ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

201

 

dinamikası barədə müəyyən təəssürat yaradır. Amma bu dinami-



kanı ellipsis kontekstində  izləmək, onun məntiqi əsaslarını dəqiq-

ləşdirmək lazım gəlir. Bəri başdan qeyd edək ki, “Kitab”ın Zeyna-

lov-Əlizadə  nəşrində (Bakı, 1988) yuxarıdakı nümunələr mətnin 

semantikasına uyğun sadələşdirilib: bağlananda-bağlanan, sıqla-

yanda (sızlamaq) – sızlayan, talbınanda (qanad çalmaq) – qanad 

çalan. Həmin feli bağlamaları belə bərpa etmək olar (ellipsisə uğ-

ramış sözləri  əlavə etməklə): bağlananda-bağlanan vaxtda (anda, 

zaman-da...); sıqlayanda-sıqlayan vaxtda (anda, zamanada...), 

talbı-nanda-talbınan vaxtda (anda, zamanda...). Bu o deməkdir ki, 

-anda


2

  şəkilçisindəki -da

morfemi substantivləşmə  nəticəsində 



ellipsisə uğramış sözün funksiyasını yerinə yetirir. Deməli, -anda

2

 



şəkilçisinin məkan deyil (əslində, prinsipcə -da

2

 yerlik hal şəkilçi-



sinə görə -anda

2

  məkan məzmunlu  şəkilçi kimi sabitləşməli idi), 



məhz zaman məzmunlu feli bağlama  şəkilçisi kimi sabitləşməsi 

heç də təsadüfi deyil. Zaman məzmunlu gün, ay, il kimi isimlərə -

da

2

 şəkilçisinin artırılması ilə düzəlmiş gündə, ayda, ildə tipli söz-



lər də dediklərimizi arqumentləşdirə bilər. Burada yekun kimi o da 

vurğulanmalıdır ki, -anda

2

  şəkilçisi “Kitab”ın məhz Azərbaycan 



dilində yazıldığını şərtləndirən ən mühüm detallardan biridir: “Bu 

şəkilçi indi də Azərbaycan dilində canlıdır və türk dillərindən 

Azərbaycan dilini fərqləndirici bir əlamət kimi işlənməkdədir. Bu 

şəkilçinin “Kitabi-Dədə Qorqud” dastanlarında işlənməsi bir daha 

isbat edir ki, ümumxalq Azərbaycan dili özünə xas olan cəhətlərilə 

IX-XI əsrlərdə artıq müstəqil bir dil halında formalaşmışdır”

1

;  


-dıqda

4

.  Zaman məzmunu ifadə edən  -dıqda  (-dikdə, -duq-

da, -dükdə) feli bağlama şəkilçisi türkoloji araşdırmalarda belə sə-

ciyyələndirilir: -dıq (keçmiş zaman məzmunlu feli sifət  şəkilçisi) 

+ -da


2

  (ismin yerlik hal şəkilçisi). -dıqda, -dikdə şəkilçili feli bağ-

lamalara “Kitab”ın dilində az təsadüf olunur: “Oğuzuη ala gözli 

qızı-gəlini bildıqda//Hər kişi sözün söylədikdə” (D-197). Bu nü-

munələrdəki feli bağlamalardan “bildıqda”nın transkripsiyasını 

                                                            

1

 Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.110. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

202

 

“boyla (dıqda)”  şəklində  məqbul hesab edən  Ə.Dəmirçizadə tür-



koloji araşdırmalara, dəqiq desək, N.K.Dimitriyevə istinad edərək 

yazır: “... boyla (dıqda), söylə  (dikdə)  feillərinə  bitişdirilmiş “-

dıqda, -dikdə”  şəkilçiləri də prof.N.K.Dimitriyevin çox doğru 

qeyd etdiyi kimi, -dıq, -dik şəkilçilərinə hal şəkilçisinin bitişdi-

rilmə ilə əmələ gətirilmiş və işin olma anını bildirmək üçün işlən-

mişdir”


1

. Heç şübhəsiz ki, “işin olma anı” -dıq, -dik şəkilçisinə bi-

tişdirilmiş -da

2

 yerlik hal şəkilçisi baxımından izah olunarkən el-



lipsisə uğramış və ya nəzərdə tutulmuş  an, zaman, vaxt və s. kimi 

zaman məzmunlu leksik vahidlərin -da

2

 morfemində ehtiva olun-



masına da diqqət yetirilməlidir. Qeyd  edək ki,  problemə  bu  kon-

tekstdə    yanaşma -dıqda, -dikdə  şəkilçisinin etimoloji əsaslarını 

dəqiqləşdirməyə imkan verir. Müq.et: bildıqda (bildikdə) -bildıq 

anda// vaxtda//zamanda...; söylədikdə-söylədik anda//vaxtda //za-

manda (burada -dıq şəkilçili feli sifətlərin qədim türk dili üçün sə-

ciyyəvi olduğunu xatırlatmaq lazım gəlir. “Oğuznamə”də: “Toğ-

madıq oğlana ad qoma”); 

-duğımda, -duğında, -dügimdə, -dügində. Zaman məzmun-

lu bu feli bağlama şəkilçisində üç şəkilçi morfeminin sintezi görü-

nür: -duq (keçmiş zaman məzmunlu feli sifət şəkilçisi); -ım, -ın, -

im, -in... (mənsubiyyət kateqoriyasının  şəkli  əlamətləri); -da (is-

min yerlik hal şəkilçisi).  Ə.Dəmirçizadə “Kitab”da işlənən “baq-

duğımda”, “gəldügində” sözlərindən bəhs edərkən yazır: “...-du-

ğumda, -dügündə şəkilçiləri -duq, -dük şəkilçisi ilə əmələ gətirilən 

feli sifətin və ya, daha dürüstü, M.Kaşğari “Divan”ında göstəril-

diyi kimi, -duqi, -duqum, -duqun və -dugi, -dügüm, -dügün şəkil-

çiləri ilə  şəxslənmiş xüsusi növlü məsdərlərin axırına yerlik  hal  

şəkilçisi -da, -də bitişdirilməklə alınır”

2

. -anda



2

, -dıqda (-dikdə,  -

duqda, -dükdə)  şəkilçilərində olduğu kimi, duğımda, -duğında, -

dügimdə, -dügində feli bağlama  şəkilçisindəki -da

2

 yerlik hal şə-



kilçisi də özündə ellipsisə  uğrayan və ya nəzərdə tutulan zaman 

                                                            

1

 Ə.Dəmirçizadə.“Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959,səh.110-111. 



2

 Yenə orada. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

203

 

məzmunlu sözlərin (an, vaxt, çağ ...) məna yükünü əks etdirir. Bə-



zi nümunələrə nəzər salaq: “Beyrək yayı gördügində yoldaşlarını 

andı, ağladı” (D-108). Buradakı “gördügində” feli bağlamasını be-

lə  bərpa etmək olar: gördügi anda (vaxtda...), yaxud “Sağım  ələ 

baqduğımda” (D-124) feli birləşmənin tərkibindəki “baqduğımda” 

feli bağlaması baqduğım anda (vaxtda...) şəklində  bərpa oluna 

bilir. 


Düzəltmə sözlərdə zaman-məkan vəhdəti. Araşdırmalar 

göstərir ki, zaman-məkan vəhdəti müşahidə olunan sözlərdə ilk 

olaraq zaman məzmunlu söz, sonra isə yer-məkan məzmunu ifadə 

edən şəkilçi morfemi işlənir: imdi, yildə, yaylaq... Zaman-məkan 

vəhdəti kontekstində izah etdiyimiz şəkilçi morfemlərində  də (-

anda


2

, -dıqda, -dikdə...)  əvvəlcə zaman, sonra yer-məkan məz-

munlu şəkilçi morfemləri işlənir. Heç şübhəsiz ki, zaman və mə-

kan anlamlı vahidlərin bu cür sıralanması türk dillərinin qram-

matik sistemindəki qanunauyğunluqlardan biridir. 

Zaman-məkan vəhdətini özündə  əks etdirən sözlərin “Ki-

tab”ın dili üzrə  nəzərdən keçirilməsi aşağıdakı  nəticələri söy-

ləməyə imkan verir: 

− ilin  fəsillərini bildirən  zaman  məzmunlu isimlərə -da

2

 



yerlik hal şəkilçisinin qoşulması ilə düzələn zaman zərfləri: yazda, 

qışda. “Qışda-yazda qarı-buzı  ərinməyən Qazılıq tağına gəldi 

çıqdı” (D-26). Burada onu da qeyd edək ki, dilçiliyimizdə yazda, 

yayda, qışda kimi sözlər həm də zaman mənalı isimlər başlığı 

altında izah olunur. Amma bu da var ki, dilçiliyimizdə necə təq-

dim olunmasından asılı olmayaraq, həmin sözlərdəki -da

2

 morfemi 



ilkin qrammatik semantikasını itirmiş şəkilçilərdən biri kimi təhlil 

süzgəcindən keçirilir;  

− də yerlik hal şəkilçisinin, daha dəqiqi, sözdüzəldici şəkilçi 

funksiyası qazanmış “-də”-nin  zaman məzmunlu “yil” (il) isminə 

artırılması ilə yaranmış “yildə” zaman zərfi “Kitab”da intensivliyi 

ilə fərqlənir: yildə. “Xanlar xanı xan Bayındır yildə bir kərrə toy 

edib, Oğuz bəglərin qonaqlardı” (D-10); 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

204

 

 − ol işarə əvəzliyinə -da yerlik hal şəkilçisinin  artırılması ilə 



yaranmış “anda” zaman zərfi indi yox, o vaxt, o zaman mənasın-

dadır ki, bu da “anda” (onda) sözünü zaman-məkan vəhdəti mü-

şahidə olunan sözlərdən biri kimi səciyyələndirməyə  əsas verir: 

anda. “Anda dəxi “ərəm, bəgəm” – deyü ögünmədim” (D-278); 

− zaman məzmunlu -am//-im//-in isminə -di morfeminin (-da 

yerlik hal şəkilçisinin arxaik forması) artırılması ilə indiki zaman 

anlayışı ifadə edən “imdi” (indi) zaman zərfi düzəlib: imdi. “Çün 

böylə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!” (D-80); Bu 

cəhət “Kitab”ın dilində  işlənməyən “ertə” sözündə  də özünü 

göstərir: er (səhər, sabah) + tə (-də yerlik hal şəkilçisinin arxaik 

forması) + ertə (səhər vaxtı)

1



-yer-məkan məzmunlu -laq şəkilçisinin ilin fəsillərinin adla-

rını bildirən isimlərə artırılması ilə yer bildirən bir sıra isimlər ya-

ranıb: qışlaq, yaylaq... Maraqlıdır ki, “Kitab”ın dilində bu sözlər-

dən birincisinə (qışlaq) rast gəlinmir, ikincisi isə (yaylaq) üstün 

mövqedə  çıxış edir:  yaylaq (dağ yeri; yayda qoyun və mal-qara 

sürülərinin saxlandığı yer). “Qarşu yatan qara tağı sorar olsam, 

yaylaq kimüη?” (D-102). 

Diqqətçəkən məqamlardan biri də budur ki, zaman-məkan 

vəhdəti “y” cingiltili samiti ilə başlanan türk mənşəli bir sıra za-

man və  məkan məzmunlu sözləri də  əhatə edir: yer-məkan se-

mantikası: yer (yer kürəsi; yer qabığının üst qatı; torpaq  və s. an-

lamlı); zaman semantikası: yaz, yay, yil (il), yarın (sabah)... (bu 

sözlər “Kitab”ın dilində intensivliyi ilə fərqlənir). Bu tip vahidlər 

təsadüfi oxşarlıqları yox, eyni semantik yuvadan şaxələnməni xa-

tırladır. Həmin semantik yuvada isə nüvə kimi “yer” sözü götürülə 

bilər. Bu da problemə astronomiya və dilçilik kontekstində yanaş-

ma tələb edir: “yer kürəsinin Günəş ətrafında bir dəfə dövr etdiyi 

müddət bir ildir”: müq.et: yer→yil (il); “y” ilə başlanan yıl//yil sö-

zü qədim türk dilində “işıq” mənasını ifadə edib;  ilin qış ilə yay 

arasında olan fəsli “yazdır”: müq.et: yer→yil (il)→yaz; ilin yazla 

                                                            

1

 Ə.Şükürlü. Zərf. Müasir Azərbaycan dili. II cild, Bakı, 1980, səh.394. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

205

 

payız arasında olan fəsli “yaydır”: müq.et: yer→yil (il)→yay; 



“yarın” sabah, gələcək gün mənasındadır: müq.et: yer→yil 

(il)→yarın... Təqdim etdiyimiz bu müqayisələr daha çox dünyanın 

heliosentrik sistemi ilə, konkret desək, yer və başqa planetlərin 

Günəş  ətrafında, həm də öz oxu ətrafında dolanması haqqında 

təlim ilə səsləşir. 

“Kitab”da zaman-məkan vəhdətini əks etdirən dil vahidləri-

nin rəngarəngliyi türk dillərinin, o cümlədən Azərbaycan dilinin 

zənginliyini sübut edir.  

 

TEMPORALLIĞIN LEKSİK  

VAHİDLƏRLƏ İFADƏSİ 

 

“Kitab”ın  dilində temporal leksika xüsusi bir lay təşkil edir. 

Bu tip vahidlərin ümumi mənzərəsi aşağıdakı istiqamətlərdə daha 

aydın görünür: 



zərflər:  imdi, dün, sabah, həmişə... 

isimlər: yil, gün, yaz, yay, güz, qış... 

sifətlər: yarınkı, ağlı-qaralı... 

qoşmalar: əvvəl, soηra, bərü... 

bağlayıcı sözlər: qaçan kim, ol vəqt kim ... 

frazeoloji vahidlər: dün qatmaq, günlərdə bir gün, göz açıb 

görmək... 

“Kitab”ın dilindəki temporal leksikanı yuxarıda təqdim etdi-

yimiz sistem üzrə təhlil etməzdən əvvəl “zaman” sözünə  − onun 

mənşəyi, intensivliyi, sinonimliyi kimi məsələlərə münasibət  bil-

dirməyi zəruri hesab edirik. İlk olaraq qeyd edək ki, “zəman” sözü 

“Kitab”ın birinci cümləsində üçüncü söz kimi işlənib (Rəsul əley-

hissəlam zəmanına yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir 

ər qopdı); “Kitab”da ərəb dilindəki forma və semantikasına uy-

ğundur (zəman), müasir Azərbaycan  ədəbi dilində isə “zaman” 

formasında sabitləşib; “Kitab”da “zəman” sözünün sinonimləri də 

qabarıqlığı ilə seçilir: zəman (Axır zəmanda xanlıq gerü...) → 

vəqt-vaxt (...ol vəqt Qazan evin yağma edərdi) → dəm-vaxt (Evin 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

206

 

yağmalatdığıη dəm Taş Oğuz belə bulınmadı, səbəb oldur) → bu 



məhəl – bu zaman (Bu məhəldə  oğuz  ərənləri bir-bir yetdi) → 

əyyam (Oğuz genə əyyamla gəlüb, yurdına qondı) → vədə (Əcəl 

vədə irməyincə kimsə ölməz)  → çağ (Qalın Oğuzıη  gəlini-qızı 

bəzənən çağda)... Zaman sözünün assosiativliyi kontekstində 

dəqiqləşdirdiyimiz bu sinonim cərgənin rənga-rəngliyi “Kitab”da 

temporallığın ifadə vasitələrinin zəngin-liyini təsdiqləyən ilkin  

kodlar kimi çıxış edir. Şübhəsiz ki, bu cür kodların açılması qədim 

türk dili, tarixi, etnoqrafiyası  və mifologiyası ilə bağlı dolğun 

fikirlər söyləməyə imkan yaradar, bir sıra qaranlıq məsələlərə, 

gizli məqamlara işıq sala bilər. Çünki “Kitab” yenə də sirli-sehirli 

olaraq qalır. Bu da təsadüfi deyil. Çünki “mifik zaman emprik za-

manın içərisində əridən ozanlar türkün kökünün uzaqlığını, ilkin-

liyini təsdiqləyirdilər”

1

. Bu fakt da “Kitab”da temporallığın leksik 



vahidlərlə ifadəsinin ayrılıqda, həm də yuxarıda təqdim etdiyimiz 

sistem üzrə təhlil süzgəcindən keçirilməsini şərtləndirir. 

 

 

Temporal zərflər (zaman zərfləri)  



 

Türk dillərində, o cümlədən Azərbaycan dilində zaman zərf-

lərinin bir qismi semantika baxımından felin qrammatik zamanları 

ilə eyni xətdə birləşir. Daha doğrusu, bir sıra zaman zərfləri felin 

qrammatik zaman formasını konkretləşdirir, onun qabarıqlığını 

təmin edir. Digər tərəfdən, bəzi ismi xəbərli cümlələrdə zaman 

mənası məhz zaman  zərfləri ilə ifadə olunur. Məsələn, “Kitab”ın 

dilində  işlənmiş “imdi” (indi) zaman zərfinin funksionallığına 

mətn  daxilində diqqət yetirək: “Görəlim, imdi yaradan neylər” 

(D-148); “İmdi qanı dedigim bəg ərənlər?!” (D-154). Birinci cüm-

lədə işlənmiş indiki zaman məzmunlu “imdi” zaman zərfi  həmin 

cümlədəki qrammatik zaman formasının (-ər//-ir neylər) daha qa-

barıq şəkildə ifadə olunmasını təmin edib. İsmi xəbərli ikinci cüm-

                                                            

1

 R.Qafarlı. Azərbaycan türkünün mifologiyası. DDA, Bakı, 2010, səh.19. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

207

 

lədə isə indiki zaman mənası daha çox “imdi” sözü ilə reallaşdırı-



lıb. Yaxud keçmiş zaman məzmunlu “əvvəl” zaman zərfinin eyni 

cümlə daxilində iki dəfə  həm də müxtəlif funksiyalarda çıxış 

etməsinə  təsadüf olunur: “Qızlarıη yolı  əvvəldir,  əvvəl sən at!” 

(D-199). Bu cümlənin ümumi semantik yükündə zaman mənasının 

qabarıq şəkildə  təzahürü müşahidə olunur ki, bu da təsadüfi deyil. 

Çünki həmin cümlədəki ismi xəbər də, zaman zərfliyi də  məhz 

zaman zərfi ilə  (əvvəl sözü ilə) ifadə olunub. Qeyd edək ki, 

“Kitab”ın dilindən verdiyimiz yuxarıdakı cümlə modelləri müasir 

ədəbi dilimiz üçün də  səciyyəvidir. Daha dəqiqi, bu tip cümlələr 

müasir ədəbi dilimizdə təkmilləşmiş, zənginləşmiş şəkildədir. 

Azərbaycan dilçiliyində zaman zərflərinin semantikası ilə fe-

lin qrammatik zamanlarının yaxınlığına müxtəlif prizmalardan ya-

naşılıb: T.Hacıyev zaman zərflərinin semantikasına tarixi-linqvis-

tik müstəvidə aydınlıq gətirir: “...felin qrammatik zamanlarına 

müvafiq zaman zərfləri zamanın müxtəlif müddətlərini bildirir. 

Keçmiş zaman anlayışı göstərilir: əvvəl(-lər); qabaq(-lar); çoxdan, 

əzəldən, onda// anda; dünən//dün, o gün, o vaxt... İndiki zaman 

məzmunu bildirilir:  indi//imdi, şimdi; hazırda, dərhal, bu gün, bu 

axşam... Gələcək zaman anlayışı verilir: sabah//səhər//danla, sonra 

(lar)... Eyni zamanda bütün zamanları əhatə edən, universal zaman 

məzmunu verən zərflər də var: həmişə, dəmadəm, daim, müdam, 

hər gün, hər axşam, hər səhər, hər an, yenə...”

1

.  Y.Seyidov ismi 



xəbərlərə aid olan zaman zərflərinə tam başqa bucaqdan yanaşır: 

“...Zərf cümlədə  hərəkət bildirməyən sözlərə  də aid ola bilər: O 

indi tələbədir, sabah mütəxəssis olacaqdır. Buradakı indi zərfi ismi 

xəbərə (tələbədir) aiddir. Bu o demək deyil ki, zərf həm də əşya-

nın əlamətini (burada zamanın) bildirən nitq hissəsi kimi təriflən-

sin. Ona görə də zərfi hərəkətin əlamətini bildirən nitq hissəsi kimi 

təqdim etmək kifayətdir”

2

.  Ə.Şükürov zaman zərflərini adi, kon-



                                                            

1

 T.Hacıyev. Zərf. – H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 



1990, səh.193. 

2

 Y.Seyidov. Azərbaycan dilinin qrammatikası. Morfologiya. Bakı, 2000, səh.365. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

208

 

kret və davamlı olmaqla üç istiqamətdə qruplaşdırır: adi zaman 



anlayışı ifadə edən zərflər (indi, dünən, ertə); konkret zaman an-

layışı ifadə edən zərflər (indicə); davamlı zaman anlayışı ifadə 

edən zərflər (çoxdan, illərlə, aylarla, ildən-ilə, gündən-günə, gecə-

dən-gecəyə)

1

. İ.Tahirov Azərbaycan və ingilis dillərindəki zaman 



zərflərini temporallıq sahəsinin üfüqi strukturu, daha dəqiqi, mik-

rosahələri kontekstində təhlil edir: “keçmiş zamanın mikrosahəsi – 

zərflər (dünən, bildir, onda, yaxında); indiki zamanın mikrosahəsi 

– indi, anən...; gələcək zamanın mikrosahəsi – sabah, səhər, həmi-

şə...”

2

. “Kitab”da işlənmiş temporal zərflərin səciyyəvi cəhətləri 



həm də bu tip araşdırmalara istinadən dəqiqləşdirilməlidir. Bu mə-

nada “Kitab”dakı temporal zərflərlə bağlı ilk olaraq aşağıdakıları 

qeyd etmək olar:  

−  “Kitab”ın dilində  işlənmiş temporal zərflər müxtəlif za-

man anlayışlarını ifadə edir: keçmiş zaman məzmunu ifadə edən-

lər:  əvvəl,  əzəldən, dün...; indiki zaman məzmunu ifadə edənlər: 

imdi,  şimdi, dərhal...; gələcək zaman məzmunu  ifadə edənlər: 

sabah, soηra, taηla...; 

− “Kitab”dakı temporal zərfləri mənşəyinə görə üç yerə böl-

mək olar: türk mənşəlilər: imdi, dün, taηla...; ərəb mənşəlilər: əv-

vəl, sabah, daim...; fars mənşəlilər: həmişə, dərhal (“hal” morfemi 

ərəb mənşəlidir)...; 

− “Kitab”da intensivliyi ilə fərqlənən temporal zərflər qədim 

türk abidələrinin dili baxımından da səciyyəvidir: “Kitab”da – 

imdi, dün, gecə...; Orxon-Yenisey abidələrində -amtı, tün, kiçə...; 

M.Kaşğarinin “Divan”ında - əmdi, tün, keçə...; 

− “Kitab”ın dilində rast gəlinən temporal zərflərin müasir 

Azərbaycan dilində  işlənmə  səviyyəsi belədir:  ədəbi dilimizdə 

eynilə  işlənənlər - əvvəl, həmişə, gecə...;  ədəbi dilimizdə fonetik 

dəyişmə ilə sabitləşənlər: imdi→indi, genə//yenə→yenə...; “Ki-

                                                            

1

 Ə.Şükürlü. Zərf – Bax: Müasir Azərbaycan dili, II. Bakı, 1980, səh.408. 



2

 İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 

səh.77-87. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

209

 

tab”dakı forma və semantikasını şivə səviyyəsində eynilə mühafi-



zə edənlər: imdi, yazın... (hər iki söz daha çox Azərbaycan dilinin 

qərb şivələri baxımından səciyyəvidir)...; 

− “Kitab”ın dili üçün səciyyəvi olan temporal zərfləri quru-

luşuna görə üç yerə ayırmaq olar: sadə zaman zərfləri: dün, daim, 

əvvəl...; düzəltmə zaman zərfləri: imdi, yazın (yazda)...; mürəkkəb 

zaman zərfləri: dünli-günli... 

Bu tezislər belə bir fikri reallaşdırır: “Kitab”ın dilində işlən-

miş keçmiş, indiki, gələcək və universal zaman anlayışlı zərflərin 

hər biri ayrılıqda təhlil süzgəcindən keçirilməli, onların mətndəki 

mövqeyi, leksik-semantik yükü, poetik kateqoriyalar daxilindəki 

rolu kimi məsələlərə aydınlıq gətirilməlidir. 

 

Keçmiş zaman məzmunlu zərflər 

 

Anda (onda). Qeyd etdiyimiz kimi,”anda” sözü “ol+da” 

modeli əsasında yaranıb: “Anda dəxi “ərəm, bəgəm” – deyü öyün-

mədim” (D-278). 

Baya (bayaq). “Bir az bundan əvvəl, qabaqca” anlamlı “ba-

yaq” sözü “Kitab”da “baya” şəklində  həm də  cəmi bir dəfə  iş-

lənib: “Baya mırlardı.  Şimdi xırlamağa başladı (D-160). Ardıcıl 

verilmiş bu cümlələrdən birincisində keçmiş (baya-bayaq), ikinci-

sində indiki zaman (şimdi) anlayışlı zaman zərfi işlənib ki, bu da 

mətndəki antitezanı qüvvətləndirir: baya(q) – şimdi; mırlamaq-

xırlamaq (mırla-xırla vahidləri həmqafiyə sözlər kimi çıxış edir). 

Dün (dünən). “Kitab”da “dün” sözünün “dünən” mənasında 

işlənməsinə az təsadüf olunur: “Dün yoq, ötəki gün eviη bundan 

keçdi” (D-47). Gecə, axşam, qaranlıq anlamlı “dün” sözü isə in-

tensivliyi ilə diqqəti cəlb edir: “Dünlə kərvan keçdügin turğay bi-

lir” (D-5). Burada onu da qeyd edək ki, müasir dilimizdəki “dü-

nən” sözünün “dün+gün” modelinin inkişafı  əsasında yaranması 

türkologiyada xüsusi olaraq qeyd olunur. 

Əvvəl.  Ərəb mənşəli, ilk dəfə, birinci dəfə anlamlı  “əvvəl”  

sözü “Kitab”da həm zaman zərfi, həm də qoşma kimi işlənib: Za-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

210

 

man zərfi kimi: “İmdi incinmə, xanım, əvvəl onuη əliη öpdigimü-



zə” (D-74); qoşma kimi: “Oğuzıη ögincə bundan əvvəl kimsə 

köçməzdi” (D-214). 



Əzəldən.  Ərəb mənşəli daimilik, ilkin və s. anlamlı  “əzəl” 

sözünə türk mənşəli -dən şəkilçisinin artırılması ilə düzəlib, “Ki-

tab”da intensivliyi azdır, konkret desək, cəmi bir dəfə atalar söz-

ləri daxilində  işlənib: “Əzəldən yazılmasa, qul başına qəza gəl-

məz” (D-3). Bu nümunə ilə bağlı onu da qeyd edək ki, keçmiş 

zaman anlayışlı “əzəldən” sözündəki “əz” hissəsinin alliterasiyası 

ilə (əz-qəza, gəlməz) poetik məna qüvvətləndirilib. 

 

İndiki zaman məzmunlu zərflər 



 

Dərhal. Qeyd etdiyimiz kimi, bu söz ərəb və fars mənşəli 

morfemlərin sintezi əsasında yaranıb. O saat, tez, əlüstü və s. kimi 

mənaları ifadə edən “dərhal” sözü “Kitab”da az işlənib: “Təmə 

edüb, dərhal cima eylədi” (D-215). 



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin