində duran, onların hə-

rəkət dinamikasının necəliyini müəyyənləşdirən zamandır... Oğuz 

zaman və  məkanı sakral Oğuz xandan başlanır və onun paradiq-

matik təkrarı  şəklində  təşkil olunur”

2

. “Kitab”dakı zaman-məkan 



vəhdətinin ifadəsinə isə tarixi-linqvistik müstəvidə, demək olar ki, 

münasibət bildirilməyib. Bu mənada aşağıdakılara diqqət yetirək: 

– hər hansı bir dildə elə bir cümlə modeli yoxdur ki, onun 

tərkibində zamanı və məkanı ifadə edən söz və birləşmələr işlən-

məsin və ya onların bərpası mümkün olmasın. Bu da təsadüfi de-

yil. Çünki istənilən iş, hadisə və hərəkət məhz müəyyən bir zaman 

və məkan daxilində baş verir. Burada o da vurğulanmalıdır ki, bir 

sıra cümlə modellərində zaman və məkanı ifadə edən söz və bir-

                                                            

1

 R.Qafarlı. Azərbaycan türklərinin mifologiyası. DDA, Bakı, 2010, səh.17-18. 



2

 S.Rzasoy. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı, 2008, səh.40. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

197

 

ləşmələr, hətta felin qrammatik zaman formaları  işlənməsə belə, 



onlar yenə  də zaman-məkan vəhdəti kontekstində düşünülə bilir. 

Məsələn, “Yox, ol, ananıη babasıdır, səniη  dədəηdir” (D-282) 

cümləsində zaman və məkan ifadə edən söz  və birləşmələr, eləcə 

də felin qrammatik zaman forması yoxdur. Amma sadə bir mən-

tiqlə başa düşülür ki, bu cümləni ifadə etmiş şəxs (“Kitab”da adı 

konkret olaraq ifadə edilməyən bir kişi) Uruza dediyi sözləri 

müəyyən bir məkanda, deyək ki, otaqda, çadırda, yaylaqda... ifadə 

edib. Yaxud həmin cümlədəki indiki zaman mənası asanlıqla qav-

ranılır: birincisi, “ananıη babasıdır”, “səniη  dədəηdir” söz birləş-

mələri ilə ifadə olunmuş ismi xəbərlərin sonundakı -dır, -dir xə-

bərlik  şəkilçisi indiki zaman məzmunludur; ikincisi, fikrin indiki 

zamanda ifadə olunması mətn kontekstində anlaşılır, daha doğru-

su, assosiativ olaraq indi, hazırda, bu vaxt və s. kimi temporal 

leksika yada düşür (bu tip cümlə modelləri dilimizin bütün dövr-

ləri üçün səciyyəvidir). 

“Kitab”da zaman-məkan vəhdətinin ifadəsi cümlə modellə-

rində qabarıq şəkildə görünür. Nümunələrə nəzər salaq:  

– “Aydır: “A bəglər... Kafər sərhəddinə Cızığlara, Ağlağana, 

Gökcə tağa aluban çıqayın” (D-126). Bu cümlədə baş verə biləcək 

hadisənin yeri, məkanı əvvəlcə nisbi bir məkan kimi təqdim olu-

nur (kafər sərhəddinə - sərhədinə - Ə.T.), sonra toponimik vahid-

lərlə (Cızığlar, Ağlağan, Gökcə) konkretləşdirilir. Zaman mənası  

isə indiki zamanın qrammatik forması (-ır: aydır) və felin əmr 

şəklində I şəxsin cəmini ifadə edən - ayın şəxs şəkilçisi ilə (çıqa-

yın – çıxaq) ilə reallaşdırılıb. Deməli, qəhrəmanın gələcək hərəkət 

trayektoriyası obrazlı şəkildə canlandırılıb. Amma burada onu da 

qeyd etmək yerinə düşür ki, bu tip mətnlər bəzən simvolik – mifo-

loji məna kontekstində izah olunur. Məsələn, R.Kamal yazır: “Ki-

tabi-Dədə Qorqud”un məkan semiotikası üçün sərhəd obrazının 

simvolik-mifoloji mənası mühüm şərtdir: “əgər sərhəd qəhrəma-

nın Oğuzdan kənara çıxmasını  bildirirsə, simvolik-morfoloji mə-

nada “bu dünya”dan (“özününkü”) “o dünya”ya (“özgə”) keçməsi-

dir. “Kafər sərhədinə çıxmaq”, “sərhədi keçmə”  inisiasiya, ovçu-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

198

 

luq – evlənmə ritual aktlarına tərkib elementidir. Qazan xan on altı 



yaşına çatmış oğlunu sınaqdan keçirmək üçün özüylə kafər sərhə-

dinə götürür...”

1

. Bu fikirləri eynilə qəbul etmək olmaz: birincisi, 



ona görə ki, qorqudşünaslıqda həmin cümlədəki toponimik vahid-

lər Azərbaycanın o vaxtkı coğrafi koordinatları prizmasından izah 

olunur; ikincisi, yenə  də qorqudşünaslıqda xüsusi olaraq vurğu-

lanır ki, “Kitab”da “mifologiya artıq daha çox metaforik-poetik 

funksiya daşıyır”. N.Cəfərovun fikrincə, bu, bir neçə səbəblə bağ-

lıdır: “qədim türk epos təfəkküründən fərqli olaraq orta əsrlər türk-

oğuz epos təfəkkürü mifoloji təsəvvürlərdən, demək olar ki, im-

tina edir; ictimai-kütləvi təfəkkürdə realizm (bu və ya digər hadi-

sənin həqiqi mahiyyətini görməyə meyil) güclənir”

2

;  



– “Oğuzdan köç elədi. Bərdəyə, Gəncəyə varub vətən tutdı” 

(D-236). Təhkiyəçinin dilindən verilmiş bu cümlədə zaman-mə-

kan vəhdəti aydın  şəkildə görünür: məkan toponimik vahidlər 

(Oğuzdan, Bərdəyə, Gəncəyə), zaman isə felin qrammatik zaman 

forması ilə (-di, -dı: köç elədi, vətən tutdı) ifadə olunub; 

– “Dün yoq, ötəki gün eviη bundan keçdi” (D-47). Bu cüm-

lədə temporallığın hər üç sahəsi müşahidə olunur: leksik (dün); 

morfoloji (-di şühudi keçmiş zaman şəkilçisi); sintaktik (ötəki gün 

– I növ təyini söz birləşməsi). Maraqlıdır ki, bu vasitələrin hər üçü 

həm də eyni semantik şaxədə - keçmiş zamanı ifadəetmə xəttində 

birləşir: dün (dünən) – keçmiş zaman anlayışlı zərf; ötəki gün (o 

biri gün) – keçmiş  zaman  məzmunlu I növ təyini söz birləşməsi; 

-di – şühudi keçmiş zaman forması. Məkan mənası isə konkret 

yox, nisbi məkanı bildirən “bundan” (buradan) sözü ilə reallaşdırı-

lıb. Yeri gəlmişkən, “dün yoq, ötəki gün” birləşməsində ellipsisə 

uğramış “gün” sözü bərpa edilərsə, belə bir model yarana bilər: 

“dün gün yoq, ötəki  gün”. Əlavə olaraq onu da bildirək ki, bu mo-

                                                            

1

 R.Kamal. “Kitabi-Dədə Qorqud”un kommunikativ məkanı: miforitual aspekt. 



Bakı, 2013. səh.148. 

2

 N.Cəfərov. Xanım, hey! (“Kitabi-Dədə Qorqud” eposunda müraciətlər). Bakı, 



1999, səh.52-53. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

199

 

deldəki “srağagün” anlamlı “dün” və “gün” sözləri zəngin qafiyə-



lər kimi çıxış edir; 

– “Sudan keçdi, bu gəz bir qurda tuş oldı” (D-45). Su kultu 

və qurd toteminə birbaşa işarə olunan bu cümlədə zaman-məkan 

vəhdətinin mifoloji görüşlər kontekstində canlandırılması açıq-

aydın görünür. Bu mənada R.Kamalın qənaətləri elmi və inandı-

rıcıdır: “Qazan xan yağmalanmış evinin xəbərini sudan,  qurddan 

və köpəkdən sorur. Onun  su ilə, qurd və köpəklə  xəbərləşməsi 

mifopoetik düşüncə hadisəsidir...”

1



Türkologiyada bir sıra  şəkilçi morfemləri və düzəltmə söz-



lərdə özünü göstərən zaman-məkan vəhdətinə, demək olar ki, mü-

nasibət bildirilməyib. Bu mənada aşağıdakılara diqqət yetirək: 



Şəkilçi morfemlərində zaman-məkan vəhdəti. Bu cür 

şəkilçilərə nümunə olaraq aşağıdakıları göstərmək olar: 



-anda

2

. İki qrammatik şəkilçinin sintezindən yaranıb; 

-an


2

 (indiki zaman məzmunlu feli sifət şəkilçisi) + -da (ismin  yer-

lik hal şəkilçisi) = -anda

2

. Burada bir məqamı xatırlatmaq lazım 



gəlir: “-da

2

 yerlik hal şəkilçisinin yer-məkan anlamlı “ta” hissəci-



yindən (əslində, “ta” leksemindən) törəmə olduğunu ehtimal etmi-

şik”


2

. Deməli, zaman və məkan məzmunlu şəkilçilərin qovuşması  

nəticəsində zaman məzmunlu -anda

2

 feli bağlama  şəkilçisi yara-



nıb.  

-anda


2

 şəkilçili  feli bağlamaları “Kitab”ın dili kontekstində 

nəzərdən keçirək: “Hər atanda on iki batman daş atardı” (D-57). 

Burada “atanda” feli bağlaması hərəkəti zamana görə tamamlayır.  

Dəqiq  desək,  bu  tip  cümlələrdə -anda morfemi ilə “ifadə olunan 

hərəkətin icra prosesi elə bir zamanı təşkil edir ki, bu vaxtda digər 

hadisə və ya hərəkət həyata keçirilir”

3



                                                            

1

 R.Kamal. “Kitabi-Dədə Qorqud”un kommunikativ məkanı: miforitual aspekt. 



Bakı, 2013, səh.142. 

2

 Ə.Tanrıverdi. Dilimiz, mənəviyyatımız. Bakı, 2008, səh.72. 



3

 M.Rəhimov. Azərbaycan dilində fel şəkillərinin formalaşması tarixi. Bakı, 1965, 

səh.169. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

200

 

“Kitab”ın dilində işlənən “Ağ ban evim dikilində  yurdı qal-



mış, Qarıcıq anam olurunda yeri qalmış, Oğlım Uruz  ox atanda 

puta qalmış...” misralarındakı feli bağlamalar belə izah olunur: 

“...Bu misralardakı dikilində, olurunda, atanda sözlərini dik-il-in-

də, ol-ur-un-da, at-an-da şəklində kök və şəkilçilərə ayırmaq olar. 

Əvvəlki iki sözdə kökdən sonra işlənən -il və -ur  felin növ şəkil-

çiləridir. Feli sifət şəkilçisinin həm açıq, həm də  qapalı  sait va-

riantının olması (-in, -un, -an) bu şəkilçiləri çox qədim dövrlərə 

bağlayır. Dikilində, olurunda – tikilən yerdə, oturan yerdə, atanda-

atdığı yerdə mənasındadır. Feli sifət şəkilçisi ilə hal şəkilçisi (-in, -

də) birləşərək feli bağlama kimi çıxış edir və yaratdığı tərkib yer 

zərfliyi mənasındadır”

1

. “Kitab”ın 1988-ci il Bakı nəşrində həmin 



sözlərdən ikisi (oturunda, atanda) məhz  feli sifətlər kimi sadələş-

dirilib: oturduğu,  atdığı

2

. Bütün bunlar onu deməyə əsas verir ki, 



“Kitab”ın dilində, ümumən qədim türk dilində zaman və  məkan 

məzmunlu şəkilçi morfemlərinin qovuşmasından yaranmış -anda

2

 

şəkilçisi həm feli sifət, həm də feli bağlama  şəkilçisi kimi çıxış  



edib. Sonrakı dövrlərdə isə bu müvazilik ikincisinin (feli bağlama) 

ədəbi dilimizdə sabitləşməsi ilə yekunlaşıb. Bu hadisəyə “Kitab”ın 

dili kontekstində aydınlıq gətirməyə çalışan Ergin (Qəhrəmanova) 

Yeganə ilk olaraq diqqəti “Dastan”da işlənən bir neçə nümunəyə 

yönəldir: Tavla-tavla bağlananda atuma yazıx!; Qartaş deyü sıq-

layanda yoldaşıma yazıx!; Yumru-ğunda talbınanda şahin quşuma 

yazıx! Sonra isə belə bir şərh verir: “...ikinci qrupa daxil olan 

cümlələrdəki (yuxarıdakı nümunələr nəzərdə tutulur – Ə.T.) sözlər 

haqqında eyni fikri söyləməkdə bir qədər çətinlik çəkirik. Fikri-

mizcə, bu nümunələrdəki -anda

2

 şəkilçisi hələ tamamilə feli bağ-



lamalaşmamış, feli bağlamaya doğru inkişaf keçirməkdə olan feli 

sifətlərdir”

3

. Müəllifin qeydləri  -anda



2

 feli bağlama  şəkilçisinin 

                                                            

1

 Q.Kazımov. Azərbaycan dilinin tarixi. Bakı, 2003, səh.489-490. 



2

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.142. 

3

 Ergin (Qəhrəmanova) Yeganə. “Kitabi-Dədə Qorqud” dastanında felin təsriflən-



məyən formaları. Bakı, 2011, səh.23. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin